Məhkəmə qərarları › İş №2(103)-3882/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3882/2020

23.09.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3882/2020 23.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), X10 və X2 ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı nümayəndələri X11 və X4, Cavabdeh və onun nümayəndəsi X3 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı mənzilin təhvil verilməsi və mənzilə köçürülmə tələbinə dair ilk iddia ərizəsi və Cavabdeh İddiaçı qarşı əqdin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(001)-347/2019 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən tikilmiş ünvan 1 girişli yaşayış evinin 14-cü mərtəbəsində ümumi sahəsi 130 kv.m. olan 3 otaqdan ibarət 54 saylı mənzilin ona təhvil verilməsi və həmin mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, o, xx xxxxxx 2011-ci il tarixdə fiziki şəxs Cavabdeh ilə mənzil tikintisi barədə müqavilə bağlayaraq Cavabdeh tərəfindən tikilən ünvan 1 girişli yaşayış evinin 14-cü mərtəbəsində ümumi sahəsi 130 kv.m. olan 3 otaqdan ibarət 54 saylı mənzili almış, mənzilin hər kvadrat metrinə görə 500 manat olmaqla cavabdehə 65000 manat pul ödəmişdir. Pul vəsaitinin verilməsi yeni binanın həyətində yerləşən ofisdə həyata keçirilmiş, pul verilərkən ondan başqa həyat yoldaşı X8 və tikinti üzrə mühəndis olan tanışları X7 iştirak etmişlər. Ofisdə mənzil tikintisi barədə xx xxxxxx 2011-ci il tarixli müqavilənin ona aid olan hisssəsini doldurmuş və imzalamış, digər hissə isə əvvəlcədən doldurulmuş və imzalanmışdır. Müqavilənin arxasında sağ tərəfdə pulu qəbul edənin imzası bölməsində imza olmuş, Cavabdeh ona demişdir ki, bu, satış müdirinin imzasıdır və onlar gələnə kimi müqaviləni imzalamışlar. Onlar 65000 manat pulu bank vasitəsi ilə ödəmək istəmiş, lakin Cavabdeh onlara bildirmişdir ki, pulu banka ödəsələr və ya onlara ödəniş barədə qəbz versələr, onda vergi ödəməli olacaqlar. Müqavilədə onların mənzilə görə 65000 manat pul ödədikləri göstərilmiş, Cavabdeh imzası və möhürü ilə təsdiq etmişdir ki, onlar məbləği tam ödəmişlər. Onlar razılaşmış və müqaviləni imzalamışlar. Müqavilənin bir nüsxəsi onlarda, digər nüsxəsi isə qarşı tərəfdə qalmışdır. Hazırda mənzilin tikintisi başa çatmış, lakin onlar əllərində müqavilə ola-ola mənzili ala bilmirlər. Bir neçə dəfə gedib evə baxmış və görmüşlər ki, mənzil hazır olmaqla qapısı bağlıdır. Cavabdeh mənzili onlara təhvil verməkdən imtina edir. Sonuncu məhkəmə iclasında Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı ilə onun arasında mənzil tikintisi barədə xx xxxxxx 2011-ci il tarixli müqavilənin etibarsız hesab edilərək ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi belə əsaslandırılmışdır ki, xx xxxxxx 2011-ci il tarixli müqavilə aldatma nəticəsində bağlanmışdır. Belə ki, iddiaçının əri X8 həmin binada payçı olan X16 55000 manat məbləğində borc vermiş, X21 isə həmin pulu qaytara bilmədiyinə görə onlara müraciət etmiş və həmin borcun əvəzinə ünvan 1 girişli yaşayış evinin 14-cü mərtəbəsində ümumi sahəsi 130 kv.metr olan 3 otaqdan ibarət 54 saylı mənzilin Famil Tarquluyevin arvadı İddiaçı adına keçirilməsini xahiş etmişdir. Buna görə də, X13 adına olan mənzil İddiaçı adına keçirilmiş, lakin həmin mənzilə dair onlara hər hansı vəsait ödənilməmişdir. Lakin sonradan X8 razılaşmanı pozaraq həm pulu X12 tələb etməyə başlamış, həm də formal olaraq bağlanmış müqaviləyə əsasən onlardan ev tələb etməyə başlamışdır. Əslində tərəflər arasında bağlanmış əqd formal əqdir və həmin əqd üzrə mənzilin dəyəri ödənilməmişdir. Bu faktı həm də o təsdiq edir ki, iddiaçıya mənzilin dəyərinin ödənilməsi barədə hər hansı maliyyə arayışı və ya kassa mədaxil qəbzi verilməmişdir. Buna görə də hesab edir ki, həmin əqd etibarsız hesab edilərək ləğv olunmalıdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(001)- 347/2019 saylı qətnaməsi ilə ilk iddia rədd edilmiş, qarşılıqlı iddia isə təmin edilmişdir. Həmin qətnamədən İddiaçı apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti belə əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, qarşılıqlı iddia mülki prosessual qanunvericiliyin tələbləri pozulmaqla çoxsaylı məhkəmə iclasları keçirildikdən sonra sonuncu məhkəmə iclasında verilmiş, xx xxxx 2019-cu il tarixli məhkəmə iclas protokolunda qarşılıqlı iddianın icraata qəbul olunması qeyd olunsa da, qarşılıqlı iddianın verilməsi üçün dövlət rüsumu xx xxxx 2019-cu il tarixdə ödənilmiş, qarşılıqlı iddianın surəti qarşı tərəfə, yəni onlara verilməmişdir. Bundan əlavə, Cavabdeh məhkəmə iclaslarında bildirmişdir ki, o guya İddiaçı tanımır, onun nümayəndəsi olan həyat yoldaşı X5 isə birinci dəfədir ki, məhkəmə iclasında görür. Lakin qarşılıqlı iddia ərizəsində Cavabdeh bildirmişdir ki, onun tərəfindən tikilən binada payçı olan X16 verdikləri 55000 manat borcun müqabilində həmin mənzili Famil Tarquluyevin qohumu İddiaçı adına keçirmiş, lakin həmin mənzilə dair onlara hər hansı vəsait ödənilməmişdir. Bununla da, cavabdeh həmin müqavilənin onun tərəfindən bağlanılmasını təsdiq edir. Deməli, Cavabdeh iddiaçını və onun nümayəndəsi olan həyat yoldaşını görmüş və tanımış, müqaviləyə imza edərək möhür vurmuşdur. X9 ilə Cavabdeh arasında müqavilə var idisə, Cavabdeh həmin müqaviləni məhkəməyə təqdim edə bilərdi. Digər bir məsələ isə İddiaçı tərəfindən guya müqaviləyə düzəliş edilməsidir. Əgər ki, belə hal baş vermişdisə, Cavabdeh özündəki dəyişiklik edilməyən müqaviləni məhkəməyə təqdim edib bildirərdi ki, onda olan müqavilə ilə iddiaçıda olan müqavilə arasında fərq var. Cavabdeh imza və yazıların onun tərəfindən icra olunmadığını bildirdiyi halda, müqavilədən görünür ki, cavabdeh tərəfindən ona məxsus olan möhürlə müqavilə təsdiqlənmişdir. Məhkəmə prosesi zamanı Cavabdeh bildirmişdir ki, müqavilədəki imza və möhür ona məxsusdur. Bundan əlavə müqavilədən də göründüyü kimi, Cavabdehla İddiaçı arasında bağlanmış müqavilənin Zəfər Əsədova heç bir aidiyyatı yoxdur, çünki nə müqavilədə, nə də ki hər hansı bir sənəddə ona dair məlumat yoxdur. Bundan əlavə, qarşılıqlı iddia ərizəsində qeyd edildiyi kimi, əgər mənzilə görə pul ödənilməmişdisə, Cavabdeh ötən illər ərzində həmin müqavilənin etibarsız hesab edilməsi barədə iddia qaldırmaması da sual doğurur. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndələri apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini, cavabdeh və onun nümayəndəsi isə apelyasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(001)- 347/2019 saylı qətnaməsi ləğv edilməli, İddiaçı iddiası təmin edilməli, Cavabdeh qarşılıqlı iddiası rədd edilməlidir. İşdə olan sənədlərdən görünür ki, fiziki şəxs Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx xxxxxx 2011-ci il tarixli müqaviləyə əsasən Cavabdeh ünvan 1 girişli yaşayış evinin 1-ci giriş 14-cü mərtəbəsində ümumi sahəsi 130 kv.metr olan 3 otaqdan ibarət 54 №li mənzili İddiaçı üçün ayırmağı, İddiaçı isə bu müqavilə ilə razılaşdırılmış müddətdə mənzilin pulunu ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.2-ci bəndində mənzilin dəyərinin 65000 manat olması, “hesablaşma (pul ödəmə) qrafiki” adlanan 12-ci bənddə isə “dəyəri tam ödənildi” sözləri yazılmış, həmin sözlərin qarşısında pulu ödəyənin və pulu qəbul edənin imzaları qoyulmuş və Cavabdeh möhürü vurulmuşdur. Cavabdeh müqavilədəki möhür əkslərinin və “icraçı” qrafasındakı imzanın ona məxsus olduğunu bildirmişdir. İddiaçı da müqavilədə olan “payçı” və “pulu ödəyənin imzası” qrafalarında olan imzaların ona məxsus olduğunu bildirmişdir. Birinci instansiya məhkəməsində işə baxılarkən təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəmə xətşünaslıq ekspertizasının xx xxxxxx 2018-ci il tarixli 24906 saylı rəyinə əsasən, mənzil tikintisi haqqında xx xxxxxx 2011-ci il tarixli müqavilənin arxa tərəfində “icraçı” qrafasındakı imza Cavabdeh tərəfindən icra olunmuşdur. Həmin müqavilənin arxa tərəfində “ödənilən pulun məbləği-rəqəm və yazı ilə” qrafasında ”2” rəqəmindən sonrakı “dəyəri tam ödənildi” yazıları Cavabdeh tərəfindən deyil, başqa şəxs tərəfindən icra olunmuşdur. Müqavilənin arxa tərəfində “pulu qəbul edənin imzası” qrafasındakı imzanın X14 tərəfindən icra olunub-olunmadığını müəyyən etmək mümkün olmadı. Ekspertiza tədqiqatı zamanı “pulu qəbul edənin imzası” qrafasındakı imzanın Cavabdeh tərəfindən icra olunub-olunmadığını müəyyən etmək mümkün olmasa da, iddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı həmin imzanın Cavabdeh məxsus olmasını iddia etməmiş, müqavilə bağlanarkən Cavabdeh ona həmin imzanın satış müdirinin imzası olduğunu bildirməsini göstərmişdir. Məhkəmə baxışı zamanı Cavabdeh ziddiyyətli izahatlar vermişdir. Belə ki, xx xxx 2018-ci il tarixli məhkəmə iclasında Cavabdeh bildirmişdir ki, o, Famil Tarquluyevi 2011-ci ildən yox, 2014-cü ildən tanımışdır. Belə ki, həmin vaxt Famil ona yaxınlaşaraq bu binada mənzili olduğunu bildirmişdir. Qarşılıqlı iddia ərizəsində isə Elnur X1 müraciəti əsasında onun X6 olan 55000 manat borcunun müqabilində ünvan 1 girişli yaşayış evinin 1-ci giriş 14-cü mərtəbəsində ümumi sahəsi 130 kv.metr olan 3 otaqdan ibarət 54 №-li mənzili X13 adından İddiaçı adına keçirdiyini bildirmişdir. Lakin məhkəmə araşdırması zamanı Cavabdeh həmin mənzilin əvvəllər X13 adına olması barədə müqaviləni məhkəməyə təqdim etməmişdir. Bundan əlavə, Cavabdeh xx xxxxxx 2011-ci il tarixli müqaviləyə İddiaçı tərəfindən sonradan düzəliş edilərək mənzilin dəyərinin tam ödənilməsi barədə qeyd əlavə edilməsini göstərsə də, bu xüsusatı təsdiq edəcək heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Mənzilin dəyərinin tam ödənilməsi barədə müqavilənin 12-ci bəndində möhür əksinin olmasını Cavabdeh gah hazır müqavilə blankının ələ keçirilib İddiaçı verilməsi, gah da ona məxsus möhürün maşınından oğurlanaraq müqaviləyə möhür vurulması ilə izah etmişdir. Möhür oğurlanaraq müqaviləyə möhür əksinin vurulduğu təqdirdə hüquq mühafizə orqanlarına müraciət etməməsinin səbəbini isə Cavabdeh izah edə bilməmişdir. Qeyd olunanlardan əlavə, Cavabdeh xx xxxxxx 2011-ci il tarixli müqavilənin X15 Əsədovun arasında bağlanmış xx xxxxx 2016-cı il tarixli kredit müqaviləsi ilə bağlılığını, yəni Zəfər Əsədov həmin müqavilə üzrə Famil Tarquluyevin qarşısında öhdəliklərini yerinə yetirə bilmədiyinə görə Zəfər Əsədovun xahişi ilə bağlandığını sübuta yetirə bilməmişdir. Bundan əvvəl apelyasiya məhkəməsində işə baxılarkən xx xxxx 2019-cu il tarixli məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs X13 verdiyi izahatı məhkəmə kollegiyası qərəzli izahat kimi qiymətləndirir. Belə ki, Zəfər Əsədov həmin izahatında ünvan 1 ünvanında tikilən binadan mənzil satmaqla maklerlik etdiyini, Famil adlı şəxsin həmin binadan mənzil almaq üçün ona müraciət etdiyini, mənzil almaq üçün Familin verdiyi 40000 manat pulu həmin binanın iş icraçısı və beton təchizatı ilə məşğul olan Vüsal adlı şəxsə verdiyini, bunun müqabilində Vüsalın ona həmin müqaviləni verdiyini, 2013-cü ilin sonunda Vüsalın həbs olunduğunu, bundan sonra Familin verdiyi pulları ondan tələb etməyə başladığını, Familin pulunun bir hissəsini qaytardığını, ona 33000 manat məbləğində borclu qaldığını, Famil pulunu geri tələb etdiyinə görə onunla 50000 manat məbləğində borc müqaviləsi bağladığını göstərmişdir. Zəfər Əsədov izahatında Famil Tarquluyevlə 50000 manat məbləğində borc verilməsi barədə müqavilə bağlandığını bildirsə də, müqavilədə borcun məbləği 55000 manatdır. Bundan əlavə, onun Famil Tarquluyevə 33000 manat məbləğində borclu qaldığı halda, 55000 manat məbləğində borc alması barədə müqavilə bağlaması anlaşılmazdır. Kollegiya həmçinin qeyd edir ki, Zəfər Əsədov xx xxxxx 2016-cı il tarixli kredit müqaviləsini heç vaxt mübahisələndirməmiş, müqavilənin icrasını təmin etmək məqsədilə verilmiş notariusun icra qeydinə etiraz bildirməmişdir. Birinci instansiya məhkəməsi ilk iddianı rədd edib qarşılıqlı iddianı təmin edərkən ona istinad etmişdir ki, İddiaçı ilə Cavabdeh arasında mənzil tikintisi haqqında xx xxxxxx 2011-ci il tarixli müqavilə X8 ilə X21 arasında 55000 manat məbləğində pulun borc verilməsinə dair müqaviləni pərdələmək məqsədilə bağlandığına görə etibarsız hesab edilməlidir. Bundan əlavə, İddiaçı mənzilə görə pay haqqını ödəmədiyinə görə Mülki Məcəllənin 178.8-ci maddəsinə əsasən əmlaka mülkiyyət hüququ əldə etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, məhkəmə ilk iddia tələbini rədd edib qarşılıqlı iddianı təmin etməklə mübahisənin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmişdir. Belə ki, iş materiallarından göründüyü kimi, tərəflər arasında mənzil tikintisi barədə xx xxxxxx 2011-ci il tarixli müqavilə bağlanmışdır. Həmin müqavilənin şərtlərinə görə İddiaçı icraçı Cavabdeh tərəfindən tikilmiş ünvan 1 girişli yaşayış evinin 1-ci giriş 14-cü mərtəbəsində ümumi sahəsi 130 kv.m. olan 3 otaqdan ibarət 54 N-li mənzilə 65000 manat məbləğində pul verməyi, Cavabdeh isə həmin pulun müqabilində mənzili iddiaçıya verməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanan həmin müqaviləni həm İddiaçı, həm də Cavabdeh imzalamış və Cavabdeh möhürü ilə təsdiqlənmişdir. Həmin müqavilənin 12-ci bəndində “dəyəri tam ödənildi” qrafasının qarşısındakı “pulu qəbul edənin imzası” qrafasındakı imza Cavabdeh məxsus olmasa da, həmin qrafada olan möhür əksi Cavabdeh məxsusdur. Pulun ödənilməsi barədə kassa mədaxil orderinin və ya maliyyə arayışının olmaması müqavilə üzrə pulun ödənilməməsi anlamını vermir. Qarşılıqlı iddia icraata qəbul olunarkən mülki prosessual qanunvericiliyin tələblərinin pozulması barədə İddiaçı apelyasiya şikayətinin dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, həqiqətən də qarşılıqlı iddia mülki prosessual qanunvericiliyin tələbləri pozulmaqla icraata qəbul olunmuşdur. Belə ki, qarşılıqlı iddianın verilməsi üçün əsaslar Cavabdeh əvvəldən məlum olduğu halda, qarşılıqlı iddia işin baxılmasına başlanana qədər yox, bir neçə məhkəmə iclası keçirildikdən sonra sonuncu məhkəmə iclasında verilmiş, qarşılıqlı iddianın verilməsi üçün dövlət rüsumu xx xxxx 2019-cu il tarixdə ödənildiyi halda, məhkəmənin xx xxxx 2019-cu il tarixli iclasında qarşılıqlı iddia icraata qəbul olunmuş, qarşılıqlı iddianın surəti qarşı tərəfə verilməmişdir. Bununla belə, məhkəmə kollegiyası hesab edir ki, qarşılıqlı iddia artıq icraata qəbul olunduğuna görə apelyasiya şikayətinin dəlilləri baxımından qarşılıqlı iddiaya münasibət bildirilməlidir. Mülki qanunvericiliyə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1 və 339-cu maddələri). Beləliklə, hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında bağlanmış mənzil tikintisi haqqında xx xxxxxx 2011-ci il tarixli müqavilənin etibarsız hesab edilməsinə hər hansı əsas yoxdur. Birinci instansiya məhkəməsi həmin müqaviləni etibarsız əqd hesab etməklə düzgün nəticəyə gəlməmişdir. Kollegiya həmçinin qeyd edir ki, birinci instansiya məhkəməsi Mülki Məcəllənin həm 339.2-ci, həm də 340.2-ci maddələrinə istinad etməklə tərəflər arasında bağlanmış müqavilənin aldatma nəticəsində bağlanmış əqd, yoxsa yalan əqd olmasını da aydınlaşdırmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı mənzilə görə pay haqqını ödəməklə Mülki Məcəllənin 178.8-ci maddəsinə əsasən əmlaka mülkiyyət hüququ əldə etmişdir. Mənzil tikintisi haqqında xx xxxxxx 2011-ci il tarixli müqavilə üzrə Cavabdeh İddiaçı qarşısında icra edilməmiş öhdəliyi mövcuddur. Buna görə də ilk iddia üzrə İddiaçı iddia tələbində haqlıdır. Belə ki, mülki qanunvericiliyin normaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı apelyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2019 il tarixli, 2(001)-347/2019 saylı qətnaməsi ləğv edilməli, İddiaçı iddiası təmin edilməli, Cavabdeh qarşılıqlı iddiası rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.2-ci maddəsinə əsasən, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 119.6-cı maddəsinə əsasən, yuxarı məhkəmə instansiyası işi yeni baxışa göndərmədən qətnaməni dəyişdirirsə və ya yeni qətnamə çıxarırsa, o, müvafiq olaraq məhkəmə xərclərinin bölüşdürülməsini də dəyişdirir. İlk iddia tələbi və apelyasiya şikayəti təmin edildiyindən, iddia ərizəsi və apelyasiya şikayəti verilərkən ödənilmiş dövlət rüsumları cavabdehdən tutulub iddiaçıya ödənilməli, qarşılıqlı iddia verilərkən ödənilmiş dövlət rüsumu qarşılıqlı iddiaçıya aid edilməlidir. Məhkəmə xətşünaslıq ekspertizasının keçirilməsinə sərf olunmuş 127 manat pul məhkəmə xərci kimi Cavabdeh tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.6, 382, 384, 385, 392, 393, 402-404, 405 və 406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçıapelyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2019 il tarixli 2(001)-347/2019 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı iddia tələbi təmin edilsin. ünvan 1 girişli yaşayış evinin 1-ci giriş 14-cü mərtəbəsində ümumi sahəsi 130 kv.m. olan 3 otaqdan ibarət 54 saylı mənzil İddiaçı təhvil verilsin və o həmin mənzilə köçürülsün. Qarşlılıqlı iddia tələbi rədd edilsin. İlk iddia ərizəsi və apelyasiya şikayəti verilərkən ödənilmiş cəmi 45 manat dövlət rüsumu cavabdehdən tutulub iddiaçıya ödənilsin, qarşılıqlı iddia verilərkən ödənilmiş dövlət rüsumu qarşılıqlı iddiaçıya aid edilsin. Məhkəmə xətşünaslıq ekspertizasının keçirilməsinə sərf olunmuş 127 manat pul məhkəmə xərci kimi Cavabdeh tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar