Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3447/2022 24.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X5, İddiaçı, vəkili-nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı əmrin ləğvi, işə bərpa edilməsi, iş vaxtından artıq işləməyə görə pulun ödənilməsi, maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhər Səbail Rayon Məhkəməsinin 2(009)-311/2022 saylı, 22 fevral 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı əmrin ləğvi, işə bərpa edilməsi, iş vaxtından artıq işləməyə görə pulun ödənilməsi, maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, iddiaçı 27.10.2021-ci il tarixli işdən çıxarma əmrinin ləğv edilməsi, onun işə bərpa edilməsi, iş vaxtından artıq işləməyə görə son bir il üçün 3150 manat, dəymiş maddi ziyana görə 2157,15 manat, mənəvi zərərə görə 3500 manat, cəmi 8807,15 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 27.06.2012-ci ildə “X25 Kompleksi” MMC-də biskvit sexində vafli xəttinə xəmirkar vəzifəsinə işə götürülmüşdür. 2015-ci ildə kompleks “Delta Qrup” C.O.” MMC şirkəti tərəfindən alınıb və onunla əmək müqaviləsi 01.04.2015-ci il tarixdə yenilənib. Bu müddət ərzində onun iş rejimi bir növbəli olmuşdur. Bağlanan müqavilədə iş saatının 8 saat olmasına baxmayaraq, o, və digər işçilər həftədə 5, bəzən isə 6 gün olmaqla, həmin 12 saat işləmişlər. İşlədiyi müddət ərzində əmək intizamı ilə bağlı töhmət və ya hər hansı digər inzibati tənbeh tədbirlərinə məruz qalmamışdır. İşlədiyi müddətdə işə davamiyyəti qaydasında olmuş, nümunəvi işçi olmuşdur, nizam-intizam qaydalarına daima riayət etmişdir. 2015-ci ildə bağlanan müqavilədə onunla əmək müqaviləsi müddətsiz bağlamışdır. 2015-ci ildən işdən azad edildiyi vaxta qədər aylıq maaşı 525 manat təşkil etmişdir. 2021-ci ilin sentyabr ayının 1-də kompleksdə biskvit sexinin rəisi vəzifəsində işləyən Türkiyə vətəndaşı Rıza Kulup adlı şəxs ona aydın olmayan səbəblərdən onu davamlı şəkildə incitməyə, gözümçıxdıya salmağa başlamışdır. Məsələ ilə bağlı bir neçə dəfə onunla problemi həll etməyə çalışsa da, heç bir nəticə əldə edə bilməmişdir. Problemin həlli məqsədilə “Bismak” kompleksinin istehsalat direktoru Müşfiq Şiriyevlə görüşmüş, problemi onun da diqqətinə çatdırmışdır. O, həmçinin ona problemin həlli məqsədilə kompeksdə işə yerinin qazanxanaya dəyişdirilməsini təklif etmişdir. Müşfiq Şiriyev təklifi qəbul etmiş və tez bir zamanda iş yerinin dəyişdirəcəyinə dair ona söz vermişdir. Bundan sonra Rıza Kulup onu məzəmmət edərək, “məndən icazəsiz niyə direktorla görüşmüsən” deyərək, onu kompleksdəki anbarda yükləmə sahəsinə keçirəcəyini bildirmişdir. O, buna etiraz etmiş, ancaq Rıza Kulup ona əhəmiyyət verməyib, sözünü dinləmədən çıxıb getmişdir. Sentyabrın 3-ü kadrlar şöbəsinin rəisi Maqsud Orucov onu yanına çağırmış, yaranmış problemlə bağlı söhbət etmiş və daha sonra kompleksdə bununla bağlı iclas keçiriləcəyini bildirmişdir. Daha sonra ona illik məzuniyyət hesabından 11 günlük məzuniyyət vermişlər. 10.09.2021-ci ildə məzuniyyətdə olmasına baxmayaraq onu iş yerinə dəvət etmişlər, yaranmış problemlə bağlı iclas keçirilmiş və iclasın sonunda məsələ ilə bağlı sonradan qərar veriləcəyi deyilmişdir. Məzuniyyət müddətinin başa çatması ilə bağlı iş yerinə gedərək, əmək funksiyalarını icra etmək istəsə də, heç bir səbəb göstərilmədən müəssisəyə buraxılmamışdır. Müəssisəyə növbəti gedişi zamanı isə müəssisəyə giriş kartı əlindən qanunsuz olaraq alınmış və kadrlar şöbəsinin Anar Lətifov adlı əməkdaşı ona işdən azad edilməsini bildirmişdir. O, bunun qanunsuz olduğunu, kompleksdə çalışdığı müddətdə hər hansı qanunsuz əməl yol vermədiyini, daxili nizam-intizam və əmək qaydalarına dönmədən riayət edilməsini bildirmiş, həmçinin əgər işdən çıxarma əmri qəbul edilibsə, onun surətini tələb etmişdir. Anar Lətifov ondan hansısa sənədlərə imza etməsini bildirmiş, o, isə bundan imtina etmişdir. Sonrakı günlərdə işini davam etdirmək üçün müəssisəyə daxil olmaq cəhdləri heç bir nəticə verməmişdir. 27.09.2021-ci ildə yenidən kompleksdə dəvət edilmiş və Maqsud Orucov da onu işdən azad olunmasını bildirmişdir. M.Orucov onun işdən çıxmaqla bağlı könüllü ərizə yazmasını tələb etmiş, o, bundan imtina etdikdə isə “onda bizdən incimə, səni maddə ilə işdən qovacağıq, əmək kitabçanı korlayacağıq” deyə bildirmişdir. 29.09.2021-ci ildə Cavabdeh MMC-nin direktoru X9 imzası ilə ona poçt vasitəsilə göndərilən məktubda deyilir ki, “Nəzərinizə çatdırırq ki, 17.09.2021-ci il tarixdən üzrlü səbəb göstərmədən işə gəlmirsiniz. Sizdən xahiş edirik ki, işə gəlməmə səbəbiniz (əgər üzrlüdürsə) barəsində rəsmi sənədi 3 iş günü ərzində Cavabdeh MMCnin İnsan Resursları Departamentinə təqdim edəsiniz. Əks halda sizinlə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 72-ci maddəsinin a) bəndinin tələblərinə əsasən (özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olmaqla, heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi) xitam veriləcəkdir”. Bu məktub 01.10.2021-ci ildə poçta verilib və o, həmin məktubu 04.10.2021-ci ildə poçt vasitəsilə əldə etmişdir. 02.10.2021-ci ildə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinə yazılı ərizə ilə müraciət edərək qanunsuz olaraq işə giriş kartının əlindən alınması və işə buraxılmaması və digər qanun pozuntuları ilə bağlı hüquqlarının bərpasına köməklik göstərilməsini xahiş etmişdir. 05.10.2021-ci ildə cavabdeh qurumun direktoruna məktubla müraciət edərək, şirkətə daxil olmasına icazə verilməsi və əmək vəzifələrini həyata keçirməyə ona icazə verilməsini rəsmi qaydada xahiş etmişdir. Ancaq bu məktubuna heç bir cavab verilməmişdir. 29.09.2021-ci il tarixli məktubu 04.10.2021-ci ildə aldıqdan dərhal sona (04.10.2021-ci ildə) iş yerinə getmiş və insan resursları departamentinin rəhbəri Maqsud Orucov və X12la görüşmüş və onlara demişdir ki, o, iş fəaliyyətini davam etmək istəmiş, lakin onun iş yerinə giriş kartı qanunsuz olaraq əlindən alınmışdır. Maqsud Orucov ona demişdir ki, “sənə töhmət vermişik, töhməti və xeyli sənədləri imzala və işə davam elə”. O, töhmət və digər sənədlərlə tanış olmaq istədiyini ona bildirəndə “nəyə baxacaqsan?” deyib bundan imtina etmişdir. O, isə məzmunu ilə tanış olmadığı heç bir sənədə imza etməyəcəyini bildirmiş, oranı tərk etmişdir. X12 o, otağı tərk edəndə “get hara istəyirsən şikayət elə” deyib, onun ardınca kobud şəkildə qışqırmışdır. Ona cavabdehdən daxil olan ikinci məktub 08.09.2021-ci ildə yenə MMC-nin direktoru İlkin Şabanov tərəfindən göndərilmişdir. Maraqlısı budur ki, həmin məktub 08.09.2021-ci ildə yazılsa da, poçt verilmə tarixi 20.10.2021-ci ildə olmuş və ertəsi gün – 21.10.2021-ci ildə ona poçt vasitəsilə çatdırılmışdır. Xəbərdarlıq adlı həmin məktubda deyilir ki, “Nəzərinizə çatdırım ki, 08.10.2021-ci il tarixində "xxxx" MMC-nin X2 1 nömrəli vafli xətti, təmir xərclərinin artması, normadan artıq enerji tələb etməsi və əl əməyindən istifadənin çox olması səbəbindən rentabelliyini itirmişdir, həmin xəttdə istehsal edilən məhsul çeşidlərinin istehsalı 2 nömrəli vafli xəttinə transfer edilmiş və 1 nömrəli vafli xətti istismardan çıxarılmışdır. Bu səbəbdən İddiaçı Tofiq oğlunun işləyəcəyi sahə iş və istirahət vaxtı saxlanılmaqla növbəli qrafik olaraq 2 nömrəli vafli xətti ilə dəyişdiriləcəkdir”. 19.10.2021-ci ildə ona göndərilən növbəti məktubda isə yazılmışdır ki, “Nəzərinizə çatdırırıq ki, sizə tətbiq edilmiş 08.09.2021-ci il tarixli Xəbərdarlığa əsasən 08.10.2021-ci il tarixdən Cavabdeh MMC-nin X2 1 nömrəli vafli xətti təmir xərclərinin artması, normadan artıq enerji tələb etməsi və əl əməyindən istifadənin çox olması səbəbindən rentabelliyini itirmiş, həmin xəttdə istehsal edilən məhsul çeşidlərinin istehsalı yeni 2 nömrəli vafli xəttinə transfer edilmiş və 1 nömrəli vafli xətti istismardan çıxarılmışdır. Bu səbəbdən çalışdığınız sahə iş vaxtı və istirahət vaxtı saxlanılmaqla növbəli qrafik olaraq 2 nömrəli vafli xətti ilə dəyişdirilmişdir. Xahiş edirik ki, 22.10.2021-ci il tarixdən işə davam edəsiniz. Əks halda sizinlə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 72-ci maddəsinin a) bəndinin tələblərinə əsasən (özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olmaqla, heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi) xitam veriləcəkdir”. Həmin məktub da MMC-nin direktoru İlkin Şabanov tərəfindən imzalanmışdır. Məktub MMC tərəfindən poçta 21.10.2021-ci ildə verilib, ona isə poçt vasitəsilə 22.10.2021-ci ildə çatdırılmışdır. O, bu məktubu aldıqdan dərhal sonra yenə (22.10.2021-ci ildə) MMC-nin yerləşdiyi ünvana getmiş, ancaq binanın mühafizəçisini həyata keçirən mühafizəçilər iş yerinə daxil olmasına və işini davam etdirməyə imkan verməmiş, onu iş yerinə buraxmamışdırlar. Ardıcıl bir neçə dəfə iş yerinə getsə də, eyni fakt təkrarlanmışdır. Nəhayət, 28.10.2021-ci ildə o, yenidən MMC-nin yerləşdiyi ünvana getmiş, insan resursları departamentinin rəhbəri Maqsud Orucovla mobil telefon vasitəsilə əlaqə saxlamış, işə gəldiyini və işə giriş kartını ona vermələrini xahiş etmiş, sonuncu isə ona “qapıda gözlə, özləri gəlir” deyə bildirmişdir. Qapıya gələn Anar Lətifov adlı departament əməkdaşı isə ona demişdir ki, “sən işdən azad olunmusan”. Sonuncu ona heç bir səbəb bildirmədən onun əmək kitabçası təqdim etmiş və o, kitabça ilə tanış olduqda Əmək Məcəlləsinin 72 “a” bəndi ilə işdən azad edildiyini bilmişdir. X21 son haqqhesabı və işdən çıxarma əmrini də ona verməsini xahiş etsə də, o, heç nə demədən çıxıb getmişdir. 29.10.2021-ci ildə ona poçt vasitəsilə göndərilən növbəti məktubda onunla bağlanmış əmək müqaviləsinə 27.10.2021-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (72-ci maddəsinin “a” bəndinin tələblərinə əsasən (özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olmaqla heç bir üzrlü səbəb olmadan bütün günü işə gəlməməsi) əsasən xitam verildiyi qeyd edilmişdir. Məktubda daha sonra deyilir ki, “son haqq-hesabınızı və əmək kitabçanızı təhvil almanız üçün ofisimizə gəlməyiniz xahiş olunur. Eyni zamanda bildirmək istərdik ki, rəsmi müraciət əsasında əmək kitabçanızın ünvana göndərilməsini tələb etmək hüququnuz var”. Məktub Cavabdeh MMC-nin İnsan Resursları Departamentinin İR əməliyyatlar üzrə aparıcı mütəxəssisi Elmir Vəliyev tərəfindən imzalanmışdır. Həmin məktub 28.10.2021-ci ildə cavabdeh tərəfindən poçta təqdim edilmişdir. Mübahisənin “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq tənzimlənməsi üçün cəhdləri heç bir səmərə verməmişdir. Sumqayıt şəhər Mediasiya Mərkəzinin mediatoru X1 15.12.2021-ci il tarixli No-2021-MŞİH08727 saylı İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışda qeyd edilmişdir ki, ikinci tərəf Cavabdeh MMC ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Aşağıdakılara əsasən 27.10.2021-ci il tarixli işdən çıxarma əmri qanunsuz və əsassızdır və məhkəmə qaydasında ləğv edilməli və onun digər iddia tələbləri təmin edilməlidir. O, 2015-ci ildən etibarən aylıq 525 manat əmək haqqı almışdır. Həmin məbləğ ona 8 saatlıq iş rejiminə görə verilmişdir. Halbuki, hər gün 8 saatlıq iş rejimindən 4 saat daha çox – 12 saat işləmişdir. Hesab edir ki, ona son bir il üçün iş vaxtından artıq işləməyə görə 3150 manat ödənməlidir. Bu məbləğ aylıq əmək haqqının saat hesabına bölünməklə ortaya çıxan məbləğin bir ilə vurulması yolu ilə hesablanıb (262,5 manat x 12 ay = 3150). Cavabdeh qurumun qanunsuz hərəkətləri nəticəsində maddi və mənəvi zərər məruz qalmışdır. Məruz qaldığı maddi zərər aşağılakı məbləğlərdən ibarətdir: işləmədiyi müddətin orta əmək haqqı: 4 ay (sentyabr-dekabr 2021) üçün 2100 manat (4x525=2100), 50 manat mediator xərci, 7,15 manat poçt və yazışma xərci, cəmi 2157,15 manat. Ona dəymiş mənəvi zərəri isə 3500 manat məbləğində qiymətləndirmişdir. Bakı şəhər Səbail Rayon Məhkəməsinin 2(009)-311/2022 saylı, 22 fevral 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinin məzmunu ilə oxşar əsaslandırılmışdır və əlavə olaraq qeyd edilmişdir ki, Məhkəmənin 22 fevral 2022-ci il tarixində keçirilən iclasında iddiaçı iş vaxtından artıq işləməklə bağlı olan sübutu - 01 yanvar 2021 - 01 sentyabr 2021-ci il tarixləri üzrə X10 vərəqələrinin cavabdehdən tələb edilərək, məhkəməyə gətirilməsi və məhkəmə baxışında tədqiq edilməsi barədə vəsatət verdi. Ancaq, məhkəmə hər hansı əsaslandırma gətirmədən sübutun tələb edilməsi barədə iddiaçının bu vəsatətini təmin etməmişdir. İddiaçı iddia ərizəsində işdən çıxarma əmrinin qanunsuz olması, iş vaxtından artıq işləməsi və ona vurulmuş maddi və mənəvi zərərlə bağlı sübutları təqdim edib. Məhkəmə həmin sübutları araşdırmayıb və onların nəyə görə rədd edilməsini əsaslandırmayıb. Məhkəmə iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi barədə əmrin qanunsuz və əsassız olması barədə arqumentləri araşdırmayıb və bu sonda düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olub. Bundan başqa, mübahisələndirilən qətnamədə iddiaçının 17 sentyabr 2021-ci ildən işə çıxmadığı qeyd edilir, ancaq onunla müqaviləyə bundan xeyli müddət - 1 ay 10 gün sonra xitam verilməsinin səbəbləri heç cür izah edilmir. Eyni zamanda, 27 sentybar 2021-ci il tarixli işdən çıxarma əmri Əmək Məcəlləsinin 84-cü maddəsinin tələblərinə zidd tərtib edilib. Belə ki, məhkəməyə təqdim edilmiş 456/K saylı Əmrdən Çıxarışda əmrin verilməsinə əsas kimi “İşə gəlməməsi barədə 21.10.2020-ci il tarixli ünvana göndərilmiş məktub və xəbərnamə” qeyd edilir. Halbuki, iddiaçı ilə cavabdeh arasında mübahisə 2021-ci ilin sentyabr ayında yaranıb, bunun 2020-ci ilə heç bir aidyyəti yoxdur. İddiaçı işdən qanunsuz azad edilməsini təsdiq edən sənədləri məhkəməyə təqdim edib. Lakin məhkəmə belə hesab edib ki, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübutları məhkəməyə təqdim edə bilməyib. Məhkəmə ümumiyyətlə həmin sənədlərə istinad etməmişdir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı, vəkili-nümayəndəsi Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək, şikayətin rədd edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçı məzuniyyətə gedərkən giriş kartı ondan alınmış və geri qaytarılmamışdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədləri birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığının tam yoxlanılması təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə kollegiyası işin araşdırılması zamanı müəyyən etmişdir ki, İddiaçı Cavabdeh MMCnin direktorun adına yazılmış 01.04.2015-ci il tarixli ərizə ilə 01.04.2015-ci il tarixdən etibarən Cəmiyyətinə xəmirkar vəzifəsinə işə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh MMC ilə İddiaçı arasında bağlanılmış 01.04.2015-ci il tarixli, 571/15 saylı əmək müqaviləsindən və xxxxxxx000200 saylı, 02.04.2015-ci il tarixli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı Cavabdeh MMC-yə X6 Biskvit istehsal sexinin xəmir yoğurma sahəsinə xəmirkar vəzifəsinə işə qəbul edilmişdir. Aylıq əmək haqqı 190 manat təşkil etmişdir. Cavabdeh MMC ilə İddiaçı arasında 01.04.2015-ci il tarixdə tam maddi məsuliyyət haqqında müqavilə bağlanılmışdır. Cavabdeh MMC ilə İddiaçı arasında bağlanılmış 01.07.2017-ci il tarixli əmək müqaviləsinə əlavə ilə aylıq əmək haqqı 525 manat müəyyən edilmişdir. İddiaçı tərəfindən Cavabdeh MMC-nin direktorun adına ərizə ilə 01.06.2017-ci il tarixdə müraciət edərək, 01.07.2017-ci il tarixdən etibarən yeni iş rejiminə keçirilməsinə icazə verilməsini xahiş etmişdir. 1-ci növbə: 07.00-15.00, nahar vaxtı 1,5 saat (12.00-13.30), 2-ci növbə: 23.00-07.00, yemək vaxtı 1,5 saat (00.00- 01.30). İş və istirahət günləri qrafikə əsasən – bazar günləri. Cavabdeh MMC ilə İddiaçı arasında bağlanılmış əmək müqaviləsinə 01.07.2017-ci il tarixli əlavə ilə, tərəflər arasında bağlanmış əmək müqaviləsinə dəyişiklik edilmiş, əmək müqaviləsinin “paraqraf 4 – İş və istirahət vaxtı üzrə” hissəsində 01.07.2017-ci il tarixdən “1-ci növbə - İş saatları 07.00-15.00, nahar fasiləsi 12.00-13.30, 2-ci növbə - iş saatları 23.00-07.00, yemək və istirahət fasiləsi 00.00-01.30, istirahət vaxtı: həftənin bazar günləri” dəyişiklik edilmişdir. Cavabdeh MMC-nin iş və istirahət vaxtlarının 01.12.2020-ci il tarixdən dəyişdirilməsi haqqında bildirişindən görünür ki, X4 Biskvit İstehsalat sexinin xəmirkar (vafli) vəzifəsində işləyən İddiaçı “2 növbəlik iş: 1-ci növbə: Bazar ertəsi – cümə - 08.00-17.00, nahar fasiləsi 12.00-14.00, şənbə - 08.00-15.00, nahar fasiləsi – 12.00-14.00; 2-ci növbə: 17.00-02.00, nahar fasiləsi 21.00-23.00, şənbə 17.00-00.00, nahar fasiləsi 21.00-23.00” qrafik ilə bağlı razılığını 02.11.2020-ci il tarixdə öz imzası ilə təsdiq etmişdir. Cavabdeh MMC-nin 27.08.2021-ci il tarixli, 09/M saylı əmrindən çıxarışından görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 114-cü maddəsinə əsasən X2 Xəmir yoğuranı İddiaçı 01.09.2021-ci il tarixindən 09.09.2021-ci il tarixinədək 01.04.2021-01.04.2022-ci iş ili üzrə 09 təqvim günü növbəti əmək məzuniyyəti verilmiş, 10.09.2021-ci il tarixdə işə başlamalıdır. Əsas: işçinin ərizəsi. Daha sonra 01.09.2021-ci il tarixdə hazırki əmək mübahisəsinin əsasını təşkil edən müəssisədaxili mübahisə baş vermişdir. Belə ki: - Cavabdeh MMC-nin X7 sex rəisi X26 tərəfindən həmin təşkilatın texniki işlər və istehsal sahələri üzrə direktoru müavini Müşfiq Şiriyevə ünvanlanmış 02.09.2021-ci il tarixli təqdimatdan görünür ki, X11 xəmirkar vəzifəsində çalışan İddiaçı iyul ayında rəhbərliyin qərarı ilə Biskvit sexində vafli xətti dayandırıldığı üçün, Yeni vafli xətti 2 növbəli işləməyə başlamışdır. Sözü gedən işçi gecə növbəsi işləyə bilməyəcəyini ona bildirmişdir. O, da gündüz növbəsinə fəhlə vəzifəsinə ona işləməsini bildirmişdir. Yerinə Biskvit sexindən işçi ayrılmışdır. 01.09.2021-ci il 11.00 radələrində İddiaçı ona yaxınlaşaraq onun İddiaçı işləməyə imkan vermədiyini deyərək şəxsi heyyətin qarşısında təhqir və işdən sonra onu ölüm ilə hədələyərək saat 11.30-da heç bir rəhbərin icazəsi olmadan iş yerini tərk edərək getmişdir. Bütün bu işləri əldə əsas tutaraq iş barəsində tədbir görülməsini xahiş etmişdir. - 08.09.2021-ci il tarixli Cavabdeh MMC-nin direktoru X16 tərəfindən İddiaçı verilmiş xəbərdarlıqdan görünür ki, 08.10.2021-ci il tarixdən Cavabdeh MMC-nin X2 1 nömrəli vafli xətti, təmir xərclərinin artması, normadan artıq enerji tələb etməsi və əl əməyindən istifadənin çox olması səbəbindən rentabelliyini itirmiş, həmin xətdə istehsal edilən məhsul çeşidlərinin istehsalı yeni 2 nömrəli vafli xəttinə transfer edilmiş və 1 nömrəli vafli xətti istismardan çıxarılmışdır. Bu səbəbdən İddiaçı işləyəcəyi sahə iş və istirahət vaxtı saxlanılmaqla növbəli qrafik olaraq 2 nömrəli vafli xətti ilə dəyişdiriləcəkdir. - 10.09.2021-ci il tarixli 391/K-1 nömrəli Cavabdeh MMC-nin əmrin surətindən görünür ki, Cəmiyyətin X2 Xəmir yoğuranı İddiaçı daxili nizam-intizam qaydalarını və vəzifə öhdəliklərini pozduğuna görə Azərbaycan Respublikası ƏM-nin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən töhmət elan edilmişdir. Əsas: X2 sex rəisi X17 təqdimatı və İddiaçı izahatı. - 17.09.2021-ci il tarixdən isə İddiaçı işə gəlməmişdir. X10 kitabının müvafiq səhifələrinin surəti işə əlavə edilmişdir. - 29.09.2021-ci il tarixdə Cavabdeh MMC-nin direktoru X16 tərəfindən İddiaçı ünvanlanmış məktubun təsdiq olunmuş surətindən görünür ki, 17.09.2021-ci il tarixdən üzrlü səbəb göstərmədən işə gəlmir. Xahiş edirlər ki, işə gəlməmə səbəbi (əgər üzrlüdürsə) barəsində rəsmi sənəd 3 iş günü ərzində "xxxx" MMC-nin İnsan Resursları Departamentinə təqdim edilsin. Əks halda onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndinin tələblərinə əsasən (özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi) xitam veriləcəkdir. - 08.10.2021-ci il tarixdə Cavabdeh MMC-nin Texniki İşlər və İstehsalat sahələri üzrə direktor müavini M.Şiriyev, Baş Texnoloq M.İsgəndərova, Biskvit İstehsalat sexinin rəisi R.Kulup, Baş Mexanik İ.Abdalov, Baş Energetik Ç.Əliyev, Baş Avtomatik E.Vəliyev tərəfindən tərtib edilmiş aktın təsdiq olunmuş surətindən görünür ki, X11 istismarda olan 1 No-li vafli xətti, təmir xərclərinin artması, normadan artıq enerji tələb etməsi və əl əməyindən istifadənin çox olması səbəbindən rentabelliyini itirmişdir. Bu xəttdə istehsal edilən məhsul çeşidlərinin istehsalı, yəni 2 No-li vafli xəttinə transfer edilmiş və 1 No-li vafli istehsalı xətti istismardan çıxarılmışdır. - 11.10.2021-ci il tarixdə Cavabdeh MMC-nin İnsan Resursları Departamentinin direktoru X13, Hüquq Departamentinin direktoru Nümayəndə, İnsan Resursları Departamentinin İR Əməliyyatlar üzrə aparıcı mütəxəssisi X18 tərəfindən tərtib edilmiş aktın təsdiq olunmuş surətindən görünür ki, X2 Xəmir yoğuran vəzifəsində işləyən işçi İddiaçı 10.09.2021- ci il tarixli, 391/K-1 nömrəli “İntizam tənbehinin verilməsi haqqında” əmr ilə tanıb olub, əmrin qərarı ilə razı olduğu halda imzalamaqdan imtina etmişdir. - 19.10.2021-ci il tarixdə Cavabdeh MMC-nin direktoru X16 tərəfindən İddiaçı ünvanlanmış məktubun təsdiq olunmuş surətindən görünür ki, ona təqdim edilmiş xəbərdarlığa əsasən 08.10.2021-ci il tarixdən Cavabdeh MMC-nin X2 1 nömrəli vafli xətti təmir xərclərinin artması, normadan artıq enerji tələb etməsi və əl əməyindən istifadənin çox olması səbəbindən rentabelliyini itirmiş, həmin xətdə istehsal edilən məhsul çeşidlərinin istehsalı yeni 2 nömrəli vafli xəttinə transfer edilmiş və 1 nömrəli vafli xətti istismardan çıxarılmışdır. Bu səbəbdən çalışdığı sahə iş və istirahət vaxtı saxlanılmaqla növbəli qrafik olaraq 2 nömrəli vafli xətti ilə dəyişdirilmişdir. 22.10.2021-ci il tarixindən işə davam edilməsini xahiş edirlər. Əks halda onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndinin tələblərinə əsasən (özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi) xitam veriləcəkdir. - 27.10.2021-ci il tarixdə Cavabdeh MMC-nin İnsan Resursları Departamentinin İR əməliyyatlar üzrə aparıcı mütəxəssisi Elmir Vəliyev tərəfindən İddiaçı ünvanlanmış məktubundan görünür ki, onun əmək müqaviləsinə 27.10.2021-ci il tarixdən etibarən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ”ç” bəndinə (72-ci maddəsinin “a” bəndinin tələblərinə əsasən (özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi) əsasən xitam verilmişdir. Son haqq-hesabı və əmək kitabçasını təhvil alması üçün ofisinə gəlməsi xahiş olunur. Eyni zamanda bildirmək istəyirlər ki, rəsmi müraciət əsasında əmək kitabçasının istədiyi ünvana göndərilməsini tələb etmək hüququ var. - 27.10.2021-ci il tarixli, 456/K saylı Cavabdeh MMC-nin əmrindən çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Cəmiyyətin X2 xəmir yoğuran İddiaçı əmək müqaviləsinə 27.10.2021-ci il tarixdən etibarən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (72-ci maddəsinin “a” bəndi: heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi) xitam verilməsi, son haqq-hesab çalışdığı günlərə görə əmək haqqı və 1 təqvim günü istifadə etmədiyi məzuniyyətə görə pul əvəzi ödənilməsi əmr edilmişdir. Əsas: işə gəlməməsi barədə 21.10.2020-ci il tarixli ünvanına göndərilmiş məktub və xəbərnamə. - 28.10.2021-ci il tarixdə İddiaçı ******* nömrəli, 01.04.2015-ci il tarixli əmək kitabçasını təhvil almışdır. Bu barədə əmək kitabçaların işəgötürən tərəfindən işçiyə təhvil verilməsi jurnaldan çıxarış işə əlavə edilmişdir. - 11.11.2021-ci il tarixdə Cavabdeh MMC tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Sumqayıt regional ərazi şöbəsinə ünvanlanmış məktubun təsdiq olunmuş surətindən görünür ki, şikayətçi İddiaçı 01.04.2015-ci il tarixində xəmirkar vəzifəsinə işə qəbul edilmiş və onunla bağlanmış əmək müqaviləsinə 27.10.2021-ci il tarixdə 456/K saylı əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (72-ci maddəsinin “a” bəndi: heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi) xitam verilmişdir. Şikayətçi İddiaçı işdən qeyri-qanuni çıxarılması və əmək hüquqlarının pozulması barədə şikayətinə də cavab olaraq bildirirlər ki, şikayətçi İddiaçı müəssisədə nizam-intizam qaydalarına riayət etməmiş və heç bir üzrlü səbəb göstərmədən dəfələrlə işə gəlməmişdir. Bununla yanaşı işçiyə iş təklifi edilsə belə qəbul edilməmişdir. Yuxarıda yazılanları nəzərə alaraq adı qeyd edilən işçinin maddi təminatları qanunvericiliyin tələbinə uyğun olaraq ödənilmiş və qeyri-qanuni işdən kənarlaşdırma hallarına yol verilməmişdir. Məhkəmə kollegiyasına təqdim edilmiş X14 Xidmətinin Sumqayıt regional ərazi şöbəsinin 22.11.2021-ci il tarixli, **********0 nömrəli İddiaçı ünvanladığı məktubdan görünür ki, sonuncunun "xxxx" MMC-də əmək hüquqlarının pozulması ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinə ünvanladığı müraciətinə aidiyyəti üzrə baxılmış, cəmiyyət tərəfindən təqdim edilmiş iş vaxtının uçotu tabellərində İddiaçı iş vaxtı normasına uyğun olaraq işləməyi öz əksini tapmışdır. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 15.12.2021-ci il tarixli, 2021- MŞİH 08727 nömrəli arayışından görünür ki, İddiaçı Mediasiya Şurasına müraciət edərək Cavabdeh MMC ilə aralarındakı əmrin ləğvi, işə bərpa, iş vaxtından artıq işləməyə görə haqqın ödənilməsi və kompensasiya tələbi ilə əlaqədar işə baxılması üçün mediator təyin edilməsini xahiş etmişdir. X19 sessiyasının yeri və vaxtı barədə 06.12.2021-ci il tarixində (SS747231690AZ) poçt vasitəsilə məlumat verilmişdir. Onunla telefon vasitəsilə əlaqə saxlamaq mümkün olmadı, beləliklə ikinci tərəf Cavabdeh MMC X19 sessiyasında iştirak etməmişdir. İddiaçı vasitəsilə X19 Sessiyasında iştirak etmiş və bununla bağlı 50 manat məbləğində mediasiya xərcini birinci tələb ödəmişdir. Birinci instansiya məhkəməsi qətnaməsində qeyd etmişdir ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı 17.09.2021-ci il tarixdə işə çıxmamışdır. Cavabdeh tərəfindən iddiaçıya göndərilmiş məktubda işə gəlməmə səbəbi barəsində rəsmi sənədi 3 gün ərzində təqdim edilməsini xahiş edilmişdir, əks halda onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndinə əsasən xitam verilməsini göstərilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı işə çıxmaması səbəbi kimi iş yerinə giriş kartının əlindən alınmasını iddia etsə də, bu hallar məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Belə ki, iddiaçı 9 gün müddətinə əmək məzuniyyətinə çıxdığı vaxt onunla sex rəisi arasında yaranan konfliktin gərginləşməməsi, iddiaçının bu insidentlə bağlı müəssisəyə sərbəst girişini məhdudlaşdırmaq üçün müvəqqəti giriş kartı ondan alınsa da, iş yerinin 2 nömrəli vafli xəttinə dəyişdirdikdən sonra onun müəssisəyə daxil olmasına heç bir məhdudiyyət olmamış, dəfələrlə işə çıxmamağı səbəbləri barədə işə götürənə məlumat verilməsinə dair xəbərdarlıq məktubları göndərilmiş, iddiaçı işə çıxmadığı üçün işə götürən tərəfindən onun işə gəlməsi ilə bağlı xəbərdarlıq məktubu göndərilsə də, işə gəlməməyin səbəbləri ilə bağlı müəssisəyə məlumat verməmişdir. Yəni iddiaçı cavabdeh təşkilatın bu müraciətlərinə cavab verməyərək işə gəlməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçının əmək fəaliyyəti zamanı yol verdiyi pozuntu - heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi, onun tərəfindən əmək vəzifələrini kobud şəkildə pozulması hesab olduğundan cavabdehin iddiaçı barəsində AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə intizam tənbehini tətbiq etməsi tam qanunidir. Bu səbəbdən məhkəmə hesab edir ki, işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin tələblərinin pozulması halı müəyyən edilmədiyindən, 27.10.2021-ci il tarixli əmrin ləğv edilməsi və işə bərpa edilməsi ilə bağlı irəli sürülmüş tələb tam əsassızdır və təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçının işə bərpa edilməsi barədə tələbi əsassız hesab olunduğu üçün, iddia tələbi məcburi buraxılmış iş günləri üçün 2100 manat əmək haqqı ödənilməsi hissəsində də əsassızdır və təmin edilməməlidir. Məhkəmə iş vaxtından artıq işləməsinə görə son bir il üçün 3150 manat pulun tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə də tələb əsaslı hesab edilə bilməz. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 8 saatlıq iş rejimindən daha 4 saat artıq işləməsinə dair sübutlar məhkəməyə təqdim olunmadığından və bu hal məhkəmə iclasında öz təsdiqini tapmadığından, əksinə cavabdeh tərəfindən məhkəməyə təqdim olunan 2021-ci ilin yanvar-oktyabr ayları üçün tərtib edilmiş iş qrafikində göstərilən məlumatlar da bu dəlilləri təkzib etdiyindən, iş vaxtından artıq işləməsinə görə son bir il üçün 3150 manat pulun tutulması hissəsində tələb əsaslı hesab edilə bilməz. Məhkəmə iddia tələbinin vurulmuş mənəvi ziyana görə 3500 manat məbləğində pulun tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə də tələb əsassız hesab edilməlidir. Belə ki, məhkəmə hesab edir ki, iddia tələbi işə bərpa olunması hissəsində əsassız olduğundan, həmçinin iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə xitam verilməsi barədə əmrin tam qanuni olması təsdiq olunduğundan, iddia tələbi mənəvi zərərin tutulması hissəsində də təmin edilməməlidir. Kollegiya birinci instansiya məhkəməsinin Cavabdeh MMC-nin 27.10.2021-ci il tarixli, 456/K saylı əmrin əsaslı olması ilə bağlı mövqeyi ilə razılaşmır və qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin: - 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. - 68-ci maddəsinin 1 və 2-ci bəndinə görə əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü, əmək müqaviləsinin müddətinin qurtarması, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi, müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər), tərəflərin iradəsindən asılı olmayan və ya tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallarda xitam verilə bilər. - 70-ci maddəsinə əsasən əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. - 71-ci maddəsinin 2-ci hisəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. - 72-ci maddəsinin “a” bəndinə əsasən özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. - 76.1-ci maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. - 186-cı maddəsinin 2-ci hissəsinin tələbinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək barədə intizam tənbehi verə bilər. Məhkəmə kollegiyası qeyd edilən maddi hüquq normalarını müqayisəli təhlil edərək qeyd edir ki, əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Əmək müqaviləsinin şərtləri tərəflərin iradə ifadəsi ilə bağlansa da, əmək münasibətlərinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir ki, yalnız həmin hallardan biri olduğu təqdirdə əmək münasibətlərinə xitam verilə bilər. Habelə qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. İşin materiallarından görünür ki, işəgötürən tərəfindən 27.10.2021-ci il tarixli müvafiq əmrlə Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndinə, yəni heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməmə barədə müddəaya əsaslanaraq əmək müqaviləsinə birtərəfli qaydada xitam vermişdir. Məhkəmə baxışı zamanı işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, işəgötürən tərəfindən iddiaçıya münasibətdə onun Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə tutduğu vəzifədən azad edilməsinə dair əmr verilməsinə mühüm əsaslar mövcud olmamışdur. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 12-ci maddəsinin 1-ci hissəsinin: - «a» bəndinə əsasən əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək; - «c» bəndinə əsasən əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq; - «b» bəndinə əsasən bu Məcəllənin və əmək qanunvericiliyinə aid digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək işəgötürənin əsas vəzifələrindən biridir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin iddiaçının məzuniyyətdən sonrakı dövr üçün (işdən çıxaralana kimi) müəssisəyə daxil olması üçün vasitə olan müəssisədaxili “giriş kartı”nın alınmasına dair etiraf xarakterli izahatında digər göstərilən hallar əmək müqaviləsinin şərtlərinə zidd olmaqla, Cavabdeh MMC-nin 27.10.2021-ci il tarixli, 456/K saylı əmrinin qanuni olmasını da təsdiq etmir. Belə ki, məhkəmə kollegiyası tərəfindən işin araşdırılması zamanı tərəflərin izahatları ilə mübahisəsiz olaraq sübut olunmuşdur ki, iddiaçının əmək funksiyalarının yetirə yetirdiyi yerə, yəni müəssisəyə daxil olması üçün vasitə olan müəssisədaxili “giriş kartı” cavabdeh tərəfindən iddiaçıdan, o məzuniyyətə çıxarkən təhvil alınmışdır. Bu isə işçinin iş yerinə gəlməsi və əmək müqaviləsi üzrə üzərinə düşən vəzifələrinin, əmək funksiyalarını yerinə yetirilməsinin qəsdən məhdudlaşdırılması kimi qiymətləndirilir. Cavabdehin nümayəndəsi bu halı, məhdudlaşdırma kimi deyil, iddiaçının əmək məzuniyyətinə çıxması ilə, həmçinin bundan əvvəl işçinin sex rəisi Rıza Kulupu hədələməsi ilə əlaqələndirmiş, işçilərdən əmək məzuniyyətinə buraxılarkən “giriş kartı”nın alınması barədə qaydanın hər işçiyə tətbiq olunmadığını da bildirmişdir. Əlavə olaraq da bildirmişdir ki, iddiaçının hədələmə ilə bağlı hərəkətləri barəsində Rıza Kulup və ya müəssisə tərəfindən hüquq mühafizə orqanlarına müraciət edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının hərəkətlərində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin (72-ci maddəsinin “a” bəndi: heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi) tərkibi olmamış və işəgötürən əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etməməklə onu faktiki olaraq işə buraxmamaqla və işçinin əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi ilə xitam verilməklə onun qanunla qorunan hüquqları pozulmuşdur. Müəyyən edilmişdir ki, cavabdeh iddiaçının işə gəlməməsinə dair müvafiq aktlar tərtib etməmiş, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi ilə xitam verilməsi kimi intizam tənbehi tətbiq edərkən bununla bağlı ondan izahat almamışdır. Məhkəmə kollegiyası cavabdehin iddiaçıya işə gəlməli olmasına dair xəbərdarlıq məktubları ilə bağlı qeyd edir ki, işəgötürən ilk növbədə müəssisəyə daxil olması üçün vasitə olan müəssisədaxili “giriş kartı”nı iddiaçıya qaytarmalı və yalnız bundan sonra onun işə gəlməsini və əmək müqaviləsi üzrə funksiyalarını yerinə yetirməli olmasını tələb edə bilərdi. Bu hal mövcud olmadığı üçün məhkəmə kollegiyası iddiaçıya göndərilən xəbərdarlıq məktublarını formal sənədlər kimi qiymətləndirir. Həmçinin müəyyən edilmişdir ki, iddiaçı barədə Cavabdeh MMC-nin 27.10.2021-ci il tarixli, 456/K saylı əmri tərtib edilərkən də əmək qanunvericiliyinin tələblərinə riayət olunmamışdır. Belə ki, mübahisələndirilən əmrin qəbul edilməsinə əsas olan 21.10.2020-ci il tarixli işçinin işə gəlməməsi barədə ünvanına göndərilmiş məktub və xəbərnamə mövcud olmamışdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: -83-cü maddəsinin İİ hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. - 84-cü maddəsinin 1-ci hissəsində göstərilmişdir ki, əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı, işçinin adı, atasının adı, soyadı, əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı, əmək müqaviləsinin ləğv edilməsinin əsası, həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi, əmək müqaviləsinin ləğv edildiyi gün, ay və il, əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilməlidir. - 84-cü maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. - 300-cü maddəsinə əsasən əgər işəgötürən əmək müqaviləsinin bu məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə, 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. - 74-cü maddəsinin 2-ci bəndinə əsasən əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verərkən, cavabdeh qanunvericiliyin tələblərinə riayət edilmədiyi üçün, yəni əmrdə işdən çıxarılmanın əsasını təşkil edən sənədlər mövcud olmadığı üçün iddiaçının tələbi bu hissədə əsaslı sayılmalı, Cavabdeh MMC-nin 27.10.2021-ci il tarixli, 456/K saylı əmri ləğv edilməlidir. Məhkəmə kollegiyası iddiaçının 3500 manat məbləğində mənəvi zərərin tutulması hissəsində isə Kollegiya qeyd edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər- maddi nemətlər) hüquqlarını pozmaqla fıziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfı psixioloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərərəi ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstəririr ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hissələrini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Göründüyü kimi, «İnsan Hüquqlarının və X8 haqqında» Konvensiyanın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Avropa Məhkəməsinin “Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları”nın 13-cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib. Kollegiya qeyd edir ki, cavabdeh tərəfindən iddiaçının hüquqlarının pozulması müəyyən edilsə də, ona mənəvi ziyanın vurulması halı müəyyən edilmir. Belə olan halda, iddia tələbi mənəvi ziyanın tutulması hissəsində hüquqi əsas olmadığından, təmin edilə bilməz. Məhkəmə kollegiyası digər iddia tələblərinə münasibətdə hesab edir ki, həmin tələblərin əsasını təşkil edən sübutlar iş materialları müəyyən edilmədiyindən iddia bu hissələrdə təmin edilə bilməz. Həmçinin də iddiaçının digər iddia tələbləri ilə bağlı izahatı da özü-özlüyündə iddianın əsaslı olması üçün yetərli sübut kimi qəbul edilə bilməz. Çünki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh MMC-nin 27.10.2021-ci il tarixli, 456/K saylı əmrin qanuniliyinə münasibətdə maddi hüquq normalarının düzgün tətbiq edilməməsi ilə qəbul edildiyindən qətnamə ləğv edilməli və iddia tələbinin qismən təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya qeyd edir ki, ödənilmiş mediasiya xərci 50 (əlli) manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, İddiaçı apellyasiya şikayəti qismən təmin edilərək Bakı şəhər Səbail Rayon Məhkəməsinin 2(009)- 311/2022 saylı, 22 fevral 2022-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi qismən təmin edilməli, Cavabdeh MMC-nin 27.10.2021-ci il tarixli, 456/K saylı əmri ləğv edilməli, İddiaçı Cavabdeh MMC-nin X3 “xəmir yoğuran” vəzifəsinə bərpa edilməklə ona qətnamə icra olunan dövrə kimi məcburi işburaxma günlərinə görə əmək haqqı hesablanaraq ödənilməli, həmçinin əmək mübahisələri üzrə məcburi olan ilkin mediasiya xərcləri olaraq ödənilmiş 50 manat pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384-386, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhər Səbail Rayon Məhkəməsinin 2(009)-311/2022 saylı, 22 fevral 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh MMC-nin 27.10.2021-ci il tarixli, 456/K saylı əmri ləğv edilsin. İddiaçı Cavabdeh MMC-nin X3 “xəmir yoğuran” vəzifəsinə bərpa edilsin və qətnamə icra olunan dövrə kimi məcburi işburaxma günlərinə görə əmək haqqı hesablanaraq ödənilsin. İddia tələbi qalan hissələrdə təmin edilməsin. Mediasiya xərcləri olaraq ödənilmiş 50 manat pul Cavabdeh MMC-dən İddiaçı xeyrinə tutulsun. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-3447/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3447/2022
24.05.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Əmək haqqı tələbi - Maddi zi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver