Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3313/2024 11.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlunun sədrliyi ilə (məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının vəkili-nümayəndəsi Vəkil3, Cavabdehin nümayəndəsi-vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı (X4 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “müqavilənin etibarsız hesab edilməsi və qeyri-yaşayış sahəsinə dair reyestrdə aparılmış qeydiyyatın ləğv edilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3930/2023 nömrəli 03 avqust 2023-cü il tarixli qətnaməsindən və 16 noyabr 2023-cü il tarixli əlavə qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair xx.xx.2019-cu il tarixli, AN-İ ******* saylı alqı-satqı müqaviləsinin etibarsız hesab olunması və həmin alqı-satqı əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixdə aparılmış ********** qeydiyyatın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 03 avqust 2023-cü il tarixli 2(011)-3930/2023 nömrəli qətnaməsi ilə (hakim Aygün Həsənova) iddia təmin edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 16 noyabr 2023-cü il tarixli 2(011)-3930/2023 nömrəli (hakim Aygün Həsənova) əlavə qətnaməsi ilə ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair 08 fevral 2019-cu il tarixli, AN-İ ******* saylı alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair reyestrdə 11 fevral 2019-cu il tarixdə ********** nömrə ilə aparılmış qeydiyyatın ləğv edilməsi və ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 27 fevral 2024-cü il tarixli 2(011)-3930/2023 nömrəli qərardadı ilə qərara alınmışdır: əlavə qətnaməsinin nəticə hissəsi aşağıdakı kimi oxunulsun: “ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair 08 fevral 2019-cu il tarixli, AN-İ ******* saylı alğı-satqı müqaviləsi etibarsız hesab edilsin. ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair reyestrdə 11 fevral 2019-cu il tarixdə ********** nömrə ilə aparılmış qeydiyyat ləğv edilsin.” Qətnamədən və əlavə qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, ləğv edilməsini, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi-vəkili ərizə ünvanlayaraq hazırki mülki işin Bakı Apellyasiya Məhkəməsinin icraatında olan 2(103)-3351/2023 nömrəli mülki işə birləşdirilmədi barədə qərardad qəbul edilməsini xahiş edərək, göstərmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-8/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək xx.xx.2019-cu il tarixli, Seriya RX ******* nömrəli çıxarışa əsasən iddiaçı Cavabdeh məxsus Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 558-566-cı məhəllə, 54 D ünvanında yerləşən 487.0 kv.m olan qeyri-yaşayış sahəsi cavabdehlər İddiaçı və X2 öz hesabına boşaldılaraq iddiaçı Cavabdeh təhvil verilməsi və həmin qeyri-yaşayış sahəsi üzərində iddiaçının sahiblik və istifadə hüququna yaradılan maneələrin aradan qaldırılması vəzifəsi cavabdehlər İddiaçı və X2 üzərinə qoyulması qət edilmişdir. Bundan sonra cavabdeh İddiaçı və iddiaçı Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Həmin apellyasiya şikayəti baxılması üçün Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimi Elşən Kazımovun icraatındadır (iş nömrəsi: 2(103)-3351/2023). Mülki işə apellyasiya qaydasında baxılarkən İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab olunması və həmin alqı-satqı müqaviləsi əsasında aparılmış qeydiyyatın ləğv edilməsi” tələbinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsində yeni iddia qaldırmışdır. Hər iki iddia bir-biri ilə əlaqəli olduğuna görə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-3351/2023 nömrəli qərardadı ilə iddiaçı Cavabdehlər X3 və İddiaçı qarşı “qeyri-yaşayış sahəsinin boşaldılması, iddiaçının sahiblik və istifadə hüquqlarına yaradılmış maneələrin aradan qaldırılması və dəymiş zərərin ödənilməsi” tələbinə dair mülki işin icraatının İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab olunması və həmin alqı-satqı müqaviləsi əsasında aparılmış qeydiyyatın ləğv edilməsi” tələbinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatında olan 2(011)-3930/2023 saylı mülki iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək dayandırılması qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili prosessual qənaət prinsipi baxımından hazırki mülki işin Bakı Apellyasiya Məhkəməsinin icraatında olan digər mülki işə birləşdirilməsini xahiş etdi. İddiaçının nümayəndəsi-vəkili isə mülki işlərin birləşdirilməsinə etiraz edərək, hazırki mülki işə baxılıb yekun qərar qəbul edildikdən sonra digər mülki işə baxılmalı olduğunu bildirdi. İşə baxılmasının vaxtı və yeri barədə lazimı qaydada məlumat verilməsinə baxmayaraq, üçüncü şəxs məhkəmə iclasına gəlmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3351/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, iddiaçı Cavabdehlər X4 və İddiaçı qarşı “qeyri-yaşayış sahəsinin boşaldılması, iddiaçının sahiblik və istifadə hüquqlarına yaradılmış maneələrin aradan qaldırılması və dəymiş zərərin ödənilməsi tələbinə dair” mülki işin icraatı İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin alqı-satqı əsasında aparılmış qeydiyyatın ləğv edilməsi tələbinə dair” 2(011)-3930/2023 nömrəli mülki iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək dayandırılmışdır. Göründüyü kimi həmin mülki iş Bakı Apellyasiya Məhkəməsinin icraatında olmaqla, hazırki mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilənə qədər dayandırılmışdır. Məhkəmə kollegiyası, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, hazırkı iş, Bakı Apelyasiya Məhkəməsinə xx.xx.2023-ci il tarixdə daxil olmaqla hakim Elşən Kazımovun icraatında olan, iddiaçı Cavabdehlər X4 və İddiaçı qarşı “qeyri-yaşayış sahəsinin boşaldılması, iddiaçının sahiblik və istifadə hüquqlarına yaradılmış maneələrin aradan qaldırılması və dəymiş zərərin ödənilməsi tələbinə dair” mülki işlə eyni icraatda birləşdirilməlidir, ona görə ki, apellyasiya instansiyası məhkəməsində olan hər iki mülki iş bir-biri ilə əlaqəlidir, hakim E.Kazımovun icraatında olan iş daha əvvəl icraata götürülməklə, icraatı hazırkı iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək dayandırılmışdır. İşlərə bir icraatda baxılması tərəflər arasında mövcud olan mübahisəyə daha tez və obyektiv hüquqi qiymət verilməsini təmin edə bilər. Bu baxımdan, mülki işlər bir icraatda birləşdirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər (maddə 43). Hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır (maddə 169.3). Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 43, 263-264, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin icraatında olan İddiaçı Cavabdeh qarşı “müqavilənin etibarsız hesab edilməsi və qeyri-yaşayış sahəsinə dair reyestrdə aparılmış qeydiyyatın ləğv edilməsi tələbinə dair” mülki iş, iddiaçı Cavabdehlər X4 və İddiaçı qarşı “qeyri-yaşayış sahəsinin boşaldılması, iddiaçının sahiblik və istifadə hüquqlarına yaradılmış maneələrin aradan qaldırılması və dəymiş zərərin ödənilməsi tələbinə dair” 2(103)-209/2024 (əvvəlki nömrəsi 2(103)-3351/2023) nömrəli mülki işlə bir icraatda birləşdirilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-3313/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3313/2024
11.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Qeyri yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver