Məhkəmə qərarları › İş №2(103)-360/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-360/2022

14.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-360/2022 14.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi, İddiaçının nümayəndəsi X1 və cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı BOKT ASC-nin Cavabdeh qarşı “borcun, bu borcun əvəzinin ipoteka predmetinə yönəldilməsi və xərclərin əvəzinin ödənilməsi” tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-62/2021 saylı, 18.03.2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları: İddiaçı BOKT ASC Cavabdeh qarşı “əsas və faiz borcunun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı BOKT ASC-nin xeyrinə 2014- cü il 19 dekabr tarixli 0521/14/PB№-li kredit müqaviləsinə əsasən 100117.01 ABŞ dolları əsas borc, 85528.62 ABŞ dolları hesablanmış faiz, 201.701.09 ABŞ dolları hesablanmış dəbbə, cəmi 387346.72 ABŞ dolları, 2015-ci il 10 sentyabr tarixli 0340/15/PB№-li kredit müqaviləsinə əsasən 10000 avro əsas borc, 8.397.11 avro hesablanmış faiz, 7196.40 avro hesablanmış dəbbə, cəmi 25593.51 avro, 2015-ci il 24 noyabr tarixli 0446/15/PB№-li kredit müqaviləsinə əsasən 10000 avro əsas borc, 8.196.57 avro hesablanmış faiz, 12525.50 avro hesablanmış dəbbə, cəmi 30722.07 avro, 2016-cı il 07 iyun tarixli 0102/16/PB№-li kredit müqaviləsinə əsasən 157707.87 manat əsas borc, 77685.75 manat hesablanmış faiz, 101078.71 hesablanmış dəbbə, cəmi 336472.33 manat, hüquqi yardıma görə ödənilmiş xərcin (zərərin) əvəzi 1000 manat və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi tutulması, ipoteka predmeti 80.000(səksən min) manat qiymətləndirilsin və 19.12.2014-cü il tarixli 0521/14/PB N-li X4 görə Cavabdeh mülkiyyətində olan BMW M6 markalı minik avtomobili (qeydiyyat şəhadətnaməsi AC 339352, ili 2013Ban: WBS6C91030DV73058, M.İ.H: 4395 sm3. Rəngi: qara metalik)açıq hərracda satılaraq 2014cü il 19 dekabr tarixli 0521/14/PB№-li kredit müqaviləsinə əsasən tələb edilən borc ödənilməsi, 2011-ci il tarixli MZ/PB-090/02/11 №-li ipoteka müqaviləsinə 07.06.2016-cı il tarixdə edilmiş 03 №-li əlavə ilə yüklü edilmiş ünvan 1 ünvanında yerləşən 84.64 kv.m ümumi sahədən ibarət Cavabdeh şəxsi olan, 3 otaqlı, 104 N.li mənzil açıq hərracda satılaraq tələb edilən 2016-cı il 07 iyun tarixli 0102/16/PB№-li kredit müqaviləsinə əsasən borc ödənilməsi, mənzildə yaşayanlar Cavabdeh və X3 mənzildən çıxarılsın, fərdi yaşayış evi məcburi boşaldılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı “iddia tələbinin dəqiqlədirilməsi” barədə məhkəməyə ərizə ilə müraciət edərək, Cavabdeh İddiaçı BOKT ASC-nin xeyrinə 2014-cü il 19 dekabr tarixli 0521/14/PB№-li kredit müqaviləsinə əsasən 80117.01 ABŞ dolları əsas borc, 30208.16 ABŞ dolları hesablanmış faiz, 224808.23 ABŞ dolları hesablanmış dəbbə pulu olmaqla, cəmi 335133.4 ABŞ dolları; 2015-ci il 10 sentyabr tarixli 0340/15/PB№-li kredit müqaviləsinə əsasən 9996.69 avro əsas borc, 9663.39 avro hesablanmış faiz, 7196.40 avro hesablanmış dəbbə, cəmi 26856.48 avro; 2015- ci il 24 noyabr tarixli 0446/15/PB№-li kredit müqaviləsinə əsasən 9634.65 avro əsas borc, 9417.01 avro hesablanmış faiz, 12525.50 avro hesablanmış dəbbə, cəmi 31577.16 avro, 2016-cı il 07 iyun tarixli 0102/16/PB№-li kredit müqaviləsinə əsasən 157707.87 manat əsas borc, 88932.57 manat hesablanmış faiz, 101044.71 manat hesablanmış dəbbə, cəmi 347685.15 manat, hüquqi yardıma görə ödənilmiş xərcin ı zərərin) əvəzi 1000 manat və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi tutulması, 2011-ci il tarixli MZ/PB-090/02/11 №-li ipoteka müqaviləsinə 07.06.2016-cı il tarixdə edilmiş 03 №-li əlavə ilə yüklü edilmiş ünvan 2 ünvanında yerləşən 84.64 kv.m ümumi sahədən ibarət Cavabdeh şəxsi mülkiyyəti olan, 3 otaqlı, 104 nömrəli mənzil açıq hərracda satılaraq tələb edilən 2016-cı il 07 iyun tarixli 0102/16/PB№-li kredit müqaviləsinə əsasən borc ödənilməsi, mənzildə yaşayanlar- Cavabdeh və X3 mənzildən çıxarılması, fərdi yaşayış evi məcburi boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh əvvəlki "xxxx" ASC-dən (indiki İddiaçı BOKT ASC-dən) 014-cü il 19 dekabr tarixli 0521/14/PB№-li kredit müqaviləsinə əsasən illik 20 faizlə 48 ay müddətinə avtomobilin alınması məqsədilə 153000 (bir yüz əlli üç min) ABŞ dolları, 2015-ci il 10 oktyabr tarixli 0340/15/PB№-li kredit müqaviləsinə əsasən illik 20 faizlə 24 ay müddətinə ev təmiri məqsədilə 10000 (bir on min) Avro, 2015-ci il 24 noyabr tarixli 0446/15/PB№-li kredit müqaviləsinə əsasən illik 20 faizlə 12 ay müddətinə ev təmiri məqsədilə 10000 (bir on min) Avro, 2016-cı il 07 iyun tarixli 0102/16/PB №-li kredit müqaviləsinə əsasən illik 18 faizlə 60 ay müddətinə evin təmiri məqsədilə 260000 (iki yüz altmış min)manat məbləğində borc almışdır. 2016- cı il 07 iyun tarixli 0102/16/PB№-li kredit müqaviləsinə əsasən illik 18 faizlə 60 ay müddətinə evin təmiri məqsədilə 260000 (iki yüz altmış min)manat məbləğində borcun təminatı olaraq, ünvan 2 ünvanında yerləşən 84.64 kv.m ümumi sahədən ibarət Cavabdeh şəxsi olan, 3 otaqlı, 104 N.li mənzil 18. fevral .2011- i il tarixli MZ/PB090/02/11 №-li ipoteka müqaviləsinə 07.06.2016-cı il tarixdə edilmiş 03 №-li əlavə ilə yüklü edilmişdir. 2014-cü il 19 dekabr tarixli 0521/14/PB №-li kredit müqaviləsinə əsasən illik 20 faizlə 48 ay müddətinə avtomobilin alınması məqsədilə 153000 (bir yüz əlli üç min) ABŞ dolları, 2015-ci il 10 sentyabr tarixli 0340/15/PB№-li kredit müqaviləsinin təminatı olaraq 19.12.2014-cü il tarixli 0521/14/PB N-li X4 görə Cavabdeh mülkiyyətində olan BMW M6 markalı minik avtomobili (qeydiyyat şəhadətnaməsi AC 339352, ili 2013Ban: WBS6C91030DV73058, M.İ.H: 4395 sm3 Rəngi: qara metalik) yüklü edilmişdir. İpoteka (girov) müqavilələri notariusda təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. Kredit müqavilələrinin 2.9-cu bəndinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, ondan sonrakı gün öhdəliyin icrasının gecikdirilməsi sayılır və odur ki, gecikdirilən hər gün üçün borclu kreditora kreditin qalıq məbləğinin 0.2 faiz həcmində dəbbə pulu tələb edir; 5.5-ci bəndinə əsasən isə müqavilədə nəzərdə tutulmuş müddət bitdikdə və bu müddətin uzadılması haqqında kreditorla razılaşdırılmış sonuncunun qərarı olmadıqda, habelə borc vaxtı keçmiş kreditə aid edildikdə faizləri ikiqat hesablayıb borcludan tələb edir. 2014-cü il 19 dekabr tarixli 0521/14/PB№-li kredit müqaviləsinə əsasən 100117.01 ABŞ dolları əsas borc, 85528.62 ABŞ dolları hesablanmış faiz, 201.701.09 ABŞ dolları hesablanmış dəbbə, cəmi 387346.72 ABŞ dolları; 2015-ci il 10 sentyabr tarixli 0340/15/PB№-li kredit müqaviləsinə əsasən 10000 avro əsas borc, 8.397.11 avro hesablanmış faiz, 7196.40 avro hesablanmış dəbbə, cəmi 25593.51 avro; 2015-ci il 24 noyabr tarixli 0446/15/PB№-li kredit müqaviləsinə əsasən 10000 avro əsas borc, 8.196.57 avro hesablanmış faiz, 12525.50 avro hesablanmış dəbbə, cəmi 30722.07 avro, 2016-cı il 07 iyun tarixli 0102/16/PB№-li kredit müqaviləsinə əsasən 157707.87 manat əsas borc, 77685.75 manat hesablanmış faiz, 101078.71 hesablanmış dəbbə, cəmi 336472.33 manat borcu vardır. Cavabdeh xəbərdar edilməsinə baxmayaraq, borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən, qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehlərə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq, cavabdehlər bildirişə münasibət bildirmirlər. “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda həll edilməli məsələlərdən biri də ipoteka predmetinin ilkin satış qiymətinin əks edilməsidir. İpoteka müqaviləsinin 3.1-ci bəndində göstərilir ki, müstəqil qiymətləndiricinin rəyinə əsasən 2016-cı il 07 iyun tarixli 0102/16/PB№-li kredit müqaviləsinə əsasən illik 18 faizlə 60 ay müddətinə evin təmiri məqsədilə 260000 (iki yüz altmış min)manat məbləğində borcun təminatı olaraq: 19.12.2014-cü il tarixli 0521/14/PB N-li X4 görə Cavabdeh mülkiyyətində olan BMW M6 markalı minik avtomobili (qeydiyyat şəhadətnaməsi AC 339352, ili 2013Ban: WBS6C91030DV73058, M.İ.H: 4395 sm3 ’ Rəngi: qara metalik) 80000 manat; 2016-cı il 07 iyun tarixli 0102/16/PB№-li kredit müqaviləsinə əsasən illik 18 faizlə 60 ay müddətinə evin təmiri məqsədilə 260000 (iki yüz altmış min) manat məbləğində borcun təminatı olaraq, ünvan 2 ünvanında yerləşən 84.64 kv.m ümumi sahədən ibarət Cavabdeh şəxsi olan, 3 otaqlı, 104 N.li mənzil 18 fevral 2011-ci il tarixli MZ/PB090/02/11 №-li ipoteka 120000 (bir yüz iyirmi min) manat müəyyən olunmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-62/2021 saylı, 18.03.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh 2014-cü il 19 dekabr tarixli 0521/14/PB№-li kredit müqaviləsinə əsasən 80.117,01 (səksən manat yüz on yeddi ABŞ dolları bir sent) ABŞ dolları əsas borc, 22.808,33 (iyirmi iki min səkkiz yüz səkkiz ABŞ dolları otuz üç sent) hesablanmış faiz, 200 (iki yüz) ABŞ dolları hesablanmış dəbbə, cəmi 103.125,34 (yüz üç min yüz iyirmi beş ABŞ dolları otuz dörd sent) ABŞ dolları; 2015-ci il 10 sentyabr tarixli 0340/15/PB/№-li kredit müqaviləsinə əsasən 9996,69 (doqquz min doqquz yüz doxsan altı avro altmış doqquz sent) avro əsas borc, 1655,07 (bir min altı yüz əlli beş avro yeddi sent) avro hesablanmış faiz, 71 (yetmiş bir avro) avro hesablanmış dəbbə, cəmi 11.722,76 (on bir min yeddi yüz iyirmi iki avro yetmiş altı sent) avro; 2015-ci il 24 noyabr tarixli 0446/15/PB№-li kredit müqaviləsinə əsasən 9516,97 (doqquz min beş yüz on altı avro doxsan yeddi sent) avro əsas borc, 114,54 (yüz on dörd avro əlli dörd sent) avro hesablanmış faiz, 300 (üç yüz) avro hesablanmış dəbbə, cəmi 9.931,51 avro; 2016-cı il 07 iyun tarixli 0102/16/PB/№-li kredit müqaviləsinə əsasən 157707.87 (yüz əlli yeddi min yeddi yüz yeddi manat səksən yeddi qəpik) manat əsas borc, 28379,87 (iyirmi səkkiz min üç yüz yetmiş doqquz manat səksən yeddi qəpik) manat hesablanmış faiz, 1000 (bir min) manat hesablanmış dəbbə, cəmi 187.087,74 (yüz səksən yeddi min səksən yeddi manat yetmiş dörd qəpik) manat və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun alınaraq, İddiaçı BOKT ASC-nin xeyrinə tutulması, 2011-ci il tarixli MZ/PB-090/02/11 №-li ipoteka müqaviləsinə əsasən 07.06.2016-cı il tarixdə edilmiş 03 №li əlavə ilə yüklü edilmiş, bazar qiyməti olan 380.000 manat məbləğində müəyyən edilməklə, mülkiyyət hüququ ilə Cavabdeh məxsus olan ünvan 3 ünvanında yerləşən 84.64 kv.m ümumi sahədən ibarət olan 3 otaqlı, 104 №-li mənzilin açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsi, iş üzrə məhkəmə xərci olan ekspertiza tədqiqatının dəyəri 300 (üç yüz) manat məbləğində pul vəsaitinin Cavabdeh tutulması və Dövlət büdcəsinə köçürülməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (Sədrlik edən: Natavan Tağıyeva). İddiaçı "xxxx" ASC həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin qismən əmlakın dəyəri hissəsində ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətləri və dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehlə bağlanmış ipoteka müqaviləsinə əsasən girov qoyulmuş Cavabdeh məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsində yerləşən 118 saylı evin 104 saylı, 84.64 kv.m ümumi sahədən ibarət 3 otaqlı mənzilin dəyəri 120 000 manat məbləğində qiymətləndirilmişdir. Dana sonra məhkəmə tərəfindən iki məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş və əmlaka Heba Consultig tərəfindən 170 000 manat bazar dəyəri qoyulmuşdur. Məhkəmənin ikinci əmtəəşünaslıq ekspertizası ilə isə həmin əmlaka 380 000 manat bazar dəyəri, 310 000 manat likvid dəyər qoyulmuşdur. Məhkəmə isə qətnamədə əmlakın bazar dəyəri olan 380 000 manat qiymətlə əmlakın hərraca çıxarılmamı qət etmişdir. Göründüyü kimi əmlaka dair keçirilən ekspertizaların nəticələri arasında kəskin qiymət fərqi vardır. Buna baxmayaraq məhkəmə nədənsə ən yüksək qiymətlə əmlakı qiymətləndirmişdir. Əmlak 84.64 kv.m ümumi sahədən ibarətdir. Qiymətləndiricinin qoyduğu 380 000 manat qiymətə görə həmin əmlakın hər kvadrat metri 4500 manata qiymətləndirilmişdir. Həmin əmlak qeyri-yaşayış sahəsi deyildir. Qeyriyaşayış sahəsi olsa belə Bakı şəhərində kvadrat metri 4500 manat olan əmlaklar çox azdır. Qiymətləndiricinin rəyi tamamilə əsassızdır və əvvəlki qiymətləndirmə rəyləri ilə arasında ziddiyət vardır. Həmçinin əmlaka likvid dəyər qoyulmalı olduğu halda məhkəmə bazar dəyərində qiymət müəyyən etmişdir. Tərəflərin izahatları: Kollegiya iclasında iştirak edən iddiaçının nümayəndəsi C.Mahmudov apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Kollegiya iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil iddiaçının apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir. Sübutların tədqiqi: Belə ki, iş materiallarında olan Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış 2014-cü il 19 dekabr tarixli 0521/14/PB№-li kredit müqaviləsindən görünür ki, illik 20 faizlə 48 ay müddətinə avtomobilin alınması məqsədilə 153000 (bir yüz əlli üç min) ABŞ dolları kredit almışdır. İş materiallarında olan Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış 2015-ci il 10 oktyabr tarixli 0340/15/PB №-li kredit müqaviləsindən görünür ki, illik 20 faizlə 24 ay müddətinə ev təmiri məqsədilə 10.000 (bir on min) Avrodur. İş materiallarında olan Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış 2015-ci il 24 noyabr tarixli 0446/15/PB№-li kredit müqaviləsindən görünür ki, illik 20 faizlə 12 ay müddətinə ev təmiri məqsədilə 10000 (bir on min) Avro kredit almışdır. İş materiallarında olan Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış 2016-cı il 07 iyun ırixli 0102/16/PB №-li kredit müqaviləsinə əsasən illik 18 faizlə 60 ay müddətinə evin təmiri məqsədilə 260000 (iki yüz altmış min)manat məbləğində borc almışdır. İş materiallarında olan Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış 2016-cı il 07 iyun tarixli 0102/16/PB№-li kredit müqaviləsindən görünür ki, illik 18 faizlə 60 ay müddətinə evin təmiri məqsədilə 260000 (iki yüz altmış min) manat məbləğində borcun təminatı olaraq, ünvan 2 ünvanında yerləşən 84.64 kv.m ümumi sahədən ibarət Cavabdeh şəxsi olan, 3 otaqlı, 104 N.li mənzil 18. Fevral 2011-ci il tarixli MZ/PB-090/02/11 №-li ipoteka müqaviləsinə 07.06.2016cı il tarixdə edilmiş 03 №-li əlavə ilə yüklü edilmişdir. İş materiallarında olan Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış 2014-cü il 19 dekabr tarixli 0521/14/PB №-li kredit müqaviləsindən görünür ki, illik 20 faizlə 48 ay müddətinə avtomobilin alınması məqsədilə 153000 (bir yüz əlli üç min) ABŞ dolları kredit vermişdir. İş materiallarında olan Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış 2015-ci il 10 sentyabr tarixli 0340/15/PB№-li kredit müqaviləsinin təminatı olaraq 19.12.2014-cü il tarixli, 0521/14/PB saylı ipoteka girov müqaviləsindən görünür ki, Cavabdeh mülkiyyətində olan BMW M6 markalı minik avtomobili (qeydiyyat şəhadətnaməsi AC 339352, ili 2013Ban: WBS6C91030DV73058, M.İ.H: 4395 sm3 ’ Rəngi: qara metalik) yüklü edilmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, 2014-cü il 19 dekabr tarixli 0521/14/PB№-li kredit müqaviləsindən görünür ki, 100117.01 ABŞ dolları əsas borc, 85528.62 ABŞ dolları hesablanmış faiz, 201.701.09 ABŞ dolları hesablanmış dəbbə cəmi 387346.72 ABŞ dolları; 2015-ci il 10 sentyabr tarixli 0340/15/PB№-li kredit müqaviləsinə əsasən 10000 avro əsas borc, 8.397.11 avro hesablanmış faiz, 7196.40 avro hesablanmış dəbbə, cəmi 25593.51 avro; 2015-ci il 24 noyabr tarixli 0446/15/PB№-li kredit müqaviləsinə əsasən 10000 avro əsas borc, 8.196.57 avro hesablanmış faiz, 12525.50 avro hesablanmış dəbbə, cəmi 30722.07 avro, 2016-cı il 07 iyun tarixli 0102/16/PB№-li kredit müqaviləsinə əsasən 157707.87 manat əsas borc, 77685.75 manat hesablanmış faiz, 101078.71 hesablanmış dəbbə, cəmi 336472.33 manat borcu vardır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən tərtib edilmiş 24 yanvar 2020-ci il tarixli, 26569 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən təqdim olunmuş hesabdan çıxarış məlumatları, 19 dekabr 2014-cü il tarixli, 0521/14/PB saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla, müqavilə müddətinin bitdiyi 19.12.2018-ci il tarixə Cavabdeh "xxxx" ASC-nə olan borcu 142,925,34 ABŞ dolları məbləğində əyyən edilir, o cümlədən: əsas kredit borcu 100.117,01 ABŞ dolları, faiz borcu 42.808,33 ABŞ dolları, hesabdan çıxarış məlumatlarından göründüyü kimi Cavabdeh "xxxx" ASC-nə borcu 08.01.2019-cu il tarixdə 40.000,0 ABŞ dolları məbləğində ödəniş aparılmışdır. Qeyd olunan ödənişin 20.000,0 ABŞ dolları Bank tərəfindən əsas borc üzrə 20.000,0 ABŞ dolları isə faiz borcu üzrə silinmişdir. Qeyd olunanlar nəzərə alındıqda Cavabdeh "xxxx" ASC-nə olan borcu 102.925,34 ABŞ dolları məbləğində müəyyən edilir, o cümlədən: əsas kredit borcu 80.117,01 ABŞ dolları, faiz borcu 22.808,33 ABŞ dollarıdır. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən təqdim olunmuş hesabdan çıxarış məlumatları, 10 sentyabr 2015-ci il tarixli 0340/15/PB saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla, müqavilə müddətinin bitdiyi 11.09.2017ci il tarixə Cavabdeh "xxxx" ASC-nə olan borcu 11.651,76 Avro məbləğində müəyyən edilir, o cümlədən: əsas kredit borcu 9996,69 avro, faiz borcu 1655,07 avro. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən təqdim olunmuş hesabdan çıxarış məlumatları, 24 noyabr 2015-ci il tarixli 0446/15/PB saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla, müqavilə müddətinin bitdiyi 27.11.2016-cı il tarixə Cavabdeh aqif oğlunun “Parabank" ASC-nə olan borcu 10.136,04 Avro məbləğində müəyyən edilir, cümlədən: əsas kredit borcu 9516,97 avro; faiz borcu 619,07 avro. Hesabdan çıxarış məlumatlarından göründüyü kimi Cavabdeh tərəfindən "xxxx" ASC-nə 29.11.2016-cı il tarixdə 504,53 ABŞ dolları məbləğində ödəniş aparılmışdır. Həmin ödəniş Bank tərəfindən faiz borcu üzrə silinmişdir. Qeyd olunanlar nəzərə alındıqda Cavabdeh "xxxx" ASC-nə olan borcu 31,51 ABŞ dolları məbləğində müəyyən edilir, o cümlədən: əsas kredit borcu 9516,97 ABŞ dolları; faiz borcu 114,54 ABŞ dolları. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən təqdim olunmuş hesabdan çıxarış lumatları, 07 iyun 2016-cı il tarixli 0102/16/PB saylı kredit müqaviləsinin qeyd olunan rtləri nəzərə alınmaqla 17.09.2018-ci il tarixə Cavabdeh "xxxx" ASC-nə olan borcu 189.453,74 manat məbləğində müəyyən edilir, o cümlədən: əsas kredit borcu 157.707, 87 manat, faiz borcu 31.745,87 manat, Hesabdan çıxarış məlumatlarından göründüyü kimi Cavabdeh tərəfindən "xxxx" ASCnə 14.11.2018-ci il tarixdə 3366,0 manat məbləğində ödəniş aparılmışdır. Qeyd olunan ödəniş faiz borcu üzrə silinmişdir. Qeyd olunanlar nəzərə alındıqda Cavabdeh 17.09.2018-ci il tarixə "xxxx" ASC-nə olan borcu 186.087, 74 manat məbləğində müəyyən edilir, o cümlədən əsas kredit borcu 157.707, 87 manat, faiz borcu 28.379,87 manat müəyyən edilir. Hüquqi dəyərləndirmə: Kollegiya işin hüquqi mahiyyəti ilə bağlı aşağıdakı normaların qeyd edilməsini zəruri hesab edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəlləsinin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində gırov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. Həmin Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra elmədikdə yönəldilə bilər. İpoteka haqqında Qanunun 59.3-cü maddəsinə görə, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1-ci maddəsinə görə, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Həmin Qanunun 59.4-cü maddəsinə görə, bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Kollegiya işin hallarına apellyasiya şikayətlərinin dəlilləri ilə birgə qiymət verərək müəyyən etmişdir ki, Cavabdeh ilə "xxxx" ASC arasında kredit müqaviləsi bağlanmış və borcun təminatı olaraq Cavabdeh mülkiyyətindəki ünvan 3 ünvanında yerləşən 84.64 kv.m ümumi sahədən ibarət olan 3 otaqlı, 104 №-li mənzili 18 Fevral 2011-ci il tarixli MZ/PB- 090/02/11 №-li ipoteka müqaviləsinə əsasən 07.06.2016-cı il tarixdə yüklü edilmişdir. İş materiallarına əsasən, Cavabdeh kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş və bununla həm müqavilənin, həm də mülki qaunvericiliyin tələblərini pozmuşdur. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissədə apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya şikayətində qətnamənin tam deyil, ipoteka qoyulmuş əmlakın dəyəri hissəsində ləğv olunması xahiş olunduğundan, apellyasiya instansiyası məhkəməsi qətnaməni yalnız mübahisələnirilən hissədə yoxlayır. Belə ki, Kollegiya iddia tələbinin ipoteka predmeti olan əmlaka yönəldilməsinə dair hissəsi ilə bağlı qeyd edir ki, iş materiallarında olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı, ******* nömrəli çıxarışından görünür ki, Cavabdeh məxsus ünvan 3 ünvanında yerləşən 84.64 kv.m ümumi sahədən ibarət olan 3 otaqlı, 104 №-li mənzili “Parabank ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Yuxarıda sadalanan qanunvericilik aktlarının müddəalarına əsasən kollegiya hesab edir ki, tutmanın Cavabdeh mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən 84.64 kv.m ümumi sahədən ibarət olan 3 otaqlı, 104 №-li mənzilinə yönəldilməsi, açıq hərracdan satılaraq əldə olunan vəsait hesabına borcun "xxxx" ASC-yə ödənilməsinə dair gəldiyi nəticə əsaslı olmuşdur. Kollegiya tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi qaydasını müəyyən edərək, belə nəticəyə gəlir ki, iddiaçının tələbinin ipoteka qoyulmuş sözügedən mənzilə yönəldilməsi ipoteka ilə yüklü edilmiş mənzilin açıq hərracdan satışı yolu ilə realizə edilməsinə dair birinci instansiya məhkəməsinin qətnaməsi əsaslı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Birinci instansiya məhkəməsində icraat zamanı məhkəmə iki dəfə qiymətləndirmə təyin etmişdir. İş materiallarında olan "xxxx" MMC-nin Ç-234 nömrəli, 15 aprel 2019-cu il tarixli mütəxəssis rəyinə əsasən ünvan 3-də yerləşən 104 nömrəli mənzilin bazar qiyməti 170000 manat, "xxxx" MMC-nin 26 oktyabr 2020-ci il tarixli, H/05-PLS saylı mütəxəssis rəyinə əsasən isə həmin mənzilin bazar qiyməti 380.000 manat, likvid qiyməti isə 310.000 manat müəyyən edilmişdir. Kollegiya həmçinin apellyasiya şikayətinin dəlilini əsaslı hesab edərək bildirir ki, mənzilin ilkin satış qiymətinin 380.000 manat müəyyən edilməsi 84 kv.m sahəsi olan mənzilin hər kvadratmetrinin 4500 manatdan hesablanması deməkdir ki, bu da qeyri-yaşayış sahəsi olmayan bir yer üçün ağılabatan məbləğ deyildir. Bundan başqa, baxmayaraq ki keçirilmiş hər iki qiymətləndirmə nəticəsində ziddiyyətli rəy verilmişdir, birinci instansiya məhkəməsi sözügedən mənzilə 170000 manat bazar dəyəri müəyyən etmiş mütəxəssisin rəyini deyil, 380000 manat bazar dəyəri müəyyən etmiş mütəxəssisin rəyini əsas götürməsinin səbəbini qətnamədə əsaslandırmamışdır. Kollegiya qeyd edir ki, işdə olan hər iki rəy arasında əhəmiyyətli ziddiyyət olduğundan, həmin rəylərin mötəbərliyi kollegiyada şübhə doğurmuşdur. Bu səbəbdən də, apellyasiya instansiyası məhkəməsində icraat zamanı yenidən qiymətləndirmə təyin edilmişdir və həmin qiymətləndirmə rəyinə əsasən, sözügedən mənzilin bazar qiyməti 165.000 manat, likvid qiyməti isə 155.800 manat məbləğində müəyyən edilmişdir. Hazırki mütəxəssis rəyi ilə müəyyən olunmuş məbləğ birinci instansiya məhkəməsində icraat zamanı verilmiş ilk mütəxəssis rəyində müəyyən olunmuş 170000 manat məbləğində olan bazar dəyərinə daha yaxındır. Kollegiya həmçinin qeyd edir ki, birinci instansiya məhkəməsinin əsas götürdüyü mütəxəssis rəyinə əsasən yaşayış sahəsinin hər kvadratmetrinin 4500 manat məbləğində müəyyən edilməsi inandırıcı olmamasını həm birinci instansiya məhkəməsində icraat zamanı keçirilmiş ilk qiymətləndirmə rəyi, həm də apellyasiya instansiyası məhkəməsində icraat zamanı keçirilmiş qiymətləndirmə rəyi də təsdiq edir. Bu səbəbdən də kollegiya hazırki mütəxəssis rəyini birinci instansiya məhkəməsində keçirilmiş ilk qiymətləndirmənin müəyyən etdiyi bazar qiymətinə (170000 manat) yaxın olduğundan, həmçinin yaşayış sahəsinin hər kv.m. üçün 4500 manat məbləğində bazar dəyərinin məyyən edilməsinin açıq-aşkar şişirdilmiş qiymət olmasını nəzərə alaraq kollegiya hesab edir ki həmin mütəxəssis rəyi hazırki işin həllində əsas götürülməlidir. Bundan başqa, cavabdehin nümayəndəsi kollegiya iclasında verdiyi izahatında sözügedən mənzilin sonradan artırılmasının olmasını və əslində 84 kv.m deyil, 100 kv.m. olmasını, bu səbəbdən də qiymətləndirici tərəfindən müəyyən edilmiş qiymətin aşağı olmasını bildirsə də, kollegiya qeyd edir ki, mütəxəssis qiymətləndirmə zamanı haqlı olaraq yalnız mənzilin sənəddə göstərilən sahəsinə əsasən qiymətləndirmə aparmışdır. Kollegiya hesab edir ki, sonradan edilən artırılma hər hansı sənəddə qeyd edilmədiyindən qiymətləndirmə zamanı hesablana bilməz. Kollegiya həmçinin hesab edir ki, ipoteka predmet(lər)inin ilkin satış qiymətinə dair tərəflər arasında razılaşma olmadığından, ipoteka predmet(lər)inin ilkin satış qiyməti məhkəmə tərəfindən müəyyən edilməlidir. Belə ki, tərəflər arasında hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 20 iyul 2020-ci il tarixli Qərardadına əsasən, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, ipoteka predmet(lər)inin ilkin satış qiymətinə dair tərəflər arasında razılaşma olmadığından, ipoteka predmet(lər)inin ilkin satış qiyməti qiymətləndiricinin hesabat(lar)ı əsasında məhkəmə tərəfindən müəyyən edilməklə, qeyd edilən daşınmaz əmlak(lar) açıq hərracdan satılmalı və həmin əmlak(lar)ın satılmasından əldə edilən vəsaitdən kredit borcu ödənilməlidir. Kollegiya birinci instansiya məhkəməsinin "xxxx" MMC-nin 26 oktyabr 2020-ci il tarixli, H/05-PLS saylı mütəxəssis rəyinə əsaslanaraq Cavabdeh məxsus ünvan 3 ünvanında yerləşən 84.64 kv.m ümumi sahədən ibarət olan 3 otaqlı, 104 №-li mənzilinin ilkin satış qiymətinin 380.000 manat məbləğində müəyyən etməsinə dair gəldiyi nəticə ilə razılaşmır. Belə ki, işə apellyasiya qaydasında baxılan zaman Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 7664/2021 saylı, 24 sentyabr 2021-ci il tarixli qərardadına əsasən sözügedən mənzilin qiymətləndirilməsi “X5 Mərkəzi” MMC-yə həvalə edilmişdir. Həmin mütəxəssis rəyinə əsasən, ünvan 3 ünvanında yerləşən 84.64 kv.m ümumi sahədən ibarət olan 3 otaqlı, 104 №-li mənzilinin bazar dəyəri 165.700 manat, likvid dəyəri isə 155.800 manat məbləğində müəyyən edilmişdir. Mütəxəssis rəyinə əsasən mənzilin likvid dəyəri 155.800 manat müəyyən olunduğundan, birinci instansiya məhkəməsində keçirilmiş qiymətləndirmə nəticəsində müəyyən olunmuş 380.000 manatın 84 kv.m-lik yaşayış sahəsi üçün ağılabatan olmadığından, məhkəmənin ilk qiymətləndirmə rəyini deyil, sonuncu qiymətləndiricinin rəyini əsas götürməsini əsaslandırmadığından, yuxarıda sadalananlara istinadən əslində həmin rəy ziddiyyətli olduğundan kollegiya hesab edir ki, Cavabdeh məxsus ünvan 3 ünvanında yerləşən 84.64 kv.m ümumi sahədən ibarət olan 3 otaqlı, 104 №-li mənzilin ilkin satış qiyməti 155.800 manat məbləğində müəyyən edilməlidir. Sadalanan xüsusatlara əsasən, kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti hissəsində dəyişdirilərək, 155.800 manat məbləğində müəyyən edilməlidir. Nəticə: Şərh olunanlara əsasən, apellyasiya instansiya məhkəməsi apellyasiya şikayətinin dəlillərini və işin hallarını nəzərə alaraq müəyyən olunmuş Cavabdeh məxsus ünvan 3 ünvanında yerləşən 84.64 kv.m ümumi sahədən ibarət olan 3 otaqlı, 104 №-li mənzilinin ilkin satış qiymətinin 155.800 manat məbləğində müəyyən edilməsini əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384.0 və 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.3, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-62/2021 saylı, 18.03.2021-ci il tarixli qətnaməsi Cavabdeh məxsus ünvan 3 ünvanında yerləşən 84.64 kv.m ümumi sahədən ibarət olan 3 otaqlı, 104 №-li mənzilinin ilkin satış qiyməti hissəsində dəyişdirilsin. Cavabdeh məxsus ünvan 3 ünvanında yerləşən 84.64 kv.m ümumi sahədən ibarət olan 3 otaqlı, 104 №-li mənzilinin ilkin satış qiyməti 155.800 (bir yüz əlli beş min səkkiz yüz) manat məbləğində müəyyən edilsin. Mütəxəssis rəyinin dəyəri olan 300 (üç yüz) manat Cavabdeh “X5 Mərkəzi” MMC-nin (VÖEN: **********, hesablaşma hesabı: AZ75PAHA40060AZNHC********** Paşa Bank ASC, Kod: 505141, VÖEN: **********, S.W.İ.F.T BİK: PAHAAZ22, Müxbir hesab: AZ82NABZ********************) xeyrinə tutulsun. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar