Məhkəmə qərarları › İş №2(103)-381/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-381/2020

14.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-381/2020 14.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Cəmilova Xəyalə Adil qızının sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Şeyda Ədalət qızı Məhərrəmovadan ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X1, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı “kredit məbləğinin geri qaytarılması, ipoteka predmetinə tutmanın yönəldilməsi və fərdi yaşayış evinin boşaldılması” tələbinə dair iddiası üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsinin qəbul etdiyi 2(011)-329/2018 saylı xx xxx 2019-cu il tarixli qətnamədən İddiaçı ASC və Cavabdeh1 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə xx xxxxxxx 2020-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı “kredit məbləğinin geri qaytarılması, ipoteka predmetinə tutmanın yönəldilməsi və fərdi yaşayış evinin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçı iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 2030Y saylı xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə 31484 manat əsas borcun, xx xxxxxx 2017-ci il tarixə 19448 manat faiz borcunun, xx xxxxxx 2017-ci il tarixdən xx xxx 2019-cu il tarixinə illik 5 faiz olmaqla 1983 manat faiz borcunun, ümumilikdə 52915 manat kredit borcunun və 857YPK saylı xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə 4999 manat əsas borcun, 7139 manat faiz borcunun, xx xxxxxx 2015-ci il tarixdən xx xxx 2019-cu il tarixə illik 5 faizlə hesablanmış 775 manat, ümumilikdə 12913 manat kredit borcunun, hər iki kredit müqaviləsi üzrə 65828 manat borcun, mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 60 manat dövlət rüsumunun, kredit və ipoteka müqavilələrinin, eləcə də mülkiyyət və yüklülük çıxarışlarının surətlərinin notarial qaydada təsdiqi üçün ödənilmiş 56 manat rüsum məbləğinin tutulub İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, ödəmənin AR ƏMDK yanında DƏDRX-in MA seriyalı, ******* №-li, **********69-05101- 093042 reyestr №-li, ********** qeydiyyat №-li, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışına əsasən Cavabdeh3 xüsusi mülkiyyət hüququ əsasında məxsus ünvan 1 ünvanında yerləşən 29 nömrəli mənzilə yönəldilərək, həmin ipoteka predmetinin açıq hərracdan satılması, satışdan əldə edilən pul vəsaitinin yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün İddiaçı ASC-yə ödənilməsi, ipoteka predmeti satıldıqdan sonra ünvan 1, 29 nömrəli mənzildə yaşayan cavabdehlər- Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh2 ipoteka predmetindən əşyaları ilə birlikdə 1 (bir) ay ərzində çıxarılması, əmlakın satışından əldə edilən vəsait yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün kifayət etmədikdə qalıq borcun ümumi qaydada Cavabdeh1 və Cavabdeh2 tutulması barədə məhkəmə qətnaməsinin çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-329/2018 saylı xx xxx 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh1 2030Y saylı kredit müqaviləsi üzrə 31484 əsas borcun, 11790.15 manat faiz borcunun, xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixinə illik 5% olmaqla 1983 manat faiz borcun, ümumilikdə 45257.15 manat, 857 YPK saylı kredit müqaviləsi üzrə isə 4999 manat əsas borcun, 1399.72 manat faiz borcunun, xx.xx.2015-ci il tarixdən xx.xx.2019-cu il tarixə illik 5% olmaqla hesablanmış 775 manat, ümumilikdə 7173.72 manat kredit borcunun, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 60 manat dövlət rüsumunun, kredit və ipoteka müqavilələrinin, eləcə də mülkiyyət və yüklülük çıxarışlarının surətlərinin notarial qaydada təsdiqi üçün ödənilmiş 56 manat rüsumun İddiaçı ASC-nin xeyrinə tutulması, tələbin Cavabdeh3 məxsus Bakı şəhəri, Səbail rayonu, Mətbuat prospektində yerləşən 4 saylı binanın 29 saylı mənzilə yönəldilməsi, həmin mənzilin ilkin satış qiymətinin 115000 manat müəyyən olunmaqla açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsait hesabına Cavabdeh1 banka olan borcunun ödənilməsi, həmin ipoteka predmeti satıldıqdan sonra bir ay müddətində cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 (əşyaları ilə birlikdə) tərəfindən boşaldılmadığı təqdirdə məcburi boşaldılması və iddia tələblərinin Cavabdeh2 qarşı təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan İddiaçı ASC tərəfindən apellyasiya şikayəti verilərək qətnamənin qismən ləğv edilərək, iddia tələblərinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdı ki, məhkəmə qətnamə qəbul edəkən iddianı faiz borcu hissəsində tam olaraq təmin etməmiş, zaminə aid hissədə isə iddianı ümumiyyətlə rədd etmişdir. 2030Y saylı xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə xx xxxxxx 2017-ci il tarixə 19448 manat faiz borcunun və 857YPK saylı xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə 7139 manat faiz borcunun cavabdehlərdən alınaraq Banka geri qaytarılmasına dair iddianın tam olaraq təmin edilməməsi hissəsində məhkəmənin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması səbəbindən əsassızdır. Bu səbəbdən də qətnamə həmin hissədə və zaminə aid hissədə apellyasiya instansiyası məhkəməsi tərəfindən qismən ləğv edilməli və iddia qeyd olunan hissələrdə tam olaraq təmin edilməlidir. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən xx xxxx 2019-cu il tarixdə ekspert rəyi verilmiş və bundan sonra iddiaçı tərəfindən xx xxx 2019-cu il tarixli iddia tələbinin həcminin azaldılmasına dair ərizə verilmişdir, məhkəmə faiz borcu hissəsində iddia tələbinin həcminin azadılmasına dair ərizədə qeyd edilmiş hər iki kredit müqaviləsi üzrə faiz borclarını nəzərə almamışdır. İddia tələbinin həcminin azaldılmasına dair ərizədə 2030Y saylı xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə xx xxxxxx 2017-ci il tarixə (müddət sonuna) faiz borcu 19448 manat göstərilsə də, xx xxxx 2019-cu il tarixli Ekspert rəyində həmin müqavilə üzrə faiz borcu 11790,15 manat müəyyən edilmişdir. Ekspert hesablamaları düzgün aparmadığı üçün faiz borcu üzrə 7657,85 manat fərq yaranmışdır. İddia tələbinin həcminin azaldılmasına dair ərizədə 857YPK saylı xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə faiz borcunun 7139 manat olmasına baxmayaraq, xx xxxx 2019-cu il tarixli, 27987 nömrəli ekspert rəyində 857 YPK saylı kredit müqaviləsi üzrə müddətin bitdiyi tarixə faiz borcu 3074,18 manat müəyyən olunmuşdur. Lakin məhkəmə sözügedən faiz borcunu da öz mülahizəsinə görə azaldır və hesab edir ki, ekspert rəyində göstərilmiş faiz borcu 3074,xx xxxxxxxx 1399,72 manata kimi endirilməlidir. Ekspert rəyində faiz borcunun 3074,18 manat olsa da, həmin borcun 1399,72 manata kimi məhkəmə tərəfindən azaldılması qanuna uyğun deyildir. Həm ekspert, həm də məhkəmə hesablamaları düzgün aparmadığı üçün faiz borcu üzrə 5739,28 manat fərq yaranmışdır. xx xxxx 2019-cu il tarixli ekspert rəyi ilə xx xxx 2019-cu il tarixli iddia tələbinin həcminin azaldılmasına dair ərizə faiz borcu arasında ziddiyyət olduğundan sözügedən iş üzrə yenidən ekspertiza təyin olunmalıdır. Bundan başqa zaminə aid hissədə 2030Y saylı xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsinin müddəti xx xxxxxx 2017-ci il tarixdə bitir, iddia ərizəsi isə xx xxxx 2018-ci il tarixdə verildiyindən, 2030Y saylı xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə zamin Cavabdeh2 aid hissədə iddia müddəti ötməmişdir, ona görə də iddia Cavabdeh2 aid hissədə də təmin olunmalıdır. Qeyd olunan hallar birinci instansiya məhkəməsi tərəfindən Mülki Məcəllənin 424.2, 424.3, 449.4, 477.0.4-cü maddələrinin, Mülki Prosessual Məcəlləsinin isə 88, 97.1, 217.3 və 217.4-cü maddələrinin tələblərinin kobud şəkildə pozulduğunu təsdiq edir. Eyni zamanda qətnamədən narazı qalan Cavabdeh1 tərəfindən apellyasiya şikayəti verilərək qətnamənin ləğv edilməsi və iş üzrə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Cavabdeh1 apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, qətnaməni əsassız hesab edir. Qətnamədə qeyd edilmişdir ki, məhkəmə iclasında çıxış edən iddiaçının nümayəndəsi iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim etmişdir. Belə bir hal olmamış və iddiaçının nümayəndəsi hər hansı ərizəni təqdim etməmişdir. xx.xx.2019cu il tarixdə keçirilmiş prosesdə iddiaçının nümayəndəsi məhkəmə iclasının ekspert rəyi ilə tanış olmaq və iddia tələbinı artırmaq üçün təxirə salınmasını xahiş etsə də, məhkəmə ekspert rəyi məhkəməyə daxil olduqdan sonra 2-ci məhkəmə baxışının keçirildiyi, bu müddət ərzində ekspert rəyinə münasibət bildirilməsi və iddia tələbinin həcminin artırılması üçün kifayət qədər vaxt olduğu bildirərək işi təxirə salmamış, məhkəmə araşdırmasını yekunlaşdırmış, məhkəmə çıxışlarına keçmiş və məhkəmə qərarının elanının saat 17:00-da olacağını bildirmişdir. İddiaçının nümayəndəsi tərəfindən iddia tələbinin azaldılmasına dair ərizə növbəti gün, yəni xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır. Məhkəmə 1399.72 manat məbləğində faiz borcunun tutulmasını müəyyən edərkən, 4999 manat məbləğində əsas borcu illik 28% dərəcəsi ilə müəyyənləşdirmişdir. Belə ki, məhkəmə faiz borcunu müəyyən edərkən bank tərəfindən təqdim olunmuş hesabdan çıxarışı və kredit müqaviləsinin şərtlərini nəzərə almamışdır. xx.xx.2014-cü il tarixli 857 YPK saylı kredit müqaviləsnin 3.3-cü bəndinə əsasən kredit alanın kreditdən istifadə etdiyi tarixdən növbəti ayın 7-dək olan müddət imtiyaz müddəti adlanır və bu müddət ərzində kredit alan ötən ay üçün istifadə etdiyi kredit məbləğini kredit verənin nağd və ya köçürmə yolu ilə tam qaytardıqda həmin məbləğə görə heç bir faiz ödəmir. O, da mütəmadi olaraq kredit vəsaitindən güzəşt müddətində istifadə edərək ayın sonu vəsaiti geri qaytarmış və yenidən 1% nağdlaşdırma komissiyasını ödəmək şərtilə vəsaitdən istifadə etmişdir. Belə olan halda onun kredit kartı borcuna hər hansı faizin hesablanmasından söhbət gedə bilməz. Kredit kartından istifadə etdiyi dövr ərzində yalnız bir dəfə vəsaiti güzəşt müddətindən gec qaytarmışdır ki, onun əvəzində də ondan 123 manat faiz borcu tutulmuşdur. Digər tərəfdən qətnamədə ondan 2030Y saylı kredit müqaviləsi üzrə 31484 manat əsas borcun və 857 YPK saylı kredit müqaviləsi üzrə 4999 manat əsas borcun tutulması qət edilmişdir. Ona ödənilməli olan 3000 manat kompensasiyanın İddiaçı ASC-də olan problemli borcuna yönəldilməsi və qalıq borcunun 2030Y saylı kredit müqaviləsi üzrə 28895.05 manat, 851 YPK saylı kredit müqaviləsi üzrə 4587.93 manat təşkil etdiyini bildirsə də, bu hal məhkəmə tərəfindən nəzərə alınmamışdır. Qətnamədə maddi və prosessual hüquq normaları əhəmiyətli dərəcədə pozulduğundan və düzgün tətbiq edilmədiyindən, həmçinin məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmadığından ləğv edilməlidir. Hər iki apellyasiya şikayəti mümkün sayılaraq icraata qəbul edilmiş və işə son olaraq baxılması xx.xx.2020-ci il tarixə təyin edilmişdir. Həmin tarixdə keçirilən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış digər cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. xx.xx.2020-ci il tarixdə keçirilən məhkəmə iclasının vaxtı və yeri barədə məlumat olan məhkəmə bildirişi onun göndərilməsi barədə poçt zərfinin üzərindəki qeydə əsasən «köçüb» səbəbindən geri qaytarıldığı üçün digər Cavabdeh2 məhkəmə iclası barədə məlumatlandırıla bilməmiş və ona görə də məhkəmə iclasında iştirakını təmin edə bilməmişdir. İşdə iştirak edən şəxslər hazırki işə digər cavabdehlərin iştirakı olmadan baxılmasına etiraz etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 146-və 376.2-ci maddələrinin tələbləri baxımından hazırki işə digər cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4niun, Cavabdeh5 və Cavabdeh6 iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə prosesində iştirak edən iddiaçının nümayəndəsi X2 öz apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək onun təmin edilməsini, ekspert rəyinə və cavabdehin apellyasiya şikayətinə isə etiraz edərək, onun təmin edilməməsini xahiş etdi. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil öz apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək, onun təmin edilməsini, iddiaçının apellyasiya şikayətinə isə etiraz edərək, onun təmin edilməməsini xahiş etdi və iş üzrə ekspert rəyinin məhkəmə tərəfindən qəbul edilib-edilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və proses iştirakçılarının izahatlarını dinləyib, hər iki apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, həmçinin ekspert rəyini nəzərə alaraq hesab edir ki, hər iki apellyasiya şikayəti qismən təmin edilməlidir. Əvvəla qeyd olunmalıdır ki, Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırki iş üzrə apellyasiya şikayətlərinin iddiaçı və Cavabdeh1 tərəfindən verildiyini nəzərə alaraq məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı iddiaçının iddia tələblərinin təmin olunmadığı və Cavabdeh1 qarşı iddia tələblərinin təmin olunduğu hissələrdə yoxlanılır. Belə ki, məhkəmə qətnaməsi digər cavabdehlər tərəfindən mübahisələndirilməmişdir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdu ki, “xxxxxxxx” ASC-nin “Yasamal” filialı ilə Cavabdeh1 arasında 857 YPK saylı xx.xx.2014-cü il tarixli kredit kartı üzrə kredit xəttinin açılması haqqında müqavilə bağlanmış və həmin müqaviləyə əsasən “xxxxxxxx” ASC-nin “Yasamal” filialı tərəfindən illik 28% olmaqla 12 ay müddətinə Cavabdeh1 5000 manat məbləğində kredit verilmişdir. Eyni zamanda “xxxxxxxx” ASC-nin “Yasamal” filialı ilə Cavabdeh1 arasında bağlanmış 2030Y saylı xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən Bank tərəfindən illik 18% olmaqla 36 ay müddətinə Cavabdeh1 39000 manat məbləğində kredit verilmişdir. Həmin kreditin təminatı olaraq “xxxxxxxx” ASC-nin “Yasamal” filialı ilə Cavabdeh3 arasında xx.xx.2012-ci il tarixli ipoteka müqaviləsi bağlanmış, Cavabdeh3 xüsusi mülkiyyət hüququ əsasında məxsus olan ünvan 1, 29 saylı mənzil bank qarşısında ipoteka ilə yüklü edilmiş və ipoteka ilə yüklü edilmiş əmlak 90000 manat məbləğində qiymətləndirilmişdir. İpoteka ilə yüklülük Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydə alınmış və bu barədə müvafiq reyestrdən çıxarış verilmişdir. Bundan sonra “xxxxxxxx” ASC-nin “Yasamal” filialı ilə Cavabdeh2 arasında xx.xx.2014-cü il tarixli zaminlik müqavilələri bağlanmış və zamin həm 857YPK saylı xx.xx.2014-cü il tarixli, həm də 2030Y saylı xx.xx.2014-cü il tarixli müqavilələr üzrə borcalanın bank qarşısında olan öhdəliklərinin icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. “xxxxxxxx” ASC tərəfindən verilmiş arayışa əsasən Cavabdeh1 ilə bank arasında bağlanılmış 2030 Y saylı xx xxxxxx 2014-cü il tarixli “kredit müqaviləsi”nə əsasən cavabdehin banka xx xxxx 2018-ci il tarixə olan borcu 31484 manat məbləğində əsas borc, 25682 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 57166 manat, 857YPK saylı xx xxxxxx 2014-cü il tarixli “kredit müqaviləsi”nə əsasən cavabdehin banka olan borcu isə 4999 manat məbləğində əsas borc, 7139 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 12138 manat təşkil edir. Hər iki kredit müqaviləsi üzrə cəmi borc 69304 manat təşkil edir. Qeyd olunan kredit borcu Banka ödənilmədiyi üçün iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş və onun iddiası birinci instansiya məhkəməsi tərəfindən qismən təmin olunmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (739.1). Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (442). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (445.2.1). Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mülki qanunvericiliyin müvafiq normalarını işin müəyyən edilmiş hallarına tətbiq etməklə düzgün olaraq cavabdehin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirmiş və belə qənaətə gəlmişdir ki, borclu kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün müqavilədən yaranan əsas və faiz borcu tutulmalı, tutma ipoteka predmeti olan əmlaka yönəldilməlidir. Lakin məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Bankın xeyrinə tutulmalı olan əsas və faiz borcunun məbləği ilə bağlı zəruri araşdırmanı aparmamışdır. Belə ki, apellyasiya baxışı zamanı X3 Palatasının məlumatından müəyyən olundu ki, Cavabdeh1 cəmi hesablanmış kompensasiya məbləği 3000.00 manat, borcların ödənilməsinə yönələn məbləğ isə 3000.00 manat, restrukturizasiya məbləği 0.00 manat, cavabdehin xx.xx.2015-ci il tarixinə ödəniş müddəti keçmiş kredit borclarının ödənilməsinə yönələn hissə xarici valyutada əsas kredit borc (manat ekvivalentində) 0.00 manat, xx.xx.2015-ci il tarixinə xarici valyutada əsas kredit borc (ekvivalentində) 3000.0 manat, cəmi 3000.0 manat, xx.xx.2019-cu il tarixinə əsas kredit borcu (manat ekvivalentində) 31483.99 manat, borcun azaldılmasına yönəldilən məbləğ 2588.94 manat, qalıq borcunun məbləği 28895.05 manat, eyni zamanda xx.xx.2019-cu il tarixinə əsas kredit borcu (manat ekvivalentində) 4998.89 manat, borcun azaldılmasına yönəldilən məbləğ 411.06 manat, qalıq borcunun məbləği 4587.83 manat təşkil etmişdir. Bununla bağlı tərəflər arasında hazırda kredit müqaviləsi üzrə borcun məbləği ilə bağlı mübahisə yarandığından cavabdehin Banka məhz hansı məbləğdə borcunun olmasını müəyyən etmək məqsədilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 9/2831 saylı xx.xx.2020-ci il tarixli ekspert rəyi əsasında müəyyən edilmişdir ki, 857 YPK saylı xx.xx.2014-cü il tarixli müqavilə üzrə Cavabdeh1 müqavilə müddətinin bitdiyi xx.xx.2015-ci il tarixə banka olan borcu 4998.89 manat, o cümlədən əsas borc üzrə 4998.89 manat, faiz borcu üzrə 0.0 manat təşkil edir. İşdə olan (i.v. 304-305) X3 Palatasının məlumatlarında xx.xx.2019-cu il tarixə əsas kredit borcunun 4998,89 manat, borcun azaldılmasına yönəldilən məbləğin 411,06 manat olduğu qeyd edildiyi üçün ekspert rəyində müqavilə müddətinin bitdiyi tarixə əsas borcun 4587,83 manat (4998,89 manat – 411 manat = 4587,83 manat), faiz borcunun 0,0 manat olduğu müəyyən olunur. Qeyd olunmuşdu ki, müqavilənin 3.3 və 3.4-cü bəndlərinin tələblərinə əsasən borcalana istifadə olunmuş kredit üzrə faiz borcu xx.xx.2016-cı il tarixdən hesablanmalı idi. Bu səbəbdən ekspert tərəfindən qeyd olunan kredit müqaviləsi üzrə Cavabdeh1 müqavilə müddətinin bitdiyi xx.xx.2015-ci il tarixədək olan müddət üçün faiz borcu hesablanmamışdır. Bundan başqa rəyin təqdiqat hissəsində göstərilənlərə əsasən iş materiallarında olan sənədlərə (bank tərəfindən tərtib olunmuş hesabdan çıxarış, kredit müqaviləsi, ödəniş qrafiki və s.) əsasən 2030 Y saylı xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə Cavabdeh1 müqavilə müddətinin bitdiyi xx.xx.2017-ci il tarixə banka olan borcu 44697.49 manat, o cümlədən əsas borc üzrə 31483.99 manat, faiz borcu üzrə 13213.5 manat təşkil edir. Lakin iş materiallarına əlavə olunmuş (i.v. 304-305) X3 Palatasının məlumatlarında əsas kredit borcunun 31483.99 manat, borcun azaldılmasına yönələn məbləğin 2588.94 manat olduğu qeyd edildiyi üçün 2030Y saylı xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə Cavabdeh1 banka olan borcu 42108,55 manat, o cümlədən əsas borc üzrə 28895.05 manat (31483,99 manat – 2588,94 manat = 28895,05 manat), faiz borcu üzrə 13213,5 manat təşkil edir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsində keçirilmiş məhkəməmühasibatlıq ekspertizasının rəyinə qiymət verərək hesab edir ki, həmin rəy mülki prosessual qanunvericiliyin tələbləri baxımından mötəbər sübut kimi qəbul edilməlidir. Buna görə də birinci instansiya məhkəməsinin qətnaməsi ilə 857 YPK saylı xx.xx.2014-cü il tarixli müqavilə üzrə müəyyən edilən 4999 manat əsas borcun məbləği dəyişdirilərək, ekspert rəyində qeyd olunan həcmdə, yəni 4587.83 manat məbləğində, 2030 Y saylı xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə əsas və faiz borcunun məbləği isə dəyişdirilərək, ekspert rəyinə uyğun həcmdə, yəni 28895.05 manat əsas borc, 13213.5 manat faiz borcu məbləğində müəyyən edilməlidir. Həmçinin qətnamə ekspert rəyinə uyğun olaraq 857 YPK saylı xx.xx.2014-cü il tarixli müqavilə üzrə 1399,72 manat faizin iddiaçının xeyrinə tutulması hissəsində ləğv edilərək iddia həmin hissədə rədd edilməlidir. Qeyd olunanlarla bağlı məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiyi “məhkəmə tərəfindən faizlər azaldılmalı deyildi” dəlillərini əsassız hesab edir. Qeyd olunmalıdır ki, mülki prosessual qanunvericiliyin tələblərinə əsasən sübut etmə yükü iddia edən şəxsin üzərinə düşsə də, iddiaçı tələb etdiyi faiz məbləğlərini əsaslandıra bilməmiş və bu barədə hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır (maddə 14.2, 217.4 və 218.3). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi “iddia tələbinin həcminin azaldılması barədə ərizənin xx.xx.2019-cu il tarixdə verilməsi” barədə dəlilinə münasibətdə isə qeyd edir ki, həmin dəlil əsassızdır və iş materialları ilə təkzib olunur. Belə ki, apellyasiya baxışı zamanı cavabdehin apellyasiya şikayətində göstərdiyi həmin dəlili araşdırılarkən iddiaçının nümayəndəsinin təqdim etdiyi “iddia tələbinin həcminin azaldılması barədə” ərizənin surətindən (i.v 358) müəyyən olundu ki, həmin ərizə Xətai rayon Məhkəməsinin dəftərxanası tərəfindən xx.xx.2019-ci il tarixdə ştamp vurulmaqla qəbul edilsə də, işdəki həmin ərizənin məhkəmənin daxil olma ştampı vurulan nüsxəsində texniki səhv nəticəsində ərizənin məhkəməyə xx.xx.2019-cu il tarixdə daxil olduğu göstərilmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi xx.xx.2019-cu il tarixdə işə baxarkən iddiaçının sözügedən ərizəsini düzgün olaraq qəbul edib ona müvafiq hüquqi qiymət vermişdir. Bundan başqa iş üzrə müəyyən olunur ki, birinci instansiya məhkəməsi bank tərəfindən 2030 Y saylı xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliyin icrası vaxtının çatdığı gündən zaminə qarşı vaxtında iddia irəli sürülmədiyinə istinad edərək, iddianın Cavabdeh2 qarşı rədd edilməsi qənaətinə gəlmişdir. Bu barədə qeyd olunmalıdır ki, “xxxxxxxx” ASC ilə Cavabdeh2 arasında xx.xx.2014-cü il tarixdə zaminlik müqaviləsi bağlanaraq, sonuncu 2030 Y saylı xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə kredit öhdəliyinin yerinə yetirilməsinə görə cavabdehliyi öz üzərinə götürmüşdür. Cavabdeh1la ilə kredit müqaviləsi xx.xx.2014-cü il tarixdə 36 ay müddətinə bağlanmış, zaminliklə təmin olunmuş öhdəliyin icra vaxtı tərəflər arasında xx.xx.2017-ci il tarix müəyyən olunmuş, iddiaçı isə hazırki iddia ilə məhkəməyə xx.xx.2018-ci il tarixində, yəni müqavilə müddətinin bitdiyi tarixdən 1 il keçmədən müraciət etmişdir ki, bununla da zaminə münasibətdə qanunvericiliklə müəyyən edilmiş müddəti ötürməmişdir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində onun verildiyi müddət qurtartıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Həmin Məcəllənin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçı borcludan 2030Y saylı xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icra olunmasını tələb edərkən həmin borcun müştərək qaydada borclu Cavabdeh1 və zamin Cavabdeh2 tutulmasını tələb etməkdə haqlı olmuşdur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, xx.xx.2019-cu il tarixli qətnamə qismən, 857 YPK saylı kredit müqaviləsi üzrə 1399,72 manat faiz borcunun tutulması hissəsində ləğv edilərək həmin hissədə iddia tələbi rədd edilməli, eyni zamanda 2030 Y saylı xx.xx.2014-cü il tarixli müqavilə üzrə iddia tələblərinin Cavabdeh2 qarşı təmin edilmədiyi hissələrdə ləğv edilərək həmin hissədə iddia qismən təmin edilməli, qətnamə 857 YPK saylı xx.xx.2014-cü il tarixli müqavilə üzrə əsas borcun, 2030 Y saylı xx.xx.2014-cü il tarixli müqavilə üzrə əsas və faiz borcunun tutulması hissələrində dəyişdirilməli, apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri tərəflər arasında bölüşdürülməli və ödənilmiş dövlət rüsumunun məbləği apellyantlara aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı ASC və Cavabdeh1 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri qismən təmin edilsin. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-329/2018 saylı xx xxx 2019-cu il tarixli qətnaməsi qismən, Cavabdeh1 857 YPK saylı kredit müqaviləsi üzrə 1399,72 manat faiz borcunun tutulması hissəsində ləğv edilsin və həmin hissədə iddia tələbi rədd edilsin. Qətnamə 2030 Y saylı xx.xx.2014-cü il tarixli müqavilə üzrə iddia tələblərinin Cavabdeh2 qarşı təmin edilmədiyi hissədə ləğv edilsin və həmin hissədə iddia qismən təmin edilsin. Qətnamə 857 YPK saylı xx.xx.2014-cü il tarixli müqavilə üzrə 4999 manat əsas borcun, 2030 Y saylı xx.xx.2014-cü il tarixli müqavilə üzrə 31484 manat əsas və 11790,15 manat faiz borcunun tutulması hissələrində dəyişdirilsin. 857 YPK saylı xx.xx.2014-cü il tarixli müqavilə üzrə Cavabdeh1 tutulmalı olan əsas borcun məbləği 4587,83 manat, 2030 Y saylı xx.xx.2014-cü il tarixli müqavilə üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulmalı olan əsas borcun məbləği 28895,05 manat, faiz borcunun məbləği isə 13213,5 manat müəyyən edilsin. Apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olaraq 450 manat məbləğində pulun 200 manatı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada, 250 manatı isə İddiaçı ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları apellyantlara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Şeyda Məhərəmova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar