Məhkəmə qərarları › İş №2(103)-3777/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3777/2025

23.09.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3777/2025 23.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlunun sədrliyi ilə (məruzəçi), Mərdanova Xumar Afət qızı və X1 ibarət tərkibdə, Əmiraslanova Nigar Çingiz qızının katibliyi, İddiaçı və nümayəndəsi-vəkili Nümayəndə1, Cavabdeh1 və nümayəndəsi-vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “qızıl-zinət əşyalarının və cehiz əşyalarının geri qaytarılması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 23 aprel 2025-ci il tarixli 2(003)-83/2025 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi, daha sonra iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan aşağıdakı cehiz və qızıl-zinət əşyalarının geri qaytarılması, mümkün olmayan (mövcud olmayan, sayına görə tam olmayan, yararsız, zədələnmiş, əvvəlki keyfiyyətini və dəyərini itirmiş və sair) hər bir cehiz və qızıl-zinət əşyasının (əşyalarının) iddia ərizəsində qeyd edilən dəyərinin, cəmi 12328 manat (3400 manat+8928 manat=12328 manat) məbləğində pulun: elektronika (“Baku Electronics”) əşyaları: cəmi-3400 manat: 1 ədədmıkrovalnovka (bosch)-700 manat; 1 ədəd elektrık soba (bosch)-650 manat; 1 ədəd bişirmə paneli qaz plitəsi (bosch )-400 manat; 1 ədəd ətçəkən maşin (tefal)-350 manat; 1 ədəd tozsoran (roventa)-380 manat; 1 ədəd televizor (sumsung)-700 manat; 1 ədəd buxar ütüsü (bosch )-220 manat; qizil-zinət əşyalari – cəmi-8928 manat: 1 dəst Komplekt: 1 cüt- Sırğa, 1 ədəd Üzük, 1 ədəd-Boyunbağı, 1 ədəd Qolbağ; Əyarları: 720; (cəmi çəkiləri: 27gram * 120 manat ); dəyərləri: 3240 manat; Yaşıl qaşlı dəst komplekt: 1 cüt-Sırğa və 1 ədəd-Boyunbağı; Əyarları: 750; (cəmi çəkiləri: 11 gram * 120 manat); Dəyərləri: 1320 manat; Elçilikdə verilən 1 ədəd Üzük; Əyarı: 750, (Çəkisi: 2.5 gram* 120); Dəyəri: 300 manat; 1 ədəd Nikah Üzüyü; Əyarı:750; (Çəkisi: 5.5 gram *120); Dəyəri: 660 manat; 1 ədəd Qızıl qolbaq (qaşlı); Əyarı: 750; (Çəkisi: 10 gram*120); Dəyəri: 1200 manat; 1 ədəd- 2 qaşlı, 2 asqılı, qızıl Boyunbağı; Əyarı: 750; (Çəkisi: 7 gram*120 azn ); Dəyəri: 840 manat; 1 ədəd-Açarformalı, qızıl Boyunbağı; Əyarı: 585; (Çəkisi: 4 gram*90 manat); Dəyəri: 360 manat; 1 cüt-Tac qızıl Sırğa; Əyarı: 750; (Çəkisi: 2.5 gram*120); Dəyəri: 300 manat; 1 ədəd-Tək qaşlı, ağ qızıl Boyunbağı; Əyarı: 750; (Çəkisi: 3.2 gram*120 manat); Dəyəri: 384 manat; 1 ədəd-Ulduz formalı, tək qaşlı, qızıl Boyunbağı; Əyarı: 750; (Çəkisi: 2.7 gram *120 manat), Dəyəri: 324 manat – cavabdehlərdən müştərək qaydada alınaraq ona təhvil verilməsi və iddianın verilməsi üçün məhkəməyə ödənilmiş 315 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 23 aprel 2025-ci il tarixli 2(003)-83/2025 nömrəli qətnaməsi ilə (hakim Zaur Tağıyev) iddia qismən təmin edilmiş, Cavabdeh1 dəyəri 3240,0 manat olan 1dəst komplekt (1 cüt sırğa, 1 ədəd üzük, 1 ədəd boyunbağı, 1 ədəd qolbaq), dəyəri 880,0 manat olan yaşıl qaşlı dəst komplekt (1 cüt sırqa, 1 ədəd boyunbağı), dəyəri 300,0 manat olan elçilikdə verilən 1 ədəd üzük, dəyəri 660,0 manat olan 1 ədəd nikah üzüyü, dəyəri 1200,0 manat olan 1 ədəd qaşlı qızıl qolbaq, dəyəri 840,0 manat olan 1ədəd 2 qaşlı 2 asqılı qızıl boyunbağı, dəyəri 360,0 manat olan 1 ədəd açar formalı qızıl boyunbağı, dəyəri 300,0 manat olan 1 cüt Tac qızıl sırqa, dəyəri 384,0 manat olan 1 ədəd təkqaşlı qızıl boyunbağı, dəyəri 324,0 manat olan 1 ədəd ulduz formalı təkqaşlı qızıl boyunbağı, dəyəri 522,0 manat olan 1ədəd Bosch markalı mikrodalğalı soba, dəyəri 650,0 manat olan Bosch markalı elektrik soba, dəyəri 275,0 manat olan Bosch markalı bişirmə paneli –qaz plitəsi, dəyəri 341,0 manat olan Tefal markalı ətçəkən, dəyəri 266,0 manat olan Rowenta markalı tozsoran, dəyəri 700,0 manat olan Samsung markalı televizor, dəyəri 191,0 manat olan Bosch markalı burax ütüsünün alınaraq iddiaçıya qaytarılması, həmin əşyaların naturada qaytarılması mümkün olmadıqda isə onların dəyərinin Cavabdeh1 alınaraq İddiaçı verilməsi, ekspertiza tədqiqatının dəyəri olaraq 300,0 manat məbləğində pul vəsaitinin Cavabdeh1 alınaraq Premium Qiymətləndirmə MMC-nin hesabına ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı tərəflər məhkəməyə barışıq sazişi təqdim edərək, iş üzrə icraata xitam verilməsini xahiş etdilər. Məhkəmə kollegiyasına təqdim edilmiş barışıq sazişində aşağdıkalar göstərilmişdir: Bir aşağıda imza edənlər İddiaçı və Cavabdeh1 aşağıdakı məzmunda barışıq sazişi bağlayaraq işi sülhə bağlayırıq:

1. Cavabdeh1 öhdəsinə götürür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin bu iş üzrə olan 23 aprel 2023-cü il tarixli qətnaməsi ilə İddiaçı xeyrinə qət olunmuş bütün məişət texnikaları istisna olmaqla, qət olunmuş qızıl-zinət əşyalarının müqabilində hər ay 500 manat olmaqla, ayın 10-15-i aralığı 10 ay müddətində (5000 AZN məbləğində), məişət avadanlığına görə isə (televizor, tozsoran və s. qətnamədə göstərilən) eyni qaydada hər ay ayın 10-15-i aralığı 175 manat ödəməklə 10 ay müddətinə ödəməyi öz öhdəsinə götürür. Bunun müqabilində İddiaçı hazırki iş üzrə iddiasından tam olaraq imtina edir. Ödəniş oktyabr ayı 2025-ci il tarixindən aparılacaq. Hərəkətlərimizin prosessual nəticəsi tərəflərə aydındır. Kollegiya proses iştirakçılarını dinləyib, barışıq sazişi və iş materiallarını tədqiq edərək hesab edir ki, barışıq sazişi təsdiq olunaraq, birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnaməsi ləğv edilməklə, iş üzrə icraata xitam verilməlidir. Barışıq sazişindən və tərəflərlə aparılan müzakirələrdən belə aydın olur ki, İddiaçı iddia tələbindən imtina etməsi müqabilində Cavabdeh1 hər ay ayın 10-15-i aralığında 675 manat olmaqla, 10 ay müddətində İddiaçı cəmi 6750 manat məbləğində pul ödəməyi öhdəsinə götürür və həmin məbləğ bütün tələbi, yəni həm qızıl-zinət əşyaları, həm də məişət avadanlıqlarının əvəzini ehtiva edir. Mülki Prosessual Məcəllənin 370-ci maddəsinə əsasən apelyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Həmin Məcəllənin 191.2-ci maddəsinə görə hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Mülki Prosessual Məcəllənin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla məhkəmə kollegiyası hesab edir ki, barışıq sazişi qanuna zidd olmadığından və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından təsdiq edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə mülki işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261, 370, 391, 400 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı:

İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “qızıl-zinət əşyalarının və cehiz əşyalarının geri qaytarılması tələbinə dair” mülki iş üzrə tərəflər arasında bağlanmış aşağıdakı məzmunda barışıq sazişi təsdiq edilsin:

1. Cavabdeh1 öhdəsinə götürür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin bu iş üzrə olan 23 aprel 2023-cü il tarixli qətnaməsi ilə İddiaçı xeyrinə qət olunmuş qızıl-zinət əşyalarının müqabilində hər ay 500 manat olmaqla, ayın 10-15-i aralığı 10 ay müddətində (5000 AZN məbləğində); məişət avadanlığına görə isə (televizor, tozsoran və s. qətnamədə göstərilən) eyni qaydada hər ay ayın 10-15-i aralığı 175 manat ödəməklə 10 ay müddətinə ödəməyi öz öhdəsinə götürür. Bunun müqabilində İddiaçı hazırki iş üzrə iddiasından tam olaraq imtina edir. Ödəniş oktyabr ayı 2025-ci il tarixindən aparılacaq. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 23 aprel 2025-ci il tarixli 2(003)-83/2025 nömrəli qətnaməsi ləğv edilərək mülki işin icraatına xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar