Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3684/2023 16.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı, X11, X14, X9, X10 və X1 Cavabdeh MTK-ya qarşı iş üzrə (Açar sözlər: mülkiyyət hüquqlarının müdafiəsi və müqavilə öhdəliyinin yerinə yetirilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), İmanov Azad Nizam oğlundan və X3 ibarət tərkibdə, Məmmədova Səyalı Əziz qızının katibliyi, iddiaçıların nümayəndəsi (vəkili) Vəkil və cavabdehin nümayəndəsi (vəkili) X4 iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 13 mart 2023-cü il tarixli qətnaməsindən iddiaçılar İddiaçı, X11, X14, X9, X10 və X8 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 16 iyun 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. İddiaçı X2 xx.xx.2007-ci il tarixdə ünvan 1 ünvanında yerləşən “MUR-AY’ MMC tərəfindən inşa olunan: 14 mərtəbəli binanın, 9-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 87 kv.M.-dən ibarət izolə olunmuş 2 otaqlı, 53 saylı mənzilini, 14 mərtəbəli binanın, 11-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 87 kv.m.-dən ibarət izolə olunmuş 2 otaqlı, 65 savlı mənzilini müvafiq olaraq 2 müqaviləyə əsasən payçı qismində almışdır. Həmçinin, xx.xx.2009-cu il tarixdə ünvan 1 ünvanında yerləşən "xxxx" MMC tərəfindən inşa olunan: 3 bloklu, 14 mərtəbəli binada yerləşən ümumi sahəsi 300 kv.m.-dən ibarət market sahəsini payçı qismində almışdır. 53 saylı mənzilin dəyəri olan 50.000 ABŞ dolları, 65 saylı mənzilin dəyəri olan 50.000 ABŞ dolları, ümumilikdə 100.000 ABŞ dolları məbləğində pul iddiaçı tərəfindən "xxxx" MMC-yə ödənilmişdir. İddiaçı xx.xx.2009-cu il tarixdə ünvan 2 ünvanında yerləşən "xxxx" MMC tərəfindən inşa olunan 3 bloklu, 14 mərtəbəli binanın ümumi sahəsi 122 kv.m.-dən ibarət market sahəsini müqaviləyə əsasən payçı qismində almışdır. Marketin dəyəri olan 146.400 manat məbləğində pul tərəfindən "xxxx" MMC-yə ödənilmişdir və bu barədə ona xx.xx.2009-cu il tarixli maliyyə arayışı verilmişdir. O, üzərinə düşən öhdəliyini icra etməyinə baxmayaraq, "xxxx" MMC iddiaçıya marketi vaxtında təhvil verməmiş və bununla da müqavilənin şərtlərini pozmuşdur. - iddiaçı X11 xx.xx.2008-ci il tarixdə ünvan 1 ünvanında yerləşən “MUR-AY’ MMC tərəfindən inşa olunan: 12 mərtəbəli binanın, 2-ci bloku, 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 127 kv.m.-dən ibarət 3 otaqlı, 5 saylı mənzilini, 12 mərtəbəli binanın, 3-cü bloku, 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 110 kv.M.-dən ibarət 3 otaqlı 13 savlı mənzilini, 12 mərtəbəli binanın, 3-cü bloku, 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 100 kv.m.-dən ibarət 3 otaqlı 20 saylı mənzilini, 12 mərtəbəli binanın, 1-ci bloku, 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 117 kv.M.-dən ibarət 3 otaqlı 15 saylı mənzilini, 12 mərtəbəli binanın, 1-ci bloku, 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 117 kv.m.-dən ibarət izolə olunmuş 3 otaqlı 9 saylı mənzilini, 12 mərtəbəli binanın, 3-cü bloku, 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 112 kv.M.-dən ibarət izolə olunmuş 3 otaqlı,10 saylı mənzilini, 12 mərtəbəli binanın, 2-ci bloku, 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 127 kv.m.-dən ibarət izolə olunmuş 3 otaqlı 9 saylı mənzilini müvafiq olaraq 7 müqaviləyə əsasən payçı qismində almışdır. 5 saylı mənzilin dəyəri olan 82.550 manat, 13 saylı mənzilin dəyəri olan 65.000 manat, 20 saylı mənzilin dəyəri olan 65.000 manat, 15 saylı mənzilin dəyəri olan 76.050 manat, 9 saylı (blok İ) mənzilin dəyəri olan 76.050 manat, 10 saylı mənzilin dəyəri olan 72.800 manat, 9 saylı (blok İİ) mənzilin dəyəri olan 82.550 manat, ümumilikdə 520.000 manat məbləğində pul tərəfindən “MUR-AY’ MMC-yə ödənilmişdir və bu barədə ona xx.xx.2007-ci il tarixli maliyyə arayışı verilmişdir. - iddiaçı X14 və mərhum atası X15 ailə üzlərinin mənzil şəraitini yaxşılaşdırmaq məqsədi ilə xx.xx.2008-ci il tarixdə ünvan 1 ünvanında yerləşən “MUR-AY’ MMC tərəfindən inşa olunan: 12 mərtəbəli binanın, 3-cü bloku, 1 -ci mərtəbəsində yerləşən, ümumi sahəsi 100 kv.m.-dən ibarət izolə olunmuş 3 otaqlı 6 saylı mənzilini, 12 mərtəbəli binanın, 3-cü bloku, 12-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 100 kv.m.-dən ibarət izolə olunmuş 3 otaqlı 83 savlı mənzilini, 12 mərtəbəli binanın, 3-cü bloku, 7-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 100 kv.m.-dən ibarət izolə olunmuş 3 otaqlı 48 saylı mənzilini müvafiq olaraq 3 müqaviləyə əsasən payçı qismində atası X15 almışdır. 6 saylı izolə olunmuş mənzilin dəyəri olan 60.000 manat, 83 saylı izolə olunmuş mənzilin dəyəri olan 60.000 manat, 48 saylı izolə olunmuş mənzilin dəyəri olan 60.000 manat, ümumilikdə 180.000 manat məbləğində pul tərəfimdən "xxxx" MMC-yə ödənilmişdir və bu barədə mərhum atası X13 xx.xx.2008-ci il tarixli maliyyə arayışları verilmişdir. Həmçinin, xx.xx.2008-ci il tarixdə ünvan 1 ünvanında yerləşən "xxxx" MMC tərəfindən inşa olunan: 12 mərtəbəli binanın, 2-ci bloku, 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 127 kv.m.dən ibarət izolə olunmuş 3 otaqlı, 1 saylı mənzilini, 12 mərtəbəli binanın, 2-ci bloku, 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 127 kv.M.-dən ibarət izolə olunmuş 3 otaqlı 5 saylı mənzilini müvafiq olmaqla 2 müqaviləyə əsasən payçı qismində o almışdır. 1 saylı izolə olunmuş mənzilin dəyəri olan 76.200 manat, 5 saylı izolə olunmuş mənzilin dəyəri olan 76.200 manat, ümumilikdə 152.400 manat məbləğində pul tərəfimdən "xxxx" MMC-yə ödənilmişdir. Onlar üzərlərinə düşən öhdəliyi icra etmələrinə baxmayaraq, "xxxx" MMC mənzilləri vaxtında təhvil verməmiş və bununla da müqavilənin şərtlərini pozmuşdur.
2. İddiaçı X9 xx.xx.2009-cu il tarixdə ünvan 1 ünvanında yerləşən "xxxx" MMC tərəfindən inşa olunan 3 bloklu, 14 mərtəbəli binanın 2-ci blokunda ümumi sahəsi 300 kv.m.-dən ibarət market sahəsini müqaviləyə əsasən payçı qismində almışdır. Marketin dəyəri olan 480.000 manat məbləğində pul tərəfindən "xxxx" MMC-yə ödənilmişdir və bu barədə ona xx.xx.2009-cu il tarixli maliyyə arayışı verilmişdir.
3. İddiaçı X10 xx.xx.2007-ci il tarixdə ünvan 1 ünvanında yerləşən "xxxx" MMC tərəfindən inşa olunan 14 mərtəbəli binanın 11-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 132 kv.m.-dən ibarət 3 otaqlı 83 saylı mənzili müqaviləyə əsasən payçı qismində almışdır. Mənzilin dəyəri olan 60.000 ABŞ dolları məbləğində pul tərəfindən "xxxx" MMCyə ödənilmişdir və bu barədə ona xx.xx.2007-ci il tarixli maliyyə arayışı verilmişdir.
4. "xxxx" MMC barəsində istintaq aparılmış və cinayət işi açılmışdır. Sübuta yetirilmişdir ki, MMC dələduzluq yolu ilə pulları əldə etmiş və üzərinə düşən öhdəliklərini icra etməmişdir.
5. Bakı şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikası Baş Prokukorluğu, Daxili İşlər Nazirliyi Fövqəladə Hallar Nazirliyi, Vergilər Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Əmlak Məsələləri Komitəsi, Mərkəzi Bank, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Yasamal Rayon İcra Hakimiyyəti, Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi, Rabitə və İnformasiya Texnoligiyaları Nazirliyinin Bakı Telefon Rabitəsi İstehsalat Birliyi və s. digər tərəfdən Cavabdeh MTK arasında bağlanmış müqavilə ilə tərəflər yaranmış neqativ vəziyyət, irəli sürülmüş şifahi təkliflər, rəylər və ilkin razılıqlar nəzərə alınmaqla və "xxxx" MMC-nin rəhbərliyinin qeyri-qanuni hərəkətlərindan zərərçəkmiş mənzil alıcılarının mənzil problemlərinin həll edilməsi məqsədilə üzərlərinə müəyyən öhdəliklər götürmüşlər. Həmin müqaviləyə əsasən Cavabdeh MTK, "xxxx" MMC tərəfindən inşası tamamlanmamış binalarda tikinti işlərinin keyfiyyətlə, direktiv müddətdə, yəni bütün sənədləşmə işləri başa çatdıqdan və pul vəsaiti ayrıldıqdan sonra 12 ay müddətində tam həcmlə başa çatdırılmasını, payçıların ümumilikdə 85000 kv.m mənzil sahəsi ilə təmin edilməsini üzərinə götürmüşdür.
6. İstintaq orqanı tərəfindən mənzil sahəsi ilə təmin edilməli olan şəxslərin siyahısı tərtib olunmuş və həmin siyahıda 1036 nəfərə 85819,53 kvm sahəsi olan mənzillərin verilməsi nəzərdə tutulmuşdur. İddiaçıların adları həmin siyahıda yoxdur.
7. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 1(101)-556/2015 nömrəli hökmü ilə iddiaçılar cinayət işi üzrə zərərçəkmiş şəxs olaraq tanınmışlar. Həmin hökmlə sübuta yetirilmişdir ki, "xxxx" MMC-nin vəzifəli şəxsləri dələduzluq yolu ilə pulları əldə etmiş və üzərinə düşən öhdəliklərini icra etməmişlər.
Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı məhkəməyə müraciət edərək “Aidiyyəti Dövlət qurumları ilə Cavabdeh MTK arasında imzalanmış müqavilədən irəli gələn öhdəliklərin icrası ilə əlaqədar, "xxxx" MMCyə dair verilmiş Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2008-ci il tarixli 688 nömrəli sərəncamının və 12305 nömrəli inşaat pasportunun Cavabdeh MTK-nın adına rəsmiləşdirilməsi haqqında” Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2012-ci il tarixli 121 nömrəli sərəncamının icrası ilə əlaqədar olaraq İddiaçı arasında bağlanmış xx.xx.2009-cu il tarixli müqavilə əsasında "xxxx" MMC tərəfindən ünvan 3 ünvanda inşa edilməli olan 3 bloklu, 14 mərtəbəli binanın ümumi sahəsi 122 kv.м.-dən ibarət market sahəsinin əvəzində İddiaçı tərəfindən "xxxx" MMC-yə mənzilin tam dəyəri olan ödənilmiş 146.400 manat pul vəsaitinə uyğun olaraq İddiaçının ünvan 3 ünvanda yerləşən yaşayış binasının yaxınlığında inşa edilən yaşayış binasında və ya ona yaxın ərazidə ümumi sahəsi 122 kvadrat metr təşkil edən market sahəsi ilə təmin edilməsi öhdəliyinin Cavabdeh Mənzil Tikinti Kooperativinin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddiaçı X11 məhkəməyə müraciət edərək aidiyyəti Dövlət qurumları ilə Cavabdeh MTK arasında imzalanmış müqavilədən irəli gələn öhdəliklərin icrası ilə əlaqədar, "xxxx" MMC-yə dair verilmiş Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2008-ci il tarixli 688 nömrəli sərəncamının və 12305 nömrəli inşaat pasportunun Cavabdeh MTK-nın adına rəsmiləşdirilməsi haqqında” Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2012-ci il tarixli 121 nömrəli sərəncamının icrası ilə əlaqədar olaraq iddiaçı X11 arasında bağlanmış xx.xx.2008-ci il tarixli 7 müqavilə əsasında "xxxx" MMC tərəfindən ünvan 3 ünvanda inşa edilməli olan: 12 mərtəbəli binanın, 2-ci bloku, 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 127 kv.M.-dən ibarət 3 otaqlı, 5 savlı mənzilininin əvəzində - iddiaçı X11 tərəfindən "xxxx" MMC-yə mənzilin tam dəyəri olan ödənilmiş 82.550 manat pul vəsaitinə uyğun olaraq iddiaçı X7 ünvan 3 ünvanda yerləşən yaşayış binasının yaxınlığında inşa edilən yaşayış binasında və ya ona yaxın ərazidə ümumi sahəsi 127 kvadrat metr təşkil edən mənzillə təmin edilməsi; 12 mərtəbəli binanın, 3-cü bloku, 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 110 kv.M.-dən ibarət 3 otaqlı, 13 saylı mənzilininin əvəzində iddiaçı X11 tərəfindən "xxxx" MMC-yə mənzilin tam dəyəri olan ödənilmiş 65.000 manat pul vəsaitinə uyğun olaraq iddiaçı X7 ünvan 3 ünvanda yerləşən yaşayış binasının yaxınlığında inşa edilən yaşayış binasında və ya ona yaxın ərazidə ümumi sahəsi 100 kvadrat metr təşkil edən mənzillə təmin edilməsi; 12 mərtəbəli binanın, 3-cü bloku, 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 100 kv.M.-dən ibarət 3 otaqlı, 20 saylı mənzilininin əvəzində - iddiaçı X11 tərəfindən "xxxx" MMC-yə mənzilin tam dəyəri olan ödənilmiş 65.000 manat pul vəsaitinə uyğun olaraq iddiaçı X7 ünvan 3 ünvanda yerləşən yaşayış binasının yaxınlığında inşa edilən yaşayış binasında və ya ona yaxın ərazidə ümumi sahəsi 100 kvadrat metr təşkil edən mənzillə təmin edilməsi; 12 mərtəbəli binanın, 1-ci bloku, 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 117 kv.M.-dən ibarət 3 otaqlı, 15 saylı mənzilininin əvəzində - iddiaçı X11 tərəfindən "xxxx" MMC-yə mənzilin tam dəyəri olan ödənilmiş 76.050 manat pul vəsaitinə uyğun olaraq iddiaçı X7 ünvan 3 ünvanda yerləşən yaşayış binasının yaxınlığında inşa edilən yaşayış binasında və ya ona yaxın ərazidə ümumi sahəsi 117 kvadrat metr təşkil edən mənzillə təmin edilməsi; 12 mərtəbəli binanın, 1-ci bloku, 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 117 kv.m.-dən ibarət izolə olunmuş 3 otaqlı, 9 saylı mənzilinin əvəzində - iddiaçı X11 tərəfindən "xxxx" MMC-yə mənzilin tam dəyəri olan ödənilmiş 76.050 manat pul vəsaitinə uyğun olaraq iddiaçı X7 ünvan 3 ünvanda yerləşən yaşayış binasının yaxınlığında inşa edilən yaşayış binasında və ya ona yaxın ərazidə ümumi sahəsi 117 kvadrat metr təşkil edən mənzillə təmin edilməsi; 12 mərtəbəli binanın, 3- cü bloku, 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 112 kv.M.-dən ibarət izolə olunmuş 3 otaqlı, 10 savlı mənzilinin əvəzində - iddiaçı X11 tərəfindən "xxxx" MMC-yə mənzilin tam dəyəri olan ödənilmiş 72.800 manat pul vəsaitinə uyğun olaraq iddiaçı X7 ünvan 3 ünvanda yerləşən yaşayış binasının yaxınlığında inşa edilən yaşayış binasında və ya ona yaxın ərazidə ümumi sahəsi 112 kvadrat metr təşkil edən mənzillə təmin edilməsi; 12 mərtəbəli binanın, 2-ci bloku, 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 127 kv.m.-dən ibarət izolə olunmuş 3 otaqlı, 9 saylı mənzilinin əvəzində - iddiaçı X11 tərəfindən "xxxx" MMC-yə mənzilin tam dəyəri olan ödənilmiş 82.550 manat pul vəsaitinə uyğun olaraq iddiaçı X7 ünvan 3 ünvanda yerləşən yaşayış binasının yaxınlığında inşa edilən yaşayış binasında və ya ona yaxın ərazidə ümumi sahəsi 127 kvadrat metr təşkil edən mənzillə təmin edilməsi öhdəliyinin Cavabdeh Mənzil Tikinti Kooperativinin üzərinə qoyulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
10. İddiaçı X14 məhkəməyə müraciət edərək “Aidiyyəti Dövlət qurumları ilə Cavabdeh MTK arasında imzalanmış müqavilədən irəli gələn öhdəliklərin icrası ilə əlaqədar, "xxxx" MMC-yə dair verilmiş Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2008-ci il tarixli 688 nömrəli sərəncamının və 12305 nömrəli inşaat pasportunun Cavabdeh MTK-nın adına rəsmiləşdirilməsi haqqında” Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2012-ci il tarixli 121 nömrəli sərəncamının icrası ilə əlaqədar olaraq X15 arasında bağlanmış xx.xx.2008ci il tarixli 3 müqavilə əsasında "xxxx" MMC tərəfindən ünvan 3 ünvanda inşa edilməli olan: 12 mərtəbəli binanın, 3-cü bloku, 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 100 kv.M.-dən ibarət izolə olunmuş 3 otaqlı, 6 savlı mənzilinin əvəzində - X15 tərəfindən "xxxx" MMC-yə mənzilin tam dəyəri olan ödənilmiş 60.000 manat pul vəsaitinə uyğun olaraq iddiaçı X12 ünvan 3 ünvanda yerləşən yaşayış binasının yaxınlığında inşa edilən yaşayış binasında və ya ona yaxın ərazidə ümumi sahəsi 100 kvadrat metr təşkil edən izolə olunmuş mənzillə təmin edilməsi; 12 mərtəbəli binanın, 3-cü bloku, 12-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 100 kv.M.-dən ibarət izolə olunmuş 3 otaqlı, 83 saylı mənzilinin əvəzində - X15 tərəfindən "xxxx" MMC-yə mənzilin tam dəyəri olan ödənilmiş 60.000 manat pul vəsaitinə uyğun olaraq iddiaçı X12 ünvan 3 ünvanda yerləşən yaşayış binasının yaxınlığında inşa edilən yaşayış binasında və ya ona yaxın ərazidə ümumi sahəsi 100 kvadrat metr təşkil edən izolə olunmuş mənzillə təmin edilməsi; 12 mərtəbəli binanın, 3-cü bloku, 7-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 100 kv.m.-dən ibarət izolə olunmuş 3 otaqlı, 48 saylı mənzilinin əvəzində - X14 tərəfindən "xxxx" MMC-yə mənzilin tam dəyəri olan ödənilmiş 60.000 manat pul vəsaitinə uyğun olaraq iddiaçı X12 ünvan 3 ünvanda yerləşən yaşayış binasının yaxınlığında inşa edilən yaşayış binasında və ya ona yaxın ərazidə ümumi sahəsi 100 kvadrat metr təşkil edən izolə olunmuş mənzillə təmin edilməsi öhdəliyinin Cavabdeh Mənzil Tikinti Kooperativinin üzərinə qoyulması; həmçinin “Aidiyyatı Dövlət qurumları ilə Cavabdeh MTK arasında imzalanmış müqavilədən irəli gələn öhdəliklərin icrası ilə əlaqədar, "xxxx" MMC-yə dair verilmiş Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2008-ci il tarixli 688 nömrəli sərəncamının və 12305 nömrəli inşaat pasportunun Cavabdeh MTK-nın adına rəsmiləşdirilməsi haqqında” Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2012-ci il tarixli 121 nömrəli sərəncamının icrası ilə əlaqədar olaraq X14 arasında bağlanmış xx.xx.2008-ci il tarixli 2 müqavilə əsasında "xxxx" MMC tərəfindən ünvan 3 ünvanda inşa edilməli olan: 12 mərtəbəli binanın, 2-ci bloku, 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 127 kv.m.- dən ibarət izolə olunmuş 3 otaqlı, 1 saylı mənzilinin əvəzində - iddiaçı X14 tərəfindən "xxxx" MMC-yə mənzilin tam dəyəri olan ödənilmiş 76.200 manat pul vəsaitinə uyğun olaraq iddiaçı X12 ünvan 3 ünvanda yerləşən yaşayış binasının yaxınlığında inşa edilən yaşayış binasında və ya ona yaxın ərazidə ümumi sahəsi 127 kvadrat metr təşkil edən izolə olunmuş mənzillə təmin edilməsi; 12 mərtəbəli binanın, 2-ci bloku, 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 127 kv.m.-dən ibarət 3 otaqlı, 5 saylı mənzilinin əvəzində iddiaçı X14 tərəfindən "xxxx" MMC-yə mənzilin tam dəyəri olan ödənilmiş 76.200 manat pul vəsaitinə uyğun olaraq iddiaçı X12 ünvan 3 ünvanda yerləşən yaşayış binasının yaxınlığında inşa edilən yaşayış binasında və ya ona yaxın ərazidə ümumi sahəsi 127 kvadrat metr təşkil edən izolə olunmuş mənzillə təmin edilməsi öhdəliyinin Cavabdeh Mənzil Tikinti Kooperativinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
11. İddiaçı X9 məhkəməyə müraciət edərək “Aidiyyatı Dövlət qurumları ilə Cavabdeh MTK arasında imzalanmış müqavilədən irəli gələn öhdəliklərin icrası ilə əlaqədar, "xxxx" MMC-yə dair verilmiş Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2008-ci il tarixli 688 nömrəli sərəncamının və 12305 nömrəli inşaat pasportunun Cavabdeh MTK-nın adına rəsmiləşdirilməsi haqqında” Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2012-ci il tarixli 121 nömrəli sərəncamının icrası ilə əlaqədar olaraq iddiaçı X9 arasında bağlanmış xx.xx.2009-cu il tarixli müqavilə əsasında "xxxx" MMC tərəfindən ünvan 3 ünvanda inşa edilməli olan 3 bloklu, 14 mərtəbəli binanın 2-ci blokunda ümumi sahəsi 300 kv.M.-dən ibarət market sahəsinin əvəzində - iddiaçı X9 tərəfindən "xxxx" MMC-yə mənzilin tam dəyəri olan ödənilmiş 480.000 manat pul vəsaitinə uyğun olaraq iddiaçı X5 ünvan 3 ünvanda yerləşən yaşayış binasının yaxınlığında inşa edilən yaşayış binasında və ya ona yaxın ərazidə ümumi sahəsi 300 kvadrat metr təşkil edən market sahəsi ilə təmin edilməsi öhdəliyi Cavabdeh Mənzil Tikinti Kooperativinin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. İddiaçı X10 məhkəməyə müraciət edərək "Aidiyyatı Dövlət qurumları ilə Cavabdeh MTK arasında imzalanmış müqavilədən irəli gələn öhdəliklərin icrası ilə əlaqədar, "xxxx" MMC-yə dair verilmiş Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2008-ci il tarixli 688 nömrəli sərəncamının və 12305 nömrəli inşaat pasportunun Cavabdeh MTK-nın adına rəsmiləşdirilməsi haqqında” Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2012-ci il tarixli 121 nömrəli sərəncamının icrası ilə əlaqədar olaraq iddiaçı X10 arasında bağlanmış xx.xx.2007-ci il tarixli müqavilə əsasında "xxxx" MMC tərəfindən ünvan 3 ünvanda inşa edilməli olan 14 mərtəbəli yaşayış evinin 11-ci mərtəbəsində yerləşən ümumi sahəsi 132 kv.m. olan 3 otaqlı, 83 saylı mənzilinin (1 kv.m. sahə üçün 454 ABŞ dolları hesablanmaqla ümumi dəyəri 60.000 ABŞ dolları təşkil edən) əvəzində - iddiaçı X10 tərəfindən "xxxx" MMC-yə mənzilin tam dəyəri olan ödənilmiş 60.000 ABŞ dolları pul vəsaitinə uyğun olaraq (1 kv.m. sahə üçün 454 ABŞ dolları hesablanmaqla 60.000 ABŞ dolları : 454 ABŞ dolları = 132 kv.m.) iddiaçı X6 ünvan 3 ünvanda yerləşən yaşayış binasının yaxınlığında inşa edilən yaşayış binasında və ya ona yaxın ərazidə ümumi sahəsi 132 (yüz otuz iki) kvadrat metr təşkil edən mənzillə təmin edilməsi öhdəliyi cavabdeh "Şərur” Mənzil Tikinti Kooperativinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. İddiaçı X2 məhkəməyə müraciət edərək “Aidiyyatı Dövlət qurumları ilə Cavabdeh MTK arasında imzalanmış müqavilədən irəli gələn öhdəliklərin icrası ilə əlaqədar, "xxxx" MMC-yə dair verilmiş Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2008-ci il tarixli 688 nömrəli sərəncamının və 12305 nömrəli inşaat pasportunun Cavabdeh MTK-nın adına rəsmiləşdirilməsi haqqında” Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2012-ci il tarixli 121 nömrəli sərəncamının icrası ilə əlaqədar olaraq iddiaçı X2 arasında bağlanmış xx.xx.2007-ci il tarixli 2 müqavilə əsasında "xxxx" MMC tərəfindən ünvan 3 ünvanda inşa edilməli olan: 14 mərtəbəli binanın, 9-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 87 kv.M.dən ibarət izolə olunmuş 2 otaqlı, 53 savlı mənzilinin əvəzində - iddiaçı X2 tərəfindən "xxxx" MMC-yə mənzilin tam dəyəri olan ödənilmiş 50.000 ABŞ dolları pul vəsaitinə uyğun olaraq iddiaçı X1 ünvan 3 ünvanda yerləşən yaşayış binasının yaxınlığında inşa edilən yaşayış binasında və ya ona yaxın ərazidə ümumi sahəsi 87 kvadrat metr təşkil edən mənzillə təmin edilməsi; 14 mərtəbəli binanın, 11-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 87 kv.M.-dən ibarət izolə olunmuş 2 otaqlı, 65 saylı mənzilinin əvəzində - iddiaçı X2 tərəfindən "xxxx" MMC-yə mənzilin tam dəyəri olan ödənilmiş 50.000 ABŞ dolları pul vəsaitinə uyğun olaraq iddiaçı X1 ünvan 3 ünvanda yerləşən yaşayış binasının yaxınlığında inşa edilən yaşayış binasında və ya ona yaxın ərazidə ümumi sahəsi 87 kvadrat metr təşkil edən mənzillə təmin edilməsi; həmçinin “Aidiyyatı Dövlət qurumları ilə Cavabdeh MTK arasında imzalanmış müqavilədən irəli gələn öhdəliklərin icrası ilə əlaqədar, "xxxx" MMC-yə dair verilmiş Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2008-ci il tarixli 688 nömrəli sərəncamının və 12305 nömrəli inşaat pasportunun Cavabdeh MTKnın adına rəsmiləşdirilməsi haqqında” Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2012ci il tarixli 121 nömrəli sərəncamının icrası ilə əlaqədar olaraq iddiaçı X2 arasında bağlanmış xx.xx.2009-cu il tarixli müqavilə əsasında "xxxx" MMC tərəfindən ünvan 3 ünvanda inşa edilməli olan 3 bloklu, 14 mərtəbəli binanın ümumi sahəsi 300 kv.M.-dən ibarət market sahəsinin əvəzində - iddiaçı X2 tərəfindən "xxxx" MMC-yə mənzilin tam dəyəri olan ödənilmiş 480.000 manat pul vəsaitinə uyğun olaraq iddiaçı X1 ünvan 3 ünvanda yerləşən yaşayış binasının yaxınlığında inşa edilən yaşayış binasında və ya ona yaxın ərazidə ümumi sahəsi 300 kvadrat metr təşkil edən market sahəsi ilə təmin edilməsi öhdəliyinin Cavabdeh Mənzil Tikinti Kooperativinin üzərinə qoyulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
14. İddia tələbləri onunla əsaslandırılmışdır ki, iddiaçılar üzərlərinə düşən öhdəliyi icra etmələrinə baxmayaraq, "xxxx" MMC iddiaçıya mənzilləri vaxtında təhvil verməmiş və bununla da müqavilənin şərtlərini pozmuşdur. Cavabdeh MTK və onun rəhbərliyinə yaxın olan şəxslər tərəfindən idarə olunan tikinti şirkətləri olan "xxxx" MTK, "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC inşa etdikləri binalarda müqavilə əsasında almalı olduqları mənzilin sahəsinə uyğun mənzillə 1 kv.m.-nin 400 manatdan az olmamaq şərtilə təmin edilməlidir. Lakin buna baxmayaraq Cavabdeh MTK hazırkı vaxta kimi üzərinə düşən öhdəliklərini icra etməmişdir.
15. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 13 mart 2023-cü il tarixli qətnaməsi ilə (hakim A.Məmmədov, iş № 2(004)-90/2023) iddialar təmin olunmamışdır.
16. Məhkəmə belə qənaətə gəlmişdir ki, razılaşmaya əsasən Cavabdeh MTK tərəfindən iddiaçılara təhvil verilməli olan 85000 kv.m əvəzinə 90089,33 kv.m mənzil sahəsi verilmişdir. Odur ki, Cavabdeh MTK tərəfindən cinayətdən zərərçəkənlərə mənzil təhvil verilməsi öhdəliyi cavabdeh tərəfindən artıqlaması ilə icra olunmuş hesab olunduğundan və bu baxımdan cavabdehin iddiaçılara qarşı hər hansı öhdəliyi olmadığından iddia tələbi əsassız hesab sayılmalı və təmin edilməməlidir.
17. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 146.1, 152, 158, 385, 386.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
Apellyasiya şikayətinin dəlilləri
18. İddiaçılar birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın təmin olunmasını xahiş etmişlər.
19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh müvafiq dövlət orqanları ilə bağlanmış razılaşmanın etibarlılığını mübahisələndirməmişdir. Əksinə o, həmin müqavilə üzrə şərtləri tam icra etdiyini iddia etmişdir. Belə olan halda subut etmə vəzifəsi cavabdeh tərəfin üzərinə düşməsinə baxmayaraq cavabdeh həmin halları mötəbər subutlarla subut edə bilməmişdir. Razılaşma ilə Cavabdeh MTK-nın üzərinə yalnız öhdəliklər qoyulmamış, ona dövlət orqanları tərəfindən müvafiq imtiyazlar da verilmişdir. Cavabdeh həmin imtiyazlardan istifadə edərək, çoxmənzilli yaşayış evi inşa etdiyi halda, üzərinə götürdüyü öhdəlikləri – zərərçəkmiş şəxsləri mənzillə təmin etmək öhdəliyini də icra etməlidir. Cavabdeh MTK-nın aidiyyəti dövlət orqanlarına müqavilə bağlayaraq "xxxx" MMC-nin vəzifəli şəxslərinin cinayət əməlləri nəticəsində zərərçəkmiş şəxsləri mənzillə təmin etmək öhdəliyini üzərinə götürməsi barədə razılaşmaya nəzər salınsa müəyyən olunar ki, Cavabdeh MTK-nın öhdəlikləri” hissəsində zərərçəkmiş şəxslərə verilməli olan sahə 85.000 kv.m sahə ilə məhdudlaşmamışdır. Öhdəliklərdən aydın şəkildə başa düşülür ki, bütün zərərçəkmiş şəxslərə yaşayış sahələrinin verilməsi üzrə öhdəlik götürülmüşdür. Həmin razılaşmanın “vergilər Nazirliyinin öhdəliyi” hissəsində Vergilər Nazirliyi öhdəlik götürmüşdür ki, 85.000 kv.m sahə vergiyə cəlb edilməyəcəkdir. Bu hala istinadən Cavabdeh MTK-nın 85.000 kv.m sahə təhvil verməli olması öhdəliyinin olması qənaətinə gəlinməsi yalnışdır. Əks halda bu hal Şərur MTK-nın öhdəliklərində də öz əksini tapardı. Cavabdeh MTK "xxxx" MMC-nin vəzifəli şəxslərinin cinayət əməlləri nəticəsində zərərçəkmiş şəxsləri mənzillə təmin etmək öhdəliyini üzərinə götürmüş, Vergilər Nazirliyi isə həmin zərərçəkmişlərə veriləcək sahələrdən cəmi 85.000 kv.m sahəni vergilərdən azad edəcəkdir. Lakin əgər Şərur MTK-nin öhdəlikləri sırf 85.000 kv.m olsa idi belə yenə də iddia tələbi rədd edilə bilməzdi. Belə ki, iş materiallarında iki ədəd audit rəyi mövcuddur. Məhkəmə hansı səbəbdən “X19” MMC tərəfindən verilmiş audit rəyini mötəbər götürməsini əsaslandıra bilməmişdir. Halbuki, həmin audit rəyinin özündə heç bir əsaslandırma aparılmayıb və həmin nəticəyə auditorun necə gəlməsi bəlli deyildir. Həm digər audit rəyində, həm də analoji işlər üzrə çıxarılmış məhkəmə qətnamələrində (iş materiallarına əlavə edilmişdir) Cavabdeh MTK-nın öhdəliklərini lazımınca yerinə yetirməməsi müəyyən edilmişdir. Qeyd olunanlara əsasən iddia tələbi tam şəkildə təmin edilməli idi. Bundan əlavə, məhkəmənin zərərçəkmiş şəxslərə qeyri-yaşayış sahəsinin verilməsinin nəzərdə tutulmaması əsası ilə iddia tələbinin rədd edilməsi qənaəti də yanlışdır. Belə ki, həm anoloji işlərlə bağlı məhkəmə qətnamələrində, həm də ki, Cavabdeh MTK-nin nümayəndəsinə verilmiş suala cavab olaraq bildirmişdir ki, digər şəxslərə qeyri-yaşayış sahəsi verilmişdir. Bu hal audit rəyində də öz əksini tapır. Belə olan halda sual ortaya çıxır ki, əgər elə bir öhdəlik yox idisə, MTK digər şəxslərə niyə qeyri-yaşayış sahələri vermişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
21. İddiaçıların nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.
22. Cavabdehin vəkili isə apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdi.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
23. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır.Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
24. Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla)
25. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
26. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.
27. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
28. Maddə 158.1.2. Əmlakdan istifadə hüququ mülkiyyət hüququ ilə yanaşı əmlak hüququ sayılır. 158.4-ci maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.
29. Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
30. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
Apellyasiya baxışının hədləri
33. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
34. Hazırkı işdə iddia rədd olunduğundan və apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçılar tərəfindən mübahisələndirildiyindən, qətnamənin əsaslılığı tam həcmdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası aşağıdakılara görə apellyasiya şikayətinin dəlillərini əsassız sayır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
36. İş üzrə alınmış Auditorlar Palatasının 10 oktyabr 2022-ci il tarixli auditor rəyi ilə müəyyən edilmişdir ki, Cavabdeh MTK tərəfindən zərərçəkmiş şəxslərə verilməli olan 85000 kv.m əvəzinə 90089,33 kv.m mənzil sahəsi təhvil verilmişdir. Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinin müstəntiqi M.Hüseynov tərəfindən imzalanmış siyahıda adları göstərilən şəxslərin (zərərçəkənlərin) hamısına mənzil sahəsi verilmişdir.
37. Hazırkı iş üzrə iddiaçıların adları mənzil sahəsi ilə təmin edilməli olan şəxslərin istintaq orqanı tərəfindən tərtib olunmuş siyahısında yoxdur. Həmin siyahıda 1036 nəfərə 85819,53 kvm sahəsi olan mənzillərin verilməsi nəzərdə tutulmuşdur. Lakin işin müəyyən edilmiş hallarından göründüyü kimi, cavabdeh tərəfindən 1051 nəfərə 90089 kvm ümumi sahəsi olan mənzillərin verilməsi həyata keçirilmişdir.
38. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə iddiaçılarla cavabdeh arasında hər hansı müqavilə və müqavilədən yaranan öhdəlik münasibətinin olduğu müəyyən edilməmişdir və bu baxımdan birinci instansiya məhkəməsi cavabdehin iddiaçılar qarşısında icra edilməmiş öhdəliyinin olmaması barədə düzgün nəticəyə gəlmişdir.
39. Mülki Məcəllənin 385-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
40. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
41. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə Kollegiya qeyd edir ki, Auditorlar Palatasının 26 oktyabr 2022-ci il tarixli 1/56 SDO nömrəli sərəncamı ilə aparılmış auditor rəyi verilərkən Cavabdeh MTK tərəfindən müqavilələr, yəni işin sənədləri tam şəkildə təqdim olunmadığından məhkəmə həmin rəyi əsas götürməmişdir. Azərbaycan Respublikası Auditorlar Palatasının 10 oktyabr 2022-ci il tarixli auditor rəyində isə sənədlər tam şəkildə təqdim olunaraq araşdırılmışdır.
42. Apellyasiya şikayətinin dəlilinə görə birinci instansiya məhkəməsi tərəfindən Cavabdeh MTK-nın cəmi 85.000 kv.m sahə təhvil verməli olması öhdəliyinin olması qənaətinə gəlinməsi yalnışdır. Belə ki, Cavabdeh MTK "xxxx" MMC-nin vəzifəli şəxslərinin cinayət əməlləri nəticəsində zərərçəkmiş bütün şəxsləri mənzillə təmin etmək öhdəliyini üzərinə götürmüşdür.
43. Məhkəmə kollegiyası işin müəyyən edilmiş halları ilə təsdiq olunmadığına görə bu dəlili də əsassız sayır və qeyd edir ki, Bakı şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikası Baş Prokukorluğu, Daxili İşlər Nazirliyi və digər orqanlarla Cavabdeh MTK arasında bağlanmış müqavilədə Cavabdeh MTK, "xxxx" MMC tərəfindən inşası tamamlanmamış binalarda tikinti işlərinin keyfiyyətlə, direktiv müddətdə, yəni bütün sənədləşmə işləri başa çatdıqdan və pul vəsaiti ayrıldıqdan sonra 12 ay müddətində tam həcmlə başa çatdırılmasını və payçıların yalnız 85000 kv.m mənzil sahəsi ilə təmin edilməsini üzərinə götürmüşdür. Eləcə də, istintaq orqanı tərəfindən mənzil sahəsi ilə təmin edilməli olan şəxslərin siyahısı tərtib olunmuş və iddiaçıların adları həmin siyahıda yoxdur. Həmin siyahıda 1036 nəfərə 85819,53 kvm sahəsi olan mənzillərin verilməsi nəzərdə tutulmuşdur. Lakin işdən göründüyü kimi, cavabdeh tərəfindən 1051 nəfərə 90089 kvm ümumi sahəsi olan mənzillərin verilməsi həyata keçirilmişdir.
44. Kollegiya birinci instansiya məhkəməsinin iddianın əsassız olması ilə bağlı mövqeyi ilə razılaşır və əlavə olaraq qeyd edir ki, iddiaçılar rəyin əsassız olduğunu bildirsələr də, rəyin mötəbərliyini şübhə altına alan ilkin sübutları məhkəməyə təqdim etməmişlər.
45. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
46. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizə xarakterli dəlillər sayaraq hesab edir ki, MPM-nin 385.2-ci maddəsinin tələbinə əsasən həmin dəlillər faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə düzgün olan qətnamənin ləğvi üçün əsas ola bilməz.
47. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
q ə t e t d i:
İddiaçılar İddiaçı, X11, X14, X9, X10 və X1 apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin iş üzrə 13 mart 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.