Məhkəmə qərarları › İş №2(103)-3851/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3851/2024

31.05.2024 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3851/2024 31.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskindən ibarət tərkibdə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-29/2024 nömrəli iş üzrə 19 mart 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" BOKT MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" BOKT MMC ilə Cavabdeh arasınzda bağlanmış 19 fevral 2018-ci il tarixli, 161 N-li kredit müqaviləsinin ləğv edilməsinə, cavabdehdən həmin müqavilə üzrə 10.900,00 (on min doqquz yüz) manat əsas, 5.267,92 (beş min iki yüz altmış yeddi manat doğsan iki qəpik) manat faiz, cəmi 16.167,92 (on altı min yüz altmış yeddi manat doğsan iki qəpik) manat borcun tutulmasına, 07 iyun 2018-ci il tarixli, 172 N-li kredit xətti müqaviləsinin ləğv edilməsinə, cavabdehdən həmin müqavilə üzrə 49.748,60 (qırx doqquz min yeddi yüz qırx səkkiz manat altmış qəpik) manat əsas, 55.699,17 (əlli beş min altı yüz doğsan doqquz manat on yeddi qəpik) manat faiz, cəmi 105.447,77 (bir yüz beş min dörd yüz qırx yeddi manat yetmiş yeddi qəpik) manat borcun tutulmasına, 10 yanvar 2019-cu il tarixli, 199 N-li kredit xətti müqaviləsinin ləğv edilməsinə, cavabdehdən həmin müqavilə üzrə 19.980,00 (on doqquz min doqquz yüz səksən) manat əsas, 13.259,44 (on üç min iki yüz əlli doqquz manat qırx dörd qəpik) manat faiz, cəmi 33.239,44 (otuz üç min iki yüz otuz doqquz manat qırx dörd qəpik) manat borcun tutulmasına, 10 iyul 2019-cu il tarixli, 230 N-li kredit xətti müqaviləsinin ləğv edilməsinə, cavabdehdən həmin müqavilə üzrə 15.000,00 (on beş min) manat əsas, 11.276,00 (on bir min iki yüz yetmiş altı) manat faiz, cəmi 26.276,00 (iyirmi altı min iki yüz yetmiş altı min) manat borcun tutulmasına, 19 fevral 2018-ci il tarixli, 161 Nli kredit müqaviləsi, 10 yanvar 2019-cu il tarixli, 199 N-li kredit xətti müqaviləsi və 10 iyul 2019-cu il tarixli, 230 N-li kredit xətti müqaviləsi üzrə tutulmalı olan 75.683,36 manat pul vəsaitinin həmin müqavilələr üzrə ipoteka predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, 887-ci məhəllə, Fətəli Xan Xoyski prospekti 81A ünvanında yerləşən 17.7 kv m. sahəsi olan qeyri-yaşayış sahəsinə (44 saylı mağazaya) yönəldilməsinə, Bakı şəhəri, Nərimanov rayonu, 887-ci məhəllə, Fətəli Xan Xoyski prospekti 81A ünvanında yerləşən 17.7 kv m. sahəsi olan qeyri-yaşayış sahəsinin (44 saylı mağazasının) hərracdan satılmasına, satışdan əldə edilmiş pul vəsaitinin cavabdehin borcuna ödənilməsinə, əgər satışdan əldə edilmiş vəsait borcun tam ödənilməsinə yetmədikdə qalan borc məbləğinin cavabdehdən alınmasına, 07 iyun 2018- ci il tarixli, 172 N-li kredit xətti müqaviləsi üzrə tutulmalı olan 105.447,77 manat pul vəsaitinin həmin müqavilə üzrə ipoteka predmeti olan Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən 39 kv m. sahəsi olan yaşayış sahəsinə yönəldilməsinə, Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən 39 kv m. sahəsi olan yaşayış sahəsinin hərracdan satılmasına, satışdan əldə edilmiş pul vəsaitinin cavabdehin borcuna ödənilməsinə, əgər satışdan əldə edilmiş vəsait borcun tam ödənilməsinə yetmədikdə qalan borc məbləğinin cavabdehdən alınmasına, İpoteka predmeti olan əmlakların likvid dəyəri əsasında Bakı şəhəri, Nərimanov rayonu, 887-ci məhəllə, Fətəli Xan Xoyski prospekti 81A ünvanında yerləşən 17.7 kv m. sahəsi olan qeyri-yaşayış sahəsinin (44 saylı mağazanın) ilkin satış qiymətinin 59.500 manat və Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən 39 kv m. sahəsi olan yaşayış sahəsinin ilkin satış qiymətinin 56.250 manat müəyyən edilməsinə, Hərracın keçirilməsindən 1 ay ərzində ipoteka predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, 887-ci məhəllə, Fətəli Xan Xoyski prospekti 81A ünvanında yerləşən 17.7 kv m. sahəsi olan qeyri-yaşayış sahəsinin (44 saylı mağazanın) və Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən 39 kv m. sahəsi olan yaşayış sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsinə və Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən 39 kv m. sahəsi olan yaşayış sahəsindən cavabdehin və ailə üzvlərinin istifadə hüquqlarına xitam verilməsinə, onların mənzildən çıxarılmasına dair xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-29/2024 nömrəli iş üzrə 19 mart 2024-cü il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, "xxxx" BOKT MMC ilə Cavabdeh arasında bağlanmış 19 fevral 2018-ci il tarixli müqavilə üzrə 10900 manat əsas, 3.924 manat faiz borcu, 07 iyun 2018-ci il tarixli kredit müqaviləsi üzrə 49748,60 manat əsas, 53,004,45 manat faiz borcu, 10 yanvar 2019-cu il tarixli kredit xətti müqaviləsi üzrə 19980 manat əsas borc, 13259,44 manat faiz borcu, (tələb həcmində) 10 iyul 2019-cu il tarixli kredit xətti müqaviləsi üzrə 15000 manat əsas, 10532,25 manat faiz borcu Cavabdeh tutularaq "xxxx" BOKT MMC-nin xeyrinə ödənilməsi, 10 yanvar 2019-cu il tarixli və 10 iyul 2019-cu il tarixli kredit xətti müqavilələrinin ləğv edilməsi, 19 fevral 2018-ci il tarixli, 161 N-li kredit müqaviləsi, 10 yanvar 2019-cu il tarixli, 199 N-li kredit xətti müqaviləsi və 10 iyul 2019-cu il tarixli, 230 N-li kredit xətti müqaviləsi üzrə tutulmalı olan pul vəsaitinin həmin müqavilələr üzrə ipoteka predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, 887-ci məhəllə, Fətəli Xan Xoyski prospekti 81A ünvanında yerləşən 17.7 kv m. sahəsi olan qeyri-yaşayış sahəsinə (44 saylı mağazaya) yönəldilməsi, Bakı şəhəri, Nərimanov rayonu, 887-ci məhəllə, Fətəli Xan Xoyski prospekti 81A ünvanında yerləşən 17.7 kv m. sahəsi olan qeyri-yaşayış sahəsinin (44 saylı mağazasının) hərracdan satılmasına, satışdan əldə edilmiş pul vəsaitinin cavabdehin borcuna ödənilməsinə, əgər satışdan əldə edilmiş vəsait borcun tam ödənilməsinə yetmədikdə qalan borc məbləğinin cavabdehdən alınmasına, 07 iyun 2018-ci il tarixli, 172 N-li kredit xətti müqaviləsi üzrə tutulmalı olan pul vəsaitinin həmin müqavilə üzrə ipoteka predmeti olan Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən 39 kv m. sahəsi olan yaşayış sahəsinə yönəldilməsi, Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən 39 kv m. sahəsi olan yaşayış sahəsinin hərracdan satılmalı, satışdan əldə edilmiş pul vəsait cavabdehin borcuna ödənilməli, əgər satışdan əldə edilmiş vəsait borcun tam ödənilməsinə yetmədikdə qalan borc məbləği cavabdehdən alınması, ipoteka predmeti olan əmlakların likvid dəyəri əsasında Bakı şəhəri, Nərimanov rayonu, 887-ci məhəllə, Fətəli Xan Xoyski prospekti 81A ünvanında yerləşən 17.7 kv m. sahəsi olan qeyri-yaşayış sahəsinin (44 saylı mağazanın) ilkin satış qiymətinin 154000 manat və Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən 39 kv m. sahəsi olan yaşayış sahəsinin ilkin satış qiymətinin 98000 manat müəyyən edilməsi, əmlaklar hərracda satıldıqdan sonra əldə edilmiş məbləğ borcun dəyərindən yüksək olduqda qalan məbləğin cavabdehə geri qaytarılması, hərracın keçirilməsindən 1 ay ərzində ipoteka predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, 887-ci məhəllə, Fətəli Xan Xoyski prospekti 81A ünvanında yerləşən 17.7 kv m. sahəsi olan qeyri-yaşayış sahəsinin (44 saylı mağazanın) və Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən 39 kv m. sahəsi olan yaşayış sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi, Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən 39 kv m. sahəsi olan yaşayış sahəsindən cavabdeh və ailə üzvləri ilə birlikdə çıxarılması, iddianın qalan hissələrdə təmin edilməməsi qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti vermişdir. Kollegiya apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Belə ki, Cavabdeh apellyasiya şikayətində işin hallarını sadalayaraq heç bir maddi hüquq normasına istinad etməyərək, yalnız Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsini qeyd etməklə, hansı maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin və ya pozulmasının nədən ibarət olmasını əsaslandırmamışdır. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.1-ci maddəsinə əsasən Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir: - şikayətin verildiyi məhkəmənin adı və ünvanı; - şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; - barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı; - şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; - şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar; - şikayətə əlavə edilən sənədlərin siyahısı. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.1-1 maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361-ci maddəsinin tələblərinə uyğun formada verilməmiş, birinci instansiya məhkəməsi isə apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə uyğunluğunu yoxlamadan apellyasiya şikayətini işlə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Məhkəmə aktlarından apellyasiya şikayəti verildiyi halda MPM-in 361 və 363-cü maddəsinin tələblərinin yoxlanılması birinci instansiya məhkəməsinin səlahiyyətinə aid olduğundan, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya qeyri-mümkün hesab edilməli, mülki iş şikayətin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün həmin məhkəməyə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Həmin Məcəllənin 363.4-cü maddəsinə əsasən bu Məcəllənin 363.1.1 və 363.1.2-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. Belə olan halda kollegiya hesab edir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-29/2024 nömrəli iş üzrə 19 mart 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması qeyri-mümkün hesab edilməli, apellyasiya şikayəti geri qaytarılması üçün mülki iş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361, 366, 400 və 402,-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r а r а а l d ı: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-29/2024 nömrəli iş üzrə 19 mart 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması qeyri-mümkün hesab edilsin. Apellyasiya şikayəti geri qaytarılması üçün mülki iş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar