Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-373/2023 25.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı "xxxx" X6 Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, cərimənin ödənilməsi və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə (açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), X4 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Orucova Məryəm Faiq qızının katibliyi, Cavabdeh1 vəkili Vəkil3 iştirakı ilə, iddiaçı "xxxx" X6 Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, cərimənin ödənilməsi və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli, e-2(005)-78/2021 nömrəli qətnaməsindən Cavabdeh1 və Cavabdeh3 verdiyi apellyasiya şikayətlərinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. "xxxx" KB QSC ilə Cavabdeh3 arasında 09 iyun 2014-cü il tarixdə kredit verilməsi haqqında 1xx/xx/72195/14 nömrəli müqavilə bağlanmış və həmin müqaviləyə əsasən bank borcalana illik 18 faiz ödənilməsi şərti ilə 48 ay müddətinə 325000 manat məbləğdə kredit vermişdir.
2. Bu müqaviləyə əlavə olunan 1 nömrəli ödəniş cədvəlindən görünür ki, Cavabdeh3 banka olan borcunu aylıq 9,546.87 manat annuitetlə ödəməyi öhdəsinə götürmüşdür.
3. 09 iyun 2014-cü li tarixli 1xx/xx/72195/14 nömrəli ipoteka müqaviləsinə əsasən kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh4 məxsus Bakı şəhəri Nərimanov rayonu X11 prospekti ev 146, 13 nömrəli mənzil Bank qarşısında ipoteka ilə yüklü edilmişdir.
4. 12 aprel 2016-cı il tarixli 1xx/xx/72195/14 nömrəli ipoteka müqaviləsinə əsasən kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh1 məxsus Bakı şəhəri Nizami rayonu Əli Vəliyev küçəsi ev 14, 48 nömrəli mənzil Bank qarşısında ipoteka ilə yüklü edilmişdir.
5. 12 iyul 2019-cu il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh3 09 iyun 2014-cü il tarixli 1xx/xx/72195/14 nömrəli kredit müqaviləsi üzrə 97579,09 manat məbləğdə əsas borc, 16974,84 manat məbləğdə faiz borcu, 9984,52 manat məbləğdə cərimə üzrə borcu, gecikdirilmiş günlər üçün 5 faiz olmaqla 5352,25 manat məbləğdə faiz məbləği, ümumilikdə isə 129890,7 manat məbləğdə borcu yaranmışdır.
6. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsinin 09 aprel 2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri Nərimanov rayonu X11 prospekti ev 146, 13 nömrəli mənzil 01 iyul 1993-cü il tarixdə Cavabdeh4 adına qeydiyyatdan keçmiş və hazırda mülkiyyətindədir. Bakı şəhəri Nəsimi rayonu Ş.Əzizbəyov küçəsi ev 88a, 110 nömrəli mənzil 30 sentyabr 2010-cu il tarixdə X3 adına ilkin qeydiyyatdan keçmişdir. Notarius E.Q.Əliyev tərəfindən təsdiqlənmiş 4Ə-446 reyestr nömrəli 23 aprel 2012-ci il tarixli bağışlama müqaviləsinə əsasən Cavabdeh2 adına qeydiyyatdan keçmişdir. 29 nömrəli DNK-nın 4Ə-39 reyestr nömrəli 02 may 2016-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən X1 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir.
7. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri Nərimanov rayonu X11 prospekti ev 146, 13 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə Cavabdeh4 adına daşınmaz əmlakın dövlət reyestrində 658 nömrəli reyestr kitabının 6033 nömrəli vərəqində qeydiyyata alınmışdır.
Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı "xxxx" KB QSC cavabdehlər Cavabdeh1, Nümayəndə, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, QSC "xxxx" KB ilə Səfərov Cavabdeh3 arasında bağlanmış 09 iyun 2014-cü il tarixli 1xx/xx/72195/14 nömrəli kredit müqaviləsi üzrə 97579,09 manat məbləğdə əsas borc, 16974,84 manat məbləğdə faiz borcu, 9984,52 manat məbləğdə cərimə borcu, gecikdirilmiş günlər üçün 5 faiz olmaqla 5352,25 manat məbləğdə faiz məbləği, ümumilikdə isə 129890,7 manat məbləğdə pulun, 30 manat məhkəmə üçün və 90 manat ipoteka predmetlərinin qeydə alınması üçün ödənilmiş cəmi 120 manat məbləğdə dövlət rüsumunun Cavabdeh3 tutulması, ilkin satış qiyməti 82500 manat məbləğdə müəyyən edilməklə Cavabdeh3 tutulmalı olan borc məbləğinin Bank qarşısında ipoteka ilə yüklü Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri Nizami rayonu Əli Vəliyev küçəsi ev 14, 48 nömrəli mənzilə yönəldilməsinə, ipoteka predmetinin açıq hərracdan satılmasına, ipoteka predmetinə tutma yönəldildikdən və o satıldıqdan sonra ipoteka qoyan Cavabdeh1 və onunla birlikdə yaşayan ailə üzvlərinin yaşayış sahəsini ən gec bir ay ərzində tərk etmədikdə, yaşayış sahəsindən çıxmadıqda həmin şəxslərin mənzildən məcburi qaydada çıxarılmalarına, ilkin satış qiymətləri (birlikdə) 494550 manat məbləğdə müəyyən edilməklə Cavabdeh3 tutulmalı olan məbləğin bank qarşısında ipoteka ilə yüklü edilmiş Cavabdeh4 mülkiyyətində olan Bakı şəhəri Nərimanov rayonu X11 prospekti ev 146, 13 nömrəli mənzilə və Cavabdeh2 məxsus Bakı şəhəri Nəsimi rayonu Şamil Əzizbəyov küçəsi ev 88a, 110 nömrəli mənzilə yönəldilməsinə və ipoteka predmetlərinin açıq hərracdan satılmasına, ipoteka predmetlərinə tutma yönəldildikdən və onlar satıldıqdan sonra ipoteka qoyan Cavabdeh4, onunla birlikdə yaşayan ailə üzvlərinin, həmçinin digər ipoteka qoyan Cavabdeh2 və onunla birlikdə yaşayan ailə üzvlərinin yaşayış sahəsini ən gec bir ay ərzində tərk etmədikdə, yaşayış sahəsindən çıxmadıqda həmin şəxslərin mənzildən məcburi qaydada çıxarılmalarına və həmin mənzilin boşaldılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddia onunla əsaslandırılmışdır ki, QSC "xxxx" KB ilə Cavabdeh3 arasında 09 iyun 2014-cü il tarixində kredit verilməsi haqqında 1xx/xx/72195/14 nömrəli müqavilə bağlanmış və həmin müqaviləyə əsasən bank sonuncuya illik 18 faiz ödənilməsi şərti ilə 48 ay müddətinə 325000 manat məbləğdə kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə na məxsus Bakı şəhəri Nizami rayonu Əli Vəliyev küçəsi ev 14, 48 nömrəli mənzil 12 aprel 2016-cı il tarixdə 1xx/xx/72195/14 nömrəli ipoteka müqaviləsi əsasında bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Bundan əlavə kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh4 məxsus Bakı şəhəri Nərimanov rayonu X11 prospekti ev 146, 13 nömrəli mənzil 09 iyun 2014-cü li tarixdə 1xx/xx/72195/14 nömrəli ipoteka müqaviləsi əsasında bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Bundan əlavə Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh2 məxsus Bakı şəhəri Nəsimi rayonu Şamil Əzizbəyov küçəsi, ev 88a, 110 nömrəli mənzil 09 iyun 2014-cü il tarixdə 1xx/xx/72195/14 nömrəli ipoteka müqaviləsi əsasında bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Lakin qeyd olunan kredit müqaviləsinin tələbləri cavabdeh tərəfindən pozulmuş, kredit ödənişləri müqaviləyə uyğun həyata keçirilməmiş, bununla da kredit öhdəlikləri lazımınca icra edilməmişdir. Bunun nəticəsində cavabdehlərin banka 97579,09 manat məbləğdə əsas borc, 16974,84 manat məbləğdə faiz borcu, 9984,52 manat məbləğdə cərimə borcu, gecikdirilmiş günlər üçün 5 faiz olmaqla 5352,25 manat məbləğdə faiz məbləği, ümumilikdə isə 129890,7 manat məbləğdə borcu qalmışdır.
10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 04 sentyabr 2020-ci il tarixli, 9/3301 nömrəli rəyində qeyd edilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən "xxxx" KB QSC ilə Cavabdeh3 arasında bağlanmış 09 iyun 2014-cü il tarixli, 1xx/xx/72195/14 nömrəli kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh3 banka olan borcu aşağıdakı kimi müəyyən olunur: o cümlədən; müqavilə müddətinin sonun, yəni 09 iyun 2018-ci il tarixədək əsas borc üzrə - 93071,88 manat, faiz borcu üzrə: 29503,79 manat.
11. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 23 aprel 2021-ci il tarixli, 9/4612 nömrəli rəyində qeyd edilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən "xxxx" KB QSC ilə Cavabdeh3 arasında bağlanmış 09 iyun 2014-cü il tarixli 1xx/xx/72195/14 nömrəli kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh3 banka olan borcu aşağıdakı kimi müəyyən olunur: o cümlədən; müqavilə müddətinin sonun, yəni 09 iyun 2018-ci il tarixədək əsas borc üzrə: 93071,88 manat, faiz borcu üzrə: 29503,79 manat.
12. "xxxx" MMC-nin 25 oktyabr 2021-ci il tarixli əmlakın qiymətləndirilməsi nəticələri haqqında hesabatlardan görünür ki, Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri Nizami rayonu Əli Vəliyev küçəsi ev 14, 48 nömrəli mənzilin likvid qiyməti 98000 manat, bazar qiyməti 107000 manat, Cavabdeh4 mülkiyyətində olan Bakı şəhəri Nərimanov rayonu X11 prospekti ev 146, 13 nömrəli mənzilin likvid qiyməti 140000 manat, bazar qiyməti 150000 manat təşkil edir. Eyni zamanda sözügedən rəydə qeyd edilmişdir ki, Bakı şəhəri Nəsimi rayonu Şamil Əzizbəyov küçəsi ev 88a, 110 nömrəli mənzilin qiymətləndirilməsi tərəflərin verdiyi məlumata əsasən, həmin mənzil girovdan çıxarılmış olması səbəbilə, həyata keçirilməmişdir.
13. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli, e- 2(005)-78/2021 nömrəli qətnaməsinə əsasən iddia qismən təmin edilmiş, Cavabdeh3 ləğv prosesində olan QSC "xxxx" KB-nin xeyrinə 09 iyun 2014-cü il tarixli 1xx/xx/72195/14 nömrəli kredit müqaviləsi üzrə 93071,88 manat məbləğdə əsas borc, 16974,84 manat məbləğdə faiz borcu, 3000 manat məbləğdə cərimə borcu, 5352,25 manat məbləğdə gecikdirilmiş vaxt üçün hesablanmış faiz, ümumilikdə isə 118398,97 manat məbləğdə pul, 30 manat dövlət rüsümu və 90 manat ipotekanın qeydə alınması üçün ödənilmiş dövlət rüsumu tutulmuş, borc tələbi ipoteka ilə yüklü edilmiş cavabdehlər Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri Nizami rayonu Əli Vəliyev küçəsi ev 14, 48 nömrəli mənzilə və Cavabdeh4 mülkiyyətində olan Bakı şəhəri Nərimanov rayonu X11 prospekti ev 146, 13 nömrəli mənzilə yönəldilməsi, cavabdehlər Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri Nizami rayonu Əli Vəliyev küçəsi ev 14, 48 nömrəli mənzilin açıq hərracda ilkin satış qiyməti 98000 manat, Cavabdeh4 mülkiyyətində olan Bakı şəhəri Nərimanov rayonu X11 prospekti, ev 146, 13 nömrəli mənzilin isə açıq hərracda ilkin satış qiymətinin 140000 müəyyən edilməsi, hər iki mənzil satılması və onlardan əldə ediləcək vəsait Cavabdeh3 banka olan borcunun ödənilməsinə yönəldilməsi, borc ödənildikdən sonra ipoteka predmetlərinin satışından qalan məbləğin müvafiq olaraq Cavabdeh1 və Cavabdeh4 qaytarılması, Əmlakın satışından əldə edilən vəsaitin iddiaçının pul tələblərinin təmin edilməsi üçün kifayət etmədikdə qalıq borcun Cavabdeh3 "xxxx" KB QSC-nin xeyrinə tutulsuması, Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri Nizami rayonu Əli Vəliyev küçəsi ev 14, 48 nömrəli mənzil və Cavabdeh4 mülkiyyətində olan Bakı şəhəri Nərimanov rayonu X11 prospekti ev 146, 13 nömrəli mənzillərhərracda satıldıqdan sonra bir ay ərzində cavabdehlər Cavabdeh1 və Cavabdeh4 ilə birgə yaşayan ailə üzvlərinin mənzili tərk etmələri və iddia tələbi qalan hissədə təmin edilməməsi, mühasibatlıq ekspertizaları tədqiqatının dəyəri 220 manat məbləğdə pulun Cavabdeh3 tutulması, qət edilmişdir.
14. Qətnamənin əsaslarına görə, kredit üzrə 9984,52 manat məbləğdə cərimə borcu yaranmış borc məbləğinə mütənasib olmadığından həmin məbləğ azadılmalı, cavabdehdən iddiaçının xeyrinə 3000 manat məbləğdə dəbbə pulu tutulmalıdır.
15. Məhkəmə hesab etmişdir ki, iddia tələbi ipoteka predmetinin ilkin satış qiymətinin ilkin satış qiyməti 82500 manat məbləğdə müəyyən edilməklə Cavabdeh3 tutulmalı olan borc məbləğinin Bank qarşısında ipoteka ilə yüklü Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri Nizami rayonu Əli Vəliyev küçəsi ev 14, 48 nömrəli mənzilə yönəldilməsi, ipoteka predmetinin açıq hərracdan satılması, ipoteka predmetinə tutma yönəldildikdən və o satıldıqdan sonra ipoteka qoyan Cavabdeh1 və onunla birlikdə yaşayan ailə üzvlərinin yaşayış sahəsini ən gec bir ay ərzində tərk etmədikdə, yaşayış sahəsindən çıxmadıqda həmin şəxslərin mənzildən məcburi qaydada çıxarılmalarına, ilkin satış qiymətləri (birlikdə) 494550 manat məbləğdə müəyyən edilməklə Cavabdeh3 tutulmalı olan məbləğin Bank qarşısında ipoteka ilə yüklü edilmiş Cavabdeh4 mülkiyyətində olan Bakı şəhəri Nərimanov rayonu X11 prospekti ev 146, 13 nömrəli mənzilə və Cavabdeh2 məxsus Bakı şəhəri Nəsimi rayonu Şamil Əzizbəyov küçəsi ev 88a, 110 nömrəli mənzilə yönəldilməsinə və ipoteka predmetlərinin açıq hərracdan satılmasına, ipoteka predmetlərinə tutma yönəldildikdən və onlar satıldıqdan sonra ipoteka qoyan Cavabdeh4, onunla birlikdə yaşayan ailə üzvlərinin, həmçinin digər ipoteka qoyan Cavabdeh2 və onunla birlikdə yaşayan ailə üzvlərinin yaşayış sahəsini ən gec bir ay ərzində tərk etmədikdə, yaşayış sahəsindən çıxmadıqda həmin şəxslərin mənzildən məcburi qaydada çıxarılmalarına və həmin mənzilin boşaldılmasına dair hissəsində qismən təmin edilməlidir. Borc tələbi ipoteka ilə yüklü edilmiş Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri Nizami rayonu Əli Vəliyev küçəsi ev 14, 48 nömrəli mənzil və Cavabdeh4 mülkiyyətində olan Bakı şəhəri Nərimanov rayonu X11 prospekti ev 146, 13 nömrəli mənzilə yönəldilməli, həmin daşınmaz əmlaklar açıq hərraca çıxarılmalı, Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri Nizami rayonu Əli Vəliyev küçəsi ev 14, 48 nömrəli mənzilin açıq hərracda ilkin satış qiyməti 98000 manat müəyyən edilməli, Cavabdeh4 mülkiyyətində olan Bakı şəhəri Nərimanov rayonu X11 prospekti ev 146, 13 nömrəli mənzilin isə açıq hərracda ilkin satış qiyməti 140000 müəyyən edilməli, mənzillər satılmalı və onlardan əldə ediləcək vəsait Cavabdeh3 banka olan borcunun ödənilməsinə yönəldilməli, borc ödənildikdən sonra ipoteka predmetinin satışından qalan məbləğ müvafiq olaraq ipoteka qoyana qaytarılmalıdır. Əmlakın satışından əldə edilən vəsait iddiaçının pul tələbinin təmin edilməsi üçün kifayət etmədikdə qalıq borc Cavabdeh3 "xxxx" KB QSC-nin xeyrinə tutulmalıdır. Məhkəmə eyni zamanda qeyd etmişdir ki, Bakı şəhəri Nəsimi rayonu Şamil Əzizbəyov küçəsi ev 88a, 110 nömrəli mənzilin ipoteka ilə yüklü edilməsinə dair ipoteka müqaviləsi təqdim edilmədiyindən, kredit müqaviləsi üzrə borc məbləğinin həmin mənzilə yönəldilməsi hissəsində tələb əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə qeyd etmişdir ki, mənzillərə tutma yönəldildikdən və onlar satıldıqdan sonra ipoteka qoyan Cavabdeh1 və onunla birlikdə yaşayan ailə üzvləri Bakı şəhəri, Nizami rayonu, Əli Vəliyev küçəsi, ev 14, 48 saylı mənzili, həmçinin ipoteka qoyan Cavabdeh4 və onunla birlikdə yaşayan ailə üzvləri Bakı şəhəri Nərimanov rayonu X11 prospekti ev 146, 13 nömrəli mənzili tərk etməlidirlər.
16. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.4, 269.5, 317, 319.1, 319.4, 319.6, 295, 296, 421.2, 423.2, 442, 443.1, 448.1, 462.1, 464.1, 465.2, 739.1, 739.2, “İpoteka haqqında” Qanunun 39, 59.3.1, 59.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
17. İddiaçı və cavabdehlər Cavabdeh1 və Cavabdeh3 qətnamədən apellyasiya şikayətləri verərək, iddiaçı əsas borcun, cərimənin azaldılması, ipoteka predmetlərinin ilkin satış qiymətlərinin yüksək qiymətləndirilməsi və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinin rədd edilmiş hissəsində ləğv edilib, həmin hissələrdə iddianın tam təmin edilməsini, Cavabdeh1 ləğv edilməsini, Cavabdeh3 ləğv edilib, baxılmamış saxlanılmasını xahiş etmişdir.
18. İddiaçının şikayətinin dəlillərinə görə, məhkəmə sadəcə ekspert rəyinə əsaslanmaqla kredit müqaviləsinin təminatları olan Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri Nizami rayonu Əli Vəliyev küçəsi ev 14, 48 nömrəli mənzilin ilkin satış qiyməti 98000 manat, Cavabdeh4 mülkiyyətində olan Bakı şəhəri Nərimanov rayonu X11 prospekti ev 146, 13 nömrəli mənzilin ilkin satış qiyməti isə 140000 manat müəyyən edilmişdir. Halbuki, kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə tərəflər arasında bağlanmış 09 iyun 2014-cü il və 12 aprel 2016-cı il tarixli ipoteka müqavilələrində qeyd edilmişdir ki, “X9” MMC-nin tərəfindən hazırlanmış qiymətləndirilmə aktına əsasən Cavabdeh4 mülkiyyətində olan Bakı şəhəri Nərimanov rayonu X11 prospekti ev 146, 13 nömrəli mənzilin və Cavabdeh2 məxsus Bakı şəhəri Nəsimi rayonu Şamil Əzizbəyov küçəsi ev 88a, 110 nömrəli mənzilin ilkin satış qiymətləri birlikdə 494550 manat, Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri Nizami rayonu Əli Vəliyev küçəsi ev 14, 48 nömrəli mənzilin ilkin satış qiyməti 82500 manat müəyyən edilmişdir. Məhkəmə tərəfindən ekspert rəyinə əsaslanmaqla ipoteka predmetlərinin şişirdilmiş qiymətlə qiymətləndirilməsini əsassız hesab etməklə bildirmək istəyirlər ki, iş üzrə təkrar ekspertiza keçirilməli, əmlakların hazırkı bazar qiyməti barədə ətraflı izah və sübutlara əsaslanılmalı idi. Digər tərəfdən ekspert rəyi məhkəmə üçün qətnamənin çıxarılması zamanı məcburi xarakter daşımır. Qətnamə mənzillərin real bazar qiymətini nəzərə almadan və ipoteka müqavilələrində ikitərəfli razılaşılmış məbləğə zidd olaraq qəbul edilmişdir. Bundan əlavə ipoteka predmetlərinin qiymətinin şişirdilmiş olduğu "xxxx" MMC-nin rəyi ilə tərəflər arasında ipoteka müqavilələri bağlanarkən “X9” MMC tərəfindən hazırlanmış qiymətləndirilmə aktları arasında kəskin fərq olmasına baxmayaraq məhkəmənin niyə məhz "xxxx" MMC-nin rəyini əsas götürməsi barədə əsaslandırmasını, hansı səbəbdən təkrar ekspertiza təyin edilərək ziddiyyətlərin açıqlanmadığını qətnamədə göstərməmişdir. "xxxx" MMC tərəfindən ipoteka predmetlərinin dəyəri müəyyən edilərkən eyni yerləşmə və s. əlamətlərinə görə oxşar olan əmlaklarla real müqayisələr aparılmamış, qiymət əsassız olaraq şişirdilmişdir. Bank tərəfindən məhkəmədə iddia qaldırılarkən tələblərdən biri də tutmanın həmçinin Cavabdeh2 məxsus Bakı şəhəri Nəsimi rayonu Şamil Əzizbəyov küçəsi ev 88a, 110 nömrəli mənzilə yönəldilməsinə və ipoteka predmetinin açıq hərracdan satılmasına, ipoteka predmetlərinə tutma yönəldildikdən və onlar satıldıqdan sonra ipoteka qoyan Cavabdeh2 və onunla birlikdə yaşayan ailə üzvlərinin yaşayış sahəsini ən gec bir ay ərzində tərk etmədikdə, yaşayış sahəsindən çıxmadıqda həmin şəxslərin mənzildən məcburi qaydada çıxarılmalarına və həmin mənzilin boşaldılması olsa da bu hissədə bankın tələbi rədd edilmişdir. Məhkəmə əsas olaraq qətnamədə qeyd etmişdir ki, həmin mənzilin ipoteka ilə yüklü edilməsinə dair ipoteka müqaviləsi təqdim edilmədiyindən kredit müqaviləsi üzrə borc məbləğinin həmin mənzilə yönəldilməsi hissəsində tələb əsassızdır. İddia məhkəməyə göndərilərkən bütün müqavilələr, o cümlədən də Bank ilə Cavabdeh2 arasında (Cavabdeh4 ilə birlikdə) bağlanmış 09 iyun 2014-cü il tarixli, 1xx/xx/72195/14 nömrəli ipoteka müqaviləsi də elektron qaydada sistemə yüklənmiş və məhkəməyə təqdim olunmuşdur. Bankın iddia tələbində əsaslı olaraq tələb etdiyi əsas və cərimə borc məbləği ilə məhkəmə tərəfindən cavabdehdən tutulan əsas və cərimə borcu arasında kəskin azaldılmış fərq vardır. Məhkəmə kredit müqaviləsi üzrə borc məbləğinin düzgün hesablanıb-hesablanmadığının müəyyən edilməsi üçün məhkəmə-mühasibatlıq ekspertizası təyin etmiş, ekspertiza tədqiqatının nəticəsi olaraq Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 04 sentyabr 2020-ci il tarixli ekspert rəyində tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə cavabdehin banka olan əsas borcu azaldılmış, məhkəmə qətnaməsində əsasən cavabdehdən 93071,88 manat əsas borc və 3000 manat cərimə borcu tutulmuşdur. Bank tərəfindən borclunun əsas, faiz, cərimə və gecikdirilmiş vaxt üçün hesablanan faiz borclarının dəqiq hesablanmasına dair maliyyə arayışı, həmçinin də ödəniş və gecikmələrin göstərildiyi hesabdan çıxarış məhkəməyə təqdim edilmiş, ekspertizanın əsassız və natamam rəyi nəticəsində cavabdehdən tutulan əsas borc məbləği iddia tələbindəki məbləğə münasbətdə kəskin azaldılmışdır. Məhkəmənin yalnız ekspertiza rəyinə əsaslanması qanunvericiliyin tələbinə ziddir. Cavabdehin Bankla bağladığı kredit müqaviləsindəki şərtləri nəzərə almadan yalnız ekspertizanın subyektiv qiymətləndirməsinə əsaslanaraq qətnamanənin qəbul edilməsi qanunsuzdur və reallığı əks etdirmir.
19. Cavabdeh1 apellyasiya şikayətinin dəlillərinə görə, 09 iyun 2014-cü il tarixli, 1xx/xx/72195/14 nömrəli kredit müqaviləsi üzrə 9 iyul 2019-cu il tarixə yaranmış və ümumi borc məbləği 129890.7 manat təşkil edir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə, Cavabdeh4 mülkiyyətində olan Bakı şəhəri Nərimanov rayonu X11 prospekti ev 146, 13 nömrəli mənzil və Cavabdeh2 məxsus Bakı şəhəri Şamil Əzizbəyov küçəsi ev 88a, 110 nömrəli mənzillər hazırda Cavabdeh3 banka olan 129890,70 manat məbləğdə borcunu ödəyir və onun mülkiyyətində olan, 12 aprel 2016 - cı il tarixdə ipoteka ilə yüklü mənzilin açıq hərracda satılmasını tələb etmək qanunsuz və əsassızdır. Bakı şəhəri Nəsimi rayonu Ş.Əzizbəyov küçəsi ev 88a, 110 nömrəli mənzil 30 sentyabr 2010-cu il tarixdə X3 adına ilkin qeydiyyatdan keçmişdir. 23 aprel 2012-ci il tarixli bağışlama müqaviləsinə əsasən Cavabdeh2 adına qeydiyyatdan keçmiş, 02 may 2016-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən X1 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Belə ki, bu xüsusatdan müəyyən olunur ki, Cavabdeh1 mənzili Cavabdeh2 adına olan mənzilin girovdan çıxarılması məqsədilə qoyulmuş və bu faktı mənzilin cavabdehin mənzili girova qoyulduqdan sonra dərhal satılması sübut edir. "xxxx" QSC KB-nin kredit komitəsinin 20 aprel 2016-cı il tarixli protokolundan müəyyən olunur ki, Cavabdeh3 müraciəti əsasında, Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri Nizami rayonu Əli Vəliyev küçəsi ev 14, 4 nömrəli mənzil Cavabdeh2 məxsus Bakı şəhəri Şamil Əzizbəyov küçəsi ev 88a, 110 nömrəli mənzilin əvəzinə ipoteka ilə yüklü edilmiş, lakin 12 aprel 2016-cı il tarixdə Cavabdeh1 ilə bağlanmış ipoteka müqaviləsində bununla bağlı müvafiq bənd daxil edilməmiş və qanunun tələbləri kobud şəkildə pozulmuşdur.
20. Cavabdeh3 şikayətinin dəlillərinə görə, məhkəmə işi araşdıran zaman cavabdehin kredit götürdüyü borc məbləğinin bir hissəsini ödədiyini, həmin ödənilmiş məbləğin faiz borcuna hesablandığını nəzərə almamışdır. Həmçinin iş materiallarına əlavə edilmiş ekspert rəyində də cavabdehin ödəmiş olduğu borcun faizə hesablanması ilə bağlı qeyd edilməmişdir. Ümumiyyətlə iş üzrə keçirilmiş ekspertiza tərəfindən düzgün rəy verilməmişdir. Eyni zamanda məhkəmə tərəfindən təyin edilmiş ekspertiza zamanı tərtib olunan rəydəki mənzillərin likvid qiymətləri hazırkı bazar normalarından qat-qat aşağıdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
22. Cavabdeh1 vəkili Vəkil3 apellyasiya şikayətinin dəlillərini müdafiə etdiyini bildirərək, təmin olunmasını xahiş etdi.
23. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı və digər cavabdehlər (onların nümayəndələri) məhkəmə iclasına gəlmədiyi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmışdır.
24. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 27 yanvar 2023-cü il tarixli, 10/6923-9/7678 nömrəli rəyində qeyd edilmişdir ki, Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri Nizami rayonu Əli Vəliyev küçəsi ev 14, 48 nömrəli mənzilin hazırkı orta bazar dəyəri təqribən 125000 manat və likvid dəyəri təqribən 119000 manat məbləğdə, Cavabdeh4 mülkiyyətində olan Bakı şəhəri Nərimanov rayonu X11 prospekti ev 146, 13 nömrəli mənzilin hazırkı orta bazar dəyəri təqribən 208000 manat və likvid dəyəri təqribən 198000 manat məbləğdə müəyyən edilir.
25. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 31 mart 2023-cü il tarixli, 9/1295 nömrəli rəyində qeyd edilmişdir ki, 09 iyun 2014-cü il tarixli, 1xx/xx/72195/14 nömrəli kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla, müqavilə bitən tarixə, yəni 09 iyun 2018-ci il tarixə Cavabdeh3 banka olan borcu aşağıdakı kimi müəyyən olunur: əsas borc üzrə - 86560,95 manat, faiz borcu üzrə: 27353,26 manat. Sonuncu 23 aprel 2020-ci il tarixli, 9/4612 nömrəli ekspert rəyinin nəticəsi ilə hazırkı rəyin nəticələri arasındakı fərq onunla izah edilmişdir ki, hazırkı rəyin cədvəl məlumatlarından da göründüyü kimi, cavabdeh tərəfindən sonuncu ödəniş 07 sentyabr 2016-cı il tarixdə edildiyindən tədqiqatla həmin ödəniş nəzərə alınmamışdır.
Tətbiq edilən hüquq
26. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur; Maddə 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər; Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır; Maddə 319.4. Açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiyməti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir; Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir; Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir; Maddə 501. Kreditor öz arzusu ilə istənilən borcludan həm tam, həm də hissə-hissə icranı tələb edə bilər. Öhdəlik tam icra edilənədək qalan borcluların öhdəlikləri qüvvədə qalır; Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
27. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 34.1. İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; Maddə 39.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; Maddə 41.1. İpoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər; Maddə 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar; Maddə 59.4. Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar.
28. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair” xx.xx.2020-ci il tarixli Qərardadı: “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir.
29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər; Maddə 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər; Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir; Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.3. qətnaməni dəyişdirə bilər.
Apellyasiya baxışının hədləri
30. İddiaçının apellyasiya şikayəti ilə qətnamə qismən, cavabdehlərin şikayəti ilə isə tam mübahisələndirildiyindən, məhkəmə aktı şikayətlərin dəlilləri üzrə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
31. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi əsas borc və faiz borcunun məbləğləri və ipoteka predmetlərinin ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı hissələrdə düzgün nəticəyə gəlməmişdir.
32. İşin hallarından müəyyən edilir ki, iddiaçı QSC "xxxx" KB ilə Cavabdeh3 arasında 09 iyun 2014-cü il tarixdə 1xx/xx/72195/14 nömrəli kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Bank borcalana illik 18 faiz ilə 48 ay müddətinə 325000 manat məbləğdə kredit vermişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh1 məxsus Bakı şəhəri Nizami rayonu Əli Vəliyev küçəsi ev 14, 48 nömrəli mənzil 12 aprel 2016-cı il tarixdə 1xx/xx/72195/14 nömrəli ipoteka müqaviləsi əsasında, Cavabdeh4 məxsus Bakı şəhəri Nərimanov rayonu X11 prospekti ev 146, 13 nömrəli mənzil 09 iyun 2014-cü li tarixdə 1xx/xx/72195/14 nömrəli ipoteka müqaviləsi əsasında Bank qarşısında ipoteka ilə yüklü edilmişdir. İddiaçı həmin kredit müqaviləsində göstərilən məbləğdə pulu Cavabdeh3 verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin iş üzrə cavabdehlər bu müqavilələr üzrə öhdəlikləri lazımınca icra etməməklə müqavilələrin və mülki qanunvericiliyin şərtlərini pozmuşlar.
33. Borcun ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh müqavilə üzrə iddiaçıya qalan borcunu ödəməlidir.
34. Belə ki, cavabdehin iddiaçıya borclu olması işdə olan mötəbər sübutlarla təsdiq olunmaqla, eyni zamanda işin mübahisəsiz halıdır.
35. Tərəflər arasındakı birinci mübahisəli məqam əsas və faiz borcunun məbləği ilə bağlıdır.
36. Belə ki, iddiaçı şikayətində göstərmişdir ki, məhkəmə sadəcə ekspert rəyinə istinad edərək əsas borcun, eyni zamanda əsas borca mütənasib olmayan məbləğdə cərimə borcunun məbləğini azaltmaqda haqlı olmamışdır. Əsas və faiz borcunun məbləği Cavabdeh3 tərəfindən də mübahisələndirilmişdir.
37. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, əsas və faiz borcunun məbləği barədə tərəflər arasında mübahisə olduğundan işə baxan məhkəmə də haqlı olaraq bu borcun məbləğinin dəqiq müəyyənləşdirilməsi üçün məhkəmə-mühasibatlıq ekspertizasının rəyini almışdır. Bunun əksi, sadəcə iddiaçının təqdim etdiyi sübutlar (maliyyə arayışı, ödəniş cədvəlləri və s.) əsasında bu borcun məbləğinin müəyyənləşdirilməsi cavabdehə münasibətdə ədalətsiz yanaşma olmaqla, onun ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına səbəb ola bilərdi. İş üzrə həm birinci instansiya məhkəməsi, həm də apellyasiya instansiyası məhkəməsi tərəfindən alınmış ekspert rəylərində göstərilən məbləğlərin iddiaçının tələb etdiyi məbləğdən fərqli olması da bunu deməyə əsas verir. Bu iki ekspert rəyinin özlərinin arasında da ziddiyət olmasına baxmayaraq, məhkəmə kollegiyası əsas və faiz borcunun məbləği ilə bağlı təqdim edilmiş sonuncu – 31 mart 2023-cü il tarixli ekspert rəyini əsas götürməklə iş üzrə əsas borcun məbləğinin 86560,95 manat, faiz borcunun məbləğinin isə 27353,26 manat olmasını düzgün hesab edir. Ona görə ki, ekspertin də qeyd etdiyi kimi, əvvəlki ekspert rəyində cavabdeh tərəfindən 07 sentyabr 2016-cı il tarixdə həyata keçirilmiş sonuncu ödəniş nəzərə alınmamışdır.
38. Həmçinin, məhkəmə kollegiyası hesab edir ki, illik 5%-lə hesablanmış gecikdirilmiş faiz borcu da əsas məbləğə uyğun olaraq hesablanmalıdır. Gecikdirilmiş günlərin 395 gün, hər gün üçün hesablanmalı olan məbləğin (86560/100x5)/365)) 11,85 manat olması nəzərə alınmaqla gecikdirilmiş faiz borcunun məbləği 4680,75 manat müəyyən olunmalıdır.
39. Ekspert rəyinin mötəbər sübut kimi qəbul edilməməsi üçün hər hansı hal aşkar edilməmiş, nə də iddiaçının özü tərəfindən belə bir hal göstərilməmiş, bu barədə iddiaçının mülahizələri sadəcə formal ifadələrlə əsaslandırılmışdır.
40. İddiaçının apellyasiya şikayətində cərimənin tutulması ilə bağlı hissə də mübahisələndirilsə də, məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə müəyyən olunmuş 3000 manat cərimə məbləği həm Mülki Məcəllənin 467-ci maddəsinin tələbləri, həm də kreditorun əmlak mənafeləri və formalaşmış məhkəmə təcrübəsi baxımından qanuni, əsaslı və ədalətlidir.
41. İddiaçı tərəfindən mübahisələndirilən digər məqam da məhz ipoteka predmetlərinin ilkin satış qiymətinin reallığa uyğun olmayan məbləğdə müəyyənləşdirilməsi ilə bağlıdır ki, bununla bağlı da apellyasiya instansiyası məhkəməsi tərəfindən ekspert rəyi alınmış və ekspert rəyində Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri Nizami rayonu Əli Vəliyev küçəsi ev 14, 48 nömrəli mənzilin hazırkı orta bazar dəyərinin təqribən 125000 manat və likvid dəyərinin təqribən 119000 manat məbləğdə, Cavabdeh4 mülkiyyətində olan Bakı şəhəri Nərimanov rayonu X11 prospekti ev 146, 13 nömrəli mənzilin hazırkı orta bazar dəyərinin təqribən 208000 manat və likvid dəyərinin təqribən 198000 manat məbləğdə müəyyən edilmişdir.
42. Nəzərə alınmalıdır ki, tərəflər arasındakı ipoteka müqavilələri 2014 və 2016-cı illərdə bağlanmış və həmin vaxtdan xeyli müddət keçməklə, əmlak bazarında olan qiymətlər də kəskin dəyişmişdir. Belə olan halda hazırkı ipoteka predmeti olan əmlakların indiki vaxta olan real bazar dəyərinin və likvid dəyərinin müəyyənləşdirilməsi mütləqdir.
43. İddiaçı həmçinin, bank tərəfindən məhkəmədə iddia qaldırılarkən tələblərdən biri də tutmanın həmçinin Cavabdeh2 məxsus Bakı şəhəri Nəsimi rayonu Şamil Əzizbəyov küçəsi ev 88a, 110 nömrəli mənzilə yönəldilməsi ilə bağlı tələbin rədd edilməsini düzgün hesab etmədiyindən, bu halı da mübahisələndirmişdir.
44. Bununla bağlı kollegiya qeyd edir ki, elektron məhkəmə informasiya sistemində, nə də mülki işin kağız daşıyıcıda olan materiallarında belə bir ipoteka müqaviləsi mövcud olmadığından birinci instansiya məhkəməsi bu ipoteka predmetinə münasibətdə iddianı rədd etməkdə haqlı olmuşdur. İddiaçı bu müqavilənin mövcudluğunu iddia etsə də apellyasiya şikayətinə də bu müqaviləni əlavə etməmişdir.
45. Bundan əlavə, tərəflərin izahatları və işin digər halları məhkəmə kollegiyasında bu ipoteka müqaviləsi mövcud olsa da, sonradan ipoteka predmetinin yüklülükdən azad edilməsi barədə qənaət formalaşdırır. Belə ki, işdən görünür ki, həmin ipoteka predmeti 02 may 2016-cı il tarixli alqı-satqı müqaviləsi əsasında X1 mülkiyyətinə keçmişdir. Bu əqddən qısa bir müddət əvvəl, 12 aprel 2016-cı il tarixdə isə Cavabdeh1 məxsus mənzil bank qarşısında 09 iyun 2014-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliyin təminatı kimi ipoteka ilə yüklü edilmişdir. Göründüyü kimi, kredit müqaviləsi bağlanarkən, iddiaçı 2 mənzilin öhdəliyin təminatı kimi ipoteka ilə yüklü edilməsini kifayət hesab etmiş, 2 il sonra isə mənzillərdən biri özgəninkiləşdirilməklə, başqa bir mənzil barəsində ipoteka müqaviləsi bağlanmışdır.
46. Cavabdeh1 şikayətinin dəlillərində isə Cavabdeh4 mülkiyyətində olan Bakı şəhəri Nərimanov rayonu X11 prospekti ev 146, 13 nömrəli mənzil və Cavabdeh2 məxsus Bakı şəhəri Şamil Əzizbəyov küçəsi ev 88a, 110 nömrəli mənzillərin hazırda Cavabdeh3 banka olan 129890,70 manat məbləğdə borcunu ödədiyindən və mülkiyyətində olan, 12 aprel 2016-cı il tarixdə ipoteka ilə yüklü mənzilin açıq hərracda satılmasını tələb etməyin qanunsuz və əsassız olduğunu irəli sürmüşdür.
47. Bu dəlillə bağlı kollegiya qeyd edir ki, cavabdehin şikayətində sadaladığı bu halların heç biri ona məxsus ipoteka predmetinə tutmanın yönəldilməməsi üçün əsas deyil. Nəzərə alınmalıdır ki, sözügedən ipoteka müqaviləsi tərəflərin öz iradəsi ilə, müqavilələrin azadlığı prinsipinə əməl etməklə könüllü bağlanmışdır və hazırda da borclu öhdəliyi tam icra etmədiyindən bu müqavilə qüvvədədir. İpoteka müqaviləsi də qüvvədə olduğundan, Cavabdeh1 digər cavabdehlərlə birlikdə, birgə borclu kimi iddiaçı qarşısında məsuliyyət daşımalıdır.
48. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə 09 iyun 2014-cü il tarixli 1xx/xx/72195/14 nömrəli kredit müqaviləsi üzrə əsas və faiz borcunun məbləği, 09 iyun 2014-cü li tarixli 1xx/xx/72195/14 nömrəli və 12 aprel 2016-cı il tarixli 1xx/xx/72195/14 nömrəli ipoteka müqavilələri üzrə ipoteka predmetlərinin ilkin satış qiymətinin və likvid dəyərinin müəyyən edilməsi hissələrdə düzgün olmamışdır, cavabdehlərin apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə qismən təsdiq olunmaqla, qətnamənin dəyişdirilməsinə əsas verir. Bununla bağlı olaraq, cavabdehlərin şikayətləri qismən təmin edilməli, qətnamə yoxlanılan hissədə müzakirə olunan qaydada dəyişdirilməlidir.
49. Bundan başqa məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə əsasən iş üzrə alınmış ekspert rəylərinin verilməsinə sərf olunan vəsait tərəflərdən tutulmalıdır.
50. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli, 2(005)- 78/2021 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli, 2(005)- 78/2021 nömrəli qətnaməsi əsas borc, faiz və gecikdirilmiş faiz borcunun məbləğləri və ipoteka predmetlərinin ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı hissələrdə dəyişdirilsin. Cavabdeh3 ləğv prosesində olan "xxxx" X6 Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı olan əsas borcun məbləği 86560,95 manat, faiz borcunun məbləği 27353,26 manat, gecikdirilmiş faiz borcunun məbləği 4680,75 manat olmaqla ümumilikdə 118594,96 manat müəyyən edilsin. İpoteka predmeti olan Bakı şəhəri Nizami rayonu Əli Vəliyev küçəsi ev 14, 48 nömrəli mənzilin ilkin satış qiyməti 119000 manat, Bakı şəhəri, Nərimanov rayonu X11 prospekti, ev 146, 13 nömrəli mənzilin ilkin satış qiyməti 198000 manat müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. "xxxx" X6 Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti təmin edilməsin. Əlavə məhkəmə-mühasibatlıq ekspertizası və ipoteka predmetlərinin qiymətləndirilməsi ilə bağlı ekspertiza tədqiqatlarının keçirilməsinə sərf olunmuş 200 manat məbləğdə pul vəsaitinin 100 manat məbləğində hissəsi ləğv prosesində olan "xxxx" X6 Səhmdar Cəmiyyətindən, 100 manat məbləğində hissəsi Cavabdeh3 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
HAKİMLƏR Fərrux Qasımov
Fuad Abdıyev Xəyal Sarıyev