Məhkəmə qərarları › İş №2(103)-349/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-349/2020

03.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-349/2020 03.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı “xxxx” İKB-nın (indiki adı “xxxx” ASC) nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “xxxx” İKB-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(005)- 77/2019 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” İKB ASC iddia ərizəsi və sonradan iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, Cavabdeh “xxxx” İKB ASC-nin xeyrinə xx xxxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə 25145,38 manat əsas, 5326,81 manat faiz, 7602,12 manat cərimə və xx xxxxx 2017-ci il tarixdən xx xxxxxx 2019-cu il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 2176,55 manat məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 40250,86 manat pulun və xx xxxxxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə 38100,62 ABŞ dolları əsas, 22150,35 ABŞ dolları faiz, 6834,87 ABŞ dolları cərimə və xx xxxxxxxx 2018-ci il tarixdən xx xxxxxx 2019-cu il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 588,2 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 67674,04 ABŞ dolları məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh mülkiyyətində olan Sumqayıt şəhəri Saray (Sarıqaya) bağlar massivində yerləşən, 6 otaqlı, 165,13 kv.m yaşayış, 193,76 kv.m köməkçi sahədən ibarət 372 və B-372 nömrəli bağ evinə və 0,22 ha torpaq sahəsinə yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması və borcun satışdan əldə olunan vəsait hesabına “xxxx” İKB ASC-yə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, ipoteka predmeti olan daşınmaz əmlaklara tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh həmin bağ evinə və torpaq sahəsinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh bağ evindən çıxarılması, əmlakın boşaldılması və banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, xx xxxxx 2014-cü il tarixli əsas kredit müqaviləsinə əsasən Cavabdeh “xxxx” İKB ASC-nin 12 saylı filialında 60 ay müddətinə 200000 manat məbləğində və yaxud kredit veriləcək gün bu məbləğin ABŞ dolları və ya avro ekvivalentində kredit limiti ayrılmışdır. xx xxxxx 2014-cü il tarixli əlavə kredit müqaviləsinə əsasən Cavabdeh illik 22 faizlə 36 ay müddətinə 90000 manat məbləğində və xx xxxxxxxx 2015-ci il tarixli əlavə kredit müqaviləsinə əsasən illik 21 faizlə 36 ay müddətinə 50000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq, Cavabdeh mülkiyyətində olan Sumqayıt şəhəri Saray (Sarıqaya) bağlar massivində yerləşən, 6 otaqlı, 165,13 kv.m yaşayış, 193,76 kv.m köməkçi sahədən ibarət 372 və B- 372 nömrəli bağ evi və 0,22 ha torpaq sahəsi xx xxxxx 2014-cü il tarixli ipoteka müqaviləsi ilə yüklü edilmişdir. Hər iki müqavilə üzrə Cavabdeh banka ödənilməmiş əsas və faiz borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən bank iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(005)- 77/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh xx xxxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə 25145,38 manat məbləğində əsas borc, kreditin bitmə tarixinə hesablanmış 5326,81 manat məbləğində faiz borcu, illik 5% olmaqla hesablanmış 2176,55 manat məbləğində faiz borcu, 2500 manat məbləğində cərimə, cəmi 35148,74 manat məbləğində borc, xx xxxxxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə 38100,62 ABŞ dolları məbləğində əsas borc, kreditin bitmə tarixinə hesablanmış 22150,35 ABŞ dolları məbləğində faiz borcu, illik 5% olmaqla hesablanmış 588,2 ABŞ dolları məbləğində faiz borcu, 3800 ABŞ dolları məbləğində cərimə, cəmi 64639,17 ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində borc, ipoteka predmetinə tutma haqqında bildirişin qeydiyyatı üçün ödənilmiş 10 manat məbləğində dövlət rüsumu və 20 manat məbləğində xidmət haqqının tutularaq “xxxx” İKB ASC-nin xeyrinə ödənilməsi, tutmanın xx xxxxx 2014-cü il tarixli əsas kredit müqaviləsinin təminatı kimi ipoteka ilə yüklü edilmiş Sumqayıt şəhəri Saray (Sarıqaya) bağlar massivində yerləşən, 6 otaqlı, 165,13 kv.m yaşayış, 193,76 kv.m köməkçi sahədən ibarət 372 və B-372 nömrəli bağ evinə və 0,22 ha torpaq sahəsinə yönəldilməsi, həmin əmlakların açıq hərrac vasitəsilə satılması, satışdan əldə olunan vəsait hesabına yuxarıda göstərilən məbləğlərin “xxxx” İKB ASC-yə ödənilməsi, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsinin ipoteka qoyana - Cavabdeh qaytarılması, ipoteka predmeti olan əmlakların ilkin satış qiymətinin 215000 manat (bağ evinin ilkin satış qiyməti 170000 manat, 0,22 ha torpaq sahəsinin ilkin satış qiyməti 45000 manat olmaqla) məbləğində müəyyən edilməsi, Sumqayıt şəhəri Saray (Sarıqaya) bağlar massivində yerləşən, 6 otaqlı, 165,13 kv.m yaşayış, 193,76 kv.m köməkçi sahədən ibarət 372 və B- 372 nömrəli bağ evi və 0,22 ha torpaq sahəsinin açıq hərracdan satıldıqdan sonra ən geci 1 ay ərzində Cavabdeh mənzildən çıxmazsa, onun məcburi qaydada çıxarılması, iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 28 manatının Cavabdeh iddiaçı “xxxx” İKB ASC-nin xeyrinə tutulması, 2 manatının isə iddiaçı “xxxx” İKB ASC-yə aid edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, ekspert tədqiqatının dəyərini təşkil edən 145 manat məbləğində pul vəsaitinin 134 manat hissəsinin Cavabdeh, 11 manat hissəsinin isə iddiaçı “xxxx” İKB ASC-dən tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını və iş üzrə təkrar məhkəmə mühasibatlıq ekspertizası keçirilməklə ekspert rəyi əsasında yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, iddiaçı bank tərəfindən faiz və cərimə məbləğləri şişirdilmiş, məhkəmə tərəfindən bununla bağlı məhkəmə mühasibatlıq ekspertizası təyin olunsa da, ekspert də borc məbləğini düzgün hesablamamışdır. Bu halın aradan qaldırılması üçün təkrar məhkəmə mühasibatlıq ekspertizasının təyin edilməsi barədə vəsatət versələr də təmin olumamış və məhkəmə iddiaçı tərəfin təqdim etdiyi sübutlara əsaslanaraq ədalətsiz qətnamə qəbul etmişdir. Bundan əlavə hesab edir ki, həmin müqavilələr üzrə cərimə məbləği də yüksək təyin edilmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini xahiş edərək izahatına əlavə olaraq bildirdi ki, təkrar məhkəmə mühasibatlıq ekspertizası keçirilməsinə zərurət yoxdur. Çünki məhkəmə tərəfindən ekspertiza keçirilərək iş üzrə düzgün və ədalətli qətnamə qəbul edilmişdir. İpoteka ilə yüklü edilmiş əmlakın likvid qiyməti də müəyyənləşdirilmişdir. Cavabdehin şikayət etməkdə əsas məqsədi müqavilələr üzrə üzərinə götürdüyü öhdəliklərin icrasını uzatmaqdır. Məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilməsinə baxmayaraq iş üzrə Cavabdeh məhkəmə iclasına gəlmədiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(005)-77/2019 saylı qətnaməsi dəyişdirilməli və xx xxxxx 2014-cü il və xx xxxxxxxx 2015ci il tarixli kredit müqavilələri üzrə cərimə məbləği azaldılmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, xx xxxxx 2014-cü il tarixli Əsas kredit müqaviləsinə əsasən “xxxx” İKB ASC Cavabdeh 200000 manat məbləğində 60 ay müddətinə kredit limiti ayırmışdır. Əsas kredit müqaviləsi çərçivəsində bağlanmış xx xxxxx 2014-cü il tarixli Əlavə kredit müqaviləsinə əsasən “xxxx” İKB ASC Cavabdeh 36 ay müddətinə, illik 22 faiz olmaqla 90000 manat məbləğində kredit verməyi, sonuncu isə krediti qəbul etməyi, həmin müqaviləyə 1 saylı əlavəyə uyğun olaraq krediti, kredit üzrə hesablanacaq faizləri banka qaytarmağı, habelə gecikməyə yol verdiyi təqdirdə hesablanacaq cərimə məbləğini ödəməyi öhdəsinə götürmüşdür. xx xxxxx 2014-cü il tarixli kassa məxaric orderinə əsasən Cavabdeh “xxxx” İKB ASC-dən 90000 manat məbləğində pulu qəbul etmişdir. xx xxxxxxxx 2015-ci il tarixli Əlavə kredit müqaviləsinə əsasən “xxxx” İKB ASC Cavabdeh 36 ay müddətinə, illik 21 faiz olmaqla 50000 ABŞ dolları məbləğində kredit verməyi, sonuncu isə krediti qəbul etməyi, həmin müqaviləyə 1 saylı əlavəyə uyğun olaraq krediti, kredit üzrə hesablanacaq faizləri banka qaytarmağı, habelə gecikməyə yol verdiyi təqdirdə hesablanacaq cərimə məbləğini ödəməyi öhdəsinə götürmüş və xx xxxxxxxx 2015-ci il tarixli kassa məxaric orderinə əsasən Cavabdeh “xxxx” İKB ASC-dən 48500 ABŞ dolları məbləğində pulu qəbul etmişdir. (1500 ABŞ dolları kreditin rəsmiləşdirilməsi və vergi üçün çıxılmışdır). xx xxxxx 2014-cü il tarixli 24-S-1-0-82-14(İ) nömrəli İpoteka müqaviləsinə əsasən “xxxx” İKB ASC ilə Cavabdeh xx xxxxx 2014-cü il tarixli Əsas kredit müqaviləsi üzrə nəzərdə tutulmuş öhdəliklərin icrasının təminatı kimi Sumqayıt şəhəri Saray bağlar massivində yerləşən, 165,13 kv.m yaşayış, 193,76 kv.m köməkçi sahədən ibarət 372 və B-372 nömrəli bağ evinin və 0,22 ha torpaq sahəsinin ipoteka ilə yüklü edilməsi barədə razılığa gəlmişlər. İş materiallaında olan bildirişlərdən görünür ki, Cavabdeh “xxxx” İKB ASC tərəfindən öhdəliklərin icrasını təmin etməsi barədə xəbərdar edilmiş, lakin cavabdeh öhdəliklərin icrasını təmin etməmişdir. “xxxx” MMC-nin xx xxx 2018-ci il tarixli Daşınmaz əmlakın qiymətləndirilməsi barədə mütəxəssis rəyinə əsasən Cavabdeh mülkiyyətində olan Sumqayıt şəhəri Saray (Sarıqaya) bağlar massivində yerləşən 6 otaqlı, 165,13 kv.m yaşayış, 193,76 kv.m köməkçi sahəsən ibarət 372 və B 372 nömrəli bağ evinin ilkin satış (likvid) dəyəri xx xxxxx 2018-ci il tarixinə 170000 manat, 0,22 ha torpaq sahəsinin ilkin satış (likvid) dəyəri xx xxxxx 2018-ci il tarixinə 45000 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən verilmiş məhkəmə mühasibatlıq ekspertizasının xx xxxxxx 2018-ci il tarixli 18704 nömrəli rəyinə əsasən, xx xxxxx 2014-cü il tarixli 24- S-1-0-82-14 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh xx xxxxx 2017-ci il tarixə (sual üzrə tarixə) “xxxx” İKB ASC-yə olan borcu 34544,82 manat məbləğində müəyyən edilir (o cümlədən əsas borc üzrə 25145,38 manat, faiz borcu üzrə 9399,44 manat). xx xxxxxxxx 2015-ci il tarixli 24-S2-0-47-15 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh xx xxxxxx 2018-ci il tarixə (sual üzrə tarixə) “xxxx” İKB ASC-yə olan borcu 54783,62 ABŞ dolları məbləğində müəyyən edilir (o cümlədən əsas borc üzrə 38100,62 ABŞ dolları, faiz borcu üzrə 16683,00 ABŞ dolları). İş materiallarında olan “xxxx” İKB ASC-nin xx xxxxxx 2019-cu il tarixli maliyyə arayışına əsasən xx xxxxx 2014-cü il tarixli, 24-S-1-0-82-14 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh banka 25145,38 manat məbləğində əsas borcu, 5326,81 manat məbləğində faiz borcu, 7602,12 manat məbləğində cərimə borcu, xx xxxxx 2017-ci il tarixdən xx xxxxxx 2019-cu il tarixinə qədər əsas borca illik 5 faiz olmaqla hesablanmış 2176,55 manat məbləğində faiz borcu, cəmi 40250,86 manat məbləğində borcu vardır. “xxxx” İKB ASC-nin xx.xx.2019-cu il tarixli maliyyə arayışına əsasən isə xx xxxxxxxx 2015-ci il tarixli, 24-S-2-0-47-15 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh banka 38100,62 ABŞ dolları məbləğində əsas borcu, 22150,35 ABŞ dolları məbləğində faiz borcu, 6834,87 ABŞ dolları məbləğində cərimə borcu, xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixinə qədər əsas borca illik 5 faiz olmaqla hesablanmış 588,2 ABŞ dolları məbləğində faiz borcu, cəmi 67674,04 ABŞ dolları məbləğində borcu vardır. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, “xxxx” İKB ASC ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanmış, əsas öhdəliyin təminatı olaraq sonuncu öz mülkiyyətində olan Sumqayıt şəhəri Saray bağlar massivində olan 0,22 ha torpaq sahəsi üzərində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 165,13 kv.m yaşayış, 193,76 kv.m köməkçi sahədən ibarət 372 və B372 nömrəli bağ evini ipotekaya qoymuşdur. Lakin Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş, nəticədə banka borcu yaranmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq tərəflər arasındakı münasibəti öhdəlik hüququndan irəli gələn münasibətlər çərçivəsində qiymətləndirmişdir. Belə ki, Cavabdeh «xxxx» İKB ASC-dən kredit müqavilələri əsasında kredit məbləğləri almış, ayrılmış kredit məbləğlərinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair bank qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. İpoteka predmetlərinin likin satış (likvid) dəyərinin müəyyən edilməsi üçün “xxxx” MMC-nin rəyləri alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 319.1-ci maddəsinə müvafiq olaraq, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. İşin faktiki hallarından görünür ki, borclu kreditor qarşısında borc öhdəliyini lazımınca lazımınca icra etməmişdir. Buna görə də bank borcun qaytarılması və ipoteka predmetinə tutmanın yönəldilməsi tələbində haqlıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən cavabdehin iddiaçı banka əsas və faiz borcu, habelə gecikdirilmiş vaxt üçün illik 5 faizlə borcu düzgün hesablanmışdır. Cavabdeh məhkəmə mühasibatlıq ekspertizasının rəyi ilə razı olmadığını bildirsə də, təkrar məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsi zəruriliyini əsaslandırmamışdır. Kollegiya hesab etmişdir ki, ekspertin rəyi kifayət qədər əsaslandırılmışdır və təkrar ekspertiza keçirilməsinə zərurət yoxdur. Qətnamənin mübahisələndirilən digər hissəsi, yəni xx xxxxx 2014-cü il və xx xxxxxxxx 2015-ci il tarixli kredit müqaviləri üzrə cərimə borclarının Cavabdeh tutulması ilə bağlı hissəsi üzrə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehdən tələb edilən həmin kredit müqavilələri üzrə cəriməni ədalətli həddədək azaltmamışdır. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə Cavabdeh xx xxxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə 25145,38 manat məbləğində əsas borca münasibətdə cərimə məbləğinin 760 manat həddində, xx xxxxxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə isə 38100,62 ABŞ dolları məbləğində əsas borca münasibətdə cərimə məbləğinin 683 ABŞ dolları həddində müəyyənləşdirilməsi daha ağlabatan və ədalətlidir. Qanunvericilik yuxarıda göstərildiyi kimi yalnız tələb olunan dəbbə pulunun tənasübsüz hesab edildikdə azaldılması imkanını müəyyənləşdirir, heç bir halda bütövlükdə onu tutmaqdan imtinanın və ya onun tamamilə ləğvinin mümkünlüyünü nəzərdə tutmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 402- 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(005)- 77/2019 saylı qətnaməsi cərimə məbləğləri hissəsində dəyişdirilsin. Cavabdeh iddiaçı “xxxx” İKB ASC-nin xeyrinə xx xxxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə tutulmalı olan cərimə borcunun məbləği 760 manat, cəmi borc 33408,74 manat, xx xxxxxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə cərimə borcunun məbləği 683 ABŞ dolları, cəmi borc 61522,17 ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində müəyyən edilsin. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar