Məhkəmə qərarları › İş №2(103)-3589/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3589/2023

12.07.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması - Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3589/2023 12.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı qəyyumu Qanuni nümayəndə Cavabdeh qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: mirasın qəbul edilməsi müddətinin ötürülməsinin üzürlü hesab edilməsi, vərəsə kimi tanınmaq, miras əmlakın bölünməsi və verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi tələbi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Bəhrəmzadə Sabit Xanlar oğlu (sədrlik edən və məruzəçi), Həsənov Elnur Məmmədsaat oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Ağalı Leyla Rasim qızının katibliyi, İddiaçı qəyyumu Qanuni nümayəndə, Cavabdeh vəkili X24, Cavabdeh nümayəndəsi X13 iştirakları ilə, İddiaçı qəyyumu Qanuni nümayəndə Cavabdeh qarşı «mirasın qəbul edilməsi müddətinin ötürülməsinin üzürlü hesab edilməsi, vərəsə kimi tanınmaq, miras əmlakın bölünməsi və verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(002)-132/2023 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, 12 iyul 2023-cü il tarixində açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları

1. Ailədə 8 qardaş və bacı olmuşlar. ünvan 1 ünvanda valideynləri ilə birlikdə yaşamışlar və qeydiyyatda olmuşlar. X8 xx.xx.1979-cu ildə, atası X14 xx.xx.2004-cü il tarixdə vəfat etmişdir. Atasının vəfatından sonra Bakı şəhəri 8 saylı Dövlət notariat ofisinə qardaşı X9 müraciəti əsasında 2005-ci ildə 28/2005 saylı vərəsəlik işi açılmış və qardaşı X12 vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Şəhadətnamə verilərkən vərəsələrin dairəsi müəyyənləşdirilməmiş, qanun üzrə 1-ci növbə vərəsə olan digər qardaş və bacılar olmasına baxmayaraq, miras qoyanın vərəsəsi kimi yalnız X15 nəzərə alınmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçı qəyyumu Qanuni nümayəndə Cavabdeh qarşı «mirasın qəbul edilməsi müddətinin ötürülməsinin üzürlü hesab edilməsi, vərəsə kimi tanınmaq, miras əmlakın bölünməsi və verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1971-ci il tarixdə doğulmuş, fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş və buna görə də, üzərində qəyyum təyin edilmiş, ünvan 1 ünvanda rəsmi qeydiyyatda olan və yaşamış İddiaçı atası X10 vəfatından sonra qalmış miras əmlakın qəbul edilməsi müddətinin ötürülməsini üzürlü hesab etməklə, vərəsə kimi tanınması, miras əmlakın bölünməsi və verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. Sonradan, İddiaçı qəyyumu Qanuni nümayəndə Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, mirasın qəbul edilməsi müddətinin ötürülməsinin üzürlü hesab edilməsi; vərəsə kimi tanınaraq, miras əmlakın bölünməsi və verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamənin qismən etibarsız hesab edilməsi, həmin vərəsəlik haqqında şəhadətnamə üzrə qardaşı X12 miras qalmış və onun ölümündən sonra özgəninkiləşdirilmiş əmlakdan əldə edilmiş pul vəsaitinin 1/8 hissəsinin Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia tələbini onunla əsaslandırılmışdır ki, X15 adına keçirdiyi ünvan 2 ünvanda yerləşən mənzili 2014-cü ildə satmışdır. Mənzili hansı qiymətə satdığı belə məlum deyil. Vərəsəlik işi açılarkən atasının xüsusi mülkiyyətində olan mənzilin yerləşdiyi ünvanda daimi pasport qeydiyyatında olmuşlar. Miras qoyandan vəsiyyətnamə olmamışdır. Qanun üzrə birinci növbə vərəsə olan qardaşlardan Adil, Hacıbaba, bacılarından Nəsibə vəfat etmiş, Namik, Sevda, Pərvanə adlı qardaş və bacıları sağdırlar. Göstərilən vərəsələr içərisində bacısı İddiaçı xx.xx.1971-ci il tarixdə doğulmuşdur. Anadangəlmə əlildir və ona xx.xx.1987-ci ildə İ qrup üzrə ömürlük əlillik verilmişdir. O, atasının və anasının sağlığında və sonuncuların ölümündən sonra da qeyd edilən ünvanda yaşamışdır. Sağlamlıq baxımından digərlərinin qulluğuna ehtiyacı olduğundan atasının himayəsində olmuşdur. Lakin qardaşı Əhmədağa vərəsəlik işi ilə əlaqədar 8 saylı notariat ofisinə müraciət edərkən onlara məlum olmayan səbəblərdən əlil bacısı Pərvanə təqdim edilən arayışa vərəsə kimi daxil edilməmiş və vərəsəliyə çağırılmamışdır. Halbuki, Pərvanə onlarla birlikdə yaşamışdır. Qardaşı Əhmədağa xx.xx.2005-ci il tarixli 7E-3474 reyestr nömrəli ərizəsində də atasının yeganə vərəsəsi olduğunu göstərmişdir. Əhmədağa Rüstəmov vərəsəlik yolu ilə adına keçirdiyi sözügedən mənzili 2014-cü ildə Bakı şəhəri 8 saylı notariat ofisində satmışdır. Həmin mənzili satdıqdan sonra ünvan 3 ünvanda yerləşən mənzili 2014-cü ildə almış və əlil bacısı Pərvanə də daxil olmaqla ailəsi ilə birlikdə həmin mənzilə köçmüş və orada yaşamışdır. Qardaşı Əhmədağa 2018-ci il tarixdə vəfat etdikdən sonra qardaşının arvadı Cavabdeh ünvan 3 ünvanda yerləşən mənzili içərisində olan bir sıra əşyalarla birlikdə ər-arvad X28 və X21 55.000 manata satmışdır. Bildirir ki, 2005-2019-cu il müddətində bacısı Pərvanənin pensiyası qardaşı və onun arvadı Cavabdeh tərəfindən alınmış və öz ehtiyaclarına xərclənmişdir. Qeyd edilən mənzili satdıqdan sonra İ qrup əlil olan bacısı İddiaçı Cavabdeh tərəfindən evdən qovulmuşdur və onlarla bütün əlaqələr kəsilmişdir. Faktiki olaraq qardaşı X9 və onun vəfatından sonra arvadı Cavabdeh qanunsuz hərəkətləri nəticəsində vərəsəlik hüququ pozulmuş, bacısı İddiaçı xəstəliyi (əlilliyi), onun psixoloji durumu, vərəsə kimi mülki qanunvericiliklə müəyyən edilmiş tələblərə (qaydalara) əməl etməyə imkan verməmişdir. Bacısının anadangəlmə xəstə olması, İ qrup ömürlük pensiyası təyin edilməsi, habelə onun fəaliyyət qabiliyyətsizliyi məhkəmə tərəfindən nəzərə alınmalıdır. Belə bir psixoloji durumda olan şəxs tərəfindən vərəsəlik, vərəsə kimi pay almaq haqqında düşünmək absurd bir fikirdir. Digər bacı və qardaşları da hərəkətsizlik göstərmişlər. Bacısı İddiaçı vətəndaş olaraq pozulmuş hüquqlarının bərpası məqsədi ilə qanunvericiliyə uyğun Qaradağ rayon Məhkəməsinə müraciət etmişdir. Qaradağ rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(002)-808/2021 saylı qətnaməsi ilə İddiaçı fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. 08 iyul 2021-ci il tarixdə Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyətinin başçısının 169 saylı sərəncamı ilə onun üzərində qəyyum təyin edilmişdir. Atasının vəfatından sonra qanun üzrə birinci növbə vərəsələrin, xüsusilə fəaliyyət qabiliyyəti olmayan, üzərində qəyyum təyin edilmiş bacısı İddiaçı qanuni maraq və mənafeləri kobud şəkildə pozulmuşdur. Vərəsəlik işi açılarkən və mənzil satılarkən təqdim edilmiş sənədlərdə bilərəkdən Pərvanə barədə məlumat göstərilməmişdir. Hesab edir ki, mərhum qardaşları X9 və onun vəfatından sonra arvadı Mətanətin hərəkətləri əsassız varlanmağa yönəlmişdir. Qanun üzrə birinci növbə vərəsə olan, fəaliyyət qabiliyyəti olmayan, bu səbəbdən üzərində qəyyum təyin edilmiş bacısı İddiaçı tərəfindən mirasın faktiki qəbul edilməsinə qardaşı Əhmədağa kimi onunla birlikdə vaxtında əməl etmişdir. Lakin onun iradəsindən asılı olmayan səbəblərdən, habelə bilərəkdən ona çatacan miras payından qardaşı Əhmədağa və onun arvadı Cavabdeh tərəfindən məhrum edilmişdir. Halbuki, əgər vəsiyyətnamə olsaydı belə və vəsiyyətnamədə miras qoyanın himayəsində olmuş və özlərini müstəqil saxlaya bilməyən əmək qabiliyyəti olmayan şəxslərin adları göstərilməmişdirsə (çəkilməmişdirsə) onlar mirasdan dolanacaq təminatı (alimentlər) tələb edə bilərlər. İşin faktiki halları Pərvanənin vərəsəlik hüququnun kobud şəkildə pozulmasını şəksiz sübut edir. Digər vərəsələr tərəfindən mirasdan imtina olunmamışdır. Vərəsəlik hüquqları pozulmuş bacısı İddiaçı sağlamlığına, psixoloji durumuna, habelə ailə daxili münaqişələrə görə vərəsə kimi mirasdan pay almamışdır. Məhkəmə işə baxarkən qeyd edilən halları tam araşdırıb ədalətli hüquqi qiymət verməlidir. Vərəsəlik qaydasında atasının əmlakını ələ keçirmiş qardaşı Əhmədağanın sağlığında və onun ölümündən sonra həmin əmlakdan öz xeyrinə qanunsuz istifadə etmiş Cavabdeh əməlinə hüquqi qiymət verilməlidir. Onlar ataları X14 ilə həmişə mehriban münasibətdə və təmasda olmuşlar, ona qulluq göstərmiş, xüsusilə bacısı Pərvanə atasının yanında yaşadığından, tez-tez onlara baş çəkmişlər. Hesab edir ki, yaşayış evi, maddi təminatı, habelə fəaliyyət qabiliyyəti olmayan, İ qrup əlil İddiaçı taleyinin hüquqi yolla həll edilməsi zəruri və vacibdir.

5. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(002)-132/2023 saylı qətnaməsi ilə (hakim Əsədov Kamran) iddia tələbi qismən təmin edilmiş, Bakı şəhəri 8 saylı Notariat Ofisi tərəfindən X9 adına verilmiş xx.xx.2005-ci il tarixli, 2V-İ 70 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə qismən etibarsız hesab edilməsi, Həmin vərəsəlik hüququ haqqında şəhadətnamə üzrə X12 atası X6 miras qalmış və onun tərəfindən sağlığında özgəninkiləşdirilmiş mənzilin satışından əldə edilmiş 41.800 manat məbləğində pulun 1/8 hissəsini təşkil edən məbləği mərhumun arvadı-vərəsəsi, Cavabdeh 5.225 manat məbləğində hissəsi tutularaq İddiaçı (qəyyumu Qanuni nümayəndə) verilməsi qət edilmişdir.

Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

b) Apelyasiya şikayətinin dəlilləri:

6. Qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılması xahiş edilmişdir.

7. Apelyasiya şikayətində qeyd edilmişdir ki, iddiaçının vəkilinə 8 saylı notariat ofisindən sorğusuna verilən cavabdan da görünür ki, iddiaçılar X10 ölümündən sonra, yəni xx.xx.2004-cü il tarixdə X1 miras qalmış əmlaka dair onun ərindən başqa heç kim notariat ofisinə müraciət etməmişdir. Bu özü onu göstərir ki, vərəsələr arasında razılaşma olmuş ərimin atasından miras qalmış ev ərinin adına keçəndən sonra satılaraq vərəsələr arasında bölünmüşdür. Hazırkı mübahisəli ev 2014-cü ildə satılmış, 2018-ci ildə isə əri vəfat etmişdir. Həmin müddətdə evin satışından əldə olunmuş vəsaitin tələb edilməməsi onu sübut edir ki, iddiaçının nümayndəsi evin satılmasına razı olmuş və payını almışdır. Evin satışından 9 il keçəndən sonra,ərinin vəfatından 5 il sonra iddiaçının ondan tələb etməsi tam əsassızdır. Məhkəmə onun əriylə birgə nikah dövründə əldə edilmiş evin miras əmlak saymış, həmin əmlakın sonradan alınmasını və həmin evlə iddiaçıların heç bir əlaqəsi olmadığını və atalarından miras qalmış əmlakı ərinin sağlığında iddiaçılarla razılaşaraq satmasının aydınlaşdırmamışdır. Məhkəmə öz qətnaməsində iddiaçının birinci növbədə vərəsəi olmasını əsaslandırmışdır. Lakin məhkəmənin gəldiyi nəticə iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar tam aydınlaşdırılmamışdır. Miras əmlak hesab edilən ev onun əriylə birgə nikah dövründə alınmış əmlak olmamışdır. Ərinin vafatından sonra o və övladları vərəsə olmamışdır. Mərhum ərindən bizə heç bir miras əmlak qalmamışdır. Mərhum ərinə görə ona heç bir miras əmlak qalmadığı halda onun iddiaçıya pul ödəməyi tam əsasızdır. Məhkəmə işə baxarkən onların birgə nikah dövründə aldıqları əmlaka iddiaçılarını vərəsə kimi tanınması işin faktiki hallarına uyğun deyildir. Həmçinin məhkəmə iclasında iddiaçının nümayəndəsi tərəfindən dəfələrlə dəqiqləşdirmə ərizəsi yazılmış, həmin ərizələr məhkəmə hazırlıq iclasında deyil, baxış iclasında heç bir əsas olmadan təqdim edilmişdir.

c) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri:

8. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.

Proses iştirakçılarının izahatı:

10. Məhkəmə iclasında iştirak edən Cavabdeh vəkili X30 apellyasiya şikayətini müdafiə edərək qeyd etdi ki, sözügedən əmlak Mətanət xanımın yoldaşı Rüstəmov Əhmədağaya atasından vərəsəlik hüququ əsasında keçmişdir. Həmin əmlak varis kimi qardaşına keçərkən digər bacı və qardaşlar heç bir narazıçılıq bildirməmişdirlər. Mülki qanunvericiliyə əsasən vərəsəlik iddiası üçün müddət də çoxdan ötürülmüşdür. 11.Məhkəmə iclasında iştirak edən İddiaçı qəyyumu Qanuni nümayəndə qeyd etdi ki, apellyasiya şikayəti əsassızdır. 2004-cü ildə atası rəhmətə getdikdən sonra qardaşı öz ailəsi ilə birgə yaşamağa davam etmişdir. Ata ocaqları olan evin qardaşının mülkiyyətinə keçməsindən xəbərləri olmamışdır. Buna baxmayaraq əvvəldən ataları ilə yaşamışdır. Mirası qardaşı ilə birlikdə iddiaçıda da faktiki olaraq qəbul etmişdir. Sonradan həmin evi satarkəndə əldə edilən puldan iddiaçıya verilməmiş özlərinə sərf edilərək ev almışlar. Apelyasiya baxışının hədləri.

13. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

14. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

15. Qətnamədən iddiaçı apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirdiyindən qətnamə bütövlükdə yoxlanılır.

Tətbiq edilən hüquq:

Azərbaycan Respublikası Mülki Məcəlləsi:

16. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

17. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.

18. Maddə 1145. Miras fıziki şəxsin ölümü və ya məhkəmə tərəfındən ölmüş elan edilməsi ilə açılır. Miras qoyanın öldüyü gün və ya fıziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.

19. Maddə 1157. Əgər bir neçə vərəsə vardırsa, miras vərəsələr arasında bölüşdürülənədək vahid əmlak şəklində bütün vərəsələrə mənsubdur. Bu əmlakdan sonuncu xəstəliyi zamanı miras qoyana qulluq və onun müalicəsi, dəfn, mirasın mühafizəsi və idarə edilməsi, əmək haqqı verilməsi və vəsiyyətin icrası üçün lazımi xərclər ödənilə bilər. Bu tələblər mirasın dəyərindən, həm də bütün başqa tələblərə, o cümlədən ipoteka və digər girovla təmin edilmiş tələblərə nisbətən üstün qaydada ödənilməlidir.

20. Maddə 1159.1.1. Ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı birinci növbədə bərabər pay hüquqlu vərəsələr sayılırlar

21. Maddə 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar.

22. Maddə 1159.1.4. Sonuncuların nəvələri, nəticələri və uşaqları, əgər onların valideynləri mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər.

23. Maddə 1160. Əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir.

24. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.

25. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

26. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.

27. Maddə 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.

28. Maddə 1248.1. Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(002)-132/2023 saylı qismən - Bakı şəhəri 8 saylı Notariat Ofisi tərəfindən X9 adına verilmiş xx.xx.2005-ci il tarixli, 2V-İ 70 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə qismən etibarsız hesab edilməsi hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə həmin hissədə iddia tələbi təmin edilməməli, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

30. İş materiallarında olan Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(002)-808/2021 saylı qətnaməsindən görünür ki, ərizəçi Qanuni nümayəndə maraqlı şəxs Qaradağ rayon İcra Hakimiyyətinə qarşı «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» tələbinə dair ərizəsi təmin edilmiş, İddiaçı fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. Bundan sonra müvafiq icra hakimiyyti orqanının qərarı ilə Qanuni nümayəndə iddiaçının üzərində qəyyum təyinedilmçişdir.

31. İş materiallarında olan Bakı şəhəri 8 saylı notariat ofisinin xx.xx.2022-ci il tarixli 1140 saylı məktubundan görünür ki, X10 xx.xx.2004-cü il tarixdə ölümündən sonra Bakı şəhəri 8 saylı dövlət notariat kontoruna 2005-ci ildə müraciət daxil olmuş, 28/2005 nömrəli vərəsəlik işi açılmış və X2na vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. 2005-ci ildə vərəsələrin dairəsi Mənzil istismar sahələrinin və qəsəbə nümayəndəliklərinin arayışları əsasında müəyyən edilirdi. Miras qoyanın X2 miras qalmış əmlaka vərəsəlik işi açdırarkən Qaradağ rayon MKTB 132 saylı MKİS-in xx.xx.2005-ci il tarixli 2394 nömrəli arayışını təqdim etmişdir. Həmin arayışda miras qoyanın yalnız X2 göstərilmişdir. Miras qoyanın X2 ölənin yeganə vərəsə olması barədə xx.xx.2005-ci il tarixli 7E-3474 reyestr saylı ərizəsində də qeyd etmişdir. Miras qoyanın X2 adına keçirdiyi ünvan 2 ünvanda yerləşən mənzili 2014-cü ildə ünvan 4radağ rayon Mənzil Kommunal Təsərrüfat Birliyi 132 saylı MKİS-dən xx.xx.2014-cü il tarixdə aldığı 18 nömrəli arayışı təqdim etmişdir. Həmin arayışa əsasən ünvan 2 ünvanda yerləşən mənzildə adları arayışda qeyd olunan şəxslərdən razılıq ərizələri alınmışdır. Bu günkü günə qədər xx.xx.2004-cü il tarixdə vəfat etmiş X6 miras qalmış əmlaka dair X2ndan başqa digər vərəsələri mirasın qəbulu ilə bağlı notariat ofisinə müraciət etməmişlər.

32. İş materiallarında olan 132 saylı MKİS-in 24 may 2022-ci il tarixli 500 saylı məktubundan görünür ki, X15 mərhum atasının adına olan Bakı şəhəri Qaradağ rayonu Ələt qəsəbəsi Eduard İmanov küçəsi 1 saylı evin 59 saylı mənzilini öz adına keçirib və xx.xx.2014-cü il tarixdə X5. Hal-hazırda mənzil X18 məxsusdur. Qaradağ RPİ-dən 132 saylı MKİS-ə vətəndaşların qeydiyyata düşmə və çıxma haqqında məlumat verilmədiyi üçün yuxarıda qeyd olunan ünvanda kimlərin qeydiyyatda olduqları barədə dəqiq məlumatları yoxdur.

33. İş materiallarında olan Bakı şəhəri Tİ və MHQİ tərəfindən verilmiş 29 sentyabr 2005ci il tarixli ÖM seriyalı 247430 saylı qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri Qaradağ rayonu Ələt qəsəbəsi Eduard İmanov küçəsi 1 saylı evin 59 saylı mənzili xüsusi mülkiyyət kimi X9 adına qeydiyyata alınmışdır.

34. İş materiallarında olan 24 yanvar 2014-cü il tarixdə bağlanmış AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsindən görünür ki, X15 özünə məxsus olan Bakı şəhəri Qaradağ rayonu Ələt qəsəbəsi Eduard İmanov küçəsi 1 saylı evin 59 saylı mənzilini X18 41800 manata satmışdır.

35. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 28 yanvar 2014-cü il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri Qaradağ rayonu Ələt qəsəbəsi Eduard İmanov küçəsi 1 saylı evin 59 saylı mənzili xüsusi mülkiyyət kimi X16 adına daşınmaz əmlakın dövlət reyestrində 2054 saylı reyestr kitabının 189937 saylı vərəqində qeydiyyata alınmışdır.

36. İş materiallarında olan 132 saylı MKİS-in 25 may 2022-ci il tarixli arayışından görünür ki, Qaradağ rayon Polis İdarəsinin pasport qeydiyyat portalında xx.xx.1965-ci il təvəllüdlü Qanuni nümayəndə ünvan 5 ünvanda xx.xx.2016-cı ildən, xx.xx.1971-ci il təvəllüdlü İddiaçı xx.xx.2021-ci il tarixdən qeydiyyatdadırlar.

37. İş materiallarında olan 132 saylı MKİS-in 30 may 2005-ci il tarixli arayışından görünür ki, X9 atası X14 vəfat edənədək ünvan 5 ünvanda aşağıdakı ailə üzvləri ilə birgə yaşamışdır: 1. X2. 2. Gəlini Cavabdeh. 3. X3. 4. X4. 5. X11.

38. İş materiallarında olan Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2022-ci il tarixli ******* saylı arayışdan görünür ki, İddiaçı 03 oktyabr 2005-ci il tarixdən ünvan 5 ünvanda qeydiyyatdadır

39. İş materiallarında olan 132 saylı MKİS tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli 2 saylı forma üzrə arayışdan görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdən ünvan 5 ünvanda müvəqqəti qeydiyyatda olan şəxs kimi göstərilmişdir.

40. İş materiallarında olan təqdim olunmuş şəhadətnamələrdən görünür ki, İddiaçı miras qoyan X10 doğma qızı, qəyyum Qanuni nümayəndə bacısı, Cavabdeh baldızıdır.

41. Kollegiya qeyd edirki, Bakı şəhəri 8 saylı Notariat Ofisi tərəfindən X9 adına verilmiş xx.xx.2005-ci il tarixli, 2V-İ 70 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə qismən etibarsız hesab edilməsi hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab etmir. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, artıq miras əmlak olan ev iddiaçının qardaşı X15 tərəfindən satılmaqla özgəninkiləşdirilmişdir. Bu baxımdan həmin şəhadətnamənin qismən etibarsızlığı həmin mənzilə münasibətdə hissəvi miras əmlak kimi pay hüququnun yaranmasına əsas verən haldır. Bu halda isə həmin mənzili miras əmlak hesab olunduğu kimi, onun satışından əldə edilən əmlak olan əşya, yəni pulda miras əmlak kimi qiymətləndirilməklə onun müvafiq hissəsinin iddiaçıya verilməsi ilə əmlak üzərindəki pay hüququnun bərpa edilməsi mümkündür. Bu baxımdan kollegiya hesab edir ki, həmin hissədə qətnamə ləğv edilməklə iddia tələbi həmin hissədə təmin edilməməlidir.

42. Lakin məhkəmə kollegiyası hesab edir ki, digər hissələrdə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmaqla apellyasiya şikayətinin dəlilləri həmin hissədə qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz.

43. Belə ki, sözügedən mənzildə hazırki iş üzrə iddiaçı daimi atasının sağ olduğu dövrdə də, o cümlədən qardaşının yaşadığı dövrdə də fasiləsiz olaraq yaşamış və miras əmlakı hər bir halda faktiki olaraq qəbul etmişdir. Miras əmlakın qəbulu ya notariat orqanına müraciət etməklə, ya da fakti qəbul edilm yolu ilə mümkündür. Hazırki halda isə iddiaçı miras əmlakı faktiki qəbul etmişdir. Lakin onun sağlamlıq vəziyyəti yol vermədiyindən sənədləşdirmə üçün hər hansı bir müraciəti olmamamışdır. Hazırda da işdən göründüyü kimi, iddiaçı fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməklə bacısı onun üzərində qəyyum təyin edilmişdir. İşin mübahisəsiz halıdır ki, həmin ev iddiaçının qardaşı tərəfindən satılmış, bacısı olan iddiaçıya isə pul formasında hər hansı bir məbləğ verməmişdir. Mənzilin satılması zamanı da hazırki cavabdehlə nikahda olmuşdur. Yəni həmin məbləğin əldə edilməsi zamanı birgə təsərrüfat aparmışlar. Cavabdeh tərəfin özünündə bildirməsinə görə həmin məbləğin üzərinə əri tərəfindən pul alınıb əlavə edilməklə sənədi olmayan başqa bir ev almışlar. Yəni həmin vəsait onların öz yaşamaları və şəraitləri üçün xərclənmişdir. Bu baxımdan iddiaçının miras əmlak kimi mənzilin satışından əldə edilmiş pula münasibtədə pay hüququ bərpa edilməklə cavabdehdən alınaraq ona verilməlidir. Məhkəmədə haqlı olaraq bu prizmadan yanaşmaqla iddiaçının mərhum atasından qalan mənzilin satışından əldə edilən pula (41800) münasibətdə bacı qardaşlar nəzərə alınmaqla 1/8 hissədə pay hüququ olan 5225 manatı mərhum qardaşının vərəsəsi olan arvadı iş üzrə Cavabdeh alınaraq iddiaıya ödənilməsi qənaətinə gəlmişdir.

44. Eyni zamanda kollegiya qeyd edir ki, məhkəmə haqlı olaraq iddia müddətinin tətbiqi barədə ərizəyə münasibətdə müddətin ötürülməməsi qənaətinə gəlmişdir. Belə ki, əvvəla yuxarıda qeyd edildiyi kimi iddiaçı tərəfindən atadan qalan miras əmlakı faktiki qəbul etmişdir. Həmçinin, işdən göründüyü kimi, iddiaçı İ qrup ömürlük əlil olmaqla, kənar şəxsin qulluğuna, qayğısına ehtiyacı olan şəxsdir. Müstəqil şəkildə hüquqları müdafiə etmək imkanına malik olmamışdır. Hazırki iddia ilə də müraciət etməsi yalnız onun üzərində bacısı Qanuni nümayəndə qəyyum təyin olunmasından sonra olmuşdur.

45. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(002)- 132/2023 saylı qismən - Bakı şəhəri 8 saylı Notariat Ofisi tərəfindən X9 adına verilmiş xx.xx.2005-ci il tarixli, 2V-İ 70 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə qismən etibarsız hesab edilməsi hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə həmin hissədə iddia tələbi təmin edilməməli, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

46. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384, 392, 393cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası,

Qət etdi:

Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(002)-132/2023 saylı qismən - Bakı şəhəri 8 saylı Notariat Ofisi tərəfindən X9 adına verilmiş xx.xx.2005-ci il tarixli, 2V-İ 70 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə qismən etibarsız hesab edilməsi hissəsində ləğv edilsin. Həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilməsin. Qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar