Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3642/2024 10.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X1 Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: “zəbt olunmuş sahədəki tikilinin sökülməsi, torpaq sahəsinin boşaldılması”) Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı X1 nümayəndəsi və vəkili Vəkil2 və Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-16/2024 saylı, 29 mart 2024-cü il tarixli qətnaməsindən iddiaçı X1 apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. ünvan 1 ünvanda yerləşən ölçüsü 0.06 ha. olan torpaq sahəsi X1 adına tam payda, xüsusi mülkiyyət hüququ əsasında xx.xx.2018-ci il tarixdə **********77 reyestr nömrəsi və ********** qeydiyyat nömrəsi ilə qeydə alınmışdır.
2. Bakı şəhəri Nərimanov rayonu, M.Nağıyev küçəsində, mülkiyyətində olan 0.171 ha torpaq sahəsində yerləşən 1 ədəd 3 mərtəbəli, 7 otaqlı, 230.8 kv. m yaşayış, -kv qeyriyaşayış, 677.03 kv. m köməkçi sahədən ibarət 48A nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2007-ci il tarixdə **********64-10301 reyestr nömrəsi və ********** qeydiyyat nömrəsi ilə qeydə alınmışdır.
3. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(005)- 183/2019 saylı qətnaməsinə əsasən, cavabdeh “AtaHolding" MMC tərəfindən 0,1429 hektar torpaq sahəsinin zəbt olunmuş 74,79 kv.metr hissəsinin boşaldılaraq X2 qaytarılması, iddia tələblərinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-308/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən, X3 və “AtaHolding" MMC-nin nümayəndəsi tərəfindən verilmiş apelyasiya şikayətləri təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
4. Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(005)- 183/2019 saylı icra sənədinin icrası təmin edilmiş və icra sənədi üzrə icraata xitam verilmişdir.
5. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1883/2023 nömrəli 10 mart 2023-cü il tarixli qərarına əsasən, Cavabdeh iddiası mahiyyəti üzrə baxılan hissədə təmin edilmiş, üçüncü şəxs X2 məxsus ünvan 1ndə yerləşən 0,06 ha torpaq sahəsinə dair RX seriyalı ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əlavə edilmiş 22 may 2018-ci il tarixdə tərtib edilmiş A № 266080 nömrəli torpaq sahəsinin plan və ölçü sənədində adıçəkilən daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda qeyd olunan ölçülərlə uyğunsuzluğun əlavə 7 kv.m torpaq sahəsinə (iddiaçı Cavabdeh faktiki istifadəsində olan torpaq sahəsi) münasibətdə aradan qaldırılması və həmin plan və ölçü sənədində olan koordinatlarda əlavə 7 kv.m torpaq sahəsinin (iddiaçı Cavabdeh faktiki istifadəsində olan torpaq sahəsi) xaric edilməsi ilə əlaqədar 22 may 2018-ci il tarixdə tərtib edilmiş A № 266080 nömrəli torpaq sahəsinin plan və ölçü sənədində və həmin texniki məlumatların yerləşdiyi elektron baza məlumatlarında düzəlişin edilməsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-2687/2023 saylı qərardadına əsasən cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-1883/2023 nömrəli 10 mart 2023-cü il tarixli qərarından verdiyi apellyasiya şikayətinin geri götürülməsi barədə ərizəsi təmin edilmiş və apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilmişdir.
Birinci instansiya məhkəməsində icraat:
6. İddiaçı X3 Cavabdeh qarşı zəbt olunmuş sahədəki tikilinin sökülməsi və həmin torpaq sahəsinin boşaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,6 ha torpaq sahəsinin zəbt olunmuş 18,53 kv.metr hissəsində cavabdeh tərəfindən inşa edilmiş tikilinin cavabdehin vəsaiti hesabına sökülməsi, torpaq sahəsinin Cavabdehh oğlu tərəfindən boşaldılaraq iddiaçıya qaytarılması və 10 (on) manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Tələbdə göstərilir ki, mülkiyyətində olan torpaq sahəsinin zəbt olunmuş 1 sot hissəsinin cavabdehlər “AtaHolding" MMC və “İnter-Servis" firması tərəfindən boşaldılaraq X2 qaytarılması, maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə araşdırmaları zamanı mülkiyyətində olan torpaq sahəsinin 74,79 kv.metr hissəsinin “Ataholding" MMC tərəfindən zəbt olunduğu müəyyən edilmişdir. Mülkiyyətində olan 0,6 ha torpaq sahəsinin 18,53 kv.metr hissəsinin kimin istifadəsində olmasını isə müəyyən etmək mümkün olmamışdır. Buna görə də iddia tələbi Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-183/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə qismən təmin edilərək cavabdeh "xxxx" MMC tərəfindən 0,1429 hektar torpaq sahəsinin zəbt olunmuş 74,79 kv.metr hissəsinin boşaldılaraq X2 qaytarılması qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini aldıqdan sonra icra edilərək zəbt olunmuş 74,79 kv.metr torpaq sahəsi boşaldılaraq iddiaçıya təhvil verilmişdir. Torpaq sahəsinin təhvil-təslimi zamanı DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsindən mütəxəssis cəlb olunmuş, torpaq sahəsinin plan və ölçüsü sənədində göstərilmiş döngə nöqtələrinin koordinatları TRİMBLE R8 GPS cihazı vasitəsi ilə yerində müəyyən edilməklə göstərilmişdir. Bununla bağlı Nərimanov rayon İcra şöbəsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli **********03 saylı məktubda da qeyd olunmuşdur ki, “Torpaq sahəsinin plan ölçüsü" sənədində qeyd olunmuş 5-ci döngə nöqtəsinə dair koordinat mövcud vəziyyətdə qonşu tikilinin üzərində yerləşir. Ötən müddət ərzində aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, mülkiyyətində olan 0,6 ha torpaq sahəsinin 18,53 kv.metr hissəsi hazırki iş üzrə Cavabdeh tərəfindən zəbt edilmişdir. Cavabdeh zəbt etdiyi sahədə qanunsuz tikinti işləri aparmış və həmin tikilidən hazırda kababxana kimi istifadə edir. Zəbt olunmuş sahənin boşaldılmasını cavabdehdən dəfələrlə tələb etsə də, cavabdeh sahəni boşaltmaqdan və qanunsuz tikilinin sökülməsindən imtina etmişdir. Ona görə də hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
8. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-16/2024 saylı, 29 mart 2024cü il tarixli qətnaməsi ilə (hakim Solmaz Ədilova) iddia tələbinin təmin edilməməsi və ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir.
9. Birinci instansiya məhkəməsi qənaətində göstərir ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 370 saylı xx.xx.2000-ci il tarixli sərəncamı ilə Qarabağ müharibəsi əlili X5 Bakı şəhəri, Nərimanov rayonu, M.Nağıyev küçəsində fərdi ev tikintisi üçün 0,06 ha torpaq sahəsi ayrılmış, həmin sərəncamın əsasında DTXK-nın Bakı şəhər şöbəsi tərəfindən onun adına xx.xx.2003-cü il tarixli JN-8477H saylı “Torpağın mülkiyyətə verilməsinə dair" şəhadətnamə verilmiş və qeyd edilən ünvandakı 0,054 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ tanınmışdır. Həmin torpaq sahəsində Araz Hüseynov tərəfindən fərdi yaşayış evi inşa edilmiş və Bakı şəhəri 19 saylı dövlət notariat kontorunda bağlanmış xx.xx.2003-cü il tarixli 209474 nömrəli müqaviləyə əsasən, ünvan 3 ünvanında 506 kv.m torpaq sahəsində yerləşən iki otaqlı, 45,90 kv.m yaşayış sahəsi olan 5 saylı həmin fərdi yaşayış evi Araz Hüseynov tərəfindən Eynalova (Quattrocchı) Salatın Məmməd qızına 318 500 000 manata (köhnə manat) satılmış, sonuncunun fərdi yaşayış evi üzərindəki mülkiyyət hüququ xx.xx.2003-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla ona müvafiq çıxarış verilmiş, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi də Salatın Quattrocchinin istifadəsinə keçmiş, lakin torpaq sahəsinin sənədləşdirilməsi tam başa çatmadığından adına rəsmiləşdirə bilməmişdir. Araz Hüseynov Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı “Bakı şəhər İcra Hakimiyyəti başçısının 370 saylı xx.xx.2000-ci il tarixli sərəncamına əsasən və 03/52 saylı 2003-cü il tarixli ayrıc aktına uyğun olaraq fərdi ev tikmək üçün ayrılmış Bakı şəhəri, Nərimanov rayonu, M.Nağıyev küçəsi ünvanında yerləşən 0,06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdeh quruma həvalə edilməsi" tələblərinə dair iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmiş, həmin məhkəmənin 15 mart 2018-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 15 mart 2018-ci il tarixli qərarı 02 may 2018-ci tarixdə qanuni qüvvəsini alaraq icra olunması üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər ərazi idarəsinə göndərilmiş, qərar icra olunaraq ünvan 1 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi xx.xx.2018-ci il tarixdə Araz Hüseynovun adına dövlət reyestrində qeydiyyatdan keçmiş, bundan sonra isə X7 Quattrocchı arasında Bakı şəhəri 03 saylı notariat kontorunda xx.xx.2018-ci il tarixli ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, Araz Hüseynov tam mülkiyyət hüququ üzrə özünə məxsus Bakı şəhəri, Nərimanov rayonu, M.Nağıyev küçəsində yerləşən ümumi sahəsi 0,06 ha olan torpaq sahəsini 50 000 manata Salatın Quattrocchiyə satmış, sonuncunun torpaq sahəsi üzərindəki mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq ona RX seriyalı, ******* nömrəli xx.xx.2018-ci il tarixli çıxarış və torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir. Daha sonra İddiaçı cavabdehlər "xxxx" MMC və qeyrilərinə qarşı zəbt olunmuş torpaq sahəsinin boşaldılması, maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, mülkiyyətində olan torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt olunmuş 1 sot hissəsinin boşaldılaraq ona qaytarılması və qanunsuz istifadə nəticəsində ona vurulmuş maddi və mənəvi ziyanın əvəzinin ödənilməsini xahiş etmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(005)- 183/2019 saylı qətnaməsi ilə cavabdeh “AtaHolding" MMC tərəfindən 0,1429 hektar torpaq sahəsinin zəbt olunmuş 74,79 kv.metr hissəsinin boşaldılaraq X2 qaytarılması, iddia tələblərinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Hazırda iddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,6 ha torpaq sahəsinin zəbt olunmuş 18,53 kv.metr hissəsində cavabdeh tərəfindən inşa edilmiş tikilinin cavabdehin vəsaiti hesabına sökülməsini və torpaq sahəsinin boşaldılaraq iddiaçıya qaytarılmasını tələb edir. Cavabdeh isə iddia tələbini qəbul etmir, üst-üstə düşən torpaq sahəsinin iddiaçıya aid olmadığını, cavabdehin həmin torpaq sahəsinə mülkiyyət hüququnun iddiaçıdan əvvəl əldə etdiyini, heç bir zəbt olunma halı olmadığını bildirir. İddiaçı tələbində onun torpaq sahəsinin 18,53 kv/m əksik olan sahəsinin cavabdeh tərəfindən tutularaq istifadə edildiyini göstərmişdir. Lakin işdə olan materiallar əsas götürülməklə, işin faktiki hallarına əsasən (xx.xx.2022-ci il tarixli 10/5227 saylı ekspert rəyi, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı) iddiaçının istinad etdiyi dəlillər təkzib olunur. Belə ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 183/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə işin araşdırılmış hallarına görə, elektron baza məlumatlarına əsasən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən (Torpaq sahəsinin planı və ölçüsü, reyestr nömrəsi **********77) çıxarışla İddiaçı xüsusi mülkiyyətinə rəsmiləşdirilmiş 0,06 hektar torpaq sahəsinin 18,53 kv.metr hissəsi iddiaçının faktiki istifadəsində olan torpaq sahəsindən kənarda yerləşir və sözügedən torpaq sahəsinin kimin istifadəsində olmasını müəyyən etmək mümkün olmamışdır. Göründüyü kimi, yuxarıda sözügedən məhkəmə araşdırması zamanı iddiaçının iddia etdiyi 1 sot torpaq sahəsinin 74,79 kv/m hissəsinin həmin iş üzrə cavabdeh tərəfindən zəbt edilməsi faktı təsdiqlənsə də, iddiaçıya məxsus 0,06 hektar torpaq sahəsinin 18,53 kv.metr hissəsinin kimin istifadəsində olmasını müəyyən etmək mümkün olmamışdır. Hansı ki, həmin məhkəmə mübahisəsinin də predmeti məhz bütövlükdə zəbt olunmuş torpaq sahəsinin iddiaçıya geri qaytarılması olmuşdur. Lakin göründüyü kimi, tələb olunan sahədən bir hissəsinin digər mülki iş üzrə cavabdeh tərəfindən zəbt olunması faktı təsdiqlənsə də, hazırda mübahisələndirilən ölçüdə torpaq sahəsinin kimin istifadəsində olması uzun məhkəmə çəkişmələrinə baxmayaraq müəyyən edilməmişdir. Hazırda isə iddiaçı konkret hansı fakta istinadən torpaq sahəsinin 18,53 kv.m-nin məhz iş üzrə Cavabdeh istifadəsində olmasını iddia etməsini əsaslandıra bilmir. Lakin iddia tələbinin dəlillərindən müəyyən etmək olar ki, bu faktlardan birincisi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin məktubunda “Torpaq sahəsinin plan ölçüsü” sənədində qeyd olunmuş 5-ci döngə nöqtəsinə dair koordinatın mövcud vəziyyətdə qonşu tikilinin üzərində yerləşməsi barədə qeydin əks olunması, ikincisi isə cavabdehin istifadəsində olan torpaq sahəsi ilə iddiaçıya məxsus torpaq sahəsinin qonşu olmasıdır. Göründüyü kimi, bu dəlillər öz-özlüyündə hər hansı faktı təsdiqləmək üçün kifayət etmir. Məhkəmə iş üzrə yuxarıda gəldiyi nəticəni iddia ərizəsində göstərilən faktiki halların ekspertiza rəyləri ilə müəyyən edilməsinə zərurətin olması ilə əsaslandırır. Nəticə etibarilə məhkəmə iddiaçının öz iddia tələbini əsaslandırarkən istinad etdiyi xx.xx.2022-ci il tarixli mütəxəssis rəyini mötəbər sübut hesab etmir. Belə ki, Mülki Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Qeyd olunan Məcəllənin 76.2-ci maddəsinə görə bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Hazırki iddia tələbinin dəlillərinin araşdırılması məqsədilə məhkəmə tərəfindən ekspertiza təyin olunmuş, iddiaçı həmin ekspertiza rəyinə etiraz etmişdir. Bundan sonra məhkəmə tərəfindən ziddiyyətli halların araşdırılması üçün təkrar ekspertiza təyin edilsə də, iddiaçı zəruri olan mütəxəssis rəyinin təqdim edilməsinə görə xidmət haqqının ödənilməsini təmin etməmişdir. Bəllidir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksək olur. Məhz deyilənlərə əsasən, iddiaçının təqdim etdiyi rəyin mötəbərliyi şübhəlidir. Qeyd olunanlara əsasən, iddiaçının özü tərəfindən təqdim edilmiş mütəxəssis rəyinin mötəbərliyi bu sahədə ixtisaslaşmış müvafiq dövlət orqanının mütəxəssis rəyi ilə təsdiq oluna bilərdi. Lakin göründüyü kimi, iddiaçı öz iddia tələblərinin təsdiq edilməsi üçün zəruri olan hərəkətləri etməmişdir. Məhkəmə, iş üzrə iddiaçının nümayəndəsi (vəkili) Vəkil2 tərəfindən təqdim edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 21 dekabr 2022-ci il tarixli, 10/5227 nömrəli ekspert rəyindən də hazırda mübahisəli olan 18,53 kv/m sahənin kimin istifadəsində olduğu müəyyən edilmir. Həmin ekspertin rəyində iddiaçının mülkiyyətində olan torpaq sahəsinə dair verilmiş ayrıc aktı ilə məhkəmə qərarından sonra torpağa dair verilmiş plan-ölçü sənədi arasında 12 kv/m fərqin olduğu qeyd edilmişdir. Göründüyü kimi, aparılmış tədqiqatın nəticələrinə əsasən, iddiaçı X2 məxsus torpaq sahəsinin ölçüsü Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışın əlavəsi olan torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən koordinatlara əsasən 608 kv/m təşkil edir, artıq olan 8 kv/m torpaq sahəsinin 7 kv/m-nin Cavabdeh faktiki istifadə etdiyi tikilinin bir hissəsi olduğu, o cümlədən Ayrıc aktına əsasən torpaq sahəsinin planı və ölçüsü sənədinə qeyd olunmuş koordinatlara əsasən üst-üstə düşən sahənin (İddiaçı iddia etdiyi sahə) Cavabdeh istifadəsində olduğu qənaətinə gəlinmişdir. Bu baxımdan məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən, iddiaçı X2 məxsus torpaq sahəsinin plan və ölçü sənədində adıçəkilən daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda qeyd olunan ölçülərlə əlavə 7 kv.m torpaq sahəsinə dair uyğunsuzluğun aradan qaldırılması və elektron baza məlumatlarında düzəlişin edilməsi qərara alınmışdır. Yuxarıda qeyd olunanların kontekstində qeyd olunur ki, mübahisəli hüquq münasibəti mülkiyyət hüququnun pozulmasına son qoyulması ilə bağlı olduğundan məhkəmə işdə olan sübutlara həmin münasibətləri tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 157.2, 139, 238.1-ci maddələrinin tələbləri baxımından qiymət verərək iddianın əsassız olması barədə nəticəyə gəlir. Qanunun göstərilən normalarının tələbinə görə mülkiyyət hüququnun pozuntusu o zaman baş verir ki, bu hüququn həyata keçirilməsinə hər hansı şəkildə qanunun ziddinə olaraq maneələr yaradılır, hüquqdan məhrum etmə və s. baş verir. Mülkiyyət hüququ, o cümlədən torpaq sahəsi üzərində mülkiyyət hüququ qanunla qorunur və müdafiə olunur. Mülkiyyət hüququnun məhdudlaşdırılmasına və bu hüquqdan məhrum etməyə yalnız qanunda nəzərdə tutulmuş hallarda yol verilir. Beləliklə, iddiaçının iddia etməsinə görə cavabdeh tərəfindən ona məxsus torpaq sahəsi zəbt olunmuş və nəticədə onun mülkiyyət hüquqları pozulmuşdur. Həmin tələblə bağlı məhkəmə tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən iddiaçıya məxsus torpaq sahəsinin zəbt olunması sübuta yetməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı ona məxsus torpaq sahəsinin cavabdeh tərəfindən zəbt olunması və ya ona məxsus torpaq sahəsinin 18,53 kv/m hissəsinin cavabdehin istifadəsində olması barədə məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmiş və tələblərinin əsaslı olmasını sübuta yetirə bilməmişdir. Məhkəmə yuxarıda sadalananlardan əlavə qeyd etməyi zəruri hesab edib ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə işin müəyyən olunmuş hallarına əsasən, işin faktiki hallarından, o cümlədən mütəxəssis rəyi və ekspert rəyi ilə müəyyən edildiyi kimi Bakı şəhər İcra Hakimiyyəti tərəfindən tərtib edilmiş koordinatlarla çıxarışa əlavə edilmiş plan-ölçüdə qeyd olunan koordinatlar qismən (12 kv.m fərqlə) üst-üstə düşür. X4 adına tərtib edilmiş ayrıc aktında qeyd olunan koordinatlara və məsafə ölçülərinə əsasən ayrılmış sahə 596 kv.m, S.Quattrocchinin adına olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və çıxarışın əlavəsi olan plan və ölçü sənədində torpaq sahəsinin ölçüsü 600 kv.m göstərilmiş, lakin plan və ölçü sənədində olan koordinatlara əsasən sonuncunun torpaq sahəsi 608 kv.m təşkil etmişdir. Üst-üstə düşən sahədən 7 kv.m olan hissə iddiaçı Cavabdeh istifadəsindədir. Belə ki, artıq olan 8 kv.m torpaq sahəsinin 7 kv.m hissəsi Cavabdeh faktiki istifadəsində olan tikilinin bir hissəsidir. Göründüyü kimi məhkəmə qərarı qəbul edilənə qədər 596 kv.m torpaq sahəsi, məhkəmə qərarından sonra isə 600 kv.m torpaq sahəsinə X4 mülkiyyət hüququ tanınmışdır.... Lakin cavabdeh mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əlavə edilmiş texniki sənəddə həmin halı nəzərə almamış səlahiyyətindən kənarlaşaraq satıcının mülkiyyət hüququ mövcud olmamasına baxmayaraq əlavə iddiaçının faktiki istifadəsində olan 7 kv.m torpaq sahəsini koordinatlara göstərmiş, nəticədə iddiaçının istifadəsində olan 7 kv.m torpaq sahəsi üçüncü şəxsin texniki sənədlərində faktiki olaraq mülkiyyətində olan sahə kimi göstərilmişdir. Halbuki, texniki sənəd hüquqi müəyyənedən sənədə uyğun olmaqla tərtib edilməlidir ki, həmin sənədlər arasında uyğunsuzluq istər ekspert rəyi, istərsə də mütəxəssis rəyi ilə öz təsdiqini tapmışdır. Həmçinin də sözügedən qərara əsasən, iddia mahiyyəti üzrə baxılan hissədə təmin edilərək, üçüncü şəxs X2 məxsus Bakı şəhəri, Nərimanov rayonu Murtuza Nağıyev küçəsində yerləşən 0,06 ha torpaq sahəsinə dair RX seriyalı ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əlavə edilmiş 22 may 2018-ci il tarixdə tərtib edilmiş А№ 266080 nömrəli torpaq sahəsinin plan və ölçü sənədində adıçəkilən daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda qeyd olunan ölçülərlə uyğunsuzluğun əlavə 7 kv.m torpaq sahəsinə (iddiaçı Cavabdeh faktiki istifadəsində olan torpaq sahəsi) münasibətdə aradan qaldırılması və həmin plan və ölçü sənədində olan koordinatlarda əlavə 7 kv.m torpaq sahəsinin (iddiaçı Cavabdeh faktiki istifadəsində olan torpaq sahəsi) xaric edilməsi ilə əlaqədar 22 may 2018-ci il tarixdə tərtib edilmiş А№ 266080 nömrəli torpaq sahəsinin plan və ölçü sənədində və həmin texniki məlumatların yerləşdiyi elektron baza məlumatlarında düzəlişin edilməsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Belə olanda məhkəmə qeyd edir ki, əvvəlcə iddia tələbi üzrə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və onların tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. Belə ki, subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. Qeyd edilənlərə əsasən, iddia tələbi üzrə iddiaçı X1 Cavabdeh qarşı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməsinə subyektiv hüququ olmamışdır. Belə ki, iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,6 ha torpaq sahəsinin 18,53 kv.metr hissəsinin kimin istifadəsində olmasını müəyyən etmək mümkün olmamış, eyni zamanda iddiaçı tərəfindən iddianın dəlillərində göstərilən halları təsdiqləyən hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Məhkəmə iddiaçının nümayəndəsi (vəkili) Vəkil2 məhkəmə çıxışındakı “torpaq sahəsinin ölçülərini yerində müəyyən etmək mümkündür”, “torpaq sahələrinin cavabdehin istifadəsində olması ancaq Bakı İnzibati Məhkəməsinə təqdim edilmiş ekspertiza rəyləri ilə müəyyən edilmişdir”, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin rəisi Mustafa Rəşidovun apelyasiya şikayətində iddiaçının mülkiyyətində olan torpaq sahəsinə plan ölçü Bakı şəhəri İcra hakimiyyətinin Ayrıc aktına uyğun tərtib edildiyi qeyd olunmuşdur” kimi dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk növbədə, Bakı İnzibati Məhkəməsinə təqdim edilmiş xx.xx.2022-ci il tarixli ekspertiza rəyi iddiaçının nümayəndəsi (vəkili) Vəkil2 özü tərəfindən məhkəməyə sübut kimi təqdim edilmiş, sonuncu həmin rəyə istinad edərək iddianın dəlillərini müdafiə etmişdir. İkinci bir tərəfdən məhkəmə digər dəlillə bağlı öz mövqeyini onunla əsaslandırır ki, hazırda iddia tələbi üzrə mübahisənin araşdırılması üçün torpaq sahəsinin faktiki ölçüləri deyil, iddiaçının mübahisələndirdiyi 18,53 kv/m torpaq sahəsinin hansı koordinatlar daxilində yerləşməsi, o cümlədən həmin sahənin cavabdehin qanunsuz sahibliyi və istifadəsində olması faktı müəyyən edilməli idi. Hansı ki, bu məsələnin həlli xüsusi bilik tələb etdiyi üçün məhkəmə tərəfindən təkrar ekspertiza təyin edilsə də iddiaçı tərəfindən ekspertizanın rəyinin əldə edilməsi məqsədilə lazımı hərəkətlər edilməmişdir (İş materiallarında bu məsələyə dair kifayət qədər məlumat mövcuddur). Qeyd olunanlardan başqa məhkəmə, iddiaçının nümayəndəsi (vəkili) Vəkil2 məhkəmə çıxışındakı son dəlili ilə bağlı bildirir ki, həmin dəlil də əsassızdır. Belə ki, inzibati orqanın özünün cavabdeh kimi cəlb olunduğu iş üzrə maraqlarına uyğun olmayan məhkəmə qərarından şikayət edərkən qeyd etdiyi dəlillər, o demək deyildir ki, indiki iş üzrə təkzibedilməz sübut kimi qiymətləndirilə bilər. Üstəlik də iş materiallarına əlavə olunmuş Bakı Apellyasiya Məhkəməsinin İK-nın xx.xx.2023-cü il tarixli qərarından müəyyən olunur ki, cavabdeh verilmiş apelyasiya şikayətini geri götürmüş və həmin şikayətlə bağlı apelyasiya baxışına xitam verilmişdir. Beləliklə, məhkəmə belə qənaətə gəlib ki, iddia tələbində qeyd olunan ünvan 1 ünvanında yerləşən 0,6 ha torpaq sahəsinin 18,53 kv.metr hissəsinin cavabdeh tərəfindən zəbt olunması faktı müəyyən edilmədiyindən iddia tələbi rədd edilməlidir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) apellyasiya şikayətinin dəlilləri
10. İddiaçı X3 (nümayəndəsi və vəkili Vəkil2) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək iddianın təmin edilməsini xahiş edib şikayətində göstərir ki, iş üzrə həqiqətin aşkara çıxarılması məhkəmə tərəfindən maneçilik yaradılmışdır ki, məhkəmə araşdırması tam və obyektiv aparılmamışdır. Məhkəmə tikinti-texniki üzrə ekspert Elməddin Aslanlı məhkəmə iclasında qətiyyətlə bildirmişdir ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsinin cavabdeh tərəfindən zəbt olunmasını yerində sənəd üzrə ölçü işləri aparılmaqla konkret aşkar etmək mümkündür. Məhkəmə tərəfindən iddiaçının torpaq sahəsində zəbtin olub-olmasının dəqiqləşdirmək üçün məhkəmə tərəfindən ekspertiza təyin edildikdən sonra torpaq sahəsinin sənəd üzrə ölçülərini və əgər zəbt olunmuşsa zəbtin hansı kv.m olmasını ekspert rəyini məhkəməyə təqdim etmək mümkündür. İş üzrə məhkəməyə iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixli mütəxəssis rəy təqdim edilmiş və həmin rəydə iddiaçının mülkiyyətində olan cavabdeh tərəfindən zəbt olunmuş sahənin və özbaşına tikilinin görüntüləri tamamilə göstərilmişdir. Məhkəməyə iddiaçı tərəfindən təqdim olunmuş iddia ərizəsi mülkiyyətdə olan torpaq sahəsinin kordinatların dəyişdirilməsi və ya düzəlişi bağlı olmamışdır. Lakin məhkəmə qərəzli olaraq iddia tələbinin mahiyyətindən kənara çıxaraq iddiaçının mülkiyyətində olan torpaq sahəsinin faktiki çıxarış üzrə mövcud sahəsinin ölçülərini və cavabdeh tərəfindən inşa olunmuş özbaşına tikilinin iddiaçının mülkiyyətində olan torpaq sahəsini qanunsuz zəbt olunmasını araşdırmamışdır. Cavabdehin özbaşına qanununsuz aparmış olduğu tikinti iddiaçının mülkiyyətində olan torpaq sahəsində aparılmışdır. Məhkəmə (hakim Solmaz Ədilova) iddiaçının mülkiyyətində olan torpaq sahəsinin 18 kv.m olan olan hissəsinin cavabdeh tərəfindən qanunsuz zəbt edilərək özbaşına tikiliyə hüquqi qiymət verilməmişdir. Məhkəmə iddiaçının mülkiyyətində olan torpaq sahəsinin çıxarış və texniki pasport üzrə faktiki yerində ölçülərinin möcud vəziyyətini aydınlaşdırmamışdır. Məhkəmənin qətnaməsindən və iş materiallıarından görünür ki, cavabdehin qanunsuz inşa etdiyi özbaşına tikilinin iddiaçının torpaq sahəsinə qanunsuz daxil olmasını və Bakı İnzibati Məhkəməsinə təqdim olunmuş ekspert rəylərindən göründüyü kimi, iddiaçının özünə məxsus torpaq sahəsində inşa etdiyi tikili müvafiq icra hakimiyyətlərindən icazə sənədlərin sübut edilməməsinə dair dəlillər mövcuddur . Məhkəmə iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,6 ha torpaq sahəsinin 18,53 kv.metr hissəsinin cavabdeh tərəfindən zəbt olunması faktıın kordinatlara istinad edərək zəbtin yerində olçülərini dəqiqləşdirmədən zəbt olunma faktını müəyyən etmədiyindən qətnamədə göstərilmiş nəticələrinin və işin hallarına uyğun gəlməmişdir. Məhkəməyə şahid ekspert Elməddin Aslanlı ifadə verməsinin mülkiyyətdə olan torpaq sahəsinin çıxarış üzrə faktiki ölçülərinin dəqiqləşdirilməsi barədə yeni sübutların əldə olunması kimi vəsatət verilməsinə baxmayaraq həmin subutun təqdim edilməsini təmin etməmişdir.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
11. Məhkəmə iclasında iddiaçı X1 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını və qətnamənin ləğv edilərək iddianın təmin olunmasını xahiş etdi.
12. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 139-1.1 və 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 152.6. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 238.1. Daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir.
14. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi:
Maddə 111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.
15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri:
16. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi üçün əsas ola bilməz.
17. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
18. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
19. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini iddia təmin edilmədiyi üçün qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
20. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə tam yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
21. Əvvəla, iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.
22. Çünki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddianın faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşmadığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxdığından iddia haqlı sayılmır.
23. Məhkəmə tərkibi iş üzrə həqiqətin müəyyən edilməsi məqsədi ilə apellyasiya şikayətinin dəlilləri üzrə ilk növbədə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Çünki müəyyən edilməsi tələb edilən hallara dair məlumatlar, yəni daşınmaz əmlaka, o cümlədən torpaq sahələrinə dair arxiv məlumatları, digər zəruri sənədlər və məlumatlar yalnız İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində yaxud publik hüquqi şəxsin müvafiq ərazi idarələrində mövcud olduğundan mübahisəli torpaq sahələrinin yerləşdiyi ərazini və sərhədlərini də ancaq o qurumların (mühəndisi, eksperti)tərəfindən müəyyən edilir. Hazırki işdə verilmiş Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 18 mart 2022-ci il tarixli 10/7384 nömrəli rəyindədə(bax.cild.1.s.108) tərəflərə məxsus torpaq sahələrinin üst-üstə düşdüyü, lakin torpaq sahəsinin dəqiq nə qədər hissəsinin üst-üstə düşməsi Əmlak Məsələləri Dövlət Xitmətinin mütəxəssisləri tərəfindən GPS vasitəsilə ölçüldükdən sonra müəyyən oluna bildiyi göstərilmişdir. Eyni mübahisəli torpaq sahəsi ilə bağlı “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 13 aprel 2022-ci il tarixli(bax.cild 1;i.v.112-117;192-197; cild 2;i.v.28-31) Bakı İnzibati Məhkəməsində olan inzibati iş üzrə verdiyi rəyi əsasında Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 21 dekabr 2022-ci il tarixli, 10/5227 nömrəli ekspert rəyi (bax.cild 2; i.v.32-36) verilmişdir. Analoji işlərdə də Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş rəylərdən açıq-aşkar bəlli olur ki, bu rəylər Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüququ şəxsin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin yaxud 1 saylı Bakı Ərazi İdarəsinin verdiyi rəyi olduğu kimi köçürməklə tərtib olunur. Bunun başqa cür olması da mümkün deyil. Çünki Məhkəmə Ekspertiza Mərkəzində sırf bu növdə ekspertiza keçirilmir və bu sahədə xüsusi biliyə malik ekspertlər fəaliyyət göstərmir, eləcə də torpaq sahələrinə dair arxiv sənədləri və elektron kadastr məlumatları yoxdur. Bu cür vəziyyətdə ekspertizanın keçirilməsinin həm də Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilməsi yalnız bu xarakterli işlərə baxılması müddətinin süni surətdə uzadılmasına və digər neqativ hallara səbəb olur ki, nəticədə də ədalət mühakiməsinin maraqları zərər görmüş olur. Əlbətdə ki, gələcəkdə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüququ şəxsin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində və ərazi idarələrindəki olan torpaq sahələrinə dair arxiv sənədləri və elektron kadastr məlumatları Məhkəmə Ekspertiza Mərkəzində də olacağı təqdirdə yəqin ki, bu sahədə yeni ekspertiza növü yaranacağı istisna olunmur.
24. Bununla yanaşı, ölkə prezidentinin “Məhkəmə -hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı ilə verilmiş tapşırıqlara uyğun olaraq məhkəmə ekspertizası fəaliyyətinin təkmilləşdirilməsi məsələləri daim diqqət mərkəzində saxlanılır, o cümlədən özəl məhkəmə ekspertiza fəaliyyətinin təşkili üzrə ardıcıl tədbirlər görülür. Qanunvericilikdəki yeniliklərə əsasən özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək istəyən şəxs Ədliyyə Nazirliyinin təşkil etdiyi icbari təlimlərdə iştirak etməli, müsahibədən keçməli, özəl məhkəmə eksperti şəhadətnaməsi almalı və barəsində məlumatlar Məhkəmə Ekspertləri Reyestrinə daxil olmalıdır. Hazırda Ədliyyə Nazirliyi tərəfindən bu sahədə zəruri hazırlıq işləri görülmüş və hüquqi tənzimləmə məsələləri tam həllini tapdıqdan sonra özəl məhkəmə ekspertizası institutunun tətbiqi mümkün olacaqdır. Lakin bu işlər başa çatdırılmadığı və heç bir şəxsə özəl məhkəmə eksperti şəhadətnaməsi verilmədiyi halda ayrı-ayrı hüquqi şəxslər təsis olunaraq müvafiq səlahiyyətə malik olmayan şəxslər tərəfindən, bəzən də əvvəllər əldə etdikləri məhkəmə eksperti ixtisası verilməsi barədə şəhadətnamələrdən istifadə etməklə müxtəlif məsələlərlə bağlı rəy verilir, o cümlədən hazırki işdə də iddiaçının müraciəti əsasında “X8 və Ekspertizası Mərkəzi” MMC tərəfindən 21 iyun 2022-ci il tarixli 168 nömrəli rəyi vermiş(bax.cild 1;i.v.135-138) və məhkəmə də həmin rəyi haqlı olaraq mötəbər sübut kimi qəbul etmədən yekun nəticəyə gəlmişdir. Qeyd olunduğu kimi bu cür sənədlərin özəl məhkəmə ekspertizası yaxud mütəxəssis rəyi kimi qəbul olunması qanunsuzdur və bu cür sənədlərin məhkəmə icraatı çərçivəsində istifadə olunması, başqa sözlə sübut növü kimi qəbul edilməsi yolverilməzdir. Xüsusən də torpaq mübahisələri ilə bağlı bu cür rəylərin sübut növü kimi qəbul edilməsi ümumiyyətlə qəbuledilməzdir. Çünki əgər dövlət qurumu olan Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzində yuxarıda qeyd olunduğu kimi torpaq sahələrinə dair arxiv sənədləri və torpaqlara dair elektron kadastr məlumatları yoxdursa, demək, hansısa MMC-də bu cür sənəd və məlumatların olması da mümkün sayılmır. Bununla bağlı, Ədliyyə Nazirliyinin məhkəmələrə ünvanlanmış rəsmi müraciəti də mövcuddur.
25. Apellyasiya şikayətinin digər dəlilləri ilə bağlı qeyd olunur ki, hazırki iddia ərizəsi 17 iyun 2021-ci il tarixdə məhkəməyə daxil olmuş, qətnamə isə 29 mart 2024-cü il tarixdə çıxarılmışdır. 3 ilə yaxın bir müddətdə birinci instansiya məhkəməsi tərəfindən işin tam, hərtərəfli və obyektiv araşıdırılması üçün bütün lazımi şərait yaradılmış, ekspertiza və mütəxəssis rəyləri tədqiq olunmuşdur. Məhz qeyd olunan rəylər əsasında iş üzrə həqiqət aşkara çıxarılmışdır. Bakı İnzibati Məhkəməsində olan inzibati iş üzrə xx.xx.2022-ci il tarixli rəyi vermiş ekspert Elməddin Aslanlı məhkəmə iclasında verdiyi ifadəsi rəylə eyni məzmunlu olmuşdur. Qeyd olunduğu kimi, həm hazırki işdə, həm də inzibati işdə mahiyyət etibarı ilə Quattrocchi Salatına məxsus torpaq sahəsinin Cavabdeh tərəfindən zəbt olunub-olunmaması məsələsi araşdırılmışdır. Müəyyən edilmişdir ki, ümumiyyətlə X5 Bakı şəhəri Nərimanov rayonu M. Nağıyev küçəsində fərdi yaşayış evinin tikintisi üçün ayrılmış torpaq sahəsinə məhkəmə qərarı əsasında verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında hazırlanmış plan və ölçüdə nəzərdə nəzərdə tutulmuş koordinatlarla, həmin torpaq sahəsi X1 mülkiyyətinə verildikdən sonra, sonuncunun adına verilmiş çıxarışa əlavə edilmiş plan və ölçüdə torpaq sahəsinin koordinatları üst-üstə düşsə də, reyestr nömrəsi **********77 olan çıxarışın əlavəsi olan torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən koordinatlara əsasən 608 kv. m təşkil edir. Artıq olan 8 kv. m torpaq sahəsinin 7 kv. metri Cavabdeh faktiki istifadə etdiyi tikilinin bir hissəsidir“(Kadastr və Yerqurluşu Layihə-Tədqiqat Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin 13 aprel 2022-ci il tarixli(bax.cild 1;i.v.112-117;192-197; cild 2;i.v.28-31). 26.Göründüyü kimi, Cavabdeh faktiki istifadə etdiyi tikilinin bir hissəsinin yerləşdiyi 7 kv. metr torpaq sahəsi iddiaçının mülkiyyətində olan 600 kv.metr torpaq sahəsinin bir hissəsi, yəni 7 kv. metri deyil, çıxarışın əlavəsi olan torpaq sahəsinin planı və ölçüsü sənədində səhvən artıq göstərilən 8 kv. metrin bir hissəsi, yəni 7 kv.metri olduğu müəyyən edilir. Birdəki, Cavabdeh faktiki istifadə etdiyi tikilinin bir hissəsinin yerləşdiyi 7 kv. metr torpaq sahəsi, iddiaçının torpaq sahəsinin çıxarışının əlavəsi olan torpaq sahəsinin planı və ölçüsü sənədində artıq göstərildiyi tarixdən də əvvəl Cavabdeh adına mülkiyyət hüququ əsasında qeydə alınmışdır. Bu faktın özü də, iddianın rədd edilməsi üçün müstəqil əsas sayılırdı.
27. Məhkəmə tərkibi tərəfindən iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixli(bax.cild 1;i.v.135-138) mütəxəssis rəyi üzrə yuxarıda hüquqi dəyərləndirmə aparıldı və həmin rəyin göstərilən səbəblərdən mötəbər olmadığı göstərilmişdir. Ona görə həmin rəydə iddiaçının mülkiyyətində olan, cavabdeh tərəfindən zəbt olunduğu göstərilən sahənin və özbaşına tikilinin görüntülərinin tamamilə göstərilməsi onların həqiqi olması demək deyildir. Həqiqətən də iddiaçı tərəfindən təqdim olunmuş iddia ərizəsi mülkiyyətdə olan torpaq sahəsinin kordinatlarının dəyişdirilməsi və ya düzəlişi ilə bağlı olmamış, bunun olması da mümkün deyildi, çünki, o cür iddia mülki məhkəmə icraatının predmeti ola bilməzdi. Əksinə birinci instansiya məhkəməsi iddia tələbinə mahiyyəti üzrə baxmış, iddia tələbindən kənara çıxmamış, iddiaçının mülkiyyətində olan 600 kv.metr torpaq sahəsininin hansısa hissəsinin cavabdeh tərəfindən zəbt olunması öz təsdiqini tapmamışdır. Başqa sözlə, cavabdehə məxsus tikili iddiaçının mülkiyyətində olan torpaq sahəsində inşa edilməmişdir.
28. Əksinə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1883/2023 nömrəli 10 mart 2023-cü il tarixli qərarı ilə Cavabdeh iddiası mahiyyəti üzrə baxılan hissədə təmin edilmiş, üçüncü şəxs X2 məxsus ünvan 1ndə yerləşən 0,06 ha torpaq sahəsinə dair RX seriyalı ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əlavə edilmiş 22 may 2018-ci il tarixdə tərtib edilmiş A № 266080 nömrəli torpaq sahəsinin plan və ölçü sənədində adıçəkilən daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda qeyd olunan ölçülərlə uyğunsuzluğun əlavə 7 kv.m torpaq sahəsinə (iddiaçı Cavabdeh faktiki istifadəsində olan torpaq sahəsi) münasibətdə aradan qaldırılması və həmin plan və ölçü sənədində olan koordinatlarda əlavə 7 kv.m torpaq sahəsinin (iddiaçı Cavabdeh faktiki istifadəsində olan torpaq sahəsi) xaric edilməsi ilə əlaqədar 22 may 2018-ci il tarixdə tərtib edilmiş A № 266080 nömrəli torpaq sahəsinin plan və ölçü sənədində və həmin texniki məlumatların yerləşdiyi elektron baza məlumatlarında düzəlişin edilməsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-2687/2023 saylı qərardadına əsasən cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-1883/2023 nömrəli 10 mart 2023-cü il tarixli qərarından verdiyi apellyasiya şikayətinin geri götürülməsi barədə ərizəsi təmin edilmiş və apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilmişdir. Ona görə də hazırki iş üzrə iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,6 ha torpaq sahəsinin 18,53 kv.metr hissəsinin cavabdeh tərəfindən zəbt olunması faktının kordinatlara istinad edərək zəbtin yerində olçülərinin dəqiqləşdirməsinə və cavabdeh tərəfindən zəbt olunub-olunmamasının yoxlanılmasına da zərurət və əsas aradan qalxmışdır. Çünki cavabdehin iddiaçının torpaq sahəsinin hansısa ölçüdə hissəsini zəbt etməsi tədqiq edilən sübutlarla, o cümlədən ekspert və mütəxəssis rəyləri ilə, eləcə də əlaqəli inzibati iş üzrə də açıq-aşkar təkzib olunmuşdur.
29. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən də, apellyasiya şikayəti təmin edilməməli və mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-16/2024 saylı, 29 mart 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
30. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi
q ə t e t d i:
İddiaçı X1 apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-16/2024 saylı, 29 mart 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.