Məhkəmə qərarları › İş №2(103)-3444/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3444/2020

26.08.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3444/2020 26.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X3 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, X6, Cavabdeh3 qarşı “əmlak” tələbi barədə mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmişapellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı, Bakı şəhəri, Nərimanov rayonu, Ə.Vahid küçəsi, ev 10-da yerləşən 5 saylı mənzilə dair Cavabdeh1 adına dövlət reyestrində qeydə alınmış mülkiyyət hüquqlarının ləğv edilməsi, ondan yaranan hüquqi nəticələrin etibarsız hesab edilməsi və həmin əmlak üzərində onun mülkiyyət hüquqlarının tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri NərimanovRayon Məhkəməsinin qeyd edilənqətnaməsi ilə, iddia rədd olunmuşdur. İddiaçı, apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, birinci instansiya məhkəməsi MPM-in 88-ci və 106.1-ci maddələrinin tələblərinə müvafiq qaydada tərəflərin təqdim etdikləri sübutları araşdırmamış, həmin sübutlara, eləcə də tərəflərin izahatlarına düzgün hüquqi qiymət verməyərək, qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, iddiaçının məhkəməyə verdiyi izahatlardan məlum olur ki, onlar rayona küçdükdən sonra da, əmlakları və bütün ev əşyaları mübahisəli mənzildə qalmışdır. Həmçinin, onlar həmin mənzili Ermənistanda olan yeganə evləri ilə dəyişib, burada mənzil almışlar. Belə olan halda, icra hakimiyyəti yalnız boş mənzilə order verə bilərdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlmədiklərindən, MPM-in 376.2-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası, apellyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət rədd olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan sənədlərdən görünür ki, xx.xx.1989-cu il tarixli Nərimanov rayon X5 İcraiyyə Komitəsinin “Ermənistan SSR-dən gəlmiş Azərbaycanlılarınqeydiyyatı barədə” qərarı ilə Nərimanov rayon Polis şöbəsinin pasport qeydiyyatı orqanına tapşırılmışdır ki, siyahıda göstərilən notariat kontoru tərəfindən etibarnamə əsasında həyata keçirilmiş dəyişməyə əsasən azərbaycanlı ailənin qeydiyyatını həyata keçirsinlər - başqa yerdən köçmüş A.Ə.Məmmədəliyev üç nəfər ailə tərkibi (özü, arvadı, qızı), faktiki yaşayış yerinin ünvanı: Ə.Vahid küçəsi, ev 10, mənzil 5, keçmiş icarədar: M.R.Markaryan. xx.xx.1989-cu il tarixli, 6567 №-li, hesabata əsasən, İddiaçı, Aydın Məmmədalıyev, Xanım Qocayeva həmin mənzildə qeydiyyatda olmuşlar. 37 saylı MKİS tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, 239651 saylı arayışa əsasən, İddiaçı, mübahisəli mənzildə xx.xx.1989-cu il tarixdən üç nəfər ilə tərkibi ilə birlikdə pasport qeydiyyatında olub (1990-1991-ci illərin maliyyə şəxsi hesab kitabına əsasən). Onların qeydiyyatdan çıxmalarına dair 37 saylı MKİS-də heç bir məlumat yoxdur. İddiaçının atası Aydın Məmmədalıyev xx.xx.2007-ci il tarixdə ölmüşdür. Ədliyyə Nazirliyi Qəbələ Regional “ASAN xidmət” Mərkəzində notariat ofisinin xx.xx.2019cu il tarixli, 1268 №-li məktubunda qeyd olunmuşdur ki, xx.xx.2007-ci il tarixdə vəfat etmiş Aydın Məmmədalıyevin notariat ofisində xx.xx.2019-cu il tarixdə açılmış vərəsəlik işi üzrə mirası qəbul etmiş vərəsə İddiaçıdır. Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1991-ci il tarixli, 102 nömrəli sərəncamına əsasən, Cavabdeh1, İcra Hakimiyyətinin xx.xx.1990-cı il tarixli, 25 nömrəli qərarı ilə 3 nəfərlə ümumi əsaslarla yaşayış yeri üzrə mənzil növbəsinə götürülmüşdür. O, mənzil şəraitinin yaxşılaşdırılması barədə İcra Hakimiyyətinə ərizə ilə müraciət etmişdir. Keçmiş sakin Markaryanın başqa yerə köçməsi ilə əlaqədar Ə.Vahid küçəsi, 10 saylı, bir mərtəbəli köhnə həyət tikili evin sahəsi 22 kv.m. olan 5 nömrəli məhdud kommunal şəraitli mənzili boşalmış və dörd nəfərlə (özü, əri, iki qızı) Cavabdeh1 müvəqqəti sığınacaq kimi təklif edilmiş və Qaydaların 53-cü bəndinə uyğun olaraq, müvəqqəti olaraq onların mənzil növbəsi çatanadək dörd nəfər ailə tərkibində Cavabdeh1 verilmişdir. Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1998-ci il tarixli, 858 nömrəli sərəncamına əsasən, Cavabdeh1 dörd nəfərlə ailə tərkibi ilə mənzili istifadəsi üçün xx.xx.1998-ci il tarixli, 028792 nömrəli daimi order verilmişdir.Bakı şəhəri İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən verilmiş xx.xx.1998-ci il tarixli arayışa əsasən, sözügedən mənzildə Cavabdeh1 dörd nəfər ailə tərkibi ilə yaşayır. xx.xx.1999-cu il tarixdə mənzil Cavabdeh1 adına ilkin qeydiyyatdan keçmişdir. Cavabdeh1, xx.xx.2002-ci il tarixdə həmin mənzili 40.000.000 manata Yasin Orucova satmış və xx.xx.2002-ci il tarixdə sonuncunun adına tam mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. xx.xx.2015-ci il tarixdə isə Yasin Orucov, mübahisəli mənzili Cavabdeh3 bağışlamış, xx.xx.2015-ci il tarixdə sonuncunun adına qeydiyyata alınmış və hazırda onun mülkiyyətindədir. Qeyd olunanlar iddia ərizəsi, Nərimanov rayon X5 İcraiyyə Komitəsinin xx.xx.1989cu il tarixli qərarı, ölüm haqqında şəhadətnamələr, Bakı Şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1991-ci il tarixli, 102 №-li; xx.xx.1998-ci il tarixli, 858 №-li sərəncamları, xx.xx.1998-ci il tarixli, 028792 nömrəli order,15128 saylı, xx.xx.2002-ci il tarixli alqı-satqı müqaviləsi, Seriya ÖM, 122463 №-li, xx.xx.2002-ci il tarixli qeydiyyat vəsiqəsi, xx.xx.2015-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi, seriya RX, ******* №-li, xx.xx.2015-ci il tarilxi daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, 37 saylı MKİS tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, 239651 saylı arayış, DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2019-cu il tarixli, **********35 №-li məktubu və işdə olan digər sənədlərlə təsdiqlənir. Hazırda iddiaçı, mübahisə predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, Ə.Vahid küçəsi, ev 10, 5 saylı mənzilin Nərimanov rayon X5 İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli qərarı ilə, Ermənistan, Noyamberyan rayonunda atası Aydın Məmmədaliyevin mülkiyyətində olan mənzilin əvəzində onlara verildiyini bildirməklə, həmin əmlak üzərində Cavabdeh1 mülkiyyət hüququnun ləğv edilməsini, ondan irəli gələn nəticələrin etibarsız hesab edilməsini və A.Məmmədəliyevin vərəsəsi kimi onun mülkiyyət hüquqlarının tanınmasını tələb edir. Kollegiya mübahisənin hüquqi həlli ilə bağlı bildirir ki, ilk növbədə mübahsiəli mənzilə iddiaçının atası Aydın Məmmədaliyevin mülkiyyət hüququnun olub-olmadığı müəyyənləşdirilməlidir. İş materiallarından görünür ki, mübahisəli mənzil dövlət mülkiyyətində olmaqla M.R.Markaryanın icarəsinə verilmiş, onun Ermənistan SSR-ə köçməsindən sonra Nərimanov rayon X5 İcraiyyə Komitəsinin “Ermənistan SSR-dən gəlmiş Azərbaycanlılarınqeydiyyatı barədə” xx.xx.1989-cu il tarixli qərarı ilə dəyişməyə qaydasında Aydın Məmmədəliyev, üç nəfər ailə tərkibi ilə (özü, arvadı və qızı) sözügedən mənzildə qeydiyyata alınmışlar. Həmin vaxt qüvvədə olan Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. 68-ci maddəsinə əsasən, yaşayış sahəsinin icarədarı onunla birlikdə yaşayan ailə üzvlərinin, o cümlədən müvəqqəti başqa yerə getmiş ailə üzvlərinin yazılı razılığı ilə yaşayış sahəsini başqa icarədar və ya mənzil-tikinti kooperativinin üzvü ilə, o cümlədən başqa yaşayış məntəqəsində yaşayan icarədar və ya mənzil-tikinti kooperativinin üzvü, ilə dəyişdirmək ixtiyarına malikdir. Ailə üzvləri dəyişdirmək haqqında razılığa gəlməmişsə, onların hər biri yaşadığı sahənin məcburi olaraq müxtəlif evlərdə (mənzillərdə) yaşayış sahəsi ilə dəyişdirilməsini məhkəmə qaydasında tələb etmək ixtiyarına malikdir. 73-cü maddəsinə əsasən, dəyişdirilməsi nəzərdə tutulan yaşayış sahəsi digər müttəfiq respublikanın ərazisində yerləşən evdə olduqda, yaşayış sahəsi SSR İttifaqı, Azərbaycan SSR və müvafiq müttəfiq respublika qanunvericiliyində nəzərdə tutulan qaydada dəyişdirilir. 87-ci maddəsinə əsasən, yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Göründüyü kimi, icarədar və onun ilə üzvləri müvəqqəti olaraq 6 aydan çox müddətə və ya daimi yaşamaq üçün başqa yerə köçdükdə onların yaşayış sahəsi saxlanılmır və yaşayış sahəsini icarə müqaviləsi pozulmuş hesab edilir. Baxılan işdə, iddiaçı 1989-cu ildən 1997-ci ilədək sözügedən mənzildə yaşadıqlarını, həmin tarixdən isə Oğuz rayonuna köçdüklərini və valideynlərinin orada öldüyünü bildirir. Belə olan halda, köçdüklərini bildirdyi gündən A.Məmmədaliyevlə yaşayış sahəsini icarə müqaviləsi pozulmuş hesab edilir. Həmin tarixədək, eləcə də sonradan mənzilin A.Məmmədaliyevin adına özəlləşdirilməsi isə iş materialları ilə təsdiq olunmur. Əksinə, işdə görünür ki, Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1991-ci il tarixli, 102 nömrəli sərəncamına əsasən, keçmiş sakin Markaryanın başqa yerə köçməsi ilə əlaqədar mübahisəli mənzil boşaldığından 4 nəfər ailə tərkibi ilə Cavabdeh1 müvəqqəti sığınacaq kimi, xx.xx.1998-ci il tarixli, 858 nömrəli sərəncamla isə istifadə üçün xx.xx.1998-ci il tarixli, 028792 nömrəli daimi order verilmişdir. xx.xx.1999-cu il tarixdə mənzil özəlləşdirilərək, Cavabdeh1 adına ilkin qeydiyyatdan keçmiş, xx.xx.2002-ci il tarixdə o, həmin mənzili Yasin Orucova satmış, Cavabdeh2 isə, xx.xx.2015-ci il tarixdə Cavabdeh3 bağışlamış və hazırda onun mülkiyyətindədir. Kollegiya onu da vurgulayır ki, iddiaçı 1997-ci ilədək həmin mənzildə yaşadıqlarını bildirməklə, yalnız boş mənizlə köçürmə mümkün olduğundan Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1991-ci il tarixli sərəncamı ilə mənzilin Cavabdeh1 verilməsini mübahisələndirsə də, məhkəməyə həmin vaxt mənzildə onların yaşadıqlarını təsdiq edən mötəbər və kifayətedici sübutlar təqdim edə bilməmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, X1rşı iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Nəzərə alınmalıdır ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Əksinə, işdən görünür ki, iddiaçı bununla bağlı ziddiyyətli fikirlər irəli sürmüşdür. Belə ki, iddia ərizəsində atası ilə anasının nikahı pozulduğundan anası ilə birlikdə Oğuz rayonuna köçdüklərini, atası ilə əlaqəsinin kəsildiyini, bir müddət sonra xx.xx.1999-cu ildə anasının öldüyünü bildirsə də, məhkəmə gedişində təqdim etdiyi ərizəsində və apellyasiya şikayətində bu fikirlərini təkzib edərək, əslində 1997-ci il tarixdə atasının səhhəti ilə əlaqədar Oğuz rayonuna köçdüklərini, valideynlərinin öldükləri vaxtadək orada birlikdə yaşadıqlarını bildirir. Qeyd olunanlara əsasən, Kollegiya hesab edir ki, mübahisəli mənzil iddiaçının atası Aydın Məmmədəliyevin mülkiyyətində deyil, istifadəsində olmuş, hansı ki, sonradan bu hüquq da itirilmişdir. Göründüyü kimi, həmin mənzil Aydın Məmmədəliyevin xx.xx.2007-ci il öldüyü məqamda, onun miras əmlakına daxil olmamaqla, mülkiyyət hüququ ilə cavabdeh Yasin Orucovun adına qeydiyyata alınmışdır. Belə olan halda, iddiaçının da A.Məmmədəliyevin vərəsəsi kimi həmin mənzilə hüququ yaranmamışdır. Bu baxımdan, Kollegiya hesab edir ki, iddiaçının hazırkı tələbi irəli sürə bilmək üçün subyektiv hüququ omamışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə xx xxxx 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Kollegiya, bu qənaətə gələrkən onu da vurğulayır ki, iş materiallarına əlavə edilmiş Qəbələ Regional “ASAN xidmət” Mərkəzində notariat ofisinin xx.xx.2019-cu il tarixli məktubunda İddiaçı xx.xx.2007-ci il tarixdə vəfat etmiş Aydın Məmmədalıyevin xx.xx.2019cu il tarixdə açılmış vərəsəlik işi üzrə mirası qəbul etmiş vərəsəsi olması qeyd olunsa da, hazırkı iş üzrə mübahisə predmeti olan mənzillə bağlı məsələ qeyri-müəyyən qalmışdır. Belə ki, İddiaçı hansı əmlaka münasibətdə miras qoyanın vərəsəsi olması aydın deyil. Odur ki, Kollegiya, apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlməmişdir və şikayətin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3883/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar