Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-373/2022 07.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: əmlak tələbi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı, Cavabdeh2, onun nümayəndəsi eyni zamanda vəkili Vəkil2, X1 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əmlak tələbinə dair iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-176/2021 saylı, 03 iyun 2021-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətinə 07 sentyabr 2022-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. ünvan 1 ünvanında yerləşən ev qanunsuz tikilidir və həmin evin bir hissəsi Cavabdeh2 təfərindən iddiaçıya orada yaşaması üçün verilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən evdə təmir işlərinə xərclədiyi 4000 manat və mişar daşına ödədiyi 1000 manat, ümumilikdə isə 5000 (beş min) manat məlbəğində pul vəsaitinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq ona verilməsi, 100 manat dəyərində “Samsung” markalı və 450 manat dətərində “Samsung A20” markalı mobil telefonlar, ona məxsus əmlakların, o cümlədən 130 manat dəyərində şkaf, 380 manat dəyərində divan, 1299 manat dəyərində LG markalı soyuducu, 1500 manat dəyərində mətbəx mebeli, 40 manat dəyərində əlüzyuyan, 100 manat dəyərində mətbəx peçi, 100 manat dəyərində aspirator, 300 manat dəyərində Kombi, 150 manat dəyərində qızdırıcı (pyatiminutka), 220 manat dəyərində İran peçi, 300 manat dəyərində paltaryuyan, 320 manat dəyərində velosiped, 35 manat dəyərində mavi şkaf, 400 manat dəyərində qab-qacaq, 50 manat dəyərində odeyal, 40 manat dəyərində pokrıval, 60 manat dəyərində sintetik odeyal, 80 manat dəyərində 4 ədəd balış, 35 manat dəyərində 5 ədəd hamam dəsmalları, 50 manat dəyərində 10 ədəd mətbəx dəsmalları, 50 manat dəyərində 10 ədəd əl-üz dəsmalı, 80 manat dəyərində 4 komplekt yataq dəsti, həmin əmlaklar olmadıqda isə onların dəyərlərinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2019-cu ilin axırlarında ailəsi ilə birlikdə yaşamaq üçün Suraxanı rayonu, Hövsan qəsəbəsində kirayə ev axtarıb. Cavabdeh1 bundan xəbər tutub və onların həyətində dayısı Cavabdeh2 məxsus həyətdə onlar tərəfindən tikilmiş bir yaşayış evi olmasını, lakin həmin yaşayış evinin yaşayış üçün yararsız olmasını, həmin evi təmir edib orada yaşaya biləcəyini iddiaçıya bildirib. İddiaçı gedib evə baxıb və evin yarım tikili olmasını, yalnız mişar daşı ilə hörüldüyünü, başqa heç bir ləvazimatının, qapı, pəncərə, döşəməsinin olmadığını, tavanının vurulmadığını, suvaq çəkilmədiyini, elektrik və santexnik işlərinin görülmədiyini müəyyən edib. İddiaçı həmin evin bir otağını özü təmir edib və yaşayış üçün yararlı hala salmağa razılaşıb. İddiaçının cavabdehlərlə razılığı belə olub ki, o, həmin evin bir otağını təmir edib yaşayış üçün yaralı hala gətirəcək və özünə ev alanadək həmin evdə yaşayacaq. Aralarında şifahi razılaşma olduqdan sonra iddiaçı 2019-cu ilin noyabr ayında evin təmirinə başlayıb, evin bir otağını, təxminən 20 kv.m olan hissəsini tam təmir etdirib, evə qapı-pəncərə, döşəmə, tavan vurdurub, elektrik və santexnik işlərini gördürüb, hamam, tualet və mətbəx tikdirib. Bütün bunlara isə tikinti materialları və usta ilə birlikdə iddiaçının 4000 manat xərci çıxıb. İddiaçı evin təmirini 2019- cu ilin dekabr ayında yekunlaşdırıb və öz ailəsi ilə birlikdə evə köçüb. İddiaçı həmin evi təmir edib, evə köçən zaman özünə yeni mebel və avadanlıq, digər ev ləvazimatları alıb və bütün əşyalarını da həmin evə daşıyıb. Belə ki, iddiaçı 130 manat dəyərində şkaf, 380 manat dəyərində divan, 1000 manat dəyərində İndesit markalı soyuducu, 1500 manat dəyərində mətbəx mebeli, 40 manat dəyərində əlüzyuyan, 100 manat dəyərində mətbəx peçi, 100 manat dəyərində aspirator, 300 manat dəyərində kombi, 150 manat dəyərində qızdırıcı, 220 manat dəyərində İran peçi, 300 manat dəyərində paltaryuyan, 320 manat dəyərində velosiped, 35 manat dəyərində mavi şkaf, 400 manat dəyərində qab-qacaq, 50 manat dəyərində adyal, 80 manat dəyərində 4 ədəd balış, 35 manat dəyərində 5 ədəd hamam dəsmalları, 50 manat dəyərində 10 ədəd əl-üz dəsmalları, 80 manat dəyərində 4 komplekt yataq dəstindən ibarət olan əmlaklarını həmin evə daşıyıb. İddiaçı bütün əmlaklarını həmin evə daşıdıqdan sonra orada yaşayıb, aralarında olan razılığa əsasən həmin həyətdə onlar şərikli toyuq-cücə saxlayıblar. İddiaçı tövlə tikmək üçün 1000 manat pul verib, 2500 ədəd mişar daşı alıb həyətə töküb və həmin həyətdə tövlə tikməyə hazırlaşıb. Bundan əlavə isə 1000 manat verib cücə alıb, lakin həmin cücələr sonradan ölüblər. Eyni zamanda iddiaçı həmin evdə yaşayan zaman özündə olan 100 manat dəyərində “Samsung” markalı telefonu işlətmək üçün Cavabdeh1 verib, özü isə 450 manata yeni “Samsung A20” markalı yeni telefon alıb. İddiaçı özünə yeni telefon alandan sonra Natiq ona köhnə telefonun xarab olduğunu bildirib, yeni telefonu da müvəqqəti işlətmək üçün ona verməsini xahiş edib. İddiaçı yeni telefonu da Cavabdeh1 verib. İddiaçı 2020-ci ilin may ayınadək həmin evdə yaşayıb, qeyd edilən tarixdə anasının evinə qonaq gəlib, qayıdanda isə cavabdehlər onu evə buraxmayıblar. O, cavabdehlərdən bunun səbəbini soruşduqda ona əsaslı səbəb bildirməyib və evi kirayəyə verəcəklərini bildiriblər. O, cavabdehdən evdə qalan əmlaklarını ona vermələrini tələb etdikdə, onlar iddiaçıya öz əmlaklarını da verməyiblər və səbəb kimi 6 ay həmin evdə kirayə vermədən yaşamasını göstəriblər. O, cavabdehlərin əməllərindən prokurorluğa şikayət edib, prokurorluqdan ona məktub ünvanlanaraq ərizəsində göstərilənlərin mülki xarakterli olması bildirilib və məhkəməyə müraciət etməsi tövsiyə edilib. İddia tələbinin predmeti olan yaşayış evi qanunsuz tikili olsa da, həmin ev cavabdehlərə məxsus torpaq sahəsi üzərində yerləşdiyindən və cavabdehlər hazırda həmin evə sahiblik etdiklərindən və onun etdiyi təmirdən yararlandıqlarına görə onun təmirə çəkilən xərci cavabdehlərdən tələb etmək hüququ vardır.
4. Birinci instansiya məhkəməsi baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdeh X4 iddia tələbinə etiraz edərək iddiaçının ona məxsus evdə təmir işləri aparmadığını, əşyaların da ona məxsus olmadığını bildirib iddianın rədd edilməsini xahiş etmişdir.
5. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-176/2021 saylı, 03 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən – İddiaçı tərəfindən ünvan 1 ünvanda yerləşən evdə təmir işlərinə xərclənmiş 2200 manat pulun Cavabdeh2 tutulub İddiaçı verilməsi və ünvan 1 ünvanda yerləşən evdə olan, İddiaçı məxsus olan məişət əşyaları - şkaf, mətbəx mebeli, əl-üz yuyan, mətbəx peçi, aspirator, qızdırıcı (pyatiminutka), paltaryuyan, mavi şkaf, qab-qacaq, adeyal, pokrıval, sintetik adeyal, 4 ədəd balış, 5 ədəd mətbəx dəsmalı, 5 ədəd əl-üz dəsmalı Cavabdeh2 alınaraq İddiaçı verilməsi hissəsində təmin edilmişdir.
6. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, mübahisəli evin Cavabdeh2 məxsus olması, həmin evin bir otağının və sanitar qovşağının Cavabdeh2 tərəfindən iddiaçının orada qalması üçün istifadəsinə verməsi işin mübahisəsiz halıdır. İddiaçının yaşadığı otaqda təmir işləri aparması və ora öz əşyalarını gətirməsi faktı, işin məhkəmə tərəfindən araşdırılkan halları ilə öz təsdiqini tapmışdır. Belə ki, əvvəlki məhkəmə iclaslarında cavabdeh tərəf dolayı yolla öz izahatlarında iddiaçının qaldığı otaqda təmir işləri aparmasını və əşyalarını oraya gətirməsini bildirmişdir. Bununla belə, iddia tələbi digər Cavabdeh1 münasibətdə sübut edilmədiyinə görə, ona münasibətdə təmin edilə bilməz. Çünki, iddiaçı tərəf öz izahatlarında sövdələşməni Cavabdeh2lə etdiyini bildirmişdir. İddiaçının Cavabdeh2 Cavabdeh1 vasitəsilə tanıması faktı hətta qəbul edilsə belə, bu hal özü özlüyündə Cavabdeh1 münasibətdə iddianın təmin edilməsi üçün əsas ola bilməz. Hazırkı işdə cavabdehə məxus evin bir hissəsinin təmirinə iddiaçı tərəfindən vəsait xərclənməsinə səbəb olmuş əsas aradan qalxmışdır. Yəni, tərəflər arasında münasibətlərinə son qoyulmuşdur. Deməli, iddiaçı Cavabdeh2 məxsus evin bir hissəsində həyata keçirdiyi yaxşılaşdırmadan (təmirdən) faydalana bilmir, cavabdeh isə qanuni əsas olmadan fayda əldə etmiş olur. Təmirə görə iddiaçının hansı məbləğdə pul vəsaitini xərcləməsi ilə bağlı, məhkəmə işin hallarını, tərəflərin və şahidlərin izahatlarını və iş üzrə verilmiş qiymətləndirmə rəyini nəzərə alaraq hesab etmişdir ki, bu məbləğin 2200 manat civarında müəyyən edilməsi qanuni və əsaslıdır. Ona görə də, məhkəmə İddiaçı tərəfindən ünvan 1 ünvanda yerləşən evdə təmir işlərinə xərclənmiş 2200 manatın Cavabdeh2 tutulmasını əsaslı saymışdır. Məhkəmə iddia tələbinin mişar daşına ödənilmiş 1000 manat, eləcə də 100 manat dəyərində “Samsung” markalı və 450 manat dəyərində “Samsung A20” markalı mobil telefonlar, telefonlar olmadıqda isə onların dəyərinin Cavabdeh1 tutulması hissəsini əsassız hesab etmişdir. Belə ki, iddiaçı tərəf tələbin bu hissəsi ilə bağlı mötəbər sübut məhkəməyə təqdim etməmiş, yalnız şifahi izahatlarla kifayətlənmişdir. Belə olan halda məhkəmə iddianı qeyd edilən hissədə sübut edilməmiş hesab etmişdir. Məhkəmə iddia tələbini iddiaçıya məxsus məişət əşyalarının qaytarılması hissəsində qismən əsaslı hesab etmişdir. Belə ki, iş məhkəmənin icraatında olarkən iddiaçı tərəf iddianın təmini tədbiri şəklində iddia tələbində cavabdehlərdən alınıb ona verilməsi xahiş edilən əmlakların üzərinə həbs qoyulmasını xahiş etmiş və məhkəmənin 24 iyul 2020-ci il tarixli qərardadı ilə vəsatət qismən təmin edilmiş, tələbdə göstərilən əşyaların üzərinə həbs qoyulması qərara alınmışdır. İşdə olan Suraxanı rayon İcra və Probasiya şöbəsinin 20 avqust 2020-ci il tarixli, icraata xiam verilməsi haqqında məlumat məktubundan və ona əlavə edilmiş sənədlərdən görünür ki, məhkəmənin qeyd edilən qərardadı icra edilmiş, mübahisəli yaşayış sahəsində aşkar edilmiş məişət əşyaları aktlaşdırılmış və üzərlərinə həbs qoyulmuşdur. xx.xx.2020-ci ildə tərtib edilmiş aktdan görünür ki, həmin ərazidə aşkar edilmiş əşyalar şkaf, mətbəx mebeli, əl-üz yuyan, mətbəx peçi, aspirator, qızdırıcı (pyatiminutka), paltaryuyan, mavi şkaf, qab-qacaq, adeyal, pokrıval, sintetik adeyal, 4 ədəd balış, 5 ədəd mətbəx dəsmalı, 5 ədəd əl-üz dəsmalından ibarətdir. Məhkəmə iclasında iddiaçı tərəf digər əşyalarla bağlı hər hansı sübut təqdim etməmiş, cavabdeh tərəf də iddia tələbinin bu hissəsinin əleyhinə hər hansı sübut təqdim etməmişdir. İddiaçı tərəfdən təqdim edilmiş, LG markalı soyuducunun nisyə alqı-satqısı ilə bağlı müqavilə, ona 1 saylı əlavə və təhvil-təslim aktı iddianın soyuducuya münasibətdə təmin edilməsi üçün əsas ola bilməz. Çünki, əvvəla təqdim edilən müqavilə və ona əlavə edilmiş sənədlərdə iddiaçı İ.Svetliçniynın imzası yoxdur, eyni zamanda əmlaklar siyahıya alınarkən də göstərilən markada soyuducu mübahisəli evdə aşkar edilməmişdir. Eyni zamanda, iddia tələbində sadalanan əmlakların dəyəri ilə bağlı hər hansı sübut təqdim edilmədiyinə görə məhkəmə iddia tələbində göstərilən qiymətləri əsaslı hesab etmir. Ona görə də, məhkəmə iddia tələbinin bu hissəsini yuxarıda qeyd edilən, siyahıya alınmış əşyalar həddində əsaslı saymışdır.
7. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.7, 386.1, 1091.1, 1091.2, 1092.1, 1092.2-ci eləcə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 80, 81, 119.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apelyasiya şikayətinin dəlilləri
8. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsi və iddia tələblərinin rədd edilməsinə dair dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Apelyasiya şikayətində göstərilmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normalarının tələbləri pozulmuş, məhkəmə qətnaməsi maddi hüquq normasına istinad edilməklə düzgün əsaslandırılmamışdır. Belə ki, otağın təmiri İvan Svetliçniyin 6-7 ay ərzində həmin otaqda kirayə qalmasına görə verəcəyin ödəniş əvəzi kimi qəbul edilməli, bunun üçün mülkiyyətçi təmirin aparılmasına razılıq verməlidir, lakin razılıq olmamışdır. Əgər iddiaçının mənzilin təmirinə pulların xərclənməsi qarşılıqlı əvəzli müqavilə əsasında həyata keçirilməmişdirsə, bu mülkiyyətçi üçün heç bir öhdəlik yatarmır və əsassız varlanmanın predmeti ola bilməz. Belə olan halda iddiaçını nə məcbur edirdi ki, özünün deməsinə əgər, yaşamaq üçün normal şərait olmayan otaqda ailəsi ilə qalmağı davam etsin. İvan Svetliçniyin iddia etdiyi təmirdə istifa etdiyi materialların əmtəə qəbzləri yoxdur, olsaydı da, onların üzərində yalnız malların adları, sayı və qiyməti göstəriləcəkdir, həmin malların məhz iddiaçı tərəfindən alındığına dəlalət etməyəcəkdir. Bundan başqa qətnamədə qeyd edilir ki, cavabdeh iddia tələbinə etiraz edərək “iddiaçının ona məxsus evdə təmir işləri aparmadığını, əşyaların da ona məxsus olmadığını” birdirmişdir və iddianın rədd edilməsini xahiş etmişdir, daha sonra qeyd edilir ki, “əvvəlki məhkəmə iclaslarında cavabdeh tərəf dolayı yolla öz izahatlarında iddiaçının qaldığı otaqda təmir işləri aparmasını, əşyaların oraya gətirməsini” bildirmişdir. Halbuki, cavabdehin dolayı yolla iddianı etiraf etməsi qətnamənin heç bir hissəsində yoxdur, protokola və qətnaməyə bilərəkdən yalnız məlumatlar daxil edilib. İkinci absurd hal ondan ibarətdir ki, işin materiallarında, o cümlədən iddiaçının ərizəsi və izahatında cavabdehin otağına 2019-cu ilin dekabr ayında ailəsi ilə birlikdə köçməsi, məhkəmənin sübut kimi qəbul etdiyi qiymətləndirmə rəyində otagın təmirinin 2017-2018-ci illərlə əhatə etdiyi qeyd olunsa da, təmirin məhz Svetliçniy İvan tərəfindən apardığını bildirmişdir. Yəni, guya İvan Svetliçniy otağa köçməmişdən hələ 2 il əvvəl otağı təmir etmişdir. Bunu şərh etməyin özü heç bir məntiqə sığmır.
b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. İzahatında əlavə olaraq bildirdi ki, iddiaçının qaldığı otaq ona məxsus olmuşdur, həmin otağı özü təmir etdirmişdi, iddiaçının otağa dair hər hansı təmir işlərinin görməsi barədə razılaşmaları olmamış, eyni zamanda iddiaçı həmin yerdə təmir işləri aparmamışdır. Hesab edir ki, qətnamə ləğv edilməklə iddia tələbi rədd edilməlidir.
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi eyni zamanda vəkili Vəkil2 apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək, izahatında bildirdi ki, cavabdehlə aralarında olan razılaşmaya görə ünvan 1 ünvanda yerləşən evdə təmir işləri görməli, eləcə də əşyalar gətirməklə orada yaşamalı idi. Mübahisəli ev isə təmirsiz vəziyyətdə olmaqla boş ev olmuşdur. Razılaşdırdıqları kimi də evi təmir etdirmiş, əşyalarını yığmışdır. Lakin bir müddət sonra cavabdeh onu evə buraxmamışdır. Verilmiş suallara cavab olaraq isə bildirmişdir ki, evə gətirdiyi suqızdırıcının dəyəri 100 manat olmuşdur.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
14. Maddə 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər.
15. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcələnin 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
16. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
17. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: Maddə 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir.
Apelyasiya baxışının hədləri
18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
20. Qətnamədən Cavabdeh2 apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmiş, iddiaçı eləcə də digər Cavabdeh1 qətnaməni mübahisələndirildiyindən, qətnamə iddia tələbinin təmin edilən hissəsində Cavabdeh2 münasibətdə bütövlükdə yoxlanılır.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir.
22. İddiaçı tələbində qeyd edir ki, Cavabdeh2 ona bir otağı verəndən sonra o həmin otaqda təmir işləri aparmış, yeni əşyalar almış, həmçinin digər xərcləri çəkmişdir. İndi Cavabdeh2 onu evdən çıxartdığına görə onun çəkdiyi xərcləri və əşyalarını qaytarmalıdır. 23.Birinci instansiya məhkəməsi baxışı zamanı cavabdeh izahatında bildirmişdir ki, (i.v 55) iddiaçı ilə kirayə haqqını aylıq 200 manat razılaşdırmışlar. Evi isə özü təmir edib, lakin evin oboyunu, işıqlarını, mətbəx işlərini, alçıpanı, unitazı və su qızıdırıcısını iddiaçı etdirib. İddiaçı kirayə haqqı olaraq hər ay 200 manat verməli idi, pulu vermədiyi halda isə əşyaları evdə qalmalı idi. O, evi iddiaçıya təhvil verəndən sonra soyuducu, televizor və bir neçə əşya qoyub getmişdir. 24.Cavabdeh sonradan izahatını dəyişərək, iddiaçının evi təmir etmədiyini və hər hansı əşya gətirmədiyini bildirmişdir. Apellyasiya baxışı zamanı da cavabdeh həmin mövqedən çıxış etmişdir.
25. Göründüyü kimi mübahisəli tikilinin Cavabdeh2 məxsus olması, həmin evin bir otağının və sanitar qovşağının Cavabdeh2 tərəfindən iddiaçının orada qalması üçün istifadəsinə verməsi işin mübahisəsiz halıdır. Bundan başqa cavabdeh ilk olaraq evdə müəyyən təmir işlərinin iddiaçı tərəfindən edilməsini qəbul etmiş, sonradan isə izahatını dəyişmişdir.
26. Cavabdehin izahatları arasında olan ziddiyyətlə bağlı məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh ilk olaraq izahatında iddiaçının təmir işlərini görməsini bildirməklə, iddiaçının konkret olaraq hansı işləri görməsi qeyd etmişdir. Bu isə işin halları baxımından daha ağlabatan hesab edilməlidir, çünki cavabdehin iddiaçı tərəfindən konkret hansı işlərin görməsini bildirməsi sonradan isə iddiaçı tərəfindən ümumiyyətlə heç bir təmir işlərinin görülmədiyini bildirməsi inandırıcı olmamışdır.
27. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq müəyyən etmişdir ki, iddiaçının yaşadığı otaqda təmir işləri aparması öz təsdiqini tapmışdır. Apellyasiya şikayətinin dəlilləri həmin hissədə əsassız olmuşdur.
28. Bununla belə birinci instansiya məhkəməsi təmirə görə iddiaçının hansı məbləğdə pul vəsaitini xərcləməsini düzgün müəyyən etməmişdir.
29. Belə ki, birinci instansiya məhkəməsi baxışı zamanı iş üzrə qiymətləndirmə təyin edilmiş və müstəqil qiymətləndirici qarşısında aşağıdakı suallar qoyulmuşdur: 1) Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Çöllük küçəsində yerləşən və Cavabdeh2 məxsus olan 48 nömrəli evin iddiaçının yaşadığını iddia etdiyi otağı nə vaxt təmir edilmişdir? 2) Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Çöllük küçəsində yerləşən və Cavabdeh2 məxsus olan 48 nömrəli evin iddiaçının yaşadığını iddia etdiyi otağının təmirinə nə qədər xərc çəkilmişdir?
30. İş materiallarına əlavə edilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 31 mart 2021-ci il tarixli rəyinə əsasən ünvan 1 ünvanında yerləşən və Cavabdeh2 məxsus olan evin, iddiaçının yaşadığını iddia etdiyi otağın təmir edilməsi dövrü, təxminən 2017-2018-ci illəri əhatə edir və həmin otağın təmirinə çəkilən xərcin dəyəri təqribən 2000,00-2500,00 AZN təşkil etmişdir.
31. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi baxışı zamanı cavabdeh, iddiaçı tərəfindən müəyyən işlərin görülməsini bildirsə də, məhkəmə tərəfindən ekspert qarşısında otağa dair ümumilikdə təmir xərclərinin müəyyən olunması sualı qoyulmuşdur.
32. Bu baxımdan apellyasiya baxışı zamanı hazırki iş üzrə əmtəəşünaslıq ekspertizası təyin edilmiş və ünvan 1 ünvanda yerləşən evdə oboy, işıq, mətbəxin təmirinə, unitaza, su qızıdırıcısına və onların quraşdırılmasına material və xidmət haqqı ilə birgə nə qədər xərc çəkilib sualları qoyulmuşdur.
33. Məhkəmə Ekspertiza Mərkəzinin 02 iyun 2022-ci il tarixli, 10/345 nömrəli ekspert rəyi ilə şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Çöllük küçəsi ev 48 ünvanda yerləşən evdə oboy, işıq, mətbəxin təmirinə, unitaza, su qızıdırıcısına və onların quraşdırılmasına material və xidmət haqqı ilə birgə çəkilmiş xərcin təqribi dəyərinin mövcud bazar qiymətlərinə uyğun olaraq 1170 manat məbləğində olması müəyyən edilmişdir. Aparılmış tədqiqatın dəyəri 50 manat olmuşdur.
34. Bundan başqa iddiaçı apellyasiya baxışı zamanı verilmiş suallara cavab olaraq bildirmişdir ki, evə gətirdiyi suqızdırıcının dəyəri 100 manat olmuşdur.
35. Təqdim edilmiş ekspert rəyində isə su qızıdırıcısına münasibətdə 150 manat qiymət müəyyən edilmişdir. Belə olan halda arada olan fərq çıxılmalıdır. (150manat- 100manat=50manat)
36. Beləliklə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsi – təmirə çəkilmiş xərclərin məbləğinin müəyyən edilməsi hissəsində dəyişdirilməli, İddiaçı tərəfindən ünvan 1 ünvanda yerləşən evdə təmir işlərinə xərclənmiş (1170manat- 50 manat=1120 manat) 1120 manat Cavabdeh2 tutulmalıdır.
37. Bundan başqa məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilən - iddiaçıya məxsus məişət əşyalarının qaytarılması hissəsində düzgün nəticəyə gəlməmişdir.
38. Belə ki, iddiaçı tələbində - evə köçən zaman özünə yeni mebel və avadanlıq, digər ev ləvazimatları alıb və bütün əşyalarını da həmin evə daşımasını bildirmişdir.
39. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
40. Məhkəmə kollegiyası nəzərə alır ki, hazırki mübahisənin halları baxımından iddiaçının tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Həmin maddəyə əsaslanan iddianın təmin edilməsi üçün isə maddənin özündə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur: 1) iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi olduğunu sübut etməlidir; 2) iddiaçı tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğunu sübut etməlidir və 3) cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır.
41. İddia tələbi ilə bağlı olaraq həmçinin nəzərə alınmalıdır ki, iş üzrə sübut etmə yükü iddiaçının üzərinə düşür və məhz iddiaçı qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətində olduğunu, iddia irəli sürülən anda isə cavabdehin qanunsuz sahibliyində saxlanıldığını sübut etməlidir. Bu zaman nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.
42. Lakin iddiaçının ünvan 1 ünvanda yerləşən evdə yalnız oboy, işıq, mətbəxin təmirinə, unitaza, su qızıdırıcısına xərc çəkməsi müəyyən edilmiş, tələbində göstərilən digər əşyaların isə qeyd edilən ünvana gətirilməsi və həmin ünvanda qalmasına dair iddiaçı tərəfindən hər hansı sübut təqdim edilməmiş, həmin hal iş materialları ilə də müəyyən edilməmişdir.
43. Birinci instansiya məhkəməsi isə işdə olan Suraxanı rayon İcra və Probasiya şöbəsinin 20 avqust 2020-ci il tarixli, icraata xiam verilməsi haqqında məlumat məktubundan və ona əlavə edilmiş sənədlərə istinad etmişdir. Halbuki ünvan 1 ünvanda yerləşən evdə siyahıya alınmaqla üzərinə həbs qoyulmuş müəyyən əşyalar olsa da, həmin əşyaların məhz iddiaçı tərəfindən evə gətirilməsi işin faktiki halları ilə müəyyən edilməmiş, eyni zamanda iddiaçı tərəfindən bu barədə mötəbər sübutlar təqdim edilməmişdir.
44. Göründüyü kimi birinci instansiya məhkəməsi iddia tələbini - iddiaçıya məxsus məişət əşyalarının qaytarılması hissəsində qismən təmin etməklə maddi və prosessual hüquq normaların tələblərini pozmaqla düzgün nəticəyə gəlməmişdir.
45. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri göstərilən hissədə əsaslı olmuşdur.
46. MPM-nin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardır.
47. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.
48. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməklə, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə, təmirə çəkilmiş xərləcin məbləğinin müəyyən edilməsi hissəsində dəyişdirilməklə, təmirə çəkilən xərcin məbləği 1120 manat müəyyən edilməli və həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır, eyni zamanda birinci instansiya məhkəməsinin qətnaməsi - əşyaların geri qaytarılması hissəsində ləğv edilməklə, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbi həmin hissədə təmin edilməməli, mübahisələndirilən qalan hissədə isə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehin özünə aid edilməli, ekspert tədqiqatının dəyəri olan 50 manat vəsait isə iddiaçı və Cavabdeh2 bərabər qaydada tutulmaqla Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir.
49. Azərbacan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
50. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə; 384.0.3-cü maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.
51. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-176/2021 saylı, 03 iyun 2021-ci il tarixli qətnaməsi - təmirə çəkilmiş xərləcin məbləğinin müəyyən edilməsi hissəsində dəyişdirilsin. Təmirə çəkilən xərcin məbləği 1120 manat müəyyən edilsin və həmin məbləğ Cavabdeh2 İddiaçı xeyrinə tutulsun. Qətnamə - əşyaların geri qaytarılması hissəsində ləğv edilsin. Həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh2 qarşı “əmlak tələbi” təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pulun 25 (iyirmi beş) manat hissəsi Cavabdeh2, 25 (iyirmi beş) manatı hissəsi isə İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin (Az.MEM VÖEN **********, X3, Kod 210005, VÖEN **********, M/h- AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22) hesabına keçirilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği Cavabdeh2 özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov