Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-344/2025 01.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X18 (sədrlik edən və məruzəçi), X19 və X3 ibarət tərkibdə, Məhkəmə iclasının katibi Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2371/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları 1.İddiaçı xx.xx.2017-ci il tarixdə "xxxx" ASC-yə ərizə ilə müraciət edərək, maliyyə vəziyyəti pisləşdiyinə görə, bankla bağladığı xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliklərini icra edə bilmədiyini göstərmiş və kredit vəsaiti hesabına aldığı Bakı şəhəri, Nərimanov rayonu, K.Kazımzadə küçəsi, 802-803-cü məhəllədə inşa edilən yeni yaşayış massivinin “B” blokunun 6-cı mərtəbəsində ümumi sahəsi 278 kv.metr olan 4 otaqlı 140 saylı mənzilin "xxxx" ASC-də girovda qalmaq şərti ilə Cavabdeh adına “Mənzil inşaatı müqaviləsi” əsasında keçirilməsinə icazə verilməsini xahiş etmişdir. 2.Eyni zamanda İddiaçı xx.xx.2017-ci il tarixdə notariat qaydada təsdiqlənmiş ərizə ilə "xxxx" MTK-ya müraciət edərək, xx.xx.2014-cü il tarixli “Mənzil inşaatı müqaviləsi” əsasında istifadəsində olan Bakı şəhəri, Nərimanov rayonu, K.Kazımzadə küçəsi, 802- 803-cü məhəllədə inşa edilən yeni yaşayış massivinin “B” blokunun 6-cı mərtəbəsində ümumi sahəsi 278 kv.metr olan 4 otaqlı 140 saylı mənzilin Cavabdeh satılmasına etiraz etmədiyini bildirmişdir. İddiaçı əri X30 da "xxxx" MTK-nın rəhbərliyinə xx.xx.2017-ci ildə notariat qaydada təsdiqlənmiş ərizə yazaraq, 140 sayl mənzilin Cavabdeh satılmasına razı olduğunu bildirmişdir. 3.İddiaçı bildirir ki, Loğman Məmmədova 200000 dollar, 500000 manat, Xalq Banka ödəniləcək 816000 manat borcun əvəzi olaraq özünə məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, K.Kazımzadə küçəsi, 802-803-cü məhəllədə inşa edilən yeni yaşayış massivinin “B” blokunun 6-cı mərtəbəsində ümumi sahəsi 278 kv.metr olan 4 otaqlı 140 saylı mənzilin Loğman Məmmədovun qohumu Cavabdeh adına rəsmiləşdirilməsinə razılıq vermişdir. Loğman Məmmədov əvəzləşmə barədə razılığı pozaraq məhkəmə qaydasında ondan pul tələb etdiyi üçün İddiaçı Cavabdeh qarşı 1.644.000 manat pul tələb edir. 4.”Qiymətləndirmə və Consulting” MMC-nin QCM/D 04-042/24 saylı, xx.xx.2024 dekabr tarixli Hesabatına əsasən mənzilin mövcud vəziyyyəti, yerləşdiyi ərazi, ümumi sahəsi, tikilinin konstruksiyası, aşınması və s. xüsusiyyətlər nəzərə alınmaqla aparılmış hesablamalara və təhlillərə əsasən ünvan 1 ünvanında yerləşən “X10” yaşayış kompleksinin B bloku, 4-cü mərtəbədə 4 otaqlı, 140 saylı mənzilin hazırkı vaxta bazar dəyəri, ******* (bir milyon, otuz bir min, atlı yüz) manat; xx.xx.2017-ci il tarixə bazar dəyəri 746000 (yeddi yüz qırx altı min) manat təşkil edir.
5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 9/414 saylı, xx.xx.2025-ci il tarixli ekspert rəyinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Kazım Kazımzadə küçəsində yerləşən “X10” yaşayış kompleksində yerləşən təmirsiz mənzillərin 1 kv. metrinin hazırkı dövrə mövcud olan orta bazar qiyməti təqribən 4375,0 manat, təmirli mənzillərin 1 kv. metrinin hazırkı dövrə mövcud olan orta bazar qiyməti təqribən 5826,0 manat müəyyən edilir. Tələb və təklifdən, həmçinin tərəflərin qarşılıqlı razılaşmasından asılı olaraq müəyyən edilmiş qiymətdə dəyişiklik olması istisna edilmir. Həmin kompleksdə yerləşən mənzillərin xx.xx.2017-ci il tarixə 1 kv metrinin təmirli və təmirsiz vəziyyətdə satışına və qiymətinə dair məlumat əldə etmək mümkün olmadı. ünvan 2 ünvanında yerləşən “X10” yaşayış kompleksinin B bloku, 4-cü mərtəbədə 4 otaqlı, 278 kv.m sahəsi olan 140 saylı mənzilə baxış keçirilməsi mümkün olmadığından, qiymətləndirmə həmin kompleksdə mövcud olan təmirli və təmirsiz analoji mənzillərin dəyərinə uyğun aparıldı.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat 6.İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə müraciət edərək, оna məxsus olmuş, "xxxx" MTKnın inşa etdiyi ünvan 1 ünvanında yerləşən “X10” yaşayış kompleksinin B blokunda 4 otaqlı, 278 kv.m sahəsi olan 140 saylı mənzilin mövcud bazar qiymətlərinə uyğun, dəyəri 1.950.000 (bir milyоn dоqquz yüz əlli min) manat olan mənzilinə görə qalan 1.644.000 (bir milyon altı yüz qırx dörd min) manat, dövlət rüsumu üçün ödənilmiş 1612 (bir min altı yüz on iki) manat və hüquqi xidmət üçün ödənilmiş 320 (üç yüz iyirmi) manat pul vəsaitinin Cavabdeh tutularaq оna ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin dayısı Loğman Məmmədov onun keçmiş qudasıdır. Övladının toy mərasimi və digər xərclərinə görə Loğman Məmmıdovdan borc götürmüşdür. Ona məxsus ünvan 3 ünvanında inşa edilmiş “X11” yaşayış kompleksinin “B” blokunda yerləşən, 4 otaqdan ibarət 140 saylı mənzili satışa çıxarmışlar. Mənzilin satışı barədə sosial şəbəkə vasitəsi ilə əmlak bazarında elan vermişlər. Mənzilin satış qiymətini 1.750.000 manata təklif etmişlər. X35, həm də ki, оnların tərəfindən mənzilin tez satılması üçün əmlak alğı-satqısı ilə məşğul olan şəxslərlə görüşlər keçirilmişdir. Həmin ərəfələrdə Loğman Məmmədov təklif etmişdir ki, qiyməti razılaşaraq, borcun qarşılığında mənzili ona versinlər. Оnlar ailələrində bu barədə danışaraq razılığa gəlmişlər. Həmin vaxta Loğmanla aralarında olan borc məbləği 200.000 ABŞ dоlları və 500.000 manat оlmuşdur. Mənzilə görə "xxxx" ASC-yə 816.000 manat borc da qalmışdı. Loğman ərinə bildirmişdir ki, mənzilin "xxxx" ASC-yə olan 816.000 manat borcunu da özü ödəyəcək. Beləliklə, ailələrinin Loğman Məmmədova olan 200.000 ABŞ dolları və 500.000 manat borcu ilə birlikdə "xxxx" ASC-yə ödənilməli olan 816.000 manat vəsait də daxil olmaqla mənzilin dəyərini 1.656.000 manata razılaşmaqla (974.000 doqquz yüz yetmiş dörd min ABŞ dolları) Loğman Məmmədova təhvil verməyə razılaşmışlar. Loğman Məmmədov ərinə bildirmişdir ki, mənzilin bacısı oğlu Cavabdeh adına rəsmiləşdirilməsi üçün müvafiq sənədlər Bakı Dəmiryol Vağzalında fəaliyyət göstərən 2 saylı Bakı “Asan Kommunal “mərkəzində notariat ofisində hazırdır, gedib həyat yoldaşı ilə imzalamaq lazımdır. Loğman Məmmədovun təklifi əsasında ünvan 1 ünvanında inşa edilmiş “X11” yaşayış kompleksinin “B” blokunda yerləşən, 4 otaqdan ibarət 140 saylı mənzilin qiymətini 974.000 ABŞ dollarına qiymətləndirməklə, 2017-ci ilin oktyabr ayında qeyd edilən mənzili Loğman Məmmədovun təklifi ilə 2 saylı Bakı “Asan Kommunal” mərkəzində onun bacısı оğlu və biznes şəriki Cavabdeh tərəfindən mənzilə görə heç bir vəsait ödənilmədən onun adına sənədləşdirmişlər. Loğman Məmmədovla quda olduqları üçün Cavabdehlə aralarında hər hansı sənədləşmə işi aparmamışlar. Elə həmin vaxt ailələrinə məxsus olan, Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi küçəsində yerləşən 4 оtaqlı mənzili sataraq bütün banklara olan borclarını da bağlamışlar. Cavabdeh qeyd edilən mənzil üzərində mülkiyyət hüquqları müvafiq qaydada dövlət qeydiyyatına alındıqdan sonra mənzili 2019cu ilin iyul ayında Loğman Məmmədovun biznes şəriki, Rusiya Federasiyası vətəndaşı X14 borcunun əvəzində Yasamal rayonu ərazisində fəaliyyət göstərən 3 saylı Bakı “Asan xidmət”mərkəzində müvafiq rəsmiləşdirmə aparmaqla ona vermişdir. Sonradan həmin mənzil başqa şəxsə satılmışdır. 2019-cu ilin avqust ayından etibarən, övladları arasında ailə münasibətləri faktiki olaraq bitdikdən sonra, Loğman Məmmədov bildirmişdir ki, o zaman quda оlmuşlar, evin təmirinə xərclədiyi 430.000 ABŞ dollarını istəməmiş, artıq quda olmadıqları üçün evin təmirinə çəkdiyi qaytarsınlar. Bir də ki, mənzili borcla əvəzləşdirən zaman 200.000 manat baha hesablamışlar, o pulu da qaytarsınlar. X31 və ailəsinin şöhrətpərəstliyini, pula, var-dövlətə olan hərisliyini görüb, gənclərin ailəsinin dağılmaması və söz-söhbətin yaranmaması üçün, onunla razılaşaraq evin təmirinə çəkdiyi xərci, qızı üçün aldığı cehiz əşyalarının dəyərini və borclarının əvəzində verdikləri mənzildən əlavə 200.000 manat pul vəsaitini də ona qaytaracağını bildirmişdi. Bu zaman Loğman Məmmədov “Barışıq Sazişi” layihəsi hazırlayaraq оnlara göndərməyə başlamış, hər dəfə də də yeni tələblər artıran Loğman Məmmədov, son variant “Barışıq Sazişi”ndə оnun adına olan, "xxxx" MTK-nın inşa etdiyi ünvan 4 ünvanında yerləşən “X10” yaşayış kompleksinin “B” blokunda 4 otaqlı, 278 kv.m sahəsi olan 145 saylı mənzilə Loğman Məmmədovun 1/2 pay hüququnun tanınmasını tələb etdikdə onlar etiraz etmişlər. Bundan sonra Loğman Məmmədov 2020-ci il 15 sentyabr tarixdə Nəsimi Rayоn Məhkəməsində əri Qurban Sadıqova və оna qarşı iddia qaldıraraq, "xxxx" MTK-nın inşa etdiyi ünvan 4 ünvanında yerləşən “X10” yaşayış kompleksinin “B” blokunda 4 otaqlı, 278 kv.m sahəsi olan 145 saylı mənzilin təmirinə çəkdiyi 850.000 manatın və məişət əşyalarına, yəni qızı üçün aldığı cehiz əşyalarına görə xərclədiyi 115.000 manat pulun məhkəmə qaydasında tutulmasını xahiş etmişdir. X23 iddia tələbinin həcmini artıraraq yuxarıda göstərilən pul vəsaitindən əlavə "xxxx" ASC-yə ödənilmiş olan 816.000 manat pul vəsaitindən 510.000 manat pulu da məhkəmə vəsatəsilə оnlardan tələb etməyə başlamışdır. Məhkəmə çəkişmələri zamanı Loğman Məmmədov bildirmişdir ki, оnun adına olan, "xxxx" MTK-nın inşa etdiyi ünvan 4 ünvanında yerləşən “X10” yaşayış kompleksinin “B” blokunda 4 otaqlı, 278 kv.m sahəsi оlan 140 saylı mənzilin iş üzrə cavabdeh bacısı oğlu Cavabdeh adına sənədləşdirilməsinin ona heç bir aidiyyəti yoxdur, “həmin mənzilin pulunu Cavabdeh ödəyərək mənzili almışdır”. Övladları arasında bağlanmış nikah Nəsimi Rayon Məhkəməsinin 2(006)-1546/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə rəsmi qaydada pozulmuşdur. X23 və Cavabdeh оnların qızları üçün aldıqları və borcla əvəzləşdirilmiş həmin mənzili sosial şəbəkədə aşağı qiymətə reklam etdirərək mənzilin qiymətini 850.000 ABŞ dollarına satılacağı barədə videosüjet paylaşmışlar və sonra оnlara bildirmişlər ki, “bəs biz mənzili 200000 manat baha qiymətə almışıq, görürsüz bu qiymətə satmaq istəyirik”. X24 əri Qurban Sadıqova qarşı Nəsimi Rayon Məhkəməsində əlavə iddia qaldıraraq mənzillə əvəzləşdirilmiş pul vəsaitindən qalan 200.000 ABŞ dolları və 300.000 manat pul vəsaitini də tələb etməyə başlamışdır. Qeyd edilən iş üzrə Cavabdeh məhkəmədə verdiyi izahatında bildirmişdir ki, guya mənzili оndan 950.000 manata almış, həmin puldan 306.000 manat hissəsini "xxxx" ASC-yə ödəmiş, qalan pulu isə оnlara nağd qaydada ödəmişdir. Lakin yuxarıda qeyd etdiyi kimi Cavabdeh tərəfindən mənzilə görə nə оna, nə də əri X37 оğluna, nə də Banka hər hansı bir məbləğdə heç bir pul vəsaiti ödənilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 1456/2023 saylı iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək X12 və İddiaçı təmir xərci qismində müştərək qaydada 595985 manatın tutularaq X7 ödənilməsi, X6 “140 saylı mənzilin alınması üçün İddiaçı "xxxx" ASC-yə olan borcuna görə banka ödədiyi 510.000 manatın cavabdehlərdən müştərək qaydada хeyrinə tutulması” tələbi qismən təmin edilərək, İddiaçı X6 xeyrinə 510000 (beş yüz оn min) manatın tutulması qət edilmişdir. X1 əri X20 qarşı mənzillə əvəzləşdirilmiş pul vəsaitindən qalan 300000 manat və 200.000 ABŞ dolları pul vəsaitinin tutulması tələbinə dair iddiası Nəsimi Rayon Məhkəməsinin 2(006)-3774/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə rədd edilmişdir. İş üzrə Cavabdeh tərəfindən оna məxsus olmuş əmlak demək olar ki, əvəzsiz olaraq onun tərəfindən ələ keçirilmişdir. Mənzilin dəyərindən sadəcə olaraq 306.00 manat hissəsi razılaşmaya əsasən "xxxx" ASC-yə Loğman Məmmədov tərəfindən ödənilmiş ödəniş qəbzlərini cavabdeh məhkəməyə təqdim edərək həmin vəsaitin onun tərəfindən ödənilməsini bildirmişdir. Hansı ki, həmin vəsait mənzillə əvəzləşdirilmiş məbləğə daxildir. Belə olan halda cavabdeh оna məxsus olmuş əmlakın qalan hissəsini ödəməyə borclu olsa da, bundan boyun qaçırır. Odur ki, məhrum olduğu əmlakının оna qaytarılması üçün məhkəmə müdafiəsindən istifadə etmək məcburiyyətində qalmışdır.
8. Cavabdeh nümayəndəsi Vəkil2 iddiaya etiraz təqdim edərək, etirazını onunla əsaslandırmışdır ki, 2020-ci ildən başlayaraq, X6 iddiaçı və onun əri X20 qarşı ümumilikdə ******* manata yaxın borc pulun qaytarılması tələbinə dair bir neçə məhkəmə işləri olmuşdur. Həmin məhkəmə işlərinin hamısında iddiaçı və onun əri X5 Loğman Müzəffər oğlunun iddialarına etiraz edərək bildirmişlər ki, onlar X7 olan bütün borclarının əvəzinə hazırki iddianın predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, K.Kazımzadə küçəsi, 802- 803-cü məhəllədə İNKOM MTK tərəfindən inşa edilən yaşayış massivinin “B” blokunun 6cı mərtəbəsində ümumi sahəsi 278 kv.metr olan 4 otaqlı 140 saylı mənzili Loğman Məmmədova vermiş və həmin mənzili Loğman Məmmədovun tapşırığı ilə Cavabdeh adına rəsmiləşdirmişlər. Hazırki iddiada isə artıq iddiaçı son 4 ildə digər məhkəmə işlərində nümayiş etdirdiyi mövqeyi tamamilə dəyişərək guya mübahisə predmeti olan mənzili 1.950.000 manata Cavabdeh satdığını bildirir, halbuki bununla bağlı nə müqavilə, nə də ki, digər sübut yoxdur. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1456/2023 nömrəli, 16 mart 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsinin təmir xərci olaraq 639.057,5 manatın cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi hissəsində dəyişdirilməsi, cavabdehlərdən təmir xərci qismində müştərək qaydada 595.985 manatın tutularaq iddiaçıya ödənilməsi, qətnamənin “cavabdehlərdən müştərək qaydada faiz borcu kimi 45.267 manatın, borc olaraq 510.000 manatın və bu məbləğə Mülki Məcəllənin 445.7ci maddəsinə əsasən hesablanmış faiz borcu kimi 36.125 manatın tutulması” hissələrində ləğv olunması və həmin hissələrdə yeni qətnamənin çıxarılması, iddiaçının “cavabdehlərdən müştərək qaydada Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən hesablanmış faiz borcu kimi 45.267 manatın və 36.125 manatın tutulması” tələblərinin təmin edilməməsi, iddiaçının “140 saylı mənzilin alınması üçün İddiaçı "xxxx" ASC-yə olan borcuna görə banka ödədiyi 510.000 manatın cavabdehlərdən müştərək qaydada xeyrinə tutulması” tələbinin qismən təmin edilməsi, İddiaçının xeyrinə 510.000 manat tutulması qət edilmişdir. İşin halları isə ondan ibarət olmuşdur ki, X8, cavabdehlər X15 və İddiaçı xahişi ilə "xxxx" MTK-nın inşa etdiyi Bakı şəhəri, Nərimanov rayonu, Kazım Kazımzadə küçəsi ev 30 ünvanda yerləşən X10 yaşayış kompleksinin B blokunda 4 otaqlı 278 kv.m. sahəsi olan İddiaçı məxsus 145 saylı mənzildə bütün təmir işlərini, o cümlədən, lakin bununla məhdudlaşmayaraq, rəngsaz, divar kağızı, emulsiya, boya, qapı, pəncərə, evin soyutma və havalanma sistemi, evin döşəməsi, parketi, hamam və sanitar qovşağında aparılmış kafel, metlağ və sair islərilə bağlı bütün təmir işlərini öz hesabına həyata keçirmişdir. Təmir xərclərinin dəyəri məhkəmələr tərəfindən təyin edilmiş əmtəəşünaslıq ekspertizası rəyinə əsasən 595985 manat məbləğində müəyyən edilmişdir. Bundan başqa, X8 "xxxx" MTK-nın inşa etdiyi Bakı şəhəri, Nərimanov rayonu, Kazım Kazımzadə küçəsi ev 30 ünvanda yerləşən X10 yaşayış kompleksinin B blokunda 4 otaqlı 278 kv.m. sahəsi olan 145 saylı mənzilə görə cavabdehlərin əvəzinə, qaytarılması şərti ilə, "xxxx" ASC-yə 510000 manat pul ödəmişdir. Bu vəsaitlər X8 tərəfindən şəxsən və onun tapşırığı və vəsaiti hesabına onun işçiləri tərəfindən "xxxx" ASC-yə nağd ödənilmişdir. Həmin borcun bir hissəsinin ödənilməsini də X30 və İddiaçı X4 xahiş etmişlər, əks halda borc əvəzinə kreditə alınmış 2 mənzilə yönəldilərək "xxxx" ASC-nin mülkiyyətinə keçə bilərdi. Bununla bağlı olan, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(006)-3736 saylı qətnaməsinə "xxxx" ASCnin cavabdehlər İddiaçı və “Aral qrup" MMC-yə qarşı iddia tələbi qismən təmin edilərək, 740000 manat əsas borc, 7901,91 manat faiz borcu və 2031,59 manat cərimə, 30 manat dövlət rüsumu olmaqla, cəmi 749963,50 manat pulun cavabdehlərdən tutulub iddiaçıya ödənilməsi qət edilmiş, eyni zamanda borcun tutulması üçün "xxxx" MTK-nın inşa etdiyi Bakı şəhəri, Nərimanov rayonu, Kazım Kazımzadə küçəsi ev 30 ünvanda yerləşən X10 yaşayış kompleksinin B blokunda 4 otaqlı 278 kv.m. sahələri olan 145 və 140 saylı mənzillərə də həbs qoyulmuşdu. Həmçinin, həmin vaxt X30 və Məmmədova X13 ünvan 5 ünvanda yerləşən X10 yaşayış kompleksinin B blokunda 4 otaqlı 278 kv.m. sahələri olan 140 saylı mənzilin 900000 manata ona satılması barədə razılığa gəlmişdilər. Mənzilin dəyərindən 306000 manat hissəsi "xxxx" ASC-yə qeyd edilmiş kreditin qalığının bağlanması üçün ödənilmiş, digər hissə isə nağd qaydada ödənilmişdir. Bunu şahid qismində X8, X9, X27, X16 da təsdiq edə bilərlər. X30 və İddiaçı X6 iddiasına qarşı etirazları isə əksinə həmişə ondan ibarət olmuşdur ki, onların ümumi borcları 974000 ABŞ dolları olmuşdur və həmin borcu guya "xxxx" MTK-nın inşa etdiyi Bakı şəhəri, Nərimanov rayonu, Kazım Kazımzadə küçəsi ev 30 ünvanda yerləşən X10 yaşayış kompleksinin B blokunda 4 otaqlı 278 kv.m. sahələri olan 140 saylı mənzilin Loğman Məmmədovun göstərişi ilə Cavabdeh adına rəsmiləşdirərək əvəzləşdirmişlər. Birincisi, L.Məmmədovla Q.Sadıqov arasında borcun 140 saylı mənzil əvəzləşdirilməsi barəsində iş materiallarında heç bir sənəd, sübut yoxdur. Razılaşma olsaydı, mübahisə olmasaydı niyə X23 tərəfindən prokurorluğa şikayət yazılırdı və məhkəmədə iddia qaldırılırdı? İkincisi, X30 və İddiaçı, həm də onların nümayəndəsi və vəkili Əjdər Sariyev dəfələrlə qeyd edirdi ki, 145 saylı mənzilin təmir pulu borcundan başqa, 2017-ci ildə Q.Sadıqovun L.Məmmədova 974000 ABŞ dolları borcları olub. Lakin 2017-ci ilin oktyabrına qədər, yəni XalqBank ASC-yə borcun ödənilməsinə qədər Q.Sadıqovun L.Məmmədova təmir pulundan başqa borcu olmamışdır. Əgər doğrudan da 974000 ABŞ dolları mələğində borc var idisə, nəyə görə Loğman Məmmədov daha az məbləğə iddia qaldırmışdır? Bundan başqa, 974000 ABŞ dolları həmin dövrün məzənnəsinə görə təxminən ******* manat edirdi. İş materiallarında olan müqaviləyə əsasən isə, İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, K.Kazımzadə küçəsi, 802-803-cü məhəllə, V blok, 4-cü mərtəbəsində yerləşən 4 otaqlı 140 nömrəli mənzili 625000 manata almışdır. Belə olan halda 625000 manat necə ******* manatla əvəzləşdirilə bilərdi və ya guya ******* manata Cavabdeh satıla bilərdi? Əslində isə, İddiaçı xx.xx.2017ci il tarixdə "xxxx" ASC-yə ərizə ilə müraciət edərək, maliyyə vəziyyəti pisləşdiyinə görə, bankla bağladığı xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliklərini icra edə bilmədiyini göstərmiş və kredit vəsaiti hesabına aldığı Bakı şəhəri, Nərimanov rayonu, K.Kazımzadə küçəsi, 802-803-cü məhəllədə inşa edilən yeni yaşayış massivinin “B” blokunun 6-cı mərtəbəsində ümumi sahəsi 278 kv.metr olan 4 otaqlı 140 saylı mənzilin "xxxx" ASC-də girovda qalmaq şərti ilə Cavabdeh adına “Mənzil inşaatı müqaviləsi” əsasında keçirilməsinə icazə verilməsini xahiş etmişdi. Eyni zamanda İddiaçı xx.xx.2017-ci il tarixdə notariat qaydada təsdiqlənmiş ərizə ilə "xxxx" MTK-ya müraciət edərək, xx.xx.2014-cü il tarixli “Mənzil inşaatı müqaviləsi” əsasında istifadəsində olan Bakı şəhəri, Nərimanov rayonu, K.Kazımzadə küçəsi, 802-803-cü məhəllədə inşa edilən yeni yaşayış massivinin “B” blokunun 6-cı mərtəbəsində ümumi sahəsi 278 kv.metr olan 4 otaqlı 140 saylı mənzilin Cavabdeh satılmasına etiraz etmədiyini bildirmişdir. İddiaçı əri X30 da "xxxx" MTK-nın rəhbərliyinə xx.xx.2017-ci ildə notariat qaydada təsdiqlənmiş ərizə yazaraq, 140 saylı mənzilin Cavabdeh satılmasına razı olduğunu bildirmişdir. X30 və İddiaçı şikayətlərinin dəlillərindən biri ondan ibarət idi ki, Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Preventiv tədbirlər və təhqiqat idarəsinin 23 iyun 2021-ci il tarixli, 02/2-157C-2) saylı cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarda X29 Məmmədovdan müxtəlif vaxtlarda 974000 ABŞ dolları məbləğdə borc almış və həmin borcun əvəzi olaraq 140 saylı mənzili sonuncunun razılığı ilə Cavabdeh adına rəsmiləşdirilmişdir.
9. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-2371/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət edilmişdir. 10.Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə 140 saylı mənzilin satılmasının Loğman Məmmədova bağlılığının оlmamasının məhkəmənin qanuni qüvvəyə minmiş yekun aktı ilə müəyyən edildiyini, müqavilə əsası ilə əmlakdan istifadə edən şəхsin isə bu hüququndan üçüncü şəхsin хeyrinə hər hansı qarşılıq оlmadan imtina etməsinin ağlabatan оlmadığını, 2017-ci ildən 2024-cü ilədək bu məsələnin mübahisələndirilmədiyini nəzərə alaraq, iddiaçının mənzilin dəyərinin оna ödənilmədiyinə dair bildirdiklərini ağlabatan saymır və mənzilin dəyərinin оna ödənildiyinə dair cavabdehin bildirdiklərini işin hallarına uyğun hesab edir. Bundan başqa, müəyyən edilmiş mübahisəsiz hallar ondan ibarətdir ki, "xxxx" MTKnın ünvan 1 ünvanında inşa etdiyi “X11” yaşayış kompleksinin “B” blokunda yerləşən, 4 otaqdan ibarət 140 saylı mənzili xx.xx.2014-cü il tariхli “Mənzil İnşaatı müqaviləsi”nə əsasən iddiaçının istifadəsində оlmuşdur. Sоnuncu xx.xx.2017-ci il tariхdə "xxxx" MTK-nın rəhbərliyinə müraciət edərək, həmin mənzilin Cavabdeh satımasına etiraz etmədiyini bildirmiş, X30 da eyni tariхli ərizə ilə "xxxx" MTKnın rəhbərliyinə müraciət edərək, iddiaçının istifadəsində оlan həmin mənzilin Cavabdeh satımasına razı оlduğunu bildirmişdir. İddiaçı tələbini borcun qarşılığında ünvan 1 ünvanında inşa edilmiş “X11” yaşayış kompleksinin “B” blokunda yerləşən, 4 otaqdan ibarət 140 saylı mənzili ona vermələrini təklif etmiş Loğman Məmmədova olan 200.000 ABŞ dоlları və 500.000 manat borc məbləğinin qarşılanması (əvəzlənməsi), mənzilə görə "xxxx" ASC-yə оlan 816.000 manat borcun da Loğman tərəfindən ödənilməsi də daxil olmaqla 1.656.000 (974.000 ABŞ dolları) manat dəyərində qiymətləndirdikləri mənzili Loğman Məmmədova təhvil verməyə razılaşmaları, Loğman Məmmədovun təklifi əsasında 2017-ci ilin oktyabr ayında qeyd edilən mənzili, tərəfindən mənzilə görə heç bir vəsait ödənilmədən Loğman Məmmədovun bacısı оğlu və biznes şəriki оlan cavabdehin adına sənədləşdirdiklərini iddia etsə də, tələbinin əsası kimi istinad etdiyi həmin halın təsdiqi üçün sübut təqdim etməmişdir. Bundan başqa, iddiaçı mənzilin razılaşdırılmış dəyərinin qalan hissəsinin ödənilməsini tələb etsə də, "xxxx" MTK-nın rəhbərliyinə ünvanladığı xx.xx.2017-ci il tariхli ərizəsindən görünür ki, оnun mənzil üzərində sərəncam vermək hüququ əmələ gəlməmişdir. О, yalnız mənzilin Cavabdeh satılmasına etiraz etməmiş, "xxxx" MTK tərəfindən satılmış mənzilin dəyərinin isə оna ödənilməli оlmasını izah edə bilməmişdir. Bundan başqa pulu əsassız varlanan cavabdehdən tələb etdiyini iddia edən və hazırkı iddia ilə xx.xx.2024-cü il tariхdə müraciət edən iddiaçıya görə, cavabdeh mənzili müqavilə əsası olmadan 2017-ci ilin оktyabr ayında heç bir vəsait ödəmədən əldə etmişdir. Məhkəmə hesab etmişdir ki, cavabdehin "xxxx" MTK tərəfindən оna satılmış mənzilin dəyərini iddiaçıya ödəməli оlması halı təsdiq edilmədiyindən, eləcə də iddiaçının xx.xx.2014-cü il tariхli “Mənzil İnşaatı müqaviləsi”nə əsasən istifadəsində оlmuş və xx.xx.2017-ci il tariхdən cavabdehin əldə etdiyi mənzilin dəyərinin ödənilməsini tələb etmək hüququ qüvvədən düşdüyündən iddia təmin edilə bilməz.
11. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 9.3, 567, 1091.1, 1091.2, 1092.1, 1092.2, 1095-ci və Mülki Prosesual Məcəllənin 14.2, 77.1, 82.3, 88, 217.4, 233.3, 216-220 və 360cı maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
12. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsni və iddia tələbinin təmin olunması barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Apellyasiya şikayətində göstərilmişdir ki, qanuni qüvvəsini almış məhkəmə qətnamələri ilə sübut olunmuşdur ki, hazırda mübahisələndirilən, xx.xx.2014-cü il tariхli “Mənzil inşaatı müqaviləsi”nə əsasən "xxxx" MTK tərəfindən inşa edilmiş, Bakı şəhəri Nərimanov rayonu, Kazım Kazımzadə küçəsi, 802-803-cü məhəllə, B-blokundakı 140 və 145 nömrəli, hər biri ayrı-ayrılıqda 278 kv.m оlan 4 otaqlı, dubleks mənzillər İddiaçı mülkiyətində olmuşdur. Həmin mənzillərdən 145 saylı mənzili Loğman Məmmədov qızının yaşaması üçün 2015-ci ilin mart ayında öz vəsaiti hesabına hədiyyə kimi təmir etdirmiş, həmin təmirin pulunun ödənilməsi tələbi ilə 2020-ci ildə Nəsimi Rayon Məhkəməsində hazırkı iş üzrə iddiaçıya qarşı qaldırdığı iddia tələbi təmin edilərək, 595.985 (beş yüz doxsan beş min doqquz yüz səksən beş) manat məbləğində pul vəsaiti İddiaçı tutulmuşdur. Həmçinin məhkəmə qətnamələri ilə sübut olunmuşdur ki, 140 saylı mənzilin alınması üçün İddiaçı tərəfindən "xxxx" MTK-ya 625.000 (altı yüz iyirmi beş min) manat pul ödənilmişdir və hər iki mənzil eyni ustalar tərəfindən təmir edilmişdir. Kooperativin tam hüquqlu üzvü kimi İddiaçı "xxxx" MTK-nın rəhbərliyinə ünvanladığı xx.xx.2017-ci il tariхli ərizəsində mübahisələndirilən mənzilin Cavabdeh adına sənədləşdirilməsinə etirazının olmadığını bildirmişdir. Hansı ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 112.1-ci maddəsinə əsasən kooperativ üzvünün kooperativdən çıxmaq ixtiyarı vardır. Bu halda ona payının dəyəri ödənilməli və ya payına uyğun əmlak verilməli, habelə kooperativin nizamnaməsində nəzərdə tutulan digər ödənişlər verilməlidir. Kooperativin çıxan üzvünə payın dəyərinin ödənilməsi və ya başqa əmlakın verilməsi, əgər kooperativin nizamnaməsində ayrı qayda nəzərdə tutulmayıbsa, maliyyə ili qurtardıqdan və kooperativin maliyyə hesabatları təsdiq edildikdən sonra həyata keçirilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 112.1-ci maddəsinə əsasən mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Həmçinin "xxxx" MTK-nın nizamnaməsinin 6.5-ci bəndinə əsasən kooperativlər haqqında qanunvericiliyə uyğun olaraq pay haqqını tam ödəmədiyinə görə kooperativdən çıxarılmış və ya könüllü olaraq öz ərizəsi ilə kooperativdən çıxmış üzvə onun payının məbləği (dəyəri) koorperativ üzvünün çıxarılması haqqında qərar qəbuledildiyi gündən iki aydan çox olmayanmüddətə qaytarılır. İş materiallarına əlavəedilmiş sənədlərdən də göründüyü kimi, iddiaçıya məxsus 140 saylı mənzilin dəyəri İddiaçı tərəfindən xx.xx.2014-cü il tariхdə"xxxx" MTK-ya tam olaraq ödənilməklə mənzil üzərində İddiaçı mülkiyyət hüquqları əldə etmişdir. Lakin həmin mənzilin Cavabdeh adına keçirilməsi ilə əlaqədar sonuncu tərəfindən hər-hansı bir məbləğdə pul vəsaiti nə payçı İddiaçı, nə onun həyat yoldaşı X20, nə Banka, nə də”İnkom” MTK-ya ödənilməmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Cavabdeh nümayəndəsi və Vəkil2 apellyasiya şikayətinə qarşı iddia ərizəsinə qarşı etirazla eyni məzmunlu etiraz təqdim edərək şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
b) Proses iştirakçılarının izahatı
15.Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə etdi, onun məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi, izahatında əlavə olaraq qeyd etdi ki, mənzilin hazırda orta bazar qiyməti 1.619.628 manat müəyyən edilmişdir, ekspert rəyi iş materiallarına əlavə edilib, mənzilin dəyərini tələb edir, iddia tələbinin tam şəkildə təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş edir.
16. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini qəbul etmədi, şikayətə qarşı etirazda göstərilənlərə uyğun məzmunda izahat verərək şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi, izahatında əlavə olaraq qeyd etdi ki, iddiaçı mənzilin qiymətini hər dəfə fərqli qiymətləndirir, iddia ərizəsindəki rəqəmlə izahatında bildirdiyi rəqəm üst-üstə düşmür, iddia müddətini də ötürüblər, ərizəni təqdim etmişlər, nəzərə alınmağını, iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş edir.
Tətbiq edilən hüquq normaları:
17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Maddə 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 651.Tələblərin və digər hüquqların alğı-satqısına əşyaların alğı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. Rəsmi reyestrlərdə qeydə alınmış daşınmaz əşyalara və obyektlərə hüquqların satıldığı hallarda bu Məcəllənin 646 - 650-ci maddələri müvafiq surətdə tətbiq edilir. Maddə 646.1. Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Maddə 646.2. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir.
18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 124.2. İddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
Apellyasiya baxışının hədləri
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 21.Hazırki halda iddiaçının apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyi üçün kollegiya qətnamənin əsaslılığını tam yoxlayır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən ləğv edilməli, iddia tələbi rədd edilməlidir. 23.İddiaçı bildirir ki, Loğman Məmmədova 200000 dollar, 500000 manat, Xalq Banka ödəniləcək 816000 manat borcun əvəzi olaraq özünə məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, K.Kazımzadə küçəsi, 802-803-cü məhəllədə inşa edilən yeni yaşayış massivinin “B” blokunun 6-cı mərtəbəsində ümumi sahəsi 278 kv.metr olan 4 otaqlı 140 saylı mənzilin Loğman Məmmədovun qohumu Cavabdeh adına rəsmiləşdirilməsinə razılıq vermişdir. Loğman Məmmədov əvəzləşmə barədə razılığı pozaraq məhkəmə qaydasında ondan pul tələb etdiyi üçün İddiaçı Cavabdeh qarşı 1.644.000 manat pul tələb edir. 24.Birinci instansiya məhkəməsində iştirak edən Cavabdeh nümayəndəsi Vəkil2 iddianı etiraf etməyərək bildirdi ki, əvvəl iddiaçı borcun əvəzləşdirilməsi kimi qeyd edirdi, hazırda isə bildirir ki, pul tələbidir. 510000 manatı Loğman ödəyib, Babək isə evin satışında kömək etmək istəyib. Babək təklif edib ki, 900000 manata evi ala bilər və razılaşıb evi alıblar. Alqı-satqı olub aralarında, ərizələr təqdim edilib və cavabdeh 900000 manata evi alıb, 600000 manat nağd qaydada alınıb, 300000 manat isə Xalq Banka verilib. 25.Qanuni qüvvəsini almış Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1456/2023 nömrəli, 16 mart 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsinin təmir xərci olaraq 639.057,5 manatın cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi hissəsində dəyişdirilməsi, cavabdehlərdən təmir xərci qismində müştərək qaydada 595.985 manatın tutularaq Loğman Məmmədova ödənilməsi, iddiaçının “140 saylı mənzilin alınması üçün İddiaçı "xxxx" ASC-yə olan borcuna görə banka ödədiyi 510.000 manatın cavabdehlərdən müştərək qaydada xeyrinə tutulması” tələbinin qismən təmin edilməsi, İddiaçı Loğman Məmmədovun xeyrinə 510.000 manat tutulması qət edilmişdir. 26.Birləşmiş digər mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2638/2023 nömrəli, 11 iyul 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia təmin edilməmişdir. Məhkəmənin mövqeyi belə olmuşdur ki, iddiaçının birinci tələbi 2018-ci ilin fevral ayının 15-də verdiyi 300.000 ABŞ dolları borcdan qalan 200.000 ABŞ dolları, digəri isə 2018-ci ilin dekabr ayında mənzilin alğı-satqısı üçün verilmiş 300.000 manat pul məbləği ilə bağlıdır. İddiaçının dediyi kimi əgər tərəfindən cavabdeh Qurban Sadıqova 300.000 ABŞ dolları borc verilmişdirsə belə, qanunvericiliyə əsasən borc müqaviləsinin predmetinin məbləği üç min manatdan çox olduğu hallarda yazılı formada bağlanılmalıdır. Hazırkı iş üzrə iddiaçının dediyi kimi 300.000 ABŞ dolları pul vəsaitinin borc verilməsi təsdiq olunduğu təqdirdə belə, tərəflər arasında yazılı əqd bağlanmalı olduğu halda, belə əqd bağlanmamışdır. Yəni, əqdin forma tələbinə dair şərtinə əməl olunmamışdır. Həmin məbləğdə pulun borc verilməsi barədə şifahi razılaşma (əqd) isə qanunvericiliyin tələbinə əsasən etibarsız (əhəmiyyətsiz) hesab edilir Hazırki iddia ilə isə iddiaçı 2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir, bununla da 1 illik iddia müddətini ötürmüşdür. 27.Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1456/2023 nömrəli, 16 mart 2023- cü il tarixli qətnaməsi və Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2638/2023 nömrəli, 11 iyul 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin mövqeyi belə olmuşdur ki, “cavabdehlərə məxsus 140 saylı mənzilin Cavabdeh adına keçirilməsi ilə əlaqədar sonuncu tərəfindən hər-hansı bir məbləğdə pul vəsaitinin payçı İddiaçı ödənilmədiyi və məhkəmə tərəfindən işin bu halının araşdırılıb qiymət verilmədiyi” barədə dəlili ilə bağlı qeyd edir ki, bu dəlil də əsassızdır. Belə ki, Cavabdeh apelyasiya instansiyası məhəməsində verdiyi izahatında 140 nömrəli mənzili 900000 manata aldığını, 600000 manatın nağd şəkildə verildiyini, 306000 manat pulu isə İddiaçı borcuna görə banka ödədiyini bildirmişdir. Ümumiyyətlə, 140 saylı mənzilin satılmasının Loğman Məmmədovla bağlılığı müəyyən edilmədiyinə görə, 140 nömrəli mənzilin 974000 ABŞ dollarına Cavabdeh adına keçməsinə razılaşdıqları, Cavabdeh tərəfindən bu məbləğin ödənilmədiyi barədə dəlillərin hazırki tələb üzrə mütləq qaydada araşdırılması zəruri deyildir. Cavabdeh tərəfindən 306.000 manat pul vəsaitinə dair qəbzlərin əsilləri deyil, ksero surətlərinin təqdim edilməsi barədə kassatorların dəlili ilə bağlı qeyd olunur ki, iş materiallarından göründüyü kimi, apelyasiya instansiyası məhkəməsi keçirilmiş məhəmə iclasında Cavabdeh tərəfindən əsilləri ilə tutuşdurmuş və sübut kimi qəbul etmişdir. Kassatorların iddia tələbinə etirazın və kassasiya şikayətinin dəlillərindən biri ondan ibarətdir ki, Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Preventiv tədbirlər və təhqiqat idarəsinin 23 iyun 2021-ci il tarixli, 02/2- 157C-2) saylı cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarda X29 Məmmədovdan müxtəlif vaxtlarda 900000 ABŞ dolları məbləğdə borc almış və həmin borcun əvəzi olaraq 140 saylı mənzili sonuncunun razılığı ilə Cavabdeh adına rəsmiləşdirilmişdir. Apelyasiya instansiyası məhkəməsi həmin qərarın baxılan iş üzrə preyudisial təsiri olmadığını bildirmişdir. Məhkəmə kollegiyası bu mövqe ilə razılaşır. Çünki MPM-nin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Bundan başqa, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə Loğman Məmmədovun və Cavabdeh verdiyi izahatlarında bu faktı təsdiq etməyiblər. 28.Kollegiya qeyd edir ki, qanuni qüvvəsini almış məhkəmə qərarlarına əsasən Maya X2 borcunun əvəzi olaraq Bakı şəhəri, Nərimanov rayonu, K.Kazımzadə küçəsi, 802-803-cü məhəllədə inşa edilən yeni yaşayış massivinin “B” blokunun 6-cı mərtəbəsində ümumi sahəsi 278 kv.metr olan 4 otaqlı 140 saylı mənzilin Cavabdeh adına rəsmiləşdirilməsi təsdiqini tapmamışdır. 29.İddiaçı xx.xx.2017-ci il tarixdə "xxxx" ASC-yə ərizə ilə müraciət edərək, maliyyə vəziyyəti pisləşdiyinə görə, bankla bağladığı xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliklərini icra edə bilmədiyini göstərmiş və kredit vəsaiti hesabına aldığı Bakı şəhəri, Nərimanov rayonu, K.Kazımzadə küçəsi, 802-803-cü məhəllədə inşa edilən yeni yaşayış massivinin “B” blokunun 6-cı mərtəbəsində ümumi sahəsi 278 kv.metr olan 4 otaqlı 140 saylı mənzilin "xxxx" ASC-də girovda qalmaq şərti ilə Cavabdeh adına “Mənzil inşaatı müqaviləsi” əsasında keçirilməsinə icazə verilməsini xahiş etmişdir. 30.Cavabdeh 140 nömrəli mənzili 900000 manata aldığını, 600000 manatın nağd şəkildə verildiyini, 306000 manat pulu isə İddiaçı borcuna görə banka ödədiyini bildirmişdir. 306000 manat pulun Cavabdeh tərəfindən banka ödənilməsi işin mübahisəsiz halıdır. 600000 manat pulun isə İddiaçı ödənilməsini cavabdeh sübut edə bilmir. Lakin buna baxmayaraq iddiaçının tələbi iddia müddətinin ötürülməsi əsası ilə rədd edilməlidir. Belə ki, elektron informasiya sistemindən müəyyən olunur ki, cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə iddia müddətinin tətbiqinə dair ərizə verilmişdir. Göründüyü kimi, iddia müddətinin tətbiqinə dair ərizə birinci instansiya məhkəməsi tərəfindən yekun məhkəmə aktı çıxarılanadək təqdim edilmişdir. 31.Beləliklə, kollegiya hesab edir ki, tərəflər arasında payın alğı-satqısı müqaviləsi üzrə iddiaçının pul tələb etmək hüququ 2017-ci ildə yaranmışdır. İddiaçı pul tələbini xx.xx.2024cü il tarixdə irəli sürməklə qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür. 32.Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 33.Həmin Məcəllənin 373.2.-ci maddəsinə əsasən üqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.
34. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iş üzrə müəyyən edilmiş hallara, tərəflərin qarşılıqlı münasibətinə və qanunvericiliyə uyğun əsaslandırılmamış, maddi hüquq normalarının pozuntusu ilə qəbul edildiyindən ləğv edilməlidir.
35. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, İddiaçı apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2371/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbi rədd edilməli, iddia ərizəsi və apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməli, məhkəmə xərcləri iddiaçıdan tutulmalıdır. 36.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.2.-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. 37.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2371/2024 saylı, xx.xx.2024-cü il tarixli tarixli qətnaməsi ləğv edilsin. İddia tələbi təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu tərəfin özünə aid edilsin. Məhkəmə xərci olaraq 100 manat Məhkəmə Ekspertiza Mərkəzinin, 600 manat Qiymətləndirmə və Consulting Mərkəzinin xeyrinə iddiaçıdan tutulsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Fuad Abdıyev Fərrux Qasımov