Məhkəmə qərarları › İş №2(103)-3509/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3509/2021

05.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3509/2021 05.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, Cavabdeh3 iştirakı ilə, iddiaçı "İddiaçı” ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh3, Cavabdeh5, Cavabdeh1 qarşı "kredit müqaviləsinin ləğv edilməsi, kreditin tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1036/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh3 və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 1036/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh3 və Cavabdeh1 apellyasiya şikayəti vermişlər. Apellyasiya icraatı zamanı cavabdehlər Cavabdeh3 və Cavabdeh1 ərizə ilə müraciət edərək, apellyasiya şikayətindən imtina etdiyini bildirmiş və bu əsasla apellyasiya icraatına xitam verilməsini xahiş etrmişdir. Məhkəmə kollegiyası cavabdehin ərizəsini nəzərdən keçirib hesab edir ki, cavabdehlər Cavabdeh3 və Cavabdeh1 Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 1036/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtinası qəbul edilməli və cavabdehlər Cavabdeh3 və Cavabdeh1 münasibətdə apellyasiya icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 369, 384.0.4, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdehlər Cavabdeh3 və Cavabdeh1 Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 1036/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtinası qəbul edilsin və onlara münasibətdə Bakı Apellyasiya Məhkəməsinin icraatında olan 2(103)-3509/2021 saylı mülki iş üzrə apellyasiya icraatına xitam verilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar