Məhkəmə qərarları › İş №2(103)-3507/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3507/2020

10.08.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3507/2020 10.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, X3 və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi İddiaçı "xxxxxxxxxxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(007)-2883/2019 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(007)- 2883/2019 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh Bakı şəhəri, Nizami rayonu, Tofiq Abbasov küçəsi, 23 saylı binanın 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 265,3 kv.m olan qeyri-yaşayış sahəsindən çıxarılması, Bakı şəhəri, Nizami rayonu, Tofiq Abbasov küçəsi, 23 saylı binanın 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 265,3 kv.m olan qeyri-yaşayış sahəsinin boşaldılaraq "xxxxxxxxxxxx" ASC-yə təhvil verilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddia tələbinin təmin edilməsi qeyriqanuni olmaqla sənədlərə tam aydınlıqgətirilməmişdir.Belə ki, məhkəmə gedişi zamanı işdə vacib olan faktlar və məlumatlar tam araşdırılmamışdır. Bu da hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə gətirib çıxarmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X4 şikayətə etiraz edərək rədd olunmasını xahiş etdi. İşə baxılması vaxtı və yeri haqqında cavabdehə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq səbəbini göstərmədən məhkəmə iclasına gəlməmişdir. Apellyasiya instansiyası məhkəməsi, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi zamanı iddianın təmin edərkən qənaətini belə əsaslandırmışdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2121/2016 saylı xx xxxxxxx 2015-ci il tarixli qətnaməsi ilə cavabdeh “Qəmər” firmasından 292699 (iki yüz doxsan iki min altı yüz doxsan doqquz) manat əsas borc, 107563 (yüz yeddi min beş yüz altmış üç) manat faiz borcu, cəmi 400262 (dörd yüz min iki yüz altmış iki) manat məbləğində borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu iddiaçı “xxxxxxxxxxxx” ASCnin xeyrinə tutulmuşdur. Tələb ipoteka ilə yüklü edilmiş tam mülkiyyət hüququ üzrə Cavabdeh məxsus olan Bakı şəhəri, Nizami rayonu, Tofiq Abbasov küçəsi, 23 nömrəli binanın 1-ci mərtəbəsində 265,3 kv.m ümumi, 134,0 kv.m əsas, 131,1 kv.m köməkçi sahədən ibarət olan qeyri-yaşayış sahəsinə (4 saylı təsərrüfat hesablı mağaza) yönəldilmiş və həmin əmlak açıq hərracda satılmışdır. Keçirilən iki hərrac baş tutmadığına görə ipoteka saxlayan “xxxxxxxxxxxx” ASC Cavabdeh məxsus Bakı şəhəri, Nizami rayonu,T.Abbasov küçəsi, bina № 23, 1-ci mərtəbə ü/s 265,3 kv.m olan qeyri-yaşayış sahəsini (4 saylı mağaza) 223125 (iki yüz iyirmi üç min yüz iyirmi beş) manata almışdır. Cavabdehin "xxxxxxxxxxxx" ASC-yə məxsus əmlakdan istifadə etməsi bankın mülkiyyət hüquqlarının pozulması ilə nəticələnir və bankın mülkiyyətində olan qeyri-yaşayış sahəsi üzərində sərəncam vermək hüquqlarını pozur. Qeyd edilən qeyri yaşayış sahəsinin hazırda mülkiyyət hüququ əsasında “xxxxxxxxxxxx” ASC-yə məxsus olduğunu və əvvəlki mülkiyyətçinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısının ləğv edildiyini nəzərə alaraq hesab edir ki, Cavabdeh həmin daşınmaz əmlaka mülkiyyət hüququnu itirmişdir. Bu hal isə ona dəlalət edir ki, Cavabdeh həmin daşınmaz əmlaka dair heç bir əşya hüququ qalmamışdır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin mübahisələndirilən hissədə ləğvi üçün əsas ola bilməz. Əvvəla, cavabdeh iddia tələbinin təmin edilməsinin qeyri-qanuni olması dedikdə bu qeyri-qanuniliyin nədən ibarət olduğunu açıqlamamış, hansı sənədlərə tam aydınlıqgətirilmədiyini göstərməmişdir. İşdə vacib olan hansı faktlar və məlumatlar tam araşdırılmalı olduğu barədə də şikayətin məzmunuda heç bir dəlil göstərilmir. Bu cür vəziyyədə hansı hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi aydın deyildir. Yalnız şikayət xatirinə bu cür dəlillərdən istifadə edilməsi onun əsaslı olduğuna dəlalət etmir. Ona görə də şikayətin əsassız olduğu açıq-aşkar təsdiq olunur. Mülki Prosessual Məcəllənin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehə münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ona münasibətdə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(007)- 2883/2019 nömrəli nömrəli qətnaməsi Cavabdeh apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar