Məhkəmə qərarları › İş №2(105)-614/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-614/2024

23.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-614/2024 23.02.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Yəhyayev Sahı̇ l Nazı̇ m oğlunun Cavabdeh1 Mənzı̇ l Tı̇ kı̇ nti Kooperatı̇ vi və Cavabdeh2 Mənzı̇ l Tı̇ kı̇ nti Kooperatı̇ vinə qarşı mülki iş üzrə (Açar sözlər: iddia ərizəsinin geri qaytarılması, ərazi aidiyyəti) X2 Süleymanovanın sədrliyi və məruzəsi, X3 Məmmədov və X1 ibarət tərkibdə, Günay Asif qızı Səlimin katibliyi ilə, İddiaçı Yəhyayev Sahı̇ l Nazı̇ m oğlunun Cavabdeh1 Mənzı̇ l Tı̇ kı̇ nti Kooperatı̇ vi və Cavabdeh2 Mənzı̇ l Tı̇ kı̇ nti Kooperatı̇ vinə qarşı “mənzilin MTK-dan alınaraq ona təhvil verilməsi və iddiaçının mülkiyyətində olan həmin mənzilin istifadəsinə cavabehlər tərəfindən maneələrə son qoyulması” tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 01 fevral 2024-cü il tarixli, e-2(060)-1748/2024 nömrəli qərardadından iddiaçının nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Cavabdeh2 MTK arasında bağlanmış 19 noyabr 2018-ci il tarixli müqaviləyə əsasən Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi 1»A» ünvanında inşa edilən 15 mərtəbəli yaşayış evinin İİ blok, 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 101,6 kv.metr olan, izolə olunmuş 3 otaqdan ibarət 6 saylı mənzlin cavabdehlər Cavabdeh2 MTK və Cavabdeh1 MTK-dan alınaraq iddiaçıya təhvil verilməsi və iddiaçının mülkiyyətində olan həmin mənzilin istifadəsinə cavabdehlər tərəfindən əsassız maneələrə son qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Sumqayıt Şəhər Məhkəməsinin 01 fevral 2024-cü il tarixli e-2(060)- 1748/2024 nömrəli qərardadı ilə (hakim Gülnarə Tağızadə) İddiaçı Cavabdeh1 və "xxxx" Mənzil-Tikinti Kooperativinə qarşı «mənzilin MTK-dan alınaraq ona təhvil verilməsi və iddiaçının mülkiyyətində olan həmin mənzilin istifadəsinə cavabdehlər tərəfindən maneələrə son qoyulması tələblərə dair» iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə geri qaytarılmışdır.

3. İddiaçı nümayəndəsi və vəkili Vəkil Sumqayıt Şəhər Məhkəməsinin 01 fevral 2024-cü il tarixli e-2(060)-1748/2024 saylı qərardadından şikayət verərək, qərardadın ləğv edilib, işin icraata qəbul olunması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

4. Sumqayıt Şəhər Məhkəməsinin 02 fevral 2024-cü il tarixli, e-2(060)- 1748/2024 nömrəli qərardadı ilə (hakim Gülnarə Tağızadə) Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-1748/2024 saylı, 01 fevral 2024-cü il tarixli qərardadından İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayətin işlə birlikdə baxılması üçün 7 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

5. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

a) Şikayətin dəlilləri

6. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qərardadında göstərilir ki, Cavabdeh1 vergi ödəyiçisi kim hüquqi ünvanı ünvan 2qress- 2016» MTK-nın hüquqi ünvan isə ünvan 3baycan Respublikası Mülki Prossesual Məcəlləsinin tələblərinə, forma və məzmununa riayət edilməməklə məhkəməyə verildiyindən məhkəmə icraatı qeyri-mümkündür və ərizə geri qaytarılmalıdır. Hesab edir ki, həmin qərardad ləğv olunmalıdır. Belə ki, iddia aidiyyət qaydalarına riayət edilməklə verilmişdir. Hazırkı iddia ərizəsinə diqqət yetirdikdə aydın olur ki, iddia ərizəsində cavabdeh kimi "xxxx" MTK göstərilib. Məhkəmənin qərardadında isə, "xxxx" MTK-nın hüquqi ünvanına istinad olunubdur. Göründüyü kimi cavabdehlərin hüquqi ünvanı yoxlanılarkən bir hərif səhvinə yol verilib, progress sözündə q hərfi deyil g hərfi yazılmalı olduğu halda, q hərfi yazılıb və bununla da başqa hüquqi şəxsin ünvanı çıxıbdır. Qeyd olunanlara əsasən, məhkəmədən Sumqayıt Şəhər məhkəməsinin e-2(060)-1748/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadının ləğv olunmasını və işin icraata qəbul edilməsini xahiş etmişdir.

b) Şikayətə qarşı etirazın dəlilləri Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

7. Apellyasiya baxışının hədləri Şikayətdən görünür ki, apellyator Sumqayıt Şəhər Məhkəməsinin 01 fevral 2024-cü il tarixli, e-2(060)-1748/2024 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Odur ki, kollegiya Sumqayıt Şəhər Məhkəməsinin 01 fevral 2024-cü il tarixli, e-2(060)-1748/2024 nömrəli qərardadının tam yoxlanılmasını vacib hesab edir.

Tətbiq edilən hüquq

8. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 35.1. Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Maddə 151.1. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Maddə 152.1.3. Əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Maddə 357.1 Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Maddə 398.0.1. Apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Maddə 402.2 və 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər.

9. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 01 fevral 2024-cü il tarixli, e-2(060)-1748/2024 nömrəli və bununla bağlı 02 fevral 2024-cü il tarixli, e-2(060)-1748/2024 nömrəli qərardadları dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, göründüyü kimi birinci instansiya məhkəməsi iddia ərizəsi və əlavə edilmiş sənədlərin qaytarılmasına dair mövqeyini iddiaçı Yəhyayev Sahı̇ l Nazı̇ m oğlu tərəfindən aidiyyət qaydalarına əməl olunmayaraq iddia ərizəsinin Sumqayıt Şəhər Məhkəməsinə təqdim olunması, cavabdehin hüquqi ünvanı barədə məlumatların idda ərizəsində düzgün qeyd olunmaması, iddia ərizəsinin cavabdehin hüquqi ünvanının rəsmi qeydiyyatda olduğu yerin məhkəməsinə verilməli olması, işin ərazi üzrə aidiyyətinin müəyyən olunmasının gələcəkdə qətnamənin icrasının təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb etməsi ilə əsaslandırmışdır. Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatlardan görünür ki, Cavabdeh1 vergi ödəyiçisi kimi hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyov küçəsi, ev 758-ci məhəllə, Cavabdeh2 MTK-nın (VÖEN **********) hüquqi ünvanı isə ünvan 7nstansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmamış və şikayətin dəlili olaraq iddianın aidiyyət qaydalarına riayət edilməklə verildiyini, iddia ərizəsində cavabdeh kimi "xxxx" MTK göstərildiyini, məhkəmənin qərardadında isə, "xxxx" MTK-nın hüquqi ünvanına istinad olunduğunu, cavabdehlərin hüquqi ünvanı yoxlanılarkən bir hərif səhvinə yol verildiyini, progress sözündə q hərfi deyil g hərfi yazılmalı olduğu halda, q hərfi yazıldığını və bununla da başqa hüquqi şəxsin ünvanının çıxmasını göstərmişdir. Konstitusiyada əsas insan hüquqlarından biri kimi müəyyən edilmiş hüquq və azadlıqların məhkəmə təminatı hüququ, ilk növbədə, qanunla müəyyən edilmiş müvafiq yurisdiksiyalı məhkəmələr tərəfindən işə baxılmasını nəzərdə tutur. Konstitusiyanın 62-ci maddəsinə görə, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Bu normada nəzərdə tutulmuş “qanunla müəyyən edilmiş məhkəmə” müddəası işlərin aidiyyət qaydalarını, qanuni məhkəmə tərkibinin mövcudluğunu və s. subyektiv elementləri ehtiva edir. Konstitusiyanın bu maddəsinə uyğun olaraq məhkəmə aidiyyəti qanunvericiliklə dəqiq müəyyən edilməli və bu norma məhkəmə vasitəsindən istifadə edən subyektlər üçün aydın olmalıdır. Məhkəmə aidiyyətinin qanunla dəqiq müəyyən edilməsi hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı hüququnun səmərəli həyata keçirilməsinə zəmanət yaradır. Eyni zamanda məhkəmə sistemi daxilində mülki işlərə mahiyyəti üzrə tez bir zamanda baxılıb həll edilməsinin təmin olunması üçün məhkəmə aidiyyəti qaydalarına riayət edilməsi müstəsna əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsinin Plenumu “İcra haqqında Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 4 aprel tarixli Qərarında göstərmişdir ki, məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının əsas prosessual təminatlarından biri kimi qəbul olunmalıdır. Məhkəmə aidiyyəti qaydalarının qanunla dəqiq müəyyən edilməməsi məhkəmə və tərəflər qarşısında bu və ya digər işin hansı məhkəmədə baxılması məsələsində qeyri-müəyyənliyə səbəb olmaqla yanaşı, məhkəmə tərəfindən işə ağlabatan müddətdə baxılmasında çətinlik yarana və şəxsin pozulmuş hüquqlarının səmərəli bərpa edilməsi mümkünsüz ola bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Avropa ölkələrinin milli qanunvericiliyində məhkəmə aidiyyəti məsələsinin dəqiq tənzimlənməsinin vacibliyini xüsusi vurğulamışdır. Belə ki, Çerniçkin Rusiya Federasiyasına qarşı iş üzrə 2010-cu il 16 sentyabr tarixli Qərarda qeyd edilmişdir ki, qanunverici tərəfindən aidiyyət məsələlərinin dəqiq müəyyən edilməməsi şəxsin məhkəmədə müdafiə olunmaq hüququnu və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi” haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin tələblərini pozur. Məhkəmə kollegiyası qeyd olunan qanunverici aktlarının göstərişlərini nəzərə alıb, şikayətin dəlillərini iş materilalları ilə əlaqəli şəkildə araşdıraraq şikayətin dəlilini əsassız hesab edir və bununla bağlı qeyd edir: Kollegiya tərəfindən Cavabdeh2 MTK-nın hüquqi ünvanı iddia ərizəsində göstərilmiş VÖEN ********** nömrəsi üzrə araşdırılmış və Elektron Məhkəmə İnformasiya sistemindən əldə edimiş məlumatdan görünür ki, həmin VÖEN ********** nömrəsi üzrə qeydə alınmış Cavabdeh2 MTK-nın hüquqi ünvanı ünvan 8 etdiyi ünvan 9 ünvanı üzrə araşdırma aparılmış və internet resurslarındakı məlumatlarla müəyyən edilmişdir ki, həmin ünvan 2 saylı Ərazi Vergilər Baş İdarəsinin hüquqi ünvanıdır. Şərh olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən prosesual normaların tətbiqində pozuntuya yol verilməmişdir. Beləliklə, məhkəmə kollegiyası işin yuxarıda sadalanan müəyyən edilmiş hallarını nəzərə alaraq hesab edir ki, mübahisələndirilən məhkəmə qərardadını qəbul edərkən birinci instansiya məhkəməsi hər hansı bir yanlışlığa yol verməmiş, prosessual normanı düzgün tətbiq etmişdir. Məhkəmə qərardadının apellyasiya qaydasında ləğv edilməsi üçün əsas yoxdur. Odur ki, şikayət təmin edilməməlidir. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 395, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə r a r a a l d ı:

İddiaçının nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayət təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 01 fevral 2024-cü il tarixli, e-2(060)-1748/2024 nömrəli və bununla bağlı Sumqayıt Şəhər Məhkəməsinin 02 fevral 2024-cü il tarixli, e- 2(060)-1748/2024 nömrəli qərardadları dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəsini alır. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar