Məhkəmə qərarları › İş №2(103)-3250/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3250/2020

08.06.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3250/2020 08.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Aida Əli qızı Hüseynin sədrliyi və məruzəsi ilə, X2 və X1 ibarət tərkibdə, Nərminə Sahib qızı Murğuzovanın katibliyi ilə, İddiaçı, nümayəndəsi Vəkil1, cavabdehlərin nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “cehiz və qızıl-zinət əşyaları” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-303/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “cehiz və qızıl-zinət əşyaları” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona cehiz olaraq hədiyyə kimi verilmiş xalça - 1 ədəd (250 manat); şampan üçün bakallar - 6 ədəd (10 manat); şirə üçün bakallar - 12 ədəd (10 manat); rumka - 6 ədəd (5 manat); kompot üçün dəst - 6 ədəd bakalı və fincanı (10 manat); 70 predmetdən ibarət mətbəx servisi (700 manat); çay üçün sadə fincan - 4 ədəd (20 manat); xrustal dəst (meyvə qabları, dondurma qabı, 2 ədəd buynuz formalı bakal, 4 ədəd konfet qabı, gəmi formalı böyük bulud, 2 ədəd gəmi formalı bulud) - 1000 manat; 3 predmetdən ibarət Bohema servisi - 500 manat; çanta içində 24 predmetdən ibarət bıçaq, qaşıq, çəngəl və çay qaşığı dəsti - 30 manat; 3 ədəd bıçaq - 15 manat; 2 ədəd qədimi meyvə qabı - 50 manat; qazan dəsti - 1 dəst (20 manat); çilçıraq - 60 manat; pərdə 2 ədəd (qonaq və yataq üçün) - 500 manat; taxt döşəyi və yorğan 2 ədəd; qaz tükündən yastıq 2 ədəd; sintefon yastıq 3 ədəd; yataq üstü örtük (pakrıval) 2 ədəd; dəsmallar - (Taç firması istehsalı) - 8 ədəd; çay dəsmalları 24 ədəd; süfrə 3 ədəd; jurnal üstü süfrə 1 ədəd - cəmi 500 manat; pastel 3 ədəd; qab qurudan setka - 15 manat; plastmas qab - 2 ədəd; çömçə dəsti - 6 predmetdən ibarət 20 manat; bıçaq - 2 ədəd; stol - 1 ədəd (180 manat); qorka - 1200 manat; mebel dəsti - 4000 manat; paltaryuyan (Evroluks 5 kiloqramlıq) 600 manat; tozsoran - 150 manat; 4000 manat dəyərində qızıl dəstinin (dəstə daxildir: 1 ədəd 750 əyarlı İtaliya istehsalı qızıl boyunbağı (50 qram), 1 ədəd 585 əyarlı Rusiya istehsalı qolbağ (20 qram), 1 ədəd dalğa formalı üzük - (2 qram) qeyd edilən cehiz və qızıl zinət əşyaları olmadığı təqdirdə 13845 (on üç min səkkiz yüz qırx beş) manat pulun cavabdehlərdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-303/2020 saylı, xx xxxxxx 2020ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Xalça - 1 ədəd (250 manat); şampan üçün bakallar - 6 ədəd (10 manat); şirə üçün bakallar - 12 ədəd (10 manat); rumka - 6 ədəd (5 manat); kompot üçün dəst - 6 ədəd bakalı və fincanı (10 manat); 70 predmetdən ibarət mətbəx servisi (700 manat); çay üçün sadə fincan - 4 ədəd (20 manat); xrustal dəst (meyvə qabları, dondurma qabı, 2 ədəd buynuz formalı bakal, 4 ədəd konfet qabı, gəmi formalı böyük bulud, 2 ədəd gəmi formalı bulud) 1000 manat; 3 predmetdən ibarət Bohema servisi - 500 manat; çanta içində 24 predmetdən ibarət bıçaq, qaşıq, çəngəl və çay qaşığı dəsti - 30 manat; 3 ədəd bıçaq - 15 manat; 2 ədəd qədimi meyvə qabı - 50 manat; qazan dəsti -1 dəst (20 manat); çilçıraq 60 manat; pərdə 2 ədəd (qonaq və yataq üçün) - 500 manat; taxt döşəyi və yorğan 2 ədəd; qaz tükündən yastıq 2 ədəd; sintefon yastıq 3 ədəd; yataq üstü örtük (pakrıval) 2 ədəd; dəsmallar - (Taç firması istehsalı) - 8 ədəd; çay dəsmalları 24 ədəd; süfrə 3 ədəd; jurnal üstü süfrə 1 ədəd - cəmi 500 manat; pastel 3 ədəd; qab qurudan setka - 15 manat; plastmas qab - 2 ədəd; çömçə dəsti - 6 predmetdən ibarət 20 manat; bıçaq - 2 ədəd; stol 1 ədəd (180 manat); qorka - 1200 manat; mebel dəsti - 4000 manat; paltaryuyan (Evroluks 5 kiloqramlıq) 600 manat; tozsoran - 150 manat dəyərində olan cehiz əşyalarının, onlar naturada mövcud olmadıqda isə onların dəyəri olan 9845 (doqquz min səkkiz yüz qırx beş) manat məbləğində pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı apelyasiya şikayəti verərək, Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin qismən – iddianın təmin edilmədiyi hissədə ləğv edilməsi, iddia tələblərinin qızıl-zinət əşyalarına dair hissədə də təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan hakim tərəfindən iddianın təmini tədbirinə dair qanunvericiliyin nəzərdə tutduğu müddəalar açıq-aşkar şəkildə pozulmuş, iddianın təmini tədbirinə dair qərardadın dərhal icrası qərəzli şəkildə təmin edilməmiş, bunun nəticəsində isə o, qanunvericiliyin ona verdiyi və bu tip işlərdə xüsusi rol oynayan imkanlardan məhrum edilmişdir. Əgər müvafiq icra vərəqəsi vaxtında verilmiş olsaydı, ola bilərdi ki, tələb etdiyi qızıllar cavabdehlərə məxsus evdə aşkar edilərdi. Həmçinin ona məxsus əşyalar 2 ünvanda – Yeni Günəşli qəsəbəsindəki evdə, həmçinin Qaraçuxur qəsəbəsindəki evdə olmuşdur. Lakin icra vərəqəsinin gec verilməsi ilə məhkəmə cavabdehlərə şərait yaratmışdır ki, onlar bütün cehiz əmlakları bir ünvana - Qaraçuxur qəsəbəsindəki evə yığsınlar. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni iddianın təmin edilmədiyi hissədə əsaslandırmamış, işdəki sübutlara düzgün hüquqi qiymət verməməklə, əsassız olaraq iddia tələbini qızıl-zinət əşyalarına dair hissədə təmin etməmişdir. Məhkəmə gəldiyi nəticəni əsaslandırarkən iş üzrə şahid qismində dindirilmiş şəxslərin ifadələrini açıq-aşkar şəkildə təhrif etməklə, gəldiyi əsassız nəticəni əsaslandırmağa çalışmışdır. Şahid qismində dindirilmiş anası da təsdiq etmişdir ki, o, yaşadığı evdən könüllü surətdə deyil, münaqişə zəminində çıxıb getmişdir. Yeri gəlmişkən bunu cavabdeh tərəfindən dindirilmiş şahid də etiraf edərək, gecə saatlarında səs-küy gəldiyini, sabahısı isə onun çıxıb getdiyini eşitdiyini təsdiq etmişdir. Belə olan şəraitdə o, evdən gedərkən üzərində olmayan qızılları aparmadığı öz təsdiqini tapır. Cavabdeh tərəf bütün qızılların aparıldığını qeyd etsə də bunu təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasında İddiaçı apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi və əlavə olaraq döyülmüş vəziyyətdə evdən çıxarıldığını, qızılları götürəcək halda olmadığını, qızılların qaynanasında olduğunu, uşağın paltarlarını götürdüyünü, üzərimdə sırğa və bir iki qızıl üzüyün olduğunu, qarşı tərəfin şahidinin də evi saat gecə 2- 3-də tərk etdiyini qeyd etdiyini bildirdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Vəkil1 apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, iddianı təmin tədbiri barədə ərizə təmin olunmuş, qərardad icra şöbəsinə vaxtında göndərilməmişdir. Şahidin ifadəsi təhrif olunmuşdur. Guya elə xanım qızıllarını taxıb gəlmişdir. Guya bir yerdə alınıb qızıllar. Boyunbağı onlar aldıqları boyunbağı deyil. Komplekti istəyirlər. Məhkəmə qiymətləndirmə aparmamışdır. Məhkəmə iclasında cavabdehlərin vəkili Vəkil2 apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi dəfələrlə bildirmişlər ki, cehizləri götürsünlər. 2018-də boşanıblar. 2019-da iddia verilib. İtaliya qızılı olmayıb. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apelyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırda apelyasiya baxışının hədlərini qətnamənin iddia tələbinin təmin edilməyən – qızıl-zinət əşyalarının geri qaytarılması hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Kollegiya qeyd edir ki, həmin iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə iddia irəli sürmüş şəxs (iddiaçı) mübahisəli əmlakın mülkiyyətçisi olmalı, həmin əmlak iddia irəli sürülmüş şəxsin (cavabdehin) sahibliyində olmalı və həmin sahiblik qanunsuz olmalıdır. Yalnız həmin şərtlərin mövcudluğu halında bu növ iddialar təmin edilə bilər. Hazırkı işdə isə bu şərtlərin mövcudluğu təsdiq olunmur. Belə ki, iddiaçı iddia ərizəsində göstərdiyi qızıl-zinət əşyalarının cavabdehlərin qanunsuz sahibliyində olmasını təsdiq edən sübutları təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Birinci instansiya məhkəməsi əsaslı olaraq qeyd edir ki, iddiaçı sadaladığı qızılzinət əşyalarının cavabdehlərlə birlikdə yaşadığı evdən getdiyi zaman cavabdehlərdə qaldığını biri digərini tamamlayan mötəbər dəlillərlə sübut edə bilməmişdir; hər hansı mötəbər sübutla dəstəklənmədiyi halda isə yalnız şifahi bildirilənlərə əsasən onun həmin tələbini əsaslı hesab etmək mümkün deyildir. Xüsusilə nəzərə alınmalıdır ki, iddiaçının cavabdehlərlə birlikdə yaşadığı evdən gedərkən, mübahisə zamanı yerə düşmüş sırğasının tayını taparaq qulağına taxması, mənzildən gedərkən ona heç bir maneənin olmaması və istədiyi əşyaları götürə bilməsi, evi tərk edən zaman üzərində bəzi qızılların olması və anasının digər qızılların harada olduğunu soruşması müəyyən edilmişdir. Evdən getmə şəraiti və getmə məqsədi nəzərə alındığında isə onun, qızıl-zinət əşyalarını həmin evdə saxlamış olduğu ağlabatan mühakimə əsasında inandırıcı deyildir. Göründüyü kimi iddiaçının evi tərk etməsi zamanı vəziyyətin elə də gərgin olmaması bu mülahizəni məntiqli hesab etməyə imkan verir. İddiaçı tələb etdiyi qızıl-zinət əşyalarının cavabdehlərdə olmasını, ümumiyyətlə nə vaxtsa cavabdehlərə verilməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Nəzərə alınmalıdır ki, iddiaçının təqdim etdiyi fotoşəkillər özü-özlüyündə tələb edilən əşyaların cavabdehlərdə olduğunu təsdiq edən birmənalı sübut kimi qəbul oluna bilməz. İddiaçı ona verilməsi təmin olunmayan qızıl-zinət əşyaları ilə bağlı sübutlar təqdim edə bilmədiyindən iddia həmin hissədə rədd olunmalıdır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apelyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən – iddia tələbinin təmin edilməyən hissəsində ləğvi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-303/2020 saylı, xx xxxxxx 2020ci il tarixli qətnaməsi mübahisələndirilən – iddia tələbinin təmin edilməyən hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Hakim: Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar