Məhkəmə qərarları › İş №2(103)-3605/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3605/2023

10.07.2023 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3605/2023 10.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı1 cavabdehlər "xxxx" MMC-yə, Bakı şəhəri Cavabdeh2nə, Cavabdeh3 “hərracın nəticələri haqqında protokolun etibarsız hesab edilməsi və əmlakın sahibliyinə geri qaytarılması” tələbinə, habelə iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh3 qarşı “zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: əsassız varlanma, apellyasiya şikayətinin dəlillərinə qiymət verilməməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), X1 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İkinci iş üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Vəkil4, İkinci iş üzrə Cavabdeh3, İkinci iş üzrə Cavabdeh3 vəkili Vəkil3 iştirakı ilə, İddiaçı1 cavabdehlər "xxxx" MMC-yə, Bakı şəhəri Cavabdeh2nə, Cavabdeh3 “hərracın nəticələri haqqında protokolun etibarsız hesab edilməsi və əmlakın sahibliyinə geri qaytarılması” tələbinə, habelə iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh3 qarşı “zərərin ödənilməsi” tələbinə dair iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli, 2(005)-3335/2021 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. 12 fevral 2015-ci il tarixli borc (kredit) müqaviləsi ilə Cavabdeh3 240000 manat (ekvivalenti 305000 ABŞ dollarına bərabər olan) məbləğində pul vəsaitini 7 ay müddətinə qaytarmaq şərti ilə İddiaçı2 borc vermiş, sonuncu həmin pulu 12 sentyabr 2015-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür.

2. Öhdəliyin icrasının təminatı olaraq 12 fevral 2015-ci il tarixli ipoteka müqaviləsi ilə İddiaçı1 mülkiyyətində olan Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 0,287457 ha torpaq sahəsini Cavabdeh3 xeyrinə ipoteka ilə yüklü etmişdir.

3. 06 oktyabr 2015-ci il tarixli kredit müqaviləsi ilə Cavabdeh3 204000 ABŞ dolları məbləğində pul vəsaitini İddiaçı1 borc vermiş, sonuncu isə həmin pulu 06 mart 2016-cı il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür.

4. 4. Həmin öhdəliyin icrasının təminatı olaraq 06 oktyabr 2015-ci il tarixli sonrakı ipoteka müqaviləsi ilə İddiaçı1 mülkiyyətində olan Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 0,276117 ha torpaq sahəsini Cavabdeh3 xeyrinə ipoteka ilə yüklü etmişdir.

5. 06 oktyabr 2015-ci il tarixli öhdəlik müqaviləsi ilə İddiaçı1 ipoteka qoyulan torpaq sahəsi üzərində qanuna müvafiq qaydada 4 mərtəbəli yaşayış evinin inşa olunacağını bildirir, ipoteka saxlayan isə yaşayış evinin tikintisinin aparılmasına razılıq verir. Tərəflər (Cavabdeh3 və İddiaçı1) razılaşırlar ki, ipotekaya qoyulmuş torpaq sahəsinin təminat olduğu borc (kredit) öhdəliyi vaxtında və ya tam ödənilmədiyi halda, gələcəkdə ipoteka qoyan yalnız ipoteka saxlayanın yazılı razılığı ilə həmin inşa olunan yaşayış evinin digər şəxslərə tam və qismən özgəninkiləşdirilməsini, alqı-satqısını, bağışlanmasını, dəyişdirilməsini, kirayə və ya istifadəyə verilməsini həyata keçirəcək və bunlardan əldə edilmiş pul vəsaiti ilk növbədə borc (kredit) öhdəliyinin ödənilməsinə yönəldiləcəkdir.

6. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 iyun 2018-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, İddiaçı2 12 fevral 2015-ci il tarixli borc (kredit) müqaviləsinə əsasən 305000 ABŞ dolları məbləğində borcun və illik 5 faiz dərəcəsi ilə hesablanmış əldən çıxmış faydanın məbləği 44225 ABŞ dollarının, cəmi 345225 ABŞ dolları məbləğində pulun ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manatla iddiaçı Cavabdeh3 xeyrinə tutulması, tələb üzrə tutmanın İddiaçı1 məxsus Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 0,287457 ha torpaq sahəsinə yönəldilməsi və həmin torpaq sahəsinin açıq hərracdan satılması, əldə olunacaq vəsait hesabına kredit borcunun ödənilməsi, ünvan 1 ünvanında yerləşən 0,287457 ha torpaq sahəsinin ilkin satış qiymətinin 170000 manat məbləğində müəyyən edilməsi, İddiaçı1 06 oktyabr 2015-ci il tarixli kredit müqaviləsinə əsasən 204000 ABŞ dolları məbləğində borcun və illik 5 faiz dərəcəsi ilə hesablanmış əldən çıxmış faydanın məbləği 23460 ABŞ dollarının, cəmi 227460 ABŞ dolları məbləğində pulun ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manatla iddiaçı Cavabdeh3 xeyrinə tutulması, tələb üzrə tutmanın İddiaçı1 məxsus Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 0,287457 ha torpaq sahəsinə yönəldilməsi və həmin torpaq sahəsinin açıq hərracdan satılması, əldə olunacaq vəsait hesabına kredit borcunun ödənilməsi, ünvan 1 ünvanında yerləşən 0,287457 ha torpaq sahəsinin ilkin satış qiymətinin 170000 manat məbləğində müəyyən edilməsi qət edilmişdir.

7. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 02 aprel 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 iyun 2018-ci il tarixli qətnaməsinin “Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən 0,276117 ha torpaq sahəsinin ilkin satış qiymətinin 170000 manat məbləğində müəyyən edilməsi” hissəsində dəyişdirilməsi, Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən 0,276117 ha torpaq sahəsinin ilkin satış qiymətinin 230000 manat müəyyən edilməsi, qətnamənin cavabdeh İddiaçı1 münasibətdə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

8. Qətnamə qanuni qüvvəyə minərək icraya yönəldilmiş, Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya şöbəsinin 31 yanvar 2020-ci il tarixli məktubu ilə hərracın keçirilməsi "xxxx" MMC-yə sifariş edilmiş, sonradan İcra və Probasiya şöbəsinin 12 mart 2020-ci il tarixli məktubu ilə sifarişin icra edilmədən geri qaytarılması xahiş olunmuşdur.

9. Bakı şəhəri Binəqədi rayon icra və Probasiya şöbəsinin 22 oktyabr 2020-ci il tarixli məktubu ilə hərracın keçirilməsi "xxxx" MMC-yə həvalə edilmiş və həmin MMC tərəfindən tərtib olunmuş Hərracın yekunları barədə 19 noyabr 2020-ci il tarixli, 48/01 nömrəli protokolu ilə İddiaçı1 məxsus olan Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 0,276117 ha torpaq sahəsi ilkin satış qiyməti 230000 manat məbləğində müəyyən edilərək, satış qiyməti 243800 manat məbləğində olaraq Cavabdeh3 satılmışdır. Torpaq sahəsi üzərində sonuncunun mülkiyyət hüququ 24 fevral 2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

10. İddiaçı1 cavabdehlər "xxxx" MMC-yə, Bakı şəhəri Cavabdeh2nə, Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 0,276117 ha torpaq sahəsinin açıq hərracda satılmasına dair “Külək" MMC-nin 19 noyabr 2020-ci il tarixli, 48/01 saylı hərracın nəticələri haqqında protokolunun etibarsız hesab edilməsi, əmlakın iddiaçının sahibliyinə geri qaytarılması barədə qətnamə, habelə qanun pozuntusuna yol vermiş vəzifəli şəxslər barəsində xüsusi qərardad qəbul edilməsini xahiş etmişdir.

11. İddiaçı tələbini belə əsaslandırmışdır ki, ipoteka predmeti satılarkən onun üzərində 4 mərtəbəli çoxmənzilli yaşayış binasının mövcud olması, bazar qiymətinin minimum ******* manat dəyərində qiymətləndirilməsi nəzərə alınmamışdır. İcra prosesi və hərracın keçirilməsi zamanı kobud qanun pozuntularına yol verilmiş, icra məmuru əmlakın satılmasını istədiyi hərrac təşkilatına sifariş vermiş, “Külək" MMC tərəfindən hərracın keçirilməsi barədə ipoteka qoyana bildiriş göndərilsə də, həmin bildiriş də ona çatmamışdır.

12. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh3 qarşı başqa bir iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, dəymiş zərərin əvəzi kimi ******* manat pul vəsaitinin, iddianın verilməsi ilə bağlı ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi ******* manat pul vəsaitinin cavabdehdən tutularaq, iddiaçılara ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər.

13. İddia onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsi tərəfindən ipoteka ilə yüklü edilmiş torpaq sahəsinə ilkin satış qiyməti 230000 manat qoyulmuşdur. Qiymət yalnız torpaq sahəsinə aid olmuşdur. Belə olan halda, Cavabdeh3 928,5 kv.metr olan yaşayış sahəsini və 261,1 kv.metr olan zirzəmi sahəsini pulsuz əldə etmişdir. 11 fevral 2019-cu il tarixdə Əmlak Ekspert Mərkəzi tərəfindən qeyd olunan torpaq tikililərlə birlikdə 696000 manata qiymətləndirilsə də, hazırda təkcə tikililər ******* manat məbləğində qiymətləndirilir.

14. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 23 iyun 2021-ci il tarixli qərardadı ilə iddialar bir icraatda birləşdirilməklə, baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir.

15. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli, 2(005)- 3335/2021 nömrəli qətnaməsi ilə hər iki iddianın rədd edilməsi qət edilmişdir.

16. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, hərrac təşkilatı tərəfindən məhkəməyə təqdim edilmiş hərrac işinə dair sənədlərdən görünür ki, hərrac bildirişi eyni tarixdə, yəni 29 oktyabr 2020-ci il tarixdə İddiaçı2 ünvanlanmış və həmin bildiriş “Xanəliyeva” soyadlı şəxs tərəfindən qəbzə imza atılmaqla qəbul edilmişdir. Bundan əlavə, hərrac təşkilatı "xxxx" MMC tərəfindən hərracın keçirilməsi vaxtı və yeri barədə “Birja yenilikləri” qəzetində elan yerləşdirilmişdir. Bu səbəbdən, məhkəmə hesab etmişdir ki, İddiaçı1 hərrac barədə lazımınca məlumatlandırılmışdır. Bundan əlavə, hərraca çıxarılmış torpaq sahəsinin ilkin satış qiyməti qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizələri üzrə məhkəmə hesab etmişdir ki, iddiaçılar cavabdeh tərəfindən onlara maddi zərərin dəyməsini sübuta yetirə bilməmişdir.

17. Məhkəmə gəldiyi nəticəni “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1, 39.2, 41.1, 41.2, 41.3, 41.4, 41.5, 42.1, 44, 53.1, 53.2, 53.3-cü, Mülki Məcəllənin 269.1, 317.1, 319.1, 415.1, 415.2-ci maddələrinə, “F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsinin Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarı, Mülki Məcəllənin 21-ci, Mülki Prosessual Məcəllənin 14.2, 217.3 və 217.4-cü maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına istinadla əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

18. İddiaçılar İddiaçı1 və İddiaçı2 birgə apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli, 2(005)-3335/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddiaların təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.

19. Apellyasiya şikayətində göstərilmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassız olduğuna görə ləğv edilməlidir. Belə ki, ilk öncə qeyd etmək lazımdır ki, Bakı şəhəri Nərimanov rayon Məhkəməsi işə qərəzli yanaşıb, iş üzrə heç bir araşdırma aparmayıb. Məhkəmənin qətnaməsi 14 səhifədən ibarət olsa da, iş üzrə real məhkəmə baxışı iclası 1 dəfə keçirilib və məhkəmənin faktiki əsaslandırılması 2 abzasdan ibarətdir. Belə ki, Məhkəmə qeyd edir ki, hərrac təşkilatı tərəfindən məhkəməyə təqdim edilmiş hərrac işinə dair sənədlərdən görünür ki, qeyd edilən hərrac bildirişi eyni tarixdə, yəni xx.xx.2020-ci il tarixdə İddiaçı2 da ünvanlanmış və həmin bildiriş “Xanəliyeva” soyadlı şəxs tərəfindən qəbzə imza atılmaqla qəbul edilmişdir. Bundan əlavə hərrac təşkilatı Külək” MMC tərəfindən hərracın keçirilməsi vaxtı və yeri barədə “Birja yenilikləri” qəzetində elan yerləşdirmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, İddiaçı1 hərrac barədə lazımınca məlumatlandırılmışdır. Bundan əlavə hərraca çıxarılmış torpaq sahəsinin ilkin satış qiyməti qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hərrac keçirilərkən qanunvericiliyin tələbləri pozulmamış, hərracın nəticələri haqqında protokolun etibarsız hesab edilməsi üçün hər hansı hüquqi əsas müəyyən edilməmişdir. Qeyd etmək lazımdır ki, hərrac təşkilatı tərəfindən İddiaçı2 ünvanlanmış bildirişin “Xanəliyeva” tərəfindən alınması, hələ o demək deyil ki, Xanəliyeva kürəkəninə çatası məktubu hökmən açıb, tanış olub və hərrac barədə məlumatlı olmuşdur. Məhkəmə qeyd edir ki, iş materiallarında olan hərracın yekunları barədə xx.xx.2020-ci il tarixli, 48/01 nömrəli protokoldan görünür ki, İddiaçı1 məxsus olan Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən 0,276117 ha torpaq sahəsi ilkin satış qiyməti 230.000 (iki yüz otuz min) manat məbləğində müəyyən edilərək "xxxx" MMC tərəfindən hərraca çıxarılmış və elə həmin gün 243.800 (iki yüz qırx üç min səkkiz yüz) manat məbləğində Cavabdeh3 satılmışdır. “İpoteka haqqında” Qanunun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. Həmin Qanunun 43.1.1- ci maddəsinə əsasən hərraca iki nəfərdən az alıcı gəldikdə hərrac baş tutmamış elan edilir. xx.xx.2020-ci il tarixdə "xxxx" MMC tərəfindən keçirilmiş birinci hərracda Cavabdeh3 hərracı udmuş elan edilmiş və 230.000 (iki yüz otuz min) manatlıq əmlakı 243.800 (iki yüz qırx üç min səkkiz yüz) manat məbləğində almışdır. Belə olan halda həmin hərrac üzrə ikinci iştirakçı hərrac təşkilatının bank hesabına 5 faizi məbləğində beh qoyub iştirak etməli idi. Yalnız Hərrac təşkilatı tərəfindən Məhkəməyə təqdim olunmuş iş materiallarında bununla bağlı heç bir sənəd, o cümlədən behin hərrac təşkilatının bank hesabına keçirilməsini təsdiq edən qəbz və mədaxil qəbzi təqdim olunmayıb. Digər iddiaya münasibətdə Məhkəmə qeyd edir ki, iddiaçılar cavabdeh tərəfindən onlara maddi zərərin dəyməsini sübuta yetirə bilməmişdir. Digər tərəfdən Məhkəmə qeyd edir ki, İş materiallarında olan “Əmlak Ekspert Mərkəzinin” xx.xx.2019-cu il tarixli, ƏEM/F299-386/19 saylı rəyindən görünür ki, Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 0,287457 ha boş torpaq sahəsinin xx.xx.2019-cu il tarixə olan bazar dəyəri 230000 manat, üzərində olan tikililərlə birlikdə 172500 manat, yarımçıq tikililərlə olan dəyəri 696000 manat təşkil edir. Belə ki, tikillərin dəyəri məlum olsa da, dövlət qeydiyyatına alınmadığından onların satışı mümkün olmamışdır, lakin tikililərin mövcudluğu və onlara sərf olunan vəsaitlərin həcmi məlumdur. Cavabdeh3 928,5 kv.metr olan yaşayış sahəsini və 261,1 kv.metr olan zirzəmi sahəsini pulsuz əldə edib. Həmçinin bugünkü gündə İddiaçı1 və İddiaçı2 tərəfindən Cavabdeh3 borca götürülən 452.100 (dörd yüz əlli iki min yüz) manatın qarşılığında hələ də 743.564 (yeddi yüz qırx üç min beş yüz altmış dörd) manat məbləğində borcun qalması bəllidir. Bütün bunlar sübuta yetirilmiş danılmaz faktlardır, maraqlısı odur ki, bunlar olan halda Məhkəmə hansı əsasla iddiaçıların maddi zərərin sübuta yetirilə bilməməsi barədə nəticəyə gəlmişdir?

20. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 yanvar 2022-ci il tarixli, 2(103)-1309/2022 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli, 2(005)-3335/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

21. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı1 keçirilmiş hərracın qanunvericiliyin tələblərinin pozulmaqla keçirilməsini iddia edir. Belə ki, İddiaçı1 bildirmişdir ki, hərrac təşkilatı onları hərracın keçirilmə yeri və vaxtı barədə lazimi qaydada məlumatlandırmamış, hərracın təşkili ilə bağlı bildirişlər “Starşeva” adlı kənar şəxs tərəfindən qəbul edilmişdir. Həmçinin iddiaçı apellyasiya şikayətində bildirmişdir ki, hərrac təşkilatı tərəfindən İddiaçı2 ünvanlanmış bildirişin “Xanəliyeva” tərəfindən alınması, hələ o demək deyil ki, Xanəliyeva kürəkəninə çatası məktubu hökmən açıb, tanış olub və hərrac barədə məlumatlı olmuşdur. Apellyasiya instansiyası məhkəməsi iddia tələbinin və apellyasiya şikayətinin bu dəlilinə münasibətdə qeyd etmişdir ki, hərrac təşkilatı tərəfindən məhkəməyə təqdim edilmiş hərrac işinə dair sənədlərdən görünür ki, qeyd edilən hərrac bildirişi 29 oktyabr 2020-ci il tarixdə İddiaçı2 da ünvanlanmış və həmin bildiriş “Xanəliyeva” soyadlı şəxs tərəfindən qəbzə imza atılmaqla qəbul edilmişdir. İddiaçı1 apellyasiya şikayətində həmin bildirişi almasını inkar etməmiş, kürəkəninə çatası məktubu açmadığını bildirmişdir. Bundan əlavə, hərrac təşkilatı "xxxx" MMC tərəfindən hərracın keçirilməsi vaxtı və yeri barədə “Birja yenilikləri” qəzetində elan yerləşdirilmişdir. Bu səbəbdən apellyasiya məhkəməsi hesab etmişdir ki, İddiaçı1 hərrac barədə lazımınca məlumatlandırılmışdır. Bundan əlavə, məhkəmə Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə istinad etməklə göstərmişdir ki, hərraca çıxarılmış torpaq sahəsinin ilkin satış qiyməti qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir. Cavabdeh3 hərrac təşkilatının bank hesabına 5 faizi məbləğində beh qoyub iştirak etməli olmasına dair apellyasiya şikayətinin dəlilinə qiymət verərkən “İpoteka haqqında” Qanunun 42.4-cü maddəsinə istinad etmiş və göstərmişdir ki, Cavabdeh3 ipoteka saxlayan olduğundan onun “İpoteka haqqında” Qanunun 42.1-ci maddəsinə əsasən hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməsinə zərurət yoxdur. Apellyasiya instansiyası məhkəməsi, iddiaçılar İddiaçı1 və İddiaçı2 “maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizə ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə də razılaşaraq qeyd etmişdir ki, iddiaçılar cavabdeh tərəfindən onlara maddi zərərin dəyməsi sübuta yetirə bilməmişlər.

22. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini əsaslandırarkən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 34.1, 39.2, 41.1, 41.2, 41.3, 41.4, 41.5, 42.1, 44, 53.1, 53.2, 53.3-cü maddələri, Mülki Məcəlləsinin 269.1, 317.1, 319.1, 415.1, 415.2-ci maddələri, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarı və Mülki Prosssual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə istinad etmişdir.

c) Kassasiya instansiyası məhkəməsindəki icraat

23. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1495/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 yanvar 2022-ci il tarixli, 2(103)- 1309/2022 nömrəli qətnaməsi qismən, yəni iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh3 qarşı “zərərin ödənilməsi” tələbinə dair iddialarının təmin edilməməsi hissəsində ləğv edilməsi və iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılması qərara alınmışdır.

24. Kassasiya instansiyası məhkəməsi öz mövqeyini aşağıdakı kimi əsaslandırmışdır. 24.1 Belə ki, yuxarıda qeyd olunduğu kimi İddiaçı2 və İddiaçı1 birgə verdikləri iddialarının faktiki əsası ondan ibarət olmuşdur ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 02 aprel 2019-cu il tarixli qətnaməsinin icrası qaydasında Cavabdeh3 əldə etdiyi torpaq sahəsinin üzərində iddiaçılar tərəfindən 4 mərtəbəli çoxmənzilli yaşayış binası inşa olunmuş, lakin əmlakın hərracdakı qiyməti yalnız torpaq sahəsinin dəyəri ilə müəyyən olunmuş, tikilinin dəyəri isə nəzərə alınmamışdır. Belə olan halda, həmin tikili də, torpaq sahəsi ilə birgə cavabdehin sahibliyinə keçdiyindən, iddiaçılara zərər vurulmuş və həmin zərərin əvəzi onlara ödənilməlidir. 24.2 İpoteka predmeti olmuş torpaq sahəsinin üzərində iddiaçılar tərəfindən bina inşa edilməsi və bundan cavabdehin məlumatlı olması işin mübahisəsiz halıdır. Belə ki, 06 oktyabr 2015-ci il tarixli öhdəlik müqaviləsində İddiaçı1 Cavabdeh3 ipoteka qoyulan torpaq sahəsi üzərində qanuna müvafiq qaydada 4 mərtəbəli yaşayış evinin inşa olunacağını bildirmiş, sonuncu isə yaşayış evinin tikintisinin aparılmasına razılıq vermiş və tərəflər inşa olunan yaşayış evinin özgəninkiləşdirilməsi və istifadə qaydasını müəyyən etmişlər. 24.3 Həmçinin, Bakı Apellyasiya Məhkəməsinin 02 aprel 2019-cu il tarixli qətnaməsindən müəyyən olunur ki, ipoteka predmetinin ilkin satış qiyməti yalnız torpağın dəyəri ilə müəyyən olunmuşdur. Torpaq sahəsi üzrərində tikilmiş tikilinin qiymətləndirilməsi apellyasiya baxışının predmeti olmuş və bununla bağlı apellyasiya məhkəməsi həmin qətnaməsində göstərmişdir ki, torpaq sahəsinin üzərində olan tikili yarımçıq, başa çatmayan tikilidir və reyestrdə qeydə alınmamışdır. Belə olan halda, rəsmi dövlət reyestrində qeydə alınmayan əmlaka ipoteka predmeti olaraq tələb yönəldilməsi və ilkin satış qiymətinin müəyyən edilməsi mümkün hesab edilə bilməz. 24.4 Lakin həmin iş üzrə alınmış "xxxx" MMC-nin 11 fevral 2019-cu il tarixli mütəxəssis rəyində göstərilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Gülməmməd Ramazanov, 1-ci döngə, 1A ünvanında yerləşən 0,287457 ha torpaq sahəsinin üzərində mülkiyyətdə olan sahələr istisna olmaqla, yarımçıq tikililərlə birlikdə torpaq sahəsinin 11 fevral 2019-cu il tarixinə bazar dəyəri 696000 manat təşkil edir. 24.5 Lakin yuxarıda göstərildiyi kimi, birinci instansiya məhkəməsi yalnız maddi zərərin sübuta yetirilməməsini qeyd etməklə iddianı rədd etmiş, cavabdehin hərracdan alınan torpaq sahəsinin üzərində tikilinin olmasına, həmin tikilinin dəyərinin torpağın hərracdakı ilkin satış qiymətində nəzərə alınmadığı halda, torpaq sahəsi ilə birlikdə cavabdehin sahibliyinə keçməsinə hüquqi qiymət verməmişdir. 24.6 Apellyasiya məhkəməsi isə Mülki Prosessual Məcəlləsinin 217.3, 218.1 və 392.1.5-ci maddələrinin tələblərini pozaraq, apellyasiya şikayətinin dəlillərinə qeyd olunan hissədə hüquqi qiymət verməmiş, qətnaməsini iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırmamışdır. 24.7 Halbuki, prosessual qanunvericilikdə “Jura novit curia”, yəni “Məhkəmə qanunları bilir” prinsipi tətbiq olunur ki, iddiaya baxan məhkəmə iddia tələbinin əsaslandırılmasından asılı olmayaraq təqdim olunmuş sübutlara əsasən tərəflər arasında yaranmış hüquq münasibətlərini müəyyən etmək və Azərbaycan Respublikası MPM-in 220.4-cü maddəsinə əsasən həmin münasibətlərə uyğun olaraq maddi hüquq normanı tətbiq etməklə, mübahisəni həll etməlidir. 24.8 Məhkəmə kollegiyasının mövqeyinə görə iddiaçılar tələbini zərərin ödənilməsi ilə bağlı maddi hüquq normalarına istinad etməklə əsaslandırsalar da, işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi iddia tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 1091 və 1092-ci maddələrini müzakirə etməli və işin hallarını əsassız varlanmaya dair maddi hüquq normalarına uyğun təhlil aparmalı idi. 24.9 Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Təkrar apellyasiya baxışı zamanı apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclasında verilən izahatlar

26. Təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclasında iştirak edən ikinci iş üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Vəkil4 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirir ki, Ali Məhkəmənin göstərişi ilə əlaqədar bir hissə dəyişdirilmədən saxlanılmışdır. Bir daha baxışa göndərilən hissədə göstərilib ki, işə əsassız varlanma qanunvericiliyi çərçivəsində baxılmalıdır. Ona görə də tərəfə müraciət edilməlidir. Onlar müraciət də eləyiblər və birincini də qiymətləndiriblər. İşin içində olan qiymətləndirmə 2019-cu ilin qiymətləndirməsidir.Tərəfə əmlak keçirsə bugünkü bazar qiyməti götürülməlidir. Ona görə də məhkəməyə yeni rəyi təqdim ediblər. Belə çıxır ki, hazırda işin içində bir məsələyə dair 2 rəy var. Onlardan biri 690.000 və 1.200.000 və s. Əmlak keçir, onlar da ona görə tərəfə müraciət ediblər ki, dəyəri təqdim edilsin. Binanın onlar tərəfindən tikildiyini məhkəmə özü qeyd edib. 2016-cı ildə cavabdeh həbsxanada olduğuna görə və satış mümkün olmadığına görə onun vergisi ödənilə bilməmişdir. 82.000 manat civarlarında vergi ödəyə bilmədikləri üçün vergi orqanı onları məsuliyyətə cəlb etmişdir, ipoteka qoyulanda orada tikili yox idi, tikili tikiləndə hər iki tərəfin razılığı olub. Həmçinin, bina və onun ətrafındakı obyektlər 600.00 qiyməti ola bilməz.2019-cu ildən qiymət artıb bu da onlar üçün də yeni bir haldır. İki rəy də eynidir. Necə təmir oluna bilər ki, eyni vəziyyətdə hazırda qalıb? Əmlak bu gün tərəfə keçib və hazırkı vəziyyətdə nə qədər bizdən vəsait getməsi yeni haldır. İpoteka qoyulanda orada tikili yox idi. Tikili tikiləndə hər iki tərəfin razılığı olub. Hər iki tərəf pis vəziyətdədir. Onlar hətta barışıqla əlaqədar 3 təklif təqdim etmişdilər. Hər biri fərqli-fərqlidir, ola bilsin ki, o təkliflərdən biri qarşı tərəfə uyğun gəlsin. Onlar bir ərizə ilə 2 ilkin müqavilə təqdim ediblər, həmin o ilkin müqavilə natorial qaydada təsdiq olunmuş müqavilədir. Real olaraq görünür ki,1000-1250 manata arası onlar satıblar. Ekspertiza təyin edilməlidir. Ortada 2 rəy var, ədalətli qərarın qəbul edilməsi üçün ekspertiza keçirilməlidir. Həmçinin, onlar sorğu ilə ekspert mərkəzinə müraciət ediblər ki, niyə görə belə bir kəskin rəqəm fərqi var. Onlar belə cavabla əsaslandırırlar ki, 2019-cu ildən bəri, ödəniş olunub-olunmayacağına məhkəmə qərar verir, olunacaqsa da bugünku qiymətlə qiymətləndirilməlidir. İşin içində öhdəlik müqaviləsi var orada bildirilib ki, tikinti tikiləcək və bir yerdə satılacaq. Ali Məhkəmə də buna istinad etmişdir.

27. Təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclasında iştirak edən ikinci iş üzrə Cavabdeh3 apellyasiya şikayətinin dəlillərinə etiraz etmiş, izahatında bildirmişdir ki, qarşı tərəflər illərdir məhkəmə proseslərini uzadırlar, süründürməçiliyə yol veririlər. 8 ildir ki, çəkişmə gedir. Lakin, nəticə əldə olunmur. Bundan öncəki apellyasiya baxışlarında torpaq-torpaqsız qiymətləndirməyə göndərilmişdir. O bundan sonra onlardan pul alası da deyil. Sadəcə onlar bəhanələr edib prosessləri uzadırlar. Hazırda tikili onun adına keçib. Ona bina yarımçıq verilmişdi, onu tamamlayıb, qonşular da təsdiq ediə bilər. Bina onun pulu ilə tikilib. İpotekaya torpağı götürmüşdülər və onun üstündə tikili tikilmişdir. Onlar belə razılaşmışdılar ki, torpaq qarşı tərəfdən olacaq maliyyələşdirmə isə onlardan olacaq. İpoteka müqaviləsində göstərilib ki, torpaq üzərində olan tikiliyə də ipoteka müqaviləsi şamil ediləcək. O qiymətə etiraz etmir. Maliyyələşdirən o olub. Mülkiyyətə keçəndən sonra o tikilini tamamlayıb. Bununla bağlı şahidlər də var. Binanı tamamlayan o olub. Mövcud sübut ola-ola qıraqdan sübut gətirmək qıcıqlandırıcı haldır. 230 min tək torpağın qiymətidir. İpoteka qoyulanda orada tikili yox idi. Amma ipoteka müqaviləsində göstərmişdi ki, torpaq üzərində olan tikiliyə də ipoteka müqaviləsi şamil ediləcək. Tikili tikiləndə hər iki tərəfin razılığı olub. Müqavilədə göstərmişdilər. Tikili 2015-ci ildə tikilib və müqaviləsi də 2015-ci ildə bağlanıb. Tikilinin maliyyəsini o verib. O tikilini maliyyələşdirdiyini sübut edib. Bununla bağlı məhkəmə qərarı da var. Qiymətləndirmə də keçirilib, bu tikili ilə bağlı qüvvəyə minmiş məhkəmə qərarı var. 2019-cu ildə Ali Məhkəmənin qərarı var. Bu iş 3 dəfə Ali Məhkəmyə gedib. O, 466.000 manatın ödənilməsinə razılığını bildirə bilər. Onsuz onların məqsədi pulu ödəmək deyil, işi uzatmaqdır. Əvəzləşdirilməsinə etiraz etmir.

28. Təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclasında iştirak edən ikinci iş üzrə Cavabdeh3 vəkili Vəkil3 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, izahatında əlavə olaraq bildirdi ki, qarşı tərəf qərəzli şəkildə məhkəmə iclasını uzadır. İllərdir ki, çəkişmə gedir. Sübutlarını təqdim etmək istədikləri üçün təxir istəsələr də kifayət qədər vaxtları olub ki, sübutlarını təqdim etsinlər. Hazırkı təqdim edilən rəyin məhkəmənin qəbul etməsi yol verilməzdir. Ali Məhkəmənin 49-cu bəndində qeyd edilir ki, iş üzrə toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməklə, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməlidir. Bütün sübutlar da toplanılmışdır. Bu işdən əvvəl əldən çıxmış fayda ilə bağlı qətnamə var. Ali Məhkəmə 2016-cı ildə qətnamə qəbul edib. Lakin, onların bu barədə hazırda məlumatı yoxdur. Hazırda qətnamə yanında deyil. Preyudisial əhəmiyyətli qətnamə var.

Tətbiq edilən hüquq normaları:

29. Mülki Məcəllə Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə; Maddə 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir.

30. Mülki Prosessual Məcəllə Maddə 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

Apellyasiya baxışının hədləri

31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

32. Həmçinin qeyd olunmalıdır ki, hazırkı halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməni qismən ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

İşə təkrar apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

33. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qismən – “iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh3 qarşı zərərin əvəzinin tutulması tələbinin rədd edilməsi” hissəsində ləğv edilməli, iddia tələbi həmin hissədə qismən təmin edilməlidir.

34. İşin mübahisəsiz halı odur ki, ipoteka predmeti olmuş torpaq sahəsinin üzərində iddiaçılar tərəfindən bina inşa edilmişdir. 06 oktyabr 2015-ci il tarixli öhdəlik müqaviləsi ilə İddiaçı1 ipoteka qoyulan torpaq sahəsi üzərində qanuna müvafiq qaydada 4 mərtəbəli yaşayış evinin inşa olunacağını bildirmiş, ipoteka saxlayan isə yaşayış evinin tikintisinin aparılmasına razılıq vermiş və tərəflər inşa olunan yaşayış evinin özgəninkiləşdirilməsi və istifadə qaydasını müəyyən etmişlər.

35. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 iyun 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı2 12 fevral 2015-ci il tarixli borc (kredit) müqaviləsinə əsasən cəmi 345225 ABŞ dolları məbləğində pulun ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manatla iddiaçı Cavabdeh3 xeyrinə tutulması, tələb üzrə tutmanın İddiaçı1 məxsus Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 0,287457 ha torpaq sahəsinə yönəldilməsi və həmin torpaq sahəsinin açıq hərracdan satılması, əldə olunacaq vəsait hesabına kredit borcunun ödənilməsi, ünvan 1 ünvanında yerləşən 0,287457 ha torpaq sahəsinin ilkin satış qiymətinin 170000 manat məbləğində müəyyən edilməsi, İddiaçı1 06 oktyabr 2015-ci il tarixli kredit müqaviləsinə əsasən cəmi 227460 ABŞ dolları məbləğində pulun ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manatla iddiaçı Cavabdeh3 xeyrinə tutulması, tələb üzrə tutmanın İddiaçı1 məxsus Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 0,287457 ha torpaq sahəsinə yönəldilməsi və həmin torpaq sahəsinin açıq hərracdan satılması, əldə olunacaq vəsait hesabına kredit borcunun ödənilməsi, ünvan 1 ünvanında yerləşən 0,287457 ha torpaq sahəsinin ilkin satış qiymətinin 170000 manat məbləğində müəyyən edilməsi qət edilmişdir.

36. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 02 aprel 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 iyun 2018-ci il tarixli qətnaməsinin “Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən 0,276117 ha torpaq sahəsinin ilkin satış qiymətinin 170000 manat məbləğində müəyyən edilməsi” hissəsində dəyişdirilməsi, Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən 0,276117 ha torpaq sahəsinin ilkin satış qiymətinin 230000 manat müəyyən edilməsi, qətnamənin cavabdeh İddiaçı1 münasibətdə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

37. Göründüyü kimi Bakı Apellyasiya Məhkəməsinin 02 aprel 2019-cu il tarixli qətnaməsi ilə ipoteka predmetinin ilkin satış qiyməti yalnız torpağın dəyəri ilə müəyyən olunmuşdur.

38. Lakin iş üzrə alınmış "xxxx" MMC-nin 11 fevral 2019-cu il tarixli mütəxəssis rəyində göstərilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Gülməmməd Ramazanov, 1-ci döngə, 1A ünvanında yerləşən 0,287457 ha torpaq sahəsinin tikililər nəzərə alınmadan 11 fevral 2019-cu il tarixə bazar dəyəri – 230000 manat, üzərində mülkiyyətdə olan sahələr istisna olmaqla, yarımçıq tikililərlə birlikdə torpaq sahəsinin 11 fevral 2019-cu il tarixinə bazar dəyəri 696000 manat təşkil edir.

39. Məhkəmə kollegiyası hesab edir ki, torpaq sahəsinin üzərində tikilinin dəyərinin torpağın hərracdakı ilkin satış qiymətində nəzərə alınmadığı halda, torpaq sahəsi ilə birlikdə cavabdehin sahibliyinə keçməsi cavabdehin əsassız varlanması ilə nəticələnmişdir.

40. Cavabdeh3 10 iyul 2023-cü il tarixli məhkəmə iclasında ərizə təqdim edərək işdə olan 11 fevral 2019-cu il tarixli rəyə əsasən 696000 manat məbləğdən torpağın ilkin satış qiyməti olan 230 000 manatın çıxılaraq 466000 manat məbləğində pulun İddiaçı1 və İddiaçı2 ona olan ümumi borcundan çıxılmasına etiraz etmədiyini bildirmişdir.

41. İddiaçıların nümayəndə və vəkili isə məhkəməyə yeni mütəxəssis rəyi təqdim edərək tikilinin dəyərinin daha çox olması və yenidən qiymətləndirmə keçirilməsini xahiş etmişdir.

42. Bakı Apellyasiya Məhkəməsinin qərardadı ilə yenidən qiymətləndirmənin keçirilməsi barədə vəsatət rədd edilmişdir.

43. Belə ki, Ali Məhkəmənin qərarının 49-cu bəndində tərəflərin təqdim etdikləri və iş üzrə toplanmış sübutlara Mülki Prosessual Məcəllənin 88, 217.4-cü maddələrin tələbləri baxımından düzgün hüquqi qiymət verilməli olduğu qeyd edilmişdir.

44. İşdən də müəyyən olunur ki, Əmlak Ekspert Mərkəzinin 11 fevral 2019-cu il tarixli mütəxəssis rəyini iddiaçılar iddia ərizəsinə əlavə etmişlər. Həmin rəy ipoteka predmetinə yönəldilməsi ilə bağlı tələbə Bakı Apellyasiya Məhkəməsi tərəfindən baxılarkən əldə edilmişdir. Hazırki mərhələdə isə yeni sübutlar qəbul edilmir. İşdə olan mütəxəssis rəyinin mötəbərliyini şübhə altına alan hallar işdən müəyyən olunmur.

45. Beləliklə, müəyyən olunur ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən İddiaçı2 12 fevral 2015-ci il tarixli borc (kredit) müqaviləsinə əsasən cəmi 345225 ABŞ dolları məbləğində pul ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manatla və İddiaçı1 06 oktyabr 2015-ci il tarixli kredit müqaviləsinə əsasən cəmi 227460 ABŞ dolları məbləğində pul ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manatla iddiaçı Cavabdeh3 xeyrinə tutulmuş və tutma ipoteka predmeti olan torpağa yönəldilmişdir. "xxxx" MMC tərəfindən tərtib olunmuş Hərracın yekunları barədə 19 noyabr 2020-ci il tarixli, 48/01 nömrəli protokolu ilə İddiaçı1 məxsus olan Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 0,276117 ha torpaq sahəsi ilkin satış qiyməti 230000 manat məbləğində müəyyən edilərək, satış qiyməti 243800 manat məbləğində olaraq Cavabdeh3 satılmışdır. Torpaq sahəsi üzərində sonuncunun mülkiyyət hüququ 24 fevral 2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 46.Tərəflərin izahatından belə müəyyən olunur ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 icra sənədi üzrə borcu Cavabdeh3 tam ödəməmişlər. Cavabdeh də 10 iyul 2023-cü il tarixli məhkəmə iclasında ərizə təqdim edərək işdə olan 11 fevral 2019-cu il tarixli rəyə əsasən 696000 manat məbləğdən torpağın ilkin satış qiyməti olan 230 000 manatın çıxılaraq 466000 manat məbləğində pulun İddiaçı1 və İddiaçı2 ona olan ümumi borcundan çıxılmasına etiraz etmədiyini bildirmişdir.

47. Məhkəmə kollegiyası bildirir ki, icra sənədi üzrə borcun əvəzləşdiriləsi yekin məhkəmə aktı qəbul edildikdən sonra icra mərhələsində mümkündür.

48. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli, 2(005)-3335/2021 nömrəli qətnaməsi qismən – “İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh3 qarşı iddia ərizəsi üzrə zərərin ödənilməsi tələbinin rədd edilməsi” hissəsində ləğv edilməli, iddia tələbi qismən təmin edilməli, iddiaçılar İddiaçı1 və İddiaçı2 xeyrinə 466000 (dörd yüz altmış altı min) manat (696000 – 230000=466000) məbləğində pul, iddianın verilməsi ilə bağlı ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh3 tutulmalı, iddia tələbi qalan hissədə rədd edilməlidir.

49. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

50. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

İddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli, 2(005)- 3335/2021 nömrəli qətnaməsi qismən – “İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh3 qarşı zərərin ödənilməsi tələbinin rədd edilməsi” hissəsində ləğv edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 xeyrinə 466000 (dörd yüz altmış altı min) manat məbləğində pul, iddianın verilməsi ilə bağlı ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh3 tutulsun. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 15 (on beş manat) manat Cavabdeh3 alınaraq iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar