Məhkəmə qərarları › İş №2(103)-3865/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3865/2020

02.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3865/2020 02.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, iddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra – iddiaçı MMC) cavabdehlər Cavabdeh1, Cavabdeh2, “xxxxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra – cavabdeh Şirkət) və Bakı Şəhəri 24 saylı Notariat Kontoruna (bundan sonra – cavabdeh Notariat Kontoru) qarşı “müqavilələrin ləğv edilməsi və sair tələbləri barədə” iddiasına, Cavabdeh1 iddiaçı MMC-yə qarşı “pulun ödənilməsi və sair tələbləri barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2019-cu il tarixli qətnamədən iş üzrə iddiaçı MMC və Cavabdeh1 ayrı-ayrılıqda verdikləri apellyasiya şikayətlərinə əsasən mülki işə, iddiaçı MMC-nin direktoru Murat Alyarın, iddiaçı MMC-nin vəkili X2, MMC-nin nümayəndəsi Nümayəndə2, Cavabdeh1 vəkili (nümayəndəsi) Nümayəndə1 iştirakları ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC, cavabdehlərə qarşı iddia ərizəsi və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 53-cü maddəsinə əsasən verilmiş “iddia tələbinin həcminin dəyişdirilməsi barədə” ərizə ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 ilə bağlanmış xx.xx.2017-ci il (qeyri notarial), xx.xx.2017-ci il və xx.xx.2017-ci il tarixli (notarial) müqavilələrin ləğv edilməsi, xx.xx.2017-ci il tarixli qeyri-notarial qaydada bağlanmış müqavilənin qismən etibarsız hesab edilməklə, icarədar kimi cavabdeh Şirkətin tanınması, həmin Şirkətin xüsusi mülkiyyətində olan və ünvan 1 ünvanında yerləşən qeyriyaşayış sahəsinin (Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli, xx.xx.2017-ci il tarixli çıxarış) icarə obyekti kimi istismara hazır vəziyyətdə iddiaçı MMC-ya təhvil verilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2017-ci il tarixli qeyri-notarial xxxxxxxxxxxxxxxx öhdəliyini pozduğuna görə 1.000.000 manat dəymiş ziyan, təmir bərpa işlərinə görə ödənilmiş 360.000 manat, əldən çıxmış faydaya görə dəymiş maddi ziyana görə 240.000 manat olmaqla, cəmi 1.600.000 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi əsasında Rayon Məhkəməsi tərəfindən 2(004)-3253/2019 saylı mülki işin icraatı başlanmışdır. Bundan sonra, Cavabdeh1 iddiaçı MMC-ya qarşı iddia ərizəsi və MPM-nin 53-cü maddəsinə əsasən verilmiş “iddia tələbinin həcminin dəyişdirilməsi barədə” ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, iddiaçı MMC-dən təmir-bərpa işlərinin aparılmasının sürətləndirilməsinə görə ödənilməmiş qalan 917.180,66 manat, müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsinə görə əldən çıxmış fayda olaraq 2.750.000 manat, icarədar olan MMC-nin hərəkətsizliyi nəticəsində müqaviləyə vaxtından əvvəl xitam verilməsinə görə onunla iddiaçı MMC-nin təsisçisi və direktoru olan Murat Alyar arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilə üzrə 2.000.000 manat, xx.xx.2017-ci il tarixli müqavilə üzrə isə 4.000.000 manat olmaqla, cəmi 6.000.000 manat məbləğində cərimənin, ona vurulmuş mənəvi ziyanın əvəzi olaraq 50.000 manat, cəmi isə 9.717.180,66 manat, Cavabdeh1 iddiasının verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaitinin tutularaq ona verilməsi, iddiaçı MMC-nin təsisçisi və direktoru olan Murat Alyarla onun arasında bağlanmış xxxxxxxxxxxxxxxxxxxxx vaxtından əvvəl ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bu iddia ərizəsi əsasında Rayon Məhkəməsi tərəfindən 2(004)-4732/2019 saylı mülki işin icraatı başlanmışdır. Bu iş üzrə Rayon Məhkəməsi tərəfindən xx.xx.2019-cu il tarixdə qəbul edilmiş qərardad ilə yuxarıda qeyd edilən hər iki mülki iş bir icraatda birləşdirilmişdir. MMC-nin iddiası və Cavabdeh1 iddiasına qarşı etirazı onunla əsaslandırılmışdır ki, iddiaçı MMC ilə Cavabdeh1 arasında ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 10 il müddətinə icarəyə verilməsinə dair xx.xx.2017-ci il tarixdə notarial qaydada müqavilə bağlanmışdır. Müqavilə üzrə aylıq icarə haqqı 15.000 manat məbləğində müəyyən edilmişdir. Müqavilə şərtlərinə əsasən iddiaçı MMC tərəfindən təmir bərpa işlərinin sürətləndirilməsi üçün 9 dəfəyə cəmi 360.000 manat məbləğində pul Cavabdeh1 ödənilmişdir. Sonuncu 34.000 manat ödəniş xx.xx.2018-ci il tarixdə edilmişdir. Bu müddət ərzində dəfələrlə Cavabdeh1 müqavilə şərtlərinə əməl edərək, obyekti istismar üçün iddiaçı MMC-ya təhvil verilməsini istəsələr də, Cavabdeh1 öhdəliklərini yerinə yetirməmişdir. Sonuncu dəfə MMC-nin nümayəndələri, qeyd olunan qeyri-yaşayış sahəsində təmir işlərinə baxmaq istəsələr də, Cavabdeh1 nümayəndələri tərəfindən obyektə buraxılmamışlar. Hazırda isə MMC-ya məlum olmuşdur ki, aralarında notarial qaydada bağlanmış xxxxxxxxxxxxxxxx olmasına baxmayaraq, Cavabdeh1 başqa şəxs ilə danışıqlar apararaq obyekti həmin şəxsə icarəyə vermək istəyir. Göründüyü kimi, Cavabdeh1 tərəfindən müqavilə öhdəliklərinin pozulması nəticəsində MMC-ya külli miqdarda maddi ziyan dəymişdir. Bu səbəbdən də, MMC, pozulmuş hüquqlarının bərpa edilməsindən ötrü məhkəmə müdafiəsindən istifadə etmək məcburiyyətində qalmışdır. İşin məhkəmə araşdırması zamanı əlavə sübutlar müəyyən edildiyindən iddia ərizəsinə əlavə vermək zərurəti yaranmışdır. İşin faktiki hallarını müəyyən etməkdən ötrü ilk növbədə aşağıdakı ardıcıllığa diqqət yetirilməlidir: Belə ki, iddiaçı MMC qeyri-yaşayış sahəsini otel kimi icarəyə götürmək məqsədilə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş xx.xx.2006-cı il tarixli çıxarışa əsasən icarə müqavilələri bağlamışdır. xx.xx.2017-ci il, xx.xx.2017-ci il, xx.xx.2017-ci il tarixdə 2 müqavilə olmaqla 4 xxxxxxxxxxxxxxxx bağlanmışdır. xx.xx.2017-ci il tarixli və xx.xx.2017-ci il tarixli icarə müqavilələri notarial qaydada bağlanmışdır. xx.xx.2017-ci il tarixli xxxxxxxxxxxxxxxxnin 2ci səhifəsində qeyd edilmişdir ki, tərəflərin razılaşmasına əsasən təmir bərpa işlərinin sürətləndirilməsi üçün xx.xx.2017-ci il tarixdən otel təhvil verilənədək (aprelin 20-dək, 6 aylıq) hər ayın 20-si 50.000 manat icarədar olan MMC tərəfindən icarəyə verənə verilməlidir; bu ödənişlər sonradan icarə haqqından çıxılacaq. Qeyd olunan öhdəliyə əsaslanaraq iddiaçı MMC tərəfindən 9 dəfəyə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qəbz vasitəsilə 360.000 manat pul ödənilmişdir. xx.xx.2017-ci il tarixli, reyestr nömrəsi 3M- 302 olan ikinci notarial xxxxxxxxxxxxxxxx bağlanan zaman notarius tərəfindən yüklülük barədə daşınmaz əmlakın dövlət reyestrindən arayış üçün sorğu verilməmiş və həmin arayış notariat işində mövcud deyil. Bu onunla əlaqəlidir ki, həmin vaxt artıq Cavabdeh1 adına olan daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş xx.xx.2006-cı il tarixli çıxarışda qeyd olunmuş daşınmaz əmlak cavabdeh olan Şirkətə (“xxxxxxxxxxxxx MMC-yə) satılmışdır. Yəni, Cavabdeh1 mövcud olmayan daşınmaz əmlakı iddiaçı MMCya icarəyə vermiş və notarius isə daşınmaz əmlakın yüklülüyü ilə bağlı müvafiq orqana heç bir sorğu vermədən həmin xxxxxxxxxxxxxxxxni təsdiq etmişdir. “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın” 48-ci bəndində qeyd edilmişdir ki, daşınmaz əmlak (o cümlədən, tikintisi başa çatdırılmamış daşınmaz əmlak) obyektlərinə sərəncam verilməsi haqqında müqavilələr təsdiq olunarkən, notarius daşınmaz əmlaka sərəncam verənin və ya onun nümayəndəsinin (vəkil edilmiş şəxsin) ərizəsi və daşınmaz əmlak obyektinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında daşınmaz əmlakın təsviri, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışı, habelə “Daşınmaz Əmlakın Qeydiyyatı, Kadastrı və X4” daxil olan Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 150.1.9-cu maddəsinin məqsədləri üçün tələb olunan məlumatları (kənd təsərrüfatı təyinatlı torpaqların keyfiyyət qrupları, şərti ballar) “Elektron notariat" informasiya sistemi vasitəsilə real vaxt rejimində əldə edir. Ərizədə arayışın daşınmaz əmlakın sərəncam verilməsinə dair notariat hərəkətinin aparılması məqsədi ilə əldə edilməsi göstərilməli və müraciət edən şəxsin imzasının həqiqiliyi notarius tərəfindən təsdiq edilməlidir. Göründüyü kimi, notariusun qeyd olunan təlimatdan kənara çıxması etibarsız xxxxxxxxxxxxxxxxnin bağlanması ilə nəticələnmişdir ki, nəticədə iddiaçıya küllü miqdarda maddi ziyan dəymişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mübahisəli qeyri-yaşayış sahəsini etibarsız xxxxxxxxxxxxxxxx bağlanan ərəfədə, yəni xx.xx.2017-ci il tarixdə cavabdeh Şirkətin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatından keçirməklə RX seriyalı, ******* nömrəli çıxarış əldə etmişlər. Həmin Şirkət barədə məhkəməyə təqdim edilmiş Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli məktubda qeyd olunmuşdur ki, “xxxxxxxxxxxxx" MMC-nin dövlət qeydiyyatına alındığı tarix xx.xx.2011-ci il tarixdir; təsisçiləri Cavabdeh1 (50%), Abbasov X8 (21,4%) və Cavabdeh2dur (28,6%); qanuni təmsilçisi Cavabdeh2dur. Bu halda cavabdehlər tərəfindən bağlanmış xxxxxxxxxxxxxxxxnin faktiki tərəfi, yəni icarəyəverən cavabdeh Şirkət olduğundan xx.xx.2017-ci il tarixli xxxxxxxxxxxxxxxx qismən etibarsız hesab edilməklə icarəyəverən kimi həmin Şirkət hesab edilməlidir. Cavabdehlər tərəfindən icarə müqavilələri üzrə əhəmiyyətli pozuntu nəticəsində heç bir öhdəlik yerinə yetirilməmişdir: Belə ki, “xxxxxxxxxxxxxxxx” təhvil-təslim aktı əsasında icarədar MMC-ya təhvil verilməli idi (müqavilənin 2-ci bəndi). Müqavilənin qüvvəyə minməsi təhvil-təslim aktının imzalanması ilə şərtləndirilmişdir ki, bu halda da icarəyəverən tərəfindən icarə obyekti razılaşdırılmış 6 aylıq müddətdə (2018-ci ilin aprelin 20-dək) təhvil verilməmişdir (xx.xx.2017-ci il tarixli müqavilənin 2-ci səhifəsi). Bunun əksi olaraq iddiaçı MMC tərəfindən 6 aylıq 50.000 manat icarə ödənişi etmək öhdəliyi yerinə yetirilmişdir. Bütün bu hallar onu sübut edir ki, cavabdehlər tərəfindən xxxxxxxxxxxxxxxxnin bağlanması zamanı mübahisəli qeyriyaşayış sahəsinin 10 il müddətinə iddiaçı MMC-ya icarəyə verməsi niyyəti olmuşdursa da, bu da ancaq həmin əmlakın hazırkı mülkiyyətçisi olan icarəyəverən kimi cavabdeh Şirkət ilə rəsmiləşdirilməli idi. Cavabdeh1 iddiası və MMC-nin iddiasına qarşı etirazı onunla əsaslandırılmışdır ki, MMC-nin direktoru olan Murat Alyar ilə Cavabdeh1 ilk tanışlıqları 2017-ci ilin yay aylarına təsadüf edir. Murat Alyar uzun illər otel işlətməsi ilə məşğul olduğunu və iddiaçı MMC-nin direktoru olaraq Azərbaycanda bir çox otelləri icarəyə götürürərək işlətdiyini və bu sahədə böyük təcrübəyə malik olduğunu bildirmişdir. Murat Alyar Cavabdeh1 məxsus olan və Bakı şəhəri, B.Səfəroğlu 121 ünvanında yerləşən qeyri-yaşayış sahəsini otel kimi işlətməyi təklif etmişdir. Həmin təklif Cavabdeh1 maraqlandırmış, lakin M.Alyara bildirmişdir ki, qeyd edilən qeyri-yaşayış sahəsinin otel kimi fəaliyyət göstərməsi üçün təmir tikinti işləri aparılmalıdır. M.Alyar Cavabdeh1 qeyri-yaşayış sahəsini təmir edərək otel səviyyəsinə çatdırmaq üçün tələb olunan vəsaiti hissə-hissə verə biləcəyini və gələcəkdə otel fəaliyyətə başladıqdan sonra təmir üçün qoyacağı pulu hissə-hissə icarədən çıxa biləcəyini demişdir. Razılaşmalarına əsasən binanın ilk dörd mərtəbəsinin icarə haqqısı 75.000 manat təşkil edirdi. Lakin M.Alyarın istəyinə əsasən 2 müqavilə imzalanmalı, yəni ki, öz aralarında bağlanan müqavilədə icarə haqqı olaraq 65.000 manat göstərilməli, notarial müqavilədə isə 10.000 manat göstərilməli idi. M.Alyara məxsus MMC ilə Cavabdeh1 arasında xx.xx.2017-ci il tarixdə bağlanmış xxxxxxxxxxxxxxxxnin tələblərinə əsasən, Cavabdeh1 qeyri-yaşayış sahəsini iddiaçı MMC-ya otel kimi işlətmək üçün icarəyə vermişdir. xx.xx.2017 və xx.xx.2017-ci il tarixlərində bağlanmış icarə müqavilələri qeyri-yaşayış sahəsinin ilk 4 mərtəbəsinin icarəyə verilməsi məqsədilə bağlanmışdır. M.Alyarın təklifi ilə 2 ayrı müqavilə imzalanmışdır. Bu müqavilələrin hər ikisi eyni hüquqi qüvvəyə malikdir, yalnız icarə haqqları fərqlidir. İddiaçı MMC ilə aralarında xx.xx.2017-ci il tarixdə bağlanmış müqaviləyə əsasən, aylıq icarə haqqı 65.000 manat təşkil edir və hər ayın 10-na kimi nağd şəkildə ödənilməli idi. Bundan başqa, xx.xx.2017-ci il tarixdə 24-cü Notariat Kontorunun xüsusi notariusu X3 tərəfindən ********** nömrəli sorğu verilərək daşınmaz əmlakın dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış alınaraq, MMC ilə Cavabdeh1 arasında 3M- 107N reyestr nömrəli notarial müqavilə imzalanmışdır. “xxxxxxxxxxxxxxxxnin” tələblərinə əsasən, aylıq icarə haqqı 10.000 manat təşkil edir və icarə haqqı hər ayın 10-na qədər köçürmə yolu ilə ödənilməli idi. Cavabdeh1, xüsusi mülkiyyətində olan qeyri-yaşayış sahəsini otel kimi icarəyə vermişdir. İddiaçı MMC hazırkı müqavilənin şərtlərinə əsasən icarə obyektinin istifadəsi üzrə müəyyən edilmiş icarə haqqını icarəyə verənə ödəməyi öhdəsinə götürmüşdür. Hər iki müqavilənin şərtlərinə əsasən, icarə müddəti tərəflər bu müqaviləni imzaladığı tarixdən 10 il təşkil edir. Müqavilənin şərtlərinə əsasən, müqaviləyə vaxtından əvvəl xitam verilməsinə icarədarın hərəkətləri və ya hərəkətsizliyi səbəb olduğu hallarda icarədar icarə verənə aşağıdakı kimi cərimə verməyi öhdəsinə götürmüşdür: İcarənin birinci ilində xitam verildiyi təqdirdə 2.000.000 manat cərimə ödənilməlidir. Daha sonra, iddiaçı həmin qeyri-yaşayış sahəsinin digər mərtəbələrinin də ona icarəyə verilməsi arzusunu bildirmişdir. İddiaçı ilə aralarında olan danışıqlara əsasən, icarə obyektinin təmirbərpa işlərinin aparılması üçün yetərli vəsaitinin olmadığını bildirmiş və icarə haqqı barədə danışıqları olmuşdur. Həmçinin, icarədə olan əmlaklarını təmir-bərpa işlərinin aparılması üçün Badamdar qəsəbəsində yerləşən iki torpaq sahəsini və üç qeyri-yaşayış sahəsini 2017-ci ilin avqust ayında 14-cü Notariat Kontorunda rəsmiləşdirilmiş beş alğı-satqı müqaviləsi əsasında sataraq satışdan əldə etdiyi 1.228.203 manat vəsaiti binanın təmirinə yönəltmişdir. Danışıqlarının sonunda M.Alyar təmir-bərpa işlərinin sürətləndirilməsi üçün müəyyən ödənişlər edəcəyini və bu barədə müqavilədə də üzərinə öhdəlik götürəcəyini bildirmişdir. Razılığa əsasən təmir-tikinti işlərinin sürətləndirilməsi üçün müqavilə ilə nəzərdə tutulan vəsaiti M.Alyar otel təhvil verilənə qədər Cavabdeh1 ödəməli idi. Həmçinin razılığa gəlmişlər ki, otel fəaliyyətə başladığı gündən iddiaçı MMC tərəfindən aylıq icarə haqqı olaraq 250.000 manat pul ödəniləcəkdir. Lakin ilkin olaraq təmir üçün onun tərəfindən sərf olunacaq məbləğ icarə haqqından çıxılacaqdır. Görüşlərinin sonunda təmir-bərpa işlərinin sürətləndirilməsi üçün Cavabdeh1 ödənişlər edəcəyi barədə öhdəlik götürmüşdür. M.Alyarın tələbi ilə onunla Cavabdeh1 arasında qeyri-yaşayış sahəsinin digər mərtəbələrinin də MMC-ya icarəyə verilməsi ilə bağlı danışıqlar aparılmış və razılıq əldə olunmuşdur. Nəticədə xx.xx.2017-ci il tarixdə 24-cü Notariat Kontorunda aylıq icarə haqqısı 15.000 manat olan (reyestr nömrəsi 3M-302) və həmin tarixdə aralarında bağlanmış və notariat kontorunda təsdiqlənmiş (reyestr nömrəsi 1S-2866) aylıq icarə haqqısı 130.000 manat təşkil edən 2 müqavilə imzalanmışdır. Öz aralarında bağlanmış və xüsusi notarius Zərifə Nəcəfəli tərəfindən təsdiq olunmuş (reyestr nömrəsi 1S-2866) müqavilənin şərtlərinə əsasən təmir-bərpa işlərinin sürətləndirilməsi üçün xx.xx.2017-ci il tarixdən (aprelin 20-nə qədər, 6 aylıq) hər ayın 20-si 50.000 manat ödəyəcəyi barədə öhdəlik götürmüşdür. xx.xx.2017-ci il tarixdə Bakı şəhəri 24 saylı notariat kontorunda bağlanmış (aylıq icarə haqqı 15.000 manat), reyestrdə 3M-302 nömrə ilə qeydə alınmış xxxxxxxxxxxxxxxxnin şərtlərinə (İcarədarın hüquq və öhdəlikləri) görə, cavabdeh təmirbərpa işlərinin sürətləndirilməsi üçün xx.xx.2017-ci il tarixdən etibarən otel təhvil verilənə qədər hər ayın 20-si 50.000 manat ödəyəcəyi barədə öhdəlik götürmüşdür. Müqavilələrin şərtlərinə əsasən xxxxxxxxxxxxxxxxnin müddəti tərəflər bu müqavilələri imzaladığı andan 10 il təşkil edir. Müqavilənin tələblərinə əsasən müqaviləyə vaxtından əvvəl xitam verilməsinə icarədarın hərəkətləri və ya hərəkətsizliyi səbəb olduğu hallarda icarədar icarə verənə aşağıdakı kimi cərimə verməyi öhdəsinə götürmüşdür: İcarənin birinci ilində xitam verildiyi təqdirdə 4.000.000 manat cərimə ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2018-ci il tarixdə cavabdehlə aralarında olan şifahi razılaşmaya əsasən, həmin qeyri-yaşayış sahəsinin mənfi 1, mənfi 2 və 1-ci mərtəbələri də MMC-ya icarəyə verilmiş, MMC isə bunun müqabilində xx.xx.2018-ci il tarixindən otel binası təhvil verilənə kimi təmir-bərpa işlərinin sürətləndirilməsi üçün hər ay 30.000 manat ödəyəcəyi barədə öhdəlik götürmüşdür. Qeyri-yaşayış sahəsinin bütün mərtəbələrinin aylıq icarə haqqısı 250.000 manat təşkil etmişdir. Belə ki, MMC ilə aralarında xx.xx.2017-ci il tarixdə bağlanmış “xxxxxxxxxxxxxxxxnə” görə MMC aylıq 10.000 manat, xx.xx.2017-ci il tarixdə bağlanmış “xxxxxxxxxxxxxxxxnə” görə aylıq 65.000 manat, xx.xx.2017-ci il tarixdə imzalanan birinci müqaviləyə görə aylıq 15.000 manat, həmin tarixdə bağlanmış digər müqaviləyə görə aylıq 130.000 manat və aralarında olan şifahi razılaşmaya görə həmin qeyri-yaşayış sahəsinin mənfi 1, mənfi 2 və 1-ci mərtəbələrinə görə aylıq 30.000 manat olmaqla, icarə haqqı 250.000 manat ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2017-ci il tarixdə bağlanmış xxxxxxxxxxxxxxxxxxxxx şərtlərinə əsasən, cavabdeh təmir-bərpa işlərinin sürətləndirilməsi üçün xx.xx.2017-ci il tarixdən otel təhvil verilənə qədər hər ayın 20-ə kimi 50.000 manat olmaqla, xx.xx.2019-cu il tarixinə kimi 916.666,66 manat (xx.xx.2017-ci ildən xx.xx.2019cu ilədək 18 ay 10 gün) ödəniş etməli olsa da, bu müqavilə üzrə heç bir ödəniş etməmişdir. xx.xx.2017-ci il tarixdə cavabdehin təkidi ilə öz aralarında bağlanmış xxxxxxxxxxxxxxxxnə əsasən təmir-bərpa işlərinin sürətləndirilməsi üçün xx.xx.2017-ci il tarixindən 6 ay müddətində hər ayın 20-ə kimi 50.000 manat, 6 ay ərzində cəmi 300.000 manat ödəməli olsa da, cavabdeh yalnız 299.486 manat ödəniş etmişdir. Bundan əlavə, binanın mənfi 1, mənfi 2 və 1-ci mərtəbələrinin icarəsi barədə aralarında olan razılığa əsasən, xx.xx.2018-ci il tarixdən bu günə kimi aylıq icarə haqqı olaraq 30.000 manat olmaqla, xx.xx.2019-cu il tarixinə kimi (11 ay üçün) cəmi 330.000 manat ödəməli olduğu halda, cavabdeh tərəfindən cəmi 30.000 manat ödəniş edilmişdir. MMC-nin “İcarə müqavilələr” üzrə öhdəliklərinin yerinə yetirilməməsi həmin qeyri-yaşayış binasının təmirbərpa işlərinin bitməməsinə səbəb olmuşdur. Bunun nəticəsində M.Şükürlüyə əldən çıxmış fayda olaraq 2.750.000 manat məbləğində ziyan dəymişdir. Belə ki, əgər MMC müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmiş olsa idi, otel binasının təmir-bərpa işləri 2018-ci ilin iyun ayında bitmiş olacaqdı; MMC-in təqsiri üzündən otelin təmir-bərpa işləri vaxtında bitmədiyindən ötən 11 ay müddətində (1 aylıq icarə haqqı 250.000 manat) ümumi 2.750.000 manat əldən çıxmış fayda edir. Aralarında olan son görüşlər zamanı onlar bu barədə M.Alyar ilə dəfələrlə söhbət edərək ona vurduğu ziyan barədə bildirmişlər. Həmin görüşlərin birində M.Alyar özü tərəfindən öz xətti ilə “Para makbuzu” adlı qəbz yazaraq xx.xx.2018-ci il tarixdə 50.000 manat, xx.xx.2018-ci il tarixdə 50.000 manat, xx.xx.2018-ci il tarixdə 150.000 manat, xx.xx.2018-ci il tarixdə isə 150.000 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin yazılı öhdəlik götürməsinə baxmayaraq M.Alyar həmin puldan heç bir məbləğ ödəməmişdir. Məhz M.Alyarın təmsil etdiyi MMC xxxxxxxxxxxxxxxx üzrə öhdəliklərinin yerinə yetirilməməsi nəticəsində M.Şükürlü fiziki və mənəvi sarsıntılar keçirmiş, MMC-nin qanunsuz hərəkəti (hərəkətsizliyi) nəticəsində Cavabdeh1 gəlirindən məhrum olmuş, bunun da nəticəsində başqa şəxslər qarşısında götürdüyü öhdəlikləri vaxtında və lazımi qaydada icra edə bilməmiş, onun işgüzar nüfuzuna da zərər dəymişdir. Mülki işə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qətnamə (qətnamədə yol verilmiş yanlışlığın aradan qaldırılması barədə xx.xx.2019-cu il tarixli qərardad nəzərə alınmaqla) ilə iddiaçı MMC-nin iddiasının Cavabdeh1 münasibətdə qismən təmin edilməsini, iddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilələr üzrə təmir-bərpa işlərinə görə ödənilmiş 360.000 manat pulun Cavabdeh1 alınaraq iddiaçı MMC-yə ödənilməsini; Cavabdeh1 iddiasının qismən təmin edilməsini, Cavabdeh1 ilə MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilə üzrə 2.000.000 manat və xx.xx.2017-ci il tarixli müqavilə üzrə 4.000.000 manat cərimə olmaqla, cəmi 6.000.000 manat pulun MMC-dən tutularaq, Cavabdeh1 ödənilməsini, Cavabdeh1 tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 40%-nin onun özünə, 60%-nin MMC-yə aid edilməklə, MMC-dən 18 manat pulun Cavabdeh1 xeyrinə tutulmasını, iddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2017-ci il, xx.xx.2017-ci il və ayrı-ayrılıqda bağlanmış xx.xx.2017-ci il tarixli xxxxxxxxxxxxxxxxxxxxx vaxtından əvvəl ləğv edilməsini, hər iki iddianın qalan hissələrdə təmin edilməməsini qət etmişdir. İddiaçı MMC həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və MMC-nin iddiasının tam təmin, Cavabdeh1 iddiasının isə tam rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əsasları MMC-nin iddiasının əsasları ilə eynilik təşkil edən bu apellyasiya şikayətində əlavə olaraq göstərilir ki, Rayon Məhkəməsi işin hallarını düzgün araşdırmamış, təqdim edilmiş sübutlara düzgün hüquqi qiymət verilməmiş, maddi və prosessual hüquq normalarının pozulması ilə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Cavabdeh1 da öz növbəsində həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və MMC-nin iddiasının tam rədd, özünün iddiasının isə tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əsasları Cavabdeh1 iddiasının əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq göstərilmişdir ki, Rayon Məhkəməsi MMC-nin iddiasının bir qisminin təmin edilməsi, Cavabdeh1 iddiasının isə bir qismini rədd etməklə maddi və prosessual hüquq normalarını pozmuş, həmin hissədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. İddiaçı MMC-nin qanuni təmsilçisi M.Alyar, vəkil A.Atakişi və Nümayəndə2 apellyasiya baxışı iclasında iştirak edərək Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə etiraz etdilər. Onlar MMC tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, bu apellyasiya şikayətinin və MMC-nin iddia ərizəsinin məzmununa uyğun izahat verdilər. Cavabdeh1 vəkili (nümayəndəsi) Nümayəndə1 apellyasiya baxışında iştirak edərək iddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və təmsil etdiyi şəxsin apellyasiya şikayətinin dəlillərini müdafiə edərək təmsil etdiyi şəxsin iddia ərizəsinin məzmununa uyğun izahat verdi. İş üzrə digər cavabdehlər və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Abbasov X8 apellyasiya baxışının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsa da apellyasiya baxışında iştirak etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər. Məhkəmə qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, MPM-nin 376.2-ci maddəsinə görə, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, iddiaçı MMC-nin apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi iddiaçı MMC-dan Cavabdeh1 xeyrinə tutulmalı olan cərimənin məbləğinin müəyyən edilməsi hissəsində dəyişdirilməlidir. Belə ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən “daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş MH seriyalı, ******* saylı, xx.xx.2006-cı il tarixli “Çıxarışdan” görünür ki, mübahisəli qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh1 adına qeydə alınmışdır. İddiaçı MMC ilə Cavabdeh1 arasında xx.xx.2017-ci il tarixdə bağlanmış “xxxxxxxxxxxxxxxxndən” görünür ki, icarəyəverən olan Cavabdeh1 mülkiyyətində olan həmin qeyri-yaşayış sahəsini icarədar olan MMC-ya otel kimi icarəyə verir. Aylıq icarə haqqı 65.000 manat təşkil edir. Bir aylıq icarə haqqı müqavilə imzalandığı tarixdə MMC tərəfindən Cavabdeh1 ödənilir. Müqaviləyə vaxtından əvvəl xitam verilməsinə MMC-nın hərəkətləri və ya hərəkətsizliyi səbəb olduğu hallarda, yaxud MMC-nin vaxtından əvvəl bu müqaviləyə xitam verildiyi təqdirdə, MMC, icarənin 1-ci ilində xitam verildiyi təqdirdə 2.000.000 manat məbləğində cəriməni Cavabdeh1 ödəməyi öhdəsinə götürür. İcarənin müddəti, müqavilə bağlandığı tarixdən 10 il təşkil edir. MMC ilə Cavabdeh1 arasında xx.xx.2017-ci il tarixdə bağlanmış və 24-cü Notariat Kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş “xxxxxxxxxxxxxxxxndən” görünür ki, Cavabdeh1 mülkiyyətində olan qeyri-yaşayış sahəsini MMC-ya otel kimi icarəyə verir. Aylıq icarə haqqı 10.000 manat təşkil edir. Bir aylıq icarə haqqı müqavilə imzalandığı tarixdə MMC tərəfindən Cavabdeh1 ödənilir. Müqaviləyə vaxtından əvvəl xitam verilməsinə MMC-nın hərəkətləri və ya hərəkətsizliyi səbəb olduğu hallarda, yaxud MMCnin vaxtından əvvəl bu müqaviləyə xitam verildiyi təqdirdə, MMC, icarənin 1-ci ilində xitam verildiyi təqdirdə 2.000.000 manat məbləğində cəriməni Cavabdeh1 ödəməyi öhdəsinə götürür. İcarənin müddəti, müqavilə bağlandığı tarixdən 10 il təşkil edir. MMC ilə Cavabdeh1 arasında xx.xx.2017-ci il tarixdə bağlanmış və 24-cü Notariat Kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş “xxxxxxxxxxxxxxxxndən” görünür ki, Cavabdeh1 mülkiyyətində olan qeyri-yaşayış sahəsini MMC-ya otel kimi icarəyə verir. Aylıq icarə haqqı 130.000 manat təşkil edir. Bir aylıq icarə haqqı müqavilə imzalandığı tarixdə MMC tərəfindən Cavabdeh1 ödənilir. Təmir-bərpa işlərinin surətləndirilməsi üçün xx.xx.2017-ci il tarixdən etibarən otel təhvil verilənə qədər hər ayın 20-si 50.000 manat məbləğində pul vəsaiti MMC tərəfindən icarəyə verənə ödənilməlidir. Bu ödənişlər sonradan icarə haqqından çıxılacaq. Müqaviləyə vaxtından əvvəl xitam verilməsinə MMCnın hərəkətləri və ya hərəkətsizliyi səbəb olduğu hallarda, yaxud MMC-nin vaxtından əvvəl bu müqaviləyə xitam verildiyi təqdirdə, MMC, icarənin 1-ci ilində xitam verildiyi təqdirdə 4.000.000 manat məbləğində cəriməni Cavabdeh1 ödəməyi öhdəsinə götürür. İcarənin müddəti, müqavilə bağlandığı tarixdən 10 il təşkil edir. MMC ilə Cavabdeh1 arasında xx.xx.2017-ci il tarixdə bağlanmış və həmin notarius tərəfindən təsdiq edilmiş “xxxxxxxxxxxxxxxxndən” görünür ki, Cavabdeh1 mülkiyyətində olan qeyri-yaşayış sahəsini MMC-ya otel kimi icarəyə verir. Aylıq icarə haqqı 15.000 manat təşkil edir. Bir aylıq icarə haqqı müqavilə imzalandığı tarixdə MMC tərəfindən Cavabdeh1 ödənilir. Təmir-bərpa işlərinin surətləndirilməsi üçün xx.xx.2017-ci il tarixdən etibarən otel təhvil verilənə qədər hər ayın 20-si 50.000 manat məbləğində pul vəsaiti MMC tərəfindən icarəyə verənə ödənilməlidir. Müqaviləyə vaxtından əvvəl xitam verilməsinə MMC-nın hərəkətləri və ya hərəkətsizliyi səbəb olduğu hallarda, yaxud MMCnin vaxtından əvvəl bu müqaviləyə xitam verildiyi təqdirdə, MMC, icarənin 1-ci ilində xitam verildiyi təqdirdə 4.000.000 manat məbləğində cəriməni Cavabdeh1 ödəməyi öhdəsinə götürür. İcarənin müddəti, müqavilə bağlandığı tarixdən 10 il təşkil edir. DƏDRX tərəfindən “daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş RX seriyalı, ******* nömrəli “Çıxarışdan” görünür ki, mübahisəli qeyri-yaşayış binası xüsusi mülkiyyət hüququ əsasında cavabdeh “xxxxxxxxxxxxx” MMC-nin adına qeydə alınmışdır (qeydiyyat tarixi xx.xx.2017, qeydiyyat nömrəsi **********). İşdə olan sənədlərdən görünür ki, “xxxxxxxxxxxxx” MMC dövlət qeydiyyatına xx.xx.2011-ci il tarixdə alınmış, cəmiyyətin təsisçiləri 50% payla Cavabdeh1, 21,4% payla Abbasov X8 və 28,6% payla Cavabdeh2dur. İşdə olan sənədlərdən görünür ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(81)-3187/2019 saylı qərarı əsasında həmin qeyri-yaşayış binasının Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 adına paylı mülkiyyət hüququ üzrə qeydə alınaraq, DƏDRX-nin 1 saylı Ərazi idarəsi tərəfindən xx.xx.2019-cu ildə çıxarış verilmişdir. DƏDRX tərəfindən verilmiş “Çıxarışdan” görünür ki, qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh2 (4.243,84 kv.m), Abbasov X5 (1.173,82 kv.m) və Cavabdeh1 (12.641,24 kv.m) adına qeydə alınmışdır (qeydiyyat tarixi xx.xx.2019, qeydiyyat nömrəsi **********). Azərbaycan Respublikası Vergilər Nazirliyi Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı İdarəsi tərəfindən reyestrindən verilmiş “Çıxarışdan” görünür ki, “xxxxxxxxxxxxx” MMC xx.xx.2011-ci ildə qeydiyyata alınmışdır. Təsisçiləri 23,5 faiz payla Cavabdeh2, 6,5 faiz payla Abbasov X8, 70 faiz payla Cavabdeh1dur. Göstərilənlərə əsasən müəyyən edilir ki, mübahisəli qeyri-yaşayış sahəsi xx.xx.2006-cı il tarixdə Cavabdeh1 adına dövlət reyestrində qeydiyyatdan keçmişdir. Həmin qeyri-yaşayış sahəsi (sözügedən ünvanda yerləşən bir neçə qeyri-yaşayış binası birləşərək 123 saylı ünvan altında) xx.xx.2017-ci il tarixdə isə tam qaydada cavabdeh Şirkətin – “xxxxxxxxxxxxx” MMC-nin adına qeydiyyatdan keçmişdir. İddiaçı MMC ilə Cavabdeh1 arasında mübahisəli qeyri-yaşayış sahəsinə dair müqavilələr isə xx.xx.2017, xx.xx.2017 və xx.xx.2017-ci il tarixlərdə bağlanmışdır. İddiaçı MMC mülkiyyətçinin dəyişməsini nəzərə alaraq Cavabdeh1 tərəfindən aldadıldığını bildirmiş və yuxarıda qeyd edilən iddia ilə Rayon Məhkəməsinə müraciət etmişdir. İş üzrə cavabdeh olan Cavabdeh2 iddiaçı MMC-nin iddiasına qarşı Rayon Məhkəməsinə təqdim etdiyi yazılı etirazda göstərmişdir ki, MMC ona qarşıda iddia irəli sürsə də, onun hansı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyin icra edilməməsini açıqlamamış, bunu təsdiq edə biləcək sübutları məhkəməyə təqdim etməmişdir. Buna görə də, iddiaçı MMC-nin iddiasının rədd edilməsini xahiş edir. Cavabdeh Şirkət iddiaçı MMC-nin iddiasına qarşı Rayon Məhkəməsinə təqdim etdiyi yazılı etirazda göstərmişdir ki, mübahisəli qeyri-yaşayış sahəsi xx.xx.2017-ci il tarixdə xüsusi mülkiyyət hüququ əsasında onun adına qeydə alınmışdır. Şirkətin təsisçilərindən biri olan Cavabdeh1 ilə MMC arasında “İcarə müqavilələri” bağlanan zaman qeyri-yaşayış sahəsi Cavabdeh1 məxsus olmuşdur. Buna görə də, müqavilələrin bağlanması zamanı Şirkətin digər təsisçilərinin razılığı tələb olunmurdu. Hazırda iddiaçı MMC tərəfindən həmin “İcarə müqavilələrin” şərtlərinə əməl olunacağı təqdirdə, Şirkət, icarə münasibətlərinin davam etdirilməsinə etiraz etmir. İş üzrə üçüncü şəxs olan Cavabdeh3 iddiaçı MMC-nin iddiasına qarşı Rayon Məhkəməsinə təqdim etdiyi yazılı etirazda cavabdeh Şirkətin göstərdikləri xüsusatları təsdiq edərək bildirmişdir ki, iddiaçı MMC tərəfindən həmin “xxxxxxxxxxxxxxxxxxxxx” şərtlərinə əməl olunacağı təqdirdə, o, cavabdeh Şirkətin təsisçisi olaraq icarə münasibətlərinin davam etdirilməsinə etiraz etmir. Göstərilənlərə əsasən müəyyən edilir ki, iddiaçı MMC-nin iddiasında göstərilmiş dəlil, yəni MMC-nin Cavabdeh1 tərəfindən aldadılaraq müqavilələrin bağlanması barədə dəlil əsassızdır. Dəlil əsassız olduğundan nəzərə alınmamalıdır. Çünki iddiaçı MMC ilə Cavabdeh1 arasında müqavilələrin bağlanması zamanı mübahisəli qeyri-yaşayış sahəsinin mülkiyyətçisi sonuncunun özü olmuş, qeyri-yaşayış sahəsinin sonrakı mülkiyyətçisi olmuş cavabdeh Şirkət isə iddiaçı MMC tərəfindən həmin “İcarə müqavilələrin” şərtlərinə əməl olunacağı təqdirdə icarə münasibətlərinin davam etdirilməsinə etiraz etmir. Lakin, işin hallarından və iddiaçı MMC-nin mövqeyindən müəyyən edilir ki, o, qeyd edilən müqavilələr üzrə Cavabdeh1 ödəməli olan məbləğləri ödəmək niyyətində deyil. Bunları nəzərə alan Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1 və 700.2-ci maddələrinə görə, xxxxxxxxxxxxxxxx əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icra haqqı ödəməyə borcludur. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Müqavilə öhdəlik hüquq münasibətlərinin yaranmasını şərtləndirən mühüm hüquqi faktlardan biridir. Məcəllənin 389.1-ci maddəsinə görə, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Beləliklə, tərəflər müqavilə bağlamaqla maraqlarına, mənafelərinə uyğun hüquq və vəzifələr müəyyən edirlər. Müqavilənin məqsədini isə tərəflərin öz vəzifəsini, yəni öhdəliyini icra etməsi təşkil edir. Məcəllənin 399.1-ci maddəsinə görə isə, Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Məcəllənin 425.1-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məcəllənin 404-cü maddəsinə görə, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır (maddə 404.1.). Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır (maddə 404.2.). Məhkəmə MMC-nin iddiasının qeyri-notarial müqavilənin qismən etibarsız hesab edilməsi hissəsi ilə bağlı bildirir ki, MMC xxxxxxxxxxxxxxxx bağlanan zaman qeyri-yaşayış sahəsinin mülkiyyətçisinin cavabdeh Şirkətin olduğuna istinad etsə də, yuxarıda artıq qeyd edildiyi kimi qeyri-yaşayış sahəsinin mülkiyyətçisi Cavabdeh1 olmuşdur. Mülki Məcəllənin 337-ci maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər (maddə 337.1.). Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir (maddə 337.2.). Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir (maddə 337.3.). Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır (maddə 337.4.). Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir (maddə 337.5.). Sözügedən müqavilənin etibarsızlığına səbəb olan hər hansı hüquqi əsas müəyyən edilmədiyindən həmin hissədə də MMC-nin iddiasının əsassız olması barədə Rayon Məhkəməsinin qənaəti düzgündür. Məhkəmə MMC-nin iddiasının qalan hissəsi ilə bağlı qeyd edir ki, həmin iddiaçının bildirdiyinə görə tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli iki müqavilədən ilkində tərəflərin razılaşmasına əsasən təmir-bərpa işlərinin sürətləndirilməsi üçün xx.xx.2017-ci il tarixindən otel təhvil verilənə qədər hər ayın 20-si 50.000 manat icarədar tərəfindən icarəyə verənə verilməli olduğu, ikincisində isə xx.xx.2017-ci il tarixdən otel təhvil verilənə qədər (aprelin 20-ə qədər 6 aylıq, hər ayın 20-si 50.000 manat) icarədar tərəfindən icarəyə verənə ödənilməli olduğu göstərilmişdir. Cavabdeh1 bildirdiyinə görə isə müqavilələrdə nəzərdə tutulmuşdur ki, təmir-bərpa işlərinin surətləndirilməsindən əlavə iddiaçı MMC, xx.xx.2017-ci il tarixli müqavilədə nəzərdə tutulmuş bir aylıq 65.000 manat icarə haqqını, xx.xx.2017-ci il tarixli müqavilədə nəzərdə tutulmuş bir aylıq 10.000 manat icarə haqqını, xx.xx.2017-ci il tarixli müqavilədə nəzərdə tutulmuş bir aylıq 130.000 manat icarə haqqını, ikinci xx.xx.2017-ci il tarixli müqavilədə nəzərdə tutulmuş bir aylıq 15.000 manat icarə haqqını müqavilə imzalandığı tarixdə ona (cəmi 220.000 manat) ödəməlidir. MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İşin hallarını nəzərə alaraq və Mülki Məcəllənin 404-cü maddəsinə əsasən tərəflər arasında bağlanmış müqavilələrin təfsir edərək Məhkəmə belə nəticəyə gəlir ki, təmirbərpa işlərinin sürətləndirilməsi ilə bağlı iddiaçı MMC-nin öhdəliyi həm xx.xx.2017-ci il tarixli iki müqavilədə nəzərdə tutulmuş xx.xx.2017-ci il tarixindən otel təhvil verilənə qədər hər ayın 20-si, 6 ay ərzində, hər ay 50.000 manatı ödəməkdən, həm də xx.xx.2017-ci il tarixli müqavilədə nəzərdə tutulmuş bir aylıq 65.000 manat icarə haqqını, xx.xx.2017-ci il tarixli müqavilədə nəzərdə tutulmuş bir aylıq 10.000 manat icarə haqqını, xx.xx.2017-ci il tarixli müqavilədə nəzərdə tutulmuş bir aylıq 130.000 manat icarə haqqını, ikinci xx.xx.2017-ci il tarixli müqavilədə nəzərdə tutulmuş bir aylıq 15.000 manat icarə haqqını müqavilə imzalandığı tarixdə Cavabdeh1 (cəmi 220.000 manat) ödəməkdən ibarət olmuşdur. Bununla da, müəyyən edilir ki, tərəflər arasında bağlanmış müqavilənin şərtləri məhz iddiaçı MMC tərəfindən pozulmuşdur. Belə ki, o, xx.xx.2017, xx.xx.2017 və iki ədəd xx.xx.2017-ci il tarixli müqavilələr üzrə ödənilməli olan məbləğləri ödəməmişdir. Bunun nəticəsində isə mübahisəli qeyri-yaşayış sahəsində təmir-bərpa işlərinin vaxtında həyata keçirilməsi və müqavilənin tam olaraq icrasının təmin edilməsi mümkün olmamışdır. Bununla da, Məhkəmə tərəfindən müəyyən edilir ki, iddiaçı MMC ödənişlərin həyata keçirilməsi ilə bağlı öhdəliklərini lazımınca icra etmədiyinə görə, Cavabdeh1 özündən asılı olmayan səbəblərə görə müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımi qaydada icra edə bilməmiş, təmir-bərpa işləri vaxtında başa çatdırmamışdır. Mülki Məcəllənin 421.2-ci maddəsinə görə isə, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Məhkəmə qeyd edir ki, iddiaçı MMC özünün risk dairəsinə daxil olan öhdəliyini, yəni xxxxxxxxxxxxxxxx üzrə ödənişləri vaxtında və ardıcıl qaydada aparmamaqla müqaviləni əhəmiyyətli dərəcədə pozmuşdur. Buna görə də tərəflər arasında bağlanmış xxxxxxxxxxxxxxxxxxxxx vaxtından əvvəl ləğv edilməsi barədə hər iki iddianın deyil, yalnız Cavabdeh1 iddiası həmin hissədə əsaslı və qanuni olduğu üçün qeyd olunan iddianın təmin olunması barədə Rayon Məhkəməsinin gəldiyi nəticə faktlar nöqteyi-nəzərindən düzgündür. Mülki Məcəllənin 424-cü maddəsinə görə, müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir (maddə 424.2.). Müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. Belə olan halda tərəflər arasında münasibətləri tənzimləyən müqavilə ləğv edildiyindən məhkəmə hesab edir ki, mübahisəli qeyri-yaşayış binasının istismara hazır vəziyyətdə iddia MMC-yə təhvil verilə bilməz (maddə 424.3.). Bununla yanaşı Mülki Məcəllənin 1091.2 və 1092.1-ci maddələrinə əsaslanaraq Məhkəmə hesab edir ki, iddiaçı MMC tərəfindən irəli sürülmüş 360.000 manat pul vəsaitinin tutulması barədə iddia əsaslıdır. Belə ki, müqavilə vaxtından əvvəl ləğv olunduğuna görə iddiaçı MMC-nin Cavabdeh1 ödədiyi 360.000 manat məbləğində pul vəsaitinin sonuncu tərəfindən qaytarılmaması Mülki Məcəllənin 1091.2-ci maddəsində göstərilən “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” kimi əsassız varlanmaya səbəb olur. Ona görə də, iddiaçı MMC Mülki Məcəllənin 1092.1-ci maddəsinə əsasən həmin məbləğdə pul vəsaitinin tutulmasını tələb etməkdə haqlıdır. Odur ki, tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilələr üzrə təmirbərpa işlərinə görə ödənilmiş 360.000 manat pul vəsaiti Cavabdeh1 tutularaq, MMC-yə ödənilməlidir və bu barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə mahiyyəti üzrə düzgündür. İddiaçı MMC tərəfindən irəli sürülmüş xx.xx.2017-ci il tarixli qeyri-notarial xxxxxxxxxxxxxxxx öhdəliyini pozduğuna görə 1.000.000 manat dəymiş ziyanın və əldən çıxmış faydaya görə 240.000 manat məbləğində pul vəsaitinin cavabdehlərdən tutulması tələbinə dair qeyd olunur ki, zərərin ödənilməsi məsələlərini tənzimləyən və ümumi norma kimi çıxış edən Mülki Məcəllənin 21.2-ci maddəsinin, həmçinin hazırkı mübahisə üzrə xüsusi norma kimi çıxış edən Mülki Məcəllənin 443-cü maddəsinin mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin öhdəliyi pozulması nəticəsində vurulması, zərərlə öhdəliyin pozulması arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Yalnız bu əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Lakin hazırkı işdə də bu əsaslar müəyyən edilmir. Çünki Məhkəmə tərəfindən müəyyən edildi ki, Cavabdeh1 tərəfindən öhdəliklər pozulmamışdır. Ona görə də, iddiaçı MMC tərəfindən zərərin əvəzinin ödənilməsi barədə iddia irəli sürülməsi əsassızdır. Məhkəmə Cavabdeh1 iddiasına münasibətdə bildirir ki, Mülki Məcəllənin 21.1-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, Mülki Məcəllənin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7 №-li qərarına görə, Azərbaycan Respublikası qanunvericiliyinin, İnsan Hüquqlarının və X1 Haqqında Konvensiyanın müddəaları və X6 Məhkəməsinin presedentləri baxımından mənəvi zərər anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri – əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Qeyd edilənləri nəzərə alan Məhkəmə hesab edir ki, Cavabdeh1 iddiasını təmirbərpa işlərinin sürətləndirilməsinə görə ödənilməmiş 917.180,66 manat, müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsinə görə 2.750.000 manat əldən çıxmış fayda və mənəvi ziyanın ödənilməsi hissədə sübuta yetməməsi əsası ilə rədd etməklə Rayon Məhkəməsi iş üzrə qanuni nəticəyə gəlmişdir. Məhkəmə Cavabdeh1 iddiasının xx.xx.2017-ci il tarixli və xx.xx.2017-ci il tarixli müqavilələr üzrə cəmi 6.000.000 manat məbləğində cərimənin iddiaçı MMC-dən tutulması hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı MMC ilə Cavabdeh1 arasında xx.xx.2017-ci il tarixdə bağlanmış və 24-cü Notariat Kontoru tərəfindən təsdiq edilmiş “xxxxxxxxxxxxxxxxnə” görə, müqaviləyə vaxtından əvvəl xitam verilməsinə icarədarın hərəkətləri və ya hərəkətsizliyi səbəb olduğu hallarda, yaxud icarədarın vaxtından əvvəl bu müqaviləyə xitam verildiyi təqdirdə icarədar icarəyə verənə icarənin 1-ci ilində xitam verildiyi təqdirdə 2.000.000 manat cərimə ödəməyi öhdəsinə götürmüşdür. Eyni zamanda tərəflər arasında xx.xx.2017-ci il tarixdə bağlanmış və Bakı şəhəri 24 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş “xxxxxxxxxxxxxxxxnə” görə, müqaviləyə vaxtından əvvəl xitam verilməsinə icarədarın hərəkətləri və ya hərəkətsizliyi səbəb olduğu hallarda, yaxud icarədarın vaxtından əvvəl bu müqaviləyə xitam verildiyi təqdirdə icarədar icarəyə verənə icarənin 1-ci ilində xitam verildiyi təqdirdə 4.000.000 manat cərimə ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmə tərəfindən araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, məhz icarədar olan iddiaçı MMC-nin icarə müqavilələri üzrə müəyyən edilmiş ödənişlər vaxtında və lazımi qaydada icra edilmədiyindən, eləcə də, icarədar tərəfindən xxxxxxxxxxxxxxxxnin 1ci ilində müqavilələr üzrə üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməməsi səbəbindən həmin icarə müqavilələrinə vaxtından əvvəl xitam verildiyindən, müqavilələrdə nəzərdə tutulmuş qaydada xx.xx.2017-ci il tarixli xxxxxxxxxxxxxxxx üzrə 2.000.000 manat, xx.xx.2017-ci il tarixli xxxxxxxxxxxxxxxx üzrə isə 4.000.000 manat olmaqla, cəmi 6.000.000 manat cərimə MMC-dən tutularaq Cavabdeh1 verilməlidir. Rayon Məhkəməsi də bunu müəyyən edərək qəbul etdiyi qətnamə ilə qət etmişdir ki, 6.000.000 manat cərimə MMC-dən tutularaq Cavabdeh1 verilməlidir. Məhkəmə Cavabdeh1 xeyrinə iddiaçı MMC-dən cərimənin tutulması barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşsa da, bu cərimənin məbləğinin müəyyən edilməsi barədə Rayon Məhkəməsinin nəticəsi ilə qismən razılaşır. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qeyd edilən normanın tələblərini və işin hallarını nəzərə alan Məhkəmə hesab edir ki, hazırkı işdə də həmin maddə tətbiq edilməli və dəbbə pulunun məbləği azaldılmalıdır. Bununla bağlı Məhkəmə bildirir ki, formalaşmış məhkəmə təcrübəsinə görə cərimənin tutulması barədə işlərə baxan məhkəmələr tutulmalı olan cərimə məbləğini əsas borcun məbləğinin 10 faizi miqdarında müəyyən edirlər. Hazırki apellyasiya baxışının predmeti olan işdə əsas borc yoxdur, cərimə borcunun məbləği isə yuxarıda qeyd edilən müqavilələrdə konkret olaraq nəzərdə tutulmuşdur. Tərəflər arasında bağlanmış müqavilələrlə müəyyən edilən dəbbə pulunun məbləğini, müqavilələrin 10 il müddətinə bağlanmasını, müqavilələrin iddiaçı MMC-nin hərəkətlərinə görə vaxtından əvvəl ləğv edildiyini və bu baxımdan kreditorun mənafeyini nəzərə alaraq Məhkəmə hesab edir ki, dəbbə pulunun məbləği yarıbayarı azaldılmalı, xx.xx.2017-ci il tarixli müqavilə üzrə 1.000.000 manat, xx.xx.2017-ci il tarixli müqavilə üzrə isə 2.000.000 manat müəyyən edilməli, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanmalıdır. Eyni zamanda Məhkəmə, iş üzrə iddiaçı MMC və Cavabdeh1 bir-birinin xeyrinə qarşılıqlı pul tutulmalı olmasını nəzərə alaraq, hesab edir ki, həmin pul məbləğlərinin tutulması əvəzləşdirilməlidir. Pul məbləğlərinin tutulmasının əvəzləşdirilməsi nəticəsində müəyyən edilir ki, iddiaçı MMC-dən Cavabdeh1 xeyrinə 2.640.000 manat məbləğində pul tutulmalıdır. Beləliklə, Məhkəmə, MPM-nin 384-cü maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, Cavabdeh1 apellyasiya şikayəti təmin edilməməli, iddiaçı MMC-nin apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi iddiaçı MMC-dən Cavabdeh1 xeyrinə tutulmalı olan pulun məbləğinin müəyyən edilməsi hissəsində dəyişdirilməli, xx.xx.2017-ci il tarixli müqavilə üzrə tutulmalı olan cərimə azaldılaraq 1.000.000 manat, xx.xx.2017-ci il tarixli müqavilə üzrə cərimə azaldılaraq 2.000.000 manat müəyyən edilməli, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalı, iş üzrə tərəflərdən bir-birinin xeyrinə tutulmalı olan məbləğlər əvəzləşdirilməli və son nəticədə iddiaçı MMC-dən 2.640.000 manat tutularaq Cavabdeh1 verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. İddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2019-cu il tarixli qətnamə iddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən Cavabdeh1 xeyrinə tutulmalı olan cərimə pulun məbləğinin müəyyən edilməsi hissəsində dəyişdirilsin. İddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx xxxx 2017-ci il tarixli müqavilə üzrə tutulmalı olan cərimə azaldılaraq 1.000.000 (bir milyon) manat, xx xxxxxxxx 2017-ci il tarixli müqavilə üzrə tutulmalı olan cərimə azaldılaraq 2.000.000 (iki milyon) manat müəyyən edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli qətnaməsi (qətnamədə yol verilmiş yanlışlığın aradan qaldırılması barədə xx.xx.2019-cu il tarixli qərardad nəzərə alınmaqla) qalan hissədə, yəni iddiaçı MMC-nin iddiasının Cavabdeh1 münasibətdə qismən təmin edilməsi, iddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilələr üzrə təmir-bərpa işlərinə görə ödənilmiş 360.000 manat pulun Cavabdeh1 alınaraq iddiaçı MMC-yə ödənilməsi; Cavabdeh1 iddiasının qismən təmin edilməsini, Cavabdeh1 ilə MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli və xx.xx.2017-ci il tarixli müqavilələr üzrə cərimə məbləğinin MMCdən tutularaq Cavabdeh1 ödənilməsi, Cavabdeh1 tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 40%-nin onun özünə, 60%-nin MMC-yə aid edilməklə, MMC-dən 18 manat pulun Cavabdeh1 xeyrinə tutulması, iddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2017-ci il, xx.xx.2017-ci il və ayrı-ayrılıqda bağlanmış xx.xx.2017-ci il tarixli xxxxxxxxxxxxxxxxxxxxx vaxtından əvvəl ləğv edilməsi, hər iki iddianın qalan hissələrdə təmin edilməməsi hissəsində dəyişdirilmədən saxlanılsın. İddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh1 bir-birinin xeyrinə tutulmalı olan məbləğlər əvəzləşdirilsin və son nəticədə, iddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən 2.640.000 (iki milyon altı yüz qırx min) manat tutularaq Cavabdeh1 verilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar