Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3866/2022 20.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Məmmədovanın sədrliyi və məruzəsi ilə, Fuad Fikrət oğlu Babayev və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı, 3-cü şəxslər "xxxx" ASC-nin nümayəndəsi X1 və X2 iştirakları ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-149/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən 3-cü şəxslər "xxxx" ASC-nin apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı - cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 08 noyabr 2018-ci il tarixdə ünvan 2qayıt şəhəri, 9-cu mkr, ev 9Q-də yerləşən 47 nömrəli mənzilin satılması məqsədi ilə keçirilmiş hərracın nəticələrinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, ünvan 2qayıt Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə iddiaçıdan cəmi 21.486 ABŞ dolları məbləğində borcun və 30 manat dövlət rüünvan 2unun tutularaq "xxxx" ASC-yə ödənilməsi, ipoteka predmetinə tutmanın ünvan 2qayıt şəhəri, 9-cu mkr, ev 9Q-də yerləşən 47 saylı mənzilə yönəldilməsi həmin mənzilin açıq hərracdan satılaraq əldə olunan vəsaitdən borcun ödənilməsi qət edilmişdir. Mənzilin açıq hərracda satılması ilə bağlı hərracın yeri və vaxtı barədə iddiaçıya məlumat verilməmişdir. Belə ki, nə ilkin hərrac, nə də ki təkrar hərrac barəsində iddiaçının məlumatı olmamışdır.Göstərilənlərə əsasən hərracın nəticələri barədə protokolun etibarsızhesab olunmasıbarədə qətnamə çıxarılmasıxahişolunur. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-149/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməsi, ünvan 2qayıt şəhəri, 9-cu mkr, ev 9Q-də yerləşən 47 nömrəli mənzilin satılması məqsədi ilə "xxxx" MMC tərəfindən keçirilmiş hərracın nəticələri haqqında xx.xx.2018-ci il tarixli Y-407 №-li protokol etibarsız hesab edilməsi, ödənilmiş 100 manat dövlət rüünvan 2unun əvəzi "xxxx" MMC-dən tutulub İddiaçı ödənilməsi qət olunmuşdur. Qətnamədən 3-cü şəxs "xxxx" ASC tərəfinən apellyasiya şikayəti verilmişdir. Cavabdehlər apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Səbail rayon Məhkəməsinin 2(009)-149/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh "xxxx" MMC-yə və 3-cu şəxs "xxxx" ASCyə qarşı “Hərracın nəticələri haqqında protokolun etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilmişdir.Qətnamədə göstərilir ki, iddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı iddia tələbinin əsası kimi ipoteka predmeti olmuş ünvan 2qayıt şəhəri, 9-cu mkr, ev 9Q-də yerləşən 47 nömrəli mənzilin satışı barədə hərracın keçirilməsi haqqında ona məlumat verilməməsi halına istinad etmişdir. Məhkəmə tərəfindən "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixli, ünvan 2qayıt şəhər İcra Şöbəsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktublarından görünür ki, mənzilin satılması üçün hərracın keçirilməsinə dair toplanmış bütün sənədlərin təsdiq olunmuş surətinin məhkəməyə göndərilməsi xahiş olunmuşdur. Lakin cavabdeh iş üçün zəruri olan sübutları özündə saxlayaraq məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh sübutları özündə saxlayıb məhkəməyə təqdim etməmədiyi üçün, iddiaçı tərəfin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən edilmiş hesab edir və belə qənaətə gəlir ki, mənzil üçün keçirilmiş hərracın yeri və vaxtı barəsində iddiaçının məlumatı olmamış, o, cavabdeh tərəfindən lazımi qaydada məlumatlandırılmamışdır.Aşağıda göstərilən səbəblərə görə qətnaməsini qanunsuz və əsassız hesab edirlər.Belə ki, iş materiallarından görünür ki, iddacı İddiaçı "xxxx" ASC-dən kredit müqaviləsinə əsasən kredit götürmüş və həmin kreditin təminatı kimi ünvan 2qayıt şəhəri, 9-cu mkr, ev 9Q-də yerləşən 47 nömrəli mənzilin mülkiyyətçisi Quliyeva Hicran Elxan qızı həmin Bankla ipoteka müqaviləsi bağlayaraq göstərilən mənzili yüklü etmişdir.İddacı İddiaçı krediti borcunu ödəyə bilmədiyinə görə Məhkəmənin qətnaməsi ilə həmin borc, ipoteka müqaviləsinə əsasən yülkü edilmiş Quliyeva Hicran Elxan qızının mülkiyyətinin açıq hərracdan satılaraq həmin əmlaka yönəldilməsi qərara alınmışdır.Cavabdeh "xxxx" MMC İddiaçı və ipoteka ilə yülkü edilmiş mənzilin mülkiyyətçisi Quliyeva Hicran Elxan qızına xx.xx.2018-ci il tarixdə 3762 nömrəli, xx.xx.2018-ci il tarixli 4045 nömrəli Bildirişlər göndərərək mənzilin ilkin satış qiyməti 35.000 manat olmaqla xx.xx.2018-ci il tarixdə açıq hərraca çıxarılmasına dair məlumat vermişdir. Daha sonra həmin şəxslərə xx.xx.2018-ci il tarixdə 116 nömrəli, xx.xx.2018-ci il tarixdə 333 nömrəli Bildirişlər göndərərək mənzilin satış qiyməti 29750 manat olmaqla xx.xx.2018-ci il tarixdə təkrar açıq hərraca çıxarılmasına dair məlumat vermişdir. Keçirilən iki hərrac baş tutmadığına görə Banka təklif edilmiş və sonuncu xx.xx.2018-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqaviləyə əsasən mənzili 22313 manata alınmışdır. Cavabdeh "xxxx" MMC tərəfindən mənzilin ipoteka saxlayan Bank tərəfindən alınmasına dair 08 noyabr 2018-ci il tarixdə Y-407 nömrəli yekun protokol tərtib edilmişdir. İş materiallarından görünür ki, mənzil iddiaçıya məxsus olmasa da, həmin mənzilin hərracdan satılmasına dair ona məlumat verilməməsi barəsində iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə haqlı olmamışdır. Həmin mənzilin mülkiyyətçsi Quliyeva Hicran Elxan qızı olmuşdur. Lakin məhkəmə İddiaçı həmin iddia ərizəsi ilə müraciət etməkdə subyektif hüquqa malik olubolmamasını araşdırmamışdır.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyul 2015-ci il tarixli qərarında göstərilmişdir ki, Konstitusiya məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır.Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Digər tərəfdən “Hərracın nəticələri haqqında protokolun etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi müəyyən olunmuş müddətdə verilməmişdir.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyul 2015-ci il tarixli qərarında Konstitusiya məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinə görə Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər (Maddə 354.2).Maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir.Göstərilənlərə əsasən Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-149/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsini ləğv edərək, iddia ərizəsinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Apellyasiya baxışı zamanı 3-cü şəxs "xxxx" ASC-nin nümayəndəsi X3 ipoteka predmeti olmuş mənzilin sonradan Bank tərəfindən satıldığını bildirdiyindən, mənzilin yeni mülkiyyətçisi X5 müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində məhkəmə icraatına cəlb olunmuşdur. Apellyasiya baxışı zamanı 3-cü şəxs "xxxx" ASC-nin nümayəndəsi X3 apellyasiya şikayətinin təmin olunmasını xahiş etmiş və əlavə olaraq axtarış nəticəsində ASC-nin arxivindən mübahisəli hərraca dair əldə olunan sənədləri təqdim etmişdir. Apellyasiya baxışı zamanı İddiaçı apellyasiya şikayətinin təmin olunmamasını və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-149/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin qüvvədə saxlanmasını xahiş etmişdir.Verilən suallara cavab olaraq bildirmişdir ki, 4-5 il olardı ki, mübahisəli ünvan 2qayıt şəhəri, 9-cu mkr, ev 9Q-də yerləşən 47 nömrəli mənzildə o və digər cavabdeh-arvadı Hicran Quliyeva yaşamayıblar.Mənzildə həmişə qaynanasıgil yaşayıblar. Apellyasiya baxışı zamanı 3-cü şəxs X5 izahatında bildirmişdir ki, 10 sentyabr 2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən ünvan 2qayıt şəhəri, 9-cu mkr, ev 9Q-də yerləşən 47 nömrəli mənzili "xxxx" ASC-dən almışdır və 21 sentyabr 2021-ci il tarixli, ********** Qeydiyyat nömrəli Çıxarışa əsasən mənzilin mülkiyyətçisidir.Həmçinin, xx.xx.2021-ci il tarixdən mənzilə qeydiyyata alınmışdır və mənzildə yaşayır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmiş digər tərəflər məhkəmə iclasında iştirak etməmişlər.Məhkəmə Kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Kollegiyası iddiaçı tərəflərin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-149/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv olunmalı və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Belə ki, iddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı iddia tələbinin əsası kimi ipoteka predmeti olmuş ünvan 2qayıt şəhəri, 9-cu mkr, ev 9Q-də yerləşən 47 nömrəli mənzilin satışı barədə hərracın keçirilməsi haqqında ona məlumat verilməməsi halına istinad etmişdir. Məhkəmə Kollegiyası iddia tələbinin iddiaçının hərracın keçirilməsindən məlumatsız olması dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir: İş materiallarında olan və birinci instansiya məhkəməsi tərəfindən "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixli, ünvan 2qayıt şəhər İcra Şöbəsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktublardan görünür ki, iş üçün zəruri olduğundan ünvan 2qayıt şəhəri, 9-cu mkr, ev 9Q-də yerləşən 47 nömrəli mənzilin satılması üçün hərracın keçirilməsinə dair toplanmış bütün sənədlərin təsdiq olunmuş surətinin məhkəməyə göndərilməsi xahiş olunmuşdur.Lakin həmin sorğuların ünvana çatdığı müəyyən olunmur. Həmçinin, apellyasiya baxışı zamanı da cavabdeh "xxxx" MMC-yə eyni məzmunlu sorğular ünvanlanmışdır.Lakin göndərilmiş sorğu və bildirişlər poçt şöbəsinin “ünvan sahibi köçüb” qeydi aparılaraq məhkəməyə qaytarılmışdır. Həmçinin, apellyasiya baxışı zamanı ünvan 2qayıt şəhər İcra şöbəsi sorğu əsasında mübahisələndirilən hərraca dair mövcud sənədlərin təsdiq olunmuş surətlərini məhkəməyə təqdim etmişdir.Həmin sənədlərə görə ünvan 2qayıt Apellyasiya Məhkəməsinin 2(105)- 815/17 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən "xxxx" ASC-yə 21.486,0ABŞ dolları borc ödənilməli, borcun ödənilməsi üçün tutma ipoteka predmeti olan ünvan 2qayıt şəhəri, 9-cu mkr, ev 9Q-də yerləşən 47 nömrəli mənzilə yönəldilməli və mənzilin ilkin satış qiyməti 35.000,0 manat dəyərində qiymətləndirilmişdir.İpoteka predmetinin hərracda satışı üçün hərracın keçirilməsini ünvan 2qayıt şəhər İcra şöbəsi cavabdeh "xxxx" MMC-yə həvalə etmişdir. "xxxx" MMC tərəfindən mübahisəli ipoteka predmeti olan mənzillə bağlı 05 sentyabr 2018-ci il və xx.xx.2018-ci il tarixlərə hərrac təşkil olunmuşdur.”Hərracın nəticələri haqqında yekun Protokol”dan görünür ki, ipoteka predmeti olan ünvan 2qayıt şəhəri, 9-cu mkr, ev 9Q-də yerləşən 47 nömrəli mənzil ilkin satış qiymətindən aşağı faizlə (“İpoteka haqqında” qanuna əsasən 15%+25%) yəni 22.313,0 manata tələbkar "xxxx" ASC-yə satılmışdır. Həmçinin, həmin sənədlərdən görünür ki, ipoteka predmeti olmuş ünvan 2qayıt şəhəri, 9cu mkr, ev 9Q-də yerləşən 47 nömrəli mənzil 29 yanvar 2019-cu il tarixli, ********** Qeydiyyat nömrəli Çıxarışa əsasən "xxxx" ASC-nin mülkiyyətinə keçmişdir. Apellyasiya baxışı zamanı 3-cü şəxs X2 təqdim etdiyi sənədlərdən görünür ki, 10 sentyabr 2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən ünvan 2qayıt şəhəri, 9-cu mkr, ev 9Q-də yerləşən 47 nömrəli mənzili "xxxx" ASC-dən almışdır və 21 sentyabr 2021-ci il tarixli, ********** Qeydiyyat nömrəli Çıxarışa əsasən mənzilin mülkiyyətçisidir.Həmçinin, xx.xx.2021-ci il tarixdən mənzilə qeydiyyata alınmışdır və mənzildə yaşayır. Eyni zamanda apellyasiya baxışı zamanı 3-cü şəxs "xxxx" ASC-nin nümayəndəsi X3 axtarış nəticəsində ASC-nin arxivindən mübahisəli hərraca dair əldə olunan sənədləri məhkəməyə təqdim etmişdir.(sənədlərin əsllərinə baxış keçirərək surəti işə əlavə olunmuşdur.) Həm apellyasiya baxışı zamanı ünvan 2qayıt şəhər İcra şöbəsinin sorğu əsasında, həm də 3-cü şəxs "xxxx" ASC-nin nümayəndəsinin məhkəmə iclasında təqdim etdikləri sənədlərdən:”Mail Ekspress” MMC-nin qaimələrindən, ”Mail Ekspress” MMC-nin xx.xx.2018-ci il tarixli AKT-ından müəyyən olunmuşdur ki, "xxxx" MMC tərəfindən mübahisəli ipoteka predmeti olan mənzillə bağlı 05 sentyabr 2018-ci il və xx.xx.2018-ci il tarixlərə təşkil olunmuş hərraclar barədə mənzilin mülkiyyətçisi (ipoteka qoyan) Quliyeva Hicran Elxan qızına və hazırkı iddiaçıya bildirişlər göndərilmiş, lakin ünvançı həmin ünvanda yaşamadığından məktubu çatdırmaq mümkün olmamışdır. Apellyasiya baxışı zamanı İddiaçı da verilən suallara cavab olaraq bildirmişdir ki, 4-5 il olardı ki, mübahisəli ünvan 2qayıt şəhəri, 9-cu mkr, ev 9Q-də yerləşən 47 nömrəli mənzildə o və digər cavabdeh-arvadı Hicran Quliyeva yaşamayıblar.Mənzildə həmişə qaynanasıgil yaşayıblar. İş materiallarında olan ünvan 2qayıt şəhər Polis İdarəsinin "xxxx" ASC-yə xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, ünvan 2qayıt Apellyasiya Məhkəməsinin 2(105)-815/17 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən hazırkı iş üzrə iddiaçı və digər cavabdeharvadı Hicran Quliyeva ünvan 2qayıt şəhəri, 9-cu mkr, ev 9Q-də yerləşən 47 nömrəli mənzil ünvandan qeydiyyatdan çıxmışlar. “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.10-cu maddəsinə əsasən sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişindən ibarətdir. Beləliklə, işin yuxarıda sadalanan hallarından görünür ki, mübahisələndirilən hərrac keçirilərkən iddiaçının hərracda iştirak hüququ pozulmamışdır. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 415.1-ci maddəsinə görə auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər. Mülki Məcəllənin 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 (otuz) gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi miqdarında beh ödəməlidir. F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mulki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında qeyd olunur ki, Mülki Məcəllənin 415.2-ci maddəsində göstərilmişdir ki, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. Beləliklə məhkəmə Kollegiyası hesab edir ki, iddiaçının iddia tələbinin əsaslı olması iş materialları ilə təsdiqini tapmadığından 3-cü şəxs "xxxx" ASC-nin apellyasiya şikayəti təmin olunmalı, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-149/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv olunmalı və iddia rədd edilməlidir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-149/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv olunsun. İddia rədd olunsun. Ödənilmiş dövlət rüünvan 2u iddiaçının özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-3866/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3866/2022
20.07.2022 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver