Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3892/2024 15.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı LPO "xxxx" ASC-nin Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: (özgəsinin qanunsuz sahibliyindən əmlakın geri tələb edilməsi) hakimlər X5 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X6, Cavabdeh iştirakı ilə, iddiaçı LPO İddiaçı ASC-nin Cavabdeh qarşı «özgəsinin qanunsuz sahibliyindən əmlakın geri tələb edilməsi» tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2680/2022 saylı işi üzrə xx.xx.2022-cü il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:
1. İddiaçı LPO İddiaçı ASC Cavabdeh qarşı Cavabdeh mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospekti 124 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin 1-ci, 2-ci, 3-cü, 4-cü və 5-ci mərtəbəsində yerləşən LPO İddiaçı ASC-yə məxsus - 1. Stellaj dəmir 8 hissəli 9 ədəd x 200 AZN = 1800 AZN; 2. tumba 19 ədəd x 30 AZN = 570 AZN; 3. UPS UPSET 2 ədəd x 900 AZN = 1800 AZN; 4. UPS Kanina 1 ədəd x 1500 AZN = 1500 AZN; 5. Kassa otağı şüşəsi bron 2 ədəd x 150 AZN = 300 AZN; 6. kondisioner fujitsu 1 ədəd = 800 AZN; 7. kondisioner mitsubishi 2 ədəd x 350 AZN = 700 AZN; 8. kondisioner toshiba 3 ədəd x 350 AZN =1050 AZN; 9. Elektrik tənzimləyici Çətinkaya 1 ədəd = 2000 AZN; 10. seyf 1 ədəd x 500 AZN = 500 AZN; 11. seyf qapı 2ədəd x 500 AZN = 1000 AZN; 12. qapı dəmir barmaqlığı 2 ədəd x 120 AZN = 240 AZN; 13. sənəd dolabı üstü rəfli 13 ədəd x 80 AZN = 1040 AZN; 14. dolab divar içi sürgülü = 200 AZN; 15. Portret 2 ədəd x 50 AZN = 100 AZN; 16. turniket 2ədəd x 600 AZN =1200 AZN; 17. soyuducu 250 AZN; 18. sənəd dolabı 1 m 4 ədəd x 60 AZN = 240 AZN; 19. UPS kambina 2 ədəd x 750 AZN = 1500 AZN; 20. su dispenseri 100 AZN; 21. müdir otağı dəsti 800 AZN; 22. kreslo müdir 80 AZN; 23. dolab divar içi 2 ədəd x 350 AZN = 700 AZN; 24. geyim dolabı 3ədəd x 60 AZN =180 AZN; 25. yan dolab 140 AZN; 26. dolab sadə divar içi 2 ədəd x 60 AZN = 120 AZN; 27. dolab 80 AZN; 28. masa kassa otağı 5 ədəd x 100 AZN = 500 AZN; 29. polis masası 150 AZN; 30. müştəri qəbulu masası 12 ədəd x 100 AZN = 1200 AZN; 31. masa 3 ədəd x 80 AZN = 240 AZN; 32. masa 70 AZN; 33. jurnal masası 120 AZN; 34. kreslo 2 ədəd x 50 AZN =100 AZN; 35. kreslo 2 ədəd x 80 AZN =160 AZN; 36. şüşə arakəsmə 600 AZN; 37. mətbəx mebeli 2 dəst x 300 AZN = 600 AZN; 38. Q-Matic (12 ədəd tablo) 1500 AZN; 39. kassa pul ötürmə qabı 3 ədəd x 40 = 120 AZN; 40. siqnalizasiya paneli (6 ədəd) 200 AZN; 41. pul presləyən 1000 AZN; 42. DVR 600 AZN;
43. Prosessor Case 40 AZN; 44. Stellad 4 hissəli 150 AZN; 45. reseption masası 200 AZN; 46. jalüz 1.6 x 2 m 40 ədəd x 50 AZN = 2000 AZN; 47. kondisioner mitsubishi 21 ədəd x 350 AZN = 7350 AZN; 48. kondisioner EURO2 1 ədəd = 200 AZN; 49. kondisioner GREE 2 ədəd x 180 AZN = 360 AZN; 50. jalüz 0.6 x 2 m 21 ədəd x 30 = 630 AZN; 51. ara kəsmə sistemi aluminium 5 pm 2 ədəd x 300 AZN = 600 AZN; 52. ara kəsmə sürgülü 4.4 pm 2 ədəd x 500 AZN = 1000 AZN; 53. kondisioner fujitsu lədəd = 800 AZN; 54. kondisioner Samsung 1 ədəd = 250 AZN; 55. tavan kondisioneri 2 ədəd x 1200 AZN = 2400 AZN; 56. şüşə arakəsmə 3 ədəd x 600 AZN = 1800 AZN; 57. soyuducu indesit 295L 1 ədəd = 250 AZN; 58. mətbəx mebeli 2 p/m 3 ədəd x 150 AZN = 450 AZN; 59. mətbəx masası 3 ədəd x 20 AZN = 60 AZN; 60. sənəd dolabı 2.5 m 7 ədəd x 200 AZN = 1400 AZN; 61. sənəd dolabı 1.5 m 20 ədəd x 100 AZN = 2000 AZN; 62. tumba 21 ədəd x 30 AZN = 630 AZN; 63. kreslo göy 18 ədəd x 30 = 390 AZN; 64. işçi masası dəmir ayaqlı 35 ədəd x 140 AZN = 4900 AZN; 65. sənəd dolabı üstü rəfli 14 ədəd x 80 = 1120 AZN; 66. rack şkafı 3 ədəd x 400 AZN = 1200 AZN; 67. müdir masası sadə dəst 1 ədəd = 300 AZN; 68. işçi masası laminant sadə 2 nəfərlik 4 x 100 AZN = 400 AZN; 69. işçi masası laminant sadə 1 nəfərlik 4 x 60 AZN = 240 AZN; 70. kreslo ağ 32 ədəd x 40 AZN = 1080 AZN; 71. sənəd dolabı 2 m 1 ədəd = 180 AZN; 72. soyuducu hoffman 1 ədəd = 200 AZN; 73. tablo abstrakt çərçivəli 1 ədəd = 400 AZN; 74. switch catalyst 2960 3 ədəd x 500 AZN = 1500 AZN; 75. asılqan 3 ədəd x 20 AZN = 60 AZN; 76. soyuducu biryusa 1 ədəd = 180 AZN; 77. mətbəx masası 1 ədəd 40 AZN; 78. sənəd dolabı uzun 1 ədəd = 180 AZN; 79. müdir masası dəsti sadə 1 ədəd = 200 AZN; 80. soyuducu indesit 1 ədəd = 200 AZN; 81. sədr otağı dəsti 1 ədəd = 6000 AZN; 82. divan dəri 2 nəfərlik 2 ədəd x 250 AZN = 500 AZN; 83. seyf 1 ədəd = 350 AZN; 84. printer hp m281 1 ədəd = 600 AZN; 85. soyuducu Toshiba 1 ədəd = 250 AZN; 86. divan dəri 3 nəfərlik 1 ədəd = 600 AZN;
87. kresol iclas zalı 9 ədəd x 110 AZN = 990 AZN; 88. iclas zalı masası 1 ədəd = 800 AZN; 89. müdir dəsti 1 ədəd = 400 AZN; 90. müdir masası dəsti 1 ədəd = 150 AZN; 91. müdir masası 5 ədəd x 120 AZN = 600 AZN; 92. paltar dolabı 3 ədəd x 100 AZN = 300 AZN; 93. şüşəli dolab 1 ədəd x 120 AZN = 120 AZN olmaqla, ümumilikdə 93 çeşiddə, 425 sayda inventarların cavabdehdən alınaraq təhvil verilməsi, mövcud olmadıqda isə qiymətləndirmə rəyinə əsasən ümumilikdə onların dəyərini təşkil edən 75250 manat pulun və iş üzrə ödənilmiş 315,75 manat dövlət rüsumunun Cavabdeh alınaraq LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilməsi barədə iddiası Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2680/2022 saylı işi üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ilə qismən təmin edilmiş, tərəflər arasında təsdiq edilmiş 27 mart 2013-cü il tarixli təhvil-təslim aktında qeyd edilən əşyalar çıxılmaq şərti ilə, iddia ərizəsində qeyd olunan digər əşyaların, həmin əşyalar mövcud olmadıqda isə dəyərinin, Cavabdeh alınaraq LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna verilməsi, dövlət rüsumunun 157 manat 85 qəpik hissədə iddiaçıya, 157 manat 90 qəpik hissədə cavabdehə aid edilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.
2. Qətnamədə Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77, 217.4-cü maddələrinə istinadən qeyd edilmişdir ki, iddiaçı iddia tələbində qeyd edir ki, icarə müqaviləsinə birtərəfli qaydada xitam verildikdən sonra Cavabdeh mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospekti 124 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin 1-ci, 2-ci, 3-cü, 4-cü və 5-ci mərtəbəsində yerləşən LPO İddiaçı ASC-yə məxsus 93 çeşiddə, 425 sayda, ümumilikdə qiymətləndirmə rəyinə əsasən 75250 manat qiymətləndirilmiş inventarlar 30 iyun 2020-ci il tarixli akt əsasında icarəyə verən Cavabdeh gələcəkdə dəyərini ödəməklə almaq təklifi əsasında ayrıayrılıqda barkodlanmaqla Cavabdeh saxlancında qalmışdır. İddiaçı tərəfindən dəfələrlə şifahi müraciət edilməsinə baxmayaraq cavabdeh Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospekti 124 ünvanda yerləşən qeyri-yaşyış sahəsinin 1-ci, 2-ci, 3-cü, 4- cü və 5-ci mərtəbələrində yerləşən LPO İddiaçı ASC-yə məxsus 93 çeşiddə, 425 sayda inventarları geri təhvil verməmiş və yaxud onların dəyərini bu günə kimi Əmanətlərin Sığortalanması Fonduna ödəməmişdir. LPO İddiaçı ASC-yə məxsus 93 çeşiddə, 425 sayda inventarlar bu günə kimi qanunsuz olaraq cavabdehin sahibliyində qalmaqdadır. Cavabdehin məhkəməyə təqdim etdiyi sənədlərdən göründüyü kimi, iddiaçının iddia tələbində qeyd etdiyi 93 çeşiddə, 425 sayda inventarın hamısı iddiaçıya məxsus deyil, həmin inventarların bir hissəsi cavabdehə məxsusdur. Belə ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 04 sentyabr 2020-ci il tarixli 2(006)-4167/2020 saylı qərardadından və tərəflərin təsdiq etdikləri 27 mart 2013-cü il tarixli təhvil-təslim aktından görünür ki, 2 ədəd mətbəx otağı və orada olan mətbəx mebelləri, soyuducular 02 ədəd 1-ci mərtəbədə və zirzəmi hissəsinə aid, ümumi bina üzrə 6 komplekt mətbəx mebeli, kassa otağı, seyf 1-ci mərtəbədə 2 ədəd, yanğından mühafizə sistemi həm daxili, həm xarici bütün bina üzrə 6 komplekt, mərkəzləşdirilmiş təhlükəsizlik görüntülü kamera sistemi 1 komplekt, kameraların sayı 46 ədəd, zirzəmidə bunker vəsait saxlama otağı, 01 ədəd seyf, 24 ədəd kondisioner, depozit vəsaiti saxlanc otağı daxilində 01 ədəd seyf, generator 01 ədəd, zirzəmi və ikinci mərtəbədə işıq tənzimləyici 02 ədəd, UPS sistemi akkumulyator 2 komplekt zirzəmi və ikinci mərtəbədə, sözügedən binanın zirzəmi və müəyyən mərtəbələrində qalan ofis mebelleri cavabdehin mülkiyyətindədir (cavabdehə məxsusdur). Cavabdeh vaxtilə - 27 mart 2013-cü il tarixli təhvil-təslim aktına əsasən həmin əşyaları iddiaçının istifadəsinə vermişdir. Cavabdeh iddianı qismən etiraf edərək, digər əşyaların həqiqətən iddiaçıya məxsus olduğunu bildirir və iddianın qismən təmin edilməsini xahiş edir. İddiaçı yuxarıda qeyd olunan əşyalara münasibətdə mülkiyyət hüququnu təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmiş, əksinə, cavabdeh həm özünə məxsus olan əşyaların dairəsini, həm də iddiaçıya məxsus əşyaların dairəsini dəqiq göstərmiş, özünə məxsus olan əşyalara dair müvafiq sübutları məhkəməyə təqdim etmişdir. Göründüyü kimi, iddiaçı 27 mart 2013-cü il tarixli təhvil-təslim aktında qeyd olunan əşyalar istisna edilməklə, iddia ərizəsində qeyd olunan digər əşyaları (cavabdehin qanunsuz sahibliyində olan) geri tələb etməkdə haqlıdır.
3. Birinci instansiya məhkəməsində icraat zamanı sübut qismində göstərilmişdir ki: İddiaçı ASC-nin Səhmdarlarının növbədənkənar Ümumi Yığıncağının xx.xx.2017-ci il tarixli, 04 №-li protokoluna əsasən, «X8 (CDB)» ASC-nin İddiaçı ASC-yə qoşulması şəklində İddiaçı ASC-nin yenidən təşkil edilməsi, «X8 (CDB)» ASC-nin fəaliyyətinə xitam verilməklə hüquq və vəzifələrinin (aktiv və öhdəliklərinin) yenidən təşkil olunan İddiaçı ASC-yə keçirilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş xx.xx.2017- ci il tarixli çıxarışa əsasən İddiaçı ASC «X8 (CDB)» ASC-nin ona qoşulması nəticəsində yenidən təşkil edilmiş və həmin hüquqi şəxsin hüquqi varisidir. «X8 (CDB)» ASC ilə Cavabdeh arasında 25 yanvar 2017-ci il tarixli icarə müqaviləsi bağlanmışdır. İcarə Müqaviləsinin 4.7- ci bəndinə əsasən bu müqavilənin şərtlərinin dəyişdirilməsinə, ona əlavələr edilməsinə tərəflərin qarşılıqlı razılığı əsasında, yalnız yazılı formada tərtib edilməklə yol verilir. Bundan sonra tərəflər arasında 25 yanvar 2017-ci il tarixli «İcarə müqaviləsi»nə dəyişiklik edilməsi haqqında 14 aprel 2020-ci il tarixli «Razılaşma» imzalanmışdır. «Razılaşma»nın 3.1-ci bəndinə əsasən bu Müqavilə üzrə «İcarəçi» icarə obyektindən istifadəyə gorə «İcarəyə verən»ə ödəniləcək bütün vergilər də daxil olmaqla, hər ay 8.280 manat icarə haqqı ödəyir. «Razılaşma»ya əsasən xx.xx.2017-ci il tarixli «İcarə müqaviləsi»nə 8.10. bəndi əlavə edilərək, tərəflər razılaşırlar kı, ödəniləcək aylıq icarə haqqı Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(103)-2803/2016 nömrəli Qətnaməsinin icrası üçün Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış 14 aprel 2020-cı il tarixli Razılaşmaya əsasən İddiaçı ASC-yə ödənilməsinə yönəldilir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 aprel 2020-ci il tarixli 2-3(103)-129/2020 saylı qərarı ilə İddiaçı ASC müflis elan edildiyindən banka Əmanətlərin Sığortalanması Fondu Ləğvedici təyin edilmişdir. Bu səbəbdən də icarəçi İddiaçı ASC ilə icarəyə verən Cavabdeh arasında bağlanan 25 yanvar 2017-ci il tarixli «İcarə müqaviləsi»nə və həmin icarə müqaviləsinə dəyişiklik edilməsi haqqında 14 aprel 2020-ci il tarixli «Razılaşma»ya müqavilənin 4.5-ci bəndinin tələbinə əsasən birtərəfli qaydada xitam verilmişdir. Müqavilənin 4.5-ci bəndinə əsasən İcarəçi İcarəyə verənə 30 (otuz) təqvim günü əvvəlcədən yazılı xəbərdarlıq verməklə bu Müqaviləyə birtərəfli qaydada xitam verə bilər. İcarə müqaviləsinə xitam verilməmişdən əvvəl Cavabdeh xx.xx.2020-ci il tarixli **********077 nömrəli məktubla, LPO İddiaçı ASC ilə bağlanan 25 yanvar 2017-ci il tarixli «İcarə müqaviləsi»nə və həmin icarə müqaviləsinə dəyişiklik edilməsi haqqında 14 aprel 2020-ci il tarixli «Razılaşma»ya 01 iyun 2020-ci il tarixdən etibarən xitam veriləcəyi bildirilmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
4. İddiaçı apellyasiya şikayəti verərək, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(006)-2680/2022 saylı qətnaməsinin ləğv edilərək, iddia tələbinin tam təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.1, 157.4; “İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6.1; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.3, 88, 372.1, 372.6, 372.7, 385.1.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, icarə müqaviləsinə xitam verilməmişdən əvvəl Cavabdeh xx.xx.2020-ci il tarixli **********077 nömrəli məktubla, LPO İddiaçı ASC ilə bağlanan 25 yanvar 2017-ci il tarixli “İcarə müqaviləsi”nə və həmin icarə müqaviləsinə dəyişiklik edilməsi haqqında 14 aprel 2020-ci il tarixli “Razılaşma”ya 01 iyun 2020ci il tarixdən etibarən xitam veriləcəyi bildirilmişdir. İcarə müqaviləsinə birtərəfli qaydada xitam verildikdən sonra Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 124 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 1-ci, 2-ci, 3-cü, 4-cü və 5-ci mərtəbəsində yerləşən LPO İddiaçı ASC-yə məxsus 93 çeşiddə, 425 sayda, ümumilikdə qiymətləndirmə rəyinə əsasən 75250 manat qiymətləndirilmiş inventarlar 30 iyun 2020-ci il tarixli akt əsasında icarəyə verən Cavabdeh gələcəkdə dəyərini ödəməklə almaq təklifi əsasında ayrı-ayrılıqda barkotlanmaqla Cavabdeh saxlancında qalmışdır. Dəfələrlə şifahi müraciət edilməsinə baxmayaraq, cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 124 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 1-ci, 2-ci, 3-cü, 4-cü və 5-ci mərtəbələrində yerləşən LPO İddiaçı ASC-yə məxsus 93 çeşiddə, 425 sayda inventarları geri təhvil verməmiş və yaxud onların dəyərini bu günə kimi Əmanətlərin Sığortalanması Fonduna ödəməmişdir. LPO İddiaçı ASC-yə məxsus 93 çeşiddə, 425 sayda inventarlar bugünə kimi qanunsuz olaraq cavabdehin sahibliyində qalmaqdadır. İcarə Müqaviləsinin 6.2-ci bəndinə əsasən tərəflərdən biri digər tərəfin əmlakına, istehsal və kommersiya maraqlarına ziyan vurarsa, zərər vurmuş tərəf digər tərəf qarşısında tam həcmdə maddi məsuliyyət daşıyır. Mülki işin materiallarına nəzər yetirsək görərik ki, birinci instansiya məhkəməsi tərəfindən tərəflər arasında yaranmış mübahisəyə düzgün hüquqi qiymət verilməmiş və məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırılması hüququ təmin edilməmişdir. Belə ki, birinci instansiya məhkəməsinin sübut növü olaraq istinad etdiyi Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 sentyabr 2020-ci il tarixli 2(006)-4167/2020 saylı qərardadından görünür ki, hazırkı iş üzrə cavabdeh Kərimov X4 Sığortalanması Fonduna qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbi ilə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Cavabdeh iddia tələbi ilə yanaşı ərizə ilə məhkəməyə müraciət edərək, işə mahiyyəti üzrə baxılıb həll edilənədək, qətnamənin gələcəkdə icrasının təmin edilməsi üçün aşağıdakı sadalanan və ona məxsus olan: 2 ədəd mətbəx otağı və orada olan mətbəx mebelləri, soyuducular 02 ədəd 1ci mərtəbədə və zirzəmi hissəyə aid, ümumi bina üzrə 6 komplekt mətbəx mebeli, kassa otağı, seyf 1-ci mərtəbədə 2 ədəd, yanğından mühafizə sistemi həm daxili, həm xarici bütün bina üzrə 6 komplekt, mərkəzləşdirilmiş təhlükəsizlik görüntülü kamera sistemi 1 komplekt, kameraların sayı 46 ədəd, zirzəmidə bunker vəsait saxlama otağı, 1 ədəd seyf, 24 ədəd kondisioner, depozit vəsaiti saxlanc otağı daxilində 1 ədəd seyf, generator 1 ədəd, zirzəmi və ikinci mərtəbədə işıq tənziırıləyici 2 ədəd, UPS sistemi akumlyator 2 komplekt zirzəmi və ikinci mərtəbədə, sözügedən binanın zirzəmi və müəyyən mərtəbələrində qalan ofis mebellərinin üzərinə həbs qoyulmasını, eyni zamanda cavabdeh Əmanətlərin Sığortalanması Fondunun əməkdaşlarının sözügedən Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti ilə N.Vəzirov küçəsinin kəsişməsində yerləşən həmin qeyri-yaşayış sahəsinə giriş-çıxışının qadağan olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Nəsimi Rayon Məhkəməsinin 04 sentyabr 2020-ci il tarixli 2(006)- 4167/2020 saylı qərardadı ilə ərizə təmin edilmişdir. Bundan sonra qeyd edilən qərardaddan Əmanətlərin Sığortalanması Fondu tərəfindən şikayət verilmiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(103)-8342/2020 saylı qərardadı ilə Nəsimi Rayon Məhkəməsinin 04 sentyabr 2020-ci il tarixli 2(006)-4167/2020 saylı qərardadı ləğv edilmişdir. Bundan əlavə işin mübahisə edilən halı ondan ibarətdir ki, birinci instansiya məhkəməsi hazırkı iddia tələbi üzrə işə baxarkən məhkəmədə baxılmayan və yekun məhkəmə aktı çıxarılmayan tələb üzrə qərardadı sübut növü kimi qəbul etmişdir. Halbuki, sübutun mötəbərliyi baxımından yanaşsaq görərik ki, birinci instansiya məhkəməsinin sübut növü kimi qəbul etdiyi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 sentyabr 2020-ci il tarixli 2(006)-4167/2020 saylı qərardadı ilə iş üzrə iddiaçı Cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair mülki iş Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 dekabr 2021-ci il tarixli 2(006)- 513/2021 saylı qərardadı ilə iddiaçının iddia ərizəsi baxılmamış saxlanılmışdır. Halbuki məhkəmə qarşısında duran vacib məsələlərdən biri işin faktlarını və hallarını müəyyən etməkdir. Faktları müəyyən etmək üçün məhkəmə ona təqdim edilmiş sübutları qiymətləndirir və sübutetmə standartı məhkəmə prosesinin məqsədləri üçün müəyyən faktın olub-olmamasını müəyyən edən kriteriyadır (meyardır). Həqiqətə nail olmaq üçün ilk növbədə məhkəmə təqdim olunan sübutları, faktları və mübahisə ilə bağlı halları tam dəqiqliklə araşdırmalı, həqiqətə nail olmalıdır. Lakin birinci instansiya məhkəməsi bu hala qiymət verməmiş və mövcud olmayan sübut növlərinə istinad edərək düzgün olmayan nəticəyə gəlmişdir. Bundan əlavə birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən istinad etdiyi sübut növündən biri də ksero surət olmaqla əsaslığı şübhə doğuran cavabdehin təqdim etdiyi 27 mart 2013-cü il tarixli təhvil-təslim Aktıdır. İlk öncə Akta nəzər yetirsək görərik ki, Akt kargüzarlığın aparılmasına dair təlimatın 77-ci bəndində nəzərdə tutulmuş qaydada tərtib edilməmişdir. Eyni zamanda Aktda İddiaçı ASC-nin nümayəndəsi qrafasında Aktı imzalayan şəxsin ad, soyadı və vəzifəsi göstərilməmişdir. Bu da onu deməyə əsas verir ki Aktda qeyd edilən əşyaların İddiaçı ASC-yə təhvil verilməsi həqiqəti əks etdirmir. Aktda adları sadalanan əmlaklara gəldikdə isə görərik ki, əmlakların bir qismi elektrik avadanlıqları olmaqla markası aydın şəkildə qeyd edilməmişdir. Halbuki məhkəməyə təqdim etdikləri 30 iyun 2020-ci il tarixli Aktdan və eyni zamanda “İnventarların qiymətləndirilməsi barədə” xx.xx.2020-ci il tarixli Qiymətləndirmə rəylərindən görünür ki, cavabdehdən tələb etdikləri əmlakların çeşidi və markası aydın şəkildə qeyd edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iş materiallarında olan sübutlar obyektiv, qərəzsiz və hərtərəfli araşdırılmamış, mövcud olmayan sübut növünə istinad edilməklə düzgün olmayan nəticəyə gəlinmişdir.
5. Cavabdeh apellyasiya şikayəti verərək Bakı şəhəri Nəsimi rayon məhkəməsinin e-2(006)- 2680/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin iddia ərizəsində qeyd olunan digər əşyalar, həmin əşyalar mövcud olmadıqda isə dəyəri, Cavabdeh alınaraq LPO İddiaçı ASC-nin X1 Fonduna verilməsi hissəsində qismən ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157; Mülki Prosessual Məcəlləsinin 388, 389, 390-cı maddələrinə istinadən qeyd edilmişdir ki, məhkəmə təqdim etdikləri sübutlara düzgün hüquqi qiymət verməmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır. Birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun gəlmir. Belə ki, o məhkəmədə hansı inventarların ona məxsus olmasını 27 mart 2013-cü il tarixli təhvil-təslim aktına əsasən qeyd etmişdir. 2 ədəd mətbəx otağı və orada olan mətbəx mebelləri, soyuducular 2 ədəd 1-ci mərtəbədə və zirzəmi hissəsinə aid, ümumi bina üzrə 6 komplekt mətbəx mebeli, kassa otağı, seyf 1-ci mərtəbədə 2 ədəd,yanğından mühafiza sistemi həm daxili, həm xarici bütün bina üzrə 6 komplekt, mərkəzləşdirilmiş təhlükəsizlik görüntülü kamera sistemi 1 komplekt, kameraların sayı 46 ədəd, zirzəmidə bunkervəsait saxlamaotağı,1ədədseyf,24ədədkondisioner, depozit vəsaiti saxlanc otağı daxilində 1 ədəd seyf,generator 1 ədəd, zirzəmi və ikinci mərtəbədə işıq tənzimləyici 2 ədəd, UPS sistemi akkumulyator 2 komplekt zirzəmi və ikinci mərtəbədə, sözügedən binanın zirzəmi və müəyyən mərtəbələrində qalan ofis mebelleri onun mülkiyyətindədir. İddiaçının tələb etdiyi digər inventarlar onun sahibliyində və istifadəsində deyil. İddiaçının ondan tələb etdiyi inventarlar onun saxlancında deyil, həmin obyekti o sadəcə icarəyə vermişdir Obyektinən "xxxx" ASC-yə icarəyə vermişdir. Obyektin ona məxsus olması X2 hüquq vermir ki, onun sahibliyində və istifadəsində olmayan əmlakları ondan tələb etsin. Bundan əlavə iddiaçı 61ədəd pərdəni, su nasosunu, su çənini və şlaqbaunu da satmışdır. İddiaçı ASC-yə məxsus sözügedən inventarlar hazırda "xxxx" ASC-nin sahibliyində və istifadəsindədir. X3 həmin inventarları ondan yox, "xxxx" ASC-dən tələb etməlidir. Çünki yuxarıda qeyd etdiyi kimi həmin əmlaklar onun sahibliyində və istifadəsində deyil və eyni zamanda,həmin əmlaklar ona məxsus olmadığına görə onun sözügedən inventarları "xxxx" ASC-dən geri tələb etməyə hüququ da yoxdur. Həmin əmlakların "xxxx" ASC-nin istifadəsində olması xx.xx.2022-ci il tarixli aktdan da görünür. Belə ki, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin MTT (006)-120/2022saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə ümumilikdə 93çeşiddə,425sayda inventarların istifadəsi cavabdehə və digər 3-cü şəxslərə qadağan edilmiş və həmin əmlakların üzərinə həbs qoyulmuşdur. Həmin qərardadı icra edən icra məmuru Azər Heydərovun tərtib etdiyi xx.xx.2022-ci il tarixli aktda qeyd edilmişdir ki, aşağıda qeyd olunan əmlaklar müəyyən edilərək siyahıya alındı və saxlanc üçün "xxxx" ASC-yə təhvil verildi, eyni zamanda CM-in 303-cü maddəsinin tələbi və məsuliyyəti barədə xəbərdar olundu. Göründüyü kimi məhkəmənin gəldiyi nəticə işin hallarına uyğun gəlmir. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:
6. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2623/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə kompleks məhkəmə-mühasibatlıq və məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 16 noyabr 2023-cü il tarixli məktubu ilə 29 sentyabr 2023-cü il tarixli vəsatət təmin edilmədiyindən ekspertizanın apaırılmasından imtina edilmişdir.
7. “ Atasığorta “ ASC xx.xx.2023-cü il tarixli məktubunda Cavabdeh müraciətinə cavab məktubundan görünür ki, Cavabdeh ilə cəmiyyət arasında xx.xx.2020-ci il tarixdə bağlanmış İcarə müqaviləsinə əsasən Cəmiyyətin istifadəsinə verilmiş Bakı şəhəri, Azadlıq prospekti, 124 ünvanında yerləşən qeyri-yaşayış sahəsində LPO "xxxx" ASC-yə məxsus hər-hansı əmlak mövcud deyildir. Belə ki, LPO "xxxx" ASC-yə məxsus Cəmiyyətin istifadəsindən olan ******* manat dəyərində olan 22 ədəd müxtəlif əşya və avadanlıq "xxxx" MMC tərəfindən alınmış və mülkiyyətlərinə keçmişdir. Sənədlər hazırkı məktuba əlavə edilir. Əlavə olaraq bildirilir ki, Bakı şəhəri, Azadlıq prospketi 124 ünvanında yerləşən qeyr-yaşayış sahəsində 2,3,4 və 5-ci mərtəbələrində, qismən zirzəmisində olan LPO "xxxx" ASC-yə məxsus digər mebel və avadanlıqlar LPO "xxxx" ASC-nin əməkdaşları tərəfindən təhvil alınaraq “ 166” Yükdaşıma Xidmətinə məxsus yükmaşınları vasitəsi ilə daşınmışdır. Şəkillər hazırkı məktuba əlavə olunur.
8. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X9 öz apellyasiya şikayətlərini müdafiə etdiyini, qarşı tərəfin apellyasiya şikayətini əsassız hesab etdiyini, onların tələb etdiyi əmlakların bankın həmin vaxtı filialı olarkən orda istifadə etdiyi əmlaklar olduğunu, 2020-ci ilin aprel ayında bankın lisenziyası ləğv olunduqdan sonra həmin icarəyə götürülən əmlakın “Atasığortaya” verildiyini, faktiki olaraq bu gün də həmin əmlakların "xxxx"-nın istifadəsində olduğunu, həmçinin "xxxx"-nın onlara həmin əmlakları alması ilə bağlı təkliflər irəli sürdüyünü, sadəcə olaraq qiymətlə bağlı razılığa gəlinmədiyini,lakin nəticə etibarı ilə faktiki olaraq onların tələb etdiyi əşyaları həmin qeyri-yaşayış binasında olduğunu, həmçinin cavabdeh 166 yük daşıma xidməti vasitəsi ilə iddiaçının əşyaları daşıdığını iddia etsə də bununla bağlı mötəbər sübutları məhkəməyə təqdim edə bilmədiyini, həmçinin cavabdehin filial ləğv olunduqdan sonra Nəsimi rayon Məhkəməsinə müraciət edərək qərardad əldə etdiyini və həmin qərardad əsasında iddiaçının qeyri-yaşayış sahəsinə giriş-çıxışının qadağan edildiyini, bu səbəbdən də bankın ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondunun məhkəməyə müraciət etmək məcburiyyətində qaldığını, məhkəmənin də iddianı qismən təmin etdiyini, belə ki məhkəmə tərəfindən cavabdehin təqdim etdiyi 27 mart 2013-cü il tarixli təhvil –təslim aktına istinad edildiyini, həmin aktda qeyd olunan 18 adda əşyanın siyahının daxilindən çıxarıldığını, məhkəmənin bu mövqeyini düzgün hesab etmədiklərini, belə ki, ilk növbədə aktın özünün yox, surətinin məhkəməyə təqdim olunduğunu və bunun doğruluğunun onlarda şübhə doğurduğunu, həmçinin aktda "xxxx" ASC-nin nümayəndəsi qrafasında kimin imza etdiyinin də naməlum olduğunu, bu səbəbdən dən iddia tələblərinin tam təmin edilməli olduğunu, razılaşma ilə bağlı müqavilədə əmlaklarla bağlı hər hansı müddəanın olmadığını, bu əmlaklar üzrə qarşı tərəfin cavabdehlik daşımasının əsasının onun qeyri-yaşayış binasının sahibi olması, 2022-ci ildəki qərardadla giriş-çıxışa qadağa qoyulduğundan məhkəmə qərarın poza bilməyəcəklərini və bu səbəbdən özlərinin gedib müstəqil surətdə həmin əmlakları tələb etmədiklərini, lakin həmin qərardaddan şikayət verilməsi ilə bağlı dəqiq məlumatının olmadığını, bundan əlavə həmin əmlakların çıxarılması ilə bağlı qarşı tərəflə dəfələrlə danışıqlar aparıldığını, qarşı tərəfin həmin əmlakları mübahisələndirdiyini, belə ki, onların tələb etdikləri əmlaklarının özünə məxsus olduğunu iddia etdiyini və bu səbəbdən də həmin əmlakları verməyəcəyini bildirdiyini, həmçinin nə “Atasıığorta” nə də, cavabdehlə əmlaklarla bağlı müqavilə bağlamadığını, hər bir halda cavabdehin özünü də birinci instansiya məhkəməsində İddiaçı ASC-yə məxsus olan əmlakların bir qisminin onda olduğunu etiraf etdiyini qeyd etmiş, dediklərinin nəzərə alınaraq apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir.
9. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh öz apellyasiya şikayətini müdafiə etdiyini, qarşı tərəfin apellyasiya şikayətini əsassız hesab etdiyini, iddiaçıların onun obyektini boşaltmadıqlarını və yalandan şikayət verərək onların əmlaklarını vermədiyini iddia etdiklərini, "xxxx" ASC-nin rəsmi arayışından da göründüyü kimi "xxxx" ASC-yə məxsus bütün avadanlıqların 166 yük daşıma maşını vasitəsi ilə boşaldıldığını, bu barədə şəkilləri də məhkəməyə təqdim etdiyini, yəni iddiaçı tərəfin onlara məxsus olan bütün avadanlıqların apardığını, yalnız orda onlara məxsus 2 qapı və dairəvi mebelin qaldığını, sonradan qarşı tərəfin ona həmin bunker qapını 5000 manat almağı təklif etdiklərini, lakin razılaşmadığını, həmçinin iddiaçının 1-ci instansiya məhkəməsinin yekun qərarı çıxdıqdan sonrakı dövrdə Bakı Birja Mərkəzi vasitəsi ilə ona məxsus olan su nasosunu satdıqlarını və pulunu da “ Atasığortadan” aldıqlarını, həmçinin 61 ədəd pərdə və şlaqbaumu da öz dəyərindən aşağı qiymətə “Atasığortaya” satdıqlarını, həmçinin iddiaçının nümayəndəsi birinci instansiya məhkəməsində iddiaçıya məxsus əmlakların bir hissəsinin onda qaldığını etiraf etdiyini qeyd etsə də, onun tərəfindən belə bir etirafın edilmədiyini bildirmiş , dediklərinin nəzərə alınaraq apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya baxışının hədləri:
10. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosessual Məcəllənin 372-ci maddəsinə əsasən: maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
11. Məhkəmə kollegiyası mübahisə edilən hissədə apellyasiya şikayətlərinin əsaslı dəlillərinə, Azərbaycan Respublikası Konstitusiyasının 13, 29; Mülki Məcəllənin 21, 152-158, 425-442, 1091-1095; Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 77.1, 80-82, 106.2, 217.4, 385-390-ci maddələrinə əsasən belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları üzrə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmayaraq sübutlara (mötəbərliyinə) düzgün qiymət verilməmiş, qətnamədə göstərilmiş nəticələr iş üzrə müəyyən edilmiş hallara uyğun gəlməmiş, müəyyən edilmiş faktlar və tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticə hasil olunmuşdur. Belə ki, tərəflər arasında icarə üzrə müqavilə münasibətləri mövcud olmuş olsa da (iddia edilən əmlakları əks etdirən) icarə obyektinin təhvil-təslim aktı, habelə hüquqi şəxs olaraq əmlakların iddiaçıya məxsusluğunu, təsnifatını, dəyərini müəyyən edən balans-uçot (mühasibat) sənədləri məhkəməyə təqdim edilməmişdir. Diqqətə çatdırılmalıdır ki, sübutetmə vəzifəsinə müvafiq iddiaçı tələb edilən əmlakların ona məxsusluğunu (hüquqi şəxsin balansında olmasını, icarə münasibətləri yaranan zaman müqavilənin tələblərinə əsasən təhvil-təslimin həyata keçirilməsini), icarə obyektində yerləşməsini və buna dair cavabdehin mülki məsuliyyətini müəyyən edən dayanıqlı (təkzibedilməz) sübutlar təqdim etməmişdir. Cavabdehin iştirakı olmadan, sonradan tərtib edilən akt isə cavabdehə münasibətdə onun mülki məsuliyyətini müəyyən edən sübut kimi qiymətləndirilə bilməz. Belə ki, hər hansı hüquqi şəxsin maliyyətəsərrüfat fəaliyyəti üzrə ciddi mühasibat-uçotu reqlamentinə uyğun qeydiyyata alınmalı, bu reqistrlərdə onların tarixlər üzrə hərəkəti və balans dəyəri müəyyən edilməlidir.
12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müddəalarına əsasən: 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. 165.2. Qadağan edilmiş özbaşınalıq üzrə iddiaya yalnız o halda yol verilir ki, sahib qəsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra əşyanın qaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etsin. İddia müddəti, hətta qəsd və təqsirkar sahibə sonralar da məlum olarsa, məhrumetmə və ya pozuntu anından başlayaraq bir il təşkil edir. 166.1. Daşınar əşyanın sahibi haqqında ehtimal edilir ki, o əşyaya mülkiyyətçi hüququ ilə sahiblik edir. Hər hansı əvvəlki sahib haqqında ehtimal edilir ki, öz sahibliyi zamanı o, mülkiyyətçi olmuşdur. 166.2. Daşınar əşyanın mülkiyyətçisi olmaq istəməyən sahibi ehtimal edə bilər ki, bu əşya kimdən arxayın alınmışdırsa, həmin şəxsin mülkiyyətindədir. Sahiblik hüququ olmadığını bilən və ya bilməli olan sahib vicdansız sahibdir. Daşınar əşya üzərində məhdud əşya hüququna və ya şəxsi hüquqa iddia edən daşınar əşya sahibinin bu cür hüququnun olduğu ehtimal edilir. Lakin o həmin əşyanı aldığı şəxsin bu cür hüququ olduğunu ehtimal edə bilməz.
13. “ Mühasibat uçotu haqqında “ Azərbaycan Respublikası Qanunun tələblərinə əsasən: 2.1.6. Mühasibat uçotu – mühasibat uçotu subyektlərinin aktivləri, öhdəlikləri, kapitalı, gəlir və xərcləri barədə məlumatların yığılması, qeydiyyatı və ümumiləşdirilməsi, habelə maliyyə, vergi və digər hesabatların tərtib edilməsi məqsədi ilə baş vermiş maliyyə-təsərrüfat əməliyyatları üzrə ilkin uçot sənədləri əsasında məlumatların analitik və sintetik uçotunun aparılmasıdır. 2.1.10. Mühasibat uçotu sənədi - ilkin uçot sənədləri, mühasibat uçotu registrləri, maliyyə hesabatları, habelə uçotun formalaşdırılması üçün tərtib edilən sənədlərdir. 2.1.11. İlkin uçot sənədləri – maliyyə-təsərrüfat əməliyyatlarının aparılması üçün mühasibat uçotu subyektinin rəhbərinin göstərişini təsdiq edən və ya bu əməliyyatların baş verməsinə hüquq verən, habelə mühasibat uçotunun aparılmasına əsas verən yazılı və ya elektron daşıyıcılarda olan təsdiqedici sənədlərdir. 2.1.12. Mühasibat uçotu registrləri – ilkin uçot sənədlərindəki məlumatların mühasibat uçotunda, maliyyə, vergi və digər hesabatlarda əks etdirilməsi məqsədi ilə həmin məlumatların xronoloji ardıcıllıqla sistemləşdirilməsi və yığılması üçün nəzərdə tutulan sənədlərdir. 3.1. Bütün mühasibat uçotu subyektlərində mühasibat uçotunun bu Qanunla müəyyən edilmiş müvafiq mühasibat uçotu standartlarına və uçot qaydalarına uyğun aparılması məcburidir. 16.2. Bu Qanunla müəyyən edilmiş tələblərə uyğun mühasibat uçotunun aparılmamasına görə mühasibat uçotu subyektinin rəhbəri, baş mühasib və ya mühasibat uçotu xidmətini həyata keçirən hüquqi və ya fiziki şəxs olan sahibkarlıq subyektləri, habelə bu Qanunun 3.2-ci və 3.4-cü maddələrinin tələblərinin pozulmasına görə mühasibat uçotu subyektinin rəhbəri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. 14.Maliyyə hesabatlarının beynəlxalq standartlarına əsasən mühasibat uçotunun aparılması qaydalarına əsasən: 2.1.13. Mühasibat uçotu – mühasibat uçotu subyektlərinin aktivləri, öhdəlikləri, kapitalı, gəlir və xərcləri barədə məlumatların yığılması, qeydiyyatı və ümumiləşdirilməsi, habelə maliyyə, vergi və digər hesabatların tərtib edilməsi məqsədi ilə baş vermiş maliyyə təsərrüfat əməliyyatları üzrə ilkin uçot sənədləri əsasında məlumatların analitik və sintetik uçotunun aparılmasıdır; 7.1. Mühasibat uçotu subyektləri Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən müəyyən edilmiş ilkin uçot sənədlərinin və uçot registrlərinin formalarından istifadə edir. Təsərrüfat əməliyyatlarının baş verməsi faktını əks etdirən ilkin uçot sənədləri mühasibat uçotu registrlərində yazılışlar üçün əsas hesab olunur. 7.2. İlkin uçot sənədləri özündə sənədin (formanın) adı, nömrəsi, kodu, tərtib edilmə yeri, tarixi, sənədi tərtib edən mühasibat uçotu subyektinin adı, təsərrüfat əməliyyatlarının məzmunu, məsul şəxslərin vəzifələri, soyadı, adı, atasının adı, şəxsi imzaları kimi zəruri rekvizitlər əks etdirir. Əməliyyatların xarakterindən və mühasibat uçotu subyektinin fəaliyyətinin xüsusiyyətindən asılı olaraq ilkin uçot sənədlərinə digər əlavə rekvizitlərin daxil edilməsinə yol verilir. 7.3. İlkin uçot sənədləri əməliyyatların baş verdiyi anda, bu mümkün olmadıqda isə əməliyyatlar başa çatdıqdan sonra tərtib edilməlidir. 7.4. Sənədlərin keyfiyyətli tərtibatı, onların vaxtında mühasibat uçotunda əks etdirilməsi üçün müəyyən edilmiş müddətlərdə təqdim edilməsi, sənədlərdəki məlumatların doğruluğu həmin sənədləri tərtib etmiş və imzalamış şəxslər tərəfindən təmin edilir. 7.7. Pul vəsaitlərinin, material qiymətlilərinin və başqa əmlakların qəbultəhvili ilə əlaqədar əməliyyatlar ilkin uçot sənədləri əsasında həyata keçirilən zaman iştirak edən hüquqi şəxsin nümayəndələrinə və ya fiziki şəxslərə sənədləşmənin bir nüsxəsi verilir. Əməliyyatda iştirak edənləri sənədlərin surəti ilə təmin etmək mühasibat uçotu subyektində bu əməliyyatı rəsmiləşdirənin öhdəsinə düşür. 7.13. Mühasibat kitablarında səhifələr nömrələnir. Mühasibat uçotunun elektron formada aparıldığı hallar istisna olmaqla, kitabın son səhifəsində səhifələrin yekun sayı göstərilməklə mühasibat uçotu subyektinin baş mühasibi və bu mühasibat uçotu subyektinin rəhbəri tərəfindən təyin edilmiş digər mühasibatlıq işçisinin imzası ilə təsdiq edilir və möhürlənir. Hər kitabda mühasibat uçotu subyektinin, mərkəzi mühasibatlığın adı və kitabın açıldığı tarix yazılır. Kitabda açılmış subhesabların adı olmalıdır. Müəyyən bir subhesab üzrə yazılışlar kitabın digər səhifəsinə köçürülərkən, həmin subhesab üzrə başlıqda, yeni səhifənin nömrəsi göstərilməklə yazılışın köçürülməsi haqqında qeyd edilir. 7.15. İlkin sənədlər, uçot registrləri və maliyyə hesabatları arxivə təhvil verilənə qədər mühasibatlıqda xüsusi yerlərdə və ya baş mühasib tərəfindən məsul edilmiş şəxslərin cavabdehliyi altında bağlı rəflərdə mühafizə olunur. Mühasibat sənədləri mühasibat uçotu subyektlərinin mühasibat arxivində müəyyən olunmuş müddət ərzində mühafizə olunur. Mühafizə müddəti bitdikdən sonra mühasibat sənədləri müəyyən olunmuş qaydada müvafiq dövlət arxivinə təhvil verilir. Sənədlərin arxivə təhvil verilməsini və ya qanunvericiliyin tələblərinə uyğun olaraq ləğv edilməsini təsdiq edən aktlar mühasibatlıqda daimi mühafizə edilməlidir. Mühasibat uçotu subyektlərinin ilkin uçot sənədləri, uçot registrləri, maliyyə hesabatları istintaq orqanları, prokurorluq və məhkəmə tərəfindən ibtidai istintaq üçün Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq bu orqanların qərarı əsasında götürülə bilər. Sənədlər götürülən zaman protokol tərtib edilir, protokolun surəti iltizam almaqla mühasibat uçotu subyektinin müvafiq vəzifəli şəxsinə verilir. Sənədləri götürən orqanların razılığı və nümayəndələrinin iştirakı ilə mühasibat uçotu subyektlərinin müvafiq vəzifəli şəxsləri sənədlərin götürülməsi tarixi və əsasını göstərməklə onların surətini çıxara bilərlər. İlkin uçot sənədlərinin, uçot registrlərinin və maliyyə hesabatlarının itməsi hallarında mühasibat uçotu subyektinin rəhbərinin əmri ilə bu halların səbəblərini araşdıran komissiya yaradılır. Komissiyanın işinin nəticəsi mühasibat uçotu subyektinin rəhbəri tərəfindən təsdiq olunan aktla rəsmiləşdirilir. Aktın surəti yuxarı təşkilatlara (mövcud olduqda) göndərilir.
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80.Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 82.1. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur.97.5. Tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər.
16. Kollegiya məhkəmə xərcləri barədə məsələni müzakirə edərək qeyd edir ki, məhkəmə xərcləri ödənilmiş hissələrdə tərəflərin özlərinə aid edilməlidir.
17. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı LPO İddiaçı ASC-nin şikayəti təmin edilməsin. Cavabdeh şikayəti təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2680/2022 saylı işi üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı LPO İddiaçı ASC-nin Cavabdeh qarşı «özgəsinin qanunsuz sahibliyindən əmlakın geri tələb edilməsi» tələbinə dair iddiası rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.