Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3381/2024 14.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyası Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X3 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Bakı şəhəri 23 saylı Notariat Ofisinə qarşı “müqavilənin etibarsız hesab edilməsi, çıxarışın ləğvi və mənzildən çıxarılma” tələbinə dair ilk, həmçinin Cavabdeh3 cavabdeh İddiaçı qarşı “vurulmuş maddi və mənəvi zərərin ödənilməsi” barədə qarşılıqlı iddiaya dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3162/2023 saylı 16 noyabr 2023-cü il tarixli qərardadından qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 qız tərəfindən verilmiş şikayət üzrə işə yazılı məhkəmə icraatı qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh2, Cavabdeh3 və Bakı şəhəri 23 saylı notariat ofisinə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 3007-ci məhəllə, mənzil 59-un (yeni qaydalarla: Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 100, M14, m4) alqı-satqısına dair Cavabdeh1 xüsusi notariusu Z.N.Dəmirov tərəfindən təsdiq edilmiş 19 may 2020-ci il tarixli AN-İ № ******* saylı müqavilənin etibarsız hesab olunması, mənzilin qeydiyyatı ilə bağlı sonrakı hüquqi nəticələrin ləğv edilməsi, Cavabdeh3 həmin mənzildən çıxarılaraq mənzilin ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi (vəkili) iddiaya dəqiqləşmə təqdim edərək, Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 3007-ci məhəllə, mənzil 59 (yeni qaydalarla: Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 100, M14, m4) ünvanında yerləşən ümumi sahəsi 121.4 kv.m olan mənzilin Cavabdeh2 ilə Cavabdeh3 arasında alqı-satqısına dair Cavabdeh1 xüsusi notariusu Z.N.Dəmirov tərəfindən təsdiq edilmiş 19 may 2020-ci il tarixli 4Ə-420 reyestr qeydli müqavilənin etibarsız hesab olunması, mənzilin Cavabdeh3 adına aparılmış reyestr qeydiyyatının və müvafiq çıxarışın ləğv edilməsi, Cavabdeh3 həmin mənzildən çıxarılaraq mənzilin ona təhvil verilməsı barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Eyni zamanda, Cavabdeh3 cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia verərək, ona vurulmuş maddi ziyanın əvəzi olaraq 13000 manat, mənəvi ziyanın əvəzi olaraq 15 000 manat pulun, habelə ödənilmiş 171 manat dövlət rüsumunun və hüquqi yardım üçün çəkilmiş 220 manat xərcin İddiaçı tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, onunla Cavabdeh2 arasında bağlanmış 19 may 2020-ci il tarixli "Daşınmaz əmlakın alqı-satqı müqaviləsi"nə əsasən mənzil mülkiyyətinə verilmiş, 07 avqust 2020-ci il tarixdə mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində adına qeydiyyat aparılmışdır. Alqı-satqı müqaviləsi bağlandıqdan sonra mənzil ona təhvil verilmiş, bundan sonra mənzildə təmir işlərinə başlanılmışdır. Lakin İddiaçı tərəfindən mənzillə bağlı Cavabdeh2 Allaheverdi qızına və "Tac Mahal” MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi, həmin iddia ərizəsi üzrə işə baxılması zamanı Nəsimi Rayon Məhkəməsinin 11 dekabr 2020-ci il tarixli qərardadı ilə müvəqqəti təminat tədbirinin tətbiq olunması ilə əlaqədar mənzildən istifadə hüququndan tamamilə məhrum olunmuşdur. Həmin işə məhkəmə instansiyaları tərəfindən baxılmış və qəbul edilmiş məhkəmə aktlarına görə, İddiaçı iddiasının təmin olunması qət edilmişdir. Göründüyü kimi, İddiaçı əvvəlki iddia tələbi ona qarşı yönəlməmiş, lakin iddiası ilə əlaqədar faktiki olaraq mülkyyətində olan mənzildən istifadə edə bilməmişdir. Nəticədə bu müddət ərzində ailə üzvləri ilə birgə Yasamal rayonu ərazisində kirayə mənzildə yaşamağa məcbur qalmışdır. 2021-ci ilin iyun ayının əvvəlindən etibarən hər ay 500 manat olmaqla, ümumilikdə 13000 manat məbləğində kirayə haqqı ödəməyə məcbur qalmış, bundan əlavə bütün bu müddət ərzində əsəb, mənəvi sarsıntı və iztirab keçirmiş, bu stress həm də şəkər xəstəliyinin ağırlaşmasına səbəb olmuşdur. Bununla da maddi zərərdən əlavə, mənəvi zərərə məruz qalmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 noyabr 2023-cü il tarixli qərardadı ilə qarşılıqlı iddia tələbi üzrə mülki işin icraatına xitam verilməsi qərara alınmış, eyni tarixli qətnamə ilə ilk iddia üzrə İddiaçı iddiasının təmin olunması qət edilmişdir. Birinci instansiya məhkəməsi qarşılıqlı iddia tələbi üzrə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, həmin tələbə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə hüquqi qiymət verilməklə, həmin iş üzrə müstəqil tələb irəli sürən üçüncü şəxs Cavabdeh3 İddiaçı qarşı həmçinin “maddi və mənəvi ziyanın ödənilməsi” barədə iddiası təmin olunmamışdır Həmin qərardaddan Cavabdeh3 nümayəndəsi (vəkili) şikayət verərək onun ləğv edilməsini və qarşılıqlı iddia tələbinə mahiyyəti üzrə baxılmasını xahiş etmiş, şikayəti məhkəmənin MPM-nin 261.0.2-ci maddəsini düzgün tətbiq etməməsi, hazırkı iddia tələbinin 2021-ci ilin iyunundan sonrakı dövrü əhatə edən ziyanla bağlı olmasının nəzərə alınmaması və s. kimi əsaslandırmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3162/2023 saylı 11 dekabr 2023cü il tarixli qərardadı ilə təmin olunmamış, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 2(103)-1524/2024 nömrəli, 1 fevral 2024-cü il tarixli qərardadı ilə (hakimlər – E.M.Həsənov (sədrlik edən və məruzəçi), X.A.Mərdanova və S.X.Bəhramzadə) şikayət təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq qeyd etmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinin aid olduğu işdə baxılan iddia tələbini hazırda irəli sürdüyü qarşılıqlı iddia tələbini əsaslandırdığı eyni əsaslar və eyni predmet üzrə, eyni tərəfə qarşı irəli sürmüş, həmin işə baxılarkən hazırkı iddiada irəli sürülən hala faktiki olaraq hüquqi qiymət verilmişdir. Sözügedən işə baxan məhkəmələr vurğulamışlar ki, “Cavabdeh3 cavabdehlər tərəfindən onun mübahisəli mənzildən istifadəsinə nə kimi maneçiliklər yaratmaları, bu maneçiliyin nədən ibarət olmasını göstərməmiş, həmçinin ona hər hansı maddi ziyanın vurulduğunu sübuta yetirə bilməmişdir”. Həmin qərardaddan narazı qalan Cavabdeh3 kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini, işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)-1391/2024 nömrəli, xx.xx.2024-cü il qərardadı ilə kassasiya şikayəti təmin olunaraq, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 01 fevral 2024-cü il tarixli 2(103)- 1524/2024 nömrəli qərardadı ləğv olunmuş, iş yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Kassasiya instansiyası qeyd edilən qərarında göstərmişdir ki, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh3 nümayəndəsinin birinci instansiya məhkəməsinin qərardadından verdiyi şikayətdə qeyd edilmişdir ki, əvvəlki iddia xx.xx.2021-ci il tarixdə məhkəməyə verilmiş və maddi və mənəvi zərər həmin vaxta kimi olan dövrü əhatə etmişdir. Cavabdeh3 vurulan maddi və mənəvi zərər davam etmişdir və hazırkı iddia ərizəsində məhz 2021-ci ilin iyun ayının əvvəlindən sonrakı dövrü əhatə edən maddi və mənəvi zərərin əvəzi istənilmişdir. Eyni zamanda iş üzrə Cavabdeh3 qarşılıqlı iddia ərizəsi ilə onun maddi və mənəvi zərər tələbinin 2021-ci ilin iyun ayının əvvəlindən qarşılıqlı iddia ərizəsinin verildiyi dövrədək olan vaxtı əhatə etdiyi təsdiq olunur. Lakin apellyasiya instansiyası məhkəməsi Cavabdeh3 əvvəlki iş üzrə olan tələbi ilə hazırki iş üzrə olan tələblərinin eyni dövrü əhatə edib-etməməsini araşdırıb hüquqi qiymət verməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırki iş üzrə iddia tələbinin əvvəlki iş üzrə iddia tələbinin əhatə etdiyi dövrdən sonrakı dövrü əhatə etməsi halında sonrakı iddia tələbinin əvvəlki iddia tələbi ilə eyni predmet üzrə verilib-verilmədiyi məsələsinə də prosessual hüquq normalarının tələbinə uyğun şəkildə əsaslandırmaqla hüquqi qiymət verməli idi. MPM-in 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. MPM-in 399-cu maddəsinə görə birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. İşə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 397.2-ci maddəsinə əsasən yazılı icraat qaydasında baxılmış, bu barədə tərəflərə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, həmçinin tərəflərin işə məhkəmə iclasında baxılması barədə vəsatətləri daxil olmamışdır. Şikayətə qarşı iddiaçı tərəfindən etiraz ünvanlanmış, etirazda preyudisial əhəmiyyətə malik məhkəmə qərarlarının olması, buna baxmayaraq qarşı tərəfin hüquqdan sui-istifadə etməsini, şikayətin əsassız olmasını, nəticədə iddiaçının hüquqlarının pozulmasını, qeyd olunanlara əsasən isə birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq qarşılıqlı iddia hissəsində icraata xitam verilməsi və s. göstərilmişdir. Məhkəmə kollegiyası, şikayətin dəlililərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, mülki iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, işdə olan Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə və Cavabdeh2 qarşı “MTK üzvlərinin ümumi iclasının protokolunun və ondan çıxarışın, maliyyə arayışının etibarsız hesab edilməsi və s” tələbləri təmin edilmiş, "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən inşa olunmuş mənzilin keçmiş payçısı Cavabdeh2 adına alqısatqı edilmiş xx.xx.2006-cı il tarixli müqavilə ləğv edilmiş hesab olunmuş, Cavabdeh2 mənzilinin payçısı olmasının təsdiq edilməsi barədə “Tac Mahal" Mənzil Tikinti Kooperativinin üzvlərinin ümumi iclasının 28 aprel 2020-ci il tarixli 85 saylı protokolu və ondan çıxarış, Cavabdeh2 adına verilmiş 28 aprel 2020-ci il tarixli maliyyə arayışı etibarsız hesab edilmiş, Cavabdeh2 "xxxx" Mənzil Tikinti Kooperativinə və İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddiası, eləcə də müstəqil tələb irəli sürən üçüncü şəxs Cavabdeh3 "xxxx" Mənzil Tikinti Kooperativinə, İddiaçı və Cavabdeh2 qarşı “mənzildən istifadəyə yaradılan maneələrin aradan qaldırılması, maddi və mənəvi ziyanın ödənilməsi” barədə tələbi təmin olunmamışdır (qətnamə yuxarı instansiya məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılmışdır). İşdə olan Cavabdeh1 xüsusi notariusu tərəfindən 19 may 2020-ci il tarixdə təsdiq edilmiş AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, mənzil Cavabdeh2 tərəfindən Cavabdeh3 satılmış, Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən həmin mənzilə dair Cavabdeh3 adına xx.xx.2020-ci il tarixdə müvafiq çıxarış verilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin birinci bəndinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsi «X1rşı» (21 fevral 1975, 35-ci bənd) işdə göstərmişdir ki, Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinin mülki işlərdə tərəflərə verilən prosessual təminatları ətraflı təsvir etməli olduğunu düşünmək və ilk növbədə həmin təminatlardan praktiki olaraq istifadə etmək hüququnu, yəni məhkəməyə müraciət etmək hüququnu qorumadığını düşünmək ağlasığmaz olardı. Əgər məhkəmə prosesi yoxdursa, o halda məhkəmə prosesinə xas olan ədalətlilik, açıqlıq və prosesin vaxtında həyata keçirilməsi kimi xüsusiyyətlər mənasını itirir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3162/2023 nömrəli, 16 noyabr 2023-cü il tarixli qərardadı ilə iş üzrə icraata “iddiaçı Cavabdeh3 cavabdeh İddiaçı qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” barədə qarşılıqlı iddia tələbi hissəsində xitam verərkən, MPM-nin 261.0.2-ci maddəsinə istinad edilmiş və hazırki tələbə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1473/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə qiymət verildiyi qeyd olunmuşdur. Halbuki, MPM-in 261.0.2-ci maddəsinin tələbinə görə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Məhkəmə kollegiyası kassasiya instansiya məhkəməsinin qərarındakı mövqeyi də nəzərə alaraq, qeyd edir ki, Cavabdeh3 əvvəlki iddiasında mənzildən istifadəyə yaradılan maneələrin aradan qaldırılması və cavabdehlərdən maddi zərərin əvəzi kimi 5000 manat, mənəvi zərərin əvəzi kimi 50000 manat pulun tutulmasını xahiş etmişdir. Həmin iddia xx.xx.2021-ci il tarixdə məhkəməyə verilmiş, maddi və mənəvi zərər həmin vaxta kimi olan dövrü əhatə etmişdir. Hazırkı iddia tələbi isə Cavabdeh3 vurulan maddi və mənəvi zərər davam etməsi istiqamətində əsaslandırlmaqla, 2021-ci ilin iyun ayının əvvəlindən sonrakı dövrü əhatə etmişdir (eyni zamanda tələb olunan zərər məbləğləri də fərqli olmuşdur) Kassasiya instansiyasının da qeyd etdiyi kimi, qarşlıqlı iddia üzrə iddiaçının verdiyi şikayətdə qeyd edilmişdir ki, əvvəlki iddia xx.xx.2021-ci il tarixdə məhkəməyə verilmiş və maddi və mənəvi zərər həmin vaxta kimi olan dövrü əhatə etmişdir. Cavabdeh3 vurulan maddi və mənəvi zərər davam etmişdir və hazırkı iddia ərizəsində məhz 2021-ci ilin iyun ayının əvvəlindən sonrakı dövrü əhatə edən maddi və mənəvi zərərin əvəzi istənilmişdir. Eyni zamanda iş üzrə Cavabdeh3 qarşılıqlı iddia ərizəsi ilə onun maddi və mənəvi zərər tələbinin 2021-ci ilin iyun ayının əvvəlindən qarşılıqlı iddia ərizəsinin verildiyi dövrədək olan vaxtı əhatə etdiyi təsdiq olunur. Göründüyü kimi, birinci instansiya məhkəməsi Cavabdeh3 əvvəlki iş üzrə olan tələbi ilə hazırki iş üzrə olan tələblərinin eyni dövrü əhatə edib-etməməsini araşdırıb hüquqi qiymət verməmişdir. Bu səbəbdən, məhkəmə tərəfindən hazırki iş üzrə iddia tələbinin əvvəlki iş üzrə iddia tələbinin əhatə etdiyi dövrdən sonrakı dövrü əhatə etməsi halında sonrakı iddia tələbinin əvvəlki iddia tələbi ilə eyni predmet üzrə verilib-verilmədiyi məsələsinə də prosessual hüquq normalarının tələbinə uyğun şəkildə əsaslandırmaqla hüquqi qiymət verməli idi. MPM-in 261.0.2-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsinə o halda yol verilir ki, barəsində qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olan mübahisə, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yaranmış olsun və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olsun. Yalnız nəzərdə tutulmuş şərtlərin hamısı eyni vaxtda mövcud olduqda, bu, iş üzrə icraata xitam verilməsi üçün əsas hesab edilir. Qeyd edilməlidir ki, mübahisə tərəflərin eyniliyi o halda mövcud olur ki, barəsində qanuni qüvvəyə minmiş qətnamə olan mübahisə eyni predmet üzrə və eyni əsaslarla həmin mübahisənin əvvəlki tərəfləri və ya onların hüquqi varisləri tərəfindən məhkəmədə yenidən qaldırılır. İddianın predmeti iddianın elementlərindən biri olmaqla iddiaçının cavabdehə qarşı irəli sürdüyü və mübahisəli hüquq münasibətlərindən irəli gələn maddihüquqi tələbdən ibarətdir. Bu mənada iddianın predmeti dedikdə, mübahisəli subyektiv hüquq və ya hüquq münasibətləri deyil, bu münasibətlərdən irəli gələn iddiaçının cavabdehə qarşı olan maddi-hüquqi tələbi başa düşülür. İddianın əsası isə onun faktiki və hüquqi əsaslarından ibarətdir. İddianın faktiki əsası iddiaçının cavabdehə qarşı olan tələbini əsaslandırdığı hüquqi faktlar, hüquqi əsası isə iddiaçının cavabdehə qarşı tələbinin hüquqi cəhətdən əsaslandırılmasıdır. İddianın əsasının eyniliyi dedikdə barəsində qanuni qüvvəyə minmiş qətnamə olan mübahisəyə dair iddianın yalnız faktiki əsasının məhkəmədə baxılmaq üçün verilmiş iddianın faktiki əsası ilə eyni olması başa düşülməlidir. Eyni zamanda iddiaçı tərəfin şikayətin dəlillərində də bu halı bildirməsinə baxmayaraq, birinci instansiya məhkəməsi şikayətin həmin dəlilinə hüquqi qiymət verməmiş, əvvəlki qərardadını qüvvədə saxlamaqla kifayətlənmişdir. Halbuki, MPM-nin 269.2-ci maddəsinin tələbinə görə şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. “Hadjanastassiou Yunanıstana qarşı” işdə (para. 33) Avropa Məhkəməsi qeyd etmişdir ki, “Razılığa gələn Dövlətlər öz məhkəmə sistemlərinin 6-cı maddənin tələblərinə uyğun olmasını təmin etmək üçün uyğun vasitələrin seçimində əhəmiyyətli azadlığa malikdirlər (art.6). Bununla belə, yerli məhkəmələr qərarlarının istinad etdiyi əsasları kifayət qədər aydın şəkildə göstərməyə borcludurlar” “Wagner və J.M.W.L. Lüksenburqa qarşı” işdə (para. 96) Avropa Məhkəməsi həmçinin qeyd etmişdir ki, ... baxmayaraq ki, məhkəmələrdən tərəfin hər bir rədd edilən arqumentinin səbəblərinin açıqlanması tələb oluna bilməz ... buna baxmayaraq onlar bu tərəfin irəli sürdüyü əsas arqumentləri zəruri qaydada təhlil etmək və onlara cavab vermək öhdəliyindən azad edilməmişdir. Bundan əlavə belə müraciətlər Konvensiya və onun Protokolları ilə təmin olunan hüquq və azadlıqlara aiddirsə, yerli məhkəmələr onları xüsusi diqqət və qayğı ilə nəzərdən keçirməlidirlər” “Saliba Maltaya qarşı” işdə (para. 64) Avropa Məhkəməsi qeyd etmişdir ki, yerli məhkəmə orqanlarının sübutların qiymətləndirilməsi və onlardan hansının uyğun və qəbuledilən olmasına qərar verilməsi səlahiyyətinin olduğu qədul edilsə də, Məhkəmə bir daha vurğulayır ki, 6-cı Maddə məhkəmənin tərəflərin təqdim etdiyi təqdimatları, arqumentləri və sübutları lazımi qaydada qiymətləndirmək vəzifəsini müəyyən edir” Avropa Məhkəməsi “Van de Huk Niderlanda qarşı” iş üzrə 19 aprel 1994-cü il tarixli Qərarında da qeyd etmişdir ki, sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Beləliklə, məhkəmə kollegiyası, qeyd olunanlara əsasən hesab edir ki, işə prosessual normaların tələblərinin pozulması ilə baxıldığından və həmin pozuntular düzgün olmayan qərardadın çıxarılması ilə nəticələndiyindən, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, mülki iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilməlidir. MPM-in 398.0 və 398.0.2-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366, 395, 397-400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Bakı şəhəri 23 saylı Notariat Ofisinə qarşı “müqavilənin etibarsız hesab edilməsi, çıxarışın ləğvi və mənzildən çıxarılma” tələbinə dair ilk, həmçinin Cavabdeh3 cavabdeh İddiaçı qarşı “vurulmuş maddi və mənəvi zərərin ödənilməsi” barədə qarşılıqlı iddiaya dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3162/2023 saylı 16 noyabr 2023-cü il tarixli qərardadından qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 tərəfindən verilmiş şikayət qismən təmin olunsun. İş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3162/2023 saylı 16 noyabr 2023-cü il tarixli qərardadı ləğv edilsin və mülki iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, ondan kassasiya qaydasında şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-3381/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3381/2024
14.05.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver