Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3815/2024 28.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Leyla Məmmədovanın katibliyi ilə, Ərizəçi “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə” ərizəsinə dair mülki iş üzrə Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(003)-1948/2024 nömrəli qətnaməsindən Ərizəçi apellyasiya şikayətinə baxılması üzrə keçirilən açıq məhkəmə iclasında müəyyən etdi: Ərizəçi tərəfindən xüsusi icraat qaydasında verilən ərizədə tələb olunub ki, tərəflərin arasında mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2023-cü il tarixli, MŞB/13/2023-01742 nömrəli barışıq sazişi təsdiq edilsin. Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə qət olunub ki, barışıq sazişinin təsdiq edilməsindən imtina olunsun. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və barışıq sazişi təsdiq edilsin. Apellyasiya icraatı zamanı Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək barışıq sazişinin təsdiq edilməsi barədə ərizədən imtina etmişdir. İmtina onunla əsaslandırılıb ki, tərəflərin arasında alimentin miqdarı barədə razılıq əldə edilib və məhkəmə tərəfindən müvafiq qətnamə qəbul edilib, hazırkı ərizəyə baxılmasına zərurət yoxdur. Ərizədən imtina qanuna zidd olmadığından, başqa şəxsin hüquqlarını və ya qanunla qorunan mənafeyini pozmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52 və 191-ci maddələrinin göstərişinə uyğun olaraq imtina qəbul olunmalıdır. Mülki Prosessual Məcəllənin 261.0.4-cü maddəsinə görə, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfinən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.5-ci maddəsinin göstərişini rəhbər tutaraq, məhkəmə qərara aldı: Hazırkı iş üzrə Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(003)-1948/2024 nömrəli qətnaməsi ləğv edilsin. Ərizəçi “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə” ərizəsinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3815/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3815/2024
28.06.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver