Məhkəmə qərarları › İş №2(103)-3918/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3918/2024

12.06.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3918/2024 12.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi İddiaçı maraqlı şəxslər Maraqlı şəxs2 və Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinə qarşı “barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair iddia ərizəsi üzrə (Açar sözlər: iş üzrə icraat xitam verilmişdir) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), X1 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Ərizəçi İddiaçı maraqlı şəxslər Maraqlı şəxs2 və Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinə qarşı “barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-2246/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından ərizəçi İddiaçı tərəfindən verilmiş şikayət üzrə mülki işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:

1. Ərizəçi Orucov X2 Ağabala Həmid oğlu və Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin maraqlı şəxslər qsimində cəlb edildiyi barışıq sazişinin təsdiq edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs2 arasında bağlanan 30 yanvar 2024-cü il tarixli, 3M-120 saylı barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-2246/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadına əsasən ərizəçi İddiaçı Maraqlı şəxs2 və Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin maraqlı şəxslər qismində cəlb edildiyi barışıq sazişinin təsdiq edilməsi tələbinə dair 2(004)- 2246/2024 nömrəli mülki işin icraatına xitam verilməsi qərara alınmışdır.

3. Birinci instansiyası məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, məhkəmə hesab etmişdir ki, ərizəçi hazırki tələblə bağlı ərizə ilə xüsusi icraat qaydasında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etməklə haqlı olmamışdır. Belə ki, iddia ərizəsinə əlavə edilmiş xx.xx.2024-cü il tarixli barışıq sazişindən görünür ki, İddiaçı Bakı şəhəri, Ə.Ələkbərov küçəsi, 508-ci məhəllədəki, 12 saylı evin 9 saylı mənzilə görə Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsində Maraqlı şəxs2 2006-cı il tarixdə 12.500 ASŞ dolları pulu verdiyini; Maraqlı şəxs2 qeyd edilən mənzilə görə həqiqətən də Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsində 2006-cı il tarixdə 12.500 ABŞ dolları pulu aldığını və buna görə də həmin mənzilə dair X4 ilə İddiaçı arasında 12 oktyabr 2004-cü il tarixdə bağlanmış alqı-satqı müqaviləsinin legitimliyini tanımağı öz öhdəsinə götürdüyünü; Maraqlı şəxs2 bu sazişin şərtlərinə uyğun olaraq Bakı şəhəri, Ə.Ələkbərov küçəsi, 508-ci məhəllədəki, 12 saylı evin 9 saylı mənzilin üzərində İddiaçı mülkiyyət hüquqlarının tanıdığını bəyan etdiyini və bu hüquqların rəsmi reyestrdə qeydə alınmasına hər hansısa maneə törətməyəcəyini və bu maneəyə səbəb olacaq hərəkətlərə yol verməyəcəyini öz öhdəsinə götürmüşdür. Göründüyü kimi tərəflər icra mərhələsində öz aralarında barışıq sazişi bağlayaraq razılığa gəlmişlər. Qanunvericilik ərizəçiyə, mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə xüsusi icraat qaydasında məhkəməyə müraciət etmək imkanını vermişdir. Belə olan halda məhkəmə hesab etmişdir ki, qeyd olunan tələbə xüsusi icraat qaydasında baxılması yolverilməzdir. Bundan başqa, ərizəçinin, icra məmurunun hərəkətlərini mübahisələndirdiyindən məhkəmə nəzarəti qaydasında (məhkəmə qətnamələrinin (qərarlarının) icrası haqqında) icra məmurunun hərəkətlərindən şikayət ilə müvafiq məhkəməyə (icra sənədi vermiş məhkəməyə) müraciət etmək hüququ da olmuşdur. Məhkəmə hesab etmişdir ki, qanunvericiliklə müəyyən edilmiş qaydada hazırki halda ərizəçi İddiaçı Maraqlı şəxs2 və Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin maraqlı şəxslər qsimində cəlb edildiyi barışıq sazişinin təsdiq edilməsi tələbinə dair ərizəsinə məhkəmə qaydasında baxılmalı olmadığı üçün mülki iş üzrə icraata xitam verilməlidir.

Şikayətin dəlilləri, birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə və şikayətə etirazın dəlilləri:

4. Ərizəçi İddiaçı şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e2(004)-2246/2024 saylı icraata xitam barədə qərardadını ləğv edərək, iş üzrə icraatın təzələnməsi və sonrakı prosessual tədbirlərin görülməsi və araşdırmanın aparılması üçün qərardad çıxarılmasını xahiş etmişdir.

5. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə qərardad çıxararkən düzgün araşdırma aparmamış və düzgün normalara istinad etməmişdir. Nəticədə iddiaçının Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə qorunan hüquqları pozulmuş və iddiaçıya qarşı əsassız süründürməçilik halı yaranmışdır. Qanunun tələblərindən də göründüyü kimi məhkəmələr müqavilənin bağlanmasını məcbur edən mübahisə üzrə işlərə baxarkən tərəflərin bağlamağa borclu olduqları müqavilənin şərtlərini müəyyən edə bilərlər. İş materiallarına əlavə edilən sazişdən də göründüyü kimi tərəflər arasında olan mübahisə sazişlə bitsə də hələ də iddiaçı ilə maraqlı şəxs arasında hər hansısa müqavilə bağlanması baş verməmişdir. Ən azından hazırki iş üzrə saziş şərtlərini təsdiq edərək, bu şərtlər çərçivəsində müqavilənin bağlanması mümkün olduğu halda məhkəmə cəmi 1 iclas keçirərək dərhal icraata xitam vermiş və araşdırmanı da düzgün aparmamışdır. Məhkəmənin diqqətinə çatdırmışdır ki, iş materiallarına əlavə edilən Saziş öz təbiəti etibarilə əqd hesab edilir ki, müqavilə də əqdlərin bir növü olaraq mülki qanunvericilikdə təsbit olunmuşdur. İki şəxs öz arasında hüquq və öhdəlik müəyyən edən istənilən sənəd, eləcə də saziş bağlaya bilər. Bu sənədlə tərəf öz üzərinə düşən öhdəliyi icra etmədikdə isə yaranan mübahisə məhz məhkəmə qaydasında həll edilməlidir. Qeyd etmişdir ki, hazırki mübahisəyə mediasiya ilə bağlı normalar deyil, müqavilənin bağlanmış hesab edilməsi ilə bağlı normaların tətbiqi daha düzgün olar və iddia ərizəsinin də bu şərtlər çərçivəsində araşdırılması daha düzgün olardı.

6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-2246/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizəçi İddiaçı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2246/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından verdiyi şikayət ərizəsinin təmin edilməməsi, şikayətin baxılması üçün 2(004)-2246/2024 nömrəli mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

7. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.

8. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq normaları:

9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsində qeyd edilir ki, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

10. Məhkəmə kollegiyası şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

11. Belə ki, İcra haqqında Azərbaycan Respublikası Qanunun 20.1-ci maddəsində icra sənədi üzrə icraata xitam verilməsinin əsasları qeyd edilmişdir. Həmin Qanunun 20.1.2-ci maddəsinə əsasən məhkəmə tələbkar ilə borclu arasında barışıq sazişini təsdiq etdikdə icra sənədi üzrə icraata xitam verilə bilər. Lakin həmin maddədən də müəyyən edildiyi kimi tələbkar ilə borclu arasında bağlanmış barışıq sazişi nəzərdə tutulmuşdur. Yəni tələbkar ilə borclu arasında barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilə bilər. Lakin həmin məsələyə mülki mühakimə icraatı qaydasında deyil, məhkəmə nəzarəti qaydasında baxılır.

12. Lakin İddiaçı elektron ərizəsinə nəzər saldıqda müəyyən olunur ki, ərizə kiçik mübahisələr üzrə iddia ərizəsi adlanır və ərizənin xahiş edirəm hissəsində maraqlı şəxslə bağlanmış barışıq sazişinin təsdiq edilməsi tələb olunduğundan həmin ərizə xüsusi icraat indeksi ilə qeydə alınmışdır.

13. Birinci instansiya məhkəməsinin də qeyd etdiyi kimi xüsusi icraat qaydasında məhz mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsinə dair icraat nəzərdə tutulmuşdur.

14. Lakin İddiaçı təqdim etdiyi xx.xx.2024-cü il tarixli barışıq sazişin 6-cı bəndində tərəflər qətnamələrin icrasından imtina etdiklərini bəyan edirlər.

15. Ona görə də ərizəçi İddiaçı həmin barışıq sazişinin təsdiq edilməsi ilə bağlı məhkəməyə məhkəmə nəzarəti, yəni məhkəmə qərarlarının icrası qaydasında müraciət etməlidir.

16. Mülki Prosessual Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun.

17. Həmin Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır.

18. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 402.2-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ:

Şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-2246/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar