Məhkəmə qərarları › İş №2(103)-3864/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3864/2020

09.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3864/2020 09.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, X2 və X5 ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, İddiaçnın nümayəndəsi X1, Cavabdehin nümayəndəsi-vəkili X4 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı üçüncü şəxs X6 cəlb edilməklə “kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(005)- 294/2019 nömrəli qətnaməsindən iddiaçı “xxxxxxx” Kommersiya Bankı ASC və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh qarşı üçüncü şəxs X6 cəlb edilməklə “kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh iddiaçı “xxxxxxx” KB ASC-nin xeyrinə xx.xx.2015-ci il tarixli 13UM/15 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış xx.xx.2015-ci il tarixli 30UB/15 saylı əlavə kredit müqaviləsinə əsasən əsas kredit borcu üzrə 199.485,00 ABŞ dolları, faiz borcu üzrə 8.844,12 ABŞ dolları, cərimə borcu üzrə 3.210,63 ABŞ dolları, cəmi 211.539,75 ABŞ dolları, xx.xx.2015-ci il tarixli 31UB/15 saylı əlavə kredit müqaviləsinə əsasən əsas kredit borcu üzrə 99.721,86 ABŞ dolları, faiz borcu üzrə 4.302,83 ABŞ dolları, cərimə borcu üzrə 21.916,68 ABŞ dolları, cəmi 125.941,37 ABŞ dolları, xx.xx.2016-cı il tarixli 48UBP/16 saylı əlavə kredit müqaviləsinə əsasən əsas kredit borcu üzrə 17.774,00 manat, faiz borcu üzrə 1.446,07 manat, cərimə borcu üzrə 3.747,35 manat, cəmi 22.967,42 manat borcun və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 manat məbləğində pulun tutulması, tələbin ipoteka predmeti olan Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, 232 ünvanında yerləşən, ümumi sahəsi 847.8 kv.m., 4 mərtəbəli qeyri yaşayış binaya yönəldilməsi, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh xx.xx.2015-ci il tarixli 30UB/15 saylı əlavə kredit müqaviləsi üzrə 211.539,75 ABŞ dolları, xx.xx.2015-ci il tarixli 31UB/15 saylı əlavə kredit müqaviləsi üzrə 125.941,37 ABŞ dolları, xx.xx.2016-cı il tarixli 48UBP/16 saylı əlavə kredit müqaviləsi üzrə 22.967,42 manat borcunun və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 manat məbləğində pulun tutularaq iddiaçı “xxxxxxx” KB ASC-yə ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 900.000 manat məbləğində müəyyən edilməsi, ipoteka predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, 232 ünvanında yerləşən, ümumi sahəsi 847.8 kv.m., 4 mərtəbəli qeyri yaşayış binasına tutma yönəldikdə və o, satıldıqda ən geci 1 ay ərzində həmin qeyri-yaşayış sahəsinin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Cavabdeh iddiaçı “xxxxxxx” KB ASC-nin xeyrinə xx.xx.2015-ci il tarixli 13UM/15 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış, xx.xx.2015-ci il tarixli 30UB/15 saylı əlavə kredit müqaviləsinə əsasən əsas kredit borcu üzrə 199.485,00 ABŞ dolları, faiz borcu üzrə 38.635,16 ABŞ dolları, cərimə borcu üzrə 201.119,99 ABŞ dolları, cəmi 439.240,15 ABŞ dolları, xx.xx.2015-ci il tarixli 31UB/15 saylı əlavə kredit müqaviləsinə əsasən əsas kredit borcu üzrə 99.721,86 ABŞ dolları, faiz borcu üzrə 4.302,83 ABŞ dolları, cərimə borcu üzrə 21.916,68 ABŞ dolları, cəmi 125.941,37 ABŞ dolları, xx.xx.2016-cı il tarixli 48UBP/16 saylı əlavə kredit müqaviləsinə əsasən əsas kredit borcu üzrə 17.774,00 manat, faiz borcu üzrə 1.446,07 manat, cərimə borcu üzrə 3.747,35 manat, cəmi 22.967,42 manat borcun və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 manat məbləğində pulun tutulması, tələbin ipoteka predmeti olan Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, 232 ünvanında yerləşən, ümumi sahəsi 847.8 kv.m., 4 mərtəbəli qeyri-yaşayış binaya yönəldilməsi, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh xx.xx.2015-ci il tarixli 30UB/15 saylı əlavə kredit müqaviləsi üzrə 439.240,15 ABŞ dolları, xx.xx.2015-ci il tarixli 31UB/15 saylı əlavə kredit müqaviləsi üzrə 125.941,37 ABŞ dolları, xx.xx.2016-cı il tarixli 48UBP/16 saylı əlavə kredit müqaviləsi üzrə 22.967,42 manat borcunun və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 manat məbləğində pulun tutularaq iddiaçı “xxxxxxx” KB ASC-yə ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 900.000 manat məbləğində müəyyən edilməsi, ipoteka predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, 232 ünvanında yerləşən, ümumi sahəsi 847.8 kv.m., 4 mərtəbəli qeyri-yaşayış binası natutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin qeyri-yaşayış sahəsinin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Cavabdeh iddiaçı “xxxxxxx” KB ASC-nin xeyrinə xx.xx.2015-ci il tarixli 13UM/15 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış, xx.xx.2015-ci il tarixli 30UB/15 saylı əlavə kredit müqaviləsinə əsasən əsas kredit borcu üzrə 199.485,00 ABŞ dolları, faiz borcu üzrə 57.485,88 ABŞdolları, cərimə borcu üzrə 499.271,41 ABŞ dolları, cəmi 756.242,29 ABŞ dolları, xx.xx.2015-ci il tarixli 31UB/15 saylı əlavə kredit müqaviləsinə əsasən əsas kredit borcu üzrə 99.721,86 ABŞ dolları, faiz borcu üzrə 4.302,83 ABŞ dolları, cərimə borcu üzrə 21.916,68 ABŞ dolları, cəmi 125.941,37 ABŞ dolları, xx.xx.2016-cı il tarixli 48UBP/16 saylı əlavə kredit müqaviləsinə əsasən əsas kredit borcu üzrə 17.774,00 manat, faiz borcu üzrə 1.446,07 manat, cərimə borcu üzrə 3.747,35 manat, cəmi 22.967,42 manat borcun və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 manat məbləğində pulun tutulması, tələbin ipoteka predmeti olan Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, 232 ünvanında yerləşən, ümumi sahəsi 847.8 kv.m., 4 mərtəbəli qeyri-yaşayış binaya yönəldilməsi, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh xx.xx.2015-ci il tarixli 31UB/15 saylı əlavə kredit müqaviləsi üzrə 756.242,29 ABŞ dolları, xx.xx.2015-ci il tarixli 31UB/15 saylı əlavə kredit müqaviləsi üzrə 125.941,37 ABŞ dolları, xx.xx.2016-cı il tarixli 48UBP/16 saylı əlavə kredit müqaviləsi üzrə 22.967,42 manat borcunun və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 manat məbləğində pulun tutularaq iddiaçı “xxxxxxx” KB ASC-yə ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 900.000 manat məbləğində müəyyən edilməsi, ipoteka predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, 232 ünvanında yerləşən, ümumi sahəsi 847.8 kv.m., 4 mərtəbəli qeyri yaşayış binasına, tutma yönəldikdə və o, satıldıqda ən geci 1 ay ərzində həmin qeyri yaşayış sahəsinin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(005)- 294/2019 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş,Cavabdeh İddiaçı xeyrinə xx.xx.2015-ci il tarixli 30UB/15 nömrəli əlavə kredit müqaviləsi üzrə əsas borc 199.485 ABŞ dolları, faiz borcu 3070,4 ABŞ dolları, cərimə borcu 1000 ABŞ dolları, xx.xx.2015-ci il tarixli 31UB/15 nömrəli əlavə kredit müqaviləsi üzrə əsas borc 99721,86 ABŞ dolları, faiz borcu 4032,83 ABŞ dolları, cərimə borcu 1000 ABŞ dolları, xx.xx.2016-cı il tarixli 48UBP/16 nömrəli əlavə kredit müqaviləsi üzrə əsas borc 17774 manat, faiz borcu 1089,75 manat, cərimə borcu 1000 manat tutulması,Cavabdeh məxsus Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, 232 qeyri-yaşayış binası ilkin satış qiyməti ******* manat müəyyən edilməklə açıq hərracdan satılsın, əldə olunmuş vəsait hesabına borc ödənilməsi,Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, 232 qeyri-yaşayış binası satıldıqdan sonra 1 ay ərzində boşaldılması,iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Qeyd olunan qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, iddia tələbinin ipoteka predmetinin dəyərinin; əsas və faiz borcunun dəyişdirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, mühasibathq ekspertizasının rəyi tərəflərin iştirakı ilə birlikdə digər sübutlarla yanaşı tədqiq olunmamış, həmçinin, məhkəmənin qərardadı ilə ipoteka predmeti olan əmlakın yenidən qiymətləndirilməsi üzrə verilmiş rəylər belə nəzərə alınmadan, cavabdeh tərəfin məhkəmədən kənar öz təşəbbüsü və sifarişi ilə əmlakının qiymətləndirilməsi ilə bağlı əldə etdiyi müxtəlif təşkilatların reallığı əks etdirməyən, qeyri-obyektiv, absurd və şişirdilmiş bazar qiyməti məhkəmənin qəbul etdiyi qətnamədə əmlakın ilkin satış qiyməti kimi göstərmişdir. Qətnamədən də göründüyü kimi, məhkəmə özünün ekspertiza təyini barədə qərardadına əsasən aldığı qiymətləndirmə barədə rəyi belə şübhə altına alaraq, qarşı tərəfin bankın nümayəndəsinin iştirakı təmin olunmayan sonuncu iclasda təqdim etdiyi həmin rəylərdəki absurd qiymət əsasında qətnamə çıxarması anlaşılan deyil. Nərimanov Rayon Məhkəmosinin sözügedən qətnaməsini aldıqdan sonra, iddia tələbinin qismən təmin edilərkən, istinad edilən sonuncu məhkəmə-mühasibatlıq ekspertizası üzrə ekspert rəyi ilə tanış olduqda yanlış hesablanmış ekspert rəyinə etiraz bildirməyə və haqlı səbəbləri göstərilməklə təkrar ekspertiza təyin edilməsini xahiş etmək hüququndan məhrum olmaları ilə yanaşı, məhkəmə tərəfindən iş materiallarında olan sübutlara ekspert rəyləri ilə qarşılıqlı şəkildə baxılmadığından, iş hərtərəfli, tam və obyektiv araşdırılmadığından sonda qanunsuz və əsassız olaraq iddia tələbimiz qismən təmin edilmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, ekspertiza rəyinə əsasən, cavabdeh tərəfindən ödənilmiş ümumi məbləğ xx.xx.2015-ci il tarixli, 30UB/15 saylı əlavə kredit müqaviləsi üzrə 105.038,60 ABŞ dolları, xx.xx.2015-ci il tarixli 31UB/15 saylı əlavə kredit müqaviləsi üzrə 74.802,03 ABŞ dolları, xx.xx.2016-cı il tarixli 48UBP/16 saylı əlavə kredit müqaviləsi üzrə 1.457,85 manat təşkil etdiyi göstərilmiş, lakin qalıq əsas və faiz borcu hesablanarkən ekspert tərəfindən həmin məbləğlər nəzərə alınmamış, ekspert həqiqətə uyğun olmayan rəy vermişdir.Ekspert rəyində xx.xx.2015-ci il tarixli 31UB/15 saylı əlavə kredit müqaviləsi üzrə Cavabdeh tərəfindən müqavilə müddətinin sonunadək ödənilməli olan faiz məbləği 30.282,72 ABŞ dolları təşkil etdiyi görünsə də həmin məbləğin hansı ödəniş cədvəlinə əsasən müəyyən edildiyi aydın deyil.Bundan başqa məhkəmə kollegiyasının nəzərinə çatdırır ki, birinci instansiya məhkəməsi tərəfindən ipotekaya predmetinin ilkin satış qiyməti mövcud bazar qiyməti əsasında müəyyən edilməmişdir.Belə ki, ipoteka predmeti olan qeyri-yaşayış obyekti ayrıca bina olaraq işlək yolun (küçənin) kənarında - ünvan 2 ünvanda yerləşir, bina tam təmirli vəziyyətdədir, 4 mərtəbənin hər biri ayrı-ayrı şəxslərə icarəyə verilməklə yanaşı, əlavə olaraq binanın zirzəmisində tikiş sexi fəaliyyət göstərir. İş materiallarında obyektin xarici və daxili görünüşünü əks etdirən kifayət qədər şəkillər var. bütün bunlar nəzərə alınaraq, hesab edirik ki, ipoteka predmeti olan qeyri-yaşayış binasının ilkin satış qiyməti 3.289.000,0 manat dəyərində müəyyən edilməli idi. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçnın nümayəndəsi X1 apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini cavabdehin apellyasiya şikayətinin isə rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili X7 apellyasiya şikayətini müdafiə edərək, şikayətinin təmin edilməsi, iddiaçının apellyasiya şikayətinin isə rədd edilməsini xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş üçüncü şəxs məhkəmə kollegiyasının iclasında iştirak etmədiyindən və bunun səbəbləri barədə məhkəməyə məlumat vermədiyindən, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılması təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayətləri qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ipoteka predmetinin dəyərinin müəyyən edilməsi hissəsində dəyişdiriləlidir. Məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən olunmuşdur ki, «xxxxxxx» KB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 13UM/15 saylı əsas kredit müqavləsinə əsasən cavabdehə illik 180 ay müddətinə 10000000 manat məbləğində kredit verilmişdir.xx.xx.2015-ci il tarixli, 30UB/15 nömrəli əlavə kredit müqaviləsindən görünür ki, Cavabdeh 36 ay müddətinə, xx.xx.2018-ci il tarixədək, illik 14% ödəmək şərtilə 250.000 ABŞ dolları verilmişdir.xx.xx.2015-ci il tarixli əlavə kredit müqaviləsindən görünür ki, xx.xx.2015-ci il tarixli 31UB/15 saylı əlavə kredit müqaviləsinə əsasən borcalana 24 ay müddətinə, xx.xx.2017-ci il tarixədək, illik 16% ödəmək şərtilə 100.000ABŞ dolları verilmişdir. 13UMİ/15 nömrəli, xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, kredit müqaviləsinin öhdəliklərinin icrasını təmin etmək məqsədilə «xxxxxxx» KB ASC ilə Cavabdeh arasında bağlanmış sazişə əsasən Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, 232 ünvanında yerləşən, ümumi sahəsi 847.8 kv.m., 4 mərtəbəli qeyri yaşayış binası «xxxxxxx» Kommersiya Bankı ASC-yə ipotekaya qoyulmuşdur.xx.xx.2016-cı il tarixli, 48UBP/16 nömrəli əlavə kredit xətti və bank hesabı müqaviləsindən görünür ki, Cavabdeh 6 ay müddətinə, xx.xx.2017-ci il tarixədək, illik 30% ödəmək şərtilə 17774 manat verilmişdir. İş materiallarından göründüyü kimi, tərəflər arasında bağlanmış kredit və ipoteka müqavilələrindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə iddiaçı olan Bank öhdəliyi yerinə yetirərək, müqavilədə göstərilən pul məbləğini borcalana vermiş, bunun nəticəsində bankın cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdir. Borclunun müqavilə üzrə öhdəliyi yerinə yetirməməsinə görə iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Borcalan müqavilə üzrə öz öhdəliklərini icra etmədikdə və həmin öhdəlikləri müqavilədə müəyyən edilmiş müddətdə icra etmədikdə, kredit verənin bu müqaviləni vaxtından əvvəl ləğv etmək, kredit borcunu, faizləri, penyanı, vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək, tələb icra olunmadıqda isə borcun zaminlər tərəfindən ödənilməsini tələb etmək hüququ vardır. İlk əvvəl məhkəmə kollegiyası iddia tələbinin əsas və faiz borcunun tutulması hissəsi ilə bağlı qətnaməyə hüquqi qiymət verən məhkəmə kollegiyası bildirir ki, mülki qanunvericiliyə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Müqavilədən irəli gələn öhdəliklərindən biri də borc (kredit) müqaviləsidir və həmin müqaviləyə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür və bu zaman borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın əsas və faiz borcunun tutulması hissəsi ilə bağlı düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının iddia tələbi ilə məhkəməyə müraciət edərkən ərizəsinə əlavə etdiyi və iddianın əsasını təşkil edən maliyyə arayışına əsasən borc pul vəsaitinin tutulmasını tələb etmişdir. Nərimanov Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qərardadı əsasında təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının nəticələrinə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10799 saylı, xx xxxxxx 2019-cu il tarixli ekspert rəyindən görünür ki, “xxxxxxx” KB ASC ilə Cavabdeh arasında bağlanmış əlavə kredit müqavilələri üzrə müqavilə müddətinin sonunadək ödənilməli olan faiz məbləği aşağıdakı kimi müəyyən olunur: xx.xx.2015-ci il tarixli. 30UB/15 saylı əlavə kredit müqaviləsi üzrə rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən təqdim olunmuş sənədlər əsasında müəyyən edildi ki, Cavabdeh tərəfindən müqavilə müddətinin sonunadək ödənilməli olan faiz məbləği 57.594,0 ABŞ dolları təşkil edir. xx.xx.2015-ci il tarixli 31UB/15 saylı əlavə kredit müqaviləsi üzrə: rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən təqdim olunmuş sənədlər əsasında müəyyən edildi ki, Cavabdeh tərəfindən müqavilə müddətinin sonunadək ödənilməli olan faiz məbləği 30.282,72 ABŞ dolları təşkil edir. xx.xx.2016-cı il tarixli 48UBP/16 saylı əlavə kredit müqaviləsi üzrə: rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən təqdim olunmuş sənədlər əsasında müəyyən edildi ki, Cavabdeh tərəfindən müqavilə müddətinin sonunadək ödənilməli olan faiz məbləği 2.547,6 manat təşkil edir. “xxxxxxx” KB ASC ilə Cavabdeh arasında bağlanmış əlavə kredit müqavilələri üzrə bordanan tərəfindən bu günədək ödənilmiş ümumi məbləğ aşağıdakı kimi müəyyən olunur: xx.xx.2015-ci il tarixli, 30UB/15 saylı əlavə kredit müqaviləsi üzrə: Rəyin tədqiqat hissəsində göstərilənlərə və təqdim olunmuş hesabdan çıxarış məlumatlarına əsasən borclanan tərəfindən bu günədək ödənilmiş ümumi məbləğ 105.038,60 ABŞ dolları təşkil edir. xx.xx.2015-ci il tarixli 31UB/15 saylı əlavə kredit müqaviləsi üzrə: Rəyin tədqiqat hissəsində göstərilənlərə və təqdim olunmuş hesabdan çıxarış məlumatlarına əsasən borclanan tərəfindən bu günədək ödənilmiş ümumi məbləğ 74.802,03 ABŞ dolları təşkil edir. xx.xx.2016-cı il tarixli 48UBP/16 saylı əlavə kredit müqaviləsi üzrə: rəyin tədqiqat hissəsində göstərilənlərə və təqdim olunmuş hesabdan çıxarış məlumatlarına əsasən borclanan tərəfindən bu günədək ödənilmiş ümumi məbləğ 1.457,85 manat təşkil edir. “xxxxxxx” KB ASC ilə Cavabdeh arasında bağlanmış əlavə kredit müqavilələri üzrə ödənilmiş ümumi məbləğdən əsas və faiz borcuna silinmələr aşağıdakı kimi müəyyən olunur: xx.xx.2015-ci il tarixli, 30UB/15 saylı əlavə kredit müqaviləsi üzrə: rəyin tədqiqat hissəsində göstərilənlərə və təqdim olunmuş hesabdan çıxarış məlumatlarına əsasən borcalan tərəfindən ödənilmiş 105.038,60 ABŞ dolları məbləğində vəsaitin 50.515,0 ABŞ dolları əsas borca, 54.523,6 ABŞ dolları faiz borcuna silinmişdir. xx.xx.2015-ci il tarixli 31UB/15 saylı əlavə kredit müqaviləsi üzrə: rəyin tədqiqat hissəsində göstərilənlərə və təqdim olunmuş hesabdan çıxarış məlumatlarına əsasən borcalan tərəfindən ödənilmiş 74.802,03 ABŞ dolları məbləğində vəsaitin 48.822,14 ABŞ dolları əsas borca, 25.979,89 ABŞ dolları faiz borcuna silinmişdir. xx.xx.2016-cı il tarixli 48UBP/16 saylı əlavə kredit müqaviləsi üzrə: rəyin tədqiqat hissəsində göstərilənlərə və təqdim olunmuş hesabdan çıxarış məlumatlarına əsasən borcalan tərəfindən ödənilmiş 1.457,85 manat məbləğində vəsaitin hamısı faiz borcuna silinmişdir. “xxxxxxx” KB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 30UB/15 saylı əlavə kredit müqaviləsi üzrə iddianın qaldırıldığı və iddia tələbinin artırıldığı tarixə, xx.xx.2015-ci il tarixli 31UB/15 saylı əlavə kredit müqaviləsi və xx.xx.2016-cı il tarixli 48UBP/16 saylı əlavə kredit müqaviləsi üzrə müqavilə müddətinin sonuna olan tarixə qalıq əsas və faiz borcu aşağıdakı kimi müəyyən olunur. xx.xx.2015-ci il tarixli. 30UB/15 saylı əlavə kredit müqaviləsi üzrə: rəyin tədqiqat hissəsində göstərilənlərə və təqdim olunmuş hesabdan çıxarış məlumatlarına əsasən iddianın qaldırıldığı tarixə və eyni zamanda iddia tələbinin artırıldığı tarixə qalıq əsas borc 199.485,0 ABŞ dolları, qalıq faiz borcu 3070,4 ABŞ dolları təşkil edir. xx.xx.2015-ci il tarixli 31UB/15 saylı əlavə kredit müqaviləsi üzrə: rəyin tədqiqat hissəsində göstərilənlərə və təqdim olunmuş hesabdan çıxarış məlumatlarına əsasən müqavilə müddətinin sonuna olan tarixə qalıq əsas borc 99.721,86 ABŞ dolları, qalıq faiz borcu 4.302,83 ABŞ dolları təşkil edir. xx.xx.2016-cı il tarixli 48UBP/16 saylı əlavə kredit müqaviləsi üzrə: Rəyin tədqiqat hissəsində göstərilənlərə və təqdim olunmuş hesabdan çıxarış məlumatlarına əsasən müqavilə müddətinin sonuna olan tarixə qalıq əsas borc 17.774,0 manatqalıq faiz borcu 1089,75 manattəşkil edir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehin iddia tələbinin artırıldığı tarixə və müddətin sonuna olan tarixə qədər qalıq əsas və faiz borcunu ekspert rəyində göstərilən məbləğdə nəzərə almaqda haqlı olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, bu haldabirinci instansiya məhkəməsi tərəfindən aparılmış araşdırma zamanı cavabdehdən banka olan əsas və faiz borcunun Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası müvafiq ekspert rəyi əsasında hesablanmışdır. Həmin rəyin mötəbərliyinə şübhə ilə yanaşmağa əsas verən dəlil irəli sürülməmiş, buna dair məhkəməyə hər-hansı bir sübut təqdim edilməmişdir. İddianın cərimə borcu hissəsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbi qeyd olunan hissədə əsaslı olmuşdur. Belə ki, cərimənin (dəbbə pulu) ödənilməsi tələbinin hüquqi əsaslarını müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Mülki Məcəllənin 467-ci maddəsinəəsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə cəriməni azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Cərimə ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin hər bir müqavilə üzrə ağlabatan vəədalətli məbləğdə cərimə borcu müəyyən etmişdir. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasının pul vahidi manatdır. Konstitusiyanın həmin maddəsinin İİİ hissəsinə görə, Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. “Məhkəmə qətnamələri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli, 4 saylı qərarının 10-cu bəndində göstərilir ki, qətnamədə alınması və ya ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinə əsasən pul öhdəliyi manatla ifadə edilməlidir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının xeyrinə tutulmalı olan məbləğin ABŞ dolları ilə göstərilməsinə baxmayaraq, ödəniş gününə uyğun məzənnə nəzərə alınmaqla cavabdehlərdən tutulması barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Kollegiya həmçinin hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətlərinin müəyyənləşdirilməsi hissəsində səhv nəticəyə gəlmişdir. “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edilərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir və qanunun mənasına görə, məhkəmə qətnaməsində ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti yalnız tərəflərin razılaşması əsasında, yaxud müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyən edilə bilər. Belə ki, “Heba Consulting” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2018-ci il tarixli, Ç-562 saylı rəyindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, 232 qeyri-yaşayış binasının həmin dövrə olan bazar qiyməti 2.500.000 manat təşkil edir. Fərdi qiymətləndrici X9 tərəfidən verilmiş 335 saylı xx.xx.2018-ci il tarixli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, 232 qeyriyaşayış binasının həmin dövrə olan bazar qiyməti 1.040.000 manat təşkil edir. “FM X8 Company” Məhdud Məsuliyyətli Cəmiyyətinin 2018-ci il tarixli, 1032/UF saylı rəyindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, 232 qeyriyaşayış binasının həmin dövrə olan bazar qiyməti 1.100.000 manat təşkil edir. “X11” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2019-cu il tarixli, H/02-GHM saylı rəyindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, 232 qeyriyaşayış binasının həmin dövrə olan bazar qiyməti 2.300.000 manat təşkil edir. “xxxxx” Firmasının xx.xx.2019-cu il tarixli, xxxxx-31 saylı rəyindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, 232 qeyri-yaşayış binasının həmin dövrə olan bazar qiyməti 3.015.000 manat təşkil edir. “Buta” Qiymətləndirmə Mərkəzinin xx.xx.2019-cu il tarixli, 191-E saylı rəyindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, 232 qeyri-yaşayış binasının həmin dövrə olan bazar qiyməti 3.289.000 manat təşkil edir. “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin xx.xx.2019-cu il tarixli, QXM 106 saylı rəyindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, 232 qeyriyaşayış binasının həmin dövrə olan bazar qiyməti 3.253.000 manat təşkil edir. İşdən görünür ki, ipoteka predmetlərinin ilkin satış qiymətlərinin müəyyən edilməsi üçün qiymətləndirmə fəaliyyətini həyata keçirən müxtəlif mütəxəssislərə müraciət olunmuş və onlar tərəfindən fərqli qiymətlər müəyyən olunmuşdur. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, həmin rəylərdə müəyyən olunmuş qiymətlər müqayisəli şəkildə təhlil olunmaqla əmlakların yuvarlaqlaşdırılmış orta bazar dəyərləri müəyyən olunmalıdır. Beləliklə, Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, 232 qeyri-yaşayış binasının bazar dəyəri iş materiallarında olan ekspert rəyləri üzrə ortaq məbləğ 2.356.714,28 manat ((2.500.000+1.040.000+1.100.000+2.300.000+3.015.000+3.289.000+3.253.000)÷7=2.356 .714,28 manat) müəyyən edilməlidir. Belə olan halda birinci instansiya məhkəməsinin qətnaməsi ipoteka predmetinin bazar dəyərinin müəyyən edilməsi hissəsində dəyişdirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası həmçini hesab edir ki, birinci instansiya məhkəməsinin məhkəmə məsrəfləri ilə qətnamənin əsaslandırıcı hissəsində öz mövqeyini bildirsə də, qətnamənin nəticə hissəsində məhkəmə məsrəfləri qeyd edilməmişdir. Kollegiya hesab edir ki, ödənilmiş dövlət rüsumu 30 manat və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 manat, ekspertiza xərclərinə görə 570 (370+200) manat cavabdehə aid edilməlidir. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri) Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı “xxxxxxx” Kommersiya Bankı ASC-nin apellyasiya şikayəti qismən təmin edilməli, Cavabdeh apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(005)-294/2019 nömrəli qətnaməsi ipoteka predmetinin bazar dəyərinin müəyyən edilməsi hissəsində dəyişdirilməli, Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, 232 qeyri-yaşayış binasının bazar dəyəri 2.356.714,28 manat məbləğində müəyyən edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ: İddiaçı “xxxxxxx” Kommersiya Bankı ASC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(005)- 294/2019 nömrəli qətnaməsi ipoteka predmetinin bazar dəyərinin müəyyən edilməsi hissəsində dəyişdirilsin. Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, 232 qeyri-yaşayış binasının bazar dəyəri 2.356.714,28 manat məbləğində müəyyən edilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 manat və ekspertiza xərclərinə görə ödənilməli olan 570 (370+200) manat məbləğində pul Cavabdeh tutulsun. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən imza: Hakimlər imzalar: Əsli ilə düzdür: Hakim: Xumar Mərdanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar