Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3644/2023 02.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı İddiaçı Maraqlı şəxs Cavabdehnə qarşı tələblər üzrə (Açar sözlər: mənzilin təhvil verilməsi və maneələrin aradan qaldırılması; mülkiyyət hüqunun tanınması və həmin hüqunun qeydə alınması) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, Birləşdirilmiş birinci iş üzrə İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Birləşdirilmiş ikinci iş üzrə iddiaçı Maraqlı şəxs və onun nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-212/2023 nömrəli və 2(005)- 185/2023 nömrəli, 08 fevral 2023-cü il tarixli qətnamələrindən birləşdirilmiş birinci iş üzrə maraqlarına toxunan şəxs (birləşdirilmiş ikinci iş üzrə iddiaçı) Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı xx.xx.2018-ci il tarixli 15 saylı müqaviləyə əsasən Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov 57 ünvanında tikilən binanın 1-ci blok, 10-cu mərtəbə, 3 otaqlı, sahəsi 110 kvm olan 64 №li mənzili 132000 manata Cavabdehndən almışdır. Mənzilin dəyərini Cavabdehnə tam ödəmiş, bunu təsdiq edən maliyyə arayışını da almışdır. İddiaçı həmin mənzillə yanaşı eyni tarixdə daha iki müqavilə ilə iki mənzili də Cavabdehndən almış, həmin mənzillərin dəyərini tam olaraq ödəmişdir. Daha sonra hazırki mübahisənin predmeti olan, İddiaçı tərəfindən dəyəri ödənilməklə xx.xx.2018-ci il tarixli müqavilə əsasında alınmış mənzil Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli müqavilə əsasında Maraqlı şəxs satılmışdır. Maraqlı şəxs da həmin mənzilin dəyərini tam olaraq ödəmişdir. Hazırda İddiaçı Cavabdehndən mənzilin təhvil verilməsi və maneələrin aradan qaldırılmasını, Maraqlı şəxs isə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, həmin mənzilə mülkiyyət hüququnun tanınmasını və bu hüqunun qeydə alınmasını məhkəmədən tələb edirlər.
2. Azərbaycan Respublikası Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 08 sentyabr 2022-ci il tarixli məktubundan görünür ki, Maraqlı şəxs 22 iyul 2022-ci il tarixdə ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birləşdirilmiş birinci iddia üzrə birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdehnə qarşı mənzilin təhvil verilməsi və maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MTKnın üzərinə Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov 57 ünvanında tikilən binadan müqavilə üzrə 1-ci blok, 10-cu mərtəbə, 3 otaqlı, sahəsi 110 kvm olan 64 №li mənzil; 1-ci blok, 10-cu mərtəbə, 1 otaqlı, sahəsi 74 kvm olan 70 №li mənzil; 1-ci blok, 9cu mərtəbə, 1 otaqlı, sahəsi 74 kvm olan mənzilin iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbləri onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh MTK arasında ünvan 2 ünvanında tikilən binadan mənzillərin alqısatqısına dair aşağıdakı müqavilələr bağlanmış və dəyəri tam həcmdə ödənilmişdir: 1) xx.xx.2018-ci il tarixli 15 saylı müqavilə: 1-ci blok, 10-cu mərtəbə, 3 otaqlı, sahəsi 110 kvm olan 64 №li mənzil. Dəyəri 132000 manat; 2) xx.xx.2018-ci il tarixli 16 saylı Müqavilə: 1-ci blok, 10-cu mərtəbə, 1 otaqlı, sahəsi 74 kvm olan 70 №li mənzil. Dəyəri 88800 manat; 3) xx.xx.2018-ci il tarixli 17 saylı Müqavilə: 1-ci blok, 9-cu mərtəbə, 1 otaqlı, sahəsi 74 kvm olan mənzil. Dəyəri 88800 manat; Tərəflər arasında bağlanmış Müqavilələrə əsasən mənzillərin dəyəri iddiaçı tərəfindən tam həcmdə ödənilmişdir. Lakin bu günədək mənzillər təhvil verilməmiş, iddiaçının hüquqları pozulmuşdur. İddiaçı dəfələrlə cavabdeh MMC-yə mənzillərin ona təhvil verilməsi, müqavilə üzrə öhdəliklərini icra etməsi barədə bildirsə də, bir nəticə əldə olunmamışdır. İddiaçı faktiki olaraq ona məxsus olan, dəyərini tam ödədiyi mənzilləri təhvil ala bilmir, onlara sahiblik etmək və istifadə etmək imkanından məhrumdur. Bu səbəbdən hazırda mənzillərin təhvil verilməsi öhdəliyinin cavabdeh MMC-nin üzərinə qoyulması üçün məhkəməyə müraciət etmək məcburiyyəti yaranmışdır.
4. Məhkəmə iclasında iştirakı edən və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Cavabdeh nümayəndəsi X12 izahatında bildirmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov 57 ünvanında tikilən binadan müqavilə üzrə 1-ci blok, 10-cu mərtəbə, 3 otaqlı, sahəsi 110 kvm olan 64 №li mənzili Maraqlı şəxs satmışdır. Bu mənzilə dair İddiaçı ilə bağladığı müqavilə yalan əqdir. Mənzili İddiaçı satmaq niyyəti olmamışdır. İddiaçı ilə bağlanmış digər iki əqd isə həmin əqdlərdə göstərilmiş hüquqi nəticələri yaratmaq niyyəti ilə bağlanmış, yalan əqdlər deyil.
5. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-212/2023 nömrəli, 08 fevral 2023-cü il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh MTK-nın ünvan 3 ünvanında inşa etdiyi çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 10-cu mərtəbə, 3 otaqlı, sahəsi 110 kv.m. olan 64 №li mənzilin; 1-ci blok, 10-cu mərtəbə, 1 otaqlı, sahəsi 74 kv.m. olan 70 №li mənzilin; 1-ci blok, 9-cu mərtəbə, 1 otaqlı, sahəsi 74 kv.m. olan mənzilin İddiaçı təhvil verilməsi öhdəliyinin Cavabdeh MənzilTikinti Kooperativinin üzərinə vəzifə kimi qoyulması qət edilmişdir.
6. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 389.1, 390.1, 425.1, 442 və 448.1-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 52 və 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
7. Maraqlı şəxs ərizə ilə məhkəməyə müraciət edərək, onun 2(005)- 212/2023 saylı mülki iş üzrə maraqlı şəxs qismində tanınmasını xahiş etmişdir.
8. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-212/2023 nömrəli, 27 mart 2023-cü il tarixli qərardadı ilə Maraqlı şəxs İddiaçı Cavabdehnə qarşı mənzilin təhvil verilməsi və maneələrin aradan qaldırılması tələbinə dair mülki iş üzrə maraqlarına toxunan şəxs qismində tanınmışdır.
b) Birləşdirilmiş ikinci iddia üzrə birinci instansiya məhkəməsində icraat
9. İddiaçı Maraqlı şəxs Cavabdehnə qarşı mülkiyyət hüqunun tanınması və həmin hüqunun qeydə alınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ödənilmiş 130.800 manat pulun cavabdehlər Cavabdeh MTK-dan və X3 tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı X7 ilə Cavabdeh MTK arasında xx.xx.2022-ci il tarixli 17 nömrəli müqavilə bağlanmışdır. Müqaviləyə əsasən ünvan 3-ni almışdır. Cavabdeh MTK tərəfindən təqdim edilmiş maliyyə arayışına əsasən sahəsi 109,0 kv.m olan 3 otaqlı mənzil üçün 130.800 AZN ödəmişdir. İddiaçı öz öhdəliklərini tam şəkildə həyata keçirməsinə baxmayaraq, Cavabdeh MTK-nın rəhbərliyi nəinki öhdəliklərini yerinə yetirməmiş, eyni zamanda dələduzluqla məşğul olmuşdur. Daha sonra iddiaçıya məlum olmuşdur ki, onun aldığı ev ondan başqa 2 nəfərə satılmışdır. Ödədiyi 130.800 manatın cavabdehdən alınaraq iddiaçıya qaytarılması üçün məhkəməyə müraciət etməyə zərurət yaranmışdır. Hal-hazırda sözügedən mənzili aqibəti bəlli olmadığı üçün ödədiyi məbləği tələb etmək məcburiyyətindədir. xx.xx.2019-cu il tarixində X1 Nofəl Əhməd oğluna etibarnamə vermişdir. Maliyyə arayışını X4 əvəzinə X12 imzalamışdır.
11. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 3 ünvanında 10- cu mərtəbədə yerləşən ümumi sahəsi 109,0 kv.m olan 3 otaqlı mənzilə mülkiyyət hüqunun tanınmasını və mənzilin onun mülkiyyəti kimi qeydə alınması öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh nümayəndəsi X12 izahat verərək bildirmişdir ki, mübahisəli mənzili müqavilə əsasında Maraqlı şəxs satmışdır. Onun bu mənzilə dair İddiaçı ilə bağladığı müqavilə yalan əqdir. Mənzili İddiaçı satmaq niyyəti olmamışdır. İddiaçı ilə bağlanmış digər iki əqd isə həmin əqdlərdə göstərilmiş hüquqi nəticələri yaratmaq niyyəti ilə bağlanmış, yalan əqdlər deyil.
13. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-185/2023 nömrəli, 08 fevral 2023-cü il tarixli qətnaməsi ilə iddia ərizəsinin rədd edilməsi, mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.
14. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2 və 452.1-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1 və 217.4 -cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətlərinin və ona qarşı etirazın dəlilləri, digər prosessual hərəkətlər, məhkəmə icraatı iştirakçılarının izahatları a) Birləşdirilmiş birinci iddia üzrə apellyasiya şikayətinin dəlilləri
15. Qətnamədən birləşdirilmiş birinci iş üzrə maraqlarına toxunan şəxs Maraqlı şəxs apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisəli mənzilin Qurbanov Ağalidən başqa şəxslərə satılması həmin mənzilin faktiki olaraq Ağaliyə təqdim edilsədə digər şəxslərə satılması mənzilə dair sərəncam vermək hüququnu məhdudlaşdırır. Bu hissədə bildirir ki, iddiaçı tərəfindən kifayət qədər vicdanlı davranılmış və əmlakın real qiyməti cavabdehə ödənilmişdir. Cavabdehdə məhkəmə prosesi zamanı bu halı təsdiq etmişdir. Qanunvericiliyin bu tələbi birbaşa İddiaçı ilə Təbriz MTK arasında olan müqavilənin etibarsız olduğunu göstərir. Cavabdeh tərəfindən belə bir səlahiyyət, etibarnamə verilməmişdir. Məhkəmə Mülki Məcəlllənin 452-ci maddəsini əsas tutaraq öhdəliyin daha əvvəl əmələ gəldiyi əsasına görə İddiaçı xeyrinə qətnamə qəbul etsədə müqavilənin etibarsız olduğunu araşdırmadığı üçün öhdəliyin yaranmadığını nəzərindən qaçırmışdır. Mübahisləi mənzil Qurbanov Ağaliyə təqdim edilmiş hətda kiçik təmir işləridə Ağali tərəfindən mənzildə aparılmışdır. Eyni zamanda yuxarıda qeyd edildiyi kimi daha əvvəl İddiaçı xeyrinə yaranması halı həmin dövrdə müqavilənin səlahiyyət olmayan şəxs tərəfindən imzalandığı üçün mümkün deyil. Birinci instansiya məhkəməsi İddiaçı məxsus e-2(005)-212/2023 saylı qətnaməsinin əsaslandırma hissəsində Azərbaycan Respublikası MPM-in 389.1-ci maddəsinə istinad etsə də bildirir ki, qanunvericilikdə müqavilənin tərəfi anlayışı qanuni əsaslarla tərəf hesab edilən şəxsləri ehtiva edir. İddiaçılə Təbriz MTK arasında bağlanmış müqavilələrdə isə real tərəf yoxdur, yəni MTK-ni təmsil edən səlahiyyət sahibi şəxs yoxdur. Qanunverici tələbində göstərdiyi uydurma əqdi cavabdehin nümayəndəsi Hacıyev Nofəl həm iddiaçıya aid məhkəmə prosesslərində açıq aşkar bildirmişdir ki, mənzil qanuni əsaslarla yalnız Qurbanov Ağaliyə satılmış və İddiaçı münasibətdə aralarında olan pul haqq-hesablarını ört basdır etmək üçün müqavilə bağlayaraq həmin halı ortadan qaldırmağa çalışmışdır. Eyni zamanda cavabdehin nümayəndəsi 2(005)-185/2023 saylı işdə bildirmişdir ki, müqavilələrə nəzər yetirilsə onun İddiaçıgilin ailəsinə satdığı mənzillllərin dəyərlərinə baxılsa, mənzillərin dəyərindən çox aşağı qiymətə verildiyi görünəcəkdir ki, buda öz növbəsində həmin əqdin yalan əqd olduğunu təsidləyir. Məhkəmə öz qətnaməsində bildirir ki, Hacıyev Nofəl dediyi halları təsdiqləyə bilməmişdir. Məhkəmədə Nofəlin verdiyi izahatın doğruluğu və yalnışlığından daha çox irəli sürülən iddia üzrə İddiaçı sübuta yetirməli idi ki, həmin alğı-satqı müqaviləsi qanunidir. Məhkəmə prosesi zamanı 2(005)-185/2023 saylı Qurbanov Ağaliyə məxsus iş üzrə məhkəmə iş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli etibarnamə mövcuddur ki, həmin etibarnamd ədə “Təbriz MTK” tərəfindən verilmiş səlahiyyət tam təsdiqlənir. 2 (005)-212/2023 saylı iş materiallarında isə yarım şəkildə 2018-ci il tarixli etibarnəmə mövcuddur ki, həmin etibarnamədə “Təbriz MTK”-nə dair heç bir səlahiyyətverici anlayış mövcud deyil. Bu hissədə isə hesab edirik ki, məhkəmə onların və digər işə münasibətdə 3-cü şəxs olduğunu bilərək icraatı birləşdirməmişdir. Məhkəmənin nəzərinə çatdırılacaq bir ayrı məqam isə hər iki məhkəmə prosessində (Ağali və Firəngizin məhkəməsi) cavabdeh Hacıyev Nofəl tərəfindən onların iddiaya yəni 2(005)-185/2023 saylı iş üzrə Qurbanov Ağaliyə münasibətdə iddianın etiraf edilməsi digər işə yəni e- 2(005)-212/2023 saylı iş üzrə FirəngizTağıyevaya münasibətdə aşkar şəkildə həmin əqdin yalan əqd olması barədə izahat verilməsinə baxmayaraq məhkəmə qərəzli yanaşaraq əlehlərinə qətnamə qəbul etmişdir. Məhkəmənin hakimi ən azından bu hissədən sonra iş üzrə icraatı birləşdirib obyektiv araşdırma apara bilərdi ki, bunu etməmişdir. Əlavə olaraq müqavillərin hüquqi qüvvəsi ilə bağlı da iş materiallarında müqvilənin tam qanuni şəkildə İddiaçı iddiasının isə lazımı səlahiyyət olmadan imzalanmasınada hüquqi qiymət verməyərək yenə də qərəzinə uyğun qətnamə qəbul etmişdir. Apellyasiya instansiyası məhkəməsinin nəzərinə çatdırılır ki, İddiaçı məxsus e-2(005)-212/2023 saylı qətnamədə birinci instansiya məhkəməsinin mövqeyi Hacıyev Nofəlin verdiyi izahatda (mənzilin qanuni və real əsaslarla Qurbanov Ağaliyə satılması) İddiaçı hüquqlarını pozduğunu bildirsə də eyni halın yəni Ağalinin əksinə izahat verəcəyi təqdirdə Qurbanov Ağalinin hüquqlarının pozulacağı nəticəsinə gəlsələr hər iki şəxsə münasibətdə zərərçəkənlər siyahısında birinin qalacağı qaçınılmazdır ki, bu hal Hacıyev Nofəlin vəziyyətini yüngülləşdirmir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən həmin hissəyə qiymət verərkən nəzərə alınmalı olduğunu hesab edirlər. Məhkəmə prossesi zamanı verilən vəsatət əsasında Korrupsiyaya Qarşı Mübarizə idarəsindən etibarnamənin tələb edilməsini istəmişlər ki, həmin sübut vəsatət əsasında məhkmənin iş matertiallarına əlavə edilimişdir. Bu hala məhkəmə münasibət bildirməməklə ədalətli araşdırma hüququnu pozmuşdur. Məhkəmənin əsassız qətnamə çıxardığını təsdiq edən bir əsas da ondan ibarətdir ki, e- 2(005)-212/2023 saylı qətnamədə FirəngizTağıyeva ilə bağlanan müqavilənin Məmmədov Talış tərəfindən imzaladığını bildirsə də müqavilədə aşkar şəkildə hər iki müqavilənin eyni şəsxs Hacıyev Nofəl tərəfindən imzalandığı görsənir və bu halı həm Qurbanov Ağali ona məxsus müqavilənin onun yanında imzalandığı üçün, həm də Hacıyev Nofəl təsdiqləyir ki özü imzalamışdır. Məhkəmə bu halı da araşdırmamışdır. Hesab edir ki, ən azından imzalar eyni şəxsə məxsus olub-olmadığı araşdırılmalı idi. Eyni zamanda Hacıyev Nofəl tərəfindən isə hər iki imzanın özü tərəfindən atııldığı etiraf edilmişdir. Məhkəmə qətnamələrini oxuyarkən, məhkəmənin İddiaçı məxsus işin hallarının Maraqlı şəxs işində əsaslandırması, belə ki, X10 Tağıyevanın məhkəmə prosessinində verdiyi izahatına məhkəmə tərəfindən Qurbanov Ağaliyə məxsus məhkəmə qətnaməsində cavablandırılması, iş materiallarında olan izahatda bilidirdiyi etibarnamalərlə bağlı isə izahı İddiaçı məxsus məhkəmə prosesində münasibət bildirməsi öz qətnaməsinin talehini öz xeyrinə yönəltmək niyyətli olduğu aşkar bilinir. Əlavə olaraq məhkəmə prosessi zamanı verilən izahat tam deyil və Qurbanov Ağaliyə münasibətdə qəbul edilmiş qətnamadə mübahisəli etibarnaməyə dair heç bir açıqlama yoxdur. Halbuki qanunvericilik tələb edir ki, əgər tərəf sübut təqdim edirsə həmin sübutun təkzibinə dair məhkəmə öz qətnaməsində əsaslandırmalıdır. Eyni zamanda Ali Məhkəmənin mövqeyi baxımında iddianın və ya şikayətin dəlilllərini cavablandırmamaqla, tərəfin əsaslandırıılmış məhkəmə qərarı almaq yəni ədalətli məhkəmə baxışına olan hüququnu pozmaqdır. Başqa bir məqamda odur ki, cavabdeh tərəf məhkəmədə aşkar şəkildə İddiaçı mənzil satmaq niyyətinin olmadığını bildirərək, onların xeyrinə ifadə verməsinə baxmayaraq həmin ifadəni onların və digər tərəfə aid işdə şəxsin barəsində aparılan cinayət işində məsuliyyətdən yayınmaq üçün verdiyini bildirsə də nəzərə almamışdır ki, şəxsin barəsində aparılan cinayət işində hər iki tərəf Ağali Qurbanov və FirəngizTağıyeva zərərçəkən qismində tanınmışdır. Yəni nəticə olaraq kimin xeyrinə ya da əlehinə ifadə vermək bu hissədə cavabdehə heç bir üstünlük vermir. Eyni zamanda İddiaçı satdığı 3 mənzildən ikisinin normal şəkildə olması sadəcə bu mənzilə münasibətdə müqavilədə səlahiyyət olmaması şəxsin FirəngizTağıyevaya qarşı xüsusi qərəzinin olmaması və sadəcə reallığa uyğun izahat verdiyinin göstəricisidir. Əks halda yalan ifadə verib İddiaçı zərərçəkənlər siyahısında qalmağa sövq etməzdi. X5 iddia ərizəsində istifadə edilən cümləni belə qətnaməsində iddilarının əsası kimi göstərmiş və qeyd etmişdir ki, “hal-hazırda sözügedən mənzili aqibəti bəlli olmadığı üçün ödədiyi məbləği tələb etmək məcburiyyətindədir. xx.xx.2019-cu il tarixində X1 Nofəl Əhməd oğluna etibarnamə vermişdir, Maliyyə arayışını X4 əvəzinə X12 imzalamışdır”. İddia ərizəsinə nəzər salınsa tərəflərindən belə cümlələrdən istifadə edilmədiyi aşkar görünəcəkdir. Bununla da hesab edir ki, hakim öz qərəzli mövqeyini bərkitmək istəmişdir.
b) Birləşdirilmiş ikinci iddia üzrə apellyasiya şikayətinin dəlilləri
17. Qətnamədən birləşdirilmiş ikinci iş üzrə iddiaçı Maraqlı şəxs apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və hüquqlarının təmin edilməsinə dair qətnamə çıxarılması xahiş etmişdir.
18. Apellyasiya şikayəti digər iş üzrə verilmiş apellyasiya şikayətinin dəliləri ilə eyni əsaslandırılmışdır.
c) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri
19. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.
d) Digər prosessual hərəkətlər
20. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2023-cü il tarixli, 2(103)-3650/2023 nömrəli qərardadı ilə hər iki iddia üzrə mülki işlər bir icraatda baxılması üçün birləşdirilmişdir.
e) Proses iştirakçılarının izahatı
21. Məhkəmə iclasında iştirak edən birləşdirilmiş birinci iş üzrə maraqlarına toxunan şəxs (birləşdirilmiş ikinci iş üzrə iddiaçı) Maraqlı şəxs və onun nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətlərini müdafiə edərək təmin edilməsini xahiş etdilər.
22. Məhkəmə iclasında iştirak edən birləşdirilmiş birinci iş üzrə İddiaçı nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətlərinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
23. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş birləşdirilmiş hər iki iddia üzrə Cavabdeh məhkəmə kollegiyasının iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə birləşdirilmiş hər iki iddia üzrə Cavabdeh nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin
24. Maddə 340.2. yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.
25. Maddə 385.1 öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
26. Maddə 386.1. öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
27. Maddə 389.1. mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.
28. Maddə 390.1. fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
29. Maddə 425.1. öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
30. Maddə 442 öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
31. Maddə 448.1 əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Maddə 88 məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
35. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
36. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
37. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
38. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
39. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
40. Hazırki halda, apellyator hər iki apellyasiya şikayətinində qətnamələrin ləğv edilməsini və birləşdirilmiş birinci iddia iş üzrə iddianın rədd, birləşdirilmiş ikinci iddia üzrə isə iddianın təmin edilməsini xahiş etdiyindən hər iki qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
41. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilmədən, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-212/2023 nömrəli və 2(005)-185/2023 nömrəli, 08 fevral 2023-cü il tarixli qətnamələri dəyişdirilmədən saxlanılmalıdır.
42. Məhkəm kollegiyası iki iddia tələbinin olmasını nəzərə alaraq və birləşdirilmiş birinci iddia tələbi üzrə nəticənin birləşdirilmiş ikinci iddia tələbi üzrə gəlinən nəticəni özündən bilavasitə aslı etməsini nəzərə alaraq hesab edir ki, gəlinən nəticənin aydın və anlaşılan olmasının təmin edilməsindən ötrü apelyasiya şikayətinin dəlillərinin nəzərə alınmaqla ilk öncə birləşdirilmiş birinci iddia tələbi, daha sonra isə birləşdirilmiş ikinci iddia tələbi üzrə hüquqi dəyərləndirmə aparılmalıdır.
43. Belə ki, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 saylı, 24 noyabr 2005-ci il tarixli qərarının 8.1-ci bəndinə görə, işdən qarşılıqlı iddia verildikdə qətnamənin əsaslandırıcı hissəsində həm ilkin, həm də qarşılıqlı iddia ayrı-ayrılıqda əsaslandırılmalı və qətnamənin nəticə hissəsində hər bir iddianın hansı qaydada həll olunması aydın göstərilməlidir. Bir icraata bir neçə tələb birləşdirildikdə və yaxın işdə müstəqil tələb irəli sürən 3-cü şəxslər iştirak etdikdə qətnamənin nəticə hissəsində bütün tələblər üzrə qərar qəbul edilməlidir. Həmçinin həmin qərarın 17-ci bəndində qeyd edilmişdir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
Birləşdirilmiş birinci iddia tələbi üzrə;
44. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, istənilən bir tələb barəsində iddia qaldırıldıqda məhkəmənin üzərinə düşən ən əsas və vacib vəzifə həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Pozulmuş hüquqların bərpasını təmin etmək vəzifəsini daşıyan məhkəmə bunu tərəflərin həmin tələbə dair hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil sürətdə müəyyən etmək səlahiyyətinə malikdir. Hüququn pozulub-pozulmaması da qüvvədə olan qanunvericiliklə müəyyənləşdirilir. Bu nöqteyi-nəzərdən müqaviləyə istinad edilərək, hər hansı bir tələb irəli sürüldüyü təqdirdə, həmin müqavilənin etibarlı olub-olmadığının müəyyənləşdirilməsinə zərurət yaranır. Belə ki, müqaviləyə istinad edilərək, irəli sürülən tələbin hüquqi əsasının olub-olmaması ilk növbədə istinad olunan müqavilənin etibarlı olub-olmamağından asılıdır və tələbin əsaslandığı müqavilənin etibarsız olması, həmin müqavilə üzrə tələb hüququnun yaranmadığını göstərir. Hazırki vəziyyətdə də bu barədə tələb olmadığı halda belə, müqavilə üzrə tələb hüququnun yaranıb-yaranmamasını, yəni müqavilənin etibarlıolubolmamasını müəyyən etmək üçün onun etibarlı olub-olmamasına hüquqi qiymət verilməlidir. Başqa sözlə, müqavilənin etibarlı olub-olmaması məsələsinə bu barədə tələbin olub-olmamasından asılı olmayaraq hüquqi qiymət verilməlidir.
45. İşin halları ilə müəyyən olunur ki, iddiaçının “alıcı” kimi göstərildiyi müqavilə cavabdehin Nizamnaməsinə əsasən belə müqavilələri bağlamaq səlahiyyətinə malik olan və həmin müqavilələr imzalanan zaman Cavabdeh MTK-nın sədri olan Məhəmmədov T.B tərəfindən imzalanmış və MTK-nın möhürü ilə təsdiq edilmişdir. İddiaçı həmin müqavilədə göstərilən əmlakın dəyərinin ödənilməsini təsdiq edən və yenə də buna səlahiyyətli olan MTK-nın sədri tərəfindən imzalanmış və MTK-nın möhürü ilə təsdiq edilmiş maliyyə arayışı verilmişdir. Bu baxımdan tərəflər arasında “alqı-satqı” Müqaviləsindən irəli gələn münasibətlər yaranmışdır.
46. Məhkəmə kollegiyası onu da qeyd edir ki, mənzilin başqa şəxslərə satılması etimalının olması mənzilin iddiaçıya təhvil verilməməsi üçün nəinki əsas ola bilməz, ümumiyyətlə heç əsas kimi nəzərdən keçirilə bilməz.
47. Mülki işin materiallarından və tərəflərin izahatından müəyyən edilir ki, tərəflər arasında mənzil alqı-satqısına dair müqavilələr bağlanmışdır. Müqaviləyə əsasən satıcı olan cavabdeh sözügedən mənzilləri iddiaçıya təhvil verməyi, alıcı olan iddiaçı isə öz növbəsində müqavilələr üzrə müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öz üzərinə götürmüşdür. Mülki işin materiallarında olan maliyyə arayışından müəyyən edlir ki, alıcı öz öhdəliyini lazımınca yerinə yetirmişdir. Lakin cavabdeh tərəfindən müqavilələrin predmeti olan mənzilləri iddiaçıya təhvil verilməmiş, müqavilə öhdəliklərinin icrasına yönələn heç bir hərəkət etməmişdir. Belə olan halda iddiaçı haqlı olaraq hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
48. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh MTK-nın nümayəndəsi X12 İddiaçı yoldaşı ilə aralarında pul münasibətlərinin olmasını, məhz bu səbəbdən ünvan 3 ünvanında 10-cu mərtəbədə yerləşən ümumi sahəsi 109,0 kv.m olan 3 otaqlı mənzil barədə yalan əqd bağladığını bildirsə də, bu hallara dəlalət edə biləcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir.
49. Həmçinin cavabdehin iddianı qismən etiraf etməsi və İddiaçı ilə Cavabdeh MTK arasında bağlanan üç müqavilədən ikisinin həqiqi, birinin yalan olması ilə bağlı izahatına münasibət bildirərək qeyd edir ki, cavabdehin qismən etirafı işin hər hansı halı ilə sübut olunmadığından əsassızdır. N.Hacıyevin iddianı qismən etməsi, İddiaçı hüquqlarını və qanunla qorunan mənafeyini pozur. Digər tərəfdən məhkəmə qeyd edir ki, N.Hacıyevin M.Xəlilov tərəfindən ona qarşı edilən hədənin nədən ibarət olmasını izah edə bilməmiş; bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət etməmiş, eyni zamanda, cavabdehlə bağlanmış müqavilənin etibarsızlığını mülki mühakimə icraatı qaydasında mübahisələndirməmişdir. Məhkəmə cavabdehin nümayəndəsi N.Hacıyev barəsində Azərbaycan Respublikası Prokurorluğunun Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 308.1 və 313-cü maddələri ilə cinayət işinin aparılmasını, barəsində məhkəmə tərəfindən “həbs” qətimkan tədbiri seçilməsini; Maraqlı şəxs həmin cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmasını; həmçinin cavabdehin nümayəndəsinin bildirdiyi halları təsdiq edə biləcək sübutları məhkəməyə təqdim etmədiyini nəzərə alaraq, məhkəmə prosesi zamanı verdiyi izahatı məsuliyyətdən yayınmaq, istintaq orqanının zərərçəkmiş şəxs qismində tanıdığı şəxslə barışmaq cəhdi kimi qiymətləndirir və mötəbər sübut növü hesab etmir.
50. Göründüyü kimi, tərəflər arasında bağlanılmış müqavilə üzrə iddiaçı tərəf öz öhdəliklərini icra etdiyi halda qarşı tərəf müqavilənin icrasına yönələn hərəkətlər etməmiş, müqavilə öhədliklərinin icra edilməsi ilə bağlı iddiaçılar tərəfindən edilən müraciətlərə cavab verilməmişdir.
51. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, İddiaçı Cavabdehnə qarşı mənzilin təhvil verilməsi və maneələrin aradan qaldırılmasına dair iddia tələbinin təmin edilməsi barədə birinci instansiya məhkəməsi mahiyyətcə düzgün nəticəyə gəlmişdir.
Birləşdirilmiş ikinci iddia tələbi üzrə;
52. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi aşağıdakı zəruri şərtlər olduqda əsaslıdır. • Qanunda elə bir müddəa olmalıdır ki, onun hüquqi nəticəsi ilə iddia tələbi üdfi üstə düşsün (yaxud istənilən hüquqi nəticə bilavasitə iradə ifadəsi azadlığına əsaslanan müqavilədən irəli gəlsin) • İddiaçının işin halları barədə məruzəsi həmin qanun müddəasının dispozisiya şərtlərinə (yaxud müqavilənin mətninə) uyğun olsun.
53. İddia tələbinin qanuni əsas dedikdə, qanunun elə bir müddəası başa düşülür kf, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfdən ic’ränh yəni nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir.
54. Hazırkı iddia tələbində iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 3 ünvanında 10- cu mərtəbədə yerləşən ümumi sahəsi 109,0 kv.m olan 3 otaqlı mənzilə mülkiyyət hüqunun tanınmasını və mənzilin onun mülkiyyəti kimi qeydə alınması öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
55. Birinci instansiya məhkəməsi hazırkı iddia tələbi üzrə qənaətini onunla əsaslandırmışdır ki, iddiaçının iddia ərizəsinin əsası kimi göstərdiyi hallar iddiaçı özü tərəfindən sübut olunmur.
56. Məhkəmə kollegiyası birinci insansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə ilə razılaşmaqla qətnaməni qanuni və əsaslı hesab edir.
57. Belə ki, Maraqlı şəxs ona satılmış mənzilin İddiaçı satılmasına dair bağlanmış müqavilənin yalan əqd olduğunu iddia etsə də, bu halı sübut edə bilməmişdir. Halbuki yuxarıda da qeyd edildiyi kimi, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
58. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsi iclasında mənzilin İddiaçı satılmasına dair əqdin yalan əqd olduğunu bildirsə də, cavabdehin nümayəndəsi tərəfindən deyilənləri yeganə əsas kimi götürməklə mənzilin İddiaçı satılmasına dair bağlanmış müqavilənin əhəmiyyətsiz olduğuna dair nəticəyə gəlməyi qanunauyğun hesab edilə bilməz. Xüsusilə nəzərə alınmalıdır ki, İddiaçı eyni tarixdə yalnız mübahisəli mənzili dair daha iki başqa müqavilə iki fərqli mənzili də almışdır. Eyni tarixdə bağlanmış, eyni ünvandan mənzil alınmasına dair iki müqavilənin qanunauyğun, bir müqavilənin isə yalnız onu bağlayan tərəfin nümayəndəsinin deməsinə görə yalan əqd olması ağlabatan deyil.
59. Əqdlərin etibarlılıq şərtləri ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında formalaşdırılmış hüquqi mövqe aşağıdakı kimidir:
60. “T.Qasımovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 10 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 01 dekabr 2020-ci il tarixli qərarında göstərilmişdir ki, müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir. Bu baxımdan mülki dövriyyənin sabitliyinin və davamlılığının təmin edilməsi üçün məhkəmələr tərəfindən mövcud sübutlar əsasında müqavilə üzrə tərəflərin gerçək hüquqi niyyətlərinin və iradə ifadələrinin müəyyən edilməsi, qanunvericiliyə uyğun olaraq onlara hüquqi qüvvə verilməsi, vicdanlılıq prinsipinə əsasən borclunun vəzifələrinin icrasının təmin edilməsi, pozulmuş öhdəliklərə görə məsuliyyətin müəyyən edilməsi hüquqi nəticə əldə edilməsi üçün vacibdir.
61. “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2021-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr məcburetmə və s. bu kimi əsaslardan dolayı əqdin etibarsızlığı ilə bağlı işlərə baxarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmununu və hüquqi niyyətlərini müəyyən etməlidirlər. Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, alqı-satqı müqaviləsinin formal tələblərə uyğun bağlanması faktı öz-özlüyündə mülki hüquq subyektlərinin iradə sərbəstliyinin ifadəsi kimi qiymətləndirilə bilməz. İradə ifadəsinin zədələnməsi səbəbindən əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən iddianın əsaslı olubolmaması iradə ifadəsinin hansı şərtlər və şərait daxilində edildiyinin aydınlaşdırılması ilə mümkündür. Belə növ mübahisələr üzrə qanuni və əsaslı nəticəyə gəlmək üçün müqavilənin doğruluğu, zorakılıq və ya hədə təsiri altında bağlanıbbağlanılmaması kimi faktlara dair məlumatları əks etdirən sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılmalı, həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına uyğun hüquqi qiymət verilməlidir.
62. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2022-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin mənasına görə, tərəflərin həqiqi iradə ifadələri nəticəsində yaranan faktiki münasibətləri pərdələmək məqsədi ilə görüntü üçün bağlanan əqdlər, o cümlədən fərqli subyektlər arasında formal olaraq bağlanan əqdlər yalan əqd olaraq əhəmiyyətsizdir. Əqdin yalan olub-olmaması məsələsi araşdırılarkən yalnız müqavilənin söz və ifadələrinin hərfi mənası deyil, tərəflərin bağlanmış müqavilə üzrə hüquqi nəticə əldə etmək niyyətlərinin olub-olmaması, habelə əsl iradələrinin aşkar edilməsi üçün işin faktiki halları da hərtərəfli araşdırılmalıdır. Bu zaman məhkəmələr əqd tərəflərinin davranışını, tərəflər arasında formalaşan münasibətləri, onların yazışmalarını, fərqli subyekt tərkibi olan oxşar münasibətlərdə tərəflərin davranışını, əqdin bağlandığı fəaliyyət sahəsində formalaşmış davranış təcrübəsini, hərəkətlərin baş vermə vaxtını və s. nəzərə almalıdır. Bir neçə əlaqəli əqdin qısa fasilə ilə bağlanması (məsələn, bir ilədək), eyni gündə bir neçə əlaqəli əqdin bağlanması, tərəflərin və ya üçüncü şəxslərin müxtəlif hərəkətlərinin qarşılıqlı əlaqəsi və digər hallar da əqdlərin pərdələmək niyyətilə görünüş üçün bağlanılmasına dəlalət edə bilər.
63. Göründüyü kimi, əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması vacibdir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur.
64. Əqdin etibarsızlığı dedikdə, tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür. Bu halda əqd kimi həyata keçirilən hərəkətlər hüquqi nəticə doğurmaq qabiliyyətinə malik olan hüquqi fakt kimi çıxış edə bilmir.
65. Başqa sözlə, əqdin etibarsızlığı əqdin etibarlı olması şərtlərinin pozulmasından asılıdır. Bu şərtlərdən birinə riayət edilməməsi etibarsız əqdlərin əmələ gəlməsinə səbəb olur. Etibarsız əqdlər tərəflərin arzu etdikləri hüquqi nəticəyə səbəb olmur. Onlar qanunda nəzərdə tutulan mənfi nəticələrin yaranmasına səbəb olur. Etibarsız əqdlər hüquqa zidd, qeyri-hüquqi hərəkətdir. Etibarsız əqdlər elə hüquqa zidd hərəkətlərdir ki, bu hərəkətlər əqdin etibarlı olması şərtlərindən, heç olmazsa, birinə uyğun gəlmədiyinə görə arzu edilən hüquqi nəticəyə səbəb olmur. Bu çür əqdlər mülki hüquq və vəzifələrin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitam olunması ilə nəticələnmir.
66. Məhkəmə kollegiyasının qənaətinə görə, müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanmasının zəruri şərtidir. Eyni zamanda hər hansı əqdin, o cümlədən alqı-satqı müqaviləsinin etibarlılığı üçün onun bağlanmasında lazımı subyektlərinin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir.
67. Məhkəmə kollegiyası iddia tələbi ilə bağlı qeyd edir ki, iddiaçı tərəfin iddia tələbinin əsası kimi göstərdiyi İddiaçı bağladığı əqdin yalan əqd olmasını sübuta yetirə bilmədiyindən həmin əqdin etibarsız hesab olunması üçün əsas olmadığından mübahisə mənzil İddiaçı tərəfindən qanunvericiliyə uyğun alınmışdır. Belə olan halda isə həmin mənzil üzərində Maraqlı şəxs mülkiyyət hüqunun tanınması qeyri-mümkündür.
68. Məhkəmə kollegiyası həmçinin cavabdehin iddianı etiraf etməsi və İddiaçı həyat yoldaşı ilə aralarında pul münasibətlərinin olmasını, eyni tarixdə, eyni binada inşa edilən mənzillər barədə aralarında bağalanan üç müqavilədən yalnız birinin yalan əqd olması ilə bağlı izahatına münasibət bildirərək qeyd edir ki, iddiaçının dəlilləri və "xxxx" MTK-nın təsisçisi N.Hacıyevin etirafı işin hər hansı halı ilə sübut olunmadığından əsassızdır. N.Hacıyevin iddianı etiraf etməsi və qəbul etməsi, İddiaçı hüquqlarını və qanunla qorunan mənafeyini pozur. Digər tərəfdən məhkəmə qeyd edir ki, N.Hacıyev İddiaçı həyat yoldaşı ilə aralarında mövcud olan pul münasibətlərinin nədən ibarət olmasını izah edə bilməmiş; hansı səbəbdən iki mənzilin həqiqətən satıldığını, bir mənzilin isə başqa münasibətləri pərdələmək məqsədilə satış olmadan barəsində müqavilə bağlandığını əsaslandırmamış, eyni zamanda, mübahisəli mənzil barədə bağlanmış müqavilənin etibarsızlığını mülki mühakimə icraatı qaydasında mübahisələndirməmişdir.
69. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsi N.Hacıyev barəsində Azərbaycan Respublikası Prokurorluğunun Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 308.1 və 313-cü maddələri ilə cinayət işinin aparılmasını, barəsində məhkəmə tərəfindən “həbs” qətimkan tədbiri seçilməsini; iddiaçı Maraqlı şəxs həmin cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmasını; həmçinin cavabdehin nümayəndəsinin bildirdiyi halları təsdiq edə biləcək sübutları məhkəməyə təqdim etmədiyini nəzərə alaraq, məhkəmə prosesi zamanı verdiyi izahatı məsuliyyətdən yayınmaq, istintaq orqanının zərərçəkmiş şəxs qismində tanıdığı şəxslə barışmaq cəhdi kimi qiymətləndirir və mötəbər sübut növü hesab etmir.
70. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, mübahisə mənzil xx.xx.2018-ci il tarixli müqavilə ilə İddiaçı, xx.xx.2022-ci il tarixli müqavilə ilə isə Maraqlı şəxs satılmışdır. Yəni Cavabdeh tərəfindən bu mənzili təhvil vermək öhdəliyi ilk əvvəl İddiaçı xeyrinə yaranmışdır, bu səbəbdən də ona münasibətdə icra olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 452.2-ci maddəsinə əsasən öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər.
71. Beləliklə, məhkəmə kollegiyası birləşdirilmiş işlər ilə əlaqədar hər iki iddia tələbi üzrə dəyərləndirmə apararaq apelyasiya şikayətlərinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi İddiaçı iddia tələbini təmin, Maraqlı şəxs iddia tələbini isə rədd edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətlərində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.
72. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar ödənilən məsrəflərdən ibarətdir.
73. Həmin Məcəllənin 119.1 -ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
74. Kollegiya hesab edir ki, apellyator tərəfindən apellyasiya şikayətlərinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir.
75. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Birləşdirilmiş birinci iş üzrə maraqlarına toxunan şəxs (birləşdirilmiş ikinci iş üzrə iddiaçı) Maraqlı şəxs apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-212/2023 nömrəli və 2(005)- 185/2023 nömrəli, 08 fevral 2023-cü il tarixli qətnamələri dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu birləşdirilmiş birinci iş üzrə maraqlarına toxunan şəxs (birləşdirilmiş ikinci iş üzrə iddiaçı) Maraqlı şəxs aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.