Məhkəmə qərarları › İş №2(103)-3716/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3716/2021

31.03.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3716/2021 31.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1, X2, X4, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11 və İddiaçı12 Cavabdeh MMC-yə qarşı “sahiblik və istifadə hüquqlarının tanınması və s.” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, F.Məmmədov və K.Kazımzadə küçələrinin kəsişməsində inşa olunan 6 girişli, 16 mərtəbəli yaşayış evinin A girişi, 1-ci və 2-ci mərtəbəsində, hər mərtəbədə 100 kv.metr olmaqa, toplam 200 kv.metr olan qeyriyaşayış sahələrinə İddiaçı1; Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, F.Məmmədov və K.Kazımzadə küçələrinin kəsişməsində inşa olunan 6 girişli, 16 mərtəbəli yaşayış evinin C girişi, yaşayışın 2-ci mərtəbəsi, ümumi sahəsi 106 kv.metr olan izolə olunmuş 2 otaqdan ibarət 131 nömrəli mənzilə, həmin evin C girişi, yaşayışın 4-cü mərtəbəsi, ümumi sahəsi 162 kv.metr olan izolə olunmuş 3 otaqdan ibarət 140 nömrəli mənzilə Ayşən Xəlilovanın; Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, F.Məmmədov və K.Kazımzadə küçələrinin kəsişməsində inşa olunan 6 girişli, 16 mərtəbəli yaşayış evinin A girişi 1-ci və 2-ci mərtəbəsi, hər mərtəbədə 103,4 kv.metr olmaqla, toplam 206,8 kv.metr olan qeyri-yaşayış sahələrinə İddiaçı3; Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsində inşa olunan, 5 girişli, 16 mərtəbəli yaşayış evinin 1-ci girişi, yaşayışın 5-ci mərtəbəsi, ümumu sahəsi 230,4 kv.metr olan izolə olunmuş, 4 otaqdan ibarət 13 nömrəli mənzilə, həmin evin 1-ci girişi, 6-cı mərtəbəsi, ümumi sahəsi 230,4 kv.metr olan, izolə olunmuş 4 otaqlı 16 nömrəli mənzillərə İddiaçı4; Bakı şəhəri, Təbriz, F.Məmmədov və K.Kazımzadə küçələrinin kəsişməsində inşa olunan, 6 girişli 16 mərtəbəli yaşayış evinin D girişi, yaşayışın 10-cu mərtəbəsi, ümumi sahəsi 212 kv.metr olan, izolə olunmuş 4 otaqlı, 228 saylı mənzilə, həmin evin C girişi, yaşayışın 10-cu mərtəbəsi, ümumi sahəsi 139 kv.metr olan, izolə olunmuş 3 otaqdan ibarət 162 nömrəli mənzilə, həmin evin C girişi, yaşayışın 10-cu mərtəbəsi, izolə olunmuş, ümumi sahəsi 162 kv.metr olan, 3 otaqlı 168 nömrəli mənzilə İddiaçı5; Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, F.Məmmədov və K.Kazımzadə küçələrinin kəsişməsində inşa olunan, 6 girişli, 16 mərtəbəli yaşayış evinin B girişi, yaşayışın 2-ci mərtəbəsi, ümumi sahəsi 161,7 kv.metr olan, izolə olunmuş, 3 otaqdan ibarət 78 nömrəli mənzilə İddiaçı6; Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsində inşa olunan, 5 girişli, 16 mərtəbəli yaşayış evinin 1-ci girişi, yaşayışın 3-cü mərtəbəsi, ümumi sahəsi 230,4 kv.metr olan, izolə olunmuş 4 otaqlı, 7 nömrəli mənzilə İddiaçı7; Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, F.Məmmədov və K.Kazımov küçələrinin kəsişməsində inşa olunan, 6 girişli, 15 mərtəbəli yaşayış binasının E girişi, yaşayışın 6-cı mərtəbəsində, ümumi sahəsi 161,7 kv.metr olan, 3 otaqlı, 263 nömrəli mənzilə İddiaçı8; Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsində inşa edilən 16 mərtəbəli yaşayış binasının 1-ci girişi, yaşayışın 5-ci mərtəbəsində, ümumi sahəsi 313 kv.metr olan, 5 otaqlı, 15 nömrəli mənzilə İddiaçı9; Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, F.Məmmədov və K.Kazımov küçələrinin kəsişməsində inşa edilən 6 girişli, 16 mərtəbəli yaşayış binasının E girişi, yaşayışın 10-cu mərtəbəsi, ümumi sahəsi 87,6 kv.metr, 2 otaqlı, 257 nömrəli, həmin binanın E girişi, yaşayışın 10-cu mərtəbəsi, ümumi sahəsi 87,6.kv.metr, 2 otaqlı, 293 nömrəli mənzillərə İddiaçı10; Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində inşa olunan, 16 mərtəbəli yaşayış binasının D girişi, yaşayışın 15-ci mərtəbəsi, ümumi sahəsi 93,75 kv.metr olan, 2 otaqlı, 239 nömrəli, həmin binanın C girişi, yaşayışın 14-cü mərtəbəsində, ümumi sahəsi 162 kv.metr olan, üç otaqlı, 180 nömrəli mənzillərə İddiaçı11 və Bakı şəhəri, Təbriz, F.Məmmədov və K.Kazımzadə küçələrinin kəsişməsində inşa edilən, 16 mərtəbəli yaşayış binasının C girişi, yaşayışın 14-cü mərtəbəsi, ümumi sahəsi 106 kv.metr olan, 2 otaqlı, 179 nömrəli, həmin binanın B girişi, yaşayışın 14-cü mərtəbəsi, ümumi sahəsi 161,7 kv.metr olan, 3 otaqlı, 126 nömrəli mənzillərə İddiaçı12 istifadə və sahiblik hüquqlarının tanınması və mənzil və qeyri-yaşayış sahələrinin onların sahiblik və istifadələrinə verilməsinin Cavabdeh MMC-yə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar, həmçinin, iddianın təmini tədbiri haqqında ərizə verərək, iddiaya baxılıb qanuni qüvvəsini almış məhkəmə qətnaməsi qəbul edilənədək mübahisə predmeti olan mənzil və qeyri-yaşayış sahələrinin üzərinə həbs qoyulması və onların özgəninkiləşdirilməsinin cavabdehə qadağan olunması barədə qərardad qəbul edilməsini xahiş etmişlər. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qərardadı ilə ərizə qismən təmin edilərək, iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək sözügedən mənzillərin və qeyri-yaşayış sahələrinin özgəninkiləşdirilməsi qadağan edilmişdir. Cavabdeh, həmin qərardaddan şikayət verərək, onun ləğv, ərizənin rədd olunması barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət belə əsaslanıdırlmışdır ki, iddianın əsası kimi təqdim edilən sahələrlə əlaqədar iddiaçılarda cavabdeh arasında heç bir müqavilə bağlanmamışdır. Belə olan halda, iddiaçıların əsassız iddia tələbləri əsasında qeyd edilən qeyri-yaşayış sahələrinin üzərinə həbs qoyularaq, cavabdehin iş fəaliyyətinin pozulması və sahibkarlıq fəaliyyətinə süni maneə yaradılması qanunsuz və əsassızdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi, xx xxxxxx 2021-ci il tarixli qərardadı ilə şikayəti rədd edərək, baxılması üçün işlə birlikdə Bakı Apelyasiya Məhkəməsinə göndərmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlmədiklərindən, MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Kollegiya vurğulayır ki, qərardadı şikayət verənin mübahisələndirdiyi hissədə yoxlamışdır. Başqa sözlə, aşağıda aparılan hüquqi dəyərləndirmə şikayətin həddi və dəlilləri ilə bağlıdır. Məhkəmə kollegiyası, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət rədd edilməli, qərardad mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 157.1-ci və 157.2-ci maddələrinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1-ci maddəsinə əsasən, iddianı təmin etmək üçün cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoyula, müəyyən hərəkətləri etmək cavabdehə və ya başqa şəxslərə qadağan oluna bilər. Göründüyü kimi, iddianı təmin etmə tədbirlərinin görülməsində məqsəd tərəflərin əvvəlki vəziyyətinin və ya mübahisənin maddi obyektinin işin məhkəmədə həll olunmasına qədər qorunub saxlanmasından və mübahisənin daha da dərinləşməsinin qarşısını almaqdan ibarətdir. Odur ki, iddianın təmin edilməsi məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə görülən və gələcəkdə qətnamənin icrasını çətinləşdirə, qeyri-mümkün və ya əhəmiyyətsiz edə bilən halların aradan qaldırılmasına yönəlmiş prosessual tədbirdir. Hazırda iddiaçılar, cavabdehlə aralarında bağlanmış podrat müqavilələrinə və maliyyə arayışlarına istinad edərək (iş materiallarına əlavə olunmuşdur), mübahisə predmeti olan mənzillərə və qeyri-yaşayış sahələrinə sahiblik və istifadə hüquqlarının tanınmasını və həmin sahələrin sahiblik və istifadələrinə verilmələrinin cavabdehə həvalə edilməsini tələb edir və işə baxılıb qurtaranadək qeyd olunan mənzillərin və qeyri-yaşayış sahələrinin özgəninkiləşdirilməsinin cavabdehə qadağan edilməsini xahiş edirlər. Kollegiya hesab edir ki, tələb haqlı sayılacağı halda, qətnamənin real şəkildə icrasının təmin edilməsi üçün mübahisə predmeti olan daşınmaz əşyaların özgəninkiləşdirilməsinin qadağan edilməsi əsaslıdır və iddianın təmini tədbirinin mahiyyətinə və məqsədinə uyğun gəlir. Çünki, qeyd olunan əmlaka sərəncam veriləcəyi təqdirdə, iş üzrə qəbul olunacaq qətnamənin icrası ya çətinləşəcək, ya da mümkünsüz olacaq. Odur ki, birinci instansiya məhkəməsi tərəfindən işə mahiyyəti üzrə baxılıb qurtaranadək mübahisə predmeti olan mənzillərin və qeyri-yaşayış sahələrinin özgəninkiləşdirilməsinin cavabdehə qaydağan edilməsi əsaslıdır. Cavabdehin şikayətinə münasibətdə isə Kollegiya vurğulayır ki, şikayətdə qeyd olunanlar mübahisənin mahiyyəti ilə bağlı olmaqla, iddianın təmini tədbiri haqqında ərizənin hüquqi həlli üçün əhəmiyyət kəsb etmir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh MMC-nin şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1446/2021 nömrəli, xx xxxxxx 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın (mübahisələndirilən hissədə). Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar