Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3671/2022 16.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Səfərli Xədicə Əlicabbar qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil və cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 fevral 2022-ci il tarixli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: İddiaçı X4 Cavabdeh MMC-yə qarşı iddia ərizəsi və əlavə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal rayonu, Zərdabi prospekti 74 ünvanda yerləşən, 21 mərtəbəli, bina “C”, 21-ci mərtəbədə yerləşən 100 saylı mənzilə dair tərəflər arasında bağlanmış 24 mart 2015-ci il tarixli 113 saylı mənzilin alqı-satqı müqaviləsinin ləğv edilməsi, mənzilə görə (sahəsi 249.11 kvadrat metr olan mənzillərin hazırda orta bazar qiyməti 2050 manat olmaqla) 510.675 manat pulun, memar X5 tərəfindən tərtib edilmiş “Mənzilin Planı”na görə ödənilmiş 200 manat və dövlət rüsumu 30 manat olmaqla, ümumilikdə 510.905 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 fevral 2022-ci il tarixli qətnaməsi ilə (hakim A.Novruzova, iş №2(005)-292/22) iddia təmin edilmişdir. Cavabdeh qətnamədən narazı qalaraq apellyasiya şikayəti vermişdir. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında mübahisəli mənzilin alqısatqısına dair 24 mart 2015-ci il tarixli 113 saylı müqavilə imzalanmışdır. Həmin müqavilənin 2.1-ci maddəsinə əsasən, satılan mənzilin hər kv.m-nin qiyməti 1000 ABŞ dolları müəyyən edilmişdir. Müqavilənin ümumi məbləği 250.000 ABŞ dolları olması şərtləndirilmişdir. Mənzilin tam dəyəri 24 mart 2015-ci il tarixdə nağd şəkildə cavabdehə ödənilmiş, mənzilin dəyərinin tam ödənilməsi barədə cavabdeh tərəfindən maliyyə arayışı da verilmişdir. Mənzilin tələbatına uyğun təmirinə başlamaq üçün dəvət etdiyi dizayner müstəqil mütəxəssis memar X5 mənzilə baxış keçirərkən, apardığı ölçü işlərinin nəticəsində müəyyən etmişdir ki, 100 saylı mənzilin faktiki sahəsi 213.97 kv.m-dir. Yəni, mənzilin sahəsi müqavilədə nəzərdə tutulan sahədən 35,14 kv.m. azdır. Bu çatışmayan sahə bir otaqlı mənzilin sahəsidir, hansı ki, bu sahədən öz tələbatına uyğun istifadə edə bilməyəcəyinin səbəbi də cavabdehin yalan məlumatları müqaviləyə daxil edərək, onu istehlakçı kimi aldatmasıdır. Birinci instansiya məhkəməsində cavabdehin qanuni təmsilçisi X6 iddia müddətinin tətbiqi barədə ərizə verərək bildirmişdir ki, müqavilə üzrə bütün öhdəliklər icra edildikdən 6 il 6 ay keçdikdən sonra, yəni 30 sentyabr 2021-ci il tarixində iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və iddia müddətini ötürmüşdür. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv, iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, kassa mədaxil qəbzində manatın dolların rəsmi məzənnəsinə uyğun qəbul edilməsi ilə bağlı hər hansı bir qeyd yoxdur. Çünki satıcı ilə əməliyyatlar manatla aparılıb, müqavilədə isə yalnız alıcının təkidi və xahişi ilə xarici vətəndaş olması nəzərə alınaraq simvolik olaraq dollarla qeyd edilmişdir. Baxmayaraq ki, alıcı kassaya pulu manatla gətirmiş və mədaxil etmişdir. Buna baxmayaraq məhkəmə hər dəfə pulun dollarla ödənildiyini qeyd edir, bununla da qanunvericiliyin tələblərini pozur. Məhkəmə ekspert rəyində qeyd edilən xüsusatları araşdırmadan birbaşa olaraq mənzilin sahəsində 35,14 kv.m əskik olduğu qənaətinə gəlir. Baxmayaraq ki, rəydə 8-13 saylı şərti işarələnmiş sahələrin faktiki yerində 20 kv.m təşkil edir, lakin ekspert hesablama əmsalı tətbiq edərək 9,07 kv.m qeyd etmişdir. Bununla da, alıcıya təhvil verilmiş mənzilin yerində faktiki olaraq sahəsi 213,97 kv.m deyil, 225 kv.m təşkil edir və çatışmayan sahə 24,11 kv.m-dir. Buna səbəb isə iş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti tərəfindən təsdiq edilən layihə sənədlərinə əsasən oxdan oxa hesablanması səbəb olmuşdur. Yəni, onlar vətəndaşdan alınmış vəsait hesabına inşa edilmiş mənzilin təhvil verilməsini həyata keçiriblər və faktiki kv.m və divarlar nəzərə alınmaqla oxdan oxa satış ediblər. Hesab edirlər ki, tərəflər başqa qayda nəzərdə tutulmayıbsa müqavilə üzrə üzərlərinə götürdükləri öhdəlik həcmində məsuliyyət daşıyırlar. Mənzilin dəyərini müəyyən edərkən məhz qarşı tərəfin təqdim etdiyi həmin binadan başqa digər binalarda qeyd edilən qiymətləri əsas götürüb iddianı təmin etmişdir. Halbuki məhkəmə araşdırma aparsaydı həmin binada mənzillərin 1 kv.m-nin 1300 manata satıldığını müəyyən edə bilərdi. Çünki hər binada onun fasadına, daxili təmirinə, mənzilin mərtəbəsinə və digər xüsusiyyətlərinə uyğun qiymət müəyyən edilir. Cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. İddiaçının nümayəndəsi isə apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehdən iddiaçının xeyrinə 510 675 manat pulun tutulması hissəsində dəyişdirilməlidir. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşin müəyyən edilmiş hallarından görünür ki, 24 mart 2015-ci il tarixdə iddiaçı X4 ilə Cavabdeh MMC arasında alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən Cavabdeh MMC Bakı şəhəri, Yasamal rayonu, Zərdabi prospekti 74 ünvanda yerləşən, 21 mərtəbəli, “C” binası, 21-ci mərtəbədə yerləşən, sahəsi 249.11 kv.m. ibarət olan 100 saylı mənzili X1, mənzil X3 təhvil verilmişdir. Müqavilənin şərtlərinə əsasən İddiaçı tərəfindən müqavilədə göstərilən 100 saylı 3 otaqdan ibarət, ümumi sahəsi 249,11 kv.metr göstərilən mənzilin hər kvadrat metri üçün 1000 ABŞ dolları olmaqla, 250000 ABŞ dolları pul məbləği cavabdehə tam həcmdə ödənilmişdir. Lakin mənzildə dizayn işləri aparılarkən müəyyən edilmişdir ki, mənzilin sahəsi müqavilədə göstəriləndən 35,14 kvm az, yəni 213,97 kvm-dir. Qeyd edilən məsələnin həllinə dair iddiaçı cavabdehə rəsmi qaydada müraciət etmiş, lakin mabahisə öz həllini tapmadığından məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hazırda iddiaçının tələbi Bakı şəhəri Yasamal rayonu, Zərdabi prospekti 74 ünvanda yerləşən, 21 mərtəbəli, bina “C”, 21-ci mərtəbədə yerləşən 100 saylı mənzilə dair X4 ilə Cavabdeh MMC arasında bağlanmış 24 mart 2015-ci il tarixli 113 saylı mənzilin alqı-satqı müqaviləsinin ləğv edilməsi, sahəsi 249.11 kvadrat metr olan mənzilə görə 1 kvm-in orta bazar qiyməti 2050 manatdan götürülməklə 510.675 manat pulun, memar X5 tərəfindən tərtib edilmiş “Mənzilin Planı”na görə ödənilmiş 200 manat və dövlət rüsumu 30 manat olmaqla, ümumilikdə (beş yüz on min doqquz yüz beş) manat məbləğində pulun Cavabdeh MMC-dən X2 xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində işə baxılarkən işin hərtərəfli araşdırılmasını təmin etmək və mübahisəli mənzilin sahəsinin dəqiqləşdirilməsi məqsədilə ekspertiza təyin edilmiş, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 yanvar 2022-ci il tarixli 10/6414 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının “04” dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları"na əsasən, Bakı şəhəri, Yasamal rayonu, 589-cu məhəllə, H.B.Zərdabi prospekti 74 ünvanında inşa edilmiş 21 mərtəbəli yaşayış kompleksinin, "C” binasının, 21-ci mərtəbəsində yerləşən 100 saylı mənzilin ümumi sahəsi faktiki olaraq həqiqətən də 213,97 kvm təşkil edir. Belə ki, ekspert mübahisəli mənzilin faktiki sahəsi ilə (213,97 kvm) xx.xx-2015-ci il tarixli 113 №-li “Müqavilə"də göstərilən sahə (249,11 kvm) arasında 35,14 kvm fərq olduğunu müəyyən etmişdir. Birinci instansiya məhkəməsi ekspert rəyini və işin müəyyən edilən hallarını nəzərə alaraq iddianı təmin etmiş və gəldiyi nəticəni maddi hüquq norması kimi Mülki Məcəllənin 21.1, 375, 377.1, 385.1, 390.1, 421, 422, 423, 424, 437.1, 568.1, 577.1, 578.1, 1096.1, 1096.2, 1097.1, 1097.3-cü, Şəhərsalma və Tikinti Məcəlləsinin 59.1, 59.2, 59.3-cü maddələri və sair normalarla əsaslandırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1- ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 568.1- ci maddəsinə əsasən, satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur; 577.1- ci maddəsinə əsasən, alıcıya verilməli əşyaların miqdarı alqı-satqı müqaviləsində müvafiq ölçmə vahidləri ilə və ya pulla ifadə olunur. Əşyaların miqdarı haqqında şərt müqavilədə onun müəyyənləşdirilməsi qaydasının təyin edilməsi yolu ilə razılaşdırıla bilər; 578.1- ci maddəsinə əsasən, satıcı alqı-satqı müqaviləsini pozaraq alıcıya müqavilədə müəyyənləşdirildiyindən az miqdarda əşya verdikdə, alıcı, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, çatışmayan miqdarda əşya verilməsini tələb edə bilər və ya verilmiş əşyadan və onu ödəməkdən imtina edə bilər, əşya ödənilmiş olduqda isə ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1 .-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 1096.1 -ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafıə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarmı pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1096.2- ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1 -ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fıziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; 1097.3- cü maddəsinə əsasən, qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti məcəlləsinin 59.1-ci maddəsinə əsasən tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları bu maddənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 59.2-ci bəndinə görə yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. Həmin Məcəllənin 59.3-cü bəndinə əsasən yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının "04” dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş "Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”na əsasən “balkon” dedikdə fasadın divar səthindən çıxan və məhəccərlə hüdudlanmış meydança başa düşülür. Yaşayış binasında otaqların və digər yerləşgələrin sahələri divar və arakəsmələrin tamamlanmış səthləri arasında döşəmə səviyyəsində (plintuslar hesaba alınmadan) ölçülməklə təyin edilir. Açıq yerləşgələrin (balkon, lociya, terras, eyvan) sahələri isə onların daxili konturu boyu (binanın divarı ilə məhəccər arasında) yerləşdiyi sahə nəzərə alınmadan ölçülür. Birinci instansiya məhkəməsi qeyd olunanlara əsaslanaraq hesab etmişdir ki, Cavabdeh MMC ilə X4 arasında bağlanmış 24 mart 2015-ci il tarixli 113 saylı mənzilin alqısatqı müqaviləsi cavabdeh tərəfindən əhəmiyyətli dərəcədə pozulduğundan iddia əsaslıdır. Belə ki, fərdi müəyyən əşyaların müqavilənin predmetində nəzərdə tutulmuş əşya olmasının 2 göstəricisi - kəmiyyət və keyfiyyət göstəricisi olur. Müqavilə predmeti ev (mənzil) olduqda, onun kəmiyyət göstəricisi kimi ölçü vahidi olan "kvadrat metr” çıxış edir. Nəzərə alsaq ki, satılan obyektin hər kvadrat metrinin dəyəri kifayət dərəcədə pul edir, o zaman alıcıya xeyli ziyan dəymiş olur. Bu baxımdan iddiaçı hazırkı iddianı qaldırmaqda haqlıdır. Çünki, alqı-satqı müqaviləsi bağlanarkən cavabdeh öz üzərinə alıcıya müqavilə üzrə şərtləşdirilmiş ölçüdə (miqdarda) olan əşyanı verməyi, alıcı isə həmin əşyanın dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Müvafiq müqavilədən də göründüyü kimi, cavabdeh iddiaçıya müqavilə üzrə şərtləşdirilmiş qaydada 249,11 kv.metr sahədən ibarət mənzili satmalı olduğu halda, ekspert rəyi ilə də müəyyən olunduğu kimi cəmi 213,97 kv.metr sahədən ibarət olan mənzil satmışdır. Bu da alıcının müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmasını göstərir. Alıcı mənzilin müqavilədəki dəyərinin onun sahəsinə uyğun olaraq (249,11 kv.metr sahə üçün) müəyyənləşdirildiyini düşünərək, sözügedən mənzilin 250000 ABŞ dolları məbləğində dəyərləndirilməsini özü üçün münasib dəyər hesab etmiş və həmin şərtlərlə müqaviləni imzalamağa razılıq vermişdir. Birinci instansiya məhkəməsinin qənaətinə görə belə olan vəziyyətdə tərəflər arasında bağlanmış 24 mart 2015-ci il tarixli alqı-satqı müqaviləsi ləğv edilməlidir. Mülki qanunvericiliyin müddəalarına görə, müqavilənin ləğv edilməsi üç halda mümkündür; bunlardan birincisi Mülki Məcəllənin 421.1-ci maddəsində təsbit edilən tərəflərin könüllü razılaşmasıdır. Hazırkı halda bu hal istisna olunur, çünki tərəflərin razılaşması yoxdur. İkinci hal Mülki Məcəllənin 421.2-ci maddəsində müəyyən olunmuş digər tərəfin müqaviləni əhəmiyyətli dərəcədə pozduğunun sübuta yetirildiyi haldır. Buna görə, tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Üçüncü hal isə Mülki Məcəllənin 422-ci maddəsində təsbit olunmuş şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar müqavilənin ləğv edilməsi halıdır. Həmin Məcəllənin 422.1-ci maddəsinə görə, tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Mülki Məcəllənin 423.2-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 424.3-cü maddəsinə görə müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. Eyni Məcəllənin 424.4-cü maddəsinə görə isə, əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, tərəflər müqavilənin dəyişdirildiyi və ya ləğv edildiyi anadək öhdəlik üzrə icra etdiklərinin qaytarılmasını tələb edə bilməzlər. Birinci instansiya məhkəməsi alqı-satqı müqaviləsinin ləğv edilməsi üçün hüquqi əsasların olduğu qənaətinə gələrək müəyyən etmişdir ki, iddiaçı müqavilə bağlayarkən ümid etməyə haqqı çatanlardan məhrum olunmuşdur. Məhkəmə bunu nəzərə alaraq hesab etmişdir ki, iddiaçı müqavilənin ləğv edilməsini və bağlanmış müqavilənin dəyərinin əvəzi kimi mənzilin hazırkı bazar qiyməti olan (hər 1 kv.m üçün 2050 manat olmaqla) 510.675 manat pulun geri qaytarılmasını, həmçinin 200 manat "Mənzilin Planı”na görə ödədiyi məbləği tələb etməkdə haqlıdır. Müqavilə bağlandığı zaman evin real bazar qiymətinin 250000 ABŞ dolları civarında olmasına baxmayaraq, hazırda iddiaçı tərəf müqavilə ləğv olunduğu halda onun dəyərinin hazırkı bazar qiyməti ilə geri qaytarılmasını tələb edir. Birinci instansiya məhkəməsinin qənaətinə görə əmlak sahibi əmlakının qiymətini müəyyənləşdirməkdə sərbəstdir, bu baxımdan iddiaçıya Bakı şəhərində, Yasamal rayonu, Zərdabi prospekti 74 ünvanda yerləşən, 21 mərtəbəli, "C” binası, 21-ci mərtəbədə yerləşən, sahəsi 249.11 kv.m. ibarət olan 100 saylı mənzilin dəyərinin müqavilədə qeyd olunan məbləğdə 250000 ABŞ dolları məbləğində qaytarılması onun mənafeyinə ziddir. Belə olan halda, əmlakın hazırkı real dəyərinin geri qaytarılması tələbi əsaslıdır və təmin olunmalıdır. Birinci instansiya məhkəməsi göstərilənlərlə yanaşı iddia müddətinin tətbiqi barədə cavabdehin təqdim etdiyi ərizəni də əsassız saymış və Mülki Məcəllənin 372.1, 373.2, 375.2, 376, 377.1, 377.2, 378-ci maddələrini rəhbər tutaraq imübahisəli hüquq münasibətinə iddia müddətinin tətbiqini mümkün saymamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə qismən razılaşır və apellyasiya şikayətinin dəlilləri üzrə aşağıdakıları qeyd edir. Apellyasiya şikayətinin dəlillərinə görə birinci instansiya məhkəməsi tərəfindən qətnamə çıxarılarkən Mülki Məcəllənin 21.1, 578.1-ci maddələrinin tələbi pozulmuşdur. Belə ki, həmin maddələrin tələbinə görə iddiaçı müqavilə üzrə öhdəliklərin cavabdeh tərəfindən lazımi qaydada yerinə yetirilməməsi əsası ilə ona dəymiş ziyanın əvəzinin ödənilməsini tələb etmək hüququna malik olsa da, bu zərərin əvəzi müqavilənin ləğv edilməsi və mənzilin qaytarılması şəklində deyil, mənzilin sahəsində olan əskikliyin, azalmanın əvəzinin tutulması qaydasında ödənilməlidir. Məhkəmə kollegiyası bu dəlilləri əsassız sayır və qeyd edir ki, Mülki Məcəllənin 578.1-ci maddəsinə əsasən, satıcı alqı-satqı müqaviləsini pozaraq alıcıya müqavilədə müəyyənləşdirildiyindən az miqdarda əşya verdikdə, alıcı, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, çatışmayan miqdarda əşya verilməsini tələb edə bilər və ya verilmiş əşyadan və onu ödəməkdən imtina edə bilər, əşya ödənilmiş olduqda isə ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər. Maddənin məzmunundan da göründüyü kimi, müqavilədə göstərildiyindən az miqdarda (ölçüdə) sahə əldə edən iddiaçı öz seçim hüququna əsaslanaraq ya ona çatışmayan miqdarda əşya verilməsini tələb edə bilər, ya verilmiş əşyadan və onu ödəməkdən imtina edə bilər, ya da əşyanın ödənilmiş olduğu halda ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər. Hazırkı işdə iddiaçı qanunla ona verilmiş bu seçim hüququndan istifadə edərək verilmiş mənzildən imtina etməklə ödənilmiş mənzilin dəyərinin qaytarılmasını tələb etmişdir. İddiaçının belə bir tələb irəli sürməsinin səbəbi isə cavabdeh tərəfindən müqavilə öhdəliklərinin vaxtında və lazımi qaydada yerinə yetirilməməsi olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 421.2-ci maddəsində nəzərdə tutulan müqavilə tərəflərindən birinin müqaviləni əhəmiyyətli dərəcədə pozması dedikdə digər tərəfə vurulan elə bir zərər başa düşülür ki, bu zərər nəticəsində həmin tərəf müqavilə bağlanarkən güman və ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Pozuntu o halda mühüm xarakterə malik olur ki, bu pozuntu digər tərəfə müqavilənin məqsədinə nail olunmasına imkan vermir. Mühüm pozuntunun vurduğu zərər (ziyan) özündə həm çəkilən əlavə xərcləri, həm də nəzərdə tutulan mümkün gəlirlərin əldə edilməməsini, habelə müvafiq tərəfin mənafeyinə mühüm dərəcədə toxunan digər nəticələri birləşdirir. Hazırkı işdə iddiaçıya müqavilə üzrə gözlədiyindən 35,14 kvm az ölçüyə malik mənzil təhvil verilmişdir ki, bu da məhkəmə kollegiyasının qənaətinə görə müqavilə şərtlərinin əhəmiyyətli dərəcədə pozuntusu kimi qəbul edilməlidir. Belə ki, iddiaçı cavabdehin vurduğu zərər nəticəsində müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Məhkəmə kollegiyasının qənaətinə görə 35,14 kvm sahə kəmiyyət baxımından kifayət qədər böyük sahədir və nəticə etibarilə 249,11 kvm ümumi sahəyə malik olmalı olan mənzilin keyfiyyət göstəricilərinə də təsir edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi müqavilənin ləğv edilməsi ilə bağlı hissədə iş üzrə düzgün nəticəyə gəlsə də, bağlanmış müqavilənin dəyərinin əvəzi kimi cavabdehdən iddiaçının xeyrinə mənzilin hazırkı bazar qiymətini (hər 1 kv.m üçün 2050 manat olmaqla) təşkil edən 510.675 manat pulun tutulmasını qət edərkən yanlışlığa yol vermişdir. Belə ki, Mülki Məcəllənin 578.1-ci maddəsi alıcıya yalnız ödədiyi pul məbləğinin qaytarılmasını tələb etmək hüququ vermişdir. İddiaçı tərəfindən isə müqavilə üzrə 510.675 manat deyil, 249 110 ABŞ dolları həmin vaxtdakı məzənnə üzrə manatla cavabdehə ödənilmişdir. Ona görə də, qətnamə göstərilən hissədə dəyişdirilməli və mübahisələndirilən alqı-satqı müqaviləsinin ləğvi ilə əlaqədar cavabdehdən iddiaçının xeyrinə tutulan məbləğ 249 110 ABŞ dolları qətnamənin icra olunduğu vaxt qüvvədə olan məzənnə üzrə manatla müəyyən edilməlidir. Mülki Məcəllənin 439.2-ci mаddəsinə görə, əgər xаrici vаlyutаdа оlаn pul öhdəliyi Аzərbаycаn Respublikаsındа ödənilməlidirsə, ödənişin xаrici vаlyutаdа аpаrılmаlı оlduğunun şərtləşdirildiyi hаllаrdаn bаşqа, о, mаnаtlа ödənilir. Yenidən hesаblаmа ödəniş аnındа ödəniş yerinin məzənnə qiyməti ilə аpаrılır. "Məhkəmə qətnаməsi hаqqındа" Аzərbаycаn Respublikаsı Аli Məhkəməsi Plenumunun 24 yаnvаr 2005-ci il tаrixli 4 №-li qərаrının 10-cu bəndində göstərilmişdir ki, qətnаmədə аlınmаsı və yа ödənilməsi müəyyən edilən məbləğlər Аzərbаycаn Respublikаsının milli pul vаhidi ilə ifаdə оlunmаlıdır. Əgər iddiа tələbi xаrici vаlyutа ilə göstərilirsə, аlınаn və yа ödənilən məbləğin qətnаmənin icrа оlunduğu günə оlаn mаnаt məzənnəsi ilə hesаblаnmаsı göstərilməlidir. Qeyd оlunаnlаrа əsаsən, qətnаmənin nəticə hissəsində cаvаbdehdən аlınmаlı оlаn pul məbləğinin qətnаmənin icrа оlunduğu günə оlаn mаnаt məzənnəsi ilə ödənilməsi göstərilməlidir. MPM-nin 384.0.3-cü maddəsinin tələbinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi yalnız cavabdehdən iddiaçının xeyrinə 510.675 manat pulun tutulması hissəsində dəyişdirilməli, qətnamənin qalan hissələri üzrə, o cümlədən alqı-satqı müqaviləsinin ləğv edilməsi, mənzilin planının tərtibinə görə 200 manatın tutulması və məhkəmə xərclərinin ödənilməsi hissələrində məhkəmənin gəldiyi nəticə işin hallarına uyğun olmaqla maddi və prosessual hüquq normaları düzgün tətbiq olunduğundan göstərilən hissələrdə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Nəticə etibarilə, qətnamə üzrə Cavabdeh MMC-dən iddiaçı X2 xeyrinə 249.11 kvadrat metr sahəsi olan mənzilə görə 249 110 ABŞ dolları qətnаmənin icrа оlunduğu günə оlаn məzənnə üzrə Azərbaycan mаnаtı ilə, mənzilin planına görə ödənilmiş 200 manat, dövlət rüsumunun əvəzi kimi 30 manat və ekspertiza xərci olaraq 50 manat tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.3, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh MMC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 fevral 2022-ci il tarixli qətnaməsi Cavabdeh MMC-dən iddiaçı X2 xeyrinə 249.11 kvadrat metr sahəsi olan mənzilə görə 510.675 manat pulun tutulması hissəsində dəyişdirilsin və cavabdehdən iddiaçının xeyrinə tutulan həmin məbləğ 249 110 (iki yüz qırx doqquz min yüz on) ABŞ dolları qətnаmənin icrа оlunduğu günə оlаn məzənnə üzrə Azərbaycan mаnаtı ilə müəyyən edilsin. Qətnamənin qalan hissələri dəyişdirilmədən saxlanılsın. Nəticə etibarilə, dəyişiklik nəzərə alınmaqla qətnamə üzrə Cavabdeh MMC-dən iddiaçı X2 xeyrinə 249.11 kvadrat metr sahəsi olan mənzilə görə 249 110 ABŞ dolları qətnаmənin icrа оlunduğu günə оlаn məzənnə üzrə Azərbaycan mаnаtı ilə, mənzilin planına görə ödənilmiş 200 manat, dövlət rüsumunun əvəzi kimi 30 manat və ekspertiza xərci olaraq 50 manat tutulsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3671/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3671/2022
16.06.2022 · Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver