Məhkəmə qərarları › İş №2(103)-3911/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3911/2025

01.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3911/2025 01.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X2 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbi barədə” ərizəsinə dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən 13 may 2025-ci il tarixdə qəbul olunmuş qərardaddan ərizəçinin verdiyi şikayətə əsasən işə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, azyaşlı övladı – xx.xx.2010-cu il təvəllüdlü Dünyamalının xx.xx.2011-ci il tarixdə Neftçala rayonunda vəfat etməsindən, azyaşlı övladı – xx.xx.2012-ci il təvəllüdlü Hüseynin xx.xx.2012-ci il tarixdə Neftçala rayonunda vəfat etməsindən və azyaşlı övladı – xx.xx.2015-ci il təvəllüdlü Yusifin xx.xx.2015-ci il tarixdə Neftçala rayonunda vəfat etməsindən ibarət hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə X1 nikahından 3 uşaq doğulsa da, uşaqlar qısa müddətdən sonra ev şəraitində vəfat etmiş və Neftçala rayonunun Həsənabad qəsəbə qəbiristanlığında dəfn edilmişlər. Hadisələrin gedişatında səhlənkarlıq səbəbindən ərizəçi “Ölüm haqqında şəhadətnamələri” almağı unutmuşdur. Ərizəçi hazırda ünvan 1 ünvanında yaşayır. Buna görə də, o, “Ölüm haqqında şəhadətnaməli almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin Nəsimi Rayon Qeydiyyat Şöbəsi onun müraciətini təmin etməmişdir. Buna görə də, o, “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbi barədə” ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. “Hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbi barədə” ərizəsinin icraata qəbul edilməsi məsələsinə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qərardad ilə ərizənin və ərizəyə əlavə edilmiş sənədlərin geri qaytarılmasını qərara almışdır. Ərizəçi həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək qərardadın ləğv edilməsini və “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbi barədə” ərizənin icraata götürülərək, baxılmasını xahiş etmişdir. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qərardad ilə şikayəti təmin etməmiş və mahiyyəti üzrə baxılması üçün şikayətin mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş materiallarına araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Rayon Məhkəməsi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbi barədə” ərizənin qaytarılması barədə mövqeyini onunla əsaslandırmışdır ki, ərizəçi, Bakı şəhərinin Nəsimi rayonun ərazisində yaşadığını qeyd etsə də, “Elektron Məhkəmə” İnformasiya Sistemindən əldə edilmiş məlumatdan görünür ki, onun rəsmi (yaşayış yeri üzrə qeydiyyat) ünvanı ünvan 3izəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbi barədə” ərizə ilə Neftçala Rayon Məhkəməsinə müraciət etməlidir. Bu ərizəyə ərazi aidiyyəti üzrə Nəsimi Rayon Məhkəməsi tərəfindən baxıla bilməz. Rayon Məhkəməsinin qərardadından ərizəçinin verdiyi şikayət isə onunla əsaslandırılmışdır ki, Rayon Məhkəməsi iddia ərizəsini geri qaytarmaqla prosessual hüquq normalarının tələblərini pozmuşdur. Belə ki, ərizəçinin qeyd etdiyinə görə, o yenidən ailə qurmuş və hazırda ərinin xalasına məxsus olan evdə (Bakı şəhəri, Nəsimi rayonu, M.Əlizadə küçəsi, ev 5) qeydiyyatsız yaşamaqla Nəsimi RPİ-nin 22-ci polis bölməsində xadimə vəzifəsində işləyir. Qeyd edilən ünvanda 59 saylı MİS tərəfindən arayış verilmiş və yaşayışı təsdiq edilmişdir. Lakin məhkəmə bütün bu halları nəzərə almamışdır. Göstərilənləri nəzərə alan Məhkəmə apellyasiya baxışının predmeti olan məsələnin həlli ilə bağlı Məhkəmə qeyd edir ki, “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən götürülmüş məlumatdan görünür ki, hazırkı iş üzrə ərizəçi rəsmi olaraq yaşayış yeri üzrə ünvan 5 ünvanında qeydiyyatdadır. Ərizəçinin şikayətində qeyd etdiyi ünvan onun rəsmi ünvanı deyil, çünki o, həmin ünvanda qeydiyyatsız yaşayır. Göstərilənlərə əsasən müəyyən edilir ki, hazırkı iş üzrə ərizəçinin rəsmi qeydə alındığı ünvan Neftçala Rayonuna aid ünvandır. Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (MPM) 37-ci maddəsinə görə, tikintiyə, qurğuya, torpaq sahəsinə sahiblik faktının müəyyən edilməsinə dair həmin tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerdə baxılan işlər istisna olmaqla, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi barədə işlərə ərizəçinin olduğu yerdə baxılır. MPM-in 40.1-ci maddəsinə görə, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. MPM-in 152.1.3-cü maddəsinə görə, əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Odur ki, göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, Nəsimi Rayon Məhkəməsi ərazi aidiyyət baxımından ona aid olmayan “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbi barədə” ərizənin qaytarılması barədə qərardad qəbul etməkdə və həmin qərardaddan ərizəçinin verdiyi şikayəti təmin etməməkdə haqlı olmuşdur. Şikayət əsassızdır. Rayon Məhkəməsinin qəbul etdiyi qərardadın ləğv edilməsi üçün əsas yoxdur. Buna görə də, Məhkəmə, MPM-in 398.0.1-ci maddəsində müəyyən edilmiş səlahiyyətinə əsaslanaraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad isə dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə də, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 398, 400, 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə QƏRARA ALDİ: Ərizəçi şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 13 may 2025-ci il tarixli qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar