Məhkəmə qərarları › İş №2(103)-3655/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3655/2023

02.08.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3655/2023 02.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil3 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-221/2022 nömrəli iş üzrə 15 dekabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətlinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı MTK Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında Cavabdeh tərəfindən zəbt olunmuş torpaq sahəsinin boşaldılması, həmin sahədə inşa edilmiş özbaşına tikililərin sökülməsi və ərazinin ilkin vəziyyətinin bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-221/2022 nömrəli iş üzrə 15 dekabr 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbinin rədd olunması, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi, keçirilmiş məhkəmə ekspertizası xərci olaraq 50 (əlli) manat İddiaçı MTK-dan tutularaq Azərbaycan Respublikasi Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasi Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı tərəfindən apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3655/2023 nömrəli, 11 may 2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-361-ci maddələrinə uyğun verildiyi üçün işə apellyasiya qaydasında baxılması mümkün hesab edilmişdir. Hazırda Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-221/2023 nömrəli, 07 iyun 2023-cü il tarixli məktubu ilə Cavabdeh tərəfindən verilmiş şikayətə münasibət bildirməsi üçün mülki işi Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməsi xahiş olunmuşdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil3 mülki işin məhkəmə baxışından çıxarılmasına etiraz etmədiyi və bu halın müzakirə edilməsini məhkəmə kollegiyasının mülahizəsinə buraxdığnı bildirdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3655/2023 nömrəli, 11 may 2023-cü il tarixli qərardadı ləğv edilməli, Cavabdeh tərəfindən verilmiş şikayətə baxılması üçün mülki iş apellyasiya baxışından çıxarmaqla Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.6-cı maddəsinə görə apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 384.0.6, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3655/2023 nömrəli, 11 may 2023-cü il tarixli qərardadı ləğv edilsin. Cavabdeh tərəfindən verilmiş şikayətə baxılması üçün mülki iş apellyasiya baxışından çıxarılmaqla Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar