Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3875/2024 02.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı5 və İddiaçı4 cavabdeh X4 qarşı iş üzrə (Açar sözlər: daşınmaz əmlaka dair hüquqların dövlət reyestrində qeydiyyata alınması üçün dəvət olunan mütəxəssisə şəraitin yaradılması və cavabdeh tərəfindən yaradılan maneələrə son qoyulması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı5 və İddiaçı4 cavabdeh X5 qarşı “daşınmaz əmlaka dair hüquqların dövlət reyestrində qeydiyyata alınması üçün dəvət olunan mütəxəssisə şəraitin yaradılması və cavabdeh tərəfindən yaradılan maneələrə son qoyulması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23 aprel 2024-cü il tarixli 2(004)-1649/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 02 iyul 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. 437/21 nömrəli Hərracın yekunları barədə yekun protokola əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-166/2018 nömrəli xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən cavabdeh X3 mülkiyyətində olan ünvan 1 ünvanı borc əvəzinə tələbkarlar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı5 və İddiaçı4 tərəfindən müvafiq paylar üzrə əldə edilmişdir.
2. “X8” MTK üzvlərinin ümumi iclasının 06 nömrəli protokolundan çıxarışa əsasən müəyyən edilir ki, ünvan 1 ünvanına dair İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı5 və İddiaçı4 payçı olmaları təsdiq edilir.
3. 185 nömrəli maliyyə arayışına əsasən müəyyən edilir ki, ünvan 1 ünvanına dair payçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı5 və İddiaçı4 borcu yoxdur.
4. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli imtina məktubuna əsasən müəyyən edilir ki, ünvan 1 ünvanında xidmətin mütəxəssislərinə texniki inventarlaşdırma işlərinin aparılması üçün şərait yaradılmamışdır.
5. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)- 2883/2023 nömrəli qərarına əsasən müəyyən edilir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı5 və İddiaçı4 üçüncü şəxs X6 cəlb edilməklə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “hüquqların dövlət qeydiyyatına alınması” tələbinə dair iddiası təmin edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçılar cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal rayonu Moskva prospekti 3168-ci məhəllə ev 33 75 saylı mənzil üzərində olan hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məqsədi ilə dəvət olunmuş mütəxəssisə şəraitin yaradılması və cavabdeh tərəfindən yaradılmış maneələrə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddia tələbi belə əsaslandırılmışdır ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 166/2018 nömrəli xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən cavabdeh X3 mülkiyyətində olan mübahisə predmeti olan ünvan 1 ünvanı iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı5 və İddiaçı4 tərəfindən paylı mülkiyyət üzrə satın alınmış və hərracın nəticələri barədə yekun protokol qəbul edilməklə xx.xx.2021-ci il tarixli əmlakın alqı-satqısı barədə müqavilə bağlanmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən daşınmaz əmlaka dair hüquqların qeydiyyata alınması məqsədilə müvafiq hərəkətlər görülsə də, cavabdehin qanunsuz hərəkətləri nəticəsində buna maneələr törədilmiş, nəticədə iddiaçıların mülkiyyət hüquqları pozulmuşdur.
8. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 23 aprel 2024-cü il tarixli 2(004)-1649/2024 nömrəli qətnaməsi ilə (hakim Fariz Əlizadə) iddia təmin edilmiş, ünvan 1 ünvanı üzərində iddiaçıların hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məqsədilə dəvət olunmuş mütəxəssisə şəraitin yaradılması vəzifəsinin cavabdeh X3 üzərinə qoyulması, cavabdeh X6 tərəfindən yaradılmış maneələrin qadağan edilməsi qət edilmişdir.
9. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-166/2018 nömrəli xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən cavabdeh X3 mülkiyyətində olan mübahisə predmeti olan ünvan 1 ünvanı iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı5 və İddiaçı4 tərəfindən paylı mülkiyyət üzrə satın alınmış və hərracın nəticələri barədə yekun protokol qəbul edilməklə xx.xx.2021-ci il tarixli əmlakın alqı-satqısı barədə müqavilə bağlanmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən daşınmaz əmlaka dair hüquqların qeydiyyata alınması məqsədilə müvafiq hərəkətlər görülsə də, cavabdehin qanunsuz hərəkətləri nəticəsində buna maneələr törədilmiş, nəticədə iddiaçıların mülkiyyət hüquqları pozulmuşdur. İddia tələbi üzrə sübutetmə yükü cavabdehin üzərindədir. Cavabdeh tərəfindən iddia tələbinin təkzib edilməsi istiqamətində zəruri sənəd, sübut və ya materiallar məhkəməyə təqdim edilməmiş, aktiv təkzibetmə funksiyası həyata keçirilməmişdir.
10. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 157.2, 157.4, Mülki Prosessual Məcəllənin 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
11. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayətində göstərilmişdir ki, iddiaçılara tələb hüququ verən cinayət işi üzrə qəbul edilmiş məhkəmə hökmüdür ki, həmin hökmdən tərəfindən apellyasiya şikayəti verilib və şikayətin məzmunu da onunla əlaqədardır ki, iddiaçılar vurulmuş maddi zərərin qarşılanması üçün onun mülkiyyətində olan əmlaka yönəltmə edilmişdir ki, bu da tamamilə qanunsuzdur və buna əsas da odur ki, cinayət işində təqsirləndirilən şəxs onun keçmiş həyat yoldaşı olmaqla yanaşı, yönəltmə edilmiş əmlakın əldə olunmasında təqsirləndirilən şəxslə onun birgə təsərrüfat aparmağı yoxdur. Belə olan təqdirdə də onun əmlakına təqsirləndirilən şəxsin vurduğu zərərin təmin olunmasının yönəldilməsi tamamilə qanunsuzluqdur. Nə qədər ki, həmin hökm mübahisə predmetidir və mübahisə üzrə yekun nəticə yoxdur ümumi məhkəmə özünün icraatında olan işi dayandırmalı və nəticəni gözləməli idi.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
14. İddiaçı4 ərizə ünvanlayaraq, ölkə xaricində olduğu üçün üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyindən, məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. İşə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
15. İşə baxılmasının vaxtı və yeri barədə lazimı qaydada məlumat verilməsinə baxmayaraq tərəflər (nümayəndə) məhkəmə iclasına gəlmədiklərindən işə onların (nümayəndənin) iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
16. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
17. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
18. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
20. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
21. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
24. Qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
26. Göründüyü kimi Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-166/2018 nömrəli xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən cavabdeh X3 mülkiyyətində olan mübahisə predmeti olan Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti, 3168-ci məhəllə, ev 33, 75 saylı mənzildə X2 məxsus hissəsi iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı5 və İddiaçı4 tərəfindən paylı mülkiyyət üzrə satın alınmış və hərracın nəticələri barədə yekun protokol qəbul edilməklə xx.xx.2021-ci il tarixli əmlakın alqısatqısı barədə müqavilə bağlanmışdır.
27. Belə olan halda mənzilə dair hüquqlarının qeydiyyata alınması iddiaçıların hüququdur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən texniki invertarlaşdırma işlərinin aparılması üçün cavabdeh tərəfindən maneə yaradılması iddiaçıların hüquqlarının pozulmasına səbəb olur.
28. Odur ki, iddaçıların hazırki tələbi haqlı olduğundan, məhkəmə də əsaslı olaraq iddia tələbinin təmin edilməsi qənaətinə gəlmişdir.
29. Cavabdeh apellyasiya şikayətində həmin hökmdən apellyasiya şikayəti verdiyini bildirsə də, bu hal müəyyən edilməmiş, apellyasiya şikayətinin verilməsini təsdiq edən hər hansı sənəd əlavə edilməmişdir.
30. Kollegiya hesab edir ki, məhkəmənin qənaəti qanuni və əsaslı olmuşdur. Apellyasiya şikayətində göstərilənlər qanuni və əsaslı olan qətnamənin ləğv edilməsinə əsas vermir.
31. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1649/2024 nömrəli iş üzrə 23 aprel 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.