Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3713/2020 20.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, İkram Sabir oğlu Şirinov və Anar Vəzir oğlu Tanrıverdiyevdən ibarət tərkibdə, Kərimova Aytən Nadir qızının katibliyi, İddiaçı, onun nümayəndəsi-vəkili X2, Cavabdehin nümayəndələri X4 və (eyni zamanda vəkili) X5 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair mülki iş üzrə Sabunçu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-5676/2019 saylı xx xxxxxx 2019cu il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair iddiаsı təmin edilməmişdir. İş materiallarından görünür ki, İddiaçı iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında məcburi köçkün kimi məskunlaşmış Cavabdeh ona məxsus olan 5000 manat dəyərində 1 ədəd 750 əyar Rusiya istehsalı 6 qram brilliant qaşlı üzük, 1 ədəd 583 əyar Rusiya istehsalı 3 qram qızıl sırğa, 1000 manat dəyərində 1 ədəd 750 əyar İtaliya istehsalı 11 qram qolbağ dəsti, 3000 manat dəyərində 750 əyar İtaliya istehsalı 38 qram 1 dəst (sırğa, üzük, qolbağ, boyunbağı), 1 ədəd 750 əyar İtaliya istehsalı olan “Şopard” markalı boyunbağı, 1 ədəd 6,6 qram “Qrazella” markalı klon, 1 ədəd 585 əyar Türkiyə istehsalı 5 qram sep, 1 ədəd 583 əyar 17 qram zümrüd qaşlı boyunbağı, 1 ədəd 583 əyar 9,2 qram brilliant zümrüd qaşlı qolbağ, 1 ədəd 583 əyar Rusiya istehsalı 10 qram brilliant qaşlı nişan üzüyü, 1 ədəd 583 əyar Rusiya istehsalı 11 qram sırğa üzük dəsti, 1 ədəd 583 əyar Rusiya istehsalı 7,3 qram qızıl üzük, 1 ədəd 583 əyar Rusiya istehsalı 8 qram qızıl üzük, 1 ədəd 583 əyar qırmızı qaşlı Türkiyə istehsalı 6,2 qram üzük, 1 ədəd 750 əyar İtaliya istehsalı 9,3 qram moruq bilərzik, 1 ədəd 583 əyar Rusiya istehsalı 4 qram üzük, 1 ədəd 750 əyar İtaliya istehsalı 15 qram mirvari üzük, sırğa, sep, qolbağ dəstinin və ya onların dəyərinin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx xxxx 2006-cı il tarixdə Ağdam rayonu Gülablı ərazi nümayəndəliyində rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahdan xx xxxxxx 2006-cı il tarixdə Qarayev Röyan Rəşad oğlu və xx xxxx 2009cu il tarixdə X7 doğulmuşdur. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(008)-4303/2019 №-li qətnaməsinə əsasən onunla Cavabdeh arasında bağlanmış nikahın pozulması, birgə nikahdan doğulmuş uşaqların onun yanında qalması, uşaqların yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşağa görə 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində alimentin Cavabdeh onun xeyrinə tutulması qət edilmişdir. Cavabdeh uzun müddət bankda məsul vəzifələrdə işləmiş, maddi imkanları hər zaman yaxşı olmuşdur. Toylarından əvvəl və sonrakı vaxtlarda valideynləri və cavabdehin ailəsi tərəfindən ona hədiyyə olunmuş xeyli qızıl-zinət əşyaları alınmışdır. Sonradan cavabdehin ailəyə olan bağlılığı azalmağa başlamışdır. Həmin ərəfələrdə cavabdeh bütün qızıl əşyalarını götürərək özündə saxlamışdır. Ailənin qorunub saxlanması naminə qızılların cavabdehdə qalmasına dözmüşdür. Lakin nikahları pozularkən cavabdehdən ona məxsus qızıl-zinət əşyalarını geri qaytarmasını tələb etsə də o, qızıl-zinət əşyalarını geri qaytarmayacağını bildirmişdir. Ona məxsus qızıl-zinət əşyaları aşağıdakılardan ibarətdir: 5000 manat dəyərində 1 ədəd 750 əyar Rusiya istehsalı 6 qram brilliant qaşlı üzük, 1 ədəd 583 əyar Rusiya istehsalı 3 qram qızıl sırğa, 1000 manat dəyərində 1 ədəd 750 əyar İtaliya istehsalı 11 qram qolbağ dəsti, 3000 manat dəyərində 750 əyar İtaliya istehsalı 38 qram 1 dəst (sırğa, üzük, qolbağ, boyunbağı), 1 ədəd 750 əyar İtaliya istehsalı olan “Şopard” markalı boyunbağı, 1 ədəd 6,6 qram “Qrazella” markalı klon, 1 ədəd 585 əyar Türkiyə istehsalı 5 qram sep, 1 ədəd 583 əyar 17 qram zümrüd qaşlı boyunbağı, 1 ədəd 583 əyar 9,2 qram brilliant zümrüd qaşlı qolbağ, 1 ədəd 583 əyar Rusiya istehsalı 10 qram brilliant qaşlı nişan üzüyü, 1 ədəd 583 əyar Rusiya istehsalı 11 qram sırğa üzük dəsti, 1 ədəd 583 əyar Rusiya istehsalı 7,3 qram qızıl üzük, 1 ədəd 583 əyar Rusiya istehsalı 8 qram qızıl üzük, 1 ədəd 583 əyar qırmızı qaşlı Türkiyə istehsalı 6,2 qram üzük, 1 ədəd 750 əyar İtaliya istehsalı 9,3 qram moruq bilərzik, 1 ədəd 583 əyar Rusiya istehsalı 4 qram üzük, 1 ədəd 750 əyar İtaliya istehsalı 15 qram mirvari üzük, sırğa, sep, qolbağ dəsti. Qeyd olunan qızıl-zinət əşyaları ona məxsusdur, həmin qızıllar toy zamanı, toydan sonrakı vaxtlarda valideynləri və cavabdeh tərəfindən hədiyyə olaraq alınmışdır. Hazırda cavabdeh ona məxsus qızıl-zinət əşyalarının bir hissəsini qanunsuz olaraq lombarda girov qoyaraq pul götürmüşdür. Qeyd olunanları nəzərə alıb, iddia tələbnin təmin olunmasını xahiş etmişdir. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia tələbləri təmin edilməmişdir. İddiaçı Sabunçu rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını kollegiyadan xahiş etmişlər. Apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən işdə olan sübutlara obyektiv qiymət verilməməsini, işə birtərəfli baxılmasını, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması və digər əsasları göstərməklə, apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İşə apellyasiya qaydasında baxan Kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edib, şikayəti müdafiə edərək təmin olunmasını xahiş edən iddiaçını, onun nümayəndəsini, şikayəti qəbul etməyərək təmin olunmamasını xahiş edən cavabdehin səlahiyyətli nümayəndələrini dinləyib, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin olunmamalı, Sabunçu rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsində şahid qismində ifadə vermiş X3 ifadəsində göstərmişdir ki, iddiaçı onun qızıdır. Günel Cavabdehlə rəsmi nikahda olmuş və birgə nikahdan iki uşaqları doğulmuşdur. Qızının və uşaqların doğum günlərində o həmişə hədiyyə olaraq qızıl-zinət əşyaları almışdır. Lakin cavabdeh və onun anası qızılları Günelin əlindən alıb satmışlar. Sonuncu dəfə qızı Günelin doğum günündə ona qızıl klon hədiyyə etmişdir. Birinci instansiya məhkəməsində şahid qismində ifadə vermiş X1 ifadəsində göstərdi ki, İddiaçı onun rəfiqəsidir. Belə ki, onların uşaqları birlikdə idman dərslərinə gedirlər. O, bir neçə dəfə uşağını idman dərsinə gətirərkən iddiaçının döyülmüş vəziyyətdə görmüşdür. O, Günel və bir neçə nəfər birlikdə lotoreya oynamışlar, onun növbəsi çatanda Günel pulu gecikdirmişdir. O, Güneldən pulu istədikdə, sonuncu bildirmişdir ki, onun xəbəri olmadan əri çantasından pulu götürmüşdür, qızılları lombarda qoyub tezliklə pulunu verəcəkdir. Bir neçə gündən sonra Günel ona pulu vermişdir. İşin hallarından görünür ki, İddiaçı ilə Cavabdeh xx xxxx 2006-cı il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş, birgə nikahdan iki uşaqları, 08 avqust 2006-cı il tarixdə Qarayev Röyan Rəşad oğlu və xx xxxx 2009-cu il tarixdə X7 doğulmuş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(008)- 4303/2019 №-li qətnaməsi ilə aralarındakı nikah pozulmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 225.2-ci maddəsinin tələbinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). İddiaçı iddia ərizəsində göstərilmiş qızıl-zinət əşyalarının Cavabdeh ilə birgə nikahdan əvvəl və sonra ona hədiyyə olunduğunu, lakin həmin əşyaların cavabdeh tərəfindən onun xəbəri və razılığı olmadan satıldığını iddia edərək, qeyd edilən əşyaların, əşyaların verilməsi mümkün olmadıqda onların dəyərinin cavabdehdən alınaraq ona verilməsini tələb etmiş, lakin iddia tələbinin əsası kimi istinad etdiyi halları nə birinci instansiya məhkəməsində nə də ki, kollegiyanın iclasında sübut edə bilməmiş, dəlillərinin əsaslı olmasını təsdiq edən hər hansı tutarlı və mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Eyni zamanda, işin müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında nikah pozulsa da, iddiaçı hal-hazıradək cavabdehlə eyni ünvanda yaşayır. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı qeyd edilən qızıl-zinət əşyalarının cavabdehdə olmasını təsdiq edən dəlillərini məhkəməyə təqdim etməmiş, cavabdeh tərəf iddia ərizəsində 10 və 11-ci sıralarda göstərilmiş qızıl-zinət əşyaları mövcud olduğunu, lakin tərəflərin birgə nikahda olduqları dövrdə satılaraq əvəzinə yeni qızıl əşylarının alındığını bildirmiş, cavabdeh tərəfin izahatında göstərdiklərini təkzib edən hallar sübut olunmamışdır. Belə olan halda, iddiaçının qızıl-zinət əşyaları satılarkən onun xəbəri olmamasını deməsi işə baxan birinci instansiya məhkəməsi tərəfindən haqlı olarq inandırıcı hesab edilməmişdir. Eyni zamanda məhkəmə kollegiysı işdə olan şahid ifadələrinə hüquqi qiymət verərək hesab edir ki, həmin ifadələr işin məhkəmə iclasında araşdırılan digər halları ilə üst-üstə düşmədiyindən, həmçinin şahidlərin iddiaçı ilə qohumluq və tanışlıq əlaqəsində olmasını nəzərə alaraq, həmin ifadələri iddiaçının tələbinin əsaslılığını göstərən sübut mənbəyi kimi qəbul edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İddiaçınınhal-hazırda hazırkı iddia tələblərinin təmin olunması üçün əsaslar olmadığından, iddia ərizəsini təmin etməməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin hazırkı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3713/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3713/2020
20.08.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver