Məhkəmə qərarları › İş №2(103)-3868/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3868/2020

17.09.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3868/2020 17.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsi ilə, X13 və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Mövlayev Azər Aydn oğlunun katibliyi, Ərizəçi Maraqlı şəxs vəkili və nümayəndəsi X9, ərizəçinin nümayəndəsi X3 və maraqlarına toxunan şəxs Ərizəçi və onun vəkili və nümayəndəsi X6 iştirakı ilə, Ərizəçi Maraqlı şəxs “hüquqi əhəmmiyyətli faktının müəyyən edilməsi” haqqında ərizəsinə dair Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2-932/2000-li iş üzrə xx xxxx 2000-ci il tarixli qətnaməsindən maraqlı şəxs Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs “hüquqi əhəmmiyyətli faktının müəyyən edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı Şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxx 2000-ci il tarixli qətnaməsi ilə ərizə təmin edilmişdir. Maraqlarına toxunan şəxs Ərizəçi qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və ərizənin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Ərizəçi Məlikməmməd oğlu xx.xx.1953-cu il tarixdə Bakı şəhərində anadan olmuşdur. Doğulduğu gündən həmin evdə qeydiyyatdadır. X7 ilə 05.03.19 89-c il tarixdə rəsmi nikah qeydiyyatından keçməkailə həyatı qurmuşdur. Evləndikdən sonra mübahisəli ev olan Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi, 112 saylı evdə ailəsilə birlikdə yaşamışdır. Toydan sonra cehiz əmlakları və əşyaları da həmin evə yerləşdirilmişdir. Ev onun babası Ərizəçi Hüseynqulu oğlunun adına olmuşdur. 1990-cı il hadisələri zamanı səhhəti ilə əlaqədar olaraq ailəsilə birlikdə Sumqayıt şəhərinə gələrək kirayə yaşamışdır. Daha sonra mütəmadi olaraq evə gedib gəlmişik. Qeydiyyatda olanlardan biri olan X5 da onun oğludur. Oğlu da 1999-cu il tarixdən qeydiyyata düşərək mənzildən istifadə hüququ yaranmışdır. Maraqlı şəxs onun əmisi oğlu X2 arvadıdır. Mübahisəli ev qətnamədə də qeyd edildiyi kimi Yasamal rayon məhkəməsinin müvafiq qətnaməsi ilə iddiaçının mülkiyyətinə keçmişdir. Qətnamədə ümumiyyətlə hansı əsasla onun və ailə üzvlərinin mənzildən istifadə hüququna xitam verilməsi qeyd edilməmişdir. Daimi olaraq o evdə yaşamamağının səbəbi iddiaçının oğlu X8 daimi olaraq narkotik vasitələrdən istifadə etməsi, dəfələrlə həbsdə olması olmuşdur. Onun və ailə üzvləri həmin evdə yaşamaq hüququnun ola-ola Sumqayıt şəhəri, Tağıyev qəsəbəsində yerləşən bağ evində kirayə yaşayır. Mübahisəli ev babasına məxsus evdir. Babası X17 qətnamədə qeyd edildiyi kimi 1971-ci ildə deyil 1947-ci ildə vəfat etmişdir. Onun ölümündən sonra mirası faktiki olaraq onun atası Məlikməmməd və əmilərim Ənvər və Yusif qəbul etmişdir. O da 1953-ci ildə anadan olduqdan həmin evdə yaşamışdır. Onun hüquqları pozulmuşdur. Həmçinin onu da qeyd edim ki, iddiaçının həyat yoldaşı rəhmətə gedəndən sonra onun ailəsinə və 5 uşağına mən baxımışdır. Həmçinin oğlu X1 1999-cu il tarixdən mübahisəli mənzilə mənzildən istifadə hüququ yaranmışdır. Artıq uzun müddətdir ki, onun mübahisəli evlə bağlı məhkəmə mübahisələri davam edir. Məhkəmə prosesləri zamanı Yasamal Rayon Məhkəməsinin 2-932/2000 saylı, xx.xx.2000-ci il tarixli qətnaməsi ortaya çıxmışdır. Həmin qətnamə ilə onun babası ölüm faktı, həmçinin Maraqlı şəxs ilə babasının qohumluq əlaqəsi və onun mübahisəli evə vərəsəliyi faktiki olaraq qəbul edilməsi faktı müəyyən olunmuş və onun adına mübahisəli evə qeydiyyat vəsiqəsi verilməsi Bakı şəhəri, Tİ və MHQ idarəsinə verilmişdir. Onun həmin çıxarışın ləğvinə dair iddiası olmuşdur. Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinin 2(0050-2857/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddiası təmin olunmuşdur. Məhkəmə araşdırması zamanı məhkəmə icraatının bərpa edilməsi üçün müraciət etmişdir. Bundan başqa qeyd etmək istəyir ki, mübahisəyə iddia icraatında baxılmaq əvəzinə xüsusi icraat qaydasında baxılmışdır. Həmçinin mirasın faktiki qəbul hissəsində qalanda isə o atasının birbaşa vərsəsidir, həmçinin o, da mirasda atasının ölümündən sonra faktiki qəbul emişdir. Onun hüquqları kobud şəkildə pozulmşdur. Maraqlarına toxunan şəxs Ərizəçi və onun vəkili və nümayəndəsi X11 apellyasiya şikayətini müdafiə edərək edərək, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etdi. Ərizəçinin nümayəndələri və vəkili məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyası tərəfləri dinləyib, iş materiallarını araşdıraraq, ərizəyə mahiyyəti üzrə hüquqi qiymət vermədən hesab edir ki, ərizə birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normaları pozulmaqla icraata qəbul edildiyindən və baxıldığından qətnamə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq ləğv edilməli və iddia baxılmamış saxlanılmalıdır. Belə ki, mülki prosessual qanunvericilik mülki işlər üzrə icraatın iddia icraatı və xüsusi icraat növlərini müəyyənləşdirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 306.2-ci maddəsinə görə xüsusi icraat qaydasında baxılan işlər ərizəçilər tərəfindən qaldırılmaqla ərizəçinin və maraqlı şəxsin iştirakı ilə baxılır. Xüsusi icraat qaydasında baxılan işlərin dairəsi isə MPM-nin 305.1-ci maddəsində göstərilmişdir və bunların bir kateqoriyası da hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında olan işlərdir (305.1.1). Xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir (306.4). Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın (308). MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında”xx xxxxx 2019-cu il tarixli, 03 saylı qərarının10-cu bəndində qeyd olunmuşdur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Həmin sübutların dairəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 99-cu bəndinin beşinci hissəsində, vərəsəliyin (mirasın) açıldığı yerin müəyyən edilməsinə dair sənədlərin dairəsi isə həmin Təlimatın 102-ci bəndinin 3-cü hissəsində təsbit edilmişdir. Mirasın vərəsə tərəfindən faktiki qəbul olunması birbaşa, mötəbər sübutlarla təsdiq olunursa, lakin notarius vərəsəlik şəhadətnaməsi verməkdən imtina edibsə, belə olan halda şəxs məhkəməyə mirasın qəbulu faktının müəyyən olunması üçün ərizə deyil, notariusun imtina qərarından qanunla müəyyən edilmiş qaydada şikayət verməlidir.. 10.1-ci bəndndə göstərilmişdir ki, Mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair işlərə baxarkən məhkəmə hüquqi əhəmiyyət kəsb edən hallara, yəni ərizəçi ilə digər vərəsələr arasında miras əmlaka dair hüquqla bağlı mübahisənin mövcud olub-olmamasına; mirasın qəbul edilməsi üçün müddətin uzadılması imkanının itirilib-itirilməməsinə və sair aydınlıq gətirməlidir.. 10.2-ci bəndndə göstərilmişdir ki, Nəzərə alınmalıdır ki, mirasın qəbulu faktını müəyyən edən qətnamədə eyni zamanda, ərizəçinin həmin əmlak üzərində mülkiyyət hüququnun tanınması müəyyən edilə bilməz. Belə ki, məhkəmənin mirasın qəbulu faktının müəyyən edilməsi barədə qətnaməsi heç bir halda notariusun verdiyi vərəsəlik şəhadətnaməsini əvəz etmir. Məhkəmə nəzərə almalıdır ki, bir vərəsə barəsində mirasın qəbulu faktının müəyyən edilməsi, hələ digər vərəsələrin bu hüquqdan məhrum olunması demək deyildir. Vərəsələrin miras əmlakdakı payları, nə qədər ki, bununla bağlı məhkəmə mübahisəsi yoxdur, notarius tərəfindən verilən vərəsəlik şəhadətnaməsi ilə müəyyən olunmalıdır.. Apellyasiya baxışı zamanı müəyən olunmuşdur ki, hüquq haqqında mübahisə vardır. Ona görə də Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, ərizə MPM-nin 217.2-ci , və 306.4-cü maddəsinə əsasən baxılmamış saxlanılmalı və ərizəçiyə ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququ izah edilməlidir. MPM-ə əsasən bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir (maddə 391). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun (maddə 387.1). Göstərilənlərə əsasən və MPM-in 259.0.12, 306.4, 384.0.4, 391 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2-932/2000 №-li iş üzrə xx xxxx 2000-ci il tarixli qətnaməsi ləğv edilsin. Ərizəçi Maraqlı şəxs “hüquqi əhəmmiyyətli faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi baxılmamış saxlansın. Ərizəçi Maraqlı şəxs izah edilsin ki, ümumi qaydada məhkəməyə iddia vermək hüququna malikdir. Sədirlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar