Məhkəmə qərarları › İş №2(103)-3316/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3316/2022

18.05.2022 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3316/2022 18.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X2 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, iddiaçı X4 nümayəndəsi Vəkil və müstəqil tələb irəli sürməyən üçüncü şəxs "Accessbank” QSC-nin nümayəndəsi X3 iştirakları ilə, iddiaçı X4 cavabdeh Respublika Xammal və Əmtəə Birjasının "Külək” MMC-yə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs "Accessbank” QSC cəlb edilməklə) "hərracın nəticələrinin etibarsız hesab edilməsi”tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3554/2021 saylı işi üzrə 21.12.2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı X8 iddia (tələbinin dəqiqləşdirilməsinə dair) ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Baksol ərazisi, Binəqədi şosesi 1 -ci küçə, 3-cü döngə, 3 ünvanda 0.65076 ha torpaq sahəsində ümumi sahəsi 6399.3 m2 olan əmlak kompleksi ilə əlaqədar keçirilmiş hərracın və onun nəticələrinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı sübut qismində təqdim edilmiş sənədlərlə müəyyən edilməsi göstərilmişdir ki: Respublika Xammal və Əmtəə Birjası "Külək” MMC tərəfindən "Aysel Ko” MMC-yə, "Accessbank” QSC-yə, İddiaçı və Bakı şəhəri Binəqədi rayon icra şöbəsinə ünvanlanmış 30.03.2021-ci il tarixli, 01 nömrəli və 20.04.2021-ci il tarixli, 02 nömrəli bildirişlə kreditin (borcun) təminatı qismində ipoteka predmetinə tələbin yönəldilməsinə dair Bakı şəhəri Binəqədi rayon icra şöbəsinin 17/68- 198019-16 nömrəli, 17.03.2021-ci il tarixli sifariş məktubu və Bakı Kommersiya Məhkəməsinin 2-2(81)-1188/2019 nömrəli, 29.11.2019-cu il tarixli icra vərəqəsi üzrə ipoteka qoyulan Bakı şəhəri, Binəqədi rayonu, Baksol şosesi 1-ci küçə, 3-cü döngə, 3 ünvanında 0.65076 ha torpaq sahəsi 6399.3 kv.m olan əmlak kompleksinə yönəldilməsi, hərracda ******* manat ilkin satış qiyməti ilə satılması və müvafiq olaraq hərracın 16.04.2021-ci il saat 11:00-17:00-dək (növbəlilik əsasında) və 06.05.2021-ci il 11:00- 17:00-dək (növbəlilik əsasında) tarixdə keçiriləcəyi bildirilmişdir; "Birja Yenilikləri” qəzetlərinin təsdiq edilmiş surəti ilə İddiaçı məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Baksol şosesi 1-ci küçə, 3-cü döngə, 3 ünvanında 0.65076 ha torpaq sahəsi 6399.3 kv.m olan əmlak kompleksi ilə bağlı hərracın keçirilməsi tarixləri barədə elanlar verilmişdir; Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin 24.06.2021-ci il tarixli məktubla ərizəsinə cavab olaraq bildirilmişdir ki, Bakı Kommersiya Məhkəməsinin 2-2(81)-1188/2019*010 nömrəli. 29.11.2019-cu il tarixli icra vərəqəsi üzrə "AccessBank” QSC qarşısında ipoteka ilə yüklü edilmiş Bakı şəhəri Binəqədi rayonu Baksol ərazisi Binəqədi şossesi 1-ci küçə 3-cü döngə 3 ünvanında 0.65076 ha torpaq sahəsində yerləşən xüsusi mülkiyyətdə olan ümumi sahəsi 6399.3 m2 olan əmlak kompleksinin açıq hərracda satılmasına dair "xxxx" MMC tərəfindən keçirilmiş hərracın nəticələrinə dair protokol Binəqədi rayon İcra Şöbəsinə hazırkı günədək daxil olmamışdır və bu səbəbdən həmin protokolun surətinin Sizə təqdim edilməsi mümkünsüzdür.Əmlak kompleksinin açıq hərracda satılmasına dair protokol Binəqədi rayon İcra Şöbəsinə daxil olduqda surəti Sizə təqdim olunacaqdır; Respublika Xammal və Əmtəə Birjası "Külək” MMC tərəfindən "Aysel Ko” MMC-yə, "Accessbank” QSC-yə, İddiaçı və Bakı şəhəri Binəqədi rayon icra şöbəsinə ünvanlanmış 04.05.2021-ci il tarixli, 01/2733 nömrəli təkliflə Binəqədi rayon icra şöbəsinin N° 17/68-198019-16 $pylı 17.03.2021-ci il tarixli sifariş məktubu əsasən ipoteka yüklü edilmiş Bakı şəhəri, Binəqədi rayonu, Baksol ərazisi. Binəqədi şossesi 1-ci küçə, 3-cü döngə, 3 ünvanda 0.65076 ha torpaq sahəsində ümumi sahəsi 6399.3 m2 olan əmlak kompleksi kimi müəssisənin təkrar hərracının baş tutmaması barədə "Biıja yenilikləri” qəzetinin 04.05.2021-ci il tarixli nömrəsində elan dərc edilmişdir. "İpoteka Haqqında” Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq ipoteka predmeti təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə yəni 975375 manat olmaqla ipoteka saxlayana təklif olunur, "İpoteka Haqqında” qanunun 43.7, 43.8-ci maddələrinə uyğun olaraq ipoteka saxlayan 30 təqvim günü ərzində ipoteka predmeti əldə etdiyi halda Mülki Məcəlləsinin 298.2, 319.3.5 maddələrinə müvafiq isə hərracın xidmət haqqını ödədikdən sonra protokol tərtib olunur; Respublika Xammal və Əmtəə Birjası "Külək” MMC tərəfindən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə ünvanlanmış 19.11.2021 -ci il tarixli məktubla Binəqədi rayon icra şöbəsinin 17/68-198019- 6 saylı 17.03.2021- ci il tarixli sifariş məktubu üzrə X5 təqdim olunmuş hərrac təşkilatının 2733 saylı məktubunda operator tərəfindən texniki səhvə yol verilərək 04.05.2021-ci il tarixlərinin qeyd olunduğu qeyd edilmişdir (iş.səh.10,45, 11, 12, 120). Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3554/2021 saylı işi üzrə 21.12.2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Qətnamədə "İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 41.3, 42.1, 42.3, 42.4, 42.6, 42.8; "İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.1, 53.3, 62.2; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 80, 217.4, 220.5-ci maddələrinə itinadən qeyd edilmişdir ki, İddiaçı məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Baksol şosesi 1 -ci küçə, 3-cü döngə, 3 ünvanında 0.65076 ha torpaq sahəsi 6399.3 kv.m olan əmlak kompleksi Bakı Kommersiya Məhkəməsinin 2-2(81)-1188/2019 nömrəli, 29.11.2019-cu il tarixli icra vərəqəsinin, Bakı şəhəri Binəqədi rayon icra şöbəsinin 17/68-198019-16 nömrəli, 17.03.2021-ci il tarixli sifariş məktubunun icrasına əsasən hərrac təşkil olunmuşdur. Əmlakın ilkin hərrac qiyməti ******* manat, ipoteka predmetinin 25% aşağı olan qiyməti İpoteka Haqqında qanunun 43.7-ci maddəsinə əsasən 975375 manat qiymətlə tələbkarın əldə etmək hüququnun olması bildirmişdir. Hərrac təşkilatı qanunvericiliyin tələblərinə uyğun olaraq hərracın keçirilməsini təşkil etmiş və bununla əlaqədar tərəflərin rəsmi qeydiyyatda olduqları ünvanlara müvafiq bildirişlər göndərilmiş, qəzetlərdə elanlar vermişdir. Bundan başqa tələbkar bank tərəfindən də borclulara əmlakın hərracda satılması ilə bağlı müvafiq xəbərdarlıq məktubları göndərilmişdir. Nəticədə ipoteka predmeti olan daşınmaz əmlak hərracda satılmamış və qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq tələbkar "Accessbank” QSC-yə təklif olunmuşdur.Belə olan halda məhkəmə hesab edir ki, ipoteka ilə yüklü edilmiş İddiaçı məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Baksol şosesi 1 -ci küçə, 3- cü döngə, 3 ünvanında 0.65076 ha torpaq sahəsi 6399.3 kv.m olan əmlak kompleksi "İcra haqqında” Azərbaycan Respublikası Qanununun, "İpoteka haqqında” Qanunun və Azərbaycan Respublikası Mülki Məcəlləsinin yuxarıda qeyd olunan maddələrinin tələblərinə uyğun olaraq hərrac vasitəsilə tələbkara təklif edilmişdir.Bununla yanaşı məhkəmə iddiaçının əsas gətirdiyi əmlak kompleksi ilə bağlı hərrac təşkilatçısının hərracın keçirilməsi barədə onlara məlumat verməməsini, hərracın onların xəbəri və iştirakı olmadan keçirilməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hərrac təşkilatı tərəflərə icra sənədi üzrə borclu və tələbkara təqdim etdikləri rəsmi ünvan üzrə bir neçə dəfə rəsmi qaydada xəbərnaməli bildirişlər göndərmiş, qeyd olunan poçt göndərişləri ilə bağlı xəbərnamələr məhkəmə iclasında tərəflərin iştirakı ilə tədqiq edilmiş, nəticədə ipoteka predmeti olan daşınmaz əmlak qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq tələbkara təklif olunmuşdur.Eyni zamanda iddiaçının “cavabdeh tərəfindən 04.05.2021-ci il tarixdə İpoteka predmetinin əldə olunmasına dair Təklif Binəqədi rayon İcra şöbəsinə, iddiaçıya və "xxxx" QSC-nə göndərildiyi halda cavabdeh 20.04.2021-ci il tarixli 01/2392 saylı təkrar hərracın keçirilməsinə dair Bildiriş N2 göndərərək 06.05.2021-ci il tarixə təkrar hərracı təyin etmişdir. Həmin hərrac barədə “Birja yenilikləri” qəzetinin 20.04.2021-ci il tarixli nömrəsində elan yerləşdirilmiş və həmin tarixdə də İddiaçıya bildiriş göndərilmişdir’, “Cavabdeh tərəfindən keçirilmiş hərracın nəticələrinə dair protokol təqdim edilməmişdir” dəlillərinə münasibətdə, formal əsaslara görə hərracın etibarsız hesab edilməsi qanuni və əsaslı hesab edilə bilməz. Məhkəmə bu qənaətə gələrkən, iş üzrə üçüncü şəxs olan bankın haqlı mənafelərinin qorunması, habelə iddiaçının hərracda iştirak edərək əmlakı əldə etmək üçün hər hansı real hərəkətinin olmasının sübut edəcək dəlillərinin olmamasını nəzərə almışdır, eyni zamanda iddiaçının bildirişdəki texniki səhvi əsas götürərək, sırf bu səbəbdən iş üzrə üçüncü şəxsin mülkiyyətində olan əmlaka dair keçirilmiş hərracın nəticələrinin etibarsız hesab edilməsinə dair tələbi prosessual norma baxımından üçüncü şəxslərə qarşı yönəldilə bilməzdi. Belə ki, iddianın mümkün təmin edilməsi halında iş üzrə üçüncü şəxsə verilmiş çıxarış ləğv ediləcəkdir. Bundan başqa ədalətlilik prinsipi baxımından da iddiaçının belə bir iddia irəli sürərək bank qarşısında götürülmüş öhdəliklərinin yerinə yetirilməsindən yayınmaq üçün hərracı mübahisələndirməsi formal, məsuliyyətdən yayınmaq üçün atılmış addımdır. Məhkəmə iclasında tərəflərin təqdim etdikləri sübutlarla və verdikləri izahatlardan da məlum olmuşdur ki, qeyd edilən ipoteka predmeti ilə bağlı keçirilmiş hərracdan iddiaçının məlumatı olmuşdur. Əlavə olaraq, iddiaçı məhkəməyə müraciət edərkən iddia ərizəsində qeydiyyatda olduğu ünvanını ünvan 12 tədqiq edilmiş poçt göndərişləri ilə bağlı xəbərnamələr də göstərilən ünvana göndərilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-3554/2021 saylı, 21.12.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində "İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42, 43; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2, 416; Mülki Prosesual Məcəllənin 76, 88, 106.1, 217.3, 217.4-cü maddələrinə istinadən qeyd edilmişdir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin icraatında olan 2-2(81)-1188/2019 saylı iş üzrə mübahisə süih yolu ilə həl edilmiş, X8 və “AYSEL KO’MMC ilə "xxxx" QSC arasında barışıq sazişi bağlanmışdır. Həmin sazişə əsasən borclu X1 göstərilən məbləği sazişin 5-ci bəndində qeyd olunan ardıcıllıqla razılaşdırılmış qaydada və müddətlərdə Banka ödəməyi öhdəsinə götürmüşdür. Lakin, bütün dünyada, həmçinin də Azərbaycan Respublikası ərazisində koronovirus (COVİD-19) infeksiyasının yayılması və ölkə ərazisində tətbiq edilə xüsusi karantin rejimi qaydaları Borclunun barışıq sazişi üzrə ödənişlərini vaxtında icra edə bilməsində problemlər yaratmışdır.İcra məmuru isə qüvvədə olan barışıq sazişini və işin faktiki hallarını nəzərə almayaraq, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)- 1188/2019-01C saylı, 29.11.2019-cu il tarixli icra sənədinə əsasən Binəqədi rayon İcra və Probasiya şöbəsi 27.11.2020-ci il tarixli İcraata başlamaq haqqında Qərarı (bundan sonra “Qərar”) qəbul etmişdir. Həmin Qərara əsasən Binəqədi rayon İcra və Probasiya şöbəsi tərəfindən iş üzrə icraata başlanılması qərar alınmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)- 1188/2019-010 saylı, 29.11.2019-cu il tarixli icra sənədinə əsasən Binəqədi rayon İcra və Probasiy şöbəsi 27.11.2020-ci il tarixli İcraata başlamaq haqqında Qərar (bundan sonra “Qərar”) qəbul etmişdir. Həmin Qərara əsasən Binəqədi rayon İcra və Probasiya şöbəsi tərəfindən iş üzrə icraata başlanılması qərara alınmışdır. İcra məmuru “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 61.2-ci maddəsinə əsasən borclu X5 (bundan sonra ‘İddiaçı”) məxsus olan ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Binəqədi rayonu, Baksol ərazisi, Binəqədi şosesi, 1-ci küçə, 3-cü döngə, 3 ünvanında 0.65076 ha torpaq sahəsində yerləşən xüsusi mülkiyyətdə olan ümumi sahəsi 6399.3 kv.m. olan əmlak kompleksinin açıq hərracda satılması üçün sifariş məktubu tərtib edərək Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-nə (bundan sonra “Cavabdeh’) göndərmişdir. Hərrac təşkilatçısı olan Cavabdeh 30.03.2021-ci il tarixli 01/1869 saylı hərracın keçirilməsinə dair Bildiriş №1 göndərərək 16.04.2021-ci il tarixə hərrac təyin etmişdir. 20.04.2021-ci il tarixli 01/2392 saylı hərracın keçirilməsinə dair Bildiriş №2 göndərərək 06.05.2021-ci il tarixə təkrar hərracı təyin etmişdir. Təkrar hərracın baş tutmaması ilə bağlı “Birja yenilikləri” qəzetinin 04.05.2021-ci il tarixli nömrəsində elan dərc edilmişdir.Cavabdeh 04.05.2021-ci il tarixdə İpoteka predmetinin əldə olunmasına dair Təklifi Binəqədi rayon İcra şöbəsinə və "xxxx" QSC-nə göndərmişdir. İddiaçı Cavabdehə sorğu vermiş və hərracın yekun protokolunun ona təqdim edilməsini xahiş etmişdir.Eyni zamanda, İddiaçı Binəqədi rayon İcra şöbəsinə də eyni məzmunlu sorğu vermiş, Binəqədi rayon İcra şöbəsi 17/68-198019-16 nömrəli 24.06.2021-ci i tarixli cavab ilə bildirmişdir ki, Cavabdeh tərəfindən keçirilmiş hərracın nəticələrinə dair protokol Binəqədi rayon İcra şöbəsinə hazırki günədək daxil olmamışdır və bu səbəbdən həmin protokolun İddiaçıya təqdim edilməsi mümkünsüzdür.Yuxarıda qeyd olunanları nəzərə alaraq, hərrac Cavabdeh tərəfindən qanunsuz olaraq keçirilmişdir. Hərracın keçirilməsi qaydası “İpoteka haqqında” AzərbaycanRespublikasının Qanunu (“Qanun”) ilə tənzimlənir. Həmin Qanunun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. Qanunun tələbindən göründüyü kimi hərracın keçirilməsi ilə bağlı elan və bildiriş hərrac gününə ən geci 20 təqvim günü qalmış verilməlidir. İş materiallarına əsasən hərrac təşkilatçısı olan Cavabdeh 30.03.2021-ci il tarixli 01/1869 saylı hərracın keçirilməsinə dair Bildiriş №1 göndərərək 16.04.2021-ci il tarixə hərrac təyin etmişdir. Həmin hərrac barədə “Birja yenilikləri” qəzetinin 30.03.2021-ci il tarixli 241 nömrəsində elan yerləşdirilmiş və həmin tarixdə də İddiaçıya bildiriş göndərilmişdir. Yəni, Qanunun imperativ tələbi olan hərrac gününə 20 təqvim günündən az müddət qalmış elan yerləşdirilmiş və İddiaçıya bildiriş göndərilmişdir. Cavabdeh tərəfindən əsas pozuntu isə bundan sonra baş vermişdir. Belə ki, 06.05.2021-ci il tarixli İpoteka predmetinin əldə olunmasına dair Təklif Cavabdeh tərəfindən Binəqədi rayon İcra şöbəsinə, İddiaçıya və "xxxx" QSC-nə 04.05.2021-ci ildə göndərilmişdir. Yəni, təkrar hərracın keçirilməsinə hələ 2 gün qalmış, Cavabdeh artıq təkrar hərracın baş tutmayacağını bilmiş və həmin gün ipoteka predmetinin əldə olunmasına dair təklifi Banka göndərmişdir. Bunu təsdiq edən sənədlər aşağıdakılardır və bütün bu sənədlər Cavabdehin özü tərəfindən məhkəməyə təqdim edilmişdir: • FM Express kuryer şirkətinin 199584 saylı qəbz. Həmin qəbzin üzərində 04.05.2021-ci il tarixi qeyd olunmuşdur; • Təkrar hərracın baş tutmaması ilə bağlı “Birja yenilikləri” qəzetinin 04.05.2021-ci il tarixli 246 saylı nömrəsində dərc edilmiş elan; Cavabdeh tərəfindən təqdim edilmiş 04.05.2021-ci il tarixli İpoteka predmetinin əldə olunmasına dair Təklif. Bütün bu sübutların mövcud olmasına baxmayaraq, Cavabdeh məhkəməyə 19.11.2021-ci il tarixli a/4953 saylı məktub təqdim edərək bildirir ki, guya adıçəkilən Təklifdə texniki səhvə yol verilərək 04.05.2021-ci il tarixi qeyd edilmişdir. Halbuki, yuxarıda qeyd edilən kuryer qəbzi və “Birja yenilikləri” qəzetindəki elan həmin Təklifdəki tarixin səhv olmadığını və Cavabdehin qeyd edilən məktub ilə məhkəməni aldatmaq istədiyi açıq- aşkardır. Həmçinin, İddiaçı Cavabdehə sorğu vermiş və hərracın yekun protokolunun ona təqdim edilməsini xahiş etmişdir. Eyni zamanda, İddiaçı Binəqədi rayon İcra şöbəsinə də eyni məzmunlu sorğu vermiş, Binəqədi rayon İcra şöbəsi 17/68- 198019-16 nömrəli 24.06.2021-ci il tarixli cavab ilə bildirmişdir ki, Cavabdeh tərəfindən keçirilmiş hərracın nəticələrinə dair protokol Binəqədi rayon İcra şöbəsinə hazırki günədək daxil olmamışdır və bu səbəbdən həmin protokolun İddiaçıya təqdim edilməsi mümkünsüzdür. Odur ki, Bakı şəhəri, Binəqədi rayonu, Baksol ərazisi, Binəqədi şosesi 1ci küçə, 3- cü döngə, 3 ünvanda 0.65076 ha torpaq sahəsində ümumi sahəsi 6399.3 kv.m. olan əmlak kompleksi ilə əlaqədar keçirilmiş hərrac və onun nəticələri etibarsız hesab edilməlidir. Eyni pozuntu təkrar hərracın keçirilməsində də baş vermişdir. Belə ki, Cavabdeh 20.04.2021-ci il tarixli 01/2392 saylı təkrar hərracın keçirilməsinə dair Bildiriş № 2 göndərərək 06.05.2021-ci il tarixə təkrar hərracı təyin etmişdir. Həmin hərrac barədə “Birja yenilikləri” qəzetinin 20.04.2021-ci il tarixli nömrəsində elan yerləşdirilmiş və həmin tarixdə də İddiaçıya bildiriş göndərilmişdir. Yəni, Qanunun imperativ tələbi olan hərrac gününə 20 təqvim günündən az müddət qalmış elan yerləşdirilmiş və İddiaçıya bildiriş göndərilmişdir. Məhkəmə qətnamədə iki hissədə qeyd edir ki: 1) “bununla yanaşı məhkəmə iddiaçının əsas gətirdiyi əmlak kompleksi ilə bağlı hərrac təşkilatçısının hərracın keçirilməsi barədə onlara məlumat verməməsini, hərracın onların xəbəri və iştirakı olmadan keçirilməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hərrac təşkilatı tərəflərə icra sənədi üzrə borclu və tələbkara təqdim etdikləri rəsmi ünvan üzrə bir neçə dəfə rəsmi qaydada xəbərnaməli bildirişlər göndərmiş, qeyd olunan poçt göndərişləri ilə bağlı xəbərnamələr məhkəmə iclasında tərəflərin iştirakı ilə tədqiq edilmiş” (Qətnamə, səhifə 6, sonuncu abzas); 2) “Məhkəmə iclasında tərəflərin təqdim etdikləri sübutlara və verdikləri izahatlardan da məlum olmuşdur ki, qeyd edilən ipoteka predmeti ilə bağlı keçirilmiş hərracdan iddiaçının məlumatı olmuşdur” (Qətnamə, səhifə 7, 3-cü abzas) Bakı Apellyasiya Məhkəməsinin diqqətinə çatdırmaq istəyirik ki, Belə bir hal olmayıb və iddiaçının nümayəndəsi bu cür izahat verməyib. Bununla bağlı, nə ilkin iddia ərizəsində, nə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə, nə də ki məhkəmə iclaslarındakı çıxışlarda onlar, yəni iddiaçı və nümayəndəsi heç yerdə qeyd etməmişlər ki, hərracların keçirilməsi barədə məlumatsız olmuşlar. İddia tələbinin əsasını başqa nüanslar təşkil etdiyi halda, məhkəmənin olmayan məsələlərə qiymət verməsi bir daha göstərir ki, məhkəmə işə düzgün baxmamış, işdə olan sübutlara düzgün qiymət verməmiş, qətnamə isə analoji işlər üzrə olan qətnamələrdən köçürülmüşdür. Göründüyü kimi, məhkəmə MPM-in sadalanan normalarının tələblərini pozmuşdur . İddiaçı X4 nümayəndəsi Vəkil ərizə ilə müraciət edərək, bildirmişdir ki, cavabdeh tərəfindən hazırki mübahisə üzrə hərrac keçirilən vaxtı edilmiş pozuntular: 30.03.2021-ci il tarixli 01/1869 saylı hərracın keçirilməsinə dair Bildiriş N°1 əsasən 16.04.2021-ci il tarixə hərrac təyin edilmişdir. Həmin hərrac barədə “Birja yenilikləri” qəzetinin 30.03.2021-ci il tarixli 241 nömrəsində elan yerləşdirilmiş və həmin tarixdə də İddiaçıya bildiriş göndərilmişdir. Yəni, hərracın keçirilməsi gününə (16.04.2021) 20 təqvim günündən az vaxt qalmış Cavabdeh elan yerləşdirmiş və İddiaçıya bildiriş göndərmişdir (30.03.2021). Bundan başqa, Cavabdeh özünün rəsmi internet saytında (www.birjanews.az) bununla bağlı məlumat dərc etməmişdir. 20.04.2021-ci il tarixli 01/2392 saylı təkrar hərracın keçirilməsinə dair Bildiriş №2 əsasən 06.05.2021-ci il tarixə hərrac təyin edilmişdir. Həmin hərrac barədə “Birja yenilikləri” qəzetinin 20.04.2021-ci il tarixli nömrəsində elan yerləşdirilmiş və həmin tarixdə də İddiaçıya bildiriş göndərilmişdir. Yəni, hərracın keçirilməsi gününə (06.05.2021) 20 təqvim günündən az vaxt qalmış Cavabdeh elan yerləşdirmiş və İddiaçıya bildiriş göndərmişdir (20.04.2021). Bundan başqa, Cavabdeh özünün rəsmi internet saytında (www.birjanews.az) bununla bağlı məlumat dərc etməmişdir. Ümumiyyətlə, www.birjanews.az adlı internet səhifəsi fəaliyyət göstərmir. Cavabdeh tərəfindən hərracın keçirilməsi barədə məlumat yerləşdirilmiş “Birja yenilikləri” qəzeti kütləvi informasiya vasitəsi hesab edilir mi? Birincisi, həmin qəzetin də rəsmi internet səhifəsi www.birjanews.az internet saytıdır və yuxarıda da qeyd etdiyimiz kimi həmin sayt fəaliyyət göstərmir. İkincisi, həmin qəzet hansı köşklərdə və s. bu kimi yerlərdə satılması qeyri-müəyyəndir.Həmin qəzeti Bakı şəhərində yerləşən bir neçə köşklərdə axtarılmasına baxmayaraq, tapa bilməmişlər. 04.05.2021-ci il tarixdə İpoteka predmetinin əldə olunmasına dair təklif cavabdeh tərəfindən Binəqədi rayon İcra şöbəsinə, iddiaçıya və "xxxx" QSC-nə göndərilmişdir. Yəni, təkrar hərracın keçirilməsinə hələ 2 gün qalmış, cavabdeh artıq təkrar hərracın baş tutmayacağını bilmiş və həmin gün ipoteka predmetinin əldə olunmasına dair təklifi Banka göndərmişdir: • FM Express kuryer şirkətinin 199584 saylı qəbz. Həmin qəbzin üzərində 04.05.2021-ci il tarixi qeyd olunmuşdur; Təkrar hərracın baş tutmaması ilə bağlı “Birja yenilikləri” qəzetinin 04.05.2021-ci il tarixli 246 saylı nömrəsində dərc edilmiş elan Cavabdeh tərəfindən təqdim edilmiş 04.05.2021-ci il tarixli İpoteka predmetinin əldə olunmasına dair Təklif.6 Hərrac baş tutmamış elan edikdən sonra cavabdeh təklif ilə Banka müraciət etməli, həmin təklifə 30 təqvim günü ərzində Bank tərəfindən müsbət cavab verilərsə, Cavabdeh (hərrac təşkilatı) ilə Bank arasında hərracın yekunları barədə protokol imzalanmalı idi. Həmin protokol müqavilə qüvvəsinə malik olur və müvafiq dövlət orqanı həmin protokol əsasında daşınmaz əmlakın dövlət reyestrinə məlumatları daxil edir. Həmin protokol nə İddiaçıya, nə Binəqədi rayon İcra və Probasiya şöbəsinə, nə də Məhkəməyə bugünədək təqdim edilməmişdir. İş materiallarında həmin protokol mövcud deyildir. İddiaçı Binəqədi rayon İcra şöbəsinə də eyni məzmunlu sorğu vermiş, Binəqədi rayon İcra şöbəsi 17/68-198019-16 nömrəli 24.06.2021-ci il tarixli cavab ilə bildirmişdir ki, Cavabdeh tərəfindən keçirilmiş hərracın nəticələrinə dair protokol Binəqədi rayon İcra şöbəsinə hazırki günədək daxil olmamışdır və bu səbəbdən həmin protokolun İddiaçıya təqdim edilməsi mümkünsüzdür. Cavabdeh tərəfindən pozulmuş qanunvericilik normaları: “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 42, 43 və 44-cü maddələri; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415 və 416 maddələri; Həmin tarixdə qüvvədə olan “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanunu. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı X4 nümayəndəsi Vəkil apellyaiya şikayətini müdafiə edərək, hərrac təşkilatının bildirişdə 16.04.2021-ci il tarixində hərrac keçiriləcəyini qeyd etdiyini, birinci hərrac baş tutmadığından ikinci hərracın 06.05.2021-ci il tarixində olacağı qeyd edilsə də 04.05.2021-ci il tarixində hərraca çıxarılan əmlakı tələbkara təklif etdiyini, tələbkara göndərilmiş təklif məktubunun 04.05.2021-ci il tarixində tərtib edildiyinin göründüyünü, həmin məktubunun kuryer vasitəsilə həm iddiaçıya, həm də cavabdehə təqdim edildiyini, eyni zamanda 04.05.2021-ci il tarixli “Birja” qəzetində hərracın baş tutmamasının qeyd edildiyini, hərrac təşkilatının 04.05.2021-ci il tarixini qeyd etməsinin texniki səhv olunduğunu bildiriyini, lakin həmin tarixli qəzetdə də 04.05.2021-ci il tarixli olduğunu, birinci instansiya məhkəməsinin iclası zamanı bankın pulun ödənilməsi şərti ilə barışığa razı olduqlarını bildirdiyini, “Birja” qəzetlərinin satışı ilə bağlı bir neçə köşkə baxdıqlarını, lakin heç birində qəzetin satışının müəyyən edilmədiyini, eyni zamanda “Birja” saytının da fəaliyyət göstərmədiyini, belə olduğu halda “Birja” qəzetinin ümumiyyətlə əhəmiyyətinin olmadığını, hərracın yekunları barədə protokolun əldə edilməsi üçün hərrac mərkəzinə müraciət edildiyini, lakin protokolun onlara verilmədiyini, icra şöbəsinin məktubunda da hərracın yekun protokolunun icra şöbəsində olmadığının bildirildiyini bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs "Accessbank” QSC-nin nümayəndəsi X6 apellyasiya şikayətini qəbul etməyərək, iddiaçının hərrac barədə məlumatlı olduğunu, hərracın vaxtında keçirildiyini, ikinci hərracın keçirildiyini, hərracın vaxtı ilə bağlı texniki səhvə yol verildiyini, hərracın yekun protoklunun mövcud olduğunu, əmlakın hal-hazırda bankın mülkiyyətində olduğunu, əmlakın bank tərəfindən satılmadığını, əmlakın alğı-satqısı barədə müqavilə bağlanan zaman hərrac protoklunun mövcud oluğunu bildirmişdir. Qeyd: üçüncü şəxs ipoteka predmeti 20.05.2021-ci il tarixdə “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə əsasən 25% aşağı olan qiymətə Banka satılması barədə 39/02 saylı hərracın yekunları üzrə protokolu və alqı-satqı müqaviləsini təqdim etmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən cavabdeh Respublika Xammal və Əmtəə Birjasının "Külək” MMC iştirakları olmadan işə baxılması mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissədə müzakirə edən məhkəmə kollegiyası “İcra haqqında” Azərbaycan Respublikası Qanununun, 53.2, 61, 62; “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39- 46; Mülki Məcəllənin 139-140, 144, 146, 152-158, 414-416; Mülki Prosessual Məcəllənin 76-82, 106, 119, 217.4, 220.5, 372, 385 - 390-cı maddələrinə istinadən hesab edir ki, hərracın keçirilməsi zamanında qüvvədə olan mülki qanunvericliyin tətbiqi baxımından hərrac (keçirilmə qaydası) üzrə işin hallarına düzgün qiymət verilməmişdir. Belə ki, 30.03.2021-ci il tarixli 01/1869 saylı hərracın keçirilməsinə dair Bildiriş N°1 əsasən 16.04.2021-ci il tarixə hərrac təyin edilmişdir. Həmin hərrac barədə “Birja yenilikləri” qəzetinin 30.03.2021-ci il tarixli 241 nömrəsində elan yerləşdirilmiş və hərracın keçirilməsi gününə 20 təqvim günündən az vaxt qalmış həmin tarixdə də iddiaçıya bildiriş göndərilmiş, rəsmi internet saytında bununla bağlı məlumat dərc etməmişdir. 20.04.2021-ci il tarixli 01/2392 saylı təkrar hərracın keçirilməsinə dair Bildiriş №2 əsasən 06.05.2021-ci il tarixə hərrac təyin edilmişdir. Həmin hərrac barədə “Birja yenilikləri” qəzetinin 20.04.2021-ci il tarixli nömrəsində elan yerləşdirilmiş və hərracın keçirilməsi gününə 20 təqvim günündən az vaxt qalmış həmin tarixdə də iddiaçıya bildiriş göndərilmiş, rəsmi internet saytında bununla bağlı məlumat dərc etməmişdir. 04.05.2021-ci il tarixdə İpoteka predmetinin əldə olunmasına dair təklif cavabdeh tərəfindən Binəqədi rayon İcra şöbəsinə, iddiaçıya və "xxxx" QSC-nə göndərilmişdir. Yəni, təkrar hərracın keçirilməsinə hələ 2 gün qalmış, cavabdeh artıq təkrar hərracın baş tutmadığını elan etmiş və həmin gün ipoteka predmetinin əldə olunmasına dair təklifi Banka göndərmiş. Protokol nə İddiaçıya, nə Binəqədi rayon İcra və Probasiya şöbəsinə, nə də Məhkəməyə təqdim edilməmişdir. Apellyasiya icraatı zamanı məlum olmuşdur ki, ipoteka predmeti 20.05.2021-ci il tarixdə “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə əsasən 25% aşağı olan qiymətə Banka satılmışdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsi təkrar hərracda, Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla (yəni hərraca iki nəfərdən az alıcı gəldikdə), hərracın digər səbəblərə görə baş tutmamış elan edildiyini nəzərdə tutur. Cavabdeh tərəfindən isə təkrar hərracın keşirilməsini müəyən edən sübutlar təqdim edilməmiş və bu sübutun mümkünlüyü ümumiyyətlə istisna edilmişdir. Belə ki, təkrar hərracın keşirilməsinə 2 gün qalmış artıq onun baş tutmadığı elan edilərək həmin gün də ipotekasaxlayana təklif edilmişdir. Göründüyü kimi, cavabdehin (həracın təşkilatçısı) həracın keçirilməsi zamanı İpoteka haqqında Qanunla və Mülki Məcəllə ilə müəyyən edilmiş qaydaları pozması onun özünün təqdim etdiyi sübutlarla təsdiq edilmiş, bu zaman qanunla (məcəllə ilə) müəyyən edilən müddətlərə riayyət edilmədiyi və təkrar hərrac keçirilmədən ipoteka predmeti birbaşa təklif edilməklə ipotekasaxlayana satılması öz təsdiqini tapmışdır. 19.03.2021-ci il tarixdə daxil olmuş sifarişin ilk həracın keçirildiyi 16.04.2021-ci il tarixdən əmlakın satıldığı 20.05.2021-ci il tarixədək bütövlükdə 34 gün müddət ötmüşdür. Halbuki qanunvericiliyə əsasən bir hərrac üzrə elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilməlidir (göndərilməlidir). “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42-44-cü maddələrinin tələblərinə əsasən: Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. Hərrac baş tutmadıqda, habelə keçirilməsindən imtina edildikdə hərracın təşkilatçısı behləri 7 təqvim günü müddətində geri qaytarmalıdır. Hərracı udan, lakin bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini ödəməyən şəxsin behi qaytarılmır. Hərracda iştirak edən, lakin onu udmayan şəxslərin de behi 7 təqvim günü müddətində geri qaytarılır. Hərracı udmuş şəxslə müqavilə bağlandıqda onun verdiyi behin məbləği alış qiymətinə daxil edilir. İstənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan hərracda alıcı qismində iştirak edə bilər. Hərracı sifariş edən icra qurumunun və hərrac təşkilatının əməkdaşlarının, habelə əmlakın qiymətləndirilməsini həyata keçirən şəxslərin birbaşa və ya dolayı yolla hərracda alıcı qismində iştirak etməsinə yol verilmir. Hərracda iştirak edən ipoteka saxlayan beh ödəmir. Hərracı udduğu halda, ipoteka saxlayan tələbinin məbləği həcmində alış qiymətini ödəməkdən azad olunur. Ən yüksək qiymət təklif etmiş şəxs hərracı udmuş sayılır. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar. Protokolun imzalanmasından imtina edilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Hərracı udmuş şəxs hərrac qurtardıqdan sonra ən geci 7 təqvim günü ərzində iştirak üçün verdiyi behi çıxmaqla alış qiymətini ödəməlidir. Əgər alış qiyməti hərracı udmuş şəxs tərəfindən həmin müddət ərzində ödənilməzsə ipoteka predmetini hərracda ikinci ən yuxarı qiymət təklif etmiş şəxs həmin qiymətə ala bilər. Bu məqsədlə hərrac təşkilatı həmin şəxsə müraciət edir, sonuncu ipoteka predmetini almağa yazılı razılıq verdikdə hərracı udmuş şəxs statusu qazanır. Alış qiymətinin ödənilməməsi bu Qanunla müəyyən edilmiş nəticələrə səbəb olur. Hərracın nəticələri haqqında protokol ipotekanın dövlət qeydiyyatı orqanına ipotekaya xitam verilməsi və yeni mülkiyyətçi haqqında qeydlərin müvafiq reyestrə daxil edilməsi üçün əsas hesab olunur. Hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində və özünün rəsmi internet saytında məlumat dərc etdirir: hərraca iki nəfərdən az alıcı gəldikdə; hərracın iştirakçısı olmadıqda; hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın. Qeyd edilən hallarda hərracın baş tutmaması barədə elan hərracın keçirilməsinin təyin olunduğu və ya müvafiq olaraq alış qiymətinin ödənilməsi üçün nəzərdə tutulmuş gündən 3 təqvim günü gec olmayaraq dərc etdirilir. Hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Təkrar hərracda bir iştirakçı olduqda hərrac baş tutmuş hesab olunur və bu halda həmin şəxs hərracın qalibi olur. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdi. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. İpoteka saxlayan xarakterinə və təyinatına görə ona məxsus ola bilməyən ipoteka predmetini özündə saxlamışsa, o, qanunvericiliklə müəyyən edilmiş qaydada bir il ərzində həmin əşyanı özgəninkiləşdirməlidir. Bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Mülki Məcəllənin 414-4160-cı maddəsinə əsasən: Əgər müqavilənin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, o, hərrac keçirilməsi yolu ilə bağlana bilər. Müqavilə hərracı udan şəxslə bağlanır. Hərracın təşkilatçısı kimi əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi və ya ixtisaslaşdırılmış təşkilat çıxış edə bilər. İxtisaslaşdırılmış təşkilat əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi ilə müqavilə əsasında hərəkət edir və onların adından və ya öz adından çıxış edir. Mülki Məcəllədə göstərilən hallarda əmlakın və ya əmlak hüququnun satışı barədə müqavilələr yalnız hərrac keçirilməsi yolu ilə bağlana bilər. Hərrac auksion və ya müsabiqə formasında keçirilir. Ən yüksək qiymət təklif etmiş şəxs auksionda hərracı udmuş sayılır, hərracın təşkilatçısının qabaqcadan təyin etdiyi müsabiqə komissiyasının rəyinə əsasən ən yaxşı şərtlər təklif etmiş şəxs isə müsabiqə üzrə hərracı udmuş sayılır. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, hərracın formasını satılan əmlakın mülkiyyətçisi və ya satılan əmlak hüququnun sahibi müəyyənləşdirir. Auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Əgər bu Məcəllədə və ya hərracın keçirilməsi barədə bildirişdə ayrı qayda nəzərdə tutulmayıbsa, bildirişi göndərən açıq hərrac təşkilatçısı auksionu keçirməkdən istədiyi vaxt, lakin onun keçirilməsi gününə ən geci üç gün qalmış, müsabiqəni keçirməkdən isə onun keçirilməsinə ən geci otuz gün qalmış imtina edə bilər. Açıq hərracın təşkilatçısı onu keçirməkdən həmin müddətləri pozmaqla imtina etdikdə, iştirakçılara dəyən real zərərin əvəzini ödəməlidir. Qapalı auksionun və ya qapalı müsabiqənin təşkilatçısı hərracdan imtinanın bildiriş göndərildikdən sonra məhz hansı müddətdə edildiyindən asılı olmayaraq, dəvət etdiyi iştirakçılara dəyən real zərərin əvəzini ödəməlidir. Hərracın iştirakçıları hərracın keçirilməsinə dair bildirişdə göstərilən məbləğdə, müddətdə və qaydada beh verirlər. Hərrac keçirilmədikdə beh geri qaytarılmalıdır. Hərracda iştirak edən, lakin onu udmayan şəxslərin də behi qaytarılır. Hərracı udmuş şəxslə müqavilə bağlandıqda, onun verdiyi behin məbləği bağlanmış müqavilə üzrə öhdəliklərin icrası hesabına daxil edilir. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Hərracı udmuş şəxs protokolu imzalamaqdan boyun qaçırarsa, verdiyi behi itirir. Protokolu imzalamaqdan boyun qaçıran hərrac təşkilatçısı hərracı udan şəxsə behi ikiqat məbləğdə qaytarmalı, habelə hərracda iştirak etmək nəticəsində dəyən zərərin əvəzini ödəməlidir. Əgər hərracın predmeti yalnız müqavilə bağlamaq hüququ olmuşsa, belə müqaviləni tərəflər hərrac qurtardıqdan və protokol rəsmiləşdirildikdən sonra iyirmi gündən və ya bildirişdə göstərilən başqa müddətdən gec olmayaraq imzalamalıdırlar. Onlardan biri müqavilə bağlamaqdan boyun qaçırdıqda, digər tərəf müqaviləni bağlamağa məcbur etmək, habelə onu bağlamaqdan boyun qaçırılması nəticəsində vurulan zərərin əvəzini ödəmək tələbi ilə məhkəməyə müraciət edə bilər. Mülki Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Qeyd edilənlərə əsasən, iddiaçı X8 tərəfindən verilmiş apellyasiya şikayəti təmin, Bakı şəhəri Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3554/2021 saylı işi üzrə 21.12.2021-ci il tarixli qətnaməsi ləğv və iş üzrə yeni qətnamə qəbul edilməklə iddiaçı X4 (müstəqil tələb irəli sürməyən üçüncü şəxs "Accessbank” QSC cəlb edilməklə) cavabdeh Respublika Xammal və Əmtəə Birjasının "Külək” MMC-yə qarşı iddiası təmin edilməli, Bakı şəhəri, Binəqədi rayonu, Baksol ərazisi, Binəqədi şosesi 1 -ci küçə, 3-cü döngə, 3 ünvanda 0.65076 ha torpaq sahəsində ümumi sahəsi 6399.3 m2 olan əmlak kompleksi ilə əlaqədar cavabdeh Respublika Xammal və Əmtəə Birjasının "Külək” MMC tərəfindən 16.04.2021- 20.05.2021-ci il tarixlərdə keçirilmiş (keçirilməsi ehtimal edilən) hərrac və hərracın nəticələri (20.05.2021-ci il tarixli 39/02 saylı hərracın yekunları üzrə protokolu ilə "AccessBank” QSC-nə satılması barədə alqı-satqı müqaviləsi) etibarsız hesab edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2, 8-14, 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, kollegiya q ə t e t d i: İddiaçı X8 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3554/2021 saylı işi üzrə 21.12.2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı X4 (müstəqil tələb irəli sürməyən üçüncü şəxs "Accessbank” QSC cəlb edilməklə) cavabdeh Respublika Xammal və Əmtəə Birjasının "Külək” MMC-yə qarşı iddiası təmin edilsin. Bakı şəhəri, Binəqədi rayonu, Baksol ərazisi, Binəqədi şosesi 1 -ci küçə, 3-cü döngə, 3 ünvanda 0.65076 ha torpaq sahəsində ümumi sahəsi 6399.3 m2 olan əmlak kompleksi ilə əlaqədar Respublika Xammal və Əmtəə Birjasının "Külək” MMC tərəfindən 16.04.2021- 20.05.2021-ci il tarixlərdə keçirilmiş hərrac və hərracın nəticələri etibarsız hesab edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar