Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3257/2021 23.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “əmlak” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən qonaq otağı mebel dəsti (Türkiyə istehsalı, şkaf, kamod 2 güzgülü, stol, 6 stul)-3200 manat; yataq otağı dəsti (yataq, dolab, kamod, 2 tumboçka)-2700 manat; divan kreslo dəsti jurnalnıy stolla birlikdə-3250 manat; mətbəx mebeli (yerli istehsal)-1000 manat; 1 ədəd uşaq çarpayısı-50 manat; Panasonic markalı plazma televizor 82 diaqonallı-800 manat; Samsung markalı paltaryuyan-800 manat; Samsung markalı tozsovuran-100 manat; Hitachi markalı soyuducu-2550 manat; 1 ədəd Electronic markalı kondisioner-850 manat; 1 ədəd qabyuyan-900 manat; 1 ədəd qaz peçi ilə aspirator-400 manat; LG markalı kompyuter-1000 manat; 3 ədəd çılçıraq-750 manat; 5 ədəd xalça (2 ədəd 3x4, bir ədəd 5x6, 2 ədəd 1.5x2 ölçüdə) - 1000 manat; yataq örtüyü və pərdə dəsti-500 manat; 5ədəd yataq dəsti- 300 manat; 5ədəd dəsmal-100 manat; 5 ədəd süfrə-200 manat; 2 ədəd adyal-200 manat; divan və krüslı üstü üçün ortük300 manat; elektrik soba-200 manat; 3 ədəd yorğan, 1 ədəd taxt döşəyi, 1 ədəd balaca döşək, 2 ədəd yastıq-1000 manat; mətbəxdə istifadə olunan qab-qacaqlar-1000 manat; şəxsi geyim əşyaları, ayaqqabılar, paltarlar-3000 manat, onlar olmadıqda isə dəyərinin Cavabdeh alınaraq ona geri qaytarılmasını xahiş etmişdir. Eyni zamanda, İddiaçı məhkəməyə iddianın təmini tədbirinin görülməsinə dair ərizə verərək məhkəmədən iddia tələbində siyahısı göstərilən əşyaların üzərinə həbs qoyularaq əşyalardan istifadə edilməsinin cavabdehə və digər şəxslərə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(010)- 4138/2020 saylı qərardadı ilə ərizə qismən təmin edilmiş, Cavabdeh yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Deputat küçəsi, ev 19- da yerləşən qonaq otağı mebel dəsti (Türkiyə istehsalı, şkaf, akmod 2 güzgülü, stol, 6 stul)-3200 manat; yataq otağı dəsti (yataq, dolab, kamod, 2 tumboçka)-2700 manat; divankreslo dəsti jurnalnıy stolla birlikdə - 3250 manat; mətbəx mebeli (yerli istehsal – 1000 manat); 1 ədəd uşaq çarpayısı – 50 manat; Panasonic markalı plazma televizor 82 diaqonallı – 800 manat; Samsung markalı paltaryuyan – 800 manat; Samsung markalı tozsovuran – 100 manat; Hitachi markalı soyuducu – 2550 manat; 1 ədəd Electronic markalı kondisioner – 850 manat; 1 ədəd qabyuyan – 900 manat; 1 ədəd qaz peçi ilə aspirator – 400 manat; LG markalı kompyuter – 1000 manat; 3 ədəd çilçıraq – 750 manat; 5 ədəd xalça (2ədəd 3x4, bir ədəd 5x6, 2 ədəd 1.5x2 ölçüdə) – 1000 manat, yataq örtüyü və pərdə dəsti – 500 manat və elektrik soba – 200 manat üzərinə həbs qoyulması qərara alınmışdır. Həmin qərardaddan Cavabdeh şikayət vermiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(010)-4138/2020 saylı qərardadının ləğv edilməsini, şikayət təmin edilmədiyi təqdirdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(010)- 4138/2020 saylı qərardadı ilə şikayət qismən təmin edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(010)-4138/2020 saylı qərardadı dəyişdirilmiş, “Electrolux” markalı bir ədəd kondisioner, “Süsler” markalı qaz peç, “Hitachi” markalı soyuducu, “LG” markalı qabyuyan maşını, “Belissa” markalı “Doğa” qonaq otağı mebel dəstinin istifadəsinə qoyulan qadağa götürülmüş, şikayət qalan hissədə təmin edilməmişdir. Həmin qərardaddan iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən şikayət verilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(010)- 4138/2020 saylı qərardadının ləğv edilməsi, “Electrolux” markalı bir ədəd kondisioner, “Süsler” markalı qaz peç, “Hitachi” markalı soyuducu, “LG” markalı qabyuyan maşını, “Belissa” markalı “Doğa” qonaq otağı mebel dəstinin üzərinə həbs qoyularaq həmin əşyalardan istifadə edilməsinin cavabdehə və digər şəxslərə qadağan edilməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(010)- 4138/2020 saylı qərardadı ilə şikayət qismən təmin edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(010)-4138/2020 saylı qərardadı dəyişdirilmiş, “Electrolux” markalı bir ədəd kondisioner, “Süsler” markalı qaz peç, “Hitachi” markalı soyuducu, “LG” markalı qabyuyan maşını, “Belissa” markalı “Doğa” qonaq otağı mebel dəstinin özgəninkiləşdirilməsi cavabdehə və digər şəxslərə qadağan edilmiş, şikayət qalan hissədə təmin edilməmişdir. Həmin qərardaddan Cavabdeh şikayət vermiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4138/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli qərardadının qismən, “Electrolux” markalı bir ədəd kondisioner, “Süsler” markalı qaz peç, “Hitachi” markalı soyuducu, “LG” markalı qabyuyan maşını, “Belissa” markalı “Doğa” qonaq otağı mebel dəstinin özgəninkiləşdirilməsinin qadağan edilməsi hissəsində ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qərardad qəbul edərkən qanuvericiliyin tələblərini pozmuşdur. Odur ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilməli, iddianın təmini tədbiri barədə ərizənin rədd edilməsinə dair qərardad qəbul edilməlidir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil şikayəti əsassız hesab edərək, təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası izahatları dinləyib, işin materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli və iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(010)-4138/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 158.1.1, 158.1.2, 158.1.3cü maddələrinə əsasən məhkəmə iddianı təmin etmək üçün cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq, müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək, mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan edə bilər. Yuxarıda qeyd olunan mülki qanunvericiliyin tələblərinə əsasən iddianı təmin etmək barədə qəbul edilmiş qərardad müvəqqəti xarakter daşıyır və iş üzrə gələcəkdə qətnamənin icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilən hallara dair şübhələr olduqda iddianın təmin etmək üçün nəzərdə tutulmuş tədbirlər görülə bilər. Məhkəmə kollegiyası şikayətin dəlilləri ilə bağlı qeyd edir ki, iddia üzrə tələblə həmin iddianı təmin etmə tədbiri arasında əlaqə mövcud olduğundan, eləcə də qeyd edilən əmlakların özgəninkiləşdirilməsi ehtimalı olduğundan, həmin əmlakların özgəninkiləşdirilməsinə qadağa qoyulmalıdır. Bununla da, məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və hazırki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(010)-4138/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1, 400 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(010)-4138/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-3257/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3257/2021
23.02.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver