Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-345/2021 25.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Hüseynin sədrliyi və məruzəsi ilə, Valeh Məmməd oğlu Ağayev və Afaq Bayram qızı Nuriyevadan ibarət tərkibdə, Nərminə Sahib qızı Murğuzovanın katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “kredit borcunun tutulması və ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-168/2020 saylı, 17 yanvar 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı İKB ASC Cavabdeh qarşı “kredit borcunun tutulması və ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi və iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-168/2020 saylı, 17 yanvar 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh "xxxx" (İddiaçı İKB) ASC-nin xeyrinə 130807,98 manat əsas borc, 24775,35 manat faiz borcu və 2000 manat cərimə borcu olmaqla, ümumilikdə 157583,33 manat məbləğində borcun, məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmeti olan əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının tutulması, borc tələbinin ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Səməd bəy Mehmandarov küçəsində yerləşən, 318.8 kv.m ümumi, 175.4 kv.m əsas, 143.4 kv.m yardımçı sahədən ibarət 36/14 nömrəli binanın 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinə yönəldilməsi, həmin daşınmaz əmlakın açıq hərraca çıxarılması, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Səməd bəy Mehmandarov küçəsində yerləşən, 318.8 kv.m ümumi, 175.4 kv.m əsas, 143.4 kv.m yardımçı sahədən ibarət 36/14 nömrəli binanın 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin açıq hərracda ilkin satış qiymətinin 596000 (beş yüz doxsan altı min) manat müəyyən edilməsi, qeyri-yaşayış sahəsinin satılması və ondan əldə ediləcək vəsaitin cavabdehin banka olan borcunun ödənilməsinə yönəldilməsi, borc ödənildikdən sonra ipoteka predmetinin satışından qalan məbləğin Cavabdeh qaytarılması, qeyri-yaşayış sahəsinin satışından əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, qeyriyaşayış sahəsi hərracda satıldıqdan sonra bir ay ərzində Cavabdeh Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Səməd bəy Mehmandarov küçəsində yerləşən, 318.8 kv.m ümumi, 175.4 kv.m əsas, 143.4 kv.m yardımçı sahədən ibarət 36/14 nömrəli binanın 1-ci mərtəbəsində yerləşən qeyri - yaşayış sahəsini tərk etməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, mühasibatlıq ekspertiza tədqiqatının dəyəri 200 (iki yüz) manat məbləğində pulun Cavabdeh tutulması, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməsi, qiymətləndirilmə ekspertizası tədqiqatının dəyəri olan 250 (iki yüz əlli) manat məbləğində pulun Cavabdeh tutularaq, VOEN: **********, Hesab N AZN: AZ30GUNA********************, Bank: GÜNAY BANK ASC, VÖEN: **********, Müxbir hesab: AZ25NABZ**********0000047944, KOD: 505594; SWİFT: GUNAAZ22 "xxxx" MMC-nin hesabına keçirilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərərək, qətnamənin ləğv edilməsini, iddiaçının iddiasının təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qətnaməsində qeyd edildiyi kimi bankla bağlanmış kredit müqaviləsi 05 sentyabr 2022-ci ildə müddəti bitəcək, yəni kredit müqaviləsinin bitməsinə 2 il səkkiz ay var. Odur ki, iddiaçının ona qarşı qaldırdığı iddia tələbi əsassızdır. İddiaçı yalnız iddia qaldırdığı dövrə qədər olan borc barədə iddia qaldıra bilər. Bir də qətnamənin təsviri hissəsinin birinci səhifəsində göstərilib ki, faiz borcu 10585,82 manat təşkil edir, ancaq nəticəvi hissəsində isə göstərilir ki, faiz borcu 24775.35 manat təşkil edir. Həmçinin, iddiaçı onun əmlakına sahib olmaq istəyir. Kredit müqaviləsinin müddətinə 2 il səkkiz ay qalıb, indidən iddia qaldırıb, əmlakını əlindən almaq istəyir. Buna başqa ad vermək olmaz. O, iddiaçıdan kreditlə 170000 manat pul götürmüş və onun 4000 manatını faizlə ödəmişdir. Borcun 13000 qalıb. Müəyyən çətinliklər var və kreditin müddətinə 2 il səkkiz ay var. Borcu ödəyəcəkdir. Odur ki, çıxarılan qətnamə ləğv edilib, iddiaçının iddiası təmin edilməməlidir. İş üzrə tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırda qətnamənin iddianın təmin olunmuş hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Apellyasiya baxışı zamanı İddiaçı İKB ASC "xxxx" ASC kimi qəbul edilmişdir. İş materiallarından görünür ki, 05 sentyabr 2017-ci il tarixli kredit müqaviləsinə əsasən “Nikoyl İKB ASC Cavabdeh illik 20%-lə 60 ay müddətinə 170000 manat məbləğində kredit vermişdir. Kredit məbləği 170000 manat Cavabdeh tərəfindən imza edilərək qəbul edilmişdir. 10.01.2020-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh 10.01.2020-ci il tarixə 130807,98 manat əsas borcu, 24775,35 manat faiz borcu, 6316,15 manat cərimə borcu, 161899,48 manat ümumi borcu mövcuddur. Kreditin bitmə tarixi: 05.09.2022-ci il. Borcun təminatı olaraq, Cavabdeh mülkiyyətindəki Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Səmədbəy Mehmandarov küçəsində yerləşən, 318.8 kv.m ümumi, 175.4 kv.m əsas, 143.4 kv.m yardımçı sahədən ibarət 36/14 nömrəli binanın 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsi ipoteka müqaviləsi ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya RX № ******* nömrəli çıxarışa əsasən Cavabdeh məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Səmədbəy Mehmandarov küçəsində yerləşən, 318.8 kv.m ümumi, 175.4 kv.m əsas, 143.4 kv.m yardımçı sahədən ibarət 36/14 nömrəli binanın 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsi Nikoyl İKBnin xeyrinə ipoteka ilə yüklü edilmiş və daşınmaz əmlakın dövlət reyestrində 06.09.2017-ci il tarixdə qeydiyyata alınmışdır. 01.05.2019-cu il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında Cavabdeh bildiriş ünvanlanaraq Bankın pul tələbləri ödənilməzsə tutmanın ipoteka predmeti olan mənzilə yönəltməyə başlamaqları barədə xəbərdarlıq edilmişdir. 03.05.2019-cu il tarixli Nikoyl İKB ASC tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə ünvanlanmış ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına dair ərizəyə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydiyyata alınması xahiş edilmiş, həmin bildiriş 03.05.2019-cu il tarixdə, ********** nömrə ilə qeydə alınmışdır. Birinci instansiya məhkəməsi kredit müqaviləsi üzrə əsas və faiz borcunun tutulması hissəsində iddianı tam təmin etmiş, dəbbə pulu hissəsində isə iddianı qismən təmin etmişdir. Cavabdeh verilmiş apellyasiya şikayətində birinci instansiyası məhkəməsi tərəfindən təmin edilən məbləğləri mübahisələndirdiyindən məhkəmə kollegiyası tərəfindən məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin 11.01.2021-ci il tarixli 9/4271 saylı ekspert rəyinin nəticə hissəsində qeyd olunur ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və 05.09.2017-ci il tarixli, 6-G-1-0-114-17 saylı kredit müqaviləsi şərtləri əsas götürülməklə Cavabdeh 10.01.2020-ci il tarixədək banka olan borcu ümumilikdə 151.292,71 manat məbləğində, o cümlədən əsas borc üzrə - 134.489,26 manat, faiz borcu üzrə - 16.803,45 manat müəyyən edilir. İş materiallarından göründüyü kimi Cavabdeh ilə İddiaçı İKB ASC arasında bağlanmış 05.09.2017-ci il tarixli, 6-G-1-0-114-17 saylı kredit müqaviləsi üzrə cərimə pulu bəndi nəzərdə tutulmuş, lakin bank tərəfindən təqdim olunmuş hesabdan çıxarış məlumatlarında bank cərimə hesablamamışdır. Buna görə də hazırkı tədqiqatla Cavabdeh cərimə hesablanmır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Kollegiya qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Hazırkı borc məbləği ilə bağlı tərəflər arasında mübahisə yarandığından, eyni zamanda məhkəmə araşdırması zamanı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, məhkəmə ekspert rəyini mötəbər sübut kimi qəbul edir. Qeyd edilməlidir ki, 05.09.2017-ci il tarixli, 6-G-1-0-114-17 saylı kredit müqaviləsi üzrə iddiaçı tərəfindən 24775,35 manat faiz borcu tələb edilməsinə baxmayaraq ekspert tərəfindən 16.803,45 manat faiz borcunun olduğu müəyyən edilmişdir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 443.1, 448, 467, 739-cu maddələrinə əsasən əsas və cərimə məbləğinin tutulması hissələrində əsaslı nəticəyə gəlsə də, faiz borcunun tutulması hissəsində əsaslı nəticəyə gəlməmişdir. İş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizası rəyinə əsasən tərəflər arasında olan kredit razılaşması üzrə 10 yanvar 2020-ci il tarixə (borc tələb olunan tarixə) əsas borc 134.489,26 manat, faiz borcu 16.803,45 manat müəyyən edilmişdir. Ekspert rəyi ilə müəyyən edilən əsas borcun məbləği iddiaçının iddia tələbində qeyd olunan əsas borcun məbləğindən yüksək olduğundan və məhkəmə iddia tələbindən kənara çıxa bilmədiyindən birinci instansiya məhkəməsinin qətnaməsi yalnız faiz borcunun tutulması hissəsində dəyişdirilməli və ekspert rəyi ilə müəyyən edilən məbləğ əsas götürülərək 16.803,45 manat (10 yanvar 2020-ci il tarixə, yəni borc tələb olunan tarixə) tutulmalıdır. Kollegiya eyni zamanda qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən dəbbə pulunun məbləği mütənasib həddədək azaldılmışdır. Kollegiya həmçinin qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq kredit razılaşmaları üzrə borc məbləğlərinin ödənilməməsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269, 295, 296, 317, 319-cu, “İpoteka haqqında” qanunun 39, 59-cu maddələrinə istinad edərək tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracdan ilkin satış qiyməti müəyyən edilməklə satılması və satışdan əldə olunan vəsaitin borcun ödənilməsinə yönəldilməsi qənaətinə gəlmişdir. Kollegiya həmçinin hesab edir ki, məhkəmə-mühasibatlıq ekspertizasının dəyərini təşkil edən 100 manat Cavabdeh tutulmalıdır. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi faiz borcunun və bundan asılı olaraq cəmi borcun tutulması hissəsində dəyişdirilməli, qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-168/2020 saylı, 17 yanvar 2020-ci il tarixli qətnaməsi 05.09.2017-ci il tarixli, 6-G-1-0-114-17 saylı kredit müqaviləsi üzrə faiz borcunun və bundan asılı olaraq cəmi borcun tutulması hissəsində dəyişdirilsin. 05.09.2017-ci il tarixli, 6-G-1-0-114-17 saylı kredit müqaviləsi üzrə faiz borcu 16.803,45 manat, cəmi borc isə 149611,43 manat məbləğində müəyyən olunsun. Qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Cavabdeh 100 manat tutularaq Məhkəmə ekspertiza mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X1 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Valeh Ağayev Afaq Nuriyeva
Məhkəmə qərarları › İş №2(103)-345/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-345/2021
25.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver