Məhkəmə qərarları › İş №2(103)-3563/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3563/2021

08.04.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3563/2021 08.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Səmədov Tofiq Səməd oğlunun sədrliyi və məruzəsi ilə Şirinov İkram Sabir oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə İsmayılova Günel Rza qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2na qızına qarşı geyim, qızıl-zinət əşyalarının naturada və ya onların dəyərinin, qız və oğlan toyunun albomlarının qaytarılması tələbinə dair iddia ərizəsi üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı Hüseynova (Baxışlı) Minarə Elçin qızı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(010)- 2633/2020 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2na qızına qarşı geyim, qızılzinət əşyalarının naturada və ya onların dəyərinin, qız və oğlan toyunun albomlarının qaytarılması tələbinə dair iddia tələbləri qismən təmin edilmişdir. Həmin qətnamədən İddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı şəhər Suraxanı rayon məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli 2(010)-2633/2020 saylı qərardadı ilə Bakı şəhər Suraxanı rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(010)-2633/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Daha sonra iddiaçı Baxışlı (Hüseynova) Minarə Elçin qızı vəsatətlə məhkəməyə müraciət edərək, Bakı şəhər Suraxanı rayon məhkəməsinin xx xxxxxx 2021- ci il tarixli 2(010)-2633/2020 saylı qərardadının ləğv edilməsi və Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(010)-2633/2020 saylı qətnaməsindən verilmiş apelyasiya şikayəti üzrə prosessual müddətin buraxılmamış hesab edilməsi və mülki işin baxılması üçün Bakı Apelyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qərardadı ilə Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli 2(010)- 2633/2020 saylı qərardadı ləğv edilmiş, iddiaçı Baxışlı (Hüseynova) Minarə Elçin qızının Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(010)-2633/2020 qətnaməsindən apelyasiya şikayəti verilməsi üçün prosessual müddət buraxılmamış hesab edilmişdir. İddiaçı Baxışlı (Hüseynova) Minarə Elçin qızının Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(010)- 2633/2020 saylı qətnaməsindən verdiyi apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya məhkəməsinə göndərilmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq iddiaçı , onun səlahiyyətli nümayəndəsi kollegiyanın iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kollegiya hesab edir ki, Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı Hüseynova (Baxışlı) Minarə Elçin qızı tərəfindən verilmiş apellyasiya şikayətlərinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli, apellyasiya şikayəti geri qaytarılması üçün mülki iş birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qərardadı ilə həmin Məhkəmənin xx xxxxxx 2020-ci il tarixli il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün prosessual müddət buraxılmamış hesab edilmişdir. Birinci instansiya məhkəməsi ziyanına qərardad çıxarılmış cavabdehlər Cavabdeh1 və Cavabdeh2na qızının şikayət vermək hüquqlarını nəzərə almayaraq şikayət vermə müddətini gözləmədən mülki işi Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 396.1-ci maddəsinə əsasən şikayət birinci instansiya məhkəməsinin qərardadı rəsmi qaydada verildikdən sonra 10 gün müddətində birinci instansiya məhkəməsinə verilə bilər. Həmin Məcəllənin 366-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir(366). Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər(366.2). Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 363, 366 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldi: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı Hüseynova (Baxışlı) Minarə Elçin qızı tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. Qərardaddan 10 gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar