Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3667/2023 12.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Yelobank ASC-yə (Xəzər Rayon İcra və probasiya Şöbəsi, X36 şirkəti, X8 və X14 üçüncü şəxs qismində cəlb olunmaqla) qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-3667/2023 (Açar sözlər: əmlak tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X15 və X9 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil Babalı oğlunun, cavabdehin nümayəndəsi X12 iştirakı ilə, İddiaçı cavabdeh Yelobank ASC-yə və müstəqil tələb irəli sürməyən 3-cü şəxslər Xəzər Rayon İcra və probasiya Şöbəsinə, X36 şirkətinə, X2 və X10 qarşı “əmlak” tələbinə mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3745/2022 saylı 01 dekabr 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 12 iyul 2023-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Yasamal Rayon Məhkəməsinin 2(004)-198/2014 saylı xx.xx.2014-cü il tarixli icra vərəqəsinə əsasən İddiaçı məxsus Bakı şəhəri Buzona qəsəbəsi, X27 küçəsi, döngə 9, ev 4 ünvanında yerləşən fərdi yaşayış evi əşyaları ilə birlikdə mühafizə olunması üçün “İnam” təhlüksizlik xidmətinə verilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdeh Yelobank ASC-yə və müstəqil tələb irəli sürməyən 3-cü şəxs Xəzər Rayon İcra və Probasiya Şöbəsinə qarşı “əmlak və ya onun dəyərinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Yelobank ASC-dən Ruminiya istehsali əl işi yataq mebelinin (1 çarpayi, 2 tumboçka, 2 güzgülü tryumo, 1 ədəd komod,l ədəd 3 gözlü şifoner) - 30 000 az, LG markalı kondisionerin - 1250 azn, 1 ədəd 2,5x1,5 qədim xalçanın-10 000 azn, çarpayının üzərində olanlar-500 azn, şifonerin içində olan paltarlar-500 azn, 2 ədəd şüşəli vaza-1000 azn, 2 ədəd qızılı gecə lampası-3000 azn, 6 gözlü çılçıraq (svarovski daşlari)-7000 azn, hamam içərisində olanlar 5000 azn= toplam- 58250 azn, Rumıniya istehsalı əl işi mebel (1 çarpayi, 1 ədəd güzgülü tryumo, 2ədəd 1 gözdən ibarət şifoner)-20000 azn, 1 ədəd LG kondisioner -1250 azn, 1 ədəd 3x1.5 xalça- 5000 azn, şifonerin içində olan əşyalar-1000 azn, qara rəngli printer aparatı-1000 azn, 1 ədəd sarı rəngdə olan (yantar daşı) təsbeh-700 azn, 5 gözlü çilçıraq-3000 azn= toplam-31 950 azn, yataq mebeli çarpayı, 2 tumboçka, 1 güzgülü tryumo, 3 gözlü şifoner)- 17000 azn, çarpayının üzərində döşək yorğan dəsti-200 azn, Philips markalı tozsoran-300 azn, elektron radiator-100 azn, 1 ədəd çəhrayi çemodan-320azn, 1 ədəd LG kondisioner1250 azn, 2x3 xalça- 1700 azn, 8 şamlı çilçıraq-5000 azn, 1 ədəd taxta çərçivəli rəsm-5000 azn, 2 ədəd dekorativ vazalar-1000 azn 2 ədəd yolka(boyük)-1000 azn (orta)- 700azn, Sharp markalı paltar yuyan maşını-800 azn= toplam-33 570azn, 1 ədəd mətbəx mebeli-17000 azn, qabyuyan-700azn,beko markalı soyuducu-1400 azn,LG markalı kondisioner- 1250azn, beko markalı soba-700azn, Ardo markalı-300azn, 6 şamlı çilçıraq-3000 azn, 1 ədəd masa 3 hissədən ibarət künc divan, 2 pufik-1700azn, toster 70 azn, mikser-130azn, mətbəx ləvazimatlari-10000 azn = toplam-36250azn, İtaliya istehsalı olan Cappelletti markalı mebel440 000 azn (1 ədəd 12 nəfərlik masa, 12 stul, 1 ədəd 1 gözlü servant, 1 ədəd 2 gözlü servant, 1 ədəd televizor altı komod, 2ədəd divan, 2 ədəd kreslo, 1 ədəd jurnal masası, 2 ədəd balaca jurnal masaları, 3 ədəd taxta çərçivəli rəsm-30 000 azn, 1 ədəd Samsung televizor-5000 azn, 3 ədəd çilçıraq-17 000 azn, 4 ədəd bağlama karobka- 15 000 azn, 1.5x2 və3x4 xalçalar-2700 azn, 1 ədəd divar saati- 60azn, LG kondisioner- 1250azn= toplam-511 010 azn, 11 ədəd taxta çərçivəli divar rəsimləri-80000 AZN, 8 ədəd antikvar tumbalar 80 000 azn, 8 ədəd antikvar vazalar-80 000 azn, 1 ədəd bilyard masası- 15000 azn, 2 ədəd kiy-4000 azn 4 ədəd kiy-2000azn, 1 ədəd plazma gold kondisioner- 5000 azn, Vişer kondisioner -2000 azn, 1 ədəd Panasonic televizor-5000 azn, 1 ədəd pioner televizor-10000 azn, 1 ədəd LG soyuducu-2500azn, 1 ədəd televizor altığı- 2000AZN, 20 ədəd stul 4 masa- 28 000 azn, 1 divan Cappelletti firması 2 kreslo-120 000 azn, 8 ədəd səyahət çemodanı-3000 azn, 6 ədəd karobka-20 000 azn, 14 ədəd divar bra- 9800 azn, bilyard masası ətrafında 2 divan 4 kreslo28000 azn, Rumıniya istehsalı olan əl işi Nevada mebeli( 1 güzgülü komod, 1 3 gözlü komod)-30 000 azn, 1 ədəd ağ rəngli yazı stolu-400 azn, hamam otağında- cakuzi-5000 azn, hamam aksesuarlari 4000 azn, mətbəx mebeli- 19000azn, 6 şamlı çılçıraq-3000 azn, bosh paltaryuyan-700azn, kibri markalı tozsoran-5000 azn, mətbəxtdə olan qab qacaqlar-15000 azn = toplam-578400 azn, 1 ədəd taxta yelləncək-5000 azn, 1 ədəd taxta stol və 12 stul1500 azn,14 ədəd dibçəklər- 1400azn= toplam-7900 azn, 1 ədəd ariston su gızdırıcı-1055 azn, 1 ədəd kombi sistemi- 10000 azn, işıq generatoru-400azn=toplam 11 455 azn= ümumi toplam -1 268 785 azn, yuxarıda adları sadalanan əşyaların özlərinin və ya onların dəyəri kimi 1 268 785 AZN pulun alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2017-ci il tarixdə Xəzər rayonu İcra və Probasiya şöbəsinin tərtib etdiyi akt əsasında həyat yoldaşı X5 2(004)-198/2014 saylı xx.xx.2014-cü il tarixli icra vərəqəsinə əsasən Bakı şəh., Xəzər rayonu, M.İmaməliyev küç 4 ünvanda yerləşən fərdi yaşayış evindən icraya yönəldilməyən 1.268 785 manat məbləğində ev əşyaları götürülmüş və Nikoil Bankın nümayəndəsi X16 təhvil verilmişdir. Həmin əmlakların geri qaytarılması barədə həyat yoldaşı X14 cavabdehə dəfələrlə müraciət etsə də, lakin bugünə qədər cavabdeh həmin əmlaklarını geri qaytarmır. Həyat yoldaşı X14 1 ildən artıqdır həbsdə olduğuna görə iddiaçı cavabdehə xx.xx.2022-ci il tarixdə Pretenziya məktubu ilə rəsmi qaydada müraciət eləmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixdə onun pretenziya məktubunu alsa da, bugünə qədər heç bir cavab verməmişdir.
4. Cavabdeh məhkəməyə etiraz ünvanlayaraq bildirmişdir ki, İddiaçı Cavabdeh ASC-yə qarşı əmlak tələbinə dair iddiasına əsasən Bankdan iddia ərizəsində qeyd edilən əmlakların özlərini və ya onların dəyəri kimi 1 268 785 manat pulun alınaraq iddiaçıya verilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, xx.xx.2017-ci il tarixdə Xəzər rayonu İcra və Probasiya şöbəsinin tərtib etdiyi akt əsasında iddiaçının həyat yoldaşı X5 2(004)- 198/2014 saylı, xx.xx.2014-cü il tarixli icra vərəqəsinə əsasən ünvan 3 ünvanında yeləşən fərdi yaşayış evindən icraya yönəldilməyən ******* manat məbləğində ev əşyaları götürülmüş və Nikoil Bankın nümayəndəsi X16 təhvil verilmişdir. Hazırda aktda qeyd edilən əmlakların və ya onların dəyəri kimi ******* manat pulun iddiaçıya qaytarılmasını məhkəmədən xahiş edir. Belə ki, cavabdehin məhkəməyə təqdim etdiyi və X11 tərəfindən Yelo Bank ASC-yə ünvanlanan ərizəsindən göründüyü kimi, iddia tələbində də iddiaçının yoldaşı olaraq qeyd edilən X3 iddia tələbində qeyd edilən əmlakları aldığı bildirilmişdir. Həmçinin məhkəməyə təqdim edilən “İnam” Özəl Mühafizə şirkətinin məktubu və məktuba əlavə edilmiş aktlardan da göründüyü kimi əmlaklar xx.xx.2017-cü il tarixdən yuxarıda qeyd edilən şirkətə saxlanca verilmiş, xx.xx.2017-ci il tarixədək həmin şirkətdə olmuşdur. Odur ki, yuxarıda sadalanan hallardan da göründüyü kimi iddia tələbi üzrə Bankın heç bir qanuna zidd hərəkəti və ya etinasızlığı olmamış, qeyd olunan əmlaklara dair mübahisə iddiaçı ilə, onun həyat yoldaşı olan X14, X11 və “İnam” Özəl Mühafizə şirkətinin arasındadır və Banka heç bir aidiyyatı yoxdur. İddiaçı cavabdeh Yelobank ASC-yə qarşı əmlak tələbinə dair iddiasına əsasən bankdan iddia ərizəsində qeyd edilən əmlakların özlərini və ya onların dəyəri kimi 1.2687.85 manat pulun alınaraq iddiaçıya verilməsi tələbinə dair iddia ərizəsinin təmin edilməməsini xahiş etmişdir.
5. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən “İnam” özəl mühafizə şirkətinin nümayəndəsi və vəkili X1 məhkəməyə verdiyi izahatında bildirmişdir ki, həmin əşyaların saxlancdan çıxarılması ilə bağlı banka verilən məlumat iş materiallarına əlavə olunmuşdur. 2017-ci ildə onlardan sonra əşyalar mühafizə polisinə təhvil verilmişdir. Bu da onu göstərir ki, polislə bank arasında hansı əşyaların saxlanması ilə bağlı öhdəlik yaranmışdır. Yelobankın hər şeydən xəbəri olmuşdur.
6. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən 3-cü şəxs X8 bildirmişdir ki, daşınmaz əmlak ona 400 min manata təklif edilmişdir. 100 min ilkin ödəniş etmiş qalan məbləği isə nisyə alqı-satqı müqaviləsi əsasında ödəyəcəyi barədə bankla razılaşmışlar. Pulu ödəyə bilmədiyi üçün məhkəmə qətnaməsi ilə nisyə alqı-satqı müqaviləsi ləğv edilmiş və daışnmaz əmlka banka təhvil verilmişdir. Lakin bundan əvvəl evi qaldıqdan sonra bir müddət həmin evdə qalmış, həmin evin təmirinə 40 min manat pul xərcləmişdir. əşyalar bir otaqda yığılı olmuş, az miqdarda əşya olmuş, əşyalar olan otaq möhürlənməli olsa da otaqğa giriş-çıxış var imiş. Həmin otağa su damırmış. Əşyaların saxlandığı yerin qapısını bağlatdırmışdır ki, ona problem olmasın. Əşyaların dəyəri olmamışdır, çəkillərin dəyəri olmuşdur. Sahibə dəfələrlə gəlib şəkillərini götürməsini bildirmiş, lakin Sahib ona 100 min manat verəcəyi təqdirdə əşyaları Rasimə verəcəyini və onunla halallaşacağını bildirmişdir. Onlar aralarında razılaşmış və Rasim evdə olan əşyaları 100 min manata almış və daha sonra satmışdır. Sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, Sahib prosesə gəlsə onun üzünə qarşı həmin əşyaları ondan 100 min manata aldığını deyə bilər. Palma ağaclarını o götürmüşdür.
7. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 dekabr 2022-ci il tarixli 2(004)- 3745/2022 saylı qətnaməsi ilə (hakim Fərid Əyyubov) iddia təmin edilməmişdir.
8. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 1135.2, 157.2-ci maddələri, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
9. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Apellyasiya şikayətini iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırmışdır.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
b) Proses iştirakçılarının izahatı
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, təmin edilməsini xahiş etdi.
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili apelyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini xahiş etdi.
14. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq müstəqil tələb irəli sürməyən üçüncü hüquqi şəxsin nümayəndəsi və müstəqil tələb irəli sürməyən fiziki üçüncü şəxs məhkəmə iclasına gəlmədiyindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
15. Maddə 135.2. Əmlak istənilən əşyaların və qeyri-maddi əmlak nemətlərinin toplusudur.
16. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
17. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
18. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
19. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
20. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
23. İddiaçı tərəfindən qətnamə tam mübahisələndirilərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi xahiş edildiyindən, qətnamənin qanunililiyi və əsaslılığı bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.
25. Belə ki, iş materiallarında olan Xəzər rayon İcra Şöbəsinin böyük icra məmuru İsrafilov H.Ə, icra məmuru Nəcəfov A.Z., sahə inspektoru Vəliyev B.N., Buzovna qəsəbə nümayəndəliyindən X23, Fövqəladə Hallar Nazirliyinin Xəzər yanğından mühafizə hissəsinin növbə rəisi köməkçisi X6, bölmə komandiri X24, təlbkar Nikoil İKB-nin nümayəndələri Novruzov E.A, Muxtarov A.A, Zərbiyev S.H., hal şahidləri Bayramov E.S., Qafarov R.Ə iştirakı ilə tərtib olunmuş xx.xx.2017-ci il tarixli aktdan görünür ki, həmin aktda İddiaçı məxsus Bakı şəhəri Buzona qəsəbəsi, X27 küçəsi, döngə 9, ev 4 ünvanında yerləşən fərdi yaşayış evindən 84 adda əmlakın siyahıya alınaraq tələbkarın etibarnamə üzrə nümayəndəsi X18 təhvil verildiyi, siyahıya alınmış əmlakdan başqa evdə qiymətli qızıl-zinət və qiymətli kağızların aşkar edilmədiyi, boşaldılmış ev və evdə olan 84 adlı siyahıya alınmış əmlakla birlikdə tələbkarın nümayəndəsi X18 təhvil verildiyi göstərilmişdir. Aktda olan “qeyd” qrafasında qeyd olunan əmlak və evin yuxarıda qeyd olunan nümayəndələrin iştirakı ilə İnam mühafizə şirkətinin xidmət rəisi X17 təhvil verildiyi yazılmışdır.
26. Nikoil Bankın nümayəndəsi X20 tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli ərizədən görünür ki , o Xəzər Rayon Məhkəməsinin 2(004)-198/2014 saylı xx.xx.2014-cü il tarixli icra vərəqəsinin evdən çıxarma hissəsi ilə bağlı icra vərəqəsi borcluların iştirakı olmadan borclulara məxsus siyahıya alınmış əmlakı və boşalmış evi almağıa bankın hazır olduğunu və təhvil alındığını bildirmişdir.
27. X8 tərəfindən Yelobank ASC-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, X28 ASC-dən 2017-ci ildə nisyə alqı-satqı müqaviləsi ilə aldığı Xəzər rayonu Buzovna qəsəbəsi X27 küçəsi döngə 9, ev 4 qalıq borcunu ödəyə bilmədiyi üçün nisyə alqı-satqı müqaviləsinin ləğvi və əmlakın banka qaytarılması haqqında qətnamə qəbul edildiyini, Xəzər rayon icra məmurlarının əmlakın boşaldılmasını təxirə saldıqlarını, ilkin olaraq banka 100000 manat ödədikdən sonra əvvəlki sahibi Sahib İbrahimovla öz aralaında əldə etdikləri razılığı görə evin əşyalarını (mebel, divan, yumşaq mebel, ekeltronika, bilyard, şəkillər və sairə) 100000 manata razılaşdıqlarını, razılaşdıqları 100000 manatı Sahibə verdiyini, əşyaları aldığını bildirmiş və əşyaları ilə birlikdə həyətdə olan və onun əkib qulluq etdiyi 3 ədəd palma ağacını götürməsinə etiraz edilməməsini xahiş etmişdir.
28. X36 şirkətinin Yelobank ASC-yə ünvanlandığı xx.xx.2022-ci il tarixli cavab məktubdan görünür ki, X36 şirkəti Nikoyl İKB ASC-yə məxsus Bakı şəhəri Buzona qəsəbəsi, X27 küçəsi, döngə 9, ev 4 ünvanında yerləşən 3 otaqlı fərdi yaşayış evinin xx.xx.2017-ci il tarixindən xx.xx.2017-ci il tarixinədək İnam mühafizə şirkəti tərəfindən mühafizə olunduğunu, mühafizəyə qəbul olunan və mühafizədən çıxma haqqında təhviltəslim aktının şirkətə verilmədiyini, həmin mənzilin şirkət tərəfindən cəmi 3 ay 23 gün mühafizə olunduğunu, bəzi obyektlərin təhvil-təslim aktının yazılmamış verildiyini, son vaxtlar İsmayıllı rayonunda tərəflərindən mühafizə olunan yaşayış evinin (H. Zərdabi 1) təhvil-təslim aktının yazılmamış mühafizədən çıxarıldığını bildirmişdir.
29. İnam mühafizə şirkəti tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli 29 saylı əmrdən görünür ki, xx.xx.2017-ci il tarixdən Bakı şəhəri, Xəzər rayonu, Buzona qəsəbəsi, X27 küçəsi, döngə 9, ev 4 ünvanında yerləşən, Nikoyl İKB ASC-yə aid yaşayış evinin 09:00- 09:00 kimi mühafizəyə qəbul edilməsi, obyektin işçi dislokasiyasına daxil edilməsi əmr edilmişdir.
30. Nikoil Bank tərəfindən X36 şirkətinə ünvanlanmış xx.xx.2017-ci il tarixli məktubdan görünür ki, bank Bakı şəhəri Buzona qəsəbəsi, X27 küçəsi, döngə 9, ev 4 ünvanındakı fərdi yaşayış evinin mühafizəsinin dayandırıldığını bildirmiş və mühafizəsinə dair müqaviləyə əlavələrin (xx.xx.2016-cı il tarixi müqaviləyə Əlavə 4) xitamının təsdiqi haqqında məlumatın onlara təqdim edilməsini xahiş etmişdir.
31. İnam mühafizə şirkəti tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli 42 saylı əmrdən görünür ki, xx.xx.2017-ci il tarixdən Bakı şəhəri Buzovna qəsəbəsində yerləşən fərdi yaşayış evinin təsərrüfat rəhbərlərinin xahişi əsasında mühafizədən çıxarılması əmr edilmişdir.
32. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1298/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən müəyyən olunur ki, iddiaçı Yelobank ASC cavabdeh X4 qarşı “daşınmaz əmlakın alğı-satqı müqaviləsinin ləğv edilməsi, fərdi yaşayış evinin boşaldılaraq banka təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Yelobank ASC ilə X11 arasında bağlanmış və Bakı şəhəri 51 saylı Notariat Ofisində notarial qaydada təsdiq edilmiş alğı-satqı müqaviləsinin ləğv edilməsi, Yelobank ASC-nin mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Buzona qəsəbəsi, X27 küçəsi, döngə 9, ev 4 ünvanında yerləşən 3 otaqlı fərdi yaşayış evinin boşaldılaraq Yelobank ASC-yə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin qətnamə ilə iddia tələbi təmin edilmiş, iddiaçı Yelobank ASC ilə cavabdeh X11 arasında bağlanmış və Bakı şəhəri 51 saylı Notariat Ofisində notarial qaydada təsdiq edilmiş 14 iyul 2020-ci il tarixli AN-İ ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsinin ləğv edilməsi, iddiaçı Yelobankın mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Buzona qəsəbəsi, X27 küçəsi, döngə 9, ev 4 ünvanında yerləşən 3 otaqlı fərdi yaşayış evinin boşaldılaraq Yelobank ASC-yə təhvil verilməsi qət edilmişdir.
33. İddiaçı Yelobank ASC-yə ünvanladığı xx.xx.2022-ci il tarixli pretenziya məktubundan görünür ki, iddiaçı xx.xx.2017-ci il tarixdə Xəzər rayonu İcra və Probasiya şöbəsinin tərtib etdiyi akt əsasında həyat yoldaşı X5 2(004)-198/2014 saylı xx.xx.2014-cü il tarixli icra vərəqəsinə əsasən Bakı şəh., Xəzər r-nu, M.İmaməliyev küç 4 ünvanda yerləşən fərdi yaşayış evindən icraya yönəldilməyən 1.268 785 manat məbləğində ev əşyaları götürülüb və Nikoil Bankın nümayəndəsi X16 təhvil verildiyini bildirmiş və həmin əşyaların geri qaytarılmasını xahiş etmişdir.
34. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı tərəf əmlakın Yelobankda olması və əmlakların dəyəri ilə bağlı hər hansı sübutları məhkəməyə təqdim etməmişdir, İddiaçı tərəf əmlakların bank tərəfindən özgəninkiləşdirildiyini bildirmiş, lakin müstəqil tələb irəli sürməyən 3-cü şəxs X7 məhkəməyə verdiyi izahatında əmlakın onun tərəfindən İbrahimov Sahibin razılığı ilə satıldığını bildirmişdir. Məhkəmə, həmçinin, hesab etmişdir ki, iş üzrə iddia düzgün olmayan cavabdehə qarşı qaldırılmışdır.
35. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki mübahisənin halları baxımından iddiaçının tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Həmin maddəyə əsaslanan iddianın təmin edilməsi üçün isə maddənin özündə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur: 1) iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi olduğunu sübut etməlidir; 2) iddiaçı tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğunu sübut etməlidir və 3) cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır.
36. Hazırkı iddia tələbi ilə bağlı olaraq həmçinin nəzərə alınmalıdır ki, iş üzrə sübut etmə yükü iddiaçının üzərinə düşür və məhz o, qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətində olduğunu, onların qiymətini, iddia irəli sürülən anda isə cavabdehin qanunsuz sahibliyində saxlanıldığını sübut etməlidir. Bu zaman nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.
37. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tələbini biri digərini tamamlayan mötəbər dəlillərlə sübut edə bilməmişdir; hər hansı mötəbər sübutla dəstəklənmədiyi halda isə onun həmin tələbini əsaslı hesab etmək mümkün deyildir.
38. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur. Apelyasiya şikayətinin dəlilləri əsassız olmaqla, qanuni və əsaslı olan qətnamənin ləğv edilməsinə əsas vermir.
39. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
40. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
41. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.
42. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
43. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3745/2022 saylı iş üzrə 01 dekabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti ilə bağlı ödənilmiş dövlət rüsumu məbləği onu ödəmiş şəxsin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova