Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3496/2025 16.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “əmlakın qanunsuz sahiblikdən geri alınması” tələbinə dair iddia ərizəsi üzrə mülki iş üzrə (Açar sözlər: “cehiz əmlak və qızıl-zinət”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə Quliyeva Gültac Sadıq qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili X1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, Binəqədi Rayon Məhkəməsinin e-2(001)-779/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:
1. İddiaçı Cavabdeh qarşı “əmlakın qanunsuz sahiblikdən geri alınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək özünə məxsus mülkiyyətində olan daşınar əmlakların Cavabdeh qanunsuz sahibliyindən alınaraq ona qaytarılmasını və ödənilmiş 684.35 manat dövlət rüsumunun ona geri qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, iş üzrə Cavabdeh ilə 28 iyul 2022-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. O, cavabdehlə nikah bağladıqdan sonra mövcud olan adət-ənənələrə uyğun olaraq cavabdehin Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacibəyli kücəsində yerləşən 1001 saylı evə gəlin köçmüş və “cehiz” kimi müəyyən daşınar əmlakı özü ilə aparmış, nişan və toy ərəfələrində, eləcə də ondan sonra ona qızıl-zinət əşyaları hədiyyə olunmuşdur. Aşağıda qeyd edilən əşyaların özünə məxsus olduğunu bildirən iddiaçı onların qaytarılmasını tələb etmişdir. 1) Toy komplekti (boyunbağı, üzük, qolbaq, sırğalar) – 170000 manat; 2. Brilyant tək qaş üzük – 85000 manat; 3. Yanlarında xırda brilyantlarla bəzədilmiş tək qaş üzük – 70000 manat; 4. Brilyant komplekt (boyunbağı, üzük, qolbaq, sırğalar) – 15000 manat; 5. Brilyant komplekt (boyunbağı, nişan üzüyü, sırğalar) – 7000 manat; 6. Brilyant komplekt (boyunbağı, üzük, qolbaq, sırğalar) – 20000 maat; 7. Brilyant üzük – 1500 manat; 8. Brilyant üzük zümrüd daşla – 1500 manat; 9. iki ədəd brilyant qolbaq – 3000 manat; 10. Qızıl qolbaq xırda brilliantlarla – 1200 manat; 11. Sadə qızıl qolbaq – 700 manat; 12. Qızıl üzük – 550 manat; 13. Rado İsveçrə saatı – 4400 manat; 14. Tissot saat – 3000 manat; 15. X10 49 mm saat – 1500 manat; 16. Zərfdə 10000 manat üstündə “Həlimənin komplekt pulu” yazısı ilə; Bütün bu zinət əşyalarını kamuflyaj idman çantasına qoymuş və ərinin təkidi ilə 2023-cü ilin oktyabr ayında xaricə getməzdən əvvəl qayınanası Emma Pənahovaya vermişdir. 2) Fərqli ölçülərdə 100-ə yaxın ona məxsus əl işləri-rəsm əsərləri (ümumi dəyəri 500000 manat); qırmızı ağacdan iki rəsm malberti – 500 manat; boyalar və fırçalar – 2000 manat; rəsm üçün Digital Wacom planşeti - 800 manat; proyektor – 500 manat; Amerikada olan 2 çamadan: üç ədəd Jimmy Choo ayaqqabıları, Hermes ayaqqabı, 2 ədəd Chanel çanta, bir ədəd Dior, 2 ədəd Bottega və LV çantalar, multistayler Dyson airwrap, Versace və Swarovski saatları, bahalı kosmetika (Guerlain, Dior, Chanel), bahalı üz və bədən üçün qulluq vasitələri, çoxsaylı paltarlar (donlar, köynəklər, şalvarlar, şortlar və s.) Ümumi qiymət - 60000 manat; Cehiz: 1. 12 nəfərlik gündəlik şam yeməyi dəsti - 450 manat; 2. 12 nəfərlik Madonna şam yeməyi dəsti - 550 manat;
3. 12 nəfərlik Madonna nahar yeməyi dəsti - 550 manat; 4. 6 nəfərlik Madonna çay dəsti – Almaniya farforu - 350 manat; 5. 6 nəfərlik ağ farfordan çay dəsti – Çexiya farforu - 350 manat; 6. 12 nəfərlik xrustal çay stəkanları və 12 ədəd farfor nəlbəki - 150 manat; 7. 6 nəfərlik Dubaydan olan 3 çeşid farfor qəhvə dəsti – 1000 manat; 8. 18 nəfərlik gündəlik və qonaq üçün çəngəl-qaşıq çamadan dəsti – 315 manat; 9. gündəlik və qonaq üçün su və şirə stəkanları – 300 manat; 10. 12 ədəd şüşə şərab badələri - 200 manat; 11. 12 nəfərlik şüşə şirə qədəhi qrafinlə - 250 manat; 12. 6 nəfərlik martini üçün şüşə qədəhi - 260 manat; 13. 6 nəfərlik çex kristal rumka dəsti - 240 manat; 14. 12 nəfərlik çex kristal şampan qədəhi – 350 manat; 15. 6 nəfərlik çex kristal şirə qədəhi - 220 manat; 16. 6 nəfərlik Martini üçün şüşə qədəhi; 17. 5 ədəd Villeroy & Boch vazolar - 750 manat; 18. 4 ədəd Villeroy & Boch meyvə qabları – 550 manat; 19. 4 ədəd mürəbbə qabı Nachtmann və 1 ədəd meyvə qabı – 146 manat; 20. 2 şüşə mətbəx qrafini - 100 manat; 21. Çay dəsti 100 manat; 22. Məişət əşyaları: tefal qazantava dəstləri və s. – 360 manat; 23. Mətbəx avadanlıqları və kiçik ev alətləri: Toshiba soyuducu - 1400 manat; elektrikli çaydan - 100 manat; şirəçəkən, mikser - 70 manat; termopot Panasonic - 150 manat; 24. Elektrik avadanlıqları: ütü Braun - 140 manat; Samsung tozsoran - 230 manat; Braun saç feni - 200 manat; Dyson air saç alətləri - 900 manat; Philips saç düzləşdirici – 60 manat; 25. Ədviyyat qabı dəsti – 150 manat;
26. 4 ədəd Kristal və şüşə güldanları Villeroy & Boch - 540 manat; 27. 2 ədəd kristal şamdan, Nachtmann Almaniya – 216 manat; 28. 6 ədəd çərəz qabı X6 və Villeroy & Boch - 675 manat; 29. Salat qabları - Kristal dəsti X6 Almaniya - 250 manat; 30. Kristal tort qabı Nachtmann Almaniya - 196 manat; 31. “Corralium” qızıl rəngli kandelyabr – 80 manat; 32. Qızıl rəngli polirezindən şirniyyat qabları - 150 manat; 33. 10 ədəd mətbəx dəsmalıı - 100 manat; 34. 6 ədəd kəsmə taxtası - 150 manat; 35. 6 ədəd gündəlik və qonaq süfrələri – 600 manat; 36. Yay və qış pokrivallar, yorğanlar və yataq dəstləri, ədyallar - 1600 manat; 37. 10 ədəd hamam dəsmalı - 500 manat; 38. 7 ədəd hamam xalatı – 700 manat; 39. 6 ədəd hamam xalçası – 550 manat; 40. Xalça 3x4 metrə - 3000 manat; Evdə şəxsi əşyalar: 1. Təbii sobol (samur) xəz şuba – 15000 manat; 2. Təbii norka xəz şuba - 8000 manat; 3. Təbii dovşan xəzindən hazırlanmış qara şuba – 800 manat; 4. MaxMara bej palto – 3000 manat; 5. Alpaka palto şınşıla yaxası ilə - 3000 manat; 6. Dutik kurtka tülkü yaxası ilə - 900 manat; 7. Dutik Gant gödəkcə - 500 manat; 8. Tülkü gödəkçəsi - 800 manat; 9. Təbii norka papaq - 1500 manat, təbii sobol xəzindən papaq - 2000 manat; 10. Valentino qırmızı nişan şərfi - 1000 manat; 11. Dörd növ Dior, LV, Gucci şərfləri – 5500 manat; 12. İki Guess gödəkcə - 600 manat; 13. Ralf Lauren gödəkcə - 600 manat; 14. Chanel bej ayaqqabı – 1700 manat; 15. Dior hündürdaban ayaqqabı 2500 manat; 16. Jimmy Choo hündürdaban ayaqqabı - 1700 manat; 17. Jimmy Choo hündürdaban ayaqqabı - 1700 manat; 18. Miu Miu hündürdaban ayaqqabı - 1800 manat; 19. Hermes qara ayaqqabı - 2500 manat; 20. Celine qəhvəyi botinka - 1400 manat; 21. 6 ədəd palto – 6000 manat;
22. Beş növ gödəkçə - 1080 manat; 23. Beş növ dutik qış gödəkcə – 6100 manat; 24. Üç ədəd dutik jilet - 1500 manat; 25. Prada bej yarımboğaz çəkmə - 1200 manat; 26. Dəridən 3 növ bej, hündürdaban çəkmə – 950 manat; 27. Dəridən 2 növ qara, hündürdaban çəkmə – 850 manat; 28. 2 ədəd boz rəngdə hündürdaban yarımboğaz çəkmə – 740 manat; 29. 5 ədəd idman ayaqqabısı - 660 manat; 30. 5 növ klassik pencək-şalvar kostyumları – 2000 manat; 31. Gündəlik və axşam yeməyi üçün 35 növ paltar – 10500 manat; 32. Gündəlik və axşam yeməyi üçün 10 növ şalvar – 6000 manat; 33. Gündəlik və axşam yeməyi üçün 10 növ ətək - 5600 manat; 34. Gündəlik və axşam yeməyi üçün 45 növ kofta, köynək, jaket – 9500 manat; 35. 10 növ əl çantası – 11500 manat; 36. 10 növ pencək - 3400 manat; 37. 10 növ qış sviteri – 2400 manat; 38. 3 növ kombinezon – 900 manat; 39. Üz və saç qulluq vasitələri (şampunlar, kremlər, maskalar, spreylər və. s) – 2500 manat; 40. Beş növ ətir– 2800 manat; Ziyafət paltarları: toy libası – 13 000 manat; ikinci toy libası – 1500 manat; qırmızı nişan paltarı – 1500 manat; yaşıl payetli paltar – 1500 manat; açıq yaşıl rəngdə payetli paltar - 1500 manat; qızılı libas – 1500 manat; qızılı-bəyaz libas - 1000 manat; mavi pələng naxışlı paltar – 1000 manat; çəhrayı paltar - 800 manat. Ümumi məbləğ: 394.350 (üç yüz doxsan dörd min üç yüz əlli) manat; 3) Rayon məhkəməsində işə baxılarkən cavabdeh tərəfindən iddiada tələb olunan əşyaların böyük bir hissəsi könüllü olaraq iddiaçıya qaytarılmışdır. Bundan sonar iddiaçı tərəf iddia tələblərini azaldaraq cavabdehdən qalan digər əşyaların qaytarılmasını tələb etmişdir. İddiaçı azaldılmış tələbində aşağıdakı əşyaların qaytarılmasını istəmişdir: 4) Zinət əşyaları: 1. Toy komplekti : boyunbağı, üzük, qolbaq, sırğalar – 170 000 azn; 2. Brilyant tək qaş üzük – 85 000 azn; 3. Yanlarında xırda brilyantlarla bəzədilmiş tək qaş üzük – 70 000 azn; 4. Brilyant komplekt: boyunbağı, üzük, qolbaq, sırğalar – 15 000 azn; 5. Brilyant komplekt: boyunbağı, nişan üzüyü, sırğalar – 7 000 azn; 6. Brilyant komplekt: boyunbağı, üzük, qolbaq, sırğalar – 20 000 azn; 7. Brilyant üzük – 1500 azn; 8. Brilyant üzük zümrüd daşla – 1500 azn; 9. İki ədəd brilyant qolbaq – 3000 azn; 10. Qızıl qolbaq xırda brilyantlarla 1200 azn; 11. Sadə qızıl qolbaq – 700 azn; 12. Qızıl üzük - 550 azn; 13. Rado İsveçrə saatı 4400 azn; 14. Tissot saat – 3000 azn; 15. X10 49 mm saat – 1500 azn; 16. Zərfdə 10 000 azn üstündə “Həlimənin komplekt pulu” yazısı ilə; Amerikada olan 2 çamadan: üç ədəd Jimmy Choo ayaqqabıları, Hermes ayaqqabı, 2 ədəd Chanel sumka, bir ədəd Dior, 2 ədəd Bottega və LV sumkalar, multistayler Dyson airwrap, Versace və Swarovski saatları, bahalı kosmetika (Guerlain, Dior, Chanel), bahalı üz və bədən üçün qulluq vasitələri, çoxsaylı paltarlar (donlar, köynəklər, şalvarlar, şortlar və s. ) - ümumi qiymət - 60 000 azn; Cehiz: 1. 12 nəfərlik gündəlik şam yeməyi dəsti - 450 azn; 2. 12 nəfərlik Madonna nahar yeməyi dəsti - 550 azn; 3. 6 nəfərlik Dubaydan olan 3 çeşid farfor qəhvə dəsti – 1000 azn (2 ədəd dəst qaytarılıb); 4. 18 nəfərlik gündəlik və qonaq üçün çəngəl-qaşıq çamadan dəsti – 315 azn; 5. Gündəlik və qonaq üçün su və şirə stəkanları – 300 azn;
6. 12 ədəd şüşə şərab badələri - 200 azn; 7. 12 nəfərlik şüşə şirə qədəhi qrafinlə - 250 azn; 8. 6 nəfərlik çex kristal rumka dəsti - 240 azn; 9. 12 nəfərlik çex kristal şampan qədəhi – 350 azn; 10. 6 nəfərlik çex kristal şirə qədəhi 220 azn; 11. 5 ədəd Villeroy & Boch vazolar - 750 azn; 12. 4 ədəd Villeroy & Boch meyvə qabları – 550 azn; 13. 2 şüşə mətbəx qrafini - 100 azn; 14. Mətbəx avadanlıqları və kiçik ev alətləri: termopot Panasonic - 150 azn; 15. Elektrik avadanlıqları: ütü Braun 140 azn, saç feni Braun - 200 azn, Dyson air saç alətləri 900 azn, Philips saç düzləşdirici – 60 azn; 16. Ədviyyat qabı dəsti – 150 azn; 17. 4 ədəd kristal və şüşə güldanları Villeroy & Boch - 540 azn;
18. 2 ədəd kristal şamdan, Nachtmann Almaniya – 216 azn; 19. Salat qabları, kristal dəsti X6 Almaniya - 250 azn; 20. 10 ədəd mətbəx dəsmalı - 100 azn 21. 6 ədəd kəsmə taxtası 150 azn; 22. 6 ədəd gündəlik və qonaq süfrələri – 600 azn; 23. Yay və qış pokrivallar, yorğanlar və yataq dəstləri, ədyallar - 1600 azn; 24. 10 ədəd hamam dəsmalı - 500 azn; 25. 7 ədəd hamam xalatı – 700 azn; 26. 6 ədəd hamam xalçası– 550 azn; 27. Xalça 3x4 metrə - 3000 azn; Evdəki şəxsi əşyalar: 1. Təbii sobol (samur) xəz şuba – 15 000 azn; 2. Təbii norka xəz şuba - 8000 azn; 3. Təbii dovşan xəzindən hazırlanmış qara şuba – 800 azn; 4. Max Mara bej palto – 3000 azn; 5. Alpaka palto şınşıla yaxası ilə - 3000 azn; 6. Dutik kurtka tülkü yaxası ilə - 900 azn; 7. Dutik Gant gödəkcə - 500 azn; 8. Tülkü gödəkçəsi - 800 azn; 9. Təbii norka papaq 1500 azn, təbii sobol xəzindən papaq - 2000 azn; 10. Dörd növ Dior, LV, Gucci şərfləri – 5500 azn (1 ədəd Dior şərfi qaytarmadılar); 11. Chanel bej ayaqqabı - 1700azn; 12. Dior hündürdaban ayaqqabı - 2500 azn; 13. Jimmy Choo hündürdaban ayaqqabı - 1700 azn; 14. Jimmy Choo hündürdaban ayaqqabı - 1700 azn; 15. Miu Miu hündürdaban ayaqqabı - 1800 azn; 16. Hermes qara ayaqqabı - 2500 azn; 17. Beş növ gödəkçə gödəkcə - 1080 azn; 18. Beş növ dutik qış gödəkcə – 6100 azn (3 ədədi qaytarılıb); 19. Üç ədəd dutik jilet 1500 azn; 20. 5 növ klassik pencək-şalvar kostyumları – 2000 azn; 21. Gündəlik və axşam yeməyi üçün 35 növ paltar – 10500 azn (bəziləri qaytarılıb); 22. Gündəlik və axşam yeməyi üçün 10 növ şalvar – 6000 azn (bəziləri qaytarılıb); 23. Gündəlik və axşam yeməyi üçün 45 növ kofta, köynək, jaket – 9500 azn (bəziləri qaytarılıb); 24. 10 növ pencək - 3400 azn (3 ədədi qaytarılıb); 25. Üz və saç qulluq vasitələri (şampunlar, kremlər, maskalar, spreylər və s.) – 2500 azn;
26. Beş növ ətir – 2800 azn (2 ədəd istifadə olunmuş ətir qaytarılıb, digər bağlı qutuda olanlar qalıb); Ziyafət paltarları: 1. Toy libası – 13 000 azn; 2. İkinci toy libası – 1500 azn; 3. Qırmızı nişan paltarı – 1500 azn; 4. Yaşıl payetli paltar – 1500 azn; 5. Açıq yaşıl rəngdə payetli paltar - 1500 azn; 6. Qızılı libas – 1500 azn; 7. Qızılı-bəyaz libas - 1000 azn. Ümumi məbləğ: 394,350 manat (üç yüz doxsan dörd min üç yüz əlli manat)
5. Binəqədi Rayon Məhkəməsinin e-2(001)-779/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir.
6. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onun dəlilləri:
7. İddiaçı apellyasiya şikayəti verərək qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan bütün halları düzgün müəyyən etmədən əsaslı iddia tələbini rədd etmiş, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmamış, həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməmişdir. Belə ki, məhkəmə öz qətnaməsində istinad etdiyi fakta əsasən qeyd etmişdir ki, 06 aprel 2025-ci il tarixli video-çəkilişdən məlum olur ki, İddiaçı məxsus daşınar əşyalar “166” yükdaşıma xidməti vasitəsilə geri qaytarılmışdır. Həmçinin “166” nömrəli Yükdaşıma və Logistika xidməti tərəfindən verilmiş 06 aprel 2025-ci il tarixli yükə dair əmtəə nəqliyyat qaiməsindən görünür ki, Nərimanov rayonunun ərazisindən Yasamal rayonunun ərazisinə 172 ədəd üstlü portret, 1 ədəd soyuducu, 2 ədəd rəsm stolu və 14 ədəd qutu təyinat üzrə təhvil-təslim edilmişdir. xx.xx.2025-ci il tarixli təhvil-təslim aktından məlum olur ki, İddiaçı 15 səhifədən ibarət olan aktı imza etməklə, orda göstərilən əşyaların hamısını qəbul etdiyini imzası ilə təsdiq etmişdir. İş materiallarında olan 5 səhifədə tərtib edilmiş 59 bənddən ibarət təhvil-təslim aktından görünür ki, 5 səhifədə tərtib edilmiş 59 bənddən ibarət cehiz əşyaları, rəsm əsərləri və ləvazimatları iddiaçıya təhvil verilmiş, həmin akt imzalanmamışdır. İlkin olaraq iddiaçı ilə cavabdeh arasında, iddiaçıya məxsus əşyaların iddiaçı tərəfindən şəxsən evə gələrək oradan götürülməsi razılaşdırılsa da, sonradan cavabdeh nədənsə iddiaçıya məxsus əşyaları “166” yükdaşıma xidməti ilə göndərəcəyini bildirmişdir. İddiaçı çatdırılma xidməti tərəfindən malları qəbul etdikdən sonra malların əsas hissəsinin cavabdeh tərəfindən göndərilmədiyini, göndərilən malların natamam olduğunu müəyyən etmişdir. Lakin məhkəmə bu faktı görməzdən gəlmişdir. Belə ki, tərəflərindən müvəqqəti təminat tədbiri barədə ərizə verilməsinə baxmayaraq, məhkəmə tərəfindən mallara yerli baxış keçirilməli olduğu halda məhkəmə nədənsə natamam çatdırılmış malların təhvil-təslim aktına əsaslanaraq yerli baxış keçirilməsindən imtina etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı tələb etdiyi əmlakın mövcudluğunu, əşyalarının iddia ərizəsində göstərilən dəyərdə olduğunu, mənzili tərk edərkən həmin əşyaların orda qaldığını və hal-hazırda cavabdehin qanunsuz sahibliyində olduğunu, habelə ona göstərilən məbləğdə maddi zərər vurulduğunu sübuta yetirməlidir. Bildirilir ki, iddia ərizəsinin əsaslı hesab olunması üçün kifayət qədər sübutların məhkəməyə təqdim olunmasına baxmayaraq məhkəmə iddiaçıya məlum olmayan səbəbdən iddianın əsassız olduğunu bildirmişdir. Belə ki, iddia ərizəsində qeyd olunan iddiaçıya məxsus əşyaların tam siyahısı qeyd olunmuş və onların mövcudluğuna müvafiq sübutlar təqdim olunmuşdur. Tərəflərin izahatı:
8. İddiaçı məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək bildirdi ki, rayon məhkəməsinə tələb etdiyi əşyaların mövcudluğuna, ona məxsus olmasına, eləcə də həmin əşyaların cavabdehdə qalmasına dair yetərli sübutlar verməsinə baxmayaraq, nədənsə məhkəmə onun iddiasını təmin etməmişdir, hazırda o, tələb etdiyi əşyaların siyashısı, onların nə zaman və hansı şəraitdə əldə olunması, eləcə də dəyərləri barədə dəqiqləşdirilmiş ərizəsində sadalanan əşyaların ona qaytarılmasını tələb edir. Qeyd etdi ki, tələbin əsaslı olmasına dair iş materiallarında kifayət qədər foto və video görüntülərdən ibarət sübut mövcuddur. İddiaçı bildirdi ki, o cavabdehlə nikaha girdiyi ilk vaxtlardan fiziki təzyiqlərə məruz qalmış, döyülmüş, lakin ailəsinin qorunması üçün hər dəfə güzəştə gedərək barışmışdır, iddia ərizəsində göstərdiyi bütün əşyalar, o cümlədən də qızılzinət əşyaları ona məxsusdur, həmin əşyaların bir hissəsi nikaha qədər özünə məxsus olan əşyalardır, digər hissəsi isə toydan əvvəl, toydan sonra ona hədiyyə olaraq verilmiş əşyalardır, toydan sonra ilk dəfə 2023-cü ilin oktyabr ayında ABŞ-a gedərkən cavabdeh onun qızıl-zinət əşyalarını alaraq saxlanması üçün öz (cavabdehin) anasına vermiş, o, 2024-cü ilin yanvarın 15-də şəxsi işləri ilə əlaqədar olaraq Bakıya dönmüş, həmin vaxt iki aya yaxın burada olmuş, burada olduğu vaxt atasıgildə qalmış, lakin bəzən gedib öz evlərindəki emalatxanasında işləmiş, axşamlar isə yenə də atasıgilə dönmüş, bütün bu müddətdə onu cavabdehin sürücüsü aparıb-gətirmiş, Bakıda olduğu həmin vaxt, yəni mart ayının 12-si onun ad günü üçün cavabdehin ona 10.000 manatlıq qızıl hədiyyə etdiyini bildirərək, Moskva univermağında işləyən tanışları zərgərdən zövqünə uyğun bir şey sifariş etməsini bildirmiş, o da həmin zərgərə brilyant komplekt sifariş vermiş, əvvəl sifariş olunan komplektin qiymətini 10.000 manata razılaşsalar da, sonradan zərgər ona sifarişin 11.000 manata başa gəldiyini demiş, həmin əşyanın pulunu cavabdehin tapşırığına əsasən qaynı Araz ödəmiş, o, mart ayının sonunda Amerikaya - ərinin yanına dönmüş, lakin o Amerikaya dönənədək həmin komplekt hazır olmamış, sonradan zərgər ona səs ataraq məhsulun hazır olduğunu bildirmiş, o da bunu qaynına demiş və qaynı Araz həmin komplekti götürərək anasına vermişdir. Amerikada iki aya qədər yaşamış və növbəti dəfə ərindən gördüyü işgəncələrdən qaçaraq, əri yatdığı - yuxuda olduğu vaxt gizlin şəkildə, yalnız pasportunu və bank kartını götürərək 27 may tarixində Bakıya dönmüş, Bakıya qayıdandan sonra onu evlərinə buraxmamışlar, əri sürücülərinə verdiyi tapşırığa əsasən evin bütün qıfıllarını dəyişmişlər, buna görə də onun həmin evə getməsi mümkünsüz olmuşdur. May ayında Bakıya gəlmiş, iyun ayında isə nikahın pozulmasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Gəldiyi vaxtdan atasıgildə yaşayır. Amerikadan cavabdehdən gizlin olaraq qaçdığından, oradakı bütün əşyaları – cəmi iki çamadan əşyaları orada qalmış, həmin əşyaların nədən ibarətə olmasını ərizəsində ətraflı göstərmişdir, digər tələb etdiyi əşyaları isə buradakı evlərində qalmışdır. Tələb etdiyi və siyahıda birinci olaraq göstərilən komplektin guya başqa şəxsə - baldızı Ülkərə aid olması, həmin komplektdən yalnız görüntü üçün toy zamanı gəlinin bəzədilməsi üçün istifadə edilməsi barədə qarşı tərəfin bildirdikləri tam əsassızdır, çünki belə bir şey olmayıb, təqdim etdiyi foto və videolardan da görünür ki, həmin komplekt toydan çox müddət sonra da onun istifadəsində olmuşdur. İddiaçı daha sonra bildirdi ki, tələb etdiyi digər əşyaların onun tərəfindən 2024-cü ildə, iki aylıq Bakıda olarkən götürülməsi barədə qarşı tərəfin bildirdikləri də həqiqətə uyğun deyildir, çünki o həmin vaxt əri ilə razılaşdırılmış qaydada işləri ilə bağlı müvəqqəti olaraq Bakıya gəlmiş, həmin vaxt ailənin dağılması barədə hər hansı fikri olmamış, onu həmin evə daima cavabdehin sürücüsü aparıb-gətirmiş, başlıcası isə onların yaşadığı evdə hər yerdə- otaqlarda, dəhlizlərdə, balkonlarda, hətta sanitar otaqlarda belə 24 saat çalışan kameralar mövcuddur ki, oradan istəsən də, bir çöp belə çıxarıla bilməz. Amerikadan cavabdehdən qaçaraq Bakıya qayıtdıqdan sonra cavabdeh dəfələrlə ona zəng edərək geri qayıtmasını israrla xahiş etmiş və qayıdacağı halda bütün əşyalarını, eləcə də qızıl-zinət əşyalarını özünə verəcəyini bildirmişdir. İddiaçı daha sonra bildirdi ki, cavabdehin nümayəndəsinin tələb edilən əşyaların qiymətləndirilməsi üçün mütəxəssis rəyinin alınmasına dair vəsatətinə etiraz edir, bildirdi ki, bu vəsatət işi yubatmaq məqsədi ilə verilib, cavabdeh israr edir ki, həmin əşyalar onda qalmayıb, belə olan halda onların qiymətləndirilməsinin tələb olunması anlaşılmazdır. İddiaçı bildirdi ki, o əşyalarını tələb edir, ona pul lazım deyil, tələb etdiyi əşyaların qiymətini vəkilinin məsləhətinə əsasən qeyd edib ki, praktika belədir, sonuncu ərizəsində də mütəxəssis zərgərlərlə məsləhətləşərək real olan qiymətləri göstərib, bir daha qeyd edir ki, o cavabdehdə qalan əşyalarını istəyir, ona pul lazım deyil. İddiaçı apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsini ləğv etməklə, iddiasının təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi.
9. İddiaçının nümayəndəsi və vəkili E.Hüseynova apellyasiya şikayətini müdafiə edərək, şikayətin və iddiaçının izahatların uyğun izahat verərək göstərdi ki, rayon məhkməsi maddi və prosessual normaların tələblərini pozmuş, işin müəyyən olunmuş hallarını düzgüm qiymətləndirməmiş, hazırkı tələb üzrə sübutetmə yükünü düzgün müəyyən etməmiş, nəticədə də iddiaçının əmlak hüquqların pozulmasına gətirib çıxaran düzgün olmayan qətnamə qəbul etmişdir. Vəkil daha sonra qeyd etdi ki, rayon məhkəməsində ilk gündən cavabdeh tərəf iddiaya etiraz edərək qəti şəkildə bildirirdi ki, tələb edilən əşyaların onlarda qalmayıb, iddiaçı həmin əşyaları aparmışdır, lakin işə baxılması zamanı cavabdeh ondan tələb edilən əşyaların müəyyən bir hissəsini - cəmi 486 adda əşyanı könüllü olaraq cavabdehə qaytarmış, bundan sonra iddiaçı tələbini azaldaraq, qaytarılan həmin əşyalardan başqa cavabdehdə qalan digər əşyalarının da qaytarılmasını tələb etmişdir. Bundan sonra da cavabdeh tərəf əvvəlki kimi əşyaların qaytarıldığını bildirmiş, lakin buna dair məhkəməyə hər hansı sübut verməmişdir. Rayon məhkəməsində işə baxılarkən cavabdeh özü şəxsən iddiaçının vəkili olaraq ona zəng etmiş, ona hədə-qorxu gəlmiş, bu işdən çəkinməsini tələb etmiş, eyni zamanda da iddiaçıya məxsus Amerikada qalmış iki çamadan şəxsi əşyaların yol pulunun ödənilməsi halında, həmin əşyaları göndərə biləcəyini də ona demişdir. Rayon məhkəməsində cavabdeh israrla iddiaya etiraz edərək cavabdehin əşyalarını özü ilə apardığını bildirmiş, həmin əşyalardan hansınınsa, başqa şəxsə aid olduğunu bildirməmiş, onların dəyərini isə, ümumiyyətlə mübahisələndirməmişdir. Apellyasiya icraatı zamanı cavabdeh əvvəllər deyilməyən bir dəlil irəli sürüb ki, tələb edilən əşyalar içərisində siyahıdakı birinci əşya - bahalı komplekt, sən demə, başqa şəxsdən kirayə olaraq alınıb və toy zamanı görünüş üçün gəlinə verilib, toydan sonra isə sahibinə qaytarılıb. Cavabdeh vəkillə təmsil olunub və bilir ki, rayon məhkəməsində təqdim edilməyən dəlillər hansı hallarda apellyasiya icraatı zamanı təqdim oluna bilər. İddiaçının təqdim etdiyi toydan çox sonraya aid foto və videolardan da məlum olur ki, həmin bahalı komlekt də iddiaçının istifadəsində olmuşdur, bununla da həmin əşyanın guya yalnız toy mərasimində görünüş üçün kimdənsə alınıb toydan sonra da sahibinə qaytarılmasına dair cavabdeh tərəfin apellyasiya icraatı zamanı irəli sürdüyü dəlilin də əsassız olduğu məlum olur. Vəkil daha sonra bildirdi ki, tələb olunan əşyaların qiymətləndirilməsi barədə cavabdeh tərəf rayon məhkəməsində vəsatət verməyib, ona görə də onun həmin vəsatəti də təmin edilə bilməz. Həm də iddiaçı israrla məhz əşyaların özünü tələb edir, onların dəyərini istəmir, sadəcə olaraq təcrübəyə əsasən əşyaların qiyməti göstərilib. Əşyaların aparıldığını iddia edən cavabdeh tərəf bunu sübut etməlidir, cavabdeh tərəf nə rayon məhkəməsinə, nə də ki, apellyasiya məhkəməsinə belə bir sübut təqdim edə bilməmişdir.
10. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsinin xahiş etdi və izahat verərək bildirdi ki, əvvala iddiaçının tələb etdiyi əşyaların cavabdehdə qalmasına dair sübutu yoxdur, ikincisi, iddiaçı bildirir ki, həmin əşyalar cavabdehin anasına verilib, demək ki, qızılzinət əşyalarını hazırkı cavabdehdən istəməsinin hüquqi əsası yoxdur. Həmçinin iddiaçı özünün olmayan, ona toyda istifadə etməsi üçün verilmiş boyunbağının tələb etməsinin də qanuni əsası yoxdur, çünki həmin boyunbağı müvəqqəti olaraq toyda istifadə üçün iddiaçıya verilib, həmin əşya cavabdehin bacısı Ülkərin olub, toydan sonra da sahibinə qaytarılıb. Bundan başqa, iddiaçı istifadə etmədiyi, sifariş verdiyi, lakin faktiki ona verilməyən 11.000 manat dəyərində olan brilyant dəsti də iddiasında göstərmişdir ki, bu da tam əsassızdır, çünki həmin əşyanın hədiyyə olaraq ona verilməsi olmayıb və onun mülkiyyətinə keçməyib. İddiaçı 2024-cü ilin yanvar- mart aylarında Bakıya gəlib və həmin evdən istifadə edib, demək ki, onun qızıl-zinət əşyalarını özü ilə aparmaq imkanı olub və aparıb. İddiaçının birinci instansiya məhkəməsində işə baxılarkən siyahıda göstərdiyi digər cehiz, geyim və s. şəxsi əşyaların cavabdeh tərəfindən alınmasına baxmayaraq, onlar da cavabdeh tərəfindən iddiaçıya qaytarılmışdır. Cavabdehin nümayəndəsi və vəkili izahatında bildirdi ki, cavabdeh olaraq onlar iddianı qəbul etmir və hesab edir ki, iddiaçının tələb etdiyi əşyaların bir hissəsini iddiaçı özü aparıb, digər hissəsi də cavabdeh tərəfindən ona qaytarılıb, lakin bununla belə, həmin əşyaların iddia ərizəsində qeyd edilən qiymətlərinin necə müəyyən edilməsi məlum deyil, ona görə də hesab edir ki, hər bir halda qiymətləndirilmə aparılmalı və onların real dəyəri müəyyən olunmalıdır (nümayəndə buna dair yazılı vəsatətini məhkəməyə təqdim etmişdir). Cavabdehin nümayəndəsi və vəkili qeyd edilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Sübutların tədqiqi: Mülki iş materiallarında olan:
11. Səadət Sarayı (Bakı nikah evi) tərəfindən verilmiş AZ-İİ seriyalı 526434 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə Pənahova (Ələsgərova) Həlimə Namiq qızı arasında 28 iyul 2022-ci il il tarixdə nikah bağlanmış və 1237 nömrəli akt qeydi ilə rəsmiləşdirilmişdir.
12. İlkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli, MŞB/18/2024-00837 saylı arayışdan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 15:00-da keçirilmiş ilkin mediasiya sessiyasında İddiaçı iştirak etmiş və o, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərcini və 10 manat poşt xərcini ödəmişdir. Lakin Cavabdeh ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, ilkin mediasiya sessiyasında iştirak etməmişdir.
13. Azərbaycan Rəssamlar İttifaqı tərəfindən verilmiş xx.xx.2025- ci il tarixli arayışdan görünür ki, Ələsgərova (Pənahova) Həlimə Namiq qızı həqiqətən 2011-ci ildən bu günə kimi Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.
14. İş materiallarında olan flash-kartdakı 06 aprel 2025-ci il tarixli video-çəkilişdən məlum olur ki, İddiaçı məxsus daşınar əşyalar “166” yükdaşıma xidməti vasitəsilə geri qaytarılmışdır.
15. 166 nömrəli Yükdaşıma və Logistika xidməti tərəfindən verilmiş 06 aprel 2025ci il tarixli yükə dair əmtəə nəqliyyat qaiməsindən görünür ki, Nərimanov rayonunun ərazisindən Yasamal rayonunun ərazisinə 172 ədəd üstlü portret, 1 ədəd soyuducu, 2 ədəd rəsm stolu və 14 ədəd qutu təyinat üzrə təhvil-təslim edilmişdir.
16. xx.xx.2025-ci il tarixli təhvil-təslim aktından məlum olur ki, İddiaçı 15 səhifədən ibarət olan aktı imza etməklə, orda göstərilən əşyaların hamısını qəbul etdiyini imzası ilə təsdiq etmişdir.
17. Mülki işin materiallarında olan 5 səhifədə tərtib edilmiş 59 bənddən ibarət təhvil-təslim aktından görünür ki, 5 səhifədə tərtib edilmiş 59 bənddən ibarət cehiz əşyaları, rəsm əsərləri və ləvazimatları iddiaçıya təhvil verilmiş, həmin akt imzalanmamışdır.
18. İddiaçının təqdim etdiyi foto-şəkillərdən və vidiolardan onun tələb etdiyi qızılzinət əşyaları onun istifadəsində (üzərində) olduğu görünür. Tədqiq olunmuş fotolardan həmin əşyaların əksəriyyəti, xüsusən də cavabdehin iddiaçıya aid olmadığını bildirdiyi bahalı komplektin də toydan sonrda da çəkilmiş fotolarda iddiaçının istifadəsində olduğu müəyyən olunur. Həmin sübutların tədqiqi zamanı cavabdehin nümayəndəsi bunlara etiraz etməmiş, hər hansı mülahizə bildirməmişdir.
19. İddiaçı tərəf apellyasiya icraatı zamanı xx.xx.2025-ci il tarixində tələb etdiyi əşyaların ona məxsusluğu, harada və nə vaxt əldə olunması və ya ona bağışlanması, eləcə də onların qiymətləri barədə daha müfəssəl ərizə təqdim etmişdir. Həmin ərizədə aşağıdakılar göstərilmişdir:
1. Zinyət əşyaları 1. Toy komplekti : boyunbağı, üzük, qolbaq, sırğalar – 150 000 azn, 25 karat, 750 proba, 75 qr., rəng D-F, aydınlıq VVS 2. Brilyant tək qaş üzük – 50 000 azn, 3 karat, 5 qr. (Həri məclislndə qaynana tərəfindən hədiyyə edilib). 3. Mərkəzdə oval böyük brilyant, kiçik dairəvi brilyantlardan əhatə olunmuş tək qaş üzük – 40 000 azn, 2,2 karat, 4,5 qr. (Həri məclisində qaynana tərəfindən hədiyyə edilmişdir). 4. Brilyant komplekt: boyunbağı, üzük, qolbaq, sırğalar – 11 000 azn, 34 qr., 1,5 karat. (Moskva Univermağında zərgərdən sifariş edilib. Toydan 2 il sonra). 5. Brilyant komplekt: boyunbağı, nişan üzüyü, sırğalar – 7 000 azn, 1,5 karat, 15 qr. (Nişan üzüyü hədiyyə olunub. Sırğa və boyunbağı toydan sonra qayınana və qayınata tərəfindən hədiyyə olunub). 6. Brilyant komplekt: boyunbağı, üzük, qolbaq, sırğalar – 20 000 azn, ümumi 3 karat, 40 qr. (Həyat yoldaşının qardaşı Araz Pənahov tərəfindən toy hədiyyəsi olub). 7. Brilyant üzük 0,8 karat, 5 qr. – 1500 azn. (Baldızı Ülkər tərəfindən toydan öncə hədiyyə edilib. Moskva Univermağda sifariş edilib və alınıb). 8. Brilyant üzük – 700 azn, 1,7 karat, 3 qr. (Qayınananın bacısı Gəncədə toydan sonra hədiyyə etmişdir). 9. Brilyant üzük 1 karatlı zümrüd daşla, yanlarda 0.5 karatlı 10 brilyant daşla – 1500 azn, 5 qr., 750 proba. (Həlimənin valideynləri hədiyyə etmişdir).
10. Ağ qızıldan brilyant qolbaq (Roberto Coin 23 qram) – 3000 azn. (Toydan öncə Həlimə özü almışdır). 11. Ağ qızıldan (qara və ağ) brilyant qolbaq (Roberto Coin 23 qram) – 3000 azn. (Toydan öncə Həlimə tərəfindən alınmışdır). 12. Qızıl qolbaq xırda brilyantlarla 1500 azn, 0.20 karat, sarı qızıl 585 probalı, 7 qram. (Həri məclisində qayınatasının müavini tərəfindən hədiyyə olunmuşdur). 13. Sadə qızıl qolbaq – 700 azn, 0.05 каrat, sarı qızıl 750 probalı. (Toydan öncə Həlimə tərəfndən alınmışdır). 14. Qızıl üzük kiçik brilyantla - 550 azn, 0.05 каrat, sarı qızıl 750 probalı. (Toydan öncə Həlimə tərəfindən alınıb). 15. Rado İsveçrə saatı - 4400 azn. (Qayınana İngiltərədən hədiyyə gətirmişdir). 16. Tissot saat – 3000 azn. (Baldız uşaq doğulanda hədiyyə vermişdir). 17. Versace Hellenyium saatı. (X3&Saat butikdə 55 000 türk lirəli (2266 azn) Toydan 2 il sonra hədiyyə etmişdir). 18. Swarovski saat (X5&Saat butikdə 20 000 türk lirəli (824 azn) Toydan 2 il sonra hədiyyə etmişdir). 19. X10 49 mm saat – 1500 azn (Yoldaşı Dubaydan almışdır). 20. Zərfdə 10 000 azn üstündə “Həlimənin komplekt pulu” yazısı ilə. (Toyun 1 illiyinə yoldaşı tərəfindən hədiyyə edilmişdir). Ərinin təkidi ilə bütün bu zinət əşyaları kamuflyaj idman çantasına qoyulub, 2023-cü ilin oktyabr ayında xaricə getməzdən əvvəl ərinin anası Emma Pənahovaya verilmişdir.
2. Cehiz əşyaları: 1.12 nəfərlik gündəlik şam yeməyi dəsti - 450 azn 2. 12 nəfərlik Madonna nahar yeməyi dəsti - 550 azn 3. 6 nəfərlik Dubaydan alınan ornamentli farfor qəhvə dəsti - 1200 azn (Dəst qapaqlı qəhvə qabı, tutacaqlı fincanlar və nəlbəkilərdən ibarətdir). 4. 18 nəfərlik gündəlik və qonaq üçün çəngəl-qaşıq çamadan dəsti – 315 azn 5. 12 ədəd şüşə şərab badələri - 300 azn 6. 12 nəfərlik şüşə şirə qədəhi qrafinlə - 450 azn 7. 6 nəfərlik klassik çex kristal likör üçün rumka dəsti - 250 azn (Bohemia Crystal markalı) 8. 12 nəfərlik klassik çex kristal şampan qədəhi – 450 azn (Bohemia Crystal markalı) 9. 6 nəfərlik klassik çex kristal şərab qədəhi - 220 azn (Bohemia Crystal markalı) 10. 4 Kristal və şüşə güldanları Villeroy & Boch - 560 azn 11. 4 ədəd Villeroy & Boch meyvə qabı – 550 azn 12. Mətbəx avadanlıqları və kiçik ev alətləri: termopot Panasonic - 150 azn 13. Elektrik avadanlıqları: ütü Braun - 140 azn, saç feni Braun - 200 azn 14. Ədviyyat qabı dəsti – 150 azn 15. 2 Kristal şamdan, Nachtmann Almaniya – 290 azn 16. Salat qabları kristal dəsti X6 Almaniya - 250 azn 17. Xalça 3x4 metrə - 3000 azn. (Xalça əl işidir və təbii yundan və ya ipəkdən hazırlanıb).
3. Ev və şəxsi əşyaları: 1.Təbii sobol (samur) xəz şuba – 15 000 azn. (Yoldaşı Türkiyəyə səfəri zamanı Zeytinburnudakı “eminfur1981” mağazasından almışdır). 2. Təbii norka xəz şuba - 8000 azn. (Yoldaşı Türkiyəyə səfəri zamanı Zeytinburnudakı “eminfur1981” mağazasından almışdır). 3. Təbii dovşan xəzindən hazırlanmış qara şuba – 800 azn. (Toydan öncə Həlimə tərəfindən alınmışdır). 4. Max Mara bej palto – 3000 azn. (Yoldaşı Türkiyəyə səfəri zamanı Zeytinburnudakı “eminfur1981” mağazasından almışdır). 5. Alpaka palto şınşıla yaxası ilə - 3000 azn. (Yoldaşı Türkiyəyə səfəri zamanı Zeytinburnudakı “eminfur1981” mağazasından almışdır). 6 .Dutik Gant gödəkcə - 500 azn (Yoldaşı Türkiyəyə səfəri zamanı Gant mağazasından almışdır). 7. Tülkü gödəkcəsi - 800 azn (Yoldaşı Türkiyə səfəri zamanı almışdır). 8. Təbii norka papaq - 1500 azn və təbii sobol xəzindən papaq - 2000 azn (Yoldaşı Türkiyəyə səfəri zamanı Zeytinburnudakı “eminfur1981” mağazasından almışdır). 9. Dior ağ-qara illustrasiyalı şərf – 1000 azn (Geyinilməyib, Həlimə toydan öncə Honq Konqdan sifariş etmişdir). 10. Dior hündürdaban ağ-qara tvid ayaqqabı - 2500 azn (Amerikada Westfield molda alınıb, yenidir). 11. Dior laklı dəri çanta - 800 azn (Yenidir, yoldaşı Türkiyəyə səfəri zamanı kapalı çarşıda almışdır). 12. Miu Miu hündürdaban ayaqqabı - 1800 azn (Geyinilməyib, Həlimə Toydan öncə Honq Konqdan sifariş etmişdir). 13. Hermes qara ayaqqabı - 1500 azn. (Geyinilməyib, Türkiyə səfəri zamanı yoldaşı almışdır). 14. Hermes qəhvəyi çanta - 1500$ (1500X1,7=2550 AZN-Türkiyəyə səfəri zamanı kapalı çarşıda alınmışdır). 15. 5 kostyum (şalvar/pencək) mavi, göy, qəhvəyi, qara, boz rənglərdə. (Gizia markası, Gizia gate nişantaşı butikdə Türkiyəyə səfəri zamanı alınmışdır, geyinilməyib). Ümumi məbləğ - 1800 azn. 16. Ağ xəz gödəkçə - 400 azn (Network markası, qayınana tərəfindən Türkiyədən alınıb hədiyyə edilmişdir, geyinilməyib). 17. Ağ xəz jilet - 500 azn (Network markası, qayınana tərəfindən Türkiyədən alıb hədiyyə edilmişdir, geyinilməyib). 18. Patrizia Pepe marka, çiçək naxışlı uzun don - 540 azn. (Toydan öncə baldızı xonçalıq almışdır. Patrizia Pepe mağazası). 19. Chanel açıq çəhrayı rəngdə tvid baletka - 550 azn. (Həlimə toydan öncə Honq Konqdan sifariş etmişdir, geyinilməyib). 20. Ted Baker markalı qısa qırmızı palto - 325$ (325X1,7=552,5 - Londondan baldız hədiyyə etmişdir). 21. Fendi qara dəri sumka - 1000 azn (Həlimə Roomchik mağazasından toydan öncə almışdır).
22. Valentino qəhvəyi tvid ayaqqabı - 800 azn (Yoldaşı Türkiyəyə səfəri zamanı Nişantaşında almışdır, geyinilməyib). Amerikada olan 2 çamadan: 1. Jimmy Choo - Snake Print hündürdaban sandalet – 550 azn. (Toydan öncə baldızı xonçalıq almışdır). 2. Jimmy Choo – bəyaz platformalı sandalet (toy bosonojkası) – 1750 azn (Toydan öncə baldızı xonçalıq almışdır). 3. Castaner bej ayaqqabı – 250$ (250X1,7=425 AZN Amerikada Westfield mollda alınmışdır, yenidir). 4. X7 qəhvəyi çanta - 800 azn (X4 mağazasından toydan öncə almışdır). 5. Bottega Veneta qızılı rəngdə çanta - 1000 azn. (Həlimə Roomchik mağazasından toydan öncə almışdır). 6. Louis Vuitton ağ dəri çanta - 800 azn (Yoldaşı Türkiyəyə səfəri zamanı kapalı çarşıda almışdır). 7. Bottega Veneta qara dəri çanta - 800 azn. (X8 sifariş etmişdir). 8. Balaca ağ dərili Chanel sumka - 900 azn (Həlimə toydan öncə Honq Konqdan almışdır). 9. Multistayler Dyson airwrap - 550$ (550X1,7=935 AZN X9 mağazasından alınıb). 10. Chanel qara dəri tərliklər - 1000 azn (Həlimə toydan öncə Honq Konqdan sifariş etmişdir). 11. Hermes hörmə tərliklər - 1000 azn (Həlimə toydan öncə Honq Konqdan sifariş etmişdir).
4. Ziyafət paltarları: Toy libası – 13 000 azn, ikinci toy libası (Tailor dərzi moda evində tikilib) toydan öncə – 1500 azn, qırmızı nişan paltarı (Sophie couture moda evində tikilib) toydan öncə – 1500 azn, yaşıl payetli paltar (Tailor dərzi moda evində tikilib) toydan öncə – 1500 azn, açıq yaşıl rəngdə payetli paltar (Tailor dərzi moda evində tikilib) toydan öncə - 1500 azn, qızılı libas (Sophie couture moda evində tikilib). toydan öncə – 1500 azn, qızılı bəyaz libas toydan öncə alınıb 1000 azn. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsi:
20. Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır.
21. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
22. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.
23. Maddə 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir.
24. Maddə 225.3. Daş-qaş və digər zinət şeyləri istisna olmaqla, fərdi istifadədə olan əmlak (paltar, ayaqqabı və i.a.) nikah dövründə ərlə arvadın ümumi vəsaiti hesabına əldə edilmiş olsa da, ondan istifadə etmiş arvadın (ərin) mülkiyyəti sayılır. Azərbaycan Respublikası Ailə Məcəlləsi:
25. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.
26. Maddə 32.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir.
27. Maddə 32.3. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir.
28. Maddə 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır).
29. Maddə 34.2. Zinət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ərarvaddan kimin istifadəsində olubsa, ona məxsusdur.
30. Maddə 36.3. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il 1/2024 №-li Qərarı:
31. 2.1. Ər-arvad arasında nikah müqaviləsi bağlanmayıbsa, yaxud belə müqavilədə ər arvadın mülkiyyətinin rejimi müəyyən edilməyibsə, ər-arvadın əmlakının qanuni rejimi qüvvədə olur.
32. 3.9. Ər-arvadın birgə mülkiyyəti prezumpsiyasını aradan qaldıran hallar Ailə Məcəlləsinin 34-cü maddəsində göstərilmişdir. Həmin normaya görə, nikaha daxil olanadək ər-arvada məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak, eləcə də fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) onların hər birinin ayrıca (fərdi) mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra– Mülki Prosessual Məcəllə) 77.1-ci maddəsinə əsasən həmin halları sübut etmək yükü bunu iddia edən və ya iddiaya etiraz edən tərəfin üzərinə düşür.
33. 3.10. Belə ki, prosessual qanunvericilik sübutetmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, mübahisəyə tətbiq edilməli olan maddi hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Əgər sübutetmə yükü qanunla başqa tərəfin üzərinə qoyulubsa, yaxud şəxs qanuni və ya faktiki prezumpsiyaya istinad edirsə, fərqli qayda tətbiq edilir.
34. 5.10. Nikaha daxil olanadək və nikah dövründə keçirilən mərasimlərdə (elçilik, nişan, toy və sair) tərəflərdən birinə hədiyyə verilən zinət əşyaları onların ayrıca əmlakı sayılır və Ailə Məcəlləsinin 34.2-ci maddəsində müəyyən edilmiş istisnanın təsir dairəsinə düşmür. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə
35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
37. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir.
38. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
39. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
40. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.
41. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.
42. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
43. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
44. Maddə 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır.
45. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
46. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;
47. Maddə 385.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi. 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması.
48. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
49. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır.
50. Hazırkı halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının apellyasiya şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
51. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlilləri ilə birlikdə araşdıraraq, tərəflərin izahatlarını dinləyərək və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, rayon məhkəməsinin qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilməlidir.
52. Məhkəmə Kollegiyası xatırladır ki, mülki mübahisənin düzgün həlli ilk növbədə iddia tələbinin qanuni əsasının müəyyən edilməsindən asılıdır. Hazırkı halda iddiaçı özünə məxsus əşyaların cavabdehdən alınaraq ona qaytarılmasını tələb edir. Cavabdeh tərəf iddiaya etiraz edir və tələb olunan əşyalardan sırada birinci olan bahalı komplektin, 10.000 ABŞ dolları pulun, eləcə də dəyəri 11.000 manat olan və 2024-cü ildə sifariş əsasında hazırlanmış brilyant komplektin iddiaçıya aid olmadığını bildirir, digər bütün tələb edilən əşyaları isə iddiaçının özü ilə apardığına istinad edir. Belə olan halda məlum olur ki, iddiaçının hazırkı tələbinin qanuni əsasını MM-in birlikdə götürülmüş 152.1.,157.1., 157.2., 225.2., 225.3-cü maddələri və Ailə Məcəlləsinin 34.1., 34.2-ci maddələri təşkil edir.
53. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2021-ci il tarixli Qərarına əsasən məhz əmlakın ümumiliyi prezumpsiyasından irəli gələrək hər hansı hüququn və ya öhdəliyin ümumi əmlak siyahısından çıxarılması üçün bu hal qanunda birbaşa nəzərdə tutulmalıdır. Ər-arvadın ümumi əmlakına daxil olmayan, hər birinin mülkiyyətini təşkil edən əmlakın dairəsi Mülki Məcəllənin 225.2 və 225.3-cü maddələri, eləcə də Ailə Məcəlləsinin 34-cü maddəsi ilə müəyyən edilmişdir. Qeyd edilən maddələrə əsasən, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ərarvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Ziynət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ərarvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Qeyd olunan qanunvericilik normalarının mənasından çıxış edərək Konstitusiya Məhkəməsinin Plenumu G.Həsənzadənin şikayəti üzrə 2015-ci il 20 aprel tarixli Qərarında qeyd etmişdir ki, ərlə arvadın mülkiyyəti iki hüquqi rejimdə mövcud olur: ər-arvadın ümumi birgə mülkiyyəti və onların hər birinin şəxsi mülkiyyəti. Ər-arvadın ümumi birgə mülkiyyətinin əldə edilməsinin əsas şərti kimi nikah münasibətləri çıxış etdiyi halda, onların hər birinin şəxsi mülkiyyətinin yaranması əsaslarından biri isə müvafiq payın qanun və ya vərəsəlik üzrə keçməsidir. Nəzərə alınmalıdır ki, ümumi əmlakın bölünməsi dedikdə ər-arvadın nikah dövründə birgə ailə təsərrüfatı nəticəsində əldə etdikləri bütün hüquq və öhdəliklərin məcmusunun bölünməsi nəzərdə tutulur.
54. Yuxarıda da qeyd olunduğu kimi, hazırkı tələbində iddiaçı ərizəsində göstərilən əşyaların ona məxsus olduğunu və həmin əşyaların cavabdehdə qaldığını iddia edərək onların qaytarılmasıni tələb edir.
55. MPM-in 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələbinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
56. Belə olan halda məlum olur ki, oxşar hallarda qızıl-zinət əşyaları da daxil olmaqla əşya tələbi ilə bağlı hallarda, ümumi qaydaya müvafiq olaraq-«sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür» prinsipi tətbiq edilir. Bu isə öz növbəsində aşağıdakıları nəzərədə tutur, başqa sözlə, iddiaçı sübut etməlidir ki: birincisi, tələb olunan əşya mövcuddur; ikincisi, tələb olunan əşya iddiaçıya məxsusdur; üçüncüsü, tələb olunan əşya cavabdehdədir; dördüncü, tələb olunan əşyanı cavabdehin saxlaması qanunsuzdur, başqa sözlə, o, qanunsuz sahibdir.
57. Yalnız qeyd olunan bu halların, həm də hamısının sübut edilməsi iddianın təmini üçün əsas ola bilər. Həm də nəzərə almaq lazımdır ki, bu vaxt sübutetmə ardıcıllığı mühüm əhəmiyyət kəsb edir və bu ardıcıllıq əşyanın mövcudluğundan başlayıb, cavabdehin onun saxlamasının qanunsuz olması istiqamətində həyata keçirilməlidir.
58. Bu baxımdan qeyd olunan qaydanın hazırkı işə tətbiq edilməklə tərəflərin təqdim etdikləri sübutlar araşdırılmalı və müvafiq olaraq da qiymətləndirilməlidir.
59. İddiaçı rayon məhkəməsinə təqdim etdiyi iddia ərizəsində 17 adda qızıl-zinət əşyasının, 100-ə yaxın şəxsi əl işi olan rəsm əsərinin, ümumi dəyəri 60.000 manat olan iki çamadan şəxsi əşyalarının, 40 adda cehiz əşyalarının,10.000 manat pul, 40 adda şəxsi geyim əşyalarının, 9 adda ziyafət paltarlarının qaytarılmasını tələb etmişdir. İddiaçı ərizəsində tələb etdiyi əşyaların qiymətlərini qeyd etmişdir, həmin hesablamalara görə tələb edilən əşyaların ümumi qiyməti təxminən 894.350 manat kimi göstərilmişdir. (Qeyd: tərəflərin mübahisələndirməməsinə baxmayaraq, həmin hesablamalarda riyazi səhvlər olmuşdur).
60. Rayon məhkəməsində cavabdehin nümayəndəsi iddianı qəbul etməmiş və izahatında tələb olunan əşyaları iddiaçının apardığını bildirmişdir. (bax, rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli məhkəmə hazırlıq iclasının protokolu, iş vərəq 111 və xx.xx.2025-ci il tarixli məhkəmə hazırlıq iclasının protokolu, iş vərəq 130, xx.xx.2025-ci il tarixli məhkəmə baxış iclasının protokolu, iş vərəq 139). Buna baxmayaraq, sonradan işə baxılması mərhələsində xx.xx.2025-ci il tarixində cavabdeh tərəfindən iddiada tələb olunan əşyaların bir hissəsini - cəmi 486 adda əşya 166 yükdaşıma xidməti vasitəsi ilə könüllü olaraq iddiaçıya təhvil verilmişdir.
61. Bundan sonra iddiaçı rayon məhkəməsinə tələbinin azaldılmasına dair ərizə verərək cavabdehdə qalan digər - cəmi 77 adda əşyalarının və 10.000 manat pulun qaytarılmasını tələb etmişdir. Həmin əşyalardan 17-si qızıl-zinət, 27-si cehiz, 26-sı şəxsi, 7-si isə ziyafət paltarları kimi göstərilmiş, bir də 10.000 manat nağd pul qeyd olunmuşdur. İddiaçının azaldılmış tələbi üzrə istədiyi əşyaların onun tərəfindən göstərilən qiymətinin cəmi 589211 manat olmuşdur (hesab səhvləri ola bilər).
62. Rayon məhkəməsində xx.xx.2025-ci il tarixində keçirilən məhkəmə baxış iclasında cavabdehin nümayəndəsi yenə də iddianı qəbul etmədiyini bildirərək, iddianın rədd olunmasını xahiş etmiş və iddiaçıya məxsus bütün əşyaların qaytarıldığını, buna dair müvafiq sübutların məhkəməyə təqdim olunnduğunu bildirmiş, eyni zamanda da təhvil-təslimlə bağlı siyahılarda olmayan əşyaların da qaytarıldığını, lakin bunların aktlaşdırılmadığını göstərmişdir ( bax, rayon məhkəməsinin məhkəmə baxış iclasının xx.xx.2025-ci il tarixli iclas protokolu, iş vərəq 231).
63. Yuxarıda qeyd olunduğu kimi, iddiaçı tərəf apellyasiya icraatı zamanı xx.xx.2025-ci il tarixində tələb etdiyi əşyaların ona məxsusluğu, harada və nə vaxt əldə olunması və ya ona kimin tərəfindən və hansı vaxtda ona bağışlanması, eləcə də onların qiymətləri barədə daha müfəssəl ərizə təqdim etmişdir. İddiaçının həmin ərizəsi daha çox izahat xarakterli olmaqla iddia tələblərindən imtina kimi qəbul edilə bilmədiyindən, hazırkı halda onun tələbləri xx.xx.2025-ci il tarixində rayon məhkəməsinə təqdim olunmuş ərizəsi həcmində və onun əsasında baxılır.
64. Qeyd olunduğu kimi, işə baxmış rayon məhkəməsi xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia tələblərinin təmin edilməsindən imtina etmişdir. Rayon məhkəməsi bu qənaətə gələrkən sübutetmə yükünün iddiaçının üzərində olduğunu, iddiaçının isə tələb etdiyi digər əşyaların mövcud olmasını, eləcə də onların cavabdehin qanunsuz sahibliyində qalmasını sübut edə bilmədiyinə əsaslanmışdır.
65. Məhkəmə kolegiyası hesab edir ki, rayon məhkəməsi hazırkı iş üzrə müəyyən olunmuş işin faktiki halları baxımından sübutetmə yükünün bölüşdürülməsində səhvə yol vermiş, nəticədə də düzgün olmayan qətnamə qəbul etmişdir.
66. Belə ki, prosessual qanunvericiliyin tələbinə əsasən (MPM, maddə 77.1.) iddiaçı hazırkı ərizəsində cavabdehdən tələb etdiyi əşyaların mövcudluğunu, həmin əşyaların ona məxsus olmasını, əşyaların cavabdehdə qalmasını və cavabdehdə qalmanın qanunsuz olmasını sübut etməlidir.
67. Cavabdeh iddiaya etiraz etsə də, tələb edilənlər sırasında 10.000 manat nağd puldan başqa digər əşyaların mövcudluğunu nəinki mübahisələndirməmiş, əksinə, həmin əşyalardan yalnız ikisinin, həm də yalnız apellyasiya icraatı mərhələsində, iddiaçıya aid olmadığını bildirmiş, tələb olunan bütün digər əşyaların isə rayon məhkəməsində işə baxılmasının ilkin mərhələsində iddiaçının özünün apardığını, sonradan isə həmin əşyaların cavabdeh tərəfindən iddiaçıya təhvil verildiyini bildirmişdir. Demək ki, MPM-in 106.3-cü maddəsinin tələbi baxımından iddiaçının tələb etdiyi əşyaların (10.000 manat nağd puldan başqa) mövcudluğu sübut edilmiş sayılır.
68. Demək ki, iddiaçı hazırda tələb olunan və mövcudluğu mübahisələndirilməyən əşyaların ona məxsus olmasını sübut etməlidir. Burada da vəziyyət belədir. Cavabdeh tərəf mövcud olan əşyalardan yalnız ikisinin iddiaçıya aid olmadığını bildirir, qalan əşyaların iddiaçıya aid olduğunu mübahisə etmir, sadəcə olaraq həmin əşyaların cavabdeh tərəfindən aparıldığını, sonradan isə iddiaçıya təhvil verildiyinə istinad edir. Başqa sözlə desək, cavabdeh təsdiq edir ki, həqiqətən də tələb edilən əşyalar iddiaçıya məxsusdur, lakin həmin əşyalar cavabdehdə deyildir. Demək ki, tələb olunan əşyalardan iki əşya istisna olmaqla, bütün digərlərinin iddiaçıya aid olması da sübut olunmuş hesab olunur.
69. Belə olan halda, tələb olunan əşyalardan yalnız ikisinin: ərizədə birinci sırada qeyd olunan kolye, üzük, qolbağ və sırğalardan ibarət olan bahalı toy komplekti və ərizədə 4-cü sırada qeyd edilən və iddiaçının ad gününə cavabdeh tərəfindən hədiyyə olaraq sifariş olunmuş brliyant komplektin iddiaçıya məxsus olub-olmaması müəyyənləşdirilməlidir.
70. Cavabdeh tərəf apellyasiya icraatı zamanı rayon məhkəməsində işə baxılarkən istinad etmədiyi yeni hala əsaslanmaqla bildirmişdir ki, mübahisələndirdiyi birinci əşya toy mərasimində gəlinin bəzədilməsi məqsədi ilə müvəqqəti olaraq başqa şəxsdən - cavabdehin bacısı Ülkərdən alınaraq görünüş xatirinə iddiaçıya verilmiş və toydan dərhal sonra da sahibinə qaytarılmışdır. İkinci əşyaya münasibətdə də nümayəndə eyni qaydada rayon məhkəməsində istinad etmədikləri hala əsaslanaraq bildirmişdir ki, həmin əşya iddiaçının dediyi kimi onun üçün ad gününə hədiyyə olaraq sifariş olunsa da, əşya faktiki olaraq iddiaçıya verilməmişdir, demək ki, həmin əşyaya iddiaçının mülkiyyət hüququ yaranmamışdır. Qeyd edilən səbəbdən də həmin əşyalar iddiaçıya məxsus əşya hesab edilə bilməz.
71. MPM-in 77.1-ci maddəsi tələb edir ki, hər bir tərəf öz tələb və etirazında əsas kim istinad ediyi halları sübut etməlidir. MPM-in 372.2-ci maddəsi apellyasiya instansiyasında yeni sübutların qəbulunu o şərtə bağlamışdır ki, tərəf bu sübutu ondan asılı olmayan səbəblərdən birinci instansiya məhkəməsinə təqdim edə bilməmiş olsun. Hazırda apellyasiya icraatı zamanı yeni hallara istinad edən cavabdeh bunu rayon məhkəməsinə təqdim etməməsinin səbəblərini, ümumiyyətlə göstərməmiş, hər hansı səbəb gətirməmiş və bununla bağlı verilmiş sualları açıq buraxmışdır. Demək ki, prosessual qanunveriiciliyin tələbləri baxımından cavabdehin qeyd edilən iki əşyayla bağlı apellyasiya icraatı mərhələsində bildirdiyi həmin hallar nəzərə alına bilməz.
72. Bununla belə, Məhkəmə kollegiyası xüsusi olaraq qeyd edir ki, cavabdeh həmin iki əşyaya dair istinad etdiyi hallara dair apellyasiya icraatında da sübut verə bilməmişdir. Belə ki, birinci əşyanın müvəqqəti olaraq görünüş üçün toy mərasimində gəlinin bəzədilməsi məqsədi ilə başqasından alınıb sonra da qaytarıldığını bildirən cavabdehin nümayəndəsi, araşdırmalar zamanı tədqiq olunan iddiaçının təqdim etdiyi və toydan xeyli müddət sonra çəkilmiş fotolarda həmin əşyanın iddiaçının üzərində olmasına hər hansı izah verə bilməmişdir. Cavabdehin ikinci əşya ilə bağlı irəli sürdüyü mülahizəyə münasibətdə isə qeyd edilməlidir ki, cavabdehin vəkilinin həmin mülahizəsi əsaslı deyildir. Çünki bütün əqdlərdə olduğu kimi, bağışlama müqaviləsində də tələb edilən əsas şərt əqdin tərəflərinin azad və həqiqi iradə ifadəsinin movcud olmasıdır. Xüsusən də daşınar əşyalarla bağlı əqdlərdə, eləcə də bağışlamanın yazılı və başqa rəsmiləşdirilməsi kimi bir forma tələbi nəzərdə tutulmamışdır. Bu zaman hədiyyə verənin əşyanı hədiyyə alana verməsi yetərlidir (MM, maddə 668.1.3). Nəzərə almaq lazımdır ki, qanunun həmin normasında hədiyyənin hədiyyə alana verilməsi dedikdə, burada məsələ “verilmə”nin iradəvi tərəfindən gedir, əşyanın faktiki olaraq verilməsi müəyyənləşmiş iradənin icrasıdır. Hazırkı halda isə cavabdehin həmin vaxt arvadının ad günü münasibəti ilə 10.000 manat dəyərində olan qızıl-zinət əşyası hədiyyə etməsi, əşyanın iddiaçının öz zövqünə uyğun sifariş etməsinə göstəriş verməsi, onun dəyərinin ödənilməsini qardaşına tapşırması işin mübahisəsiz halıdır. Bu halda həmin hədiyyənin pulunun cavabdehin tapşırığına əsasən onun qardaşı tərəfindən ödənilməsinin, eləcə də hədiyyə olunmuş əşyanın zərgərdən kimin götürməsinin heç bir hüquqi əhəmiyyəti yoxdur. Belə ki, müəyyən olmuşdur ki, sifariş olunmuş həmin əşya iddiaçı Amerikaya döndükdən sonra hazır olmuşdur. Bu səbəbdən də onu iddiaçının xahişi - tapşırığına əsasən cavabdehin qardaşı götürmüşdür. Belə bir vəziyyətdə ola bilərdi ki, həmin hazır əşyanın evin sürücüsü, qulluqçusu, eləcə də iddaçının bacısı və ya qardaşı və ya hansısa rəfiqəsi götürmüş olsun. Demək ki, hədiyyə olunmuş həmin əşyanın hazırlanmasından sonra hədiyyə olunanın adından onun kimin tərəfindən götürülməsinin həmin bağışlama müqaviləsinin bağlanmış sayılması üçün hər hansı maneə törətmir.
73. Beləliklə də müəyyən olunur ki, cavabdehin mövcud olan əşyalardan iddiaçıya məxsusluğunu, həm də yalnız apellyasiya icraatı mərhələsində mübahisələndirdiyi həmin iki əşya da məhz iddiaçıya məxsusdur.
74. Beləliklə də, yuxarıda qeyd olunanlara əsasən iddiaçının tələb etdiyi əşyaların mövcud olması, eləcə də onların məhz iddiaçıya məxsus olması müəyyən olunur.
75. Müəyyən olunmuş ardıcıllığa əsasən hazırkı mərhələdə iddiaçı tələb olunan əşyaların cavabdehdə qalmasını sübut etməlidir. İddiaçı bununla bağlı məhkəməyə ətraflı və yetərincə inandırıcı olan izahatlar vermiş, şahid ifadələri təqdim etmişdir. Cavabdeh buna etiraz edərək əvvəlcə əşyaların iddiaçının özü tərəfindən aparıldığını, daha sonra isə cavabdeh tərəfindən könüllü olaraq iddiaçıya təhvil verildiyinə istinad edir.
76. Belə olan halda isə sübutetmə yükü dəyişir, yəni cavabdeh bildirirsə ki, iddiaçı əşyalarını aparıb və yaxud da cavabdeh özü əşyaları iddiaçıya təhvil verib, demək ki, əşyalar cavabdehdə olub. Deməli prosessual qanunvericiliyin tələbinə görə cavabdeh sübut etməlidir ki, tələb edilən və onda olan əşyaları ya iddiaçı özü aparıb və yaxud da cavabdeh özü həmin əşyaları iddaçıya qaytarıb (MPM, maddə 77.1.).
77. Bununla bağlı cavabdehin mövqeyi belə olmuşdur: rayon məhkəməsində işə baxılmasının ilkin mərhələsində cavabdeh tərəf iddiaya etiraz edərək bildirmişdir ki, tələb edilən əşyaları iddiaçı aparıb; rayon məhkəməsində işə baxılmasının sonrakı mərhələsində cavabdeh iddiaçını tələb etdiyi əşyalardan 486 adda əşyanı könüllü olaraq iddiaçıya qaytarmışdır. Bundan sonra iddiaçı tələblərini azaltmış və qaytarılmayan və hələ də cavabdehdə qalan digər əşyalarının qaytarılmasınl tələb etmişdir. Rayon məhkəməsinin məhkəmə iclas protokollarından (yuxarıda buna istinad edilmişdir) məlum olur ki, cavabdeh tərəf bu dəfə fərqli dəlil gətirərək, həmin əşyaların da iddiaçıya qaytarıldığını bildirmişdir.
78. Göründüyü kimi, cavabdehin tələb edilən əşyaların iddiaçıya qaytarılmasına dair mövqeyi ziddiyyətli olmuşdur. Belə ki, cavabdeh ilkin olaraq iddiaya etiraz etmiş, tələb edilən əşyaların iddiaçının özünü apardığını bildirmiş, sonra bu bildirdiklərinin ziddinə olaraq tələb edilən əşyalardan 486 adda əşyanı könüllü olaraq, həm də yazılı siyahı tərtib edərək və əmtəə- qaimə qaydasında rəsmiləşdirməklə iddiaçıya qaytarmış, bundan sonra iddiaçının tələb etdiyi qaytarılmayan digər əşyalara münasibətdə isə cavabdeh tərəf - həmin əşyaların da qaytarıldığını, lakin müvafiq qaydada sənədləşdirilmədiyini bildirmişdir.
79. Məhkəm kolegiyasının qənaətinə görə cavabdehin mövqeyindəki bu ziddiyyət və uyğunsuzluqlar onun dəlillərinin əsassızlığından irəli gəlir. Yoxsa necə ola bilər ki, cavabdeh tələb edilən əşyaların bir hissəsini iddiaçıya qaytararkən ən sadə və dəyəri əhəmiyyətsiz olan (100-200 manat olan) əşyaları çox ciddi və səliqəli şəkildə sənədləşdirmiş, bunu təhvil-təslim qaydasında iddiaçıya təqdim etmiş, lakin 10.000 minlərlə dəyəri olan xeyli sayda bahalı əşyaları, xüsusən də qızıl-zinət əşyalarını iddiaçıya təhvil vermiş, amma bunu hər hansı formada sənədləşdirməmişdir. Tərəflər arasında yaranmış münaqişənin kəskinliyini də nəzərə aldıqda, məlum olur ki, bu mümkün deyildir. Cavabdehin nümayəndəsi də qeyd olunan həmin ziddiyyətlər və uyğunsuzluqlarla bağlı hər hansı ağlabatan və inandırıcı izah verə bilməmişdir. Cavabdeh tərəf iddiaçının tələb etdiyi və onda qalan əşyaların iddiaçıya qaytarılmasına dair məhkəmələrə hər hansı sübut verə bilməmişdir. Başqa sözlə desək, cavabdeh MPM-in 771.-ci maddəsinin tələbinə əsasən istinad etdiyi bu halı, yəni tələb edilən əşyaların iddiaçıya qaytarılmasını sübut edə bilməmişdir. Demək ki, iddiaçıya məxsus olan və tələb olunan həmin əşyalar cavabdehin sahibliyində qalmışdır.
80. Belə olan halda yoxlanılmalı növbəti mərhələ cavabdehin sahibliyinin qanuni olub-olmaması ilə bağlıdır. Məhkəmə xüsusi olaraq qeyd edir ki, bu mərhələnin yoxlanılması o halda zəruri olur ki, cavabdeh bundan əvvəlki halları - əşyanın mövcudluğunu, onun iddiaçıya məxsusluğunu, eləcə də tələb edilən əşyanın cavabdehin sahibliyində olmasını mübahisələndirmir, əksinə, bunları təsdiq edir, lakin özgə əmlakının saxlanmasının qanunsuz olmadığını, saxlamanın qanunu əsaslarının olduğunu (məsələn, hansısa öhdəliyin təminatı olan girov hüququna əsasən (MM.maddə 276), saxlanc müqaviləsinə əsasən (MM, maddə 468), ləngitmə hüququ (MM, maddə 562) və qanunda və müqavilədə nəzərdə tuulmuş digər əsaslarla) bildirmiş olsun. Hazırkı işdə belə bir hal mövcud deyildir. Demək ki, iddiaçının əşyalarının cavabdehdə qalmasının hər hansı qanuni əsası yoxdur, deməli cavabdeh həmin əşyalara münasibətdə qanunsuz sahibdir.
81. Belə olan halda məlum olur ki, iddiaçı öz əmlaklarını tələb etmək hüququna malikdir, cavabdehin isə özgəsinin qanunsuz saxladığı həmin əşyaları qaytarmağa borcludur.
82. Cavabdehin apellyasiya şikayətinə etirazının bir dəlili də ondan ibarət olmuşdur ki, hazırkı iddia ona cavab verməli olmayan şəxsə, yəni əsil olmayan cavabdehə qarşı verilmişdir. Cavabdeh mövqeyini belə izah etmişdir ki, nə qədər ki, iddiaçı özü ərizəsi və izahatında bildirir ki, tələb etdiyi əşyalar cavabdehin anasındadır, onda məlum olur ki, iddiaçı cavabdehi düzgün seçməmişdir.
83. Məhkəmə kollegiyası bununla bağlı olaraq bildirir ki, rayon məhkəməsinin iclas protokollarından aydın olur ki, cavabdeh tərəf iddiaya etirazında heç vaxt bu hala istinad etməmişdir. Yalnız apellyasiya icraatı mərhələsində cavabdehin nümayəndəsi bu məsələni qeyd etmişdir. Məhkəmənin mövqeyi ondan ibarətdir ki, apellyasiya mərhələsində irəli sürülməsinə baxmayaraq, həmin hala münasibət bildirilməlidir. Belə ki, iddiaçının ilkin ərizəsi və sonrakı izahatlarında da qeyd edilir ki, onların 2023-cü ilin sonunda Amerikaya köçmələri ərəfəsində əri - cavabdeh israrla ona qiymətli əşyalarının təminatlı saxlanması üçün onları anasına verməyi lazım bilmiş və cavabdehin iradəsinə uyğun olaraq da həmin əşyalar əri ilə birlikdə cavabdehin anasına verilmişdir. Buradan məlum olur ki, həmim əşyaların cavabdehin anasına verilməsinin təşəbbüskarı və həmin saxlanc müqaviləsinin tərəfi cavabdeh olmuş, iddiaçı yalnız cavabdehin iradəsini icra etmişdir. Demək ki, həmin əşyaları anasından almaq imkanı da cavabdehə məxsusdur və onu iradəsinə bağlıdır. Belə olan halda bəlli olur ki, iddiaçı hazırkı tələbini keçmiş əri olan cavabdehə qarşı verməklə əsl cavabdehi düzgün müəyyənləşdirmişdir. Əks halda belə çıxır ki, iddiaçı həm də cavabdehin atasını, eləcə də əşyaları ora-bura daşıyan evin sürücüsünü, evlərə nəzərət edən mühafizəçini də cavabdeh kimi göstərməli idi. Bundan başqa, iddia tələbindən də müəyyən olunur ki, ərizəçi qızıl-zinət əşyalarından qat-qat çox sayda əşya tələb edir. Bundan əlavə, müəyyən olunmuşdur ki, hazırkı cavabdeh ölkədə olmadığı halda iddiaçını tələb etdiyi əşyaların böyük bir hissəsi rayon məhkəməsində işə baxılması mərhələsində iddiaçıya təhvil verilmişdir. Belə olan halda və cavabdehin peşəkar vəkillə təmsil olunduğu nəzərə alındıqda, Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfin əsl olmayan cavabdehlə bağlı hazırkı mərhələdə irəli sürdüyü bu mülahizəsi əsassız olmaqla yanaşı, həm də məsuliyyətdən yayınmaq cəhdidir.
84. Beləliklə də, şərh edilənlənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsaslıdır və təmin edilməlidir. Rayon məhkəməsinin qətnaməsi ləğv edilərək iş üzrə iddia tələblərinin qismən təmin edilməsinə dair yeni qətnamə qəbul edilməlidir.
85. İddia tələblərinin qismən təmin edilməsi ilə bağlı isə qeyd edilməlidir ki, iddiaçı tərəf apellyasiya icraatı zamanı məhkəməyə verdiyi yazılı ərizə izahatında rayon məhkəməsinə tələblərinin azalmasına dair verdiyi ərizəsində tələb etdiyi əşyalardan sayca az əşyanı göstərmiş, eləcə də həmin əşyaların mütləq əksəriyyətinin qiymətini də iddia ərizəsindəkindən əhəmiyyətli qədər az olduğunu göstərmişdir. Məhz buna görə də məhkəmə iddia tələbinin apellyasiya icraatı zamanı verilmiş yazılı ərizəyə əsasən tutulmalı olmasını əsaslı, iddia tələblərinin digər hissəsinin isə əsassız hesab edir. Bununla belə, iddiaçının tələbi 10.000 manat nağd pulun tutulması hissəsində onun sübut edilməməsi əsasına görə, eləcə də apellyasiya icraatı zamanı təqdim edilmiş ərizədə 7-ci sırada göstərilən 700 manat dəyərində qeyd edilən brliyant üzüyə aid hissədə, həmin üzüyün iddiaçının rayon məhkəməsinə verdiyi ərizəsində olmaması, yəni iddia ərizəsində tələb olunmaması, apellyasiya instansiyasında isə yeni tələb kimi onun qəbulu üçün əsasların olmaması əsasına görə, iddia tələbləri qalan digər hissədə isə əsassız olmasına görə təmin edilməməlidir.
Nəticə:
86. Beləliklə də hazırkı halda iddiaçının tələbləri aşağıda qeyd edilən əşyalara aid hissədə: 1) toy komplekti: kolye, üzük, qolbaq, sırğalar – 150 000 azn; 2) brilyant tək qaş üzük – 50 000 azn; 3) mərkəzdə oval böyük brilyant, kiçik dairəvi brilyantlardan əhatə olunmuş tək qaş üzük – 40 000 azn; 4) brilyant komplekt: boyunbağı, üzük, qolbaq, sırğalar – 11 000 azn; 5) brilyant komplekt: boyunbağı, nişan üzüyü, sırğalar – 7 000 azn; 6) brilyant komplekt: boyunbağı, üzük, qolbaq, sırğalar – 20 000 azn; 7) brilyant üzük – 1500 azn; 8) brilyant üzük 1 karatlı zümrüd daşla, yanlarda 0.5 karatlı 10 brilyant daşla – 1500 azn; 9) ağ qızıldan brilyant qolbaq (Roberto Coin 23 qram) – 3000 azn; 10) ağ qızıldan (qara və ağ) brilyant qolbaq (Roberto Coin 23 qram) – 3000 azn; 11) qızıl qolbaq xırda brilyantlarla - 1500 azn; 12) sadə qızıl qolbaq – 700 azn; 13) qızıl üzük kiçik brilyantla - 550 azn; 14) Rado İsveçrə saat - 4400 azn; 15) Tissot saat – 3000 azn; 16) Versace Hellenyium saat - 2266 azn; 17) Swarovski saat - 824 azn; 18) X10 49 mm saat – 1500 azn; 19) 12 nəfərlik gündəlik şam yeməyi dəsti - 450 azn; 20) 12 nəfərlik Madonna nahar yeməyi dəsti - 550 azn; 21) 6 nəfərlik Dubaydan alınan ornamentli farfor qəhvə dəsti – 1200 azn; 22) 18 nəfərlik gündəlik və qonaq üçün çəngəl-qaşıq çamadan dəsti – 315 azn; 23) 12 ədəd şüşə şərab badələri - 300 azn; 24) 12 nəfərlik şüşə şirə qədəhi qrafinlə - 450 azn; 25) 6 nəfərlik klassik çex kristal likör üçün rumka dəsti, Bohemia Crystal markalı - 250 azn; 26) 12 nəfərlik klassik çex kristal şampan qədəhi, Bohemia Crystal markalı – 450 azn; 27) 6 nəfərlik klassik çex kristal şərab qədəhi Bohemia Crystal markalı - 220 azn; 28) 6 nəfərlik klassik çex kristal şərab qədəhi Bohemia Crystal markalı - 220 azn; 29) 4 kristal və şüşə güldanları Villeroy & Boch - 560 azn; 30) 4 ədəd Villeroy & Boch meyvə qabları – 550 azn; 31) mətbəx avadanlıqları və kiçik ev alətləri: Termopot Panasonic - 150 azn; 32) elektrik avadanlıqları: ütü Braun 140 azn, saç feni Braun 200 azn; 33) ədviyyat qabı dəsti – 150 azn; 34) 2 kristal şamdan, Nachtmann Almaniya – 290 azn; 35) salat qabları kristal dəsti X6, Almaniya - 250 azn; 36) xalça 3x4 metrə - 3000 azn; 37) təbii Sobol (samur) xəz şuba – 15 000 azn; 38) təbii norka xəz şuba - 8000 azn; 39) təbii dovşan xəzindən hazırlanmış qara şuba – 800 azn; 40) Max Mara bej palto – 3000 azn; 41) Alpaka palto şınşıla yaxası ilə - 3000 azn; 42) Dutik Gant gödəkcə - 500 azn; 43) tülkü gödəkçəsi - 800 azn; 44) təbii norka papaq 1500 azn və təbii sobol xəzindən papaq -2000 azn; 45) Dior ağ-qara illustrasiyalı şərf – 1000 azn; 46) Dior hündürdaban ağ-qara tvid ayaqqabı 2500 azn; 47) Dior laklı dəri çanta – 800 azn; 48) Miu Miu hündürdaban ayaqqabı - 1800 azn; 49) Hermes qara ayaqqabı - 1500 azn; 50) Hermes qəhvəyi çanta - 1500$ (1500X1.7=2550 manat); 51) 5 kostyum (şalvar/pencək) mavi, göy, qəhvəyi, qara, boz rənglərdə, Gizia markası -1800 azn; 52) ağ xəz gödəkçə, Network markası – 400 azn; 53) ağ xəz jilet, Network markası - 500 azn; 54) Patrizia Pepe marka - 540 azn; 55) Chanel açıq çəhrayı rəngdə tvid baletka - 550 azn; 56) Ted Baker markalı qısa qırmızı palto - 325$ (325X1.7=552,5 manat); 57) Fendi qara dəri sumka - 1000 azn; 58) Valentino qəhvəyi tvid ayaqqabı - 800 azn; 59) Jimmy Choo - Snake Print hündürdaban sandalet – 550 azn; 60) Jimmy Choo – bəyaz platformalı sandalet – 1750 azn; 61) Castaner bej ayaqqabı – 250$ (250X1.7=425 manat); 62) X7 qəhvəyi çanta - 800 azn; 63) Bottega Veneta qızılı rəngdə çanta - 1000 azn; 64) Louis Vuitton ağ dəri çanta - 800 azn; 65) Bottega Veneta qara dəri çanta - 800 azn; 66) balaca ağ dərili Chanel sumka - 900 azn; 67) Multistayler Dyson airwrap - 550$ (550X1.7=935 manat); 68) Chanel qara dəri tərliklər - 1000 azn; 69) Hermes hörmə tərliklər - 1000 azn; 70) toy libası – 13 000 azn; 71) ikinci toy libası (Tailor dərzi moda evində tikilib) – 1500 azn; 72) qırmızı nişan paltarı (Sophie couture moda evində tikilib) – 1500 azn; 73) yaşıl payetli paltar (Tailor dərzi moda evində tikilib) – 1500 azn; 74) açıq yaşıl rəngdə payetli paltar (Tailor dərzi moda evində tikilib) -1500 azn; 75) qızılı libas (Sophie couture moda evində tikilib) – 1500 azn; 76) qızılı bəyaz libas - 1000 azn. təmin edilməli, həmin əşyalar cavabdehdən alınara iddiaçıya verilməlidir.
87. Avropa Məhkəməsi özünün bir sıra qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı və s.) xüsusi olaraq vurğulamışdır ki, “…ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”.
88. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki,rayon məhkəməsi tərəfindən iş üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması, maddi və prosessual normaların pozulması səbəbindən düzgün olmayan qətnamə qəbul edildiyindən, apellyasiya şikayəti qismən təmin edilməli, rayon məhkəməsinin qətnaməsi ləğv edilərək iddianın qismən təmin edilməsinə dair yeni qətnamə qəbul edilməlidir.
89. Azərbaycan Respublikasının MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
90. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.
91. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu 1013.35 (684.35+319=1013.35) manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
92. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 385.1.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Binəqədi Rayon Məhkəməsinin e-2(001)-779/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ləğv edilsin, yeni qətnamə qəbul edilsin, iddia tələbi qismən təmin edilsin. Aşağıdakı əşyalar, həmin əşyalar olmadıqda isə onların dəyəri Cavabdeh alınaraq İddiaçı verilsin: 1) Toy komplekti: boyunbağı, üzük, qolbaq, sırğalar – 150 000 azn; 2) Brilyant tək qaş üzük – 50 000 azn; 3) Mərkəzdə oval böyük brilyant, kiçik dairəvi brilyantlardan əhatə olunmuş tək qaş üzük – 40 000 azn; 4) Brilyant komplekt: boyunbağı, üzük, qolbaq, sırğalar – 11 000 azn; 5) Brilyant komplekt: boyunbağı, nişan üzüyü, sırğalar – 7 000 azn; 6) Brilyant komplekt: boyunbağı, üzük, qolbaq, sırğalar – 20 000 azn; 7) brilyant üzük – 1500 azn; 8) Brilyant üzük 1 karatlı zümrüd daşla, yanlarda 0.5 karatlı 10 brilyant daşla – 1500 azn; 9) Ağ qızıldan brilyant qolbaq (Roberto Coin 23 qram) – 3000 azn; 10) Ağ qızıldan (qara və ağ) brilyant qolbaq (Roberto Coin 23 qram) – 3000 azn; 11) Qızıl qolbaq xırda brilyantlarla - 1500 azn; 12) Sadə qızıl qolbaq – 700 azn; 13) Qızıl üzük kiçik brilyantla - 550 azn; 14) Rado İsveçrə saat - 4400 azn; 15) Tissot saat – 3000 azn; 16) Versace Hellenyium saat - 2266 azn; 17) Swarovski saat - 824 azn; 18) X10 49 mm saat – 1500 azn; 19) 12 nəfərlik gündəlik şam yeməyi dəsti - 450 azn; 20) 12 nəfərlik Madonna nahar yemək dəsti - 550 azn; 21) 6 nəfərlik Dubaydan alınan ornamentli farfor qəhvə dəsti – 1200 azn; 22) 18 nəfərlik gündəlik və qonaq üçün çəngəl-qaşıq çamadan dəsti – 315 azn; 23) 12 ədəd şüşə şərab badələri - 300 azn; 24) 12 nəfərlik şüşə şirə qədəhi qrafinlə - 450 azn; 25) 6 nəfərlik klassik çex kristal likör üçün rumka dəsti, Bohemia Crystal markalı - 250 azn; 26) 12 nəfərlik klassik çex kristal şampan qədəhi, Bohemia Crystal markalı – 450 azn; 27) 6 nəfərlik klassik çex kristal şərab qədəhi, Bohemia Crystal markalı - 220 azn; 28) 6 nəfərlik klassik çex kristal şərab qədəhi, Bohemia Crystal markalı - 220 azn; 29) 4 ədəd Villeroy & Boch kristal və şüşə güldan - 560 azn; 30) 4 ədəd Villeroy & Boch meyvə qabı – 550 azn; 31) Mətbəx avadanlıqları və kiçik ev alətləri: Termopot Panasonic - 150 azn; 32) Elektrik avadanlıqları: ütü Braun 140 azn, saç feni Braun 200 azn; 33) Ədviyyat qabı dəsti – 150 azn; 34) 2 kristal şamdan, Nachtmann Almaniya – 290 azn; 35) Salat qabları kristal dəsti X6, Almaniya - 250 azn; 36) Xalça 3x4 metrə - 3000 azn; 37) Təbii sobol (samur) xəz şuba – 15000 azn; 38) Təbii norka xəz şuba - 8000 azn; 39) Təbii dovşan xəzindən hazırlanmış qara şuba – 800 azn; 40) Max Mara bej palto – 3000 azn; 41) Alpaka palto şınşıla yaxası ilə - 3000 azn; 42) Dutik Gant gödəkcə - 500 azn; 43) Tülkü gödəkçəsi - 800 azn; 44) Təbii norka papaq 1500 azn və təbii sobol xəzindən papaq -2000 azn; 45) Dior ağ-qara illustrasiyalı şərf – 1000 azn; 46) Dior hündürdaban ağ-qara tvid ayaqqabı 2500 azn; 47) Dior laklı dəri çanta – 800 azn; 48) Miu Miu hündürdaban ayaqqabı - 1800 azn; 49) Hermes qara ayaqqabı - 1500 azn; 50) Hermes qəhvəyi çanta - 1500$ (1500X1.7=2550 manat); 51) 5 kostyum (şalvar, pencək) mavi, göy, qəhvəyi, qara, boz rənglərdə, Gizia markası - 1800 azn; 52) Ağ xəz gödəkçə, Network markası – 400 azn; 53) Ağ xəz jilet, Network markası - 500 azn; 54) Patrizia Pepe marka - 540 azn; 55) Chanel açıq çəhrayı rəngdə tvid baletka - 550 azn; 56) Ted Baker markalı qısa qırmızı palto - 325$ (325X1.7=552,5 manat); 57) Fendi qara dəri sumka - 1000 azn; 58) Valentino qəhvəyi tvid ayaqqabı - 800 azn; 59) Jimmy Choo - Snake Print hündürdaban sandalet – 550 azn; 60) Jimmy Choo – bəyaz platformalı sandalet – 1750 azn; 61) Castaner bej ayaqqabı – 250$ (250X1.7=425 manat); 62) X7 qəhvəyi çanta - 800 azn; 63) Bottega Veneta qızılı rəngdə çanta - 1000 azn; 64) Louis Vuitton ağ dəri çanta - 800 azn; 65) Bottega Veneta qara dəri çanta - 800 azn; 66) Balaca ağ dərili Chanel sumka - 900 azn; 67) Multistayler Dyson airwrap - 550$ (550X1.7=935 manat); 68) Chanel qara dəri tərliklər - 1000 azn; 69) Hermes hörmə tərliklər - 1000 azn; 70) Toy libası – 13 000 azn; 71) İkinci toy libası (Tailor dərzi moda evində tikilib) – 1500 azn; 72) Qırmızı nişan paltarı (Sophie couture moda evində tikilib) – 1500 azn; 73) Yaşıl payetli paltar (Tailor dərzi moda evində tikilib) – 1500 azn; 74) Açıq yaşıl rəngdə payetli paltar (Tailor dərzi moda evində tikilib) -1500 azn; 75) Qızılı libas (Sophie couture moda evində tikilib) – 1500 azn; 76) Qızılı bəyaz libas - 1000 azn. İddia tələbləri qalan hissədə təmin edilməsin. İddiaçı tərəfindən birinci instansiya məhkəməsində 684.35 manat, apellyasiya instansiya məhkəməsində 319 manat ödənilmiş dövlət rümumu, cəmi 1013.35 manat cavabdehdən tutularaq iddiaçıya ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.