Məhkəmə qərarları › İş №2(103)-3651/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3651/2020

10.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3651/2020 10.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə, X17 və X6 ibarət tərkibdə, Məhkəmə iclas katibi Ülkər səfər qızı Axundovanın katibliyi, İddiaçı “xxxxxxxxxx” BOKT MMC-nin nümayəndəsi X12, Cavabdeh2 nümayəndəsi və vəkili X7 iştirakları ilə, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(011)-129/2019 saylı qətnaməsindən iş üzrə Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxxxxxxxx” BOKT MMC-nin iddia ərizəsi və iddia tələbinin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 ilə xx.xx.2013-cü il tarixdə bağlanmış AZBA-008528 saylı kredit müqaviləsinin ləğv edilməsi, 41387,78 ABŞ dolları əsas borc və 17607,45 ABŞ dolları cari faiz borcu və 12000 ABŞ dolları dəbbə borcu, cəmi isə 70995,23 ABŞ dolları məbləğində kredit borcunun və 239,55 manat sığorta haqqının, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının, işə məhkəmədə baxılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun, birgə qaydada X15, X11, X5, X8 və Cavabdeh2 alınması, tutmanın X3 məxsus olan Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən 79 saylı evin, 62,9 kv.m. ümumi, 38,6 kv.m. yaşayış, 24,3 kv.m. yardımçı sahəsi olan 3 otaqlı, 98 nömrəli mənzilinə yönəldilməklə açıq hərracdan satılması və borcun ödənilməsi, ipoteka predmeti olan mənzil açıq hərracdan satıldıqdan sonra bir ay ərzində X11, X5, X8 və Cavabdeh2 həmin mənzildən məcburi qaydada çıxarılması haqqında qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxxxxxxxx bank olmayan kredit təşkilatı” MMC ilə Cavabdeh2 arasında ikinciyə illik 30 faizdən artıq olmamaqla, 120 ay müddətinə 109 200 (yüz doqquz min iki yüz) ABŞ dolları kredit verilməsini nəzərdə tutan xx.xx.2013-cü il tarixli AZBA- 008528 saylı “Kredit müqaviləsi” (xx xxxxx 2015-ci il tarixdə imzalanmış Saziş daxil olmaqla) imzalanmış, bu müqavilədən irəli gələn öhdəliklərin lazımi qaydada və vaxtında icrasını təmin etmək məqsədi ilə X3 məxsus olan Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən 79 nömrəli evin 62.9 kv.m ümumi, 38.6 kv.m yaşayış, 24.3 kv.m yardımçı sahəsi olan 3 otaqlı 98 nömrəli mənzilinin ipoteka ilə yüklü edilməsini nəzərdə tutan xx.xx.2013-cü il tarixli AZBA-008528 saylı “İpoteka müqaviləsi”, Cavabdeh1, X11, X5 və X1 alanla birgə məsuliyyətini müəyyən edən xx xxxxxx 2013-cü il tarixli AZBA-008528 saylı “Zaminlik müqaviləsi” imzalanmışdır. Müvafiq təminat müqavilələri imzalandıqdan sonra Cavabdeh2 xx.xx.2013-cü il tarixli AZBA-008528-001 saylı Razılaşma ilə illik 15 faiz hesablanmaqla 84 ay müddətinə 49 000 (qırx doqquz min) ABŞ dolları kredit verilmiş və kreditin aylıq 946 ABŞ dolları olmaqla qaytarılması müəyyən edilmişdir. Tərəflər arasında xx.xx.2013-cü il tarixli AZBA-008528 saylı “Kredit müqaviləsi”nə xx.xx.2015-ci il tarixində edilmiş Sazişlə kredit müqaviləsinin bəzi şərtləri dəyişdirilmişdir. Tərəflər arasında xx.xx.2013-cü il tarixli AZBA-008528-001 saylı Razılaşmaya xx.xx.2015-ci il tarixində edilmiş Sazişlə kreditin müddəti 36 ay uzadılmış və ödənilməmiş ayların sayı 103 ay, son ödəniş tarixi isə xx.xx.2023-cü il müəyyən edilmişdir. Lakin kredit üzrə öhdəlik vaxtında və lazımi qaydada icra edilmədiyinə görə İpoteka saxlayan tələbin ipoteka predmeti hesabına ödənilməsinə dair məhkən müraciət etmək qərarına gəlmişdir. Cavabdeh2 tərəfindən kredit üzrə qeyd olunan ödəniş qrafiki ilə kreditin və faizlərinin qaytarılması günləri dəfələrlə pozulmuş və sonuncu ödəniş xx.xx.2017-ci il tarixdə 499 ABŞ dolları məbləğində edilmişdir. Cavabdeh2 xx xxxxxx 2017-ci il tarixinə 1 729,15 ABŞ dolları cari əsas borcu, 8 099.21 ABŞ dolları cari faiz borcu və 1 352 ABŞ dolları dəbbə borcu, cəmi isə 11 180,36 ABŞ dolları kredit borcu yaranmış, lakin ödənilməmişdir. Eyni zamanda “Kredit müqaviləsi”nin 6.3-cü bəndinə və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 27.1-ci maddəsinə əsasən kredit verən ipoteka predmetlərini məhv olma, zədələnmə risklərindən qorunması məqsədilə xx.xx.2017-ci il tarixdən xx.xx.2018- tarixinədək öz hesabına sığorta etdirmiş və bunun üçün 140 ABŞ dolları (1ABŞ dolları=l,702558 manat məzənnəsi ilə), cəmi 239,55 manat sığorta haqqı ödəmişdir. “Kredit müqaviləsi”nin 8.1.1-ci maddəsinə görə "Kredit alan" ona verilmiş kredit üzrə əsas məbləğ və ya faizi ödəniş qrafıkində göstərilən tarixdən on gün müddətində ödəmədikdə "Kredit verən" birtərəfli qaydada müqaviləyə vaxtından əvvəl xitam verə və verilmiş krediti hesablanmış faizi ilə birlikdə qaytarılmasını tələb edə bilər". Eyni zamanda müqavilənin 9.4-cü bəndinə görə "Kredit alan" bu müqavilənin 7.1.3-cü bəndinə uyğun olaraq ona verilmiş kredit hissəsini Razılaşma(lar)da olunmuş ödəniş qrafıkində göstərilən tarixdə ödəmədikdə "Kredit verən"in tələb etdiyi hallarda ödəniş qrafikində göstərilən konkret tarixdən başlamaqla ikiqat faiz ödəmək məsuliyyəti daşıyır. "Kredit verən" "Kredit alan"ın ödəniş tarixçəsini nəzərə almaqla ikiqat faizin tətbiq edilməsi əvəzinə gecikdirilən günlər üçün də faiz hesablanmaqla birlikdə hər gecikdirilən gün üçün kreditin ödənilməli olan hissəsinin 1 (bir) f miqdarında dəbbə pulu tətbiq edə bilər. Cavabdeh kredit üzrə 41 387.78 ABŞ dolları əsas borc və 8 099.21 ABŞ dolları cari faiz borcu və 1352 ABŞ dolları dəbbə borcu, cəmi isə 50838,99 ABŞ dolları məbləğində kredit borcunun və 239,55 manat sığorta haqqının ödəməlidir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(011)-129/2019 saylı qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, ödəniş gününə qüvvədə olan məzənnə ilə 41151,28 (qırx bir min yüz əlli bir dollar, iyirmi səkkiz sent) ABŞ dolları məbləğində əsas borcun, 17058,72 (on yeddi min əlli səkkiz dollar, yetmiş iki sent) ABŞ dolları məbləğində faiz borcunun, 1800 (bir min səkkiz yüz) ABŞ dolları cərimə olmaqla, cəmi 60010 (altmış min on) ABŞ dolları məbləğində Azərbaycan Respublikası manatı və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on) manat dövlət rüsumunun, 20 (iyirmi) manat xidmət haqqının və 239,55 (iki yüz otuz doqquz manat, əlli beş qəpik) manat sığorta haqqının cavabdehlər X5, X8, X16, X11 və Cavabdeh2 müştərək qaydada alınaraq “xxxxxxxxxx” BOKT MMC-yə ödənilməsi, tələbin X2 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən, 62,9 kv.m ümumi sahədən ibarət 79 nömrəli evin 98 nömrəli mənzilinə yönəldilməsi, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən, 62,9 kv.m ümumi sahədən ibarət 79 nömrəli evin 98 nömrəli mənzilin, ilkin satış qiymətinin 75.000 (yetmiş beş min)manat məbləğində müəyyən edilməklə açıq hərracdan satılması, mənzilin satılmasından əldə edilən vəsaitdən ödəniş gününə qüvvədə olan məzənnə ilə 60010 (altmış min on) ABŞ dolları məbləğində Azərbaycan Respublikası manatı və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on) manat dövlət rüsumu, 20 (iyirmi) manat xidmət haqqı və 239,55 (iki yüz otuz doqquz manat, əlli beş qəpik) manat sığorta haqqının dəyərinə görə alınaraq “xxxxxxxxxx” BOKT MMC-yə ödənilməsi qət olunmuşdur. Cavabdeh2 qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(011)-129/2019 saylı qətnaməsinin ləğv edilməsi, ipoteka predmeti olan, tam mülkiyyət hüququ ilə atasına məxsus Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən 79 saylı evin, 98 saylı mənzilinin ilkin satış qiyməti 54600 ABŞ dolları müəyyən edilməklə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, sözügedən kreditin verilməsinə əsas olan iddiaçı ilə aralarında bağlanan ipoteka müqaviləsində ipoteka predmetinin qiyməti 54600 ABŞ dolları müəyyən edilsə də, məhkəmə bu fakta uyğun olmayaraq evin satış qiymətini 70000 manat müəyyən etmişdir. İpoteka predmetinin qabaqcadan tərəflər arasında razılaşdırılması işin mühüm hallarından biri olsa da, məhkəmənin qəbul etdiyi qətnamədə göstərilən dəlilləri həmin hala uyğun gəlmir. Xatırladır ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 390.5-ci maddəsində X9 şərtlərindən biri kimi müqavilənin şərtlərinin tərəflərin istəyi ilə müəyyənləşdirilməsi qeyd edilmişdir. Məhkəmə isə buna zidd olaraq müqavilədə göstərilən məbləğdən fərqli məbləğdə ipoteka predmetinin qiymətləndirmiş, və bununla da X10 pozan qərar qəbul etmişdir.Bilidirmək istəyir ki, 54600 ABŞ dolları bu günkü gündə Azərbaycan Respublikasının Mərkəzi Bankının Müəyyən etdiyi valyuta kursu üzrə 92600 manat təşkil edir, bu isə məhkəmə tərəfindən qoyulan qiymətdən 22600 manat çoxdur. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 nümayəndəsi və vəkili X13 apellyasiya şikayətini müdafiə edərək, şikayətdə göstərilənlərə uyğun məzmunda izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçı “xxxxxxxxxx” BOKT MMC-nin nümayəndəsi X19 apellyasiya şikayətini qəbul etməyərək, onun təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş etdi. İş üzrə cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Belə ki, cavabdeh tərəf qətnamənin ləğvini tələb etsə də, apellyasiya şikayətinin dəlillərində qətnaməni ilkin satış qiyməti ilə bağlı hissədə mübahisələndirmişdir. Məhkəmə kollegiyası bu kontekstdə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki,apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, iş üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(011)-129/2019 saylı qətnaməsi ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı Cavabdeh2 aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından müəyyən olunur ki, Cavabdeh2 (borcalan) ilə “xxxxxxxxxx” BOKT MMC arasında bağlanılmış xx.xx.2013-cü il tarixli, AZBA-008528 nömrəli “Kredit müqaviləsi”-nə əsasən bank borcluya illik 30 %-dən artıq olmamaq şərtilə 120 ay müddətinə və verilən kreditin maksimal məbləği bu müqaviləyə məbləğ barədə müvafiq dəyişiklik edilməyənə gədər 109200 ABŞ dolları və ya ona müvafiq manat ekvivalenti həddində müəyyən edilir. Tərəflər arasında imzalanmış xx.xx.2013-cü il tarixli AZBA-008528-001 saylı Razılaşmaya əsasən kredit verən tərəfindən kredit alana illik 15 %-lə 84 ay müddətinə 49000 ABŞ dolları məbləğində krediti Bakı şəhəri, Xəzər rayonu, Binə südçülük sovxozu ərazisində yerləşən əmlakın alınmasının maliyyələşdirilməsi üçün verilir. Bu Razılaşma ilə verilən kreditin faktiki illik faiz dərəcəsi illik 16,47 % təşkil edir. xx.xx.2013cü il tarixli AZBA-008528-001 saylı “Köçürmə üçün ismarıc”-ın təsdiq edilmiş sürətindən görünür ki, 49000 ABŞ dolları məbləğində pul Cavabdeh2 hesabına köçürülmüşdür. İş materiallarında olan “xxxxxxxxxx” Bokt MMC ilə Cavabdeh2 arasında imzalanmış xx.xx.2015-ci il tarixli “AZBA-008528-001 saylı Razılaşmaya dəyişiklik edilməsinə dair haqqında Saziş”-in təsdiq edilmiş surətindən görünür ki, tərəflər AZBA-008528-001 saylı Razılaşmanın 2-ci bəndində dəyişiklik edilərək kredit alana illik 15% faizlə 84 ay müddətinə 49000 ABŞ dolları məbləğində verilmiş kreditlərin ödənilməmiş 43516,12 ABŞ dolları təşkil edən hissəsinin qaytarılması müddəti illik 15% faizlə hesablanmaqla 36 ay uzadılsın, ümumilikdə ödənilməmiş ayların sayı 105 ay müəyyən edilməsi, kreditin qaytarılmasının son tarixinin isə xx.xx.2023-cü il hesab edilməsi barədə razılığa gəlmişdirllər. İş materiallarında olan “xxxxxxxxxx” BOKT MMC ilə zamin X5, X8, X16, X11 və eləcə də borclu Cavabdeh2 arasında bağlanılmış xx.xx.2013-cü il tarixli AZBA-008528 saylı “Zaminlik Müqaviləsi”-nə əsasən müqavilə borclunun kreditor qarşısında 109200 ABŞ dolları və ona müvafiq manat ekvivalenti məbləğində kredit verilməsi mümkünlüyünü nəzərdə tutan və Bakı Şəhərində bağlanılmış xx.xx.2013-cü il tarixli AZBA-008528 saylı kredit müqaviləsindən irəli gələn öhdəliyinin tamamilə icra edilməsi üçün “Zamin” və “Borclu”nun “Kreditor” qarşısında birgə məsuliyyətinin əsaslarını müəyyən edir. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən zamin və borclu kredit müqaviləsindən irəli gələn öhdəliyin vaxtında və lazımı qaydada icra olunmasına görə, o, cümlədən lakin bununla məhdudlaşmadan, əsas borc və onun faizi kredit müqaviləsində şərtləşdirilmiş müddətdə qaytarılmadığı, kredit müqaviləsində nəzərdə tutulmuş dəbbə borcu və sığorta pulu ödənilmədiyi və kredit müqaviləsində göstərilən digər şərtlər yerinə yetirilmədiyi hallarda “Kreditor” qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən müqavilə üzrə zaminlik kredit müqaviləsində dəyişiklik və əlavələrin edildiyi, kredit müqaviləsi üzrə öhdəlikdə borclunun dəyişdiyi hallarda da şamil olunur. “Zamin” müqaviləni imzalamaqla kredit müqaviləsi üzrə öhdəliyin hər hansı bir formada və məzmunda dəyişdirilməsinə, eləcə də kredit məbləğinin artırılması və ya müddətinin uzadılmasına dair öz razılığını qabaqcadan bildirir. İş materiallarında olan “xxxxxxxxxx” BOKT MMC ilə ipotekaqoyan X5 və borclu Cavabdeh2 arasında bağlanılmış və notarial təsdiq edilmiş xx.xx.2013-cü il tarixli, AZBA-008528 saylı “İpoteka müqaviləsi”nə əsasən ipoteka qoyan X5 dəyəri qarşılıqlı razılıq əsasında 54600 ABŞ dolları məbləğində müəyyən edilmiş, mülkiyyət hüququ ilə ona məxsus ünvan 1 ünvanında yerləşən 62,9 kv.m ümumi, 38,6 kv.m. yaşayış, 24,3 kv.m. yardımçı sahəsindən ibarət 3 otaqlı 98 nömrəli mənzili xx.xx.2013-cü il tarixli, AZBA008528 saylı “Kredit müqaviləsi”-nə əsasən yaranmış öhdəliyinin icrasının təmin edilməsi məqsədilə ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən 79 saylı evin 98 nömrəli mənzili X2 mülkiyyətindədir və Reyestrdən RX seriyalı ******* nömrəli çıxarışa əsasən “xxxxxxxxxx” BOKT MMC-nin xeyrinə yüklü edilmişdir. İş materiallarında olan sığortaçı “xxxxxxx” Sığorta Şirkəti və sığortalı X5 tərəfindən imzalanmış “FİP-1708767” saylı “Əmlak sığortası Şəhadətnaməsi”nin təsdiq edilmiş surətindən görünür ki, ünvan 1, mənzil 98 ünvanında yerləşən mənzil 41388 ABŞ dolları məbləğində sığortalanmış, sığorta haqqı 140,70 ABŞ dolları təşkil etmişdir. İş materiallarında olan xx.xx.2017-ci il tarixli ödəniş qəbzindən görünür ki, “xxxxxxxxxx” BOKT MMC tərəfindən “xxxxxxx” Sığorta Şirkətinə FİP-1708767” saylı və digər sığorta müqavilələri üzrə 530,41 manat məbləğində ödəniş etmişdir. Cavabdehin banka ödənilməmiş brcu 29740,62 ABŞ dolları əsas, 4717,33 ABŞ dolları faiz, 33,24 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 34491,19 ABŞ dolları təşkil edir (xx.xx.2019-cu il tarixli Maliyyə arayışı). İşdən görünür ki, “xxxxxxxxxx” BOKT MMC cavabdehlərə kredit borcunun ödənilməsi tələbi ilə bağlı xəbərdarlıq məktubları göndərmişdir. İşin materiallarından görünür ki, “xxxxxxxxxx” BOKT MMC Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə ipoteka predmetinə tutma yönəldilməsi haqqında xx.xx.2017-ci il tarixli bildiriş göndərmiş, həmin ərizə xx.xx.2017-ci il tarixdə Reyestr Xidmətində qeydə alınmışdır. Bakı şəhəri İcra Hakimiyyəti Xətai Rayonu İcra Hakimiyyəti Xətai Rayonu MənzilKommunal Təsərrüfat Birliyinin 229 saylı Mənzil–Kommunal İstimar Sahəsinin xx.xx.2013- cü il tarixli Arayışına əsasən Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən 79 saylı evin 98 nömrəli mənzilində X5, X8, X11 və Cavabdeh2 qeydiyyatdadırlar. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəməmühasibatlıq ekspertizasının 341 saylı, xx.xx.2019-cu il tarixli rəyindən görünür ki, Cavabdeh2 xx.xx.2017-ci il tarixə banka olan əsas borcu 41842,96 ABŞ dolları və faiz borcu isə 3840,20 ABŞ dolları, cərimə borcu üzrə 1787,07 ABŞ dolları məbləğində təşkil edir. Qeyd edilən ekspertizanın dəyəri 120 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəməmühasibatlıq ekspertizasının 19926 saylı, xx.xx.2019-cu il tarixli rəyindən görünür ki, Cavabdeh2 xx.xx.2017-ci il tarixə banka olan əsas borcu 41831,28 ABŞ dolları və faiz borcu isə 7550,48 ABŞ dolları məbləğində təşkil edir. Cavabdeh2 tərəfindən kredit müqaviləsi üzrə xx.xx.2008-ci il tarixdən xx.xx.2019-ü il tarixədək 680 ABŞ dolları məbləğində ödəniş edilmişdir. Qeyd edilən ekspertizanın dəyəri 200 manat təşkil edir. “xxxxxxxxxxxxx” MMC-nin rəyinə əsasən Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən 79 saylı evin 98 nömrəli mənzilinin xx.xx.2018-ci il tarixə olan bazar dəyəri 75.000 manat məbləğində qiymətləndirilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai rayon Məhkəməsinin qərardadı əsasında təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 19926 saylı, xx.xx.2019-cu il tarixli rəyindən görünür ki, Cavabdeh2 xx.xx.2017-ci il tarixə banka olan əsas borcu 41831,28 ABŞ dolları və faiz borcu isə 7550,48 ABŞ dolları məbləğində təşkil edir. Cavabdeh2 tərəfindən kredit müqaviləsi üzrə xx.xx.2008-ci il tarixdən xx.xx.2019-cu il tarixədək 680 ABŞ dolları məbləğində ödəniş edilmişdir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 6.2-ci maddəsinəəsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqaviləəsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir. MM-nin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər (MM-in 317.1-ci maddəsi). “İpoteka haqqında”Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti bu qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; Məhkəmə kollegiyası qeyd edilən maddi hüquq normalarını müqayisəli təhlil edərək qeyd edir ki, ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən “xxxxxxxxxxxxx” MMC-nin rəyinə əsasən Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən 79 saylı evin, 98 nömrəli mənzilinin xx.xx.2018-ci il tarixə olan bazar dəyəri 75.000 manat məbləğində qiymətləndirilmişdir. Kollegiya hesab edir ki, qiymətləndirmə ilə bağlı rəy kifayət qədər əsaslandırılmış, əmlakın mövcud bazar dəyəri (internet, qəzet məlumatları nəzərə alınmaqla, əmlaka baxış keçirilməklə) müəyyən olunmuşdur. Göründüyü kimi, cavabdeh tərəfin ipoteka predmeti olan əmlakın qiymətinin aşağı olması ilə bağlı dəlili məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamış, cavabdeh tərəf iş materiallarında olan qiymətləndirmə rəyini şübhə altına ala biləcək heç bir sübut təqdim etməmişdr. Bundan əlavə kollegiya apellyatorun dəlilinə münasibətdə qeyd edir ki, xx.xx.2013-cü il tarixli ipoteka müqaviləsində qeyd olunan ilkin satış qiyməti 54600 ABŞ dolları, həmin dövrün ABŞ dollarının manata məzənnəsi ilə 42588 manat təşkil etmişdir. Buna görə də, kollegiya hesab edir ki, cavabdeh tərəfindən mübahisələndirilən ipoteka predmetlərinin ilkin satış qiymətini şübhə altına ala biləcək mötəbər sübutlar təqdim olunmadığından, əksinə məhkəmə tərəfindən ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti yoxlanılmaqla, həmin qiymətin aşağı olmadığı müəyyən olunduğundan, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə isə, məhkəmə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) Eyni zamanda, “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir.(§93) Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin mübahisələndirilən hissədə apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(011)- 129/2019 saylı qətnaməsi ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı Cavabdeh2 aid hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən: imza: Hakimlər: imzalar: Əsli ilə düzdür: Hakim Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar