Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3559/2022 29.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-6231/2021 saylı, 23.11.2021-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus olan yataq dəsti ağqara rəngdə Madeyra firmasının Majestik modeli – 1200 azn. Bura daxildir iki nəfərlik taxt, altı qapılı dolab, güzgülü komod, taxt üçün yun döşək 120 azn, dörd ədəd yataq dəsti – 200 azn, üç ədəd tünd bənövşəyi rəngdə olan yorğanlar – 120 azn, üç ədəd sintifon yorğanlar ağ rəngdə - 180 azn, üç ədəd narıncı rəngdə yay nazik yorğanlar – 75 azn. Qonaq otağında Madeyra firmasının künc divanı tünd boz rəngdə açılan və bazalıdır – 800 azn, tünd qəhvəyi rəngdə olan transformer masa açılıb 12 nəfərlik yekə nahar masasına çevrilir - 300azn, televizor Led Samsung firması – 450 azn, televizor altlığı qara rəngdə iki mərtəbəli şüşədən ibarətdir – 120 azn, altı ədəd dəmir korpuslu oturacaqlar – 280 azn, Mideya firmasının kondisioneri 45 kv – 450 azn, Qjel firmasının konfet qabları 2 ədəd – 90 azn, tünd goy rəngdə güldan farfordan Rossiya zavodu – 80 azn, Qjel firmasının pişik fiquru – 45 azn, farfor fiqur balerina – 80 azn, tünd göy rəngdə farfordan zınqırov – 45 azn. Mətbəx mebeli Madeyra firmasının künc mətbəx mebeli tünd qəhvəyi rəngdə - 1000 azn, paltaryuyan maşın Ariston firması 5 kiloluq ağ rəngdə - 500azn, qabyuyan maşın Ariston firması 8 nəfərlik ağ rəngdə - 600 azn, on iki nəfərlik nahar dəsti Luminark firması dördkünc formada açıq yaşıl rəngdə tünd yaşıl zolaqlarla – 380 azn. Dəstə daxildir 2 ədəd bulud, 2 ədəd dərin bulud, 12 ədəd kasa, 12 ədəd dərin boşqablar, 12 ədəd böyük boşqab, 12 ədəd balaca boşqab, qədimi mis aş qazanları 3 ədəd – 160 azn, qədimi mis dolça – 180 azn, iki ədəd aş qabı Özbəkistana məxsus milli qablar - 160azn, soyuducu ağ rəngdə İndesit firması 560 azn, kitab şəklində açılan masa tünd qəhvəyi rəngdə - 80azn, ət çəkən maşın Panasonic firmasının – 260 azn, blender ağ rəngdə Maxwell firmasının – 46 azn, kofeüyüdən maşın Gorenye firmasının qara rəngdə - 80azn, mətbəx üçün elektron tərəzi Gorenye firması – 36 azn, soba – 120 azn, elektrik soba Davaline firmasi qara rəngdə - 140 azn, tozsovuran Samsung firması – 180 azn, mikrodalğalı soba panasonik firması – 240 azn, şəxsi əşyalar, uşağa məxsus olan sarı rəngdə velosiped oyuncaqları və digər əşyaları, şəxsi paltarlarım, ayaqqabılarım, kosmetik vasitələrin, saç üçün fen Geepas firması – 38 azn, ütü fen Braun firması – 46 azn və s. əşyalar Cavabdeh tərəfindən mənə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-31/2022 saylı, 01.03.2022-ci il tarixli qərardadına əsasən, mülki iş üzrə icraatın Bakı İnzibati Məhkəməsində mülki işə baxılıb yekun vurulana kimi dayandırılması qərara alınmışdır. Həmin qərardaddan iddiaçının prosessual hüquqi varisi tərəfindən şikayət verilərək, qərardadın ləğv edilməsi xahiş edilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" X1 Firmasının direktoru X2 məhkəməyə vəsatətlə müraciət edərək, iddiaçının əsaslandığı Suraxanı rayon İcra Hakimiyyətinin 1221 saylı, 23 iyul 1998-ci il tarixli sərəncamını Bakı İnzibati məhkəməsində mübahisələndirdiklərini və bu mübahisə ilə bağlı 16.05.2022-ci il tarixə, saat 11.15-ə məhkəmənin hazırlıq iclasının təyin edildiyini bildirmişdir. Cavabdeh "xxxx" ÇİKF-nın direktoru X2 daha əvvəl eyni məzmunla iddiaçının əsaslandığı Suraxanı rayon İcra Hakimiyyətinin 1221 saylı, 23 iyul 1998-ci il tarixli sərəncamını Bakı İnzibati Məhkəməsində mübahisələndirərək həmin inzibati aktın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1987/2020 saylı, 28.01.2021-ci il tarixli qərardadı ilə (hakim Fərid Mədətli) iddia mümkün sayılmamışdır. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1189/2021 saylı, 28.04.2021-ci il tarixli qərardadı ilə (sədirlik edən və məruzəçi - Afaq Nuriyeva, hakimlər – Cahangir Yusifov və Aidə hüseyn) iddiaçının apellyasiya şikayəti təmin edilməməsi, Bakı İnzibati Məhkəməsinin 28.01.2021-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır. İddiaçı həmin qərardaddan verdiyi kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1533/2021 saylı, 28.09.2021-ci il tarixli qərarı ilə (sədirlik edən və məruzəçi – Nigar Rəsulbəyova, hakimlər – İlqar Hüseynov və Kəmaləddin Bədəlov) iddiaçının kassasiya şikayəti təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)- 1189/2021 saylı, 28.04.2021-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçı Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının 23.07.1998-ci il tarixli, 1221 saylı sərəncamının ləğv edilməsini tələb etsə də, həmin sərəncamın onun hüquqlarına toxunmasını sübut edə bilməmişdir. Belə ki, iddiaçıya torpaq sahəsi 25.10.2001-ci il tarixli sərəncamla ayrılmışdır. Bu isə o deməkdir ki, iddiaçının 25.10.2001-ci il tarixindən əvvəl (1998-ci ildə) həmin torpaq sahəsi üzərində hər hansı bir istifadə hüququ yox idi. Yəni, Suraxanı RİH başçısının 1221 saylı, 23.07.1998-ci il tarixli sərəncamı verilərkən həmin sərəncamla üçüncü şəxsə ayrılmış torpaq sahəsinə dair iddiaçının hər hansı bir hüququ olmamışdır. Göründüyü kimi, iddiaçının əsaslandığı sərəncamın ləğvinə dair iddia irəli sürmək üçün cavabdehin subyektiv hüququ olmamışdır. Həmçinin cavabdehin hazırda həmin sərəncamın etibarsız hesab edilməsi ilə bağlı iddia irəli sürməyə də heç bir subyektiv hüququ yoxdur. Sərəncamın ləğv edilməsi ilə etibarsız hesab edilməsi fərqli hüquqi məna daşısa da, hazırki mübahisədə cavabdeh "xxxx" ÇİKFnın ümumiyyətlə iddiaçının əsaslandığı inzibati aktın mübahisələndirməsinə subyektiv hüququ olmadığını Ali Məhkəmə öz yekun qərarında təsdiq etmişdir. Cavabdehin Bakı İnzibati Məhkəməsinə iddia tələbi ilə müraciət etməsinin əsas məqsədi, hazırki mülki işin uzadılması və bu müddət ərzində zəbt etdiyi iddiaçıya təhkim olunmuş torpaq sahəsindən qanunsuz faydalanmaqdır. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-31/2022 saylı, 01 mart 2022-ci il tarixli qərardadı ləğv edilməli və mülki işin icraatı təzələnməlidir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-31/2022 saylı, 05 mart 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, məhkəmənin hazırlıq iclasında İddiaçı məhkəməyə yazılı ərizə təqdim edərək, cavabdehlə barışdığını bildirib, iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışına hazırlıq mərhələsində iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Kollegiya qeyd edir ki, iddiaçının iddia ərizəsini könüllü olaraq geri götürməsi mübahisə doğurmur. İddiaçının iddia ərizəsini geri götürmə ilə bağlı verdiyi ərizə onun iradəsini ifadə etdiyindən, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarmaqda haqlı olmuşdur. Məhkəmə kollegiyası cavabdeh tərəfindən həmin qərardaddan verilmiş şikayətin dəlillərinə münasibətdə qeyd edir ki, həmin şikayətdə 23.11.2021-ci il tarixli qərardadın ləğv edilərək işə mahiyyəti üzrə baxılması zərurətinin nədən ibarət olması əsaslandırılmamışdır. Sadalanan xüsusatlara əsasən, kollegiya hesab edir ki, iddia ərizənin geri götürülməsinə dair ərizə iddiaçı tərəfindən könüllü şəkildə verildiyindən mübahsələndirilən qərardadın ləğvi üçün əsaslar mövcud deyildir. Qeyd olunan qanunvericilin tələblərinə və işin hallarına əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslı olmuşdur. Odur ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-6231/2021 saylı, 23.11.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Anar Tanrıverdiyeverdiyev
Məhkəmə qərarları › İş №2(103)-3559/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3559/2022
29.04.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver