Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3737/2025 10.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsinə dair mülki iş üzrə (açar sözlər: mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X3 və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacızadə Kəmalə Hafiz qızının katibliyi ilə, Ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsinə dair xüsusi icraat qaydasında baxılmış mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 aprel 2025-ci il tarixli, 2(001)-3393/2025 nömrəli qətnaməsindən Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. 04 fevral 2025-ci il tarixli MŞŞ MT00225 nömrəli Barışıq sazişindən görünür ki, Ərizəçi, Maraqlı şəxs və mediator X4 arasında mediasiya prosesi nəticəsində barışıq sazişi bağlanmışdır və sazişin şərtləri aşağıkılardır: “1. “Tərəflər” Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış 30 noyabr 2019- cu il tarixli borc müqaviləsinə əsasən Maraqlı şəxs Ərizəçi 300000 manat məbləğində aldığı borc puldan 50000 manat hissəsini 04 fevral 2025-ci il tarixdə, qalan 250000 manat hissəsini isə 04 mart 2025-ci il tarixdə Ərizəçi qaytarmağı Maraqlı şəxs öhdəsinə götürür.
2. Bu öhdəlik pozulduğu halda “Tərəflər” aidiyyatı üzrə məhkəməyə müraciət edə bilərlər. ... 6. Saziş, əgər Sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa imzalandığı gündən Tərəflər üçün məcburi xarakter daşıyır. Sazişdə Tərəflər arasında ayrı müddət müəyyən edilməmişdirsə tam imzalandığı gündən 10 təqvim günü müddətində könüllü icra olunmalıdır. Həmin Sazişin 8-ci maddəsinə əsasən Sazişin könüllü icrasından imtina olunarsa Tərəf Sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər.”
2. İş materiallarında olan borc verən Ərizəçi ilə borc alan Maraqlı şəxs arasında bağlanmış 30 noyabr 2019-cu il tarixli borc müqaviləsindən görünür ki, müqavilə əsasən borc verən 300000 manat məbləğində pul vəsaitinə mülkiyyət hüququnu borc alana verməyi, borc alan isə borc müqaviləsinin şərtlərinə uyğun olaraq borc verənə geri qaytarmağı öhdəsinə götürmüşdür.
3. İş materiallarında olan Maraqlı şəxs tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, Maraqlı şəxs ərizədə qeyd etmişdir ki, Ərizəçi ilə aralarında bağlanılmış borc müqaviləsini özü imzalamış və ondan 300000 manat borc almışdır. Həmçinin mediasiyada aralarında razılıq əldə olunmuş və barışıq sazişi imzalanmışdır. Lakin sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu obyektdə ciddi ziyana düşdüyündən Ərizəçi olan borcunu vaxtında, barışıq sazişində qeyd olunan tarixdə qaytara bilməmişdir. Söz verir ki, məhkəmə qətnaməsi icra olunarkən Ərizəçi olan borcunu hissə-hissə ona qaytaracaqdır. Bu səbəbdən Ərizəçi ərizəsinin təmin olunmasına və barışıq sazişinin təsdiq olunmasına heç bir etirazı yoxdur.
Birinci instansiya məhkəməsində icraat
4. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, ərizənin təmin edilməsi, ərizəçi onunla Maraqlı şəxs arasında bağlanmış 04 fevral 2025-ci il tarixli, MŞŞ/MT00225-nömrəli barışıq sazişinin 1-ci bəndinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
5. Ərizə onunla əsaslandırılmışdır ki, onunla Maraqlı şəxs arasında 30 noyabr 2019-cu il tarixdə borc müqaviləsi bağlanmışdır. Borc müqaviləsinin 1.1-ci bəndinə əsasən Ərizəçi 300000 manat məbləğində pul vəsaitinə mülkiyyət hüququnu Maraqlı şəxs borc verməyi, Maraqlı şəxs isə borcu müqavilənin şərtlərinə uyğun olaraq ona, yəni Ərizəçi geri qaytarmağı öhdəsinə götürmüşdür. Həmin müqavilənin 1.1-ci bəndində nəzərdə tutulmuş 300000 manat məbləği o, yəni Ərizəçi tam həcmdə Maraqlı şəxs təqdim etmiş, Maraqlı şəxs isə 300000 manat məbləği ondan tam həcmdə təhvil almış, Maraqlı şəxs bundan sonra müqaviləni öz imzası ilə təsdiq etmişdir. Bundan sonra Maraqlı şəxs müxtəlif bəhanələrlə həmin borcu, yəni 300000 manat pul vəsaitini müqavilənin şərtlərinə uyğun olaraq ona təhvil verməkdən, qaytarmaqdan boyun qaçırmışdır. Borc verilmiş 300000 manat pul məbləğinin qaytarılması işi ilə bağlı o, Şəki 1 saylı Mediasiya Təşkilatına müraciət etmiş, onun müraciətinə əsasən Şəki 1 saylı Mediasiya Təşkilatı tərəfindən X4 mediator təyin edilmişdir. O, vəMaraqlı şəxs 04 fevral 2025-ci il tarixdə mediasiya prosesində iştirak etmişlər və tərəflər arasında “Barışıq Sazişi” imzalanmışdır. Barışıq sazişinə əsasən: Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış 30 noyabr 2019-cu il tarixli borc müqaviləsinə əsasən Maraqlı şəxs Ərizəçi 300000 manat məbləğində aldığı borc puldan 50000 manat hissəsini xx.xx.2025-ci il tarixdə, qalan 250000 manat hissəsini isə 04 mart 2025-ci il tarixdə ona, yəni Ərizəçi qaytarması barədə üzərinə öhdəlik götürməsi barədə razılığa gəlmişlər. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə, barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Maraqlı şəxs borc aldığı pul məbləğini ödəməkdən boyun qaçırır. Onunla telefonla əlaqə saxlamış, ona “Get ver məhkəməyə” demişdir. Göründüyü kimi artıq barışıq sazişinin könüllü icrası üçün Mediasiya haqqında Azərbaycan Respublikasının Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddət keçmişdir.
6. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 aprel 2025-ci il tarixli, 2(001)- 3393/2025 nömrəli qətnaməsinə əsasən ərizə rədd edilmişdir.
7. Qətnamə onunla əsaslandırılmışdır ki, tərəflər arasında borcla bağlı mübahisə mövcud olduğundan, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən mediasiya məhz mübahisələrin alternativ həlli üsullarından olmaqla yanaşı, yalnız ailə və əmək mübahisələri üzrə məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb edildiyindən, borc mübahisələri üzrə məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb edilmədiyindən, tərəflər arasında bağlanmış borc müqaviləsinin təsdiqlənməsi xahiş edilən barışıq sazişi mülki qanunvericiliyin tələblərinə zidd olduğundan təsdiq edilməməlidir.
8. Məhkəmə gəldiyi nəticəni Mülki Prosessual Məcəllənin 355-23, 355-25, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 3, 28, 29-cu maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
9. Ərizəçi qətnamədən apellyasiya şikayəti verərək ləğv olunmasını və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Şikayətin dəlillərinə görə, barışıq sazişi tam hüquqi əsaslarla bağlanmış və tərəflər üçün məcburidir. “Mediasiya haqqında” Azərbaycan RespublikasınınQanununun 34.1-ci maddəsinə əsasən, barışıq sazişi tərəflər tərəfindən imzalandığı andan məcburi hüquqi qüvvəyə malikdir. Həmin saziş könüllü şəkildə imzalanıb və tərəflərin iradəsini əks etdirir. Məhkəmənin əsaslandırması hüquqa ziddir. Məhkəmə qətnaməsində qeyd edir ki, borc mübahisələri üzrə ilkin mediasiya sessiyası məcburi olmadığından barışıq sazişi mülki qanunvericiliyə ziddir. Bu yanaşma yanlış və əsassızdır, çünki ilkin mediasiya sessiyasının məcburi olub-olmaması yalnız işin ilkin mərhələsində mediasiyaya müraciət zərurətini müəyyən edir. Lakin saziş əldə olunduqdan sonra həmin saziş artıq mübahisənin alternativ həllinə dair hüquqi nəticə doğuran sənəd sayılır və icrası məcburidir. Barışıq sazişi konkret, aydın və icra oluna biləndir. 04 fevral 2025-ci il tarixli barışıq sazişinə əsasən, Maraqlı şəxs ümumi 300000 manat borcun 50.000 manatını 04 fevral 2025 tarixində, 250000 manatını isə 04 mart 2025-ci il tarixində qaytarmalı idi. Qarşı tərəf bu öhdəlikləri icra etməmiş və könüllü icradan imtina etmişdir. Məhkəmə MP Məcəlləsinin 355-23.1 və 355-26-cı maddələrini düzgün tətbiq etməmişdir. Barışıq sazişinin təsdiqindən yalnız 355-26-cı maddədə nəzərdə tutulan hallar olduqda imtina edilə bilər (məsələn, qanuna zidd olduqda və s.). Mövcud iş üzrə bu hallardan heç biri yoxdur. Məhkəmənin qətnaməsində mediasiyanın yalnız məcburi olduğu hallarda hüquqi nəticə doğuracağı barədə yanaşma ifadə olunmuş və bu səbəbdən borc mübahisəsi üzrə əldə edilmiş barışıq sazişinin hüquqi qüvvəsi tanınmamışdır. Bu yanaşma qanunvericiliyin ruhuna və mediasiya institutunun mahiyyətinə ziddir. Mediasiya yalnız ailə və əmək mübahisələrində məcburi ilkin mərhələdir, lakin digər sahələrdə könüllü əsaslarla həyata keçirilir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa görə yalnız ailə və əmək mübahisələri üzrə məhkəməyə müraciət etməzdən əvvəl ilkin mediasiya sessiyasında iştirak məcburidir. Mülki mübahisələrdə isə belə məcburiyyət yoxdur, lakin bu, mediasiya prosesinin keçirilməsini və nəticəsində bağlanan barışıq sazişinin hüquqi nəticələr doğurmasını istisna etmir. Mediasiya institutu istənilən mülki hüquqi mübahisənin alternativ həlli vasitəsidir və qanunla qadağan olunmayıb. Mediasiya prosesi yalnız “məcburi” və “qadağan olunmuş” çərçivəsində qiymətləndirilə bilməz. Qanunla icazə verilən daha doğrusu qadağan edilməyən mübahisələr üzrə tərəflər istənilən vaxt mediasiyaya müraciət edə bilər. Bu isə öz növbəsində onların hüquq subyektivliyinə və müqavilə azadlığı prinsipinə tam uyğundur. Barışıq sazişi məhkəmənin yox, tərəflərin iradəsinə əsaslanaraq formalaşır və hüquqi qüvvə daşıyır. Qanunvericiliyin məqsədi və mediasiyanın tətbiq sahəsi göstərir ki, mübahisəni könüllü və qarşılıqlı razılaşma ilə həll etmək hüquqi baxımdan üstünlük daşıyır. Məhkəmənin qərarı faktiki olaraq mediasiya institutunu hüquqi sistemdə passiv və mənasız hala gətirir, bu isə qanunvericiliyin məqsədinə ziddir. Məhkəmə mediasiyanın nəticələrinə hüquqi qiymət vermək əvəzinə onun başlanma formasını mübahisələndirmişdir. Məhkəmə mediasiyanın hüquqi nəticəsi olan barışıq sazişini yox, ilkin mərhələdə mediasiyanın könüllü olub-olmamasını əsas götürərək sazişi təsdiqləməkdən imtina etmişdir. Halbuki bu, hüquqi məntiqə və Azərbaycan Respublikası qanunvericiliyinə uyğun deyil. Göründüyü kimi Binəqədi Rayon Məhkəməsi “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci, 34.3-cü və 34.4-cü maddələrinin tətbiqində səhvə yol vermiş, həmin maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. Nəticədə Ərizəçi hüquqları pozulmuşdur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlmədikləri üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmışdır
Tətbiq edilən hüquq
13. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu:
Maddə 9.3. Tərəflərin aşağıdakı vəzifələri vardır: 9.3.1. barışıq sazişinin icrasını təmin etmək; Maddə 32.1. Mediasiya prosesinə aşağıdakı hallarda xitam verilir: 32.1.1. tərəflər arasında barışıq sazişi bağlandıqda; Maddə 33.3. Barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. Maddə 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Maddə 34.2. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Maddə 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Maddə 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Maddə 34.5. Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur.
14. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Maddə 355-26.1. Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Maddə 355-26.2. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.
Apellyasiya baxışının hədləri
15. Apellyasiya şikayəti ilə qətnamənin ləğv edilib iddianın təmin edilməsi tələb edildiyindən məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
16. Birinci instansiya məhkəməsi sazişin təsdiq olunmasından imtinanı edərkən 2 əsas qeyd etmişdir: - tərəflər arasında borcla bağlı mübahisə mövcud olduğundan, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən mediasiya məhz mübahisələrin alternativ həlli üsullarından olmaqla yanaşı, yalnız ailə və əmək mübahisələri üzrə məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb edildiyindən, borc mübahisələri üzrə məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb edilmir; - tərəflər arasında bağlanmış borc müqaviləsinin təsdiqlənməsi xahiş edilən barışıq sazişi mülki qanunvericiliyin tələblərinə zidddir.
17. İlkin olaraq məhkəmə kollegiyası 2-ci əsasla bağlı qeyd edir ki, qətnamədə barışıq sazişi mülki qanunvericiliyin tələblərinə zidd olması qeyd olunsa da, hansı normanın tələbinə, hansı prinsipin mahiyyətinə zidd olmasına aydınlıq gətirilməmişdir. Sazişin məzmunu nəzərdən keçirilərkən hər hansı bir normann tələbtinə zidd olma halı müəyyən edilmir.
18. Məhkəmə kollegiyası 1-ci əsasla bağlı apellyasiya şikayətinin dəlilləri ilə razılaşaraq qeyd edir ki, ilkin mediasiya sessiyasının məcburi olub-olmaması yalnız işin ilkin mərhələsində mediasiyaya müraciət zərurətini müəyyən edir, lakin saziş bağlandıqdan sonra həmin saziş artıq mübahisənin alternativ həllinə dair hüquqi nəticə doğuran sənəd sayılır və icrası məcburidir.
19. Eyni zamanda mülki prosessual qanunvericilik barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtinanın 2 şərtini qeyd edir: - barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; - barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda.
20. Lakin yuxarıda qeyd olunduğu kimi, sazişdə qanuna zidd olan hər hansı bir şərt və üçüncü şəxslərin hüquqlarına toxunulma halları mövcud deyildir.
21. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, qətnamənin ləğvi üçün əsaslar mövcuddur.
22. Ərizəçi tələbində sazişin yalnız 1-ci bəndinin təsdiq olunmasını xahiş edir. MPM-nin 355-26.2-ci maddəsinə əsasən barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun.
23. Sazişə diqqət yetirdikdə görünür ki, sazişin mahiyyəti yalnız 1-ci bənddə öz əksini tapmışdır və digər hissələrdən ayrılması mümkündür. Buna görə də məhkəmə kollegiyası bu qənaətə gəlir ki, ərizə təmin olunmalıdır.
24. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin sazişin təsdiq olunmasından imtina ilə bağlı gəldiyi nəticə əsssız və qanunsuzdur, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təsdiqini tapmaqla, qətnamənin ləğvinə əsas verir. Buna görə də apellyasiya şikayəti təmin olunaraq qətnamə ləğv, ərizə isə təmin edilməlidir.
25. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 aprel 2025-ci il tarixli, 2(001)- 3393/2025 nömrəli qətnaməsindən Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 aprel 2025-ci il tarixli, 2(001)- 3393/2025 nömrəli qətnaməsi ləğv edilsin və ərizə təmin olunsun. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış 04 fevral 2025-ci il tarixli, MŞŞ/MT00225-nömrəli barışıq sazişinin aşağdakı məzmunda olan 1-ci bəndi təsdiq edilsin: “Tərəflər- Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış 30 noyabr 2019- cu il tarixli borc müqaviləsinə əsasən Maraqlı şəxs Ərizəçi 300000 manat məbləğində aldığı borc puldan 50000 manat hissəsini 04 fevral 2025-ci il tarixdə, qalan 250000 manat hissəsini isə 04 mart 2025-ci il tarixdə Ərizəçi qaytarmağı Maraqlı şəxs öhdəsinə götürür.” Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.