Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-359/2022 18.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X2 (sədrliyi və məruzəsilə), İmanov Azad Nizam oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, İddiaçı və iddiaçının vəkili Vəkil1, iddiaçının nümayəndəsi Vəkil2 və Cavabdehn nümayəndəsi X4, mühabisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh X11rşı “əmrin ləğv edilməsi” tələbinə dair Nəsimi Rayon Məhkəməsinin 2(006)- 2515/2021 saylı işi üzrə 06 may 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 30 Dekabr 2020-ci il tarixli (həmçinin, əgər mövcuddursa 06.01.2021-ci il tarixli) əmək müqaviləsinə xitam verilməsi haqqında əmrin qanunsuz hesab olunaraq ləğv olunması, iddiaçının işə bərpa edilməsi, iddiaçının əmək müqaviləsinə xitam verildiyi tarixdən işə bərpa olunduğu tarixə qədər olan dövr üçün hesablanmalı olan əmək haqqı məbləğinin tam şəkildə iddiaçıya ödənilməsi, iddiaçıya qeyri-iş günlərində işə cəlb olunduğu və əvəzi ödənilməmiş 9 gün üçün 1841,76 AZN məbləğin tam şəkildə ödənilməsi, iddiaçı tərəfindən xidmət müqaviləsi əsasında özünün birinci instansiya məhkəməsində təmsil olunması üçün ödənilmiş 1500 AZN məbləğin iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin icraatı zamanı müəyyən edilmişdir ki: İddiaçı ilə "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X16 arasında 26.12.2019-cu il tarixdən 26.12.2020-ci il tarixədək 1 il müddətinə bağlanmış 01/15 saylı, 26.12.2019-cu il tarixli əmək müqaviləsi ilə, İddiaçı Cavabdehn İnsan resursları departamentinin İnsan resurslarının idarə olunması şöbəsinin Baş mütəxəssisi vəzifəsinə işə qəbul edilmişdir; 01-15 saylı əmək müqaviləsinə 1/01 saylı əlavəsi ilə, 01-15 saylı əmək müqaviləsinin 4.1-ci bəndinə uyğun olaraq işçiyə hər ay vergilər və digər məcburi ödənişlər daxil olmaqla 2692,31 AZN məbləğində vəzifə maaşı ödənilir; "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X10 İdarə Heyətinin sədri Ramin Bayramlının 30.12.2020-ci il tarixli, 01-89 saylı əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin *b* bəndinə əsasən "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" (TƏBİB) X13 İnsan resursları departamentinin İnsan resurslarının idarə olunması şöbəsinin müdiri İddiaçı 30 dekabr 2020-ci il tarixindən tutduğu vəzifədən azad edilməsi və onunla bağlanmış 26 dekabr 2020-ci il tarixli 01-15 nömrəli əmək müqaviləsinə xitam verilməsi, işçinin 26.12.2019-30.12.2020-ci iş ili üzrə istifadə edilməmiş 20 gün əsas əmək məzuniyyətinə görə pulun əvəzinin ödənilməsi əmr edilmişdir;- 1519 saylı məktubla (12.01.2021-ci il tarixli xəbərnamə ilə) Cavabdeh tərəfindən müddətli əmək müqaviləsinə xitam verilməsinə dair əmrin surəti İddiaçı göndərilsə də, 12.01.2021 -ci il tarixdə İddiaçı məktubu qəbul etməkdən imtina etmişdir; "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X10 İdarə Heyətinin sədri Ramin Bayramlının 19.03.2020-ci i ltarixli, 01-02 saylı əmri ilə, 20-26 mart 2020-ci il tarixlərində TƏBİBin struktur bölmələrinin bütün işçilərinin növbəlilik əsasında işə cəlb olunmaları əmr edilmişdir; "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X10 İdarə Heyətinin sədri Ramin Bayramlının 22.05.2020-ci i ltarixli, 01-21 saylı əmri ilə, 25-29 may 2020-ci il tarixlərində TƏBİB-in struktur bölmələrinin bütün işçilərinin növbəlilik əsasında işə cəlb olunmaları əmr edilmişdir; 25.01.2021ci il tarixli məktubu ilə, İddiaçı əmək kitabçasını təhvil alaraq istifadəsində olan inventarı təhvil verməsi xahiş olunmuşdur; TƏBİB-in 29.01.2021 -ci il tarixli təhvil-təslim aktı ilə, "Lenova T580 İ5” markalı kompüter və "Logitech” markalı mouse İddiaçı nümayəndəsi İsa Təhməzov tərəfindən "TƏBİB” X10 EİŞ-nin müdiri Emil Abbasova təhvil verilmişdir; Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X6 Heyəti sədrinin müavini tərəfindən İddiaçı ünvanlanmış 27.01.2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, müəyyən edildiyinə görə əmək müqaviləsinin müddəti 26 dekabr 2020-ci il tarixində qurtarmış, həmin günün qeyri-iş gününə təsadüf etməsi nəzərə alınaraq 28 dekabr 2020-ci il tarixində əmək müqaviləsinə xitam veriləcəyi barədə ona şifahi xəbərdarlıq edilmiş və 30 dekabr 2020-ci il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "b” bəndi (əmək müqaviləsinin qurtarması) ilə xitam verilmişdir. 29.12.2020-03.01.2021-ci il tarixlərində əmək qabiliyyətini itirməsi ilə əlaqədar TƏBİB tərəfindən təqdim edilən məlumatda əmək müqaviləsinin qurtardığı gün işdə olduğu, əmək qabiliyyətinin itirilməsi halı müqavilə müddəti bitdikdən sonrakı dövrə düşməsi nəzərə alınaraq Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73-cü maddəsinin 2-ci hissəsinin bu hala şamil edilmədiyi bildirilmişdir. Əlavə olaraq sözügedən məsələdə əmək münasibətlərinin pozulduğunu hesab edirsə, bununla bağlı müvafiq instansiyalara müraciət edə bilər; - Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X16i tərəfindən iddiaçının tərəf olduğu müddətli əmək müqaviləsinə xitam verilməsinə dair 30.12.2020-ci il tarixli 01-89 nömrəli əmrin surəti poçt vasitəsilə İddiaçı 30.12.2020-ci il tarixdə göndərilmişdir; - İddiaçıya 25.01.2021-ci il tarixli məktubla yenidən xatırlatma edilmişdir (iş.səh.7, 13,16, 17, 19, 21,22, 72, 73, 74, 76). Bak şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 2515/2021 saylı işi üzrə 06 may 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X11rşı "əmrin ləğv edilməsi” tələbinə dair iddiası rədd edilməsi qət edilmişdir. Qətnamədə Əmək Məcəlləsinin 42, 45, 47, 68, 73, 296; Mülki Məcəllənin 375.2; Azərbaycan Respublikasının Mülki Prosesual Məcəllənin 14.2, 217.3 və 217.4-ci maddələrinə istinadən qeyd edilmişdir ki, tərəflər arasında bağlanmış əmək müqaviləsi müddətli əmək müqaviləsi olmuş, müqavilədə müəyyən edilmiş müddət 1 il təşkil etmişdir. Müqavilədə əmək müqaviləsinin müddətinin eyni şərtlərlə yalnız bir il uzadılması nəzərdə tutulduğundan, tərəflər arasındakı əmək münasibətlərinin müddəti 26 dekabr 2020-ci il tarixdə bitməli idi. 2020-ci ilin dekabrın 26-nın həftənin şənbə gününə, yəni qeyri-iş gününə təsadüf etdiyini nəzərə alan işəgötürən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə 30.12.2020-ci il tarixdə xitam vermişdir. Lakin iddia ərizəsinə əlavə edilmiş 991391 nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsindən göründüyü kimi İddiaçı 29.12.2020-ci il tarixdən 03.01.2021-ci il tarixədək əmək qabiliyyətini itirdiyi üçün əmək müqaviləsinə xitam verildiyi gün işdə olmamışdır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının iddiası əsaslıdır və mülki işin materialları ilə tam təsdiq olunur ki, iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən işəgötürən tərəfindən əmək qanunvericiliyinin (ƏM-nin 73-cü maddəsinin) tələbləri pozulmuşdur. Belə ki, Əmək Məcəlləsinin 73-cü maddəsinin 2-ci hissəsinə görə işçinin müəyyən üzrlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər.Lakin məhkəmə cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə verildiyini, həmçinin məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən Əmək Məcəlləsinin 296-cı maddəsinin ikinci hissəsində nəzərdə tutulan 1 aylıq iddia müddətini ötürdüyünü nəzərə alaraq hesab edir ki, hazırki iddia rədd olunmalıdır burada əsas məqam işçinin öz hüququnun pozulduğunu bilməsindən ibarətdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh tərəfindən iddiaçının tərəf olduğu müddətli əmək müqaviləsinə xitam verilməsinə dair 30.12.2020-ci il tarixli 01-89 nömrəli əmrin surəti poçt vasitəsilə İddiaçı 30.12.2020-ci il tarixdə göndərilmişdir. Qeyd edilən məktub poçt xidmətinin əməkdaşı tərəfindən 12.01.2021-ci il tarixdə İddiaçı təqdim edilsə də o, məktubu qəbul etməkdən imtina etmişdir. Bundan başqa iddia ərizəsinə əlavə edilmiş İddiaçı İcbari Tibbi Sığorta üzrə X6 Heyətinin sədri Zaur Əliyevə ünvanladığı 06.01.2021-ci il tarixli məktubdan görünür ki, o, TƏBİB-dən aralarında bağlanmış əmək münasibətlərinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olmadan xitam verilməsinin araşdırılmasını, pozulmuş hüquqlarının bərpa edilməsində köməklik göstərilməsini xahiş etmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı Tibbi Sığorta üzrə X6 Heyətinin sədri Zaur Əliyevə müraciət etdiyi zaman hüququnun pozulmuş olduğu barədə məlumatlı olmuş, bununla da əmək mübahisələrinin həll olunması üçün qanunvericilikdə nəzərdə tutulmuş 1 aylıq iddia müddətinin axımı həmin tarixdən başlanmışdır. Həmçinin iddiaçı qeyd edilən müddətin üzrlü səbəblərdən buraxdığını təsdiq edən hər hansı sübut məhkəməyə təqdim etməmişdir. İddiaçının qanunla müəyyən edilmiş iddia müddəti keçdikdən sonra məhkəməyə müraciət etdiyini və məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən verilmiş iddiaya etirazda iddia müddətinin keçdiyinin bildirildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia müddətinin keçməsi səbəbinə görə əmrin ləğv edilməsi və işə bərpa barədə iddia tələbləri, həmçinin həmin tələblərdən irəli gələn məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi tələbi təmin oluna bilməz. Məhkəmə iddianın işə bərpa tələbi ilə bağlı olmayan "qeyri-iş günlərində işə cəlb olunduğu üçün əvəzi ödənilməmiş 9 günə görə 1841,76 AZN məbləğin tam şəkildə ödənilməsi” hissəsi ilə əlaqədar iddia müddətinin 1 illik olduğunu nəzərə alaraq aşağıdakıları qeyd etməyi zəruri sayır. Belə ki, iş materiallarından göründüyü kimi iddiaçı qeyri-iş günlərində işləməyə cəlb olunduğuna görə son haqq-hesabın aparılması zamanı əlavə haqqın ödənilməli olduğunun cavabdeh tərəfindən nəzərə alınmamasına istinad etsə də, irəli sürdüyü dəlilləri heç bir sübut növü ilə təsdiq etməmişdir. İddiaçı apellyasiya şikayəti verərək, appelyasiya şikayətinin təmin edilməsi, Bakı Şəhər Nəsimi Rayon Məhkəməsinin 06.05.2021-ci il tarixli, 2(006)-2515/2021 nömrəli qətnaməsinin ləğv edilməsi,30 Dekabr 2020-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi haqqında əmrin qanunsuz hesab olunaraq ləğv olunması və İddiaçının işə bərpa edilməsi, idiaçının əmək müqaviləsinə xitam verildiyi tarixdən işə bərpa olunduğu tarixə qədər olan dövr üçün hesablanmalı olan əmək haqqı məbləğinin tam şəkildə İddiaçıya ödənilməsi, iddiaçıya qeyri-iş günlərində işə cəlb olunduğu və əvəzi ödənilməmiş 9 gün üçün 1841.76 A7.X- məbləğin tam şəkildə ödənilməsi,iddiaçı tərəfindən xidmət müqaviləsi əsasında özünün hüquq və təmsilçilik xidməti alınası üçün ödədiyi 1500 AZN məbləğin, habelə ödənilmiş 45 (30+15 AZN) AZN dövlət rüsumunun İddiaçıya ödənilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Şikayətdə qeyd edilmişdir ki, məhkəmə tərəfindən iddia müddətinin tətbiq edilməsi qanunsuzdur və iddiaçı tərəfindən iddia müddətinin ötürülməsi ilə bağlı həm heç bir mötəbər sübut mövcud deyildir, həm də müddət ötürülməmişdir. Məhkəmənin iddia müddətinin ötürülməsi ilə bağlı yanaşması tamamilə qanunsuzdur və iddia müddətinin ötürülməsini təsdiq edən həm heç bir mötəbər sübut mövcud deyildir, həm də müddət ötürülməmişdir. Cavabdeh iddia elmişdir ki, iddiaçıya əmək müqaviləsinə xitam verilməsi barədə əmrin surəti 12.01.2021-ci ıl tarixdə çatdırılmışdır. Lakin, iddiaçı həmin məktubun qəbul edilməsindən imtina etmişdir. Bu məlumatın həqiqi olmadığı məhkəmənin nəzərinə çatdırılmış və bu faktı sübut edən heç bir sənədin məhkəməyə təqdim olunmadığı bildirilmişdir. Reallıqda isə, həmin tarixdə iddiaçı evdə olmamış və evdə olan digər şəxslər başqa bir şəxsə aid olan göndərişi götürməkdən imtina etmişdirlər. Cavabdeh tərəfindən məhkəmə sənədlərinə əlavə olunmuş xəbərnamədə də, məhz iddiaçının bu məktubdan imtina etməsi ilə bağlı hər hansı bir qeyd mövcud deyildir. Əlavə olaraq, həmin göndərişin içində hansı sənədlərin mövcud olması barədə də hər hansı bir məlumat mövcud deyildir. Yəni, iddiaçı həmin göndərişi ümumiyyətlə görməmişdir və iddaçı tərəfindən ümumiyyətlə görülməyən, habelə içində nə olduğu bilinməyən bir göndərişin müddət axımını başlatmalı olduğu barədə iddia tamamilə əsassızdır. Hakim qətnamədə qeyd edir ki, əmr göndərilsə də, 12.01.2021 - ci il tarixdə İddiaçı məktubu qəbul elməkdən imtina etmişdir. Hakim necə bu nəticəyə gəldi ki, məhz İddiaçı məktubu qəbul etməkdən imtina etmişdi??? İddiaçı məhkəmə iclasında şəxsən bildirmişdir ki, məktub ona təqdim edilməyib. Hətta xəbəmamədə də, ‘‘imtina edilib” qeydi yazılıb. Azərbaycan dilində baza bilikləri olan şəxs də bilir ki, 'imtina edilib” ifadəsi imtina edəni yox, hərəkəti bildirir. İkincisi də, hakim necə bu nəticəyə gəldi ki, o məktubun içində məhz əmr olub??? Axı cavabdeh ondan sonrakı mübahisəsiz yazışmalarında bildirir ki, sənədlər məhz intentar geri qaytarıldıqdan sonra veriləcək. Məsələnin hüquqi aspekti barədə bildirmək istərdilər ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinə görə, fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar eldiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Hüququnun pozulmasının aşkar edildiyi gün işçiyə müvafiq əmrin, sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdir ilmədən biləbilə qətdən pozulduğu gündür.Qeyd edilən normanın mənasından da göründüyü kimi, hüququnun pozulmasının aşkar edildiyi günün müəyyən olunması üçün maddədə qeyd edilmiş hər üç halın hamısı eyni zamanda mövcud olmalıdır. Azərbaycan Respublikasında olan məhkəmə təcrübəsində də geniş yayılmışdır. Buna nümunə olaraq, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 2(103)-7434/2016 saylı, 19 sentyabr 2016-cı il tarixli və 2(103)-1267/2016 saylı, 15 mart 2016-cı il tarixli qətnamələrini göstərmək olar. Hazırkı işlə bağlı olan məsələdə isə nəinki müddəada qeyd edilən üç halın hamısı, heç bir hal mövcud deyildir. Məhkəmənin məsələyə qanunsuz yanaşması ilə bağlı mövqey üçün ilk öncə hakimin məhkəmə qətnaməsindəki yanaşmasına nəzər yetirmək lazımdır. Yəni, qeyd edilən sənədlər təqdim olunmadan. İddiaçı hüququnun pozulduğunu ehtimal etsə belə, yalnız sənədləri əldə etdikdən və oradakı qanun pozuntularını gördükdən sonra həmin pozuntunu mübahisələndirə bilər. Birinci instansiya məhkəməsində də məhkəmənin diqqətinə hadisələrin xronologiyasını yenidən çatdırırlar: 29.12.2020-ci il tarixdə iddaçı xəstələnərək, 29.12.2020 - 03.01.2021-il tarixləri arasında əmək qabiliyyətini itirilmiş (xəstəlik vərəqəsi mövcuddur) və bu barədə cavabdehə email vasitəsilə məlumat vermişdir (E-mail-dən çıxarış iş materiallarına əlavə edilmişdir). 30.12.2020-ci il tarixdə cavabdeh İnsan resursları departamentinin rəhbəri Günəş Qədimova vasitəsilə) e-mail vasitəsi ilə iddiaçıya cavab verərək bildirmişdir ki, 30.12.2020-ci il tarixdə əmək müqaviləsinə xitam veriləcəkdir və xəstəlik vərəqəsinin açıldığına görə həmin xitam əmrinə dəyişiklik olunması zəruridir (E-mail- dən çıxarış iş materiallarına əlavə edilmişdir) Bu emaildən də göründüyü kimi, cavabdeh özü əmək müqaviləsinə 30.12.2020-ci il tarixdə xitam verilməsinin qanunsuz hərəkət olacağını bilmişdir. 07.01.2020-ci il tarixdə iddiaçının səlahiyyətli nümayəndələri cavabdehə pretenziya məktubu göndərərək (həmin məktubda da əmək müqaviləsinə hansı əmrlə xitam verildiyi soruşulmuş və həmin əmrin surəti tələb edilmişdir) məsələnin məhkəməyəqədər həlli üçün görüş təyin edilməsini xahiş edilmişdir. İlk görüş 22.01.2020-ci il tarixdə keçirilmiş və Cavabdehdən baş vermiş qanunsuzluqların səbəbi soruşulmuş və onların aradan qaldırılması xahiş olunmuşdur. Cavabdehin nümayəndələri 30.12.2020-ci il tarixli xitam əmrinin qanunsuz olduğunu qəbul etmiş, həmin əmrin artıq ləğv olunduğunu və 06.01.2021-ci il tarixli yeni xitam əmrinin qüvvəyə mindiyini bildirmişdirlər. Həmin əmrin surəti iddaçının səlahiyyətli nümayəndələri tərəfindən tələb olunmuş və cavabdehin nümayəndələri həmin sənədi göndərəcəklərini bildirmişdirlər. Əlavə olaraq, məsələnin danışıqlar yolu ilə həll oluna biləcəyini və lazımı tədbirlərin görüləcəyini də bildirilmişdilər. Daha sonra, iddiaçının nümayəndələri cavabdehə elekron sistemdə 06.01 202l-ci il tarixli yeni xitam əmrinin mövcud olmadığını qarşı tərəfə çatdırmışdır və xitam əmrinin sürətinin (hansı qüvvədədirsə) ona təqdim olunmasını tələb etmişdir. 27.01.2020-ci il tarixdə cavabdeh tərəfindən 30.12.2020-ci il tarixli xitam əmrinin mövcud olduğu barədə xatırlatma 25.01.2020-ci il tarixli məktubla iddiaçıya göndərilmişdir. Cavabdehlə sonrakı danışıqlarda heç bir hərəkət görməyən iddiaçının nümayəndələri, cavabdehdən son haqq-hesabın ödənilməsi, qanunvericiliyə uyğun olaraq müvafiq sənədlərin (xilam əmrinin sürəti və əmək kitabçası) onlara təqdim olunmasını tələb etsələr də cavabdeh yalnız iddaçının öhdəliyində inventarın (kompyuter avandanhğı) təqdim olunmasından sonra son haqq-hesabın ödəniləcəyini bildirmişdir. Cavabdeh iddiaçıya göndərdiyi 25 Yanvar 2021-ci il tarixli məktubda da bu faktı qeyd etmişdir. 29.01.202l-ci il tarixdə iddiaçının nümayəndələri ilə cavabdehin əməkdaşları arasında baş tutmuş görüşdə İddiaçının öhdəliyində olan inventar cavabdehə təhvil verilmişdir. Həmin görüşdə cavabdeh bildirmişdir ki, 06.01.202l-ci il tarixli yeni xitam əmri mövcud deyil və 30.12.2020-ci il tarixli xitam əmri qüvvədə qalır.-05.02.2021-ci il tarixdə iddiaçının son haqqhesabı ilə bağlı ödənilməli olan ödəniş natamam miqdarda ödənilmişdir.15.02.2021-ci il tarixdə iddiaçının səlahiyyətli nümayəndələri tərəfindən əmək müqaviləsinə xilam verilməsi haqqında əmrin sürətinin və iddiaçının əmək kitabçasının İddiaçının səlahiyyətli nümayəndələrinə təqdim olunması tələbi ilə bağlı əlavə müraciət də olunmuşdur.17.02.2021-ci il tarixdə iddiaçının pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət olunmuşdur.09.03.2021-ci il tarixdə cavabdeh tərəfindən iddiaçının əmək kitabçası, 30.12.2020- ci il tarixli əmək müqaviləsinə xitam əmrinin surəti iddiaçının nümayəndələrinə göndərilmişdir.Məhkəmə tərəfindən son haqqhesabla bağlı iddiaya tamamilə qanunsuz yanaşılmışdır. Son haqq-hesabla bağlı 05.02.2021-ci il tarixdə İddiaçıya 1652 AZN vəsait ödənilmişdir. Bu vəsait yalnız işçinin 24 gün olan məzuniyyət əvəzinə görə ödənilmişdir. Lakin, bu vəsaitə əlavə olaraq İddiaçıya 9 qeyri-iş günündə işə cəlb olunduğuna (işəgötürənin əmri ilə təsdiqlənmiş) görə əvəz olaraq 1841.76 AZN {Hesablanma qaydası: l gün üçün orta əmək haqqı olan - 102.32 AZN x 9 gün x 2 =1841.76 AZN) vəsait də ödənilməlidir. Məhkəmənin son haqq-hesabla bağlı mövqeyi kobudcasına qanunsuzdur. Belə ki, iddiaçı tərəfindən məhkəməyə aşağıda qeyd edilən sənədlər əsasında, məhkəmə qətnaməsi ilə müəyyən edilən faktları nəzərinizə çatdırılır ki: “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X10 İdarə Heyətinin sədri Ramin Bayramlının 19.03.2020-ci il tarixli, 01-02 saylı əmrindən görünür ki, 20- 26 mart 2020-ci il tarixlərində TƏBİB-in struktur bölmələrinin bütün işçilərinin növbəlilik əsasında işə cəlb olunmaları əmr edilmişdir.“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi’’ X10 İdarə Heyətinin sədri Ramin Bayramlının 22.05.2020-ci i İtarixli, 01-21 saylı əmrindən görünür ki, 25- 29 may 2020-ci il tarixlərində TƏBİB-in struktur bölmələrinin bütün işçilərinin növbəlilik əsasında işə cəlb olunmaları əmr edilmişdir.Yuxarıda qeyd edilən sənədlərdən də görünür ki, TƏBİB-in bütün əməkdaşlarının qeyri-iş günlərində işə cəlb olunmaları ilə bağlı işəgötürənin əmri mövcuddur.Cavabdeh belə öz etiraz və vəsatətində bu məsələni mübahisələndirmədiyi halda, müvafiq əmrlərin təqdim edilməsinə baxmayaraq, məhkəmə məsələyə kobudcasına qanunsuz yanaşaraq qeyd etmişdir ki, iddiaçı güya iddiasını bu hissədə sübut edə bilməmişdir.Əlavə olaraq iddiaçı öz hüquqlarının müdafiəsi üçün işəgötürərənin qanunsuz hərəkətlərindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinə də müraciət ünvanlamışdır. X7 Xidməti tərəfindən Təbib-ə sorğu göndərilmiş və işlə bağlı əlaqədar sənədlər müvafiq araşdırma üçün tələb olunmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı Şəhər İdarəsi, 03.05.2021-ci il tarixdə araşdırmanın yekunlaşdıraraq İddiaçının hüquqlarının pozulduğuna dair qərar vermiş və İddiaçının işə bərpasının təmin olunması barədə Təbib-ə məktub göndərmişdir. İddianın əsaslandırılması barədə bildirmək istərilər ki, birinci instansiya məhkəməsi də ona təqdim edilmiş sübutlar əsasında İddiaçının hüquqlarının pozulduğunu müəyyən etmişdir. Lakin məhkəmə iddia müddətinin tətbiqi ilə bağlı məsələdə maddi və prosessual normaları kobud surətdə pozalar, real və sübut olunmuş faktlara əsaslanmayaraq iddia müddətini tətbiq etmiş və iddianı rədd elmişdir.Məhkəmənin İddiaçının qeyri-iş günündə işə cəlb olunmasının əvəzi olacaq ödənişlərlə bağlı yanaşması isə tamamilə anlaşılmaz və qərəzlidir. Bakı Apellyasiya Məhkəməsinin 13.09.2021-ci il tarixli qərardadı ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti cəlb edilməklə məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsi qərara alınmış və 31.01.2022-ci il tarixli ekspert rəyinə əsasən, iş materialında olan tabel uçot vərəqələrinin mötəbərliyi məhkəmə orqanı tərəfindən qəbul olunduğu təqdirdə “İcbari Sığorta Bürosu” Hüquqi Şəxslərin ittifaqı tərəfindən İddiaçı qeyri iş günü üçün ödənilməli olan məbləğ 204,64 manat (1 gün üçün orta əmək haqqı 102.32 manat * 1 gün *2) məbləğində müəyyən olunur. Ekspertiza xərci 100 manat məbləğdə müəyyən edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil1 apellyasiya şikayətini müdafiə edərək, müqaviləyə xitam verilən zaman iddiaçının xəstə olmasının işin mübahisəsiz halı olduğunu, birinci instasniya məhkəməsi tərəfindən müddət axımının 12 yanvar 2021-ci il tarixindən hesablanmasının düzgün olmadığını, çünki cavabdehin əmək müqaviləsinə xitam verilməsinə dair məktubun iddiaçının anası tərəfindən məktubunun məzmununu bilmədən imtina etdiyini, ekspert rəyinin cavabdehin verdiyi tabel əsasında həyata keçirildiyini, həmin tabeldə isə iş günlərinin tam əks olmadığını bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil2 apellyasiya şikayətini müdafiə edərək, Əmək Məcəlləsinin 296.3-cü maddəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gün olduğunu, 2021-ci ilin fevarl ayında son haqq-hesabın verildiyini, müddət axımın həmin vaxtdan hesablanılmalı olduğunu bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdehn nümayəndəsi X4 apellyasiya şikayətini qəbul etməyərək, barışıqla bağlı danışıqların aparıldığını, iddiaçının işə bərpa edilmək əvəzinə əmək haqqının 8 misli miqdarında məbləğ tələb etdiyini, lakin Cavabdeh X16 dövlət büdcəsi hesabına maliyyələşdiyini, bu səbəblə belə bir məbləğin verilməsinin mümkün olmadığını, şəxsin məhkəməyə müraciət etmək hüquqununa dair müddətin onun hüquqlarını pozulduğu bildiyi gündən hesablandığını, iddiaçının anasının onunla birlikdə yaşadığını və iddiaçının işə getməməsindən xəbərsiz olmamasının qeyri-mümkün olduğunu, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin öz vəzifə səlahiyyətini aşaraq iddiaçının işə bərpa edilməsinə dair göstəriş verdiyini bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən mühabisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin nümayəndəsi X3 iddiaçı xəstə olduğu halda onunla bağlanılmış əmək müqaviləsinə xitam verildiyini, sənədlərin iddiaçıya mart ayında təqdim edildiyini, iddiaçının işə bərpa edilməsi barədə rəsmi münasibət bildirdiklərini, Azərbaycan Respublikası Prezitentinin 2022-ci il tarixli fərmanına əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinə qanunsuz işdən çıxarılmaların yoxlanılmasına dair səlahiyyət verdiyini bildirmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı mübahisələndirilən hissədə tədqiq edən məhkəmə kollegiyası Azərbaycan Respublikası Əmək Məcəlləsinin (ƏM) 2, 7, 11, 68, 71, 73, 79, 80, 83, 84, 89, 296, 288, 300; Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 372- 384, 560; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 14.2, 76.1, 77.1, 80, 82.1, 88, 106.2, 217.4, 220.5, 372, 385-390-cı maddələrinə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına istinadən hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, qətnamədə göstərilmiş nəticələr işin hallarına (həqiqətə) tam uyğun gəlməmiş, qanun və müqavilə üzrə vəzifələrə, habelə təqdim edilmiş təkzibedilməz sübutlara lazımi qiymət verilməmiş və bununla da qismən yanlış nəticə hasil olunmuşdur. Belə ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın istinad etdiyi əsaslar işə bərpaya aid olaraq, qeyri-iş günlərində işə cəlb olunduğu hissəsinə aid olmadığından və bu hissədə tam araşdırılmadığından, apellyasiya icraatı zamanı bu hissədə ödənilməyən məbləğ müəyyən edildiyində və bu hissəyə aid iddia müddətinin ötürülmədiyi nəzərə alınaraq, şikayət qismən təmin edilməli, Nəsimi Rayon Məhkəməsinin 2(006)- 2515/2021 saylı işi üzrə 06 may 2021-ci il tarixli qətnaməsi qismən – tələbin qeyri-iş günlərində işə cəlb olunduğu və əvəzi ödənilməmiş məbləğin ödənilməsi hissəsində ləğv edilməli və həmin hissədə tələb qismən təmin edilərək qeyri-iş günlərində işə cəlb olunduğu dövr üçün ekspertiza ilə müəyyən edilən 204,64 AZN məbləğin ödənilməsi təmin edilməlidir. Belə ki, ƏM-in 4-cü hissəsinə əsasən, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Digər mübahisə edilən hissələrdə iddianın təmin edilməsi sui-istifadəyə şərait yaradan hal kimi yolverilməzdir. Təmin edilən tələbin mütənasibliyi baxımından kollegiya hesab edir ki, məhkəmə xərcləri hissəsində müvafiq olaraq tələb təmin edilməməli və iddiaçıya aid edilməli, ekspertiza xərci hissəsində isə ekspertiza xərci cavabdehdən tutulmalıdır. Diqqətə çatdırılmalıdır ki, məhkəmənin gəldiyi qənaəti apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə baxıldıqdan və qətnamə cavabdeh tərəfindən mübahisələndirilmədiyindən kollegiya yalnız məhkəmənin iddia müddətinin ötürməsi hallarının yoxlanılması hissədə səlahiyyətlidir və bu hissədə qiymət verə bilər. Müddətin ötürülməməsi barədə iddiaçının əsas arqumenti əmrin verilməsindən xəbərdar olması, lakin qanunla müəyyən edilmiş sənədlərin rəsmi olaraq ona təqdim edilməməsi olmuş və məhz qeyd edilən sənədlərin verildiyi andan müddətin başlanğıcının hesablanması mümkün ola bilərdi. Bu hissədə qeyd edilməlidir ki, Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikası Konstitusiya Qanununun 2.5-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi mülki hüquq normalarını əks etdirən digər məcəllə və qanunlarla ziddiyyət təşkil etdikdə Azərbaycan Respublikasının Mülki Məcəlləsi tətbiq edilir. MM-in 377.1-ci maddəsinə əsasən isə iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Hazırki iş üzrə, yəni müddətli əmək müqavilə münasibətləri üzrə iddiaçının hüququnun pozulduğunu bilməli və bildiyi zaman isə onun əmrin olmasında xəbərdar olaraq işəgotürənə müraciət etdiyi zamandır ki, məhkəmədə onu əsas götürmüşdür. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə t e t d i: İddiaçı tərəfindən verilən apellyasiya şikayəti qismən təmin edilsin. Nəsimi Rayon Məhkəməsinin 2(006) - 2515/2021 saylı işi üzrə 06 may 2021-ci il tarixli qətnaməsi qismən – tələbin qeyri-iş günlərində işə cəlb olunduğu və əvəzi ödənilməmiş məbləğin ödənilməsi hissəsində ləğv edilsin və həmin hissədə tələb qismən təmin edilərək qeyri-iş günlərində işə cəlb olunduğu dövr üçün 204,64 (iki yüz dörd manat altmış dörd qəpik) manat məbləğin ödənilməsi təmin edilsin. Qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. Ekspertiza xərci olan 100 ( yüz) manat məbləğdə pul vəsaiti – Cavabdehndən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-359/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-359/2022
18.04.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver