Məhkəmə qərarları › İş №2(103)-3654/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3654/2024

21.06.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3654/2024 21.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Sarıyevin sədrliyi ilə, X2 və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Rüfanə Elxan qızı Əzizzadəninkatibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 oktyabr 2021-ci il tarixli, 2(006)-6232/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi” tələbinə dair iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Salatın Əsgərova 141 ünvanında yerləşən 01 mərtəbəli binada 59.5 kv metr ümumi sahəsi olan 3 otaqlı 8№li mənzilə (№0045310 seriyalı **********77-05101-093002 reyestr nömrəli, xx.xx.2006-cı il qeydiyyat tarixli) 2/1 hissəsində İddiaçı payı müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 oktyabr 2021-ci il tarixli, 2(006)-6232/2021 saylı qətnaməsiilə iddianın təmin edilməsi qət edilmişdir. Qətnamədən Cavabdehapellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsiniiddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki iş apellyasiya instansiyası məhkəməsində olarkən İddiaçı elektron kabinet vasiəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6232/2021 saylı xx.xx.2024-cü il tarixli qərardadından verdiyi şikayəti təqdim etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı onun Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 6232/2021 saylı xx.xx.2024-cü il tarixli qərardadından verdiyi şikayətə baxılması üçün, işin apellyasiya baxışından çıxarılaraq, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil işin məhkəmə baxışından çıxarılması məsələsinin həllini məhkəmənin mülahizəsinə verdiyini bildirdi. Məhkəmə kolegiyası tərəfləri dinləyib, iş materiallarını və apellyasiya şikayətini nəzərdən keçirərək, hesab edir ki, hazırki mülki iş apellyasiya baxışından çıxarılmalı, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməli, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə icraata qəbul barədə 17 may 2024-cü il tarixli qərardadı ləğv edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş şikayətdən görünür ki, İddiaçı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6232/2021 saylı, xx.xx.2024-cü il tarixli qərardadından şikayət verərək ötürülmüş müddətin bərpası ilə bağlı qərardadı, üzrsüz səbəbdən olduğu və cavabdehin məlumatlı olduğu üçün ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6232/2021 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-6232/2021 saylı qətnaməsindən Cavabdeh nümayəndəsi və vəkili Vəkil şikayət ərizəsinin verilməsi müddətinin buraxılmasının üzrlü hesab edilərək bərpa edilməsinə dair ərizəsinin təmin edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.6-cı maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Məhkəmə kollegiya hesab edir ki, iddiaçı tərəfidən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-6232/2021 saylı qətnaməsindən verilmiş apellyasiya şikayəti üçün ötürlmüş müddətin üzrlü hesab edilərək bərpa edilməsi barədə Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadından şikayət verilərək həmin qərardad mübahisələndirildiyindən, mülki iş apellyasiya baxışından çıxarılaraq Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndəriməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263- 264, 384.0.6-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi” tələbinə dair mülki iş, iddiaçı tərəfidən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)- 6232/2021 saylı qətnaməsindən verilmiş apellyasiya şikayəti üçün ötürlmüş müddətin üzrlü hesab edilərək bərpa edilməsi barədə Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadından şikayət verilərək həmin qərardad mübahisələndirildiyindən, apellyasiya baxışından çıxarılaraq Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə icraata qəbul barədə 17 may 2024-cü il tarixli qərardadı ləğv edilsin. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Fuad Abdıyev Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar