Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-355/2021 03.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, iddiaçı “xxxx” QSC –nin nümayəndəsi Nümayəndə və Cavabdeh1 vəkili Vəkil iştirakları ilə, iddiaçı “xxxx” QSC -nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun qaytarılması və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-119/2019 saylı işi üzrə 30 sentyabr 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 6939 saylı kredit müqaviləsi üzrə əsas borcu 1.206 000 (bir milyon iki yüz altı min) manat, faiz bocu 98 490 manat, cəmi ******* manat, 7116 saylı kredit müqaviləsi üzrə 600000 manat, faiz borcu 43000 manat, cəmi 643000 manat olmaqla, cəmi ******* manat məbləğində kredit borcunun və həmçinin ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulub “X3 Edilməsi Agentliyi” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməsi; Cavabdeh2 mülkiyyətində olan olan Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 23 №-li binada yerləşən qeyri-yaşayış sahəsi olan (6(Ə) korpusu 3 saylı ofis, ümumi sahəsi - 111.0 kv.m) və Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 23 №-li binada yerləşən qeyri- yaşayış sahəsi (5 saylı ofis, ümumi sahəsi - 109.0 kv.m) ofisə yönəldərək açıq hərracda satılması və satışdan əldə edilən vəsaiti iddiaçının hesabına ödənilməsi, satışdan əldə olunan vəsait borc məbləğindən artıq qalan hissəsinin Cavabdeh2 qaytarılması; satışdan əldə olunan məbləğ borcun ödənilməsinə yetərli olmadığı halda Cavabdeh1 məxsus və üçüncü şəxslərin istifadəsində olan digər əmlaklarıına tutmanı yönəldərək açıq hərracda satılması və satışdan əldə edilən vəsaiti iddiaçının hesabına ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin icraatı zamanı kreditor tərəfindən borcalana ******* manat məbləğində kredit verilməsinə dair tərəflər arasında razılıq əldə olunması haqqında "xxxx” ASC-nin Mərkəzi filialı ilə Cavabdeh1 arasında 24.04.2013-cü il tarixdə bağlanmış 6939 saylı kredit müqaviləsi (l cild.səh.45), kreditor tərəfindən borcalana 600000 manat məbləğində kredit verilməsinə dair tərəflər arasında razılıq əldə olunması haqqında xxxx” ASC-nin Mərkəzi filialı ilə Cavabdeh1 arasında 24.05.2013-cü il tarixdə bağlanmış 7116 saylı kredit müqaviləsi (l cild.səh.26), 6639 və 7116 saylı kredit müqavilələrinin təminatı olaraq Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 23 №-li binada yerləşən qeyri-yaşayış sahəsi (109.0 kv.m) olan 5 saylı ofis kreditorun xeyrinə ipoteka ilə yüklü edilməsi haqqında xxxx” ASC-nin Mərkəzi filialı ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 arasında 15 mart 2016-cı il tarixdə bağlanmış ipoteka müqaviləsi (l cild.səh.52-56), Cavabdeh1 əsas borca görə 1806000,00 manat,faiz borcuna görə 141490,00 manat borcu, cəmi borc 1947490,00 manat təşkil etməsi haqqında maliyyə arayışı (l cild.səh.21), hər iki qeyri-yaşayış sahəsinə Cavabdeh2 mülkiyyət hüququ 07.04.2016-cı il tarixdə dövlət qeydiyyatından keçməsi haqqında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən hüquqlqrın dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı 0836129,0836130 saylı, çıxarışlar (l cild.səh.18-19), ipoteka predmeti olan qeyri-yaşayış sahələrinin real bazar dəyəri aşağıdakı qaydada müəyyən olunması haqqında Bakı şəhəri,Xətai rayonu, Nobel prospekti, 23 №-li binada yerləşən qeyriyaşayış sahəsi olan(6(Ə) korpusu 3 saylı ofisin, (ümumi sahəsi-111.0 kv.m) dəyəri-111000 manat,Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 23 №-li binada yerləşən qeyri-yaşayış sahəsi (5 saylı ofisin (ümumi sahəsi-109.0 kv.m)dəyəri 109000 manat olması ilə bağlı “xxxx MMC” tərəfindən verilmiş 14 iyun 2019-cu il tarixli qiymətləndirməyə dair mütəxəssis rəyi (l cild.səh.208), Bakı şəhəri,Xətai rayonu, Nobel prospekti, 23 №-li binada yerləşən qeyri-yaşayış sahəsi olan(6(Ə) korpusu 3 saylı ofisin, (ümumi sahəsi-111.0 kv.m) bazar qiyməti 130000 manat müəyyən edilməsinə dair "xxxx” MMC-nin qeyri-yaşayış sahəsinin qiymətləndirilməsinə dair hesabat (l.cild.səh.145), Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 23 №-li binada yerləşən qeyri-yaşayış sahəsi (5 saylı ofisin (ümumi sahəsi- 109.0 kv.m) bazar qiyməti 75000 manat müəyyən edilməsi haqqında "xxxx” MMC-nin qeyri-yaşayış sahəsinin qiymətləndirilməsinə dair hesabat (l.cild.səh.157) sübut qismində tədqiq edilmişdir. Nizami Rayon Məhkəməsinin 2(007)-119/2019 saylı işi üzrə 30 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borca görə ******* manat, faiz bocuna görə 98490 manat, cəmi ******* manat, 7116 saylı kredit müqaviləsi üzrə əsas borca görə 600000 manat, faiz borcuna görə 43000 manat, cəmi 643000 manat,hər iki müqavilə üzrə cəmi ******* manat məbləğində kredit borcu və ödənilmiş 30 manat dövlət rüsumu iddiaçı "İddiaçı” QSC -nin xeyrinə tutulması, Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 23 №li binada yerləşən qeyri-yaşayış sahəsi olan (6(Ə) korpusu 3 saylı ofisə, ümumi sahəsi -111.0 kv.m,dəyəri 111000 manat) və Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 23 №li binada yerləşən qeyri-yaşayış sahəsi (5 saylı ofis, ümumi sahəsi -109.0 kv.m,dəyəri 109000 manat) ofisə yönəldilməsi, həmin əmlaklar açıq hərracda satılması, satışdan əldə edilən vəsait "İddiaçı” QSC -nin hesabına ödənilməsi, satışdan əldə olunan vəsaitin borc məbləğindən artıq qalan hissəsi Cavabdeh2 qaytarılması, satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalan borc məbləği Cavabdeh1 "İddiaçı” QSC-nin xeyrinə tutulması, həmin daşınmaz əmlaklar satıldıqdan 1 ay sonra boşaldılması, ekspertiza tədqiqatının dəyəri olan 300 manat pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada "xxxx” MMC-nin xeyrinə tutulması, ekspertiza tədqiqatının dəyəri olan 300 manat pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada "xxxx” MMC-nin xeyrinə tutulması qət edilmişdir. Qətnamədə «İpoteka» Haqqında Azərbaycan Respublikası Qanununun 33, 34, 47.5; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107, 119.1 ; Azərbaycan Respublikası Mülki məcəlləsinin 385.1, 442, 443.1, 448.1, 739, 741-ci maddələrinə istinadən qeyd edilmişdir ki, kredit müqavilələrinin şərtləri iddiaçı tərəfindən tam olaraq yerinə yetirilsə də,Cavabdeh1 müqavilə öhdəliklərinə əməl etməmişdir. Cavabdeh1 apellyasiya şikayəti verərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-119/2019 saylı 30 sentyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsinə və iddia tələblərinin qismən təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Mülki Prosesual Məcəllənin 77.1, 88, 217, 384.0.2, 385-ci maddələrinə istinadən qeyd edilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırmamış xəbəri və məlumatı olmadan işə baxaraq öz qanunsuz qətnaməsini qəbul etmişdir.İddiaçı əsas borca hesablanmış faiz borcunu həddən artıq hesablamış, lakin işə baxan məhkəmə bunu nəzərə alıb əsas borca hesablanmış faiz borcu məbləğinin müəyyən edilməsi üçün məhkəmə mühasibatlıq ekspertizası təyin etməmişdir. Odur ki, hazırki işə apellyasiya qaydasında baxılarkən hər iki kredit müqaviləsi üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilməsini xahiş edir. Bundan əlavə, birinci instansiya məhkəməsi ipoteka predmetlərinin ilkin qiymətlərinin müəyyən edilməsi üçün müstəqil qiymətləndiricinin rəylərini alsa da, həmin rəylərdə əks olunmuş qiymətlər hazırki bazar dəyərindən çox-çox uzaq olan qiymətlərdir. Belə ki, qiymətləndiricilər həmin əmlakların bazar dəyərini müəyyən edərkən, qeyri-yaşayış sahəsinin hər kv.metrini 1000 manat məbləğində müəyyən etmişlər. Halbuki, həmin binada yerləşən ofislərin 1 kv.metri 2500-3000 manat arası dəyişir. Odur ki, hazırki işə apellyasiya qaydasında baxılarkən hər iki qeyri-yaşayış sahələrin hazırki real bazar dəyərlərinin müəyyən edilməsi məqsədilə məhkəmə tikintitexniki ekspertizası təyin edilməsini xahiş edir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18.06.2020-ci il tarixli qərardadı ilə iddiaçı “Cavabdeh1 cavabdehlər “xxxx” ASC-yə, “X3 Edilməsi Agentliyi” MMC və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh2 qarşı qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi” iddia ərizəsi üzrə Bakı Şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)-5257/2019 saylı işi üzrə 24.12.2019-cu il tarixli qətnaməsi (Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının icratında olan 2(103)-4138/2020 saylı iş üzrə qətnaməsi) qanuni qüvvəyə minənədək, iddiaçı “xxxx” QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun qaytarılması və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının icraatında olan 2(103)-4203/2020 saylı mülki iş üzrə icraat dayandırılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının icratında olan 2(103)- 4138/2020 saylı iş üzrə qətnaməsi qanuni qüvvəyə mindiyindən iş üzrə icraat təzələnmişdir Məhkəmə kollegiyasının iclasında iştirak etmiş Cavabdeh1 vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, qiymətlərin bazar və likvid dəyərlərinə uyğun olmadığını, halhazırda bu qədər borcun mövcud olmadığını, 2013-cü ildən bu günə qədər banka külli miqdarda ödəniş edildiyini bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətini qəbul etməyərək borcla bağlı iş materiallarında çıxarışlar olduğunu bildirmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müafiq tədbirlərin görülməsi nəticə vermədiyindən Cavabdeh2 iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33, 34.1, 36.1, 36.3, 47.4, 59.3.1, 59.4; Mülki Məcəllənin 269-270, 309.1, 319.1, 324.4, 324.5, 385.1, 425.1, 427.3, 442, 443.1, 445.1, 448.1, 467, 550-554, 556, 560,739, 741, 743, 744; Mülki Prosesual Məcəllənin 14.2, 76.1, 77.1, 80, 82.1, 106.2, 119, 217.4, 372, 385, 386, 388 və 390-cı maddələrinə, kredit (ipoteka) müqaviləsi (öhdəlikləri) üzrə mülki hüquq münasibətlərə dair qeyd edilməlidir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri, qanunla müəyyən olunmuş qaydada əldə edilən, habelə işdə tərəflərin öz tələb və etirazlarını müəyyən edən (sübuta yetirən) faktlarla və hallarla əlaqədar (məhkəmə iclasında tədqiq olunmuş) sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. Borclunun müqavilə üzrə borcunu (faiz borcunu) vaxtında qaytarmaq, kreditorun isə kredit vəsaitini yaxşı təmin etmək, ona nəzarət etmək və vaxtında tələb etmək kimi vəzifələrinə uyğun tərəflər öz risk dairəsinə daxil olan hərəkətlər həddində məsuliyyət daşımalıdırlar. Mübahisə edilən hissədə apellyasiya şikayətinin dəlilləri sübuta yetirilmədiyindən qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, cavabdeh əmlakların qiyməti və tələb olunan məbləğləri mübahisələndirsədə istinad edilməsi üçün fərqli sübutlar (ekspert rəyləri, ödənişlər və sair) təqdim etməmişdir. Kollegiya məhkəmə xərcləri barədə məsələni müzakirə edərək qeyd edir ki, MPMnin 119-cu maddəsinə əsasən apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları isə onları ödəyən şəxslərə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-119/2019 saylı işi üzrə 30 sentyabr 2019-cu il tarixli tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-355/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-355/2021
03.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver