Məhkəmə qərarları › İş №2(103)-3861/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3861/2020

03.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3861/2020 03.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Rəşad Məhəmməd oğlu Həsənovdan və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Vəkil2, Cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh5 Hüseyn qızının və Cavabdeh3 nümayəndəsi və vəkili X4, Cavabdeh2 nümayəndəsi X2 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-65/2020saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı “xxxx” Qapalı Səhmdar Cəmiyyəti və Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı “xxxx” Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2nə, Cavabdeh3nə, Cavabdeh4 və Cavabdeh5 Hüseyn qızına qarşı “kredit üzrə borcun qaytarılması, ipoteka ilə yüklü edilmiş əmlaklara tutmanın yönəldilməsi və yüklü edilmiş əmlakların açıq hərracdan satılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2ndən, Cavabdeh3ndən və Cavabdeh1 müştərək (birgə) qaydada 0.00 avro əsas kredit borcunun, 346.159,99 (üç yüz qırx altı min bir yüz əlli doqquz avro doxsan doqquz sent) avro məbləğində əsas məbləğə hesablanmış faiz borcunun, 417.848,58 (dörd yüz on yeddi min səkkiz yüz qırx səkkiz avro əlli səkkiz sent) hər gecikdirilmiş günə görə cərimə borcunun,cəmi 764.008,57 (yeddi yüz altmış dörd min səkkiz avro əlli yeddi sent) avro məbləğində borcunvə məhkəmə araşdırılması üçün dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat məbləğində dövlətrüsumunun “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması(ödənilməsi) barədə, habelə Banka olan borcun cavabdehlərdən tutulması ilə eyni zamandaipoteka (girov) qoyulmuş mülkiyyət hüququ ilə Cavabdeh4məxsus olanBakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, Novxanı Bağ massivi ərazisində yerləşən 997 “d”;989 “b” və 989 “c”nömrəli bağ sahələrinə, Cavabdeh5 Hüseyn qızınaməxsus olan Bakı şəhəri,Binəqədi rayonu, Novxanı kəndi, Novxanı Bağ massivi ərazisində yerləşən 997 “f”; 997 “e” və 989“v”nömrəli bağ sahələrinə, Cavabdeh5 Hüseyn qızınaməxsus olan Bakı şəhəri, Nəsimi rayonu,Süleyman Rəhimov küçəsində istifadədə olan 0,00947 ha torpaq sahəsində yerləşən 188 nömrəli569,5 kv.metr ümumi sahədən ibarət dörd mərtəbəli qeyri-yaşayış binasına və Cavabdeh1Paşa oğluna məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, X1 mülkiyyətində olan 0,12 ha torpaq sahəsində yerləşən 9 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması hesabına ödənilməsi, ipoteka ilə yüklüedilmiş əmlakların satışından əldə edilmiş məbləğ borc məbləğinin ödənilməsi üçün kifayətetmədikdə məbləğin qalan hissəsinin borclu və zaminlərdən tutulması, ipoteka ilə yüklü edilmişyuxarıda qeyd edilən fərdi yaşayış evi, bağ sahələri, yaşayış və qeyri-yaşayış sahələri “xxxx” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən satın alındıqda, hərracdan əldə edidikdəipoteka qoyanların istifadə hüquqlarına xitam verilməklə fərdi yaşayış evinin, bağ sahələrinin,yaşayış və qeyri-yaşayış sahələrinin 1 (bir) ay müddətində boşadılması “YapıKredi BankAzərbaycan” Qapalı Səhmdar Cəmiyyətinə təhvil verilməsi barədə qətnamə qəbul edilməsiniməhkəmədən xahiş etmişdir. İddiaçı “xxxx” Qapalı Səhmdar Cəmiyyəti iddia tələbini onunlaəsaslandırmışdır ki, xx xxxxxx 2011-ci il tarixində “xxxx” Qapalı SəhmdarCəmiyyəti ilə Cavabdeh2 arasında 22121 nömrəli kreditmüqaviləsi (kredit xəttinin açlması barədə müqavilə) bağlanmışdır. Müvafiq kredit xəttimüqaviləsinin şərtlərinə görə Cavabdeh2nə 60 (altmış) aymüddətinə 2.000.000 (iki milyon) manat məbləğində kredit xətti ayrılmışdır. xx xxxxxx 2015-ci iltarixdə “xxxx” Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 MəhdudMəsuliyyətli Cəmiyyəti arasında 22121 nömrəli kredit müqaviləsinə (kredit xəttinin açlması barədəmüqavilə) dair 66 nömrəli kredit sazişi bağlanmışdır. Kredit sazişinin şərtlərinə görə “GrandMotors” Məhdud Məsuliyyətli Cəmiyyətinə 2 (iki) ay müddətinə kreditdən istifadəyə görə illik 15%(on beş faiz) olmaqla 1.052.188,75 (bir milyon əlli iki min yüz səksən səkkiz avro yetmiş beş sent)avro məbləğində kredit verilmişdir. Borcalanın xx xxxxxx 2011-ci il tarixli kredit müqaviləsindən irəligələn öhdəliyinin icrasının təmin edilməsi məqsədilə xx xxxxxx 2011-ci il tarixində bank ilə borcalanCavabdeh2 və ipoteka qoyan Cavabdeh4arasında İpoteka müqaviləsi bağlanmışdır. Bağlanmış İpoteka müqaviləsinə əsasən mülkiyyəthüququ ilə Cavabdeh4 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu,Novxanı kəndi Novxanı Bağ massivi ərazisində yerləşən 997 “d”, 989 “b” və 989 “c” nömrəli bağsahələri “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklüedilmişdir, ipoteka hüququ Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanındaDaşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən qanunvericiliyəuyğun olaraq dövlət qeydiyyatına alınmışdır və buna dair Daşınmaz Əmlakın Dövlət ReyestriXidməti tərəfindən xx xxxxxx 2011-ci il tarixli yüklülük barədə MA seriyalı ******* nömrəli, MAseriyalı ******* nömrəli və MA seriyalı ******* nömrəli müvafiq olaraq çıxarışlar təqdimedilmişdir. Qeyd edilənlərdən əlavə Borcalanın xx xxxxxx 2011-ci il tarixli Kredit müqaviləsindənirəli gələn öhdəliyinin icrasının təmin edilməsi məqsədilə xx xxxxxx 2011-ci il tarixində bank iləborcalan Cavabdeh2 və ipoteka qoyan Cavabdeh5 Hüseynqızı arasında İpoteka müqaviləsi bağlanmışdır. Bağlanmış İpoteka müqaviləsinə əsasənmülkiyyət hüququ ilə Cavabdeh5 Hüseyn qızına məxsus olan Bakı şəhəri, Binəqədi rayonu,Novxanı kəndi Novxanı Bağ massivi ərazisində yerləşən 997 “f”, 997 “e” və 989 “v” nömrəli bağsahələri “X12 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklüedilmişdir. İpoteka hüququ Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanındaDaşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən qanunvericiliyəuyğun olaraq dövlət qeydiyyatına alınmışdır və buna dair Daşınmaz Əmlakın Dövlət ReyestriXidməti tərəfindən xx xxxxxx 2011-ci il tarixli yüklülük barədə MA seriyalı ******* nömrəli, MAseriyalı ******* nömrəli və MA seriyalı ******* nömrəli müvafiq olaraq çıxarışlar təqdimedilmişdir. Borcalanın xx xxxxxx 2011-ci il tarixli Kredit müqaviləsindən irəli gələn öhdəliyininicrasının təmin edilməsi məqsədilə xx xxxxxx 2011-ci il tarixində bank ilə borcalan Cavabdeh2Məhdud Məsuliyyətli Cəmiyyəti və ipoteka qoyan Cavabdeh5 Hüseyn qızı arasında İpotekamüqaviləsi (sonrakı ipoteka) bağlanmışdır. Bağlanmış İpoteka müqaviləsinə əsasən mülkiyyəthüququ ilə Cavabdeh5 Hüseyn qızına məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, SüleymanRəhimov küçəsində istifadədə olan 0,00947 ha torpaq sahəsində yerləşən 188 nömrəli 569,5kv.metr ümumi sahədən ibarət dörd mərtəbəli qeyri yaşayış binası “X12 Azərbaycan”Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka hüququ AzərbaycanRespublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət ReyestriXidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən qanunvericiliyə uyğun olaraq dövlət qeydiyyatınaalınmışdır və buna dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx xxxxxx 2011-ci il tarixili yüklülük barədə MA seriyalı ******* nömrəli müvafiq çıxarış təqdim edilmişdir. Borcalanın xx xxxxxx 2011-ci il tarixli Kredit müqaviləsindən irəli gələn öhdəliyinin icrasının təmin edilməsi məqsədilə xx xxxxxx 2011-ci il tarixində bank ilə borcalan Cavabdeh2 və ipoteka qoyan Cavabdeh1 arasında bağlanmış İpoteka müqaviləsi (sonrakı ipoteka) bağlanmışdır. Bağlanmış ipoteka müqaviləsinə əsasən mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, X10 küçəsində mülkiyyətində olan 0,12 ha torpaq sahəsində yerləşən 9 nömrəli fərdi yaşayış evi “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka hüququ Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən qanunvericiliyə uyğun olaraq dövlət qeydiyyatına alınmışdır və buna dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx xxxxxx 2011-ci il tarixli yüklülük barədə MA seriyalı ******* nömrəli müvafiq çıxarış təqdim edilmişdir. Bununla yanaşı Borcalanın xx xxxxxx 2011-ci il tarixli Kredit müqaviləsindən irəli gələn öhdəliyinin icrasının təmin edilməsi məqsədilə həmçinin cavabdehlər Cavabdeh1 ilə xx xxxxxx 2011-ci il tarixində və Cavabdeh4 ilə xx xxxx 2017-ci il tarixində “xxxx” Qapalı Səhmdar Cəmiyyəti arasında zaminlik müqavilələri bağlanmışdır. Zaminlik müqavilələrin şərtlərinə görə zaminlər borcalana zamin durmuş və qanunvericiliyə müvafiq olaraq zamin kimi Borcalanın öhdəliklərinin lazımınca icra edilməsinə görə onunla tam birgə məsuliyyət daşımağına dair öhdəlik götürmüşdülər. “xxxx” Qapalı Səhmdar Cəmiyyəti müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də, Cavabdeh2 kredit müqaviləsinin şərtlərini pozaraq, kredit müqaviləsi üzrə ödənişləri mütəmadi olaraq gecikdirmişdir. Cavabdehlərə dəfələrlə bu barədə şifahi və yazılı qaydada xəbərdarlıq edilməsinə və həmçinin məhkəmədən kənar qaydada kreditin ödənilməsinə dair Bildirişlərin (Pretenziyaların) verilməsinə baxmayaraq, kredit müqaviləsi üzrə öhdəliklərini icra etməmişlər və bu günə kimi “X12 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinə olan borclarını ödəməmişlər. Borcalanın “xxxx” Qapalı Səhmdar Cəmiyyətinə xx xxxxxx 2011-ci il 22121 nömrəli Kredit müqaviləsi (kredit xəttinin açlması barədə müqavilə) və xx xxxxxx 2015-ci il tarixdə “xxxx” Qapalı Səhmdar Cəmiyyəti ilə ‘‘Cavabdeh2” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 22121 nömrəli Kredit müqaviləsinə (kredit xəttinin açlması barədə müqavilə) dair 66 nömrəli Kredit sazişi üzrə olan ümumi kredit borcu aşağıdakı kimidir: kreditlər üzrə əsas məbləğ borcu - 0,00 avro; əsas məbləğə hesablanmış faiz borcu - 346.159,99 (üç yüz qırx altı min bir yüz əlli doqquz avro doxsan doqquz sent); hər gecikdirilmiş günə görə cərimə borcu - 417.848,58 (dörd yüz on yeddi min səkkiz yüz qırx səkkiz avro əlli səkkiz sent); cəmi borc: 764.008,57 (yeddi yüz altmış dörd min səkkiz avro əlli yeddi sent) təşkil edir. Tərəflər arasında bağlanmış xx xxxxxx 2011-ci il tarixli 22121 nömrəli Kredit müqaviləsinin 1.3-cü maddəsinə əsasən kredit borcalana xx xxxxxx 2016- cı il tarixinədək 60 (altmış) ay müddətinə verilir. Kreditlər kredit sazişləri və/və ya qarantiya, akkreditiv (qarantiya, akkreditiv sazişləri) formasında verilə bilər. Bu müqaviləyə görə 1 il 360 gündən ibarətdir və kredit üzrə faizlər ilin 360 gününün faktiki saylarının əsasında hesablanır. Kreditlər üzrə faizlər kredit Borcalana verildiyi gündən hesablanır və borcun tam qaytarılması anınadək hesablanır. İddiaçı “xxxx” Qapalı Səhmdar Cəmiyyəti iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2ndən, Cavabdeh3ndən və Cavabdeh1 müştərək (birgə) qaydada 0.00 avro əsas kredit borcunun, 346.159,99 (üç yüz qırx altı min yüz əlli doqquz avro doxsan doqquz avro sent) avro əsas məbləğə hesablanmış faiz borcunun, 417.848,58 (dörd yüz on yeddi min səkkiz yüz qırx səkkiz avro əlli səkkiz avro sent) avro hər gecikdirilmiş günə görə cərimə borcunun, cəmi: 764.008,57 (yeddi yüz altmış dörd min səkkiz avro əlli yeddi avro sent) avro məbləğində borcun və 6.326,10 (altı min üç yüz iyirmi altı manat on qəpik) manat məbləğində ipoteka ilə yüklü edilmiş əmlakların bank tərəfindən ödənilmiş sığorta xərci, məhkəmə araşdırılması üçün dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması (ödənilməsi) barədə, habelə banka olan borcun cavabdehlərdən tutulması ilə eyni zamanda ipoteka (girov) qoyulmuş mülkiyyət hüququ ilə Cavabdeh4 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, Novxanı Bağ massivi ərazisində yerləşən 997 “d”; 989 “b”; 989 “c” nömrəli bağ sahələrinə, Cavabdeh5 Hüseyn qızına məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, Novxanı Bağ massivi ərazisində yerləşən 997 “f’; 997 “e”; 989 “v” nömrəli bağ sahələrinə, Cavabdeh5 Hüseyn qızına məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsində istifadədə olan 0,00947 ha torpaq sahəsində yerləşən 188 nömrəli 569,5 kv.metr ümumi sahədən ibarət dörd mərtəbəli qeyri-yaşayış binasına və Cavabdeh1 məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, X10 küçəsində mülkiyyətində olan 0,12 ha torpaq sahəsində yerləşən 9 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması hesabına ödənilməsi, ipoteka ilə yüklü edilmiş əmlakların satışından əldə edilmiş məbləğ borc məbləğinin ödənilməsi üçün kifayət etmədikdə məbləğin qalan hissəsinin borclu və zaminlərdən tutulması, ipoteka ilə yüklü edilmiş yuxarıda qeyd edilən fərdi yaşayış evi, bağ sahələri, yaşayış və qeyri-yaşayış sahələri “xxxx” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən satın alındıqda, hərracdan əldə edidikdə ipoteka qoyanların istifadə hüquqlarına xitam verilməklə fərdi yaşayış evinin, bağ sahələrinin, yaşayış və qeyri-yaşayış sahələrinin 1 (bir) ay müddətində boşadılması və “xxxx” Qapalı Səhmdar Cəmiyyətinə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh2 “xxxx” Qapalı Səhmdar Cəmiyyətinə, Cavabdeh3nə, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh5 Hüseyn qızına qarşı “kredit müqaviləsinə (kredit xəttinin açılması barədə müqavilə), zaminlik və ipoteka müqavilələrinə xitam verilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddianın rədd edilməsi və “xxxx” Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış xx xxxxxx 2011-ci il tarixli, 22121 nömrəli kredit müqaviləsinin (kredit xəttinin açılması barədə müqavilənin) və ona dair xx xxxxxx 2015-ci il tarixli 66 nömrəli kredit sazişinə, öhdəliyin icrasının təmin edilməsi məqsədilə “xxxx” Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh4, Cavabdeh1 və Cavabdeh5 arasında bağlanmış xx xxxxxx 2011-ci il tarixli ipoteka (sonrakı ipoteka) müqavilələrinə, “xxxx” Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2011-ci il tarixli zaminlik müqaviləsinə və “xxxx” Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında bağlanmış xx xxxx 2017-ci il tarixli zaminlik müqaviləsinə xitam verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh2 qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ilkin iddia üzrə iddiaçı “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2nə, Cavabdeh4 Hüseyn oğluna, Cavabdeh5, Cavabdeh1 və Cavabdeh3nə qarşı “kredit üzrə borcun qaytarılması, ipoteka ilə yüklü edilmiş əmlaklara tutmanın yönəldilməsi və yüklü edilmiş əmlakların açıq hərracdan satılması barədə” iddia ərizəsi üzrə mülki iş məhkəmənin icraatındadır. xx xxxxxx 2011-ci il tarixində “xxxx” Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında 22121 nömrəli Kredit müqaviləsi (kredit xəttinin açılması barədə müqavilə) bağlanmışdır. Müvafiq kredit xətti müqaviləsinin şərtlərinə görə Cavabdeh2nə 60 (altmış) ay müddətinə 2.000.000 (iki milyon) manat məbləğində kredit xətti ayrılmışdır. xx xxxxxx 2015-ci il tarixdə “xxxx” Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında 22121 nömrəli Kredit müqaviləsi (kredit xəttinin açılması barədə müqavilə) dair 55 nömrəli Kredit sazişi bağlanmışdır. Kredit sazişinin şərtlərinə görə Cavabdeh2nə 2 (iki) ay müddətinə kreditdən istifadəyə görə illik 15% (on beş faiz) olmaqla 1.052.188,75 (bir milyon əlli iki min bir yüz səksən səkkiz avro yetmiş beş sent) avro məbləğində kredit verilmişdir. Eyni zamanda, kredit müqaviləsi üzrə öhdəliklərin icrası məqsədilə Cavabdeh4, Cavabdeh1 və Cavabdeh5 ilə ipoteka müqavilələri, Cavabdeh1 və Cavabdeh3 ilə zaminlik müqavilələri bağlanmışdır. Cəmiyyətə verilmiş borc məbləği onlar tərəfindən tam şəkildə “xxxx” Qapalı Səhmdar Cəmiyyətinə geri qaytarılmışdır. Bunu “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin məhkəməyə təqdim etdiyi iddia ərizəsi və maliyyə arayışından da görmək mümkündür. Belə ki, həm maliyyə arayışında, həm də iddia ərizəsində Cavabdeh2 “xxxx” Qapalı Səhmdar Cəmiyyətinə olan əsas borcu 0,00 avro olduğu, yəni əsas borcunun olmadığı birmənalı olaraq öz təsdiqini tapmaqdadır. Belə olan halda, Bankın hansı əsasla cəmiyyət barəsində faiz borcu və cərimə borcu hesablaması onlara məlum deyildir. Belə ki, faiz borcu həm mülki qanunvericiliyin tələblərinə, həm də müqavilə şərtlərinə əsasən əsas borca mütənasib olaraq hesablanır. Dəbbə pulu isə, gecikdirilmiş əsas borc və faiz borcuna mütənasib olaraq hesablanır. Hal-hazırki iş üzrə isə Cavabdeh2 “xxxx” Qapalı Səhmdar Cəmiyyətinə heç bir əsas borcu yoxdur, dolayısı ilə cəmiyyətin əsas borcu olmadığı təqdirdə, ona faiz və cərimə hesablanması da qanunvericiliyin tələblərinə ziddir. Məhkəmənin nəzərinə çatdırmaq lazımdır ki, əgər Cavabdeh2 hesablanmış faiz borcu və ya cərimə borcu olsa idi, o zaman onlar tərəfindən edilən ödənişlər ilk növbədə həmin borc məbləğlərinin silinməsinə yönəldilərdi. Belə ki, tərəflər arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli “xxxx” Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında 22121 nömrəli Kredit müqaviləsinə (kredit xəttinin açılması barədə müqaviləyə) dair 66 nömrəli Kredit sazişinin 5ci bəndinə əsasən kredit üzrə geri ödənişlər aparılarkən, ödənilən borc nəzərdə tutulmuş ödəniş üçün yetərli olmadıqda, əvvəlcə kreditin gecikdirilməsindən əmələ gələn zərər və/və ya cərimələr, sonra faizlər və nəhayət kreditin əsas məbləği üzrə borcun ödənilməsi həyata keçirilir. Qanunvericiliyin də tələbindən göründüyü kimi, müvafiq öhdəliyin icrası zamanı onların ödədikləri məbləğ yetərli olmasaydı, bu zaman Bank Cavabdeh2 adından daxil olmuş ödənişləri ilk növbədə faiz və cərimə borcuna, sonra isə əsas öhdəliyə yönəldərdi. Lakin, hazırki iş üzrə cəmiyyətin adından30yanvar 2018-ci il tarixində “xxxx” Qapalı Səhmdar Cəmiyyətinəödənişlər tam şəkildə həyata keçirilmişdir və cəmiyyətin mübahisə predmeti olan kredit müqaviləsivə kredit sazişi üzrə “xxxx” Qapalı Səhmdar Cəmiyyətinə heç birödənilməmiş borcu qalmamışdır. Belə öhdəliklərin əsas öhdəliyə münasibətdə əlavə öhdəlikolmaq xüsusiyyəti mülki və digər qanunvericilikdə əks olunan bir çox hallarda özünü büruzə verir. Birincisi, əsas öhdəliyin etibarsızlığı onu təmin edən əlavə öhdəliyin etibarsızlığına səbəb olur, əlavə öhdəliyin icrasını təmin etmək barədə razılığın etibarsızlığı isə əsas öhdəliyin etibarlılığına təsir etmir. İkincisi, əlavə öhdəlik kreditorun hüquqlarının digər şəxsə keçəcəyi təqdirdə məsələn, əsas öhdəlik üzrə tələbin güzəşt edilməsi zamanı əsas öhdəliyin aqibətini təqib edir. Üçüncüsü, əsas öhdəliyə xitam verilməsi, bir qayda olaraq, əlavə öhdəliyin təmin olunmasına da xitam verir, əsas öhdəliyə xitam verilməsi, bir qayda olaraq, əlavə öhdəliyin təmin olunmasına da xitam verir. Cavabdeh3 “xxxx” Qapalı Səhmdar Cəmiyyətinə və Cavabdeh2nə qarşı “zaminlik müqaviləsinin etibarsız hesab edilməsi və silinmiş pul məbləğinin geri qaytarılması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında bağlanmış xx xxxx 2017-ci il tarixli zaminlik müqaviləsinin etibarsız hesab edilməsi və bu zaminlik müqaviləsi üzrə alınmış 666.000 (altı yüz altmış altı min) avro və 148.114,39 (bir yüz qırx səkkiz min bir yüz on dörd manat otuz doqquz qəpik) manat məbləğində pul vəsaitinin cavabdeh “xxxx” Qapalı Səhmdar Cəmiyyətindən tutularaq iddiaçı Cavabdeh3nə ödənilməsi, eləcə də, ilkin iddianın Cavabdeh2ndən, Cavabdeh3ndən və Cavabdeh1 müştərək (birgə) qaydada 0.00 avro əsas kredit borcunun, 346.159,99 (üç yüz qırx altı min yüz əlli doqquz avro doxsan doqquz avro sent) avro əsas məbləğə hesablanmış faiz borcunun, 417.848,58 (dörd yüz on yeddi min səkkiz yüz qırx səkkiz avro əlli səkkiz avro sent) avro hər gecikdirilmiş günə görə cərimə borcunun, cəmi: 764.008,57 (yeddi yüz altmış dörd min səkkiz avro əlli yeddi avro sent) avro məbləğində borcun və məhkəmə araşdırılması üçün dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması (ödənilməsi) tələbinin Cavabdeh3nə aid hissəsində rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh3 müvafiq qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ilkin iddia üzrə iddiaçı “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2nə, Cavabdeh4, Cavabdeh5, Cavabdeh1 və Cavabdeh3nə (zamin qismində) qarşı “kredit üzrə borcun qaytarılması, ipoteka ilə yüklü edilmiş əmlaklara tutmanın yönəldilməsi və yüklü edilmiş əmlakların açıq hərracdan satılması barədə” iddia ərizəsi üzrə mülki iş məhkəmənin icraatındadır. xx xxxxxx 2011-ci il tarixində “xxxx” Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında 22121 nömrəli Kredit müqaviləsi (kredit xəttinin açılması barədə müqavilə) bağlanmışdır. Müvafiq kredit xətti müqaviləsinin şərtlərinə görə Cavabdeh2nə 60 (altmış) ay müddətinə 2.000.000 (iki milyon) manat məbləğində kredit xətti ayrılmışdır. Borcalanın xx xxxxxx 2011-ci il tarixli Kredit müqaviləsindən irəli gələn öhdəliyinin icrasının təmin edilməsi məqsədilə Cavabdeh3 ilə xx xxxx 2017-ci il tarixində, 15 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Lakin məhkəmənin nəzərinə çatdırmaq lazımdır ki, xx xxxx 2017-ci il tarixində, 15 nömrəli zaminlik müqaviləsi bağlanarkən xx xxxxxx 2011-ci il tarixli Kredit müqaviləsinin müddəti bitmişdir. Belə ki, Kredit müqaviləsində müqavilənin müddəti bu formada qeyd olunmuşdur: “1.3.Kredit xətti üzrə “Borcalana” kredit(lər) xx xxxxxx 2016-ci il tarixinədək 60 ay müddətinə verilir.” Bu şərtdən əlavə, müqavilənin müddətini təyin edən hər hansı bir digər şərt müqavilədə müəyyən edilməmişdir. Buradan anlaşıldığı kimi, zaminlik müqaviləsi bağlanılan tarixdə, yəni xx xxxx 2017-ci il tarixdə kredit müqaviləsinin müddəti bitmiş hesab edilirdi, lakin kreditor bu barədə bildiyi halda onlara məlumat verməmiş və kredit müqaviləsinin surətini onlara təqdim etməmişdir, beləliklə də, məqsədli şəkildə onları yanıltmışdır. Həmçinin, xx xxxx 2017-ci il tarixli zaminlik müqaviləsində əsas öhdəliyin icrası müddətinin bitməsi barədə heç bir qeyd öz əksini tapmamışdır. İddia ərizəsinə və iş materiallarına əsaslanaraq müəyyən olunur ki, kredit sazişi xx xxxxxx 2015-ci il tarixində bağlanaraq “Borcalana” 1.052.188,75 (bir milyon əlli iki min bir yüz səksən səkkiz avro yetmiş beş sent) avro məbləğində kredit verilmişdir və kreditin xx xxxxx 2015-ci il tarixinədək geri qaytarılması nəzərdə tutulmuşdur. Lakin, Cavabdeh2 borclu olduğu məbləği xx xxxxx 2015-ci il tarixədək tam şəkildə qaytarmamışdır. Bundan sonra isə Borcverən- “xxxx” Qapalı Səhmdar Cəmiyyəti, Borcalan-Cavabdeh2 və Zamin-Cavabdeh3 arasında xx xxxx 2017-ci il tarixli, 15 nömrəli zaminlik müqaviləsi bağlanmışdır və cəmiyyətin müqaviləni bağladığı anda faktiki olaraq “xxxx” Qapalı Səhmdar Cəmiyyətinə müqavilə bağlanmadan öncə yaranmış borca görəborclu vəziyyətə düşmüşdür. Daha sonra isə xx xxxxxx 2018-ci il tarixində cəmiyyətin “xxxx” Qapalı Səhmdar Cəmiyyətində olan bank hesabından xx xxxx 2017-ci il tarixli, 15 nömrəli zaminlik müqaviləsi əsas götürülməklə ümumilikdə 666.000 (altı yüz altmış altı min) avro və 148.114,39 (bir yüz qırx səkkiz min bir yüz on dörd manat otuz doqquz qəpik) manat məbləğində pul vəsaiti silinmiş və Cavabdeh2 “xxxx” Qapalı Səhmdar Cəmiyyətinə olan borcundan çıxılmışdır. Belə ki, mülki qanunvericiliyin tələblərinə əsasən müqavilə üzrə öhdəliklər onun mzalandığı andan qüvvəyə minmiş hesab edilir və müqavilə şərtlərinin geriyə qüvvəsi yalnız müqavilədə belə bir qeyd olduğu halda mümkündür. İndiki halda isə cəmiyyətlə bağlanmış müqavilədə belə bir qeyd yoxdur və müqavilə bağlanmadan öncə yaranmış borca zamin durmadığı üçün müqavilə imzalandığı andan etibarsızdır. Hazırki mübahisə ilə bağlı bir daha məhkəmənin nəzərinə çatdırmaq lazımdır ki, yuxarıda göstərilən əqdin etibarsızlığına səbəb olan hallarla cəmiyyətin nümayəndəsi mülki iş materialları ilə tanış olduqdan sonra məlumatlı olmuşdur. Cavabdeh1 “xxxx” Qapalı Səhmdar Cəmiyyətinə və Cavabdeh2nə qarşı “zaminlik müqaviləsinə xitam verilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddianın Cavabdeh2ndən, Cavabdeh3ndən və Cavabdeh1 müştərək (birgə) qaydada 0.00 avro əsas kredit borcunun, 346.159,99 (üç yüz qırx altı min yüz əlli doqquz avro doxsan doqquz avro sent) avro əsas məbləğə hesablanmış faiz borcunun, 417.848,58 (dörd yüz on yeddi min səkkiz yüz qırx səkkiz avro əlli səkkiz avro sent) avro hər gecikdirilmiş günə görə cərimə borcunun, cəmi: 764.008,57 (yeddi yüz altmış dörd min səkkiz avro əlli yeddi avro sent) avro məbləğində borcun və məhkəmə araşdırılması üçün dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması (ödənilməsi) tələbinin Cavabdeh1 aid hissəsində rədd edilməsi və “xxxx” Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2011-ci il tarixli zaminlik müqaviləsinə xitam verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh1 müvafiq qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ilkin iddia üzrə iddiaçı “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2nə, Cavabdeh3nə, Cavabdeh4, Cavabdeh5 və ona qarşı (zamin və ipoteka qoyan qismində) “kredit üzrə borcun qaytarılması, ipoteka ilə yüklü edilmiş əmlaklara tutmanın yönəldilməsi və yüklü edilmiş əmlakların açıq hərracdan satılması barədə” iddia ərizəsi üzrə mülki iş məhkəmənin icraatındadır. Bildirir ki, xx xxxxxx 2011-ci il tarixində “xxxx” Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında 22121 nömrəli Kredit müqaviləsi (kredit xəttinin açılması barədə müqavilə) bağlanmışdır. Müvafiq kredit xətti müqaviləsinin şərtlərinə görə Cavabdeh2nə 60 ay (altmış ay) müddətinə 2.000.000 (iki milyon) manat məbləğində kredit xətti ayrılmışdır. Borcalanın xx xxxxxx 2011-ci il tarixli Kredit müqaviləsindən irəli gələn öhdəliyinin icrasının təmin edilməsi məqsədilə xx xxxxxx 2011-ci il tarixində bank ilə borcalan Cavabdeh2 və ipoteka qoyan qismində Cavabdeh1 arasında İpoteka müqaviləsi (sonrakı ipoteka) bağlanmışdır. Bağlanmış İpoteka müqaviləsinə əsasən mülkiyyət hüququ ilə ona məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, X10 küçəsində mülkiyyətimdə olan 0,12 ha torpaq sahəsində yerləşən 3 nömrəli fərdi yaşayış evi “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Bununla yanaşı Borcalanın xx xxxxxx 2011-ci il tarixli Kredit müqaviləsindən irəli gələn öhdəliyinin icrasının təmin edilməsi məqsədilə onunla xx xxxxxx 2011-ci il tarixində zaminlik müqaviləsi bağlanmışdır. Bildirmək lazımdır ki, qeyd edilən zaminlik müqaviləsi əsasında onun cavabdeh kimi işə cəlb edilməyi əsassızdır. Belə ki, xx xxxxxx 2011-ci il tarixində bağlanmış zaminlik müqaviləsi üçün iddia müddəti bitmişdir. Göründüyü kimi, “xxxx” Qapalı Səhmdar Cəmiyyəti öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində məhkəməyə pul məbləğinin zamindən tutulması tələbi ilə müraciət etməmişdir və xx xxxxxx 2019cu il tarixdə verdiyi iddia tələbində onu zamin kimi işə cəlb etməklə prosessual pozuntuya yol vermişdir. Həmçinin bir halı da məhkəmənin nəzərinə çatdırmaq lazımdır ki, tərəflər arasında bağlanmış zaminlik müqaviləsinin “Öhdəliyin və məsuliyyətin əsası” adlandırılan 2.1-ci bəndinə əsasən icrası zaminliklə təmin olunan öhdəliyin yaranma əsası “Borcverənlə” Borcalan” arasında “01” fevral 2011-ci il tarixində bağlanmış 22121 nömrəli kredit müqaviləsidir. Zamin, həmin müqaviləyə əsasən “Borcalanın” “Borcverən” qarşısında olan bütün öhdəliklərinin vaxtında və lazımi qaydada icra olunmasına görə, o cümlədən kredit və hesablanmış faiz (cərimə) məbləğinin(lərinin) qaytarılmasına, həmçinin həmin kreditlə əlaqədar yarana biləcək və və/ya çəkilməli olacaq hər cür xərclərin və zərərin əvəzinin ödənilməsinə görə məsuliyyət daşıyır. “Zaminin” “Borcverən” qarşısında məsuliyyətinin əsasları: “Borcalan” tərəfindən kreditin və ona hesablanmış faizlərin kredit müqaviləsində nəzərdə tutulmuş müddətlərdə və məbləğlərdə ödənilməməsi və qaytarılmaması; “Borcalan” tərəfindən alınmış kreditdən məqsədi və təyinatı üzrə istifadə edilməməsi və s. İş materiallarına nəzər salınsa görünər ki, ilkin iddia üzrə iddiaçı olan “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin iddia tələbinin əsasını xx xxxxxx 2011-ci il tarixli 22121 nömrəli Kredit müqaviləsi (kredit xəttinin açılması barədə müqavilə) və xx xxxxxx 2015-ci il tarixli “xxxx” Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında 22121 nömrəli Kredit müqaviləsinə kredit xəttinin açılması barədə müqaviləyə dair 66 nömrəli Kredit sazişi üzrə olan ümumi kredit borcu təşkil edir. Göstərilən Kredit sazişinin 1-ci bəndinə əsasən “Borcverən” “Borcalana” 1.052.188,75 (bir milyon əlli iki min bir yüz səksən səkkiz avro yetmiş beş sent) avro məbləğində kredit vermişdir. Halbuki, bu Sazişin bağlanması zamanı o zamin kimi “xxxx” Qapalı Səhmdar Cəmiyyəti qarşısında heç bir öhdəlik götürməmiş və Kredit Sazişində zamin kimi onun imzası mövcud deyildir. Göründüyü kimi, onun zamin kimi iştirakı və imzası olmadan Cavabdeh2nə 2015ci il tarixdə 1.052.188,75 (bir milyon əlli iki min bir yüz səksən səkkiz avro yetmiş beş sent) avro məbləğində kredit məbləğinin verilməsinə görə “xxxx” Qapalı Səhmdar Cəmiyyəti ilə onun arasında bağlanmış xx xxxxxx 2011-ci il tarixli zaminlik müqaviləsinin şərtləri pozulmuşdur. Belə ki, həmin zaminlik müqaviləsinin şərtlərinə görə o xx xxxxxx 2011-ci il tarixli kredit müqaviləsinə əsasən “Borcverən” qarşısında zaminlik götürmüş və müqavilə şərtlərində bu müqaviləyə əlavə olaraq bağlanmış hər hansı bir Kredit Sazişi üzrə öhdəlik götürməyi barədə heç bir bənd yoxdur. Halbuki, analogiya aparılsa görünər ki, ilkin iddia üzrə cavabdeh qismində işə cəlb olunmuş Cavabdeh3 ilə bağlanmış və iş materiallarına əlavə olunmuş xx xxxx 2017-ci il tarixli, 15 nömrəli Zaminlik müqaviləsinin “Öhdəliyin və məsuliyyətin əsası” adlandırılan 2.1-ci bəndində birbaşa göstərilmişdir ki, “Borcalan” kredit müqaviləsinə əsasən (həmçinin nəmin müqavilənin ayrılmaz tərkib hissəsi olan ayrıca saziş(lər) (müqavilələr) daxil olmaqla) yaranmış öhdəlikləri vaxtında və və/ya lazımınca icra etmədikdə, “Borcverənin”, öhdəliklərin icrasını “Borcalandan” və/və ya “Zamindən” tələb etmək, o cümlədən qanunvericiliyə müvafiq olaraq öhdəliklərin “Borcalan” və/və ya “Zamin” tərəfindən məcburi qaydada icrasını təmin etmək məqsədi ilə məhkəmə orqanlarına müraciət etmək hüququ vardır. Göründüyü kimi, onunla “xxxx” Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış xx xxxxxx 2011-ci il tarixli zaminlik müqaviləsində kredit müqaviləsinə bağlanacaq hər hansı bir əlavə sazişdən söhbət getməsə də, cavabdeh bankın onun imzası olmadan Cavabdeh2nə əlavə kredit sazişi üzrə kredit verməsi onun məsuliyyətini ağırlaşdırmışdır. Belə ki, kredit sazişi xx xxxxxx 2015ci il tarixində bağlanmışdır və kreditin xx xxxxx 2015-ci tarixinədək verilməsi, yəni xx xxxxx 2015-ci il tarixədək “Borcalan” tərəfindən geri qaytarılması nəzərdə tutulmuşdur. Məhkəmənin nəzərinə çatdırmaq lazımdır ki, iş materiallarına əlavə olunmuş ödəniş cədvəlinə əsasən kredit məbləği “xxxx” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh2nə xx xxxxxx 2015-ci il tarixində 1.052.188,75 (bir milyon əlli iki min bir yüz səksən səkkiz avro yetmiş beş sent) avro məbləğində verilmişdir. Bundan sonra isə Azərbaycan Respublikasında iki dəfə devalvasiya hadisəsi baş vermiş və avronun manata olan məzənnəsi kəskin surətdə artmışdır. Lakin, xarici valyutada olan kredit məbləğinin verilməsi ilə bağlı kredit sazişi bağlanarkən onun fikri öyrənilməmiş və nəticədə onunla bağlanmış zaminlik müqaviləsinin şərtlərinə (2.000.000 (iki milyon) manatadək) tənasübsüz şəkildə kredit məbləği xarici valyutada Cavabdeh2nə ayrılmışdır. Nəticədə isə, onun Bank qarşısında məsuliyyəti artmış və onun üçün əlverişsiz nəticələrə səbəb olan Kredit sazişi bağlanmışdır. Göründüyü kimi, onunla “xxxx” Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış xx xxxxxx 2011-ci il tarixli zaminlik müqaviləsinə məhkəmə qaydasında xitam verilməlidir. Belə ki, zaminlik müqaviləsinin 3.1-ci bəndinə əsasən bu müqavilə imzalandığı gündən qüvvəyə minir, “Borcverən” və “Borcalan” arasında bağlanmış xx xxxxxx 2011-ci il tarixli kredit müqaviləsi üzrə “Borcalanın” həmin müqavilədən irəli gələn bütün öhdəlikləri tam icra olunanadək qüvvədə olacaq. “Borcalanın” “Borcverən” qarşısında öhdəliyinin xitamı ilə əlaqədar zaminliyə də xitam verilir. Göründüyü kimi, zaminlik müqaviləsi üzrə o zamin kimi xx xxxxxx 2011-ci il tarixli kredit müqaviləsi üzrə yaranacaq borca görə Bank qarşısında zamin durmuşdur. Lakin, iddia ərizəsindən və iş materiallarına əlavə olunmuş sənədlərdən göründüyü kimi, borc məbləği onun iştirakı və imzası olmadan bağlanmış xx xxxxxx 2015-ci il tarixli “xxxx” Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında 22121 nömrəli Kredit müqaviləsinə (kredit xəttinin açılması barədə müqavilə) dair 66 nömrəli Kredit sazişi üzrə yaranmışdır. Həmin kredit sazişini borc məbləğinin yaranmasının əsası kimi götürülsə belə, müəyyən olunur ki, xx xxxxxx 2015-ci il tarixli “xxxx” Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında 22121 nömrəli Kredit müqaviləsinə (kredit xəttinin açılması barədə müqavilə) dair 66 nömrəli Kredit sazişinin 1-ci bəndinə əsasən borc məbləği Cavabdeh2nə xx xxxxx 2015-ci il tarixinədək verilmişdir. Belə olduğu halda isə, Cavabdeh2 borc məbləğini ən geci xx xxxxx 2015-ci il tarixdə qaytarmalı idi. Lakin, iddiaçının iddia ərizəsində göstərilən tələbinə əsasən borc məbləği həmin müddətdə qaytarılmamışdır və “xxxx” Qapalı Səhmdar Cəmiyyəti məhkəməyə xx xxxxxx 2019-cu il tarixdə müraciət etmişdir və onu da həmin mülki işə zamin kimi cavabdeh qismində cəlb etmişdir. Qarşılıqlı iddia ərizələri icraata qəbul edilərək, onlara ilkin iddia ərizəsi ilə bir icraatda baxılması qərara alınmışdır. İddiaçı “xxxx” Qapalı Səhmdar Cəmiyyəti iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2ndən, Cavabdeh3ndən və Cavabdeh1 müştərək (birgə) qaydada 0,00 avro əsas kredit borcunun, 346.159,99 (üç yüz qırx altı min bir yüz əlli doqquz avro doxsan doqquz avro sent) avro əsas məbləğə hesablanmış faiz borcunun, 417.848,58 (dörd yüz on yeddi min səkkiz yüz qırx səkkiz avro əlli səkkiz avro sent) avro hər gecikdirilmiş günə görə cərimə borcunun, cəmi: 764.008,57 (yeddi yüz altmış dörd min səkkiz avro əlli yeddi avro sent) avro məbləğində borcun və 6.326,10 (altı min üç yüz iyirmi altı manat on qəpik) manat məbləğində ipoteka ilə yüklü edilmiş əmlakların bank tərəfindən ödənilmiş sığorta xərci, 826 manat daşınmaz əmlakların qiymətləndirilməsinə görə çəkilmiş xərc və məhkəmə araşdırılması üçün dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması (ödənilməsi) barədə, habelə banka olan borcun cavabdehlərdən tutulması ilə eyni zamanda ipoteka (girov) qoyulmuş mülkiyyət hüququ ilə Cavabdeh4 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, Novxanı Bağ massivi ərazisində yerləşən 997 “d”; 989 “b”; 989“c” nömrəli bağ sahələrinə, Cavabdeh5 Hüseyn qızına məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, Novxanı Bağ massivi ərazisində yerləşən 997 “f’; 997 “e”; 989 “v” nömrəli bağ sahələrinə, Cavabdeh5 Hüseyn qızına məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsində istifadədə olan 0,00947 ha torpaq sahəsində yerləşən 188 nömrəli 569,5 kv.metr ümumi sahədən ibarət dörd mərtəbəli qeyri-yaşayış binasına və Cavabdeh1 məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, X10 küçəsində mülkiyyətində olan 0,12 ha torpaq sahəsində yerləşən 9 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması hesabına ödənilməsi, ipoteka ilə yüklü edilmiş əmlakların satışından əldə edilmiş məbləğ borc məbləğinin ödənilməsi üçün kifayət etmədikdə məbləğin qalan hissəsinin borclu və zaminlərdən tutulması, ipoteka ilə yüklü edilmiş yuxarıda qeyd edilən fərdi yaşayış evi, bağ sahələri, yaşayış və qeyri-yaşayış sahələri “xxxx” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən satın alındıqda hərracdan əldə edidikdə ipoteka qoyanların istifadə hüquqlarına xitam verilməklə fərdi yaşayış evinin, bağ sahələrinin, yaşayış və qeyri-yaşayış sahələrinin 1 (bir) ay müddətində boşadılması və “xxxx” Qapalı Səhmdar Cəmiyyətinə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-65/2020saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə ilkin iddianın qismən təmin olunması, Cavabdeh2ndən, 47.086,86 (qırx yeddi min səksən altı avro səksən altı sent) avro əsas məbləğə hesablanmış faiz borcu, 2.000 (iki min avro) avro cərimə borcu, cəmi: 49.086,86 (qırx doqquz min səksən altı avro səksən altı sent) avro (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla); 6.326,10 (altı min üç yüz iyirmi altı manat on qəpik) manat məbləğində ipoteka ilə yüklü edilmiş əmlakların bank tərəfindən ödənilmiş sığorta xərci, 826 manat daşınmaz əmlakların qiymətləndirilməsinə görə çəkilmiş xərc və dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, Cavabdeh2ndən tutulmalı olan məbləğ borc öhdəliyinin təminatı kimi “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin qarşısında ipoteka ilə yüklü edilmiş mülkiyyət hüququ ilə Cavabdeh4 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, Novxanı Bağ massivi ərazisində yerləşən 997 “d”; 989 “b”; 989 “c” nömrəli bağ sahələrinə, Cavabdeh5 Hüseyn qızına məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, Novxanı Bağ massivi ərazisində yerləşən 997 “f’; 997 “e”; 989 “v” nömrəli bağ sahələrinə, Cavabdeh5 Hüseyn qızına məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsində istifadədə olan 0,00947 ha torpaq sahəsində yerləşən 188 nömrəli 569,5 kv.metr ümumi sahədən ibarət dörd mərtəbəli qeyri-yaşayış binasına və Cavabdeh1 məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, X10 küçəsində mülkiyyətində olan 0,12 ha torpaq sahəsində yerləşən 9 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, Həmin əmlakların açıq hərrac yolu ilə realizə edilməsi. əmlakların satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, həmin vəsaitlər əmlakların mülkiyyətçilərinə verilməsi, Cavabdeh4 məxsus ipoteka predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, Novxanı Bağ massivi ərazisində yerləşən 997 “d”; 989 “b”; 989 “c” nömrəli bağ sahələrinin ilkin satış qiymətinin 450.000 (dörd yüz əlli min ) manat; Cavabdeh5 Hüseyn qızına Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, Novxanı Bağ massivi ərazisində yerləşən 997 “f’; 997 “e”; 989 “v” nömrəli bağ sahələrinin ilkin satış qiymətinin 540.000 (beş yüz qırx min ) manat; Cavabdeh5 Hüseyn qızına məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsində istifadədə olan 0,00947 ha torpaq sahəsində yerləşən 188 nömrəli 569,5 kv.metr ümumi sahədən ibarət dörd mərtəbəli qeyri-yaşayış binasının ilkin satış qiymətinin 2.500.000 (iki milyon beş yüz min ) manat; Cavabdeh1 məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, X10 küçəsində mülkiyyətində olan 0,12 ha torpaq sahəsində yerləşən 9 nömrəli fərdi yaşayış evinin ilkin satış qiymətinin 600.000 (altı yüz min ) manat müəyyən olunması, ipoteka ilə yüklü edilmiş əmlakların satışından əldə edilmiş məbləğ borc məbləğinin ödənilməsi üçün kifayət etmədikdə məbləğin qalan hissəsi Cavabdeh2ndən tutulması, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, Novxanı Bağ massivi ərazisində yerləşən 997 “d”; 989 “b”; 989 “c” nömrəli bağ sahələri, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, Novxanı Bağ massivi ərazisində yerləşən 997 “f’; 997 “e”; 989 “v” nömrəli bağ sahələri, Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsində istifadədə olan 0,00947 ha torpaq sahəsində yerləşən 188 nömrəli 569,5 kv.metr ümumi sahədən ibarət dörd mərtəbəli qeyri-yaşayış binası və Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, X10 küçəsində mülkiyyətində olan 0,12 ha torpaq sahəsində yerləşən 9 nömrəli fərdi yaşayış evi açıq hərracdan satıldıqdan sonra 1 (bir) ay ərzində boşaldılması, qalan hissələrdə ilk iddia tələbinin təmin edilməməsi, Cavabdeh2 “xxxx” Qapalı Səhmdar Cəmiyyətinə, üçüncü şəxslər Cavabdeh3nə, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh5 Hüseyn qızına qarşı “kredit müqaviləsinə (kredit xəttinin açılması barədə müqavilə), zaminlik və ipoteka müqavilələrinə xitam verilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsinin rədd edilməsi, qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumunun qarşılıqlı iddiaçıya aid edilməsi, Cavabdeh3 “xxxx” Qapalı Səhmdar Cəmiyyətinə və üçüncü şəxs Cavabdeh2nə qarşı “zaminlik müqaviləsinin etibarsız hesab edilməsi və silinmiş pul məbləğinin geri qaytarılması” tələbinə dair qarşılıqlı iddia ərizəsinin qismən təmin edilməsi, “xxxx” Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında bağlanmış xx xxxx 2017-ci il tarixli zaminlik müqaviləsinin etibarsız hesab edilməsi, qalan hissədə Cavabdeh3 qarşılıqlı iddia ərizəsinin təmin olunmaması, Cavabdeh1 “xxxx” Qapalı Səhmdar Cəmiyyətinə və üçüncü şəxs Cavabdeh2nə qarşı “zaminlik müqaviləsinə xitam verilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsinin təmin edilməsi, “xxxx” Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2011-ci il tarixli zaminlik müqaviləsinə xitam verilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyərinin 400 manat Cavabdeh2ndən tutulub dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. Həmin qətnamədən “xxxx” QSCapellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın təmin edilməmiş hissəsində tam təmin edilməsini və təmin edilmiş qarşılıqlı iddiaların rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iş üzrə qətnamə qəbul edərkən ilkin iddia tələbindən dəfələrlə az məbləği iddiaçı “xxxx” QSC-nin xeyrinə tutaraq iddianı qismən təmin etmiş və Cavabdeh1 zaminlik müqaviləsinə xitam vermişdir. Bundan əlavə Cavabdeh3 MMCnin”xxxx” QSC-yə olan iddiasını qismən təmin etmişdir. Lakin məhkəmə iş üzrə sübutlara qiymət verərkən iş üçün əhəmiyyətli olan mühasibatlıq rəyinə fikir verməmiş və ekspert eəyində göstərilən rəqəmdən də aşağı iddiaçının iddia tələbini qismən təmin etmişdir. Həmçinin məhkəmə müqavilə üzrə hesablanmış cəriməni məhkəmə praktikasında olmayan şəkildə 400 dəfə çox azaldaraq 2000 avro cərimə tutmuşdur. İlkin iddia ərizəsinin borcun tutulması hissəsində həmin tələbin qismən təmin edilməsi və müvafiq ekspert rəyi əsasında hesablanmış faiz borcunun tutulması ilə bağlı qənaətə gəlmişdir. Həmçinin məhkəmə qeyd edirki, zaminliyə müddətin keçməsi əsası ilə xitam verilməsinin mümkünlüyüny təsbit edən Azərbaycan Respublikas MM-nin 477.0.4-cü maddəsi iddia müddəti deyildir, buna görə də, onun tətbiqi üçün tərəfind ərizə verməsi və ya müstəqil olaraq belə tələblə çıxış etməsi tələb olunmur. Bu abzasda qeyd olunanlardan belə nəticəyə gəlmək olar ki, məhkəmə işə baxan zaman ilkin iddiaçıya qarşı qərəzliyini bir daha göstərmiş və zaminlik müqaviləsinə xitam vermişdir. Həmçinin ekspert əmlakların bazar dəyərinin aşağı düşməsini nəzərə almamışdır. Həmin qətnamədən həmçinin Cavabdeh2 apellyasiya şikayəti verərək qətnamənin qismən ləğv edilməsini, ilkin iddia üzrə iddiaçı "xxxx” QSC-nin ilkin iddiasının rədd edilməsi və Cavabdeh2 MMC-nin qarşılıqlı iddia ərizəsinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarında göründüyü kimi, ikin iddia üzrə iddiaçı “xxxx'’ QSC-nin cavabdehlər Cavabdeh2 MMC-yə, Cavabdeh4, Cavabdeh5, Cavabdeh1 və "Cavabdeh3” MMC-yə) qarşı “kredit üzrə borcun qaytarılması, ipoteka ilə yüklü edilmiş əmlaklara tutmanın yönəldilməsi və yüklü edilmiş əmlakların açıq hərracdan satılması barədə” iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Belə ki, xx xxxxxx 2011ci il tarixində “xxxx” QSC ilə Cavabdeh2 MMC arasında 22121 №-li Kredit müqaviləsi (kredit xəttinin açılması barədə müqavilə) bağlanmışdır. Müvafiq kredit xətti müqaviləsinin şərtlərinə görə Cavabdeh2 MMC-yə 60 ay (altmış ay) müddətinə 2 000 000 AZN (iki milyon) manat məbləğində kredit xətti ayrılmışdır. xx xxxxxx 2015-ci il tarixdə “xxxx” QSC ilə Cavabdeh2 MMC arasında 22121 №-li Kredit müqaviləsi (kredit xəttinin açılması barədə müqavilə) dair 66 №-li Kredit sazişi bağlanmışdır. Kredit sazişinin şərtlərinə görə Cavabdeh2 MMC-yə 2 (iki) ay müddətinə kreditdən istifadəyə görə illik 15% (on beş faiz) olmaqla 1052188.75 EUR (bir milyon əlli iki min yüz səksən səkkiz avro 75 sent) avro məbləğində kredit verilmişdir. Eyni zamanda kredit müqaviləsi üzrə öhdəliklərin icrası məqsədilə Cavabdeh4, Cavabdeh1 və Cavabdeh5 ilə ipoteka müqavilələri və Cavabdeh1 və Cavabdeh3 MMC ilə zaminlik müqavilələri bağlanmışdır. Cəmiyyətə verilmiş borc məbləği tam şəkildə “xxxx” QSC-yə geri qaytarılmışdır. Bunu “xxxx” QSC-nin məhkəməyə təqdim etdiyi iddia ərizəsi və maliyyə arayışından, eyni zamanda iş materiallarına əlavə edilmiş ekspert rəyindən də görmək mümkündür. Belə ki, həm maliyyə arayışında, həm də iddia ərizəsində, həm ekspert rəyində "Cavabdeh2” MMC-nin "xxxx" QSC-yə olan əsas borcu 0.00 avro olduğu, yəni əsas borcunun olmadığı birmənalı olaraq öz təsdiqini tapmaqdadır. Belə olan halda, birinci instansiya məhkəməsinin hansı əsasla Cəmiyyət barəsində faiz borcu və cərimə borcu hesablaması məlum deyildir. Belə ki, faiz borcu həm mülki qanunvericiliyin tələblərinə, həm də müqavilə şərtlərinə əsasən əsas borca mütənasib olaraq hesablanır. Dəbbə pulu isə, gecikdirilmiş əsas borc və faiz borcuna mütənasib olaraq hesablanır. Hal-hazırki iş üzrə isə "Cavabdeh2” MMC-nin “xxxx” QSC-yə heç bir əsas borcu yoxdur, dolayısı ilə Cəmiyyətin əsas borcu olmadığı təqdirdə, ona faiz və cərimə hesablanması da qanunvericiliyin tələblərinə ziddir. Kollegiyanın nəzərinə o da çatdırılır ki, əgər “Cavabdeh2" MMC-nin hesablanmış faiz borcu və ya cərimə borcu olsa idi, o zaman tərəfimizdən edilən ödənişlər ilk növbədə həmin borc məbləğlərinin silinməsinə yönəldilərdi.Belə ki, tərəflər arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli "xxxx” QSC ilə ‘‘Cavabdeh2" MMC arasında 22121 №-li Kredit müqaviləsinə (kredit xəttinin açılması barədə müqaviləyə) dair 66 №-li Kredit sazişinin 5ci bəndinə əsasən kredit üzrə geri ödənişlər aparılarkən, ödənilən borc nəzərdə tutulmuş ödəniş üçün yetərli olmadıqda əvvəlcə kreditin gecikdirilməsindən əmələ gələn zərər və/və ya cərimələr, sonra faizlər və nəhayət kreditin əsas məbləği üzrə borcun ödənilməsi həyata keçirilir.Qanunvericiliyin tələbindən göründüyü kimi, öhdəliyin icrası zamanı ödədikləri məbləğ yetərli olmasaydı, bu zaman iddaçı Bank Cavabdeh2 MMC-nin adından daxil olmuş ödənişləri ilk növbədə faiz və cərimə borcuna, sonra isə əsas öhdəliyə yönəldərdi. Lakin, hazırki iş üzrə Cəmiyyətin adından xx.xx.2018-ci il tarixində “xxxx" QSC-yə ödənişlər tam şəkilcə həyata keçirilmişdir və Cəmiyyətin mübahisə predmeti olan kredit müqaviləsi və kredit sazişi üzrə “xxxx" QSC-yə heç bir ödənilməmiş borcu qalmamışdır. Məhkəmə kollegiyasının iclasında iddiaçı “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Vəkil2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini və qarşı tərəfin apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh5 Hüseyn qızının və Cavabdeh3 nümayəndəsi və vəkili X7 iddiaçı “xxxx” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 nümayəndəsi X6 tərəflərindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini, qarşı tərəfin vermiş olduğu apellyasiya şikayətini isə təmin edilməməsini xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini iddiaçı “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin və Cavabdeh2 birinci instansiya məhkəməsinin qətnaməsini mübahisələndirdikləri hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Belə ki, iş üzrə çıxarılmış qətnaməni yalnız qeyd olunan tərəflər mübahisələndirməklə apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-65/2020saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan xx xxxxxx 2011-ci il tarixdə “xxxx” Qapalı Səhmdar Cəmiyyəti il Cavabdeh2 arasında bağlanmış 22121 nömrəli kredi müqaviləsinin (kredit xəttinin açlması barədə müqavilə) məzmunundan görünür ki, bank tərəfindən Cavabdeh2nə 60 (altmış) ay müddətinə 2.000.000 (iki milyon) manat məbləğində kredit xətti ayrılmışdır; İş materiallarında olan xx xxxxxx 2015-ci il tarixdə “xxxx” Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında 22121 nömrəli kredit müqaviləsinə (kredit xəttinin açlması barədə müqavilə) dair 66 nömrəli kredit sazişinin məzmunundan görünür ki, müvafiq kredit sazişinin şərtlərinə görə Cavabdeh2nə 2 (iki) ay müddətinə kreditdən istifadəyə görə illik 15% (on beş faiz) olmaqla 1.052.188,75 (bir milyon əlli iki min yüz səksən səkkiz avro yetmiş beş sent) avro məbləğində kredit verilmişdir; İş materiallarında olan Cavabdeh2 xx xxxxxx 2011-ci il tarixli Kredit müqaviləsindən irəli gələn öhdəliyinin icrasının təmin edilməsi məqsədilə xx xxxxxx 2011-ci il tarixində bank ilə borcalan Cavabdeh2 və ipoteka qoyan Cavabdeh4 arasında bağlanmış xx xxxxxx 2011-ci il tarixli ipoteka müqaviləsinin məzmunundan və müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, mülkiyyət hüququ ilə Cavabdeh4 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi Novxanı Bağ massivi ərazisində yerləşən 997 “d”, 989 “b” və 989 “c” nömrəli bağ sahələri “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilmişdir, ipoteka hüququ Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən qanunvericiliyə uyğun olaraq dövlət qeydiyyatına alınmışdır və buna dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx xxxxxx 2011-ci il tarixli yüklülük barədə MA seriyalı ******* nömrəli, MA seriyalı ******* nömrəli və MA seriyalı ******* nömrəli müvafiq olaraq çıxarışlar təqdim edilmişdir; İş materiallarında olan Cavabdeh2 xx xxxxxx 2011-ci il tarixli Kredit müqaviləsindən irəli gələn öhdəliyinin icrasının təmin edilməsi məqsədilə xx xxxxxx 2011-ci il tarixində bank ilə borcalan Cavabdeh2 və ipoteka qoyan Cavabdeh5 Hüseyn qızı arasında bağlanmış xx xxxxxx 2011-ci il tarixli ipoteka müqaviləsinin məzmunundan və müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, mülkiyyət hüququ ilə Cavabdeh5 Hüseyn qızına məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi Novxanı Bağ massivi ərazisində yerləşən 997 “f”, 997 “e” və 989 “v” nömrəli bağ sahələri “X12 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka hüququ Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən qanunvericiliyə uyğun olaraq dövlət qeydiyyatına alınmışdır və buna dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx xxxxxx 2011-ci il tarixli yüklülük barədə MA seriyalı ******* nömrəli, MA seriyalı ******* nömrəli və MA seriyalı ******* nömrəli müvafiq olaraq çıxarışlar təqdim edilmişdir; İş materiallarında olan Cavabdeh2 xx xxxxxx 2011-ci il tarixli Kredit müqaviləsindən irəli gələn öhdəliyinin icrasının təmin edilməsi məqsədilə xx xxxxxx 2011-ci il tarixində bank ilə borcalan Cavabdeh2 və ipoteka qoyan Cavabdeh5 arasında bağlanmış xx xxxxxx 2011-ci il tarixli İpoteka müqaviləsinin (sonrakı ipoteka) məzmunundan və müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, mülkiyyət hüququ ilə Cavabdeh5 Hüseyn qızına məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsində istifadədə olan 0,00947 ha torpaq sahəsində yerləşən 188 nömrəli 569,5 kv.metr ümumi sahədən ibarət dörd mərtəbəli qeyri yaşayış binası “X12 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka hüququ Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən qanunvericiliyə uyğun olaraq dövlət qeydiyyatına alınmış və buna dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx xxxxxx 2011-ci il tarixili yüklülük barədə MA seriyalı ******* nömrəli müvafiq çıxarış təqdim edilmişdir; İş materiallarında olan Cavabdeh2 xx xxxxxx 2011-ci il tarixli Kredit müqaviləsindən irəli gələn öhdəliyinin icrasının təmin edilməsi məqsədilə xx xxxxxx 2011-ci il tarixində bank ilə ipoteka saxlayan “X12 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti ilə borcalan Cavabdeh2 və ipoteka qoyan Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2011-ci il tarixli İpoteka müqaviləsinin (sonrakı ipoteka) məzmunundan və müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, X10 küçəsində mülkiyyətində olan 0,12 ha torpaq sahəsində yerləşən 9 nömrəli fərdi yaşayış evi “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka hüququ Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən qanunvericiliyə uyğun olaraq dövlət qeydiyyatına alınmış və buna dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx xxxxxx 2011-ci il tarixli yüklülük barədə MA seriyalı ******* nömrəli müvafiq çıxarış təqdim edilmişdir; İş materiallarında olan Cavabdeh2 xx xxxxxx 2011-ci il tarixli Kredit müqaviləsindən irəli gələn öhdəliyinin icrasının təmin edilməsi məqsədilə cavabdehlər Cavabdeh1 ilə xx xxxxxx 2011-ci il tarixdə və Cavabdeh4 ilə xx xxxx 2017-ci il tarixdə “xxxx” Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış müvafiq zaminlik müqavilələrinin məzmunlarından görünür ki, zaminlər borcalana zamin durmuş və qanunvericiliyə müvafiq olaraq zamin kimi Borcalanın öhdəliklərinin lazımınca icra edilməsinə görə onunla tam birgə məsuliyyət daşımağına dair öhdəlik götürmüşdülər; İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin “xxxx” Qapalı Səhmdar Cəmiyyətinə ünvanladığı xx xxxxxx 2018-ci il tarixli **********25 nömrəli məktubunun surətindən və məzmunundan görünür ki, bankın xx xxxx 2018-ci il tarixli 03047 nömrəli məktubuna əsasən Cavabdeh5 Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsi, 188 nömrəli (ümumi sahəsi 569,6 kv.metr) qeyri-yaşayış binasına dair tutmanın yönəldilməsinə haqqında bildiriş qeydə alınmışdır; İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin “xxxx” Qapalı Səhmdar Cəmiyyətinə ünvanladığı xx xxxxxx 2018-ci il tarixli **********26 nömrəli məktubunun surətindən və məzmunundan görünür ki, bankın xx xxxx 2018-ci il tarixli 03044 nömrəli məktubuna əsasən Cavabdeh5 Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, 997 “f” nömrəli bağ sahəsinə dair tutmanın yönəldilməsinə haqqında bildiriş qeydə alınmışdır; İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin “xxxx” Qapalı Səhmdar Cəmiyyətinə ünvanladığı xx xxxxxx 2018-ci il tarixli **********37 nömrəli məktubunun surətindən və məzmunundan görünür ki, bankın xx xxxx 2018-ci il tarixli 03046 nömrəli məktubuna əsasən Cavabdeh5 Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, X10 küçəsi 9 nömrəli fərdi yaşayış evinə dair tutmanın yönəldilməsinə haqqında bildiriş qeydə alınmışdır; İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin “xxxx” Qapalı Səhmdar Cəmiyyətinə ünvanladığı xx xxxxxx 2018-ci il tarixli **********38 nömrəli məktubunun surətindən və məzmunundan görünür ki, bankın xx xxxx 2018-ci il tarixli 03049 nömrəli məktubuna əsasən Cavabdeh5 Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, 997 “e” nömrəli bağ sahəsinə dair tutmanın yönəldilməsinə haqqında bildiriş qeydə alınmışdır; İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin “xxxx” Qapalı Səhmdar Cəmiyyətinə ünvanladığı xx xxxxxx 2018-ci il tarixli **********39 nömrəli məktubunun surətindən və məzmunundan görünür ki, bankın xx xxxx 2018-ci il tarixli 03048 nömrəli məktubuna əsasən Cavabdeh5 Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, 997 “v” nömrəli bağ sahəsinə dair tutmanın yönəldilməsinə haqqında bildiriş qeydə alınmışdır; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin “xxxx” Qapalı Səhmdar Cəmiyyətinə ünvanladığı xx xxxxxx 2018-ci il tarixli **********40 nömrəli məktubunun surətindən və məzmunundan görünür ki, bankın xx xxxx 2018-ci il tarixli 03042 nömrəli məktubuna əsasən Cavabdeh4 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, 989 “b” nömrəli bağ sahəsinə dair tutmanın yönəldilməsinə haqqında bildiriş qeydə alınmışdır; İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin “xxxx” Qapalı Səhmdar Cəmiyyətinə ünvanladığı xx xxxxxx 2018-ci il tarixli **********41 nömrəli məktubunun surətindən və məzmunundan görünür ki, bankın xx xxxx 2018-ci il tarixli 03043 nömrəli məktubuna əsasən Cavabdeh4 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, 989 “c” nömrəli bağ sahəsinə dair tutmanın yönəldilməsinə haqqında bildiriş qeydə alınmışdır; İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin “xxxx” Qapalı Səhmdar Cəmiyyətinə ünvanladığı xx xxxxxx 2018-ci il tarixli **********72 nömrəli məktubunun surətindən və məzmunundan görünür ki, bankın xx xxxxxx 2018-ci il tarixli 03070 nömrəli məktubuna əsasən Cavabdeh4 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, 997 “d” nömrəli bağ sahəsinə dair tutmanın yönəldilməsinə haqqında bildiriş qeydə alınmışdır; İş materiallarında olan Cavabdeh2 “xxxx” Qapalı Səhmdar Cəmiyyətinə xx xxxxxx 2011-ci il 22121 nömrəli Kredit müqaviləsi (kredit xəttinin açlması barədə müqavilə) və xx xxxxxx 2015-ci il tarixdə “xxxx” Qapalı Səhmdar Cəmiyyəti ilə ‘‘Cavabdeh2” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 22121 nömrəli Kredit müqaviləsinə (kredit xəttinin açlması barədə müqavilə) dair 66 nömrəli Kredit sazişi üzrə olan xx xxxxxx 2019-cu il tarixə ümumi kredit borcunu müəyyən edən müvafiq maliyyə arayışının məzmunundan görünür ki, borcalanın müvafiq kreditlər üzrə əsas məbləğ borcu - 0,00 avro; əsas məbləğə hesablanmış faiz borcu - 346.159,99 (üç yüz qırx altı min bir yüz əlli doqquz avro doxsan doqquz sent) avro; hər gecikdirilmiş günə görə cərimə borcu - 417.848,58 (dörd yüz on yeddi min səkkiz yüz qırx səkkiz avro əlli səkkiz sent) avro olmaqla, cəmi borcu 764.008,57 (yeddi yüz altmış dörd min səkkiz avro əlli yeddi sent) avro təşkil etmişdir; İş materiallarında olan “xxxx” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh2nə, Cavabdeh1 və Cavabdeh3nə ünvanladığı xx xxxx 2018-ci il tarixli 03023, 03024 və 03025 nömrəli, həmçinin xx xxxxxx 2019-cu il tarixli 03433, 03434 və 03435 nömrəli bilrişlərin (pretenziya) surətlərindən və məzmunundan görünür ki, hesablanmış borc məbləğinin 3 (üç) iş günü ərzində ödənilməsi tələb edilmiş, əks təqdirdə borcun ödənilməsi ilə bağlı məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir; İş materiallarında olan “xxxx” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh2nə, Cavabdeh1 və Cavabdeh5 ünvanladığı xx xxxxxx 2019-cu il tarixli 03450, 03451 və 03448 nömrəli bilrişlərin (pretenziya) surətlərindən və məzmunundan görünür ki, hesablanmış borc məbləğinin 1 (bir) iş günü ərzində ödənilməsi tələb edilmiş, əks təqdirdə borcun ödənilməsi ilə bağlı məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir; İş materiallarında olan xx xxxxxx 2019-cu il tarixli Əmlakın yanğından və digər əlavə risklərdən sığortası şəhadətnaməsinin surətindən və məzmunundan görünür ki, faydalanan şəxslər “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin (bu sığortadan faydalanan müştərinin kredit borcu olduğu müddətdə və həmin kredit borcu, həmçinin ona hesablanan faiz məbləği həcmində) xeyrinə ipoteka ilə yüklü edilmiş və Cavabdeh5 məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsi, ev 188 sığortalı “xxxx” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən sığortaçı “AzSığorta” Açıq Səhmdar Cəmiyyətində 1.350.000 (bir milyon üç yüz əlli min) manat sığorta məbləğində müvafiq qaydada sığortalanmış və sığorta haqqı olaraq 5.467,50 (beş min dörd yüz altmış yeddi manat əlli qəpik) manat məbləğində pul vəsaiti ödəmişdir; İş materiallarında olan xx xxxxxx 2019-cu il tarixli Əmlakın yanğından və digər əlavə risklərdən sığortası şəhadətnaməsinin surətindən və məzmunundan görünür ki, faydalanan şəxslər “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin (bu sığortadan faydalanan müştərinin kredit borcu olduğu müddətdə və həmin kredit borcu, həmçinin ona hesablanan faiz məbləği həcmində) xeyrinə ipoteka ilə yüklü edilmiş və Cavabdeh1 məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, X10 küçəsi, ev 9 sığortalı “X12 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən sığortaçı “AzSığorta” Açıq Səhmdar Cəmiyyətində 212.000 (iki yüz on iki min) manat sığorta məbləğində müvafiq qaydada sığortalanmış və sığorta haqqı olaraq 858,60 (səkkiz yüz əlli səkkiz manat altmış qəpik) manat məbləğində pul vəsaiti ödəmişdir; İş materiallarında olan “Rec-İnvest” Məhdud Məsuliyyətli Cəmiyyətinin daşınmaz əmlakın qiymətləndirilməsi barədə xx xxxxx 2019-cu il tarixli 65/R-04-19/BK-03 nömrəli ekspert rəyinin müvafiq qaydada təsdiq edilmiş surətindən və məzmunundan görünür ki, Cavabdeh4 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Novxanı ərazisi, 989 “c” ünvanda yerləşən torpaq sahəsinin xx xxxxx 2019-cu il tarixə bazar dəyəri 82.000 (səksən iki min) manat, likvid dəyəri 75.000 (yetmiş beş min) manat müəyyən edilmişdir; İş materiallarında olan “Rec-İnvest” Məhdud Məsuliyyətli Cəmiyyətinin daşınmaz əmlakın qiymətləndirilməsi barədə xx xxxxx 2019-cu il tarixli 65/R-04-19/BK-04 nömrəli ekspert rəyinin müvafiq qaydada təsdiq edilmiş surətindən və məzmunundan görünür ki, Cavabdeh4 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Novxanı ərazisi, 989 “b” ünvanda yerləşən torpaq sahəsinin xx xxxxx 2019-cu il tarixə bazar dəyəri 82.000 (səksən iki min) manat, likvid dəyəri 75.000 (yetmiş beş min) manat müəyyən edilmişdir; İş materiallarında olan “Rec-İnvest” Məhdud Məsuliyyətli Cəmiyyətinin daşınmaz əmlakın qiymətləndirilməsi barədə xx xxxxx 2019-cu il tarixli 65/R-04-19/BK-05 nömrəli ekspert rəyinin müvafiq qaydada təsdiq edilmiş surətindən və məzmunundan görünür ki, Cavabdeh4 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivi, 997 “d” ünvanda yerləşən torpaq sahəsinin xx xxxxx 2019-cu il tarixə bazar dəyəri 82.500 (səksən iki min beş yüz) manat, likvid dəyəri 75.500 (yetmiş beş min beş yüz) manat müəyyən edilmişdir; İş materiallarında olan “Rec-İnvest” Məhdud Məsuliyyətli Cəmiyyətinin daşınmaz əmlakın qiymətləndirilməsi barədə xx xxxxx 2019-cu il tarixli 65/R-04-19/BK-06 nömrəli ekspert rəyinin müvafiq qaydada təsdiq edilmiş surətindən və məzmunundan görünür ki, Cavabdeh5 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivi, 989 “v” ünvanda yerləşən torpaq sahəsinin xx xxxxx 2019-cu il tarixə bazar dəyəri 82.300 (səksən iki min üç yüz) manat, likvid dəyəri 75.300 (yetmiş beş min üç yüz) manat müəyyən edilmişdir; İş materiallarında olan “Rec-İnvest” Məhdud Məsuliyyətli Cəmiyyətinin daşınmaz əmlakın qiymətləndirilməsi barədə xx xxxxx 2019-cu il tarixli 65/R-04-19/BK-07 nömrəli ekspert rəyinin müvafiq qaydada təsdiq edilmiş surətindən və məzmunundan görünür ki, Cavabdeh5 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, 997 “e” ünvanda yerləşən torpaq sahəsinin xx xxxxx 2019cu il tarixə bazar dəyəri 82.900 (səksən iki min doqquz yüz) manat, likvid dəyəri 75.900 (yetmiş beş min doqquz yüz) manat müəyyən edilmişdir; İş materiallarında olan “Rec-İnvest” Məhdud Məsuliyyətli Cəmiyyətinin daşınmaz əmlakın qiymətləndirilməsi barədə xx xxxxx 2019-cu il tarixli 65/R-04-19/BK-08 nömrəli ekspert rəyinin müvafiq qaydada təsdiq edilmiş surətindən və məzmunundan görünür ki, Cavabdeh5 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, 9971 ünvanda yerləşən torpaq sahəsinin xx xxxxx 2019-cu il tarixə bazar dəyəri 83.000 (səksən üç min) manat, likvid dəyəri 76.000 (yetmiş altı min) manat müəyyən edilmişdir; İş materiallarında olan “Rec-İnvest” Məhdud Məsuliyyətli Cəmiyyətinin daşınmaz əmlakın qiymətləndirilməsi barədə xx xxxxx 2019-cu il tarixli 65/R-04-19/BK-09 nömrəli ekspert rəyinin müvafiq qaydada təsdiq edilmiş surətindən və məzmunundan görünür ki, Cavabdeh5 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsi, 188 ünvanında yerləşən qeyri-yaşayış binasının xx xxxxx 2019-cu il tarixə bazar dəyəri 1.400.000 (bir milyon dörd yüz min) manat, likvid dəyəri 1.200.000 (bir milyon iki yüz min) manat müəyyən edilmişdir; İş materiallarında olan “Rec-İnvest” Məhdud Məsuliyyətli Cəmiyyətinin daşınmaz əmlakın qiymətləndirilməsi barədə xx xxxxx 2019-cu il tarixli 65/R-04-19/BK-10 nömrəli ekspert rəyinin müvafiq qaydada təsdiq edilmiş surətindən və məzmunundan görünür ki, Cavabdeh1 məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, X10 küçəsi, ev 9 ünvanında yerləşən fərdi yaşayış evinin xx xxxxx 2019-cu il tarixə bazar dəyəri 210.000 (iki yüz on min) manat, likvid dəyəri 190.000 (bir yüz doxsan min) manat müəyyən edilmişdir; İş materiallarında olan xx xxxxx 2019-cu il tarixli 271 nömrəli ödəniş tapşırıqlarının müvafiq qaydada təsdiq edilmiş surətlərindən və məzmunlarından görünür ki, 8 adda daşınmaz əmlakların qiymətləndirilməsi üçün 126 (bir yüz iyirmi altı) manat və 700 (yeddi yüz) manat olmaqla, cəmi 826 (səkkiz yüz iyirmi altı) manat məbləğində pul vəsaiti “X12 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən “Rec-İnvest” Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödəniş edilmişdir; İş materiallarında olan “Legal Prime” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx xxx 2019-cu il tarixli LP-072/19 nömrəli daşınmaz əmlakın qiymətləndirilməsi barədə mütəxəssis rəyinin məzmunundan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, Novxanı Bağ massivi ərazisində yerləşən 997 “d”, 989 “b” və 989 “c” nömrəli bağ sahələrinin hazırkı bazar qiyməti 450.000 (dörd yüz əlli min) manat məbləğində təşkil etmişdir; İş materiallarında olan “Legal Prime” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx xxx 2019-cu il tarixli LP-073/19 nömrəli daşınmaz əmlakın qiymətləndirilməsi barədə mütəxəssis rəyinin məzmunundan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, Novxanı Bağ massivi ərazisində yerləşən 997 “f”, 997 “e” və 989 “c” nömrəli bağ sahələrinin hazırkı bazar qiyməti 540.000 (beş yüz qırx min) manat məbləğində təşkil etmişdir; İş materiallarında olan “Legal Prime” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx xxx 2019-cu il tarixli LP-074/19 nömrəli daşınmaz əmlakın qiymətləndirilməsi barədə mütəxəssis rəyinin məzmunundan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsində yerləşən 188 nömrəli 569,5 kv.metr ümumi sahəsi olan dörd mərtəbəli qeyri-yaşayış binasının hazırkı bazar qiyməti 2.500.000 (iki milyon beş yüz min) manat məbləğində təşkil etmişdir; İş materiallarında olan “Legal Prime” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx xxx 2019-cu il tarixli LP-075/19 nömrəli daşınmaz əmlakın qiymətləndirilməsi barədə mütəxəssis rəyinin məzmunundan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, X10 küçəsində 0,12 ha torpaq sahəsində yerləşən 9 nömrəli fərdi yaşayış evinin hazırkı bazar qiyməti 600.000 (altı yüz min) manat məbləğində təşkil etmişdir; İş materiallarında olan Cavabdeh2 “xxxx” Qapalı Səhmdar Cəmiyyətinə xx xxxxxx 2011-ci il 22121 nömrəli Kredit müqaviləsi (kredit xəttinin açlması barədə müqavilə) və xx xxxxxx 2015-ci il tarixdə “xxxx” Qapalı Səhmdar Cəmiyyəti ilə ‘‘Cavabdeh2” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 22121 nömrəli Kredit müqaviləsinə (kredit xəttinin açlması barədə müqavilə) dair 66 nömrəli Kredit sazişi üzrə olan xx xxxx 2019-cu il tarixə borcalanın ümumi kredit borcunun ödənilməsini müəyyən edən müvafiq maliyyə arayışının məzmunundan görünür ki, borcalan tərəfindən 1.052.188,75 (bir milyon əlli iki min bir yüz səksən səkkiz avro yetmiş beş sent) avro məbləğində əsas, 109.830,43 (bir yüz doqquz min səkkiz yüz otuz avro qırx üç sent) avro məbləğində faiz borcu olmaqla, cəmi 1.162.019,18 (bir milyon bir yüz altmış iki min on doqquz avro on səkkiz sent) avro məbləğində ödəniş edilmişdir. xx xxxx 2019-cu il tarixə faiz borcu 346.159,99 (üç yüz qırx altı min bir yüz əlli doqquz avro doxsan doqquz sent) avro məbləğində pul vəsaiti təşkil etmişdir; İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxxx 2019-cu il tarixli 13344 nömrəli ekspert rəyinin məzmunundan görünür ki, xx xxxxxx 2015-ci il tarixli 66 nömrəli kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla, Cavabdeh2 xx xxxxxx 2019-cu il tarixə “X12 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinə olan borcu 339.756,87 (üç yüz otuz doqquz min yeddi yüz əlli altı avro səksən yeddi sent) avro məbləğində faiz borcu hesablanmışdır. Aparılmış tədqiqatın dəyəri 200 (iki yüz) manat məbləğində müəyyən edilmişdir; İş materiallarında olan Cavabdeh2 “xxxx” Qapalı Səhmdar Cəmiyyətinə xx xxxxxx 2011-ci il 22121 nömrəli Kredit müqaviləsi (kredit xəttinin açlması barədə müqavilə) və xx xxxxxx 2015-ci il tarixdə “xxxx” Qapalı Səhmdar Cəmiyyəti ilə ‘‘Cavabdeh2” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 22121 nömrəli Kredit müqaviləsinə (kredit xəttinin açlması barədə müqavilə) dair 66 nömrəli Kredit sazişi üzrə olan xx xxxxxxx 2019-cu il tarixə borcalanın ümumi kredit borcunun ödənilməsini müəyyən edən müvafiq maliyyə arayışının məzmunundan görünür ki, borcalan tərəfindən 1.052.188,75 (bir milyon əlli iki min bir yüz səksən səkkiz avro yetmiş beş sent) avro məbləğində əsas, 109.830,43 (bir yüz doqquz min səkkiz yüz otuz avro qırx üç sent) avro məbləğində faiz borcu olmaqla, cəmi 1.162.019,18 (bir milyon bir yüz altmış iki min on doqquz avro on səkkiz sent) avro məbləğində ödəniş edilmişdir. xx xxxxxxx 2019-cu il tarixə faiz borcu 346.159,99 (üç yüz qırx altı min bir yüz əlli doqquz avro doxsan doqquz sent) avro məbləğində pul vəsaiti təşkil etmişdir; İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli 27173 nömrəli ekspert rəyinin məzmunundan görünür ki, xx xxxxxx 2015-ci il tarixli 66 nömrəli kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla, Cavabdeh2 xx xxxxxx 2016-cı il tarixə “X12 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinə olan borcu 1.051.750,51 (bir milyon əlli bir min yeddi yüz əlli avro əlli bir sent) avro məbləğində əsas kredit borcu və 81.948,85 (səksən bir min doqquz yüz qırx səkkiz avro səksən beş sent) avro məbləğində faiz borcu hesablanmışdır. Aparılmış tədqiqatın dəyəri 200 (iki yüz) manat məbləğində müəyyən edilmişdir; İş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən xx xxxxxxx 2011-ci il tarixli çıxarışın surətindən görünür ki, ünvan 10 hüquqi ünvanı olan Cavabdeh3 hazırkı qanuni təmsilçisi Cavabdeh4 qeyd edilmişdir; İş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən xx xxxxxx 2012-ci il tarixli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna ŞTQ, X11 küçəsi, ev 9 hüquqi ünvanı olan Cavabdeh2 nizamnamə kapitalındakı mayaların miqdarı 100 pay olmaqla qanuni təmsilçisi Cavabdeh1 qeyd edilmişdir; Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 471-ci maddəsinə əsasən zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur; 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır; 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtınınçatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda zaminlik müqaviləsinə xitam verilir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, xx xxxxxx 2011-ci il tarixdə “xxxx” Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında 22121 nömrəli kredit müqaviləsi (kredit xəttinin açlması barədə müqavilə) bağlanmış, müvafiq kredit xətti müqaviləsinin şərtlərinə görə Cavabdeh2nə 60 (altmış) ay müddətinə 2.000.000 (iki milyon) manat məbləğində kredit xətti ayrılmışdır. xx xxxxxx 2015-ci il tarixdə “xxxx” Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında 22121 nömrəli kredit müqaviləsinə (kredit xəttinin açlması barədə müqavilə) dair 66 nömrəli kredit sazişi bağlanmışdır. Kredit sazişinin şərtlərinə görə Cavabdeh2nə 2 (iki) ay müddətinə kreditdən istifadəyə görə illik 15% (on beş faiz) olmaqla 1.052.188,75 (bir milyon əlli iki min yüz səksən səkkiz avro yetmiş beş sent) avro məbləğində kredit verilmişdir. Borcalanın xx xxxxxx 2011-ci il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliyinin icrasının təmin edilməsi məqsədilə xx xxxxxx 2011-ci il tarixində bank ilə borcalan Cavabdeh2 və ipoteka qoyan Cavabdeh4 arasında İpoteka müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən mülkiyyət hüququ ilə Cavabdeh4 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi Novxanı Bağ massivi ərazisində yerləşən 997 “d”, 989 “b” və 989 “c” nömrəli bağ sahələri “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilmişdir, ipoteka hüququ Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən qanunvericiliyə uyğun olaraq dövlət qeydiyyatına alınmış və buna dair müvafiq çıxarışlar verilmişdir. Bundan əlavə borcalanın xx xxxxxx 2011-ci il tarixli Kredit müqaviləsindən irəli gələn öhdəliyinin icrasının təmin edilməsi məqsədilə xx xxxxxx 2011-ci il tarixdə bank ilə borcalan Cavabdeh2 və ipoteka qoyan Cavabdeh5 Hüseyn qızı arasında bağlanmış ipoteka müqaviləsinə əsasən mülkiyyət hüququ ilə Cavabdeh5 Hüseyn qızına məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi Novxanı Bağ massivi ərazisində yerləşən 997 “f”, 997 “e” və 989 “v” nömrəli bağ sahələri “X12 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka hüququ Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən qanunvericiliyə uyğun olaraq dövlət qeydiyyatına alınmış və buna dair müvafiq çıxarışlar verilmişdir. Borcalanın xx xxxxxx 2011-ci il tarixli Kredit müqaviləsindən irəli gələn öhdəliyinin icrasının təmin edilməsi məqsədilə xx xxxxxx 2011-ci il tarixində bank ilə borcalan Cavabdeh2 və ipoteka qoyan Cavabdeh5 Hüseyn qızı arasında bağlanmış ipoteka müqaviləsinə əsasən mülkiyyət hüququ ilə Cavabdeh5 Hüseyn qızına məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsində istifadədə olan 0,00947 ha torpaq sahəsində yerləşən 188 nömrəli 569,5 kv.metr ümumi sahədən ibarət dörd mərtəbəli qeyri yaşayış binası “X12 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka hüququ Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən qanunvericiliyə uyğun olaraq dövlət qeydiyyatına alınmış və buna dair müvafiq çıxarış verilmişdir. Həmçinin, borcalanın xx xxxxxx 2011ci il tarixli Kredit müqaviləsindən irəli gələn öhdəliyinin icrasının təmin edilməsi məqsədilə xx xxxxxx 2011-ci il tarixində bank ilə borcalan Cavabdeh2 və ipoteka qoyan Cavabdeh1 arasında bağlanmış ipoteka müqaviləsinə əsasən mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, X10 küçəsində mülkiyyətində olan 0,12 ha torpaq sahəsində yerləşən 9 nömrəli fərdi yaşayış evi “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka hüququ Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən qanunvericiliyə uyğun olaraq dövlət qeydiyyatına alınmış və buna dair müvafiq çıxarış verilmişdir. Bununla yanaşı Borcalanın xx xxxxxx 2011-ci il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliyinin icrasının təmin edilməsi məqsədilə cavabdehlər Cavabdeh1 ilə xx xxxxxx 2011-ci il tarixində və Cavabdeh4 ilə xx xxxx 2017-ci il tarixində “xxxx” Qapalı Səhmdar Cəmiyyəti arasında zaminlik müqavilələri bağlanmış, zaminlər borcalana zamin durmuş və qanunvericiliyə müvafiq olaraq zamin kimi borcalanın öhdəliklərinin lazımınca icra edilməsinə görə onunla tam birgə məsuliyyət daşımağına dair öhdəlik götürmüşdülər. Cavabdehlərə göndərilmiş bildirişlər (pretenziyalar) bir nəticə verməmiş, onlar kredit müqaviləsi üzrə öhdəliklərini icra etməmişlər və hazırkı vaxtadək banka olan borclarını ödəməmişlər. Məhkəmə haqlı olaraq hesab etmişdir ki, zaminlik müqaviləsinin 1.1-ci bəndinin şərtləri Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla tətbiq edilməlidir. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 367-ci maddəsinin tələbləri baxımından nəzərə alınmalıdır ki, müddət hüquqi anlayış kimi həmişə özündə konkretliyi ehtiva edir və zaminlik müqaviləsi, həmçinin, verilmə müddətinin göstərilməsi ilə müəyyənləşdirilə bilər. Bu baxımdan xx xxxxxx 2011-ci il tarixli 22121 nömrəli kredit müqaviləsi üzrə zaminlik konkret müddət təyin edilməklə verilmişdir və buna görə də, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilməlidir. “xxxx” Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 ilə bağlanmış xx xxxxxx 2011-ci il tarixli 22121 nömrəli kredit müqaviləsində tərəflər razılaşmışlar ki, borcalan borcu və hesablanmış faizləri kredit müqaviləsi ilə müəyyən edilmiş müddətdə, ödəniş cədvəlinə uyğun ödəyir, birinci ödəniş xx xxxx 2011-ci il tarixdə, sonuncu ödəniş xx xxxxxx 2016-cı il tarixdə həyata keçirilməlidir. Tərəflər arasında bağlanılmış müqavilənin şərtlərindən göründüyü kimi onlar kredit borcunun və ona hesablanmış faizlərin ən geci xx xxxxxx 2016-cı il tarixdə qaytarılmasını razılaşdırmışlar. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, xx xxxxxx 2011-ci il tarixli 22121 nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün borclu və zaminlər Cavabdeh1, Cavabdeh3 MMC birgə və eyni həcmdə məsuliyyət daşısalar da, iddiaçı zaminə qarşı xx xxxxxx 2017-ci il tarixədək iddia qaldırmaq hüququna malik olduğu halda, bu hüququndan istifadə etməmiş, əsas öhdəliyin icrası vaxtının çatdığı gündən müqavilənin icrası ilə bağlı bir il müddətində zaminə qarşı heç bir tələb irəli sürülməmişdir. Bilavasitə qanundan irəli gəldiyi, eləcə də bankın zaminə qarşı tələbinin yaranmasının mühüm şərtlərindən biri kimi çıxış etdiyi üçün qanunla müəyyən edilmiş müddətlər ərzində kreditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədikdə, zaminlik müqaviləsinə xitam verilmiş hesab edilir. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, zaminliyə müddətin keçməsi əsası ilə xitam verilməsinin mümkünlüyünü təsbit edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsində göstərilən müddəti kəsici müddətdir, buna görə də, onun tətbiqi üçün tərəfin ərizə verməsi və ya müstəqil olaraq belə tələblə çıxış etməsi tələb olunmur. Göstərilənləri nəzərə alaraq məhkəmə haqlı olaraq iddia tələbinin kredit müqaviləsi üzrə yaranmış borcun zamin Cavabdeh1 və Cavabdeh3 MMC-dən tutulmasına dair hissəsi ilə razılaşmamış və hesab etmişdir ki, qanunvericiliklə müəyyən edilmiş müddətlər ərzində kreditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədiyindən zaminin hazırki tələb üzrə məsuliyyəti istisna edilir, bu səbəbdən iddia tələbi zamin Cavabdeh1 və Cavabdeh3 MMC-yə aid hissədə rədd edilməlidir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh2 kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir, bununla da müqavilənin şərtlərini pozmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, həm faiz, həm də cərimə borcunun Cavabdeh2ndən tutulması hissəsində qismən təmin olunmalıdır. Belə ki, iddiaçı “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin kredit müqaviləsi üzrə hesablanmış faiz məbləği ilə bağlı məhkəmə araşdırması zamanı təyin edilmiş məhkəmə mühasibatlıq ekspertizasının nəticəsi olaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli 27173 nömrəli ekspert rəyindən görünür ki, müvafiq ekspert rəyi ilə qeyd edilən kredit müqaviləsinin sonuna, yəni xx xxxxxx 2016-cı il tarixə 81.948,85 (səksən bir min doqquz yüz qırx səkkiz avro səksən beş sent) avro məbləğində faiz borcu hesablanmışdır. Lakin həmin rəyə əlavə edilmiş ödəniş cədvəlindən də göründüyü kimi, Cavabdeh2 tərəfindən xx xxxxxx 2018-ci il tarixdə 34.861,99 (otuz dörd min səkkiz yüz altmış bir avro doxsan doqquz sent) avro məbləğində həyata keçirilmiş ödəniş faiz məbləğində hesablanmışdır. Ona görə də məhkəmə haqlı olaraq hesab etmişdir ki, müvafiq kredit müqaviləsinin sonuna qeyd edilən ekspert rəyi ilə hesablanmış faiz məbləğindən Cavabdeh2 tərəfindən xx xxxxxx 2018-ci il tarixdə ödəniş etdiyi məbləği çıxmaqla cavabdeh cəmiyyətin bank qarşısında bəhs olunan kredit müqaviləsi üzrə faiz məbləğini müəyyən etmək lazımdır (81.948,85-34.861,99=47.086,86 avro). Qeyd olunanlara əsasən Cavabdeh2ndən, 47.086,86 (qırx yeddi min səksən altı avro səksən altı sent) avro məbləğində əsas məbləğə hesablanmış faiz borcu iddiaçı “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin: 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə iddia tələbi üzrə hesablanmış 417.848,58 (dörd yüz on yeddi min səkkiz yüz qırx səkkiz avro əlli səkkiz avro sent) avro məbləğində cərimə borcunun tutulması tələbi hissəsi ilə bağlı haqlı olaraq belə qənaətə gəlmişdir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, hesablanmış cərimə məbləği borc məbləğinə mütənasib olmadığından 2.000 (iki min) avro məbləğində cərimə borcu Cavabdeh2ndən iddiaçı “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun: 3-cü maddəsinə əsasən qiymətləndirilməsi mülki qanunvericiliklə nəzərdə tutulan və ya sifarişçi tərəfindən zəruri hesab edilən hər cür əmlak qiymətləndirmə fəaliyyətinin obyektidir; 7-ci maddəsinə əsasən qiymətləndirmə obyektinin qiymətləndirici tərəfindən müəyyən edilmiş bazar və ya digər dəyəri haqqında hesabat məhkəmə tərəfindən müvafiq mübahisələrə baxıldığı bütün hallarda nəzərə alına bilər; 8-ci maddəsinə görə də qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxıla bilər. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən eksper qiymətləndirilməsini təyin etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.4-cü maddəsinə əsasən açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini ipoteka saxlayan və borclu, həmçinin ipoteka verən (borclu ipoteka verən olmadıqda) qarşılıqlı razılıq əsasında müəyyən edirlər. Bu sahədə razılıq əldə edilmədikdə, onlar qanunvericiliklə müəyyən edilmiş qaydada qiymətləndirmə fəaliyyəti ilə məşğul olan şəxsə müraciət edə bilərlər. Kollegiyahesab edir ki, müvafiq əmlakların qiymətləndirilməsi zamanı “Legal Prime” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx xxx 2019-cu il tarixli LP-072/19, LP-073/19, LP-074/19 və LP-075/19 nömrəli daşınmaz əmlakın qiymətləndirilməsi barədə mütəxəssis rəyləri əsas götürülməlidir. Birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, ipoteka predmetlərinə tutma yönəldildikdə, Cavabdeh4 məxsus ipoteka predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, Novxanı Bağ massivi ərazisində yerləşən 997 “d”, 989 “b” və 989 “c” nömrəli bağ sahələrinin ilkin satış qiyməti 450.000 (dörd yüz əlli min) manat; Cavabdeh5 Hüseyn qızına Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, Novxanı Bağ massivi ərazisində yerləşən 997 “f”, 997 “e” və 989 “v” nömrəli bağ sahələrinin ilkin satış qiyməti 540.000 (beş yüz qırx min) manat; Cavabdeh5 Hüseyn qızına məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsində istifadədə olan 0,00947 ha torpaq sahəsində yerləşən 188 nömrəli 569,5 kv.metr ümumi sahədən ibarət dörd mərtəbəli qeyri-yaşayış binasının ilkin satış qiyməti 2.500.000 (iki milyon beş yüz min) manat və Cavabdeh1 məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, X10 küçəsində mülkiyyətində olan 0,12 ha torpaq sahəsində yerləşən 9 nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti 600.000 (altı yüz min) manat məbləğində müəyyən edilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissələrdə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbləri üzrə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətlərində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-65/2020saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı “xxxx” Qapalı Səhmdar Cəmiyyəti və Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-65/2020saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Azad İmanov Hakimlər Rəşad Həsənov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar