Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3364/2022 01.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh3, 4 saylı Bakı Cavabdeh1 notariat ofisi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəi Ərazi İdarəsinə qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və s.” tələblərinə dair; Mübahisə predmeti barəsində müstəqil iddia irəli sürən üçüncü şəxs X4 cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh3 və 4 saylı Bakı Cavabdeh1 notariat ofisinə qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və s.” tələblərinə dair; Mübahisə predmeti barəsində müstəqil iddia irəli sürən üçüncü şəxs X2 Cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh3 və 4 saylı Bakı Cavabdeh1 notariat ofisinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və s.” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-7900/2021 saylı, 13 dekabr 2021-ci il tarixli qətnaməsindən iş üzrə İddiaçı və vəkili Nümayəndə3 tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə apellyasiyanın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh3 və 4 saylı Bakı Cavabdeh1 notariat ofisinə qarşı 30.09.2021-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 4 saylı Bakı Cavabdeh1 notariat ofisi tərəfindən cavabdehlərə verilmiş 20.05.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və həmin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi, atası X1 miras qalmış Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Mehdi Hüseynzadə küçəsi, ev 16 (ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə ½ hissədə vərəsəlik payının müəyyən edilməsi, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin 4 saylı Bakı Cavabdeh1 notariat ofisinin üzrinə vəzifə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-7900/2021 saylı, 13 dekabr 2021ci il tarixli qətnaməsi ilə İddiaçı iddiasının rədd edilməsi, mübahisə predmeti barəsində müstəqil iddia irəli sürən üçüncü şəxs X4 iddiasının rədd edilməsi və mübahisə predmeti barəsində müstəqil iddia irəli sürən üçüncü şəxs X2 iddiasının rədd edilməsi qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan İddiaçı və vəkili Nümayəndə3 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və onun iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Qeyd olunan qətnamədən narazı qalan müstəqil iddia irəli sürən üçüncü şəxs X6 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və onun iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Qeyd olunan qətnamədən narazı qalan müstəqil iddia irəli sürən üçüncü şəxs X5 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və onun iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Aşağıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı və vəkili Nümayəndə3 apellyasiya qeyri-mümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, iddiaçı tərəfindən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 7900/2021 saylı, 13 dekabr 2021-ci il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayətinə 24 yanvar 2022-ci il tarixli qəbz iş materiallarına əlavə olunsa da, apellyasiya şikayətinin verilməsi üçün 10 manat məbləğində dövlət rüsumu ödənildiyi təsbit edilmişdir. Halbuki, “Dövlət rüsumu haqqında” Qanunun 8.6-cı maddəsinə görə isə apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Həmin Qanunun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Belə olan halda isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.2ci maddəsinə görə apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Beləliklə, apellyasiya şikayətinin verilməsi ödənilmiş dövlət rüsumu qanunla müəyyən edilmiş qaydada ödənilmədiyindən apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə görə isə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa o, qəbul olunmamış hesab edilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh3, 4 saylı Bakı Cavabdeh1 notariat ofisi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəi Ərazi İdarəsinə qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və s.” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-7900/2021 saylı, 13 dekabr 2021-ci il tarixli qətnaməsindən iş üzrə İddiaçı və vəkili Nümayəndə3 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Apellyasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-3364/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3364/2022
01.04.2022 · Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver