Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-378/2021 28.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Mərdanova Xumar Afət qızından və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 və Cavabdeh3 oğluna qarşı “kreditin tutulması və tələbin ipoteka predmetinə yönədilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-5/2020 saylı, 21 yanvar 2020-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasmda açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 05 iyun 2015-ci il tarixli №358/E saylıkredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsinə əsasən Cavabdeh1 38.219 ABŞ dolları əsas borcu, 10.543 ABŞ dolları faiz borcu, 1000 ABŞ dolları cərimə borcu olmaqla cəmi 49762 ABŞ dolları pul vəsaitinin və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı-nin xeyrinə ödənilməsi, tutmanın İddiaçı ilə Cavabdeh2 ilə 05 iyun 2015-ci il tarixli № 358/eg saylı ipotekamüqaviləsinə əsasən Cavabdeh2 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti, ev 146a, mənzil 46; Yeni qaydalarla: AZİ 106, ünvan 1 ünvanında yerləşən tam mülkiyyət hüququ üzrə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 2206nömrəli reyestr kitabının 205177 nömrəli vərəqində qeydiyyata alınmış, 47.0 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı mənziləyönəldilərək açıq hərracdan satılmasına və borcun ödənilməsinə yönəldilməsinə, mənzildə qeydiyyatda olan Cavabdeh2 və Cavabdeh3 Sərdərovnanın həmin mənzildən istifadə hüquqlarına xitam verilməsinə və ən geci 1 ay ərzində boşaldılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırılmışdır ki, İddiaçı “Azadlıq” filialı ilə Cavabdeh1 arasında 05 iyun 2015-ci il tarixli № 358/E saylı kredit müqaviləsi bağlanaraq borcalana 36 ay müddətinə, illik 22 faiz ödəmək şərti ilə 45.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kreditin qaytarılmasının təminatı kimi vətəndaş Cavabdeh2 ilə 05 iyun 2015-ci il tarixli № 358/eg saylı ipoteka müqaviləsi bağlanaraq ona məxsus Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti, ev 146a, mənzil 46; Yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən tam mülkiyyət hüququ üzrə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 2206 nömrəli reyestr kitabının 205177 nömrəlivərəqində qeydiyyata alınmış, 47.0 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı mənzil ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsinin 3.3-cü maddəsinə əsasən kredit üzrə faizlər kreditin borcalana verildiyi gündən hesablanır və həmin vəsait Kreditora tam ödənildiyi günə qədər hesablanır. Lakin cavabdehə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq hal-hazıradək kredit müqaviləsi üzrə götürülmüş öhdəliklər yerinə yetirilməmiş, borc ödənilməmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 21 yanvar 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 05 iyun 2015-ci il tarixli № 358/E saylıkredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh1 16536,38 ABŞ dolları əsas borc və 200 ABŞ dolları məbləğində cərimə, cəmi 16736,38 ABŞ dolları məbləğində borcun ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı-nin xeyrinə ödənilməsi, tutmanın Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti, 146a nömrəli evin, 46 nömrəli mənzilə yönəldilməsi, açıq hərracdan satılması və əldə olunan vəsait hesabına borcun İddiaçı-yə ödənilməsi, mənzilin ilkin satış qiymətinin 110.000 manat müəyyən edilməsi, Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti, 146a nömrəli evin, 46 nömrəli mənzilin satıldıqdan 1 ay sonra boşaldılması, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 195 manat məbləğində pulun Cavabdeh1 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir. Qətnamədən İddiaçı-nin nümayəndəsi apellyasiya şikayəti verərək onun “Cavabdeh1 16536,38 ABŞ dolları əsas borc və 200 ABŞ dolları məbləğində cərimə, cəmi 16736,38 ABŞ dolları məbləğində borcun 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi” hissəsində ləğv edilməsi və həmin hissədə Cavabdeh1 21048 ABŞ dolları əsas, 3406 ABŞ dolları faiz borcu və 200 ABŞ dolları cərimə borcu olmaqla, 24654 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi özü hesablama apararaq tələbin əsas borc hissəsini qanunsuz olaraq azaltmış, faiz borcu hissəsini isə tamamilə qanunsuz olaraq silmişdir. Halbuki iş materiallarında 18.07.2017-ci il və 26.02.2019-cu il tarixli mühasibatlıq ekspertilarının rəyləri mövcuddur. Əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçı bankın nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili apellyasiya şikayətinin əsassız olduğunu bildirərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmış digər cavabdeh səbəbləri barədə məlumat vermədən məhkəməyə gəlməmiş, kollegiya onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, işə baxan birinci instansiya məhkəməsi prosessual qanunvericiliyin tələbini pozmuş, “cavabdehlərin mənzildən istifadə hüquqularına xitam verilməsi” tələbinə ümumiyyətlə münasibət bildirməmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Kollegiya iş materiallarını bu kontekstdə araşdıraraq hesab edir ki, qeyd olunan hal birinci instansiya məhkəməsinin qətnaməsinin prosessual hüquq normalarının pozulması ilə çıxarılması kimi qiymətləndirilməli və apellyasiya şikayətinin dəlillərindən asılı olmadan qətnamə ləğv edilərək işə, işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İş materiallarında olan 05.06.2015-ci il tarixli, 358/E nömrəli kredit müqaviləsinin məzmunundan görünür ki, İddiaçı Cavabdeh1 36 ay müddətinə illik 22 faiz olmaqla 45000 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan 05.06.2015-ci il tarixli, 358/eg nömrəli ipoteka müqaviləsindən görünür ki, Cavabdeh2 mülkiyyətindəki Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti, 146a nömrəli evin, 46 nömrəli mənzili İddiaçı qarşısında ipoteka ilə yüklü etmişdir. İş materiallarında olan 01.11.2016-cı il tarixli, ABHD-320/16 pretenziya məktubundan görünür ki, Cavabdeh1 bank qarşısında öhdəliklərini yerinə yetirməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyinə dair xəbərdarlıq edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinin İddiaçı-nə ünvanlanmış 17.08.2016-ci il tarixli, **********06 saylı məktubundan görünür ki, Cavabdeh2 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti, 146a nömrəli evin, 46 nömrəli mənzilinin üzərində tutmanın yönəldilməsi barədə bildiriş qeydə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı, ******* nömrəli çıxarışının notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti, 146a nömrəli evin, 46 nömrəli mənzil İddiaçı-nin adına 10.06.2015-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan DƏDRX-ın RX seriyalı, ******* nömrəli çıxarışının notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti, ev 146a, mənzil 46 Cavabdeh2 adına 25.09.2014-cü il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan ərizədən görünür ki, Cavabdeh3 əri Cavabdeh2 məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti, 146a nömrəli evin, 46 nömrəli mənzilin bank qarşısında ipoteka qoyulmasına razıdır. İpoteka qoyulmuş əmlaka ödəniş yönəldiyi halda onu heç bir məhkəmə qətnaməsi tələb etmədən və məhkəməyə müraciət etmədən qeyd-şərtsiz tərk edəcəyini öhdəsinə götürmüşdür. İş materiallarında olan ödəniş qrafikindən görünür ki, aylıq ödənişin məbləği 1719,27 ABŞ dolları müəyyən edilmişdir. İş materiallarında olan 29.11.2016-cı il tarixli arayışa əsasən, Cavabdeh1 əsas kredit borcuna görə 38219 ABŞ dolları əsas borcu, 10543 ABŞ dolları faiz borcu və 1000 ABŞ dolları cərimə borcu vardır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6763 saylı 18 iyul 2017-ci il tarixli ekspert rəyinin nəticə hissəsindən müəyyən olunur ki, "Borcalan” Cavabdeh1 tərəfindən İddiaçı-dən alınmış kredit vəsaiti üzrə 29.11.2016-cı il tarixə (maliyyə arayışında tələb olunan tarixə) banka ödənilməli olan borcu 38219,34 ABŞ dolları əsas, 8291,48 ABŞ dolları faiz, ümumilikdə 46.510,82 ABŞ dolları məbləğində müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş, "xxxx" MMC-nin 15.11.2017-ci il tarixli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti, 146a nömrəli evin, 46 nömrəli mənzilin hazırkı dövrə tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapmış qiyməti 110.000 manat məbləğində təşkil edir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 5755 saylı 26 fevral 2019-cu il tarixli ekspert rəyinin nəticə hissəsindən müəyyən olunur ki, iş materiallarında olan hesabdan çıxarış və ödəniş qəbzinin məlumatlarından göründüyü kimi, Cavabdeh1 tərəfindən 05 iyun 2015-ci il tarixli 358/E saylı kredit müqaviləsi üzrə 31.08.2017-ci il tarixdə 54.095.41 manat və ya 31.802.12 ABŞ dolları məbləğində pul vəsaitinin ödənilməsi müəyyən olunur. Cavabdeh1 tərəfindən İddiaçı-dən alınmış kredit vəsaiti üzrə 22.01.2018-ci il tarixə banka ödənilməli olan borcu 21061,60 ABŞ dolları əsas, 1827,68 ABŞ dolları faiz, ümumilikdə 22889,28 ABŞ dolları məbləğində müəyyən edilir. İş materiallarına əlavə edilmiş 19.12.2019-cu il tarixli arayışa əsasən, Cavabdeh1 əsas kredit borcuna görə 21048 ABŞ dolları əsas borcu, 3406 ABŞ dolları faiz borcu və 200 ABŞ dolları cərimə borcu vardır. İş materiallarına əlavə edilmiş İddiaçı-nin arayışından görünür ki, İddiaçı ilə Cavabdeh1 arasında 05 iyun 2005-ci il tarixli, 358/E nömrəli kredit müqaviləsi bağlanaraq borcalana 36 ay müddətinə, illik 22 faiz ödəmək şərti ilə 45000 ABŞ dolları məbləğində kredit verilmişdir. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından iddiaçı bankla Cavabdeh1 arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və həmin münasibətlər çərçivəsində adı çəkilən cavabdeh öhdəliklərini lazımınca icra etmədiyi üçün iddiaçının ona qarşı yönəlmiş əsas və faiz borcunun ödənilməsi tələbi qismən təmin olunmalıdır. Apellyasiya baxışı zamanı alınmış 09.03.2021-ci il tarixli, 9/3385 №-li ekspert rəyi ilə müəyyən edilmişdir ki, borcalan Cavabdeh1 ilə İddiaçı-yə 05.02.2016-cı il tarixə olan borcu cəmi 39.644,08 ABŞ dolları məbləğində müəyyən edilir, o cümlədən: əsas borc üzrə 38 219,34 ABŞ dolları, faiz borcu üzrə 1 424,73 ABŞ dolları. Rəydə, həmçinin, qeyd edilmişdir ki, iş materiallarında olan hesabdan çıxarış (c.i.v. 249) və ödəniş qəbzindən (c.i.v. 144) göründüyü kimi Cavabdeh1 tərəfindən İddiaçı-yə 31.08.2017-ci il tarixdə 31.802,12 ABŞ dolları (54.095,41 manat) məbləğində ödəniş aparılmışdır. Həmin məbləğin 1.424,73 ABŞ dolları hesablanmış faiz, 30.377,39 ABŞ dolları isə 38.219,34 ABŞ dolları məbləğində olan əsas borcundan silinir. Beləliklə, hazırki ekspertiza tədqiqatı ilə, iş materiallarında olan kredit müqaviləsinin şərtləri, ödəniş qəbzi və hesabdan çıxarış məlumatlarına əsasən, Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış 05.06.2015-ci il tarixli, 358/E saylı kredit müqaviləsi üzrə borcalanın banka ödənilməli olan kredit borcu aşağıdakı kimi müəyyən olunur: əsas borc üzrə 7841,95 ABŞ dolları, faiz borcu üzrə 0 ABŞ dolları. Həmçinin, apellyasiya baxışı zamanı alınmış 09 iyun 2021-ci il tarixli, 9/2760 №-li ekspert rəyi ilə müəyyən edilmişdir ki, borcalan Cavabdeh1 05.06.2018-ci il tarixə (kredit müqaviləsi üzrə müqavilə müddətinin sonuna) əsas borcu 21061,60 ABŞ dolları, faiz borcu 3539,52 ABŞ dolları təşkil edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 206.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə iclasında tədqiq edilərək digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Mühasibatlıq rəyinin xüsusi bilik tələb edən suallara aydınlıq gətirilməsi ilə bağlı olduğunu nəzərə alaraq kollegiya hesab edir ki, onunla razılaşmamaq üçün əsas olmamışdır. Kollegiya iddiaçı bankın apellyasiya şikayətində Cavabdeh1 21048 ABŞ dolları əsas, 3406 ABŞ dolları faiz borcu və 200 ABŞ dolları cərimə borcu olmaqla, 24654 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdiyini və 09.06.2021-ci il tarixli ekspert rəyini əsas götürərək hesab edir ki, Cavabdeh1 iddiaçı bankın xeyrinə 21048 ABŞ dolları əsas, 3406 ABŞ dolları faiz borcu və 200 ABŞ dolları cərimə borcu tutulmalıdır. Belə ki, ekspert rəyi ilə borc məbləğlərin daha çox olması müəyyən edilsə də, Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Kollegiya, birinci instansiya məhkəməsinin tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi qaydasının müəyyən edilməsi ilə bağlı gəldiyi nəticəni qanuni hesab edərək vurğulayır ki, Mülki Məcəllənin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir; “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə görə isə, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməli və bu qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyən etməlidir. İş materiallarında olan 05.06.2015-ci il tarixli, 358/eg nömrəli ipoteka müqaviləsindən görünür ki, Cavabdeh2 mülkiyyətindəki Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti, 146a nömrəli evin, 46 nömrəli mənzili İddiaçı qarşısında ipoteka ilə yüklü etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinin İddiaçı-nə ünvanlanmış 17.08.2016-ci il tarixli, **********06 saylı məktubundan görünür ki, Cavabdeh2 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti, 146a nömrəli evin, 46 nömrəli mənzilinin üzərində tutmanın yönəldilməsi barədə bildiriş qeydə alınmışdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin qanunun 34.1.1-ci maddəsinə görə isə əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu yaradır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış bu Məcəllənin 414- 416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 319.1-ci və 319.6-cı maddələrinə müvafiq olaraq, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. İpoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. Məhkəmə kollegiyası, həmçinin, qeyd edir ki, “İpoteka haqqında” Qanunun 39.3.3cü maddəsində, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edilərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətinin göstərilməli olduğunun müəyyən olunmuşdur. Qanunun mənasına görə, məhkəmə qətnaməsində ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti yalnız tərəflərin razılaşması əsasında, yaxud müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyən edilə bilər. İş materiallarına əlavə olunmuş, "xxxx" MMC-nin 15.11.2017-ci il tarixli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti, 146a nömrəli evin, 46 nömrəli mənzilin hazırkı dövrə tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapmış likvid qiyməti 110.000 manat məbləğində təşkil edir. Kollegiya həmçinin, birinci instansiya məhkəməsinin “mənzil satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılması” qənaətini qanuni hesab edir. Belə ki, “İpoteka haqqında” Qanunun 59.3-cü maddəsinə görə, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya, ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. Bununla belə kollegiya, iddia tələbini “cavabdehlərin ipoteka predmetinə istifadə hüquqlarına xitam verilməsi” hissələrində əsaslı hesab etmir; belə ki, yüklü edilmiş əşyaya, xüsusən də ipoteka predmetinə mülkiyyət hüququna xitam verilmə “İpoteka haqqında” qanunla tənzimlənir. Həmin Qanunun 59.1-ci maddəsinin mənasına görə isə, ipoteka predmetinə tutmanın yönəldilməsi nə hələ mülkiyyət hüququnun itirilməsi demək deyildir, nə də orada yaşayanların həmin sahəni 1 ay müddətində tərk etmələri üçün əsas ola bilməz (59.3-cü maddədə nəzərdə tutulmuş hal istisna olmaqla). Çünkü ipoteka predmetinin yeni mülkiyyətçisi bilinmədən kiminsə mülkiyyətinin əlindən alınması, oranın tərk edilməsi və bu kimi digər hallara yolverilməsi qadağandır və ən azından belə hallar şəxsin konstitusiya hüququnun pozulmasıdır. Buna görə də, “İpoteka haqqında” Qanunla mülkiyyət hüququnun itirilməsi üçün mütləq ipoteka predmetinin satılması vacibdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsində mülkiyyət hüquqlarının xitam olunma əsasları və mülkiyyət hüquqlarının qeydiyyatı barədə müvafiq norma da öz əksini tapmış, həmin Məcəllənin 205.2-ci maddəsində tutmanın yönəldilidiyi əmlaka mülkiyyətçinin mülkiyyət hüququna, alınmış əmlakın keçdiyi şəxsin həmin əmlaka mülkiyyət hüququnun yarandığı andan xitam verildiyi nəzərdə tutulmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən kollegiya hesab edir ki, iddia ərizəsinin verilməsi üçün iddiaçının ödəmiş olduğu dövlət rüsumunun əvəzi qismində 30 manat Cavabdeh1 alınaraq iddiaçıya ödənilməli, dövlət, apellyasiya şikayətinin verilməsi üçün ödədiyi dövlət rüsumu isə apellyatorun özünə aid olunmalı və iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının ümumi məbləği olan 395 manat Cavabdeh1 tutularaq dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimlədiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, iddiaçının müvafiq tələbinin olub-olmamasına bağlı deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-5/2020 saylı, 21 yanvar 2020ci il tarixli qətnaməsi ləğv edilməklə iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 və Cavabdeh3 oğluna qarşı “kreditin tutulması və tələbin ipoteka predmetinə yönədilməsi” tələbinə dair iddiası təmin olunsun. Cavabdeh1 21 048 ABŞ dolları əsas borc, 3406 ABŞ dolları faiz borcu və 200 ABŞ dolları məbləğində cərimə, cəmi 24 654 (iyirmi dörd min altı yüz əlli dörd) ABŞ dolları məbləğində borc ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Tutma Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti, 146a nömrəli evin, 46 nömrəli mənzilə yönəldilsin, açıq hərracdan satılsın və əldə olunan vəsait hesabına borc İddiaçı-nə ödənilsin. Mənzilin ilkin satış (likvid) qiyməti 110.000 (yüz on min) manat müəyyən edilsin. Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti, 146a nömrəli evin, 46 nömrəli mənzili satıldıqdan 1 ay sonra boşaldılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 395 (üç yüz doxsan beş) manat məbləğində pul Cavabdeh1 tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM VÖEN **********, X1, Kod 210005, VÖEN **********, M/h- AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22) keçirilsin; apellyasiya icraatı üçün ödəmiş olduğu rüsum məbləği apellyatora aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov
Məhkəmə qərarları › İş №2(103)-378/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-378/2021
28.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver